Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-434/2021 16.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2, müdafiəçilər – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən olunmayan şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib özgənin əmlakını qəsdən məhv etmə məqsədi ilə 25.06.2021-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs bacısı Ayşən Sədiyevanın ailəsinin dağılmasına səbəb olmasını əsassız bəhanə gətirərək qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş, həyətin giriş darvazasının üzərinə qalxaraq özü ilə plastik su qabında gətirdiyi alışdırıcı maddə olan benzini ümumi təhlükəli üsulla həmin fərdi yaşayış evinin həyətində dayanmış Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi, lakin mülkiyyət əsasında “Çinarə” Lizinqə məxsus olan **-PY-*** dövlət qeydiyyat nişanlı, “Renault Logan” markalı avtomobilin üzərinə tökdükdən sonra əski parçasını alışdırıb həmin avtomobilin üzərinə ataraq qəsdən yandırıb “Çinarə” Lizinqə və Zərərçəkmiş şəxs 17500 (on yeddi min beş yüz) manat, xeyli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yeznəsi Orxan Sədiyevin dostu olmuş və Turalı da Orxanın vasitəsi ilə tanımışdır. 2021-ci ilin mart-aprel ayına kimi Zərərçəkmiş şəxs ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təxminən 2021-ci ilin əvvəllərində bacısı Ayşənin ailəsində problem yaranmış, hətta ərindən boşanma həddinə gəlmişdir. O, şəxsi məsələ olduğu üçün bacısının ailə məsələsinə qarışmamış və müəyyən müddət keçdikdə problemlərin həll olacağını düşünmüşdür. Lakin, 2021-ci ilin təxminən mart-aprel aylarında bacısının halı pisləşərək xəstəxanaya yerləşdirilmişdir. Bacısı Ayşən xəstəxanaya yerləşdirilən zaman ona aydın olmuşdur ki, Zərərçəkmiş şəxs bacısını zorlamış və bacısı da bu səbəbdən intihar etməyə cəhd etmişdir. O, bunu bildikdə Turalın istifadəsində olan mobil nömrəyə zəng edərək sonuncuya görüşmək istədiyini bildirmişdir. Tural da onunla görüşməyə razılıq verdikdən sonra onlar görüşmüş və o, Turaldan bacısını zorlaması faktının nə dərəcədə doğru olduğunu soruşmuşdur. Tural isə yalan olduğunu əksinə olaraq bacısının ona sms yazaraq onunla münasibət qurmaq istədiyini, lakin onun bacısı ilə heç bir münasibət qurmadan bacısını ona sms yazdığını, yeznəsi Orxana deməsini bildirmişdir. O da Turala bütün bunları dəqiqləşdirib yenidən görüşəcəklərini bildirmişdir. Bacısı müalicə alıb xəstəxanadan çıxdıqdan sonra zorlanma faktı ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. 13-cü Polis Bölməsində zorlanma faktı öz təsdiqini tapmasa da artıq onun bacısının ailəsi dağılmışdır. O, bundan sonra Tural ilə dəfələrlə əlaqə saxlasa da Tural onunla görüşməkdən imtina etmiş və o, Tural ilə heç cür görüşə bilməmişdir. O, Turalın “Azəriqaz”-da işlədiyini bilmiş və hətta başqa nömrə ilə Turalın istifadəsində olan mobil nömrəyə zəng edərək Turala abonent olaraq görüş təyin etsə də, Tural zəng edənin onun olduğunu anlayıb görüşə də gəlməmişdir. 24 iyun 2021-ci il tarixdə axşam saatlarında o, artıq Turalla heç bir cəhdlə görüşə bilmədiyini görüb Turaldan intiqamını hər hansı bir yolla olsa da almaq qərarına gəlmişdir. Bir qədər düşündükdən sonra o, gecə ikən Turalın avtomobilini yandırmaq qərarına gəlmiş və 25 iyun 2021-ci il tarixdə təxminən saat 02 radələrində yaşadığı mənzili tərk edərək Sabunçu rayonu Bakıxanov qəsəbəsində dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı taksiyə əyləşmişdir. O, ilk öncə Bakıxanov qəsəbəsində yerləşən “Fidan” restoranının yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsindən 1 litr benzin almış və sifariş etdiyi həmin taksi ilə də Xətai rayonu NZS qəsəbəsinə getmişdir. O, taksidən düşərək Turalın yaşadığı evi axtarmağa başlamışdır. Həmin vaxt oradan keçən bir nəfər şəxsdən “Azəriqaz”-da işləyən Tural adlı şəxsin yaşadığı evin harada yerləşdiyini soruşmuş və həmin şəxs onunla birgə gələrək Turalın yaşadığı evi göstərmişdir. O, həmin vaxt darvazanın üzərinə çıxaraq darvaza ilə çardağın arasında olan boşluqdan Turalın yaşadığı evə nəzər salmışdır. Artıq gecə saat 03 radələrində olduğu üçün hamı yatmış və tam olaraq sakitçilik olmuşdur. O, vaxt itirmədən özü ilə gətirdiyi benzini Turalın yaşadığı evin həyətində saxladığı avtomobilin üzərinə tökmüş və dərhal da özü ilə gətirdiyi parçanı alışqan ilə yandırıb avtomobilin üzərinə atmışdır. Həmin vaxt avtomobil alışaraq yanmağa başlamış və o da dərhal oradan qaçaraq uzaqlaşıb bir qədər aralıda dayanmış taksi ilə yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində saxladığı **-PY-*** dövlət qeydiyyat nişanlı “Renault Logan” markalı avtomobili yandırdığı zaman orada ondan başqa heç kim iştirak etməmişdir. Təqdim edilmiş görüntüdə görünən şəxslərdən biri özüdür, əlində plastik qabda olan da benzindir. Lakin yanında olan digər şəxsin şəxsiyyəti barədə heç nə bilməmiş, həmin şəxsi tanımamışdır. O, həmin vaxt Turalın avtomobilini yandırmağa getmiş və Turalın yaşadığı evi tanımadığı üçün video görüntüdə görünən tanımadığı və heç bir anket məlumatını bilmədiyi şəxsdən Turalın yaşadığı evin yerini soruşmuşdur. Həmin şəxs də video görüntüdə göründüyü kimi ona Turalın evini göstərmək üçün onunla birgə hərəkət etmişdir. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcək, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, o, 17.05.2021-ci il tarixdə **-PY-*** dövlət qeydiyyat nişanlı “Renault Logan” markalı avtomobili "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə ilkin ödəniş olaraq 5483,80 manat pul ödəməklə kreditlə almışdır. 14.06.2021ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə 629 manat məbləğində aylıq ödəniş etmişdir. 24.06.2021-ci il tarixdə saat təxminən 16 radələrində idarə etdiyi **-PY-*** dövlət qeydiyyat nişanlı “Renault Logan” markalı avtomobil ilə yaşadığı ünvan 5 ünvanına gəlmiş və avtomobili yaşadığı evin həyətində saxlamışdır. 25.06.2021-ci il tarixdə saat 02:20 radələrində partlayış səsinə yuxudan ayılmışdır. O, ilk öncə evdə olan elektrik avadanlıqlarından hər hansı birinin yandığını düşünmüş və evin içərisinə baxış keçirtmişdir. O, evin içərisinə baxış keçirən zaman evin içərisində hər hansı bir əşyanın yanmadığını görmüşdür. Həmin vaxt o, darvazanın möhkəmdən çırpıldığını və qonşuların “Tural yanırsınız” çığırtılarını eşitmişdir. O, dərhal evin giriş qapısını açıb həyətə çıxmaq istəmişdir. Lakin o, qapını açan kimi yanğının qara tüstüsü onu vurmuş və o, qapını bağlayaraq evə keçib ailə üzvlərinə həyətdə yanğın olduğunu, qorxmamalarını demişdir. Bundan sonra o, evin qapısını açaraq həyətə çıxmışdır. O, həyətə çıxdıqda həyətdə saxladığı **-PY-*** dövlət qeydiyyat nişanlı “Renault Logan” markalı avtomobilin yandığını görmüşdür. O, darvazanı açmaq üçün 3 dəfə cəhd eləsə də yanğının təsirindən darvazanı aça bilməmişdir. Həmin vaxt qonşular da darvazanın üzərindən su tökərək yanğını söndürməyə çalışmışlar. Atası Şahid1 da əlində xatırlamadığı bir alət tutaraq evdən çıxmış və həmin alətin köməkliyi ilə darvazanı açmışdır. Atası darvazanı açan kimi o, dərhal evə getmiş və övladlarını ədyala bükərək mənzildən çölə çıxartmışdır. O, çölə çıxan zaman artıq qonşular polis orqanlarına və yanğından mühafizə idarəsinə zəng edərək yanğın barədə məlumat vermişlər. Onlar qonşularla birgə yanğını sondürməyə çalışsalar da yanğını söndürməyə nail ola bilməmişlər. Həmin vaxt hadisə yerinə polis əməkdaşları və X3 xidmətinin əməkdaşları gəlmişlər. X3 Xidmətinin əməkdaşları avtomobilində baş vermiş yanğını söndürmüşlər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının ilkin olaraq demələrinə əsasən yanğın qısa qapanma nəticəsində baş vermişdir. Lakin polis əməkdaşlarının ilkin araşdırmaları nəticəsində əldə edilmiş video görüntülərdə onlara aydın olmuşdur ki, həyətdə saxlamış olduğu **-PY-*** dövlət qeydiyyat nişanlı “Renault Logan” markalı avtomobildə baş vermiş yanğın qısa qapanma nəticəsində deyil, ona qarşı törədilən qəsd nəticəsində baş vermişdir. Video görüntülərdə yanğının baş vermə saatlarında iki nəfər şəxsin əlində plastik materialdan qab tutaraq onun yaşadığı mənzilə doğru getmələri və bir neçə dəqiqə sonra oradan qaçaraq uzaqlaşdıqları görünmüşdür. O, həmin video görüntülərə baxış keçirtdikdə həmin iki nəfər şəxsdən birini tanımışdır. Həmin iki nəfərdən biri onunla şəxsi ədavəti olan Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs bacısı dostu Sədiyev Orxanın həyat yoldaşı olmuş və Azəri də Orxanın vasitəsi ilə tanımışdır. 2021-ci ilin aprel ayında Azərin bacısı Ayşən onun istifadəsində olan mobil nömrəyə mesaj yazaraq onunla şəxsi münasibət qurmaq istədiyini bildirmişdir. O da bütün bunları dostu olan Ayşənin əri Orxana demişdir. Orxan da bundan sonra boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bacısının ailəsinin dağılmasının günahkarı kimi onu bilmiş və onunla ədavət aparmağa başlamışdır. Hətta bir dəfə Azər onunla görüşərək bacısının ailəsi dağılması səbəbindən onunla ədavət apardığını, onu və ailə üzvlərini yer üzündən siləcəyini bildirmişdir. O, belə hesab etmişdir ki, Təqsirləndirilən şəxs avtomobildə baş vermiş yanğını ondan intiqam almaq niyyəti ilə qəsdən törətmişdir. **-PY-*** dövlət qeydiyyat nişanlı “Renault Logan” markalı avtomobildə baş vermiş yanğın zamanı avtomobilin ön hissəsi və salonu yaranaq istifadəyə tamamilə yarasız hala düşmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə ümumilikdə 6112,80 manat pul ödəmişdir. Ona dəymiş ziyan ödənilməyib, o, təqsirləndirilən şəxslə barışmamışdır, ona qarşı şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 ifadəsində qeyd etmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28D ünvanında yerləşən "xxxx" MMCdə hüquqşünas kimi işləyir. İşlədiyi MMC-nin əsas iş prinsipi vətəndaşlara avtomobillərin müqavilə əsasında lizinqə verilməsindən ibarətdir. **-PY-*** dövlət qeydiyyat nişanlı “Renault Logan” markalı avtomobil "xxxx" MMC-nə məxsus olmuşdur. Həmin avtomobil işlədiyi MMC tərəfindən 17.05.2021-ci il tarixdə müqavilə əsasında vətəndaş Zərərçəkmiş şəxs lizinqə verilmişdir. Vətəndaş Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək 25.06.2021-ci il tarixdə saat təxminən 02 radələrində yaşadığı evin həyətində saxladığı "xxxx" MMC-nə məxsus olan **-PY-*** dövlət qeydiyyat nişanlı “Renault Logan” markalı avtomobilin kənar şəxs tərəfindən yandırıldığını və hadisə barədə Xətai rayon Polis İdarəsində araşdırılma aparıldığını bildirmişdir. Həmin hadisə nəticəsində onlara ümumilikdə 22001 manat maddi ziyan dəymişdir. Hazırda onlara dəymiş zərər ödənilməmişdir. Zərərin ödənilməsini tələb edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Tural 17.05.2021-ci il tarixdə **-PY-*** dövlət qeydiyyat nişanlı “Renault Logan” markalı avtomobili "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən kreditlə almışdır. 24.06.2021-ci il tarixdə saat təxminən 16 radələrində Tural idarə etdiyi **-PY-*** dövlət qeydiyyat nişanlı “Renault Logan” markalı avtomobil ilə yaşadıqları ünvan 5 ünvanına gəlmiş və avtomobili evin həyətində saxlamışdır. 25.06.2021-ci il tarixdə saat 02:30 radələrində Tural onu yuxudan ayıldaraq “ay ata qalx ev yanır” sözlərini demişdir. O, ayıldıqdan sonra darvazanın möhkəmdən çırpıldığını və qonşuların “Tural durun eviniz yanır” çığırtılarını eşitmişdir. O, evin giriş qapısını açaraq həyətə çıxdıqda Turalın həyətdə saxladığı **-PY- *** dövlət qeydiyyat nişanlı “Renault Logan” markalı avtomobilin yandığını və Turalın darvazanı açmağa cəhd etsə də aça bilmədiyini görmüşdür. Həmin vaxt qonşular da darvazanın üzərindən su tökərək yanğını söndürməyə çalışmışlar. O da dərhal həyətə çıxmış və yanğının təsirindən darvazaya yaxınlaşmağın mümkünsüz olduğunu görmüşdür. Bundan sonra o, yaş ədyala bürünərək həyətdən götürdüyü dəmir parçasının köməkliyi ilə darvazanı açmışdır. O, çölə çıxan zaman artıq qonşuların yanğını söndürməyə çalışdıqlarının şahidi olmuşdur. Həmin vaxt qonşular polis orqanlarına və yanğından mühafizə idarəsinə zəng edərək yanğın barədə məlumat vermişlər. Onlar qonşularla birgə yanğını söndürməyə çalışsalar da yanğını söndürməyə nail ola bilməmişlər. Həmin vaxt hadisə yerinə polis əməkdaşları və X3 xidmətinin əməkdaşları gəlmişlər. X3 Xidmətinin əməkdaşları avtomobildə baş vermiş yanğını söndürmüşlər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının ilkin olaraq demələrinə əsasən yanğın qısa qapanma nəticəsində baş vermişdir. Lakin polis əməkdaşlarının ilkin araşdırmaları nəticəsində əldə edilmiş video görüntülərdə onlara aydın olmuşdur ki, Turalın həyətdə saxlamış olduğu **-PY-*** dövlət qeydiyyat nişanlı “Renault Logan” markalı avtomobildə baş vermiş yanğın qısa qapanma nəticəsində deyil, oğlu Turala qarşı törədilən qəsd nəticəsində baş vermişdir. Görüntülərdə yanğının baş vermə saatlarında iki nəfər şəxsin əlində plastik materialdan qab tutaraq onların yaşadıqları mənzilə doğru getmələri və bir neçə dəqiqə sonra oradan qaçaraq uzaqlaşdıqları görünmüşdür. Tural həmin video görüntülərə baxış keçirtdikdə həmin iki nəfər şəxsdən birinin şəxsi ədavəti olan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. **-PY-*** dövlət qeydiyyat nişanlı “Renault Logan” markalı avtomobildə baş vermiş yanğın zamanı avtomobilin ön hissəsi və salonu yanaraq istifadəyə tamamilə yarasız hala düşmüşdür. Təqsirləndirilən şəxs şəxsən tanımasa da şifahi olaraq Azər barəsində eşitmişdir. Azərin Turalın dostu Orxanın keçmiş həyat yoldaşı Ayşənin qardaşı olduğunu bilmişdir. Turalın heç kimlə heç bir ədavəti olmamışdır. Lakin, bildiyinə görə onların evinə dəfələrlə gəlib getmiş Ayşənin Turalın istifadəsində olan mobil nömrəyə smslər yazaraq Turalla şəxsi münasibətlər qurmaq istəmiş, lakin Tural Ayşənlə tanış olmayaraq bütün bunları dostu olan Ayşənin əri Orxana demişdir. Orxan da bundan sonra boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bacısının ailəsinin dağılmasının günahkarı kimi Turalı bilmiş və Turalla ədavət aparmağa başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2008-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və 2015-ci il tarixdən etibarən ünvan 5 ünvanında yaşayır. Tural 17.05.2021-ci il tarixdə **-PY-*** dövlət qeydiyyat nişanlı “Renault Logan” markalı avtomobili "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən kreditlə almışdır. 24.06.2021-ci il tarixdə saat təxminən 16 radələrində Tural idarə etdiyi **-PY-*** dövlət qeydiyyat nişanlı “Renault Logan” markalı avtomobil ilə yaşadıqları ünvan 5 ünvanına gəlmiş və avtomobili evin həyətində saxlamışdır. 25.06.2021-ci il tarixdə saat 02:30 radələrində Tural onu yuxudan ayıldaraq evdə yanğın olduğunu, uşaqları qorumaq üçün arxa otağa aparmasını istəmişdir. O, dərhal 12 və 10 yaşlı övladlarını yuxudan ayıldaraq arxa otağa aparmışdır. Həmin vaxt Tural və qayınatası Şahid1 həyətə çıxaraq yanğını söndürməyə çalışmışlar. Təxminən 10-15 dəqiqə sonra Tural evə daxil olmuş və onları evdən çıxmalarını istəmişdir. Tural övladlarını ədyala bükərək evdən çölə çıxartmışdır. O da Tural ilə birgə evdən çölə çıxan zaman Turalın evin həyətində saxladığı **-PY-*** dövlət qeydiyyat nişanlı “Renault Logan” markalı avtomobilin yandığını görmüşdür. Həmin vaxt qonşular da su tökərək yanğını söndürməyə çalışmışdır. Hadisə yerinə polis əməkdaşları və X3 xidmətinin əməkdaşları da gəlmişdir. X3 Xidmətinin əməkdaşları avtomobildə baş vermiş yanğını söndürmüşlər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının ilkin olaraq demələrinə əsasən yanğın qısa qapanma nəticəsində baş vermişdir. Lakin Tural sonradan bildirmişdir ki, hadisə yerinə gəlmiş polis əməkdaşlarının ilkin araşdırmaları nəticəsində əldə edilmiş video görüntülərdən müəyyən edilmişdir ki, avtomobildə baş verən yanğın Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir. Ayşən Turalın istifadəsində olan mobil nömrəyə mesaj yazaraq Turalla şəxsi münasibətlər qurmaq istəmiş, lakin Tural tanış olmayaraq bütün bunları dostu olan Ayşənin əri Orxana demişdir. Orxan da bundan sonra boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bacısının ailəsinin dağılmasının günahkarı kimi Turalı bilmiş və Turalla ədavət aparmağa başlamışdır. Hətta Azər bir dəfə Turalın özünə də sonuncu ilə ədavət aparacağını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2001-ci il tarixdən etibarən ünvan 7 ünvanda ailəsi ilə birgə yaşayır. Zərərçəkmiş şəxs da təxminən 4-5 il müddət olmuşdur ki, qonşusu olaraq tanımışdır. 25.06.2021-ci il tarixdə saat 02 radələrində yaşadığı evdə olduğu zaman ard-arda iki dəfə partlayış səsi eşitmişdir. O, dərhal yaşadığı evin pəncərəsinə yaxınlaşıb həyətə baxdıqda Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yanğın baş verdiyini və partlayışın səsinə reaksiya verərək qonşuların köməyə getdiklərini görmüşdür. O da kömək etmək məqsədi ilə dərhal yaşadığı evi tərk edib Zərərçəkmiş şəxs yaşadığı mənzilə doğru qaçmışdır. O və qonşular ilk öncə qışqıraraq Turalgili yuxudan oyatmağa çalışmışlar. Onlar eyni zamanda da qonşu Fərhadın yaşadığı evdən köməkləşərək su gətirib yanğının üzərinə tökməklə yanğını söndürməyə çalışmışlar. Həmin vaxt qonşulardan kim isə Daxili İşlər Nazirlinin 102 xidmətinə və Fövqəladə Hallar Nazirliyinin 101 xidmətinə zəng edərək yanğın barədə məlumat vermişdir. Onların səslərinə Tural və ailəsi yuxudan durmuş və çətinliklə də olsa darvazanı açaraq yaşadıqları mənzili tərk edə bilmişlər. Onlar isə yanğını söndürməyə çalışsalar da yanğını söndürməyə nail ola bilməmişlər. Həmin vaxt hadisə yerinə polis əməkdaşları və X3 xidmətinin əməkdaşları gəlmişlər. X3 Xidmətinin əməkdaşları avtomobildə baş vermiş yanğını söndürmüşlər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının ilkin olaraq demələrinə əsasən yanğın qısa qapanma nəticəsində baş vermişdir. Lakin polis əməkdaşlarının ilkin araşdırmaları nəticəsində əldə edilmiş video görüntülər Turala təqdim edilmişdir. Həmin vaxt o da Tural ilə birlikdə olmuşdur. Tural və o video görüntülərə baxış keçirən zaman iki nəfər şəxsin əlində plastik materialdan qab tutaraq Turalgilin yaşadığı mənzilə doğru getdikləri və bir neçə dəqiqə sonra oradan qaçaraq uzaqlaşdıqlarını müəyyən etmişdir. Tural həmin video görüntülərə baxış keçirtdikdə həmin iki nəfər şəxsdən birini tanığını və həmin şəxsin Tural ilə ədavəti olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs da təxminən 4-5 il müddət olar ki, qonşusu olaraq tanımışdır. Zərərçəkmiş şəxs heç bir zaman heç bir qonşu ilə ədavəti və düşmənçiliyi olmamışdır. 25.06.2021-ci il tarixdə saat 02:30 radələrində yaşadığı evdə olduğu zaman qonşuların səsini eşitmişdir. O nə baş verdiyini müəyyən etmək üçün dərhal yaşadığı evi tərk etmişdir. Yaşadığı evi tərk edərək həyətə çıxdığı zaman qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yanğın baş verdiyini görmüşdür. Həmin vaxt Turalın yaşadığı evin həyətində saxladığı avtomobili yanırmış. O da dərhal Turalgilin yaşadığı mənzilin darvazasını möhkəmdən döyməyə başlamış və ucadan Turalı səsləyərək yuxudan oyatmağa çalışmışdır. Qonşulardan kim isə Daxili İşlər Nazirlinin 102 xidmətinə və Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng edərək yanğın barədə məlumat vermişdir. Qonşularla birgə yanğının qarşısını almaq üçün onun yaşadığı evdən köməkləşərək su gətirib yanğının üzərinə tökməklə yanğını söndürməyə çalışmışlar. Onların səslərinə Tural və ailəsi yuxudan durmuş və çətinliklə də olsa Turalın atası darvazanı açaraq yaşadıqları mənzili tərk edə bilmişlər. Onlar isə yanğını söndürməyə çalışsalar da, yanğını söndürməyə nail ola bilməmişlər. Həmin vaxt hadisə yerinə polis əməkdaşları və X3 xidmətinin əməkdaşları gəlmişlər. X3 Xidmətinin əməkdaşları avtomobildə baş vermiş yanğını söndürmüşlər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının ilkin olaraq demələrinə əsasən avtomobildə baş verən yanğın qısa qapanma nəticəsində baş vermişdir. Lakin o, sonradan eşitmişdir ki, Turalın idarə etdiyi avtomobildə baş verən yanğın qısa qapanma nəticəsində deyil, Tural ilə ədavəti olan şəxs tərəfindən qəsdən törədilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən etibarən Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi 49/4 ünvanda ailəsi ilə birgə yaşayır. Zərərçəkmiş şəxs da həmin vaxtdan etibarən qonşusu olaraq tanımışdır. Zərərçəkmiş şəxs heç bir zaman heç bir qonşu ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 25.06.2021-ci il tarixdə saat 02:20-də yaşadığı evdə olduğu zaman bir dəfə partlayış səsi eşitmişdir. Təxminən 3-5 dəqiqə sonra qonşulardan kimsənin onun yaşadığı evin qapısını döyərək yanğın baş verdiyini və onu kömək etməyə çağırdığını eşitmişdir. O da dərhal yaşadığı evi tərk edib həyətinə çıxmışdır. O, həyətə çıxan zaman Turalgilin yaşadığı evin həyətində yanğın baş verdiyini görmüşdür. Tural idarə etdiyi avtomobili yaşadığı evin həyətində saxlamış və həmin vaxt da yanğın avtomobildə baş vermişdir. O, həyətə çıxan zaman qonşular Turalgilin yaşadığı evin darvazasını möhkəmdən döyərək və ucadan qışqıraraq Turalgili yuxudan oyatmağa çalışmışlar. O isə qonşularla köməkləşərək onun yaşadığı evdən və qonşu Fərhadın yaşadığı evdən su gətirib yanğının üzərinə tökməklə yanğını söndürməyə çalışmışlar. Yanğın avtomobildə baş verdiyi üçün onlar yanğının benzin çəninə çataraq partlayış baş verməsindən ehtiyat etmişlər və buna görə də var gücləri ilə yanğının qarşısını almağa çalışmışlar. Yanğın baş vermiş avtomobilin üzəri taxta materialdan ibarət çardaq olduğu üçün yanğının taxtaya keçməsinin qarşısını almağa çalışmışlar. Yanğın taxta materialdan ibarət olan çardağa keçsəydi oradan da onların yaşadığı evlərə keçmək ehtimalı olmuşdur ki, bununla da onların hər birinin evi yana bilərmiş və Turalgilin həmin yanğından sağ çıxmaq ehtimalı olmayacaqmış. Onlar yanğının qarşısını almağa çalışdıqları zaman qonşulardan kim isə Daxili İşlər Nazirlinin 102 xidmətinə və Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng edərək yanğın barədə məlumat vermişdir. Onların səslərinə Tural və ailəsi yuxudan duraraq çətinliklə də olsa darvazanı açaraq yaşadıqları mənzili tərk edə bilmişlər. Onlar isə yanğını söndürməyə çalışsalar da yanğını söndürməyə nail ola bilməmişlər. Həmin vaxt hadisə yerinə polis əməkdaşları və X3 xidmətinin əməkdaşları gəlmişlər. X3 Xidmətinin əməkdaşları avtomobildə baş vermiş yanğını söndürmüşlər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının ilkin olaraq demələrinə əsasən yanğın qısa qapanma nəticəsində baş vermişdir. Lakin o, sonradan eşitmişdir ki, Turalın idarə etdiyi avtomobildə baş verən yanğın qısa qapanma nəticəsində deyil, Tural ilə ədavəti olan şəxs tərəfindən qəsdən törədilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 03 iyul 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir ( i.v. 1); baxış keçirilməsi haqqında 25 iyun 2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 8 ünvana baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir ( i.v. 09-16); 17 may 2021-ci il tarixli, 06/4016/LİZ saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən Zərərçəkmiş şəxs ilə "xxxx" MMC arasında “Renault Logan” minik markalı avtomobilə dair lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilədən görünür ki, lizinq alanın müvəqqəti sahhiblik və istifadəsinə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətindədir ( i.v. 21-30); M10572/21 saylı avtonəqliyyat vasitələrinin tam sğortası şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-yə məxsus “Renault Logan” minik markalı, ** PY *** dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı, ağ rəngli nəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış, sığorta dəyəri və məbləği 19900 manat, azadolam məbləği 500 manat təşkil etmişdir ( i.v. 39); zərərçəkmiş şəxs qismində tanınma haqqında 04 iyul 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qimsində tanınmışdır ( i.v. 46); 06 iyul 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır (i.v. 74); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyul 2021-ci il tarixli, 9/4677 nömrəli ekspert rəyindən görünür ki, 2019-cu il buraxılışlı, “Renault Logan” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 17500.00 manat müəyyən olunur ( i.v. 89-91); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2021-ci il tarixli, 10/3303 nömrəli ekspert rəyindən görünür ki, qərarın birinci, ikinci və üçüncü sualları üzrə Zərərçəkmiş şəxs məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsində yerləşən 49/4K saylı fərdi yaşayış evinin həyətində saxlanılan, “Çinarə Lizinqə məxsus **-PY-*** dövlət qeydiyyat nişanlı “Renault Logan” minik markalı avtomobildə baş vermiş yanğının mənbəyi, avtomobilin qabaq sol qanadı üzərində olmuş və yanğın digər sahələrə inkişaf etməmişdir. Hadisənin baş vermə şəraitini, baxış zamanı müəyyən edilmiş halları, avtomobilin üzərində yaranmış termiki təsir izlərinin xarakterini nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, yanğın, kənardan alışdırıcı mənbənin təsirindən baş vermişdir ( i.v. 101-105); Azərbaycan Respublikası DİN Bakı şəhər Xətai RPİ-nin 37-ci PŞ-nin 26.07.2021-ci il tarixli məktubundan görünür ki, “Çinarə” lizinqə məxsus, ** PY *** dövlət qeydiyyat nişanlı “Renault Logan” markalı avtomobili yandırmış şəxs müəyyən edilmişdir. Həmin şəxs xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur (i.v. 105); ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında 05 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtraış elan edilmişdir (i.v. 111); Azərbaycan Respublikası DİN Bakı şəhər Xətai RPİ-nin 35-ci PB-nin 12.08.2021-ci il tarixli, ***- **** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12.08.2021-ci il tarixdə saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-yə gətirilmişdir ( i.v. 120); axtarışda olan şəxsin tutulması haqqında 12.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtraış tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında saxlanılaraq 12.08.2021-ci il tarixdə, saat 15:00-da Xətai RPİ-nin 35-ci PB-yə gətirilmiş və aidiyyatı üzrə təhvil verilmişdir ( i.v. 121); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 142); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-346/2021 saylı, 14.08.202-ci il tarixli qərarından görünür ki, vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 01 ay 28 gün həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 12 avqust 2021-ci il tarixdən hesablanmışdır ( i.v. 171-173); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 16 avqust 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur ( i.v. 176-177); cinayət işinin başlanmasının rədd edilməsi barədə 03.05.2021-ci il tarixli qərardan görünür ki, vət. X1 müraciəti əsasında toplanmış materialda Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-in 125-ci maddəsinin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir ( i.v. 200-201); Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının A.Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyinin 1712 nömrəli, 14.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanda qeydiyyatsız yaşayır ( i.v. 215); Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının A.Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Həsənov X5 rayonu Bakıxanov qəsəbəsi L.Məmmədova 5/3 ünvanında qeydiyyatsız yaşayır. Yaşadığı müddətdə müvafiq orqanlardan Bakıxanov qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmayıb ( i.v. 216); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 15 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12.07.2021-ci il tarixli 9/4677 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, iş üzrə yanğın-texniki ekspertizasının 22.07.2021-ci il tarixli 10/3303 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, iş üzrə 25.06.2020-il tarixdə baş vermiş yanğın hadisəsinin video görüntüləri köçürülmüş 01 ədəd “CD” formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus **-PY-*** dövlət qeydiyyat nişanlı, “Renault Logan” markalı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmış, iş üzrə zərəçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə və Zərərçəkmiş şəxs dəymiş maddi ziyan ümumilikdə 17500 manat hesab olunmuş, istintaqa məlum olmayan şəxs barəsində Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə olan ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə başqa cinayət işi ayrılmış, zəruri sənədlərin kserosurətləri tərtib edilmiş siyahı üzrə çıxarılmaqla ayrılmış cinayət işinə əlavə olunmuş və icraata qəbul edilərək istintaqı aparılmışdır ( i.v. 217-228); cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 19 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən naməlum şəxsin qəsdən əmlakı məhv etməsi faktına görə Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. ********* saylı cinayət işindən zəruri sənədlərin kserosurətləri tərtib edilmiş siyahı üzrə çıxarılmaqla, əslləri ayrılmış ********* saylı cinayət işinə əlavə olunmuşdur ( i.v. 230-231); elektron Məhkəmə İnformasiya Sistemindən çıarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03.12.2018-ci il təvəllüdlü, Həsənli Nurlan adlı yetkinlik yaşına çatmayan bir övladı vardır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdən 25.06.2021-ci il tarixdə saat 03:25:08-da iki nəfər kişi cinsindən olan şəxsin yaşayış evlərinin qarşısında hərəkətdə olmaları, həmin şəslərdən birinin əlində plastik materialdan olan su qabı, digəri isə əlində əski parçası tutaraq hərəkət etmələri, əlində əski parçası tutaraq hərəkət edən şəxs üzünün müşahidə kameralarına düşməməsi üçün digər əli ilə üzünü tutaraq gizlətməsi, saat 03:27:11-də həmin iki nəfər şəxsin hadisə yerindən qaçaraq uzaqlaşmaları müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin video görüntüdə olan əlində plastik materialdan olan su qabını tutaraq hərəkət edən şəxsin özü olmasını, yanında hərəkət edən şəxsi isə tanımadığını, 25.06.2021-ci il tarixdə saat 03:25:08-də Turalın avtomobilini yandırmağa getdiyini, 25.06.2021-ci il tarixdə saat 03:27:11-də isə artıq Turalın yaşadığı evin həyətində saxladığı avtomobili yandırdıqdan sonra qaçaraq hadisə yerindən uzaqlaşdığı bildirmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əmlakı qəsdən məhv etmə və ya zədələmə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi cəzanı ağırlaşdıran haldır; 186.2.2-ci maddəsinə əsasən əmlakı qəsdən məhv etmə və ya zədələmə– yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6— 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını (CM-59.2), himayəsində az yaşlı uşağının olmasını (CM-in 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.2ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut "xxxx" MMC-yə məxsus olan “**-PY-*** dövlət qeydiyyat nişanlı, “Renault Logan” markalı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, cinayətin görüntülərini əks etdirən 01 (bir) ədəd “CD” formatlı disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia, müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 155 (bir yüz əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – cinayətin görüntülərini əks etdirən 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın, "xxxx" MMC-yə məxsus olan “**-PY-*** dövlət qeydiyyat nişanlı, “Renault Logan” markalı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-434/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-434/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver