Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-434/2022 02.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə müəllim vəzifəsinə işə düzəltməklə bağlı hər hansı səlahiyyətə və imkana malik olmadığı halda əvvəllər tanıdığı Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yerləşən 259 saylı tam orta məktəbə müəllim vəzifəsinə qəbul etdirilməsinə dair yalandan vəd verib aldadaraq, bu adla 2016-cı ilin yanvar ayının əvvəlində ünvan 3 ünvanda 600 manat, 2016-cı ilin yanvar ayının əvvəllərində həmin ünvanda 400 manat, 2016-cı ilin yanvar ayının ortalarında həmin ünvanda 1000 manat, 2016-cı ilin fevral ayının əvvəllərində həmin ünvanda 6000 manat, 2016-cı ilin mart ayının ortalarında həmin ünvanda 3000 manat, 15 aprel 2016-cı il tarixdə ünvan 4 ünvanın qarşısında 100 manat pul alıb, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 11.100 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 11.100 (on bir min yüz) manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir (epizod İ). Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində onun üçün ev inşa etdirəcəyinə və həmin inşa ediləcək evə sənədlərin alınmasına dair yalan vəd verib aldadaraq, bu adla 08 avqust 2016-cı il tarixdə ünvan 5 ünvanının qarşısında ondan 2000 manat pulu, 19 avqust 2016-cı il tarixdə Zərərçəkmiş şəxs özünə məxsus və tərəfindən 08 avqust 2022-ci il tarixdə ünvan 5 ünvanının qarşısında pin-kodu bildirilməklə ona verilmiş "xxxx" ASC-yə aid 416973******4708 nömrəli “X13” kredit kartından ünvan 6 ünvanında yerləşən bankomat vasitəsi ilə nağdlaşdırdığı 900 manat pulu, 22 avqust 2016-cı il tarixdə Zərərçəkmiş şəxs özünə məxsus və tərəfindən 08 avqust 2022-ci il tarixdə ünvan 5 ünvanının qarşısında pin-kodu bildirilməklə ona verilmiş “Kapital Bank" ASC-yə aid 416973******4708 nömrəli “X13” kredit kartından ünvan 6 ünvanında yerləşən bankomat vasitəsi ilə nağdlaşdırdığı 90 manat pulu, 2016-cı ilin sentyabr ayının ortalarında ünvan 7 ünvanında Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 13.000 manat olan 130 qram çəkidə qızıl-zinət əşyalarını, 2019-cu ilin avqust ayının sonlarında ünvan 8 ünvanında 6000 manat, 26 avqust 2019-cu il tarixdə Xətai rayonu inzibati ərazisində yerləşən "xxxx" ASC-nin Əhmədli metrostansiyasında vestibülün çıxışında 1000 manat pul alıb vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 22.990 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 22.990 (iyirmi iki min doqquz yüz doxsan) manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir (epizod İİ). Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs atası Əmrulla Zalova fəxri ad verilməsinə köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq bu adla 2017-ci ilin mart ayının əvvəllərində ünvan 8 ünvanında ondan 4000 manat pul alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə 4000 (dörd min) manat ziyan vurmaqla dələduzluq etmişdir (epizod İİİ). Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs oğlu Şahbaz Əhmədov üçün ucuz qiymətə “İphone X” markalı mobil telefon sifariş edə biləcəyinə dair yalandan vəd verib aldadaraq bu adla 09 dekabr 2019-cu il tarixdə Türkiyə Respublikasından onun adına “Western Union” pul köçürmə sistemi ilə ünvan 10 ünvanında yerləşən "xxxx" MMC-nin mərkəzi filialına göndərilmiş həmin dövr ilə məzənnəyə nisbətdə 526 manat 85 qəpik təşkil etmiş 310 ABŞ dolları pulu, göndəriləcək həmin telefonu qeydiyyata salmaq adı ilə 24 yanvar 2020-ci il tarixdə ünvan 11 ünvanında ondan 150 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 676 (altı yüz yetmiş altı) manat 85 (səksən beş) qəpik ziyan vurmaqla dələduzluq etmişdir (epizod İV). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü bütün epizodlar üzrə təqsirli bilmiş, lakin ümumi məbləğlə razı olmadığını qeyd edərək ifadəsində göstərmişdir ki, 2014-cü ildə sosial şəbəkədə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Limanə yazışmalar zamanı ona bildirmişdi ki, Qusar rayonunda yaşayır. Bundan əlavə Limanə bildirmişdir ki. Qusar rayonu, Hil kəndində məktəbdə müəllimə işləyir. Bir müddət sonra aralarında yaxın münasibət yaranmış və onlar telefon vasitəsi ilə danışmağa başlamışlar. 2015-ci ildə Limanə söhbət əsnasında ona bildirmişdir ki o, övladları ilə birlikdə Bakı şəhərinə köçmək istəyir. 2016-cı ilin yanvar ayının əvvəllərində o, Limanəyə yalandan bildirmişdir ki, onun Elşən adlı tanışı var və o, yüksək vəzifədə işləyir. Əslində Elşən adlı heç bir şəxsi tanımır. O, bildirmişdir ki, Elşən Limanəni 10.000 manat müqabilində 259 saylı tam orta məktəbə işə düzəldə bilər. Həmin vaxt düşünmüşdür ki, Limanədən 10.000 manat pulu alıb onun sənədlərini ümumi qaydada işə düzəltmək üçün versin və alındığı halda həmin 10.000 manat pulu ələ keçirsin və bildirsin ki, pul onun işə düzəlməsinə xərclənmişdir. Limanə ona bildirmişdir ki, onun 10.000 manat pulu yoxdur, ona görə o pulu hissə-hissə də verə biləcəyini bildirmişdir. 2016-cı ilin yanvar ayının əvvəllərində axşam radələrində o, Limanənin yaşadığı ünvan 3 ünvanına gəlmişdir və Limanə ona ilkin olaraq işə düzəlmə prosesini başlamaq üçün 600 manat pul vermişdir. O, 600 manat pulu, Limanəyə məxsus şəxsiyyət vəsiqəsini və onun təhsili haqqında sənədləri götürmüş və yalandan demişdir ki, həmin pulu və sənədləri Elşən adlı şəxsə verəcəkdir. Elşən adlı tanışının olmasını yalandan Limanəyə bildirmə səbəbi o olmuşdur ki, Limanənin etibarını qazansın. Bir gün sonra özü həmin sənədləri götürüb Təhsil Nazirliyinə getmiş və orada ümumi qaydada Limanənin sənədlərini təqdim etmişdir. Orada olan əməkdaş onun təqdim etdiyi sənədlərə baxaraq Limanənin təhsilinin ali olmadığını, orta ixtisas olduğundan onun Bakı şəhərində orla məktəbə müəllimə vəzifəsinə işə düzəlməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Daha sonra o, Limanədən aldığı 600 manat pulu öz ehtiyyaclarına xərcləmişdir. Limanəyə 600 manat pulu tanışı Elşən adlı şəxsə verdiyini bildirmiş və tez bir zamanda Limanənin iş məsələsinin həll olunacağını qeyd etmişdir. Daha sonra 2016-cı ilin yanvar ayının əvvəllərində, o, Limanənin yaşadığı ünvan 12 ünvanına getmiş və yalandan ona bildirmişdir ki o, Bakı şəhərində işləməsi üçün mütləq Bakı şəhərinə qeydiyyata düşməlidir. O, Limanədən 400 manat pulu almışdır. O pulu götürüb onun yaşadığı evdən çıxmış və daha sonra həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bir müddət keçdikdən sonra Limanə işin nə yerdə olduğunu soruşmuş, o isə Limanəyə yalandan bildirmişdir ki, tez bir zamanda onun işi həll olunacaqdır. 2016-cı ilin yanvar ayının ortalarında Limanə bildirmişdir ki, Elşən Təhsil Nazirliyinə 1000 manat pul verməlidir. Limanə həmin günün axşamı iş məsələsinin həll olunması üçün 1000 manat pul vermişdir. O, həmin pulu tanışı Elşənə verəcəyini bildirmişdir. O, pulu götürmüş və öz ehtiyyaclarına xərcləmişdir. 2016-cı ilin fevral ayının əvvəllərində öz ehtiyaclarına xərcləmək üçün pul lazım olduğundan o, Limanəyə zəng edərək bildirmişdir ki, Elşən İbrahimov adlı tanışı ona zəng edib və işin tamamlanmasını bildirmiş və bunun üçün ona əlavə 6000 manat pul verməli olduğunu bildirmişdir. Limanə həmin gün evdə ona 6000 manat pul vermişdir. O, həmin pulu Limanədən götürüb ona yalandan bildirmişdir ki, pulu Elşənə verəcəkdir. O, daha sonra həmin pulları da öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra Limanə ilə hər dəfə telefonla danışan zaman ona narahat olmamağını bildirmiş və demişdir ki, 2016-cı ilin sentyabr ayında Limanə artıq işə çıxacaqdır. 2016-cı ilin mart ayında ona yenidən pul lazım olduğundan, o, yalandan Limanəyə bildirmişdir ki, onun işə düzəltmə məsələsi tam olaraq bitir və yekun olaraq 3000 manat pul verməlidir. Limanə ona bildirmişdir ki, bu qədər pul verilmiş, lakin onu heç kim heç yerə çağırmır və o, çox narahatdır. O, Limanəyə yalandan bildirmişdir ki o, narahat olmasın, Bakıda müəllim vəzifəsinə işə düzəlmək olduqca çətindir. Əlavə olaraq yalandan demişdir ki, tanışı olan Elşən yüksək vəzifəli şəxsdir, o, onlara qarşı dələduzluq edə bilməz. Limanə ona inanaraq bildirmişdir ki o, gün ərzində həmin pulu tapacaq və ona xəbər edəcək. Bir neçə gün sonra, yəni 2016-cı ilin mart ayının ortalarında Limanə ona zəng edərək bildirmişdir ki o, 3000 manat pulu düzəltmişdir. Həmin günün axşamı Limanənin yaşadığı ünvan 3 ünvanında yerləşən evinə gedib həmin pulu ondan götürüb yalandan bildirmişdir ki, həmin pulu Elşən adlı tanışına verəcək və onun müəllim vəzifəsinə işə düzəlməsi məsələsi tam olaraq həllini tapacaqdır. 15 aprel 2016-cı il tarixdə ona yenidən pul lazım olduğundan o, Limanəyə zəng edərək bildirmişdir ki, onun işi tam olaraq düzəlmişdir, lakin müəyyən sənədləri dəyişdirmək üçün əlavə 150 manat pul vermək lazımdır. Limanə pulu olmadığını, lakin qızıl sırğasının olmasını və həmin sırğanı lombarda girov qoyaraq pul götürə biləcəyini demişdir. O, Limanənin yaşadığı evə getmiş və onunla birlikdə ünvan 4 ünvanında yerləşən lombarda getmişdir. Orada Limanə qulağında olan 2 ədəd qızıl sırğanı çıxarmış və lombarda girov qoyaraq oradan pul götürüb ona vermişdir. O, pulu Limanədən götürmüş və ona bildirmişdir ki, həmin pulu Elşən İbrahimova verəcək, əslində isə həmin pulu öz ehtiyyaclarına xərcləmişdir. O, yalandan hər dəfə Limanəyə vəd verərək aldatmışdır ki o, 2016-cı ilin sentyabr ayında işə çıxacaqdır. 2016-cı ilin iyul ayının sonlarında ona yenidən pul lazım olduğundan, o, Limanədən işə düzəltmək adı ilə pul ala bilməyəcəyini dərk edib ona yalandan bildirmişdir ki, tanışı olan Elşən İbrahimovun Bakı şəhəri, Nərimanov rayonu, “Milionerlər məhəlləsi” adlanan yerdə torpaq sahəsi var və o, həmin torpaq sahəsində Limanəyə ev tikmək üçün şərait yarada bilər. O, bilmişdir ki, Limanənin Bakı şəhərində evi yoxdur, o, kirayə yaşayır və ev tikmək adı ilə ondan əlavə pul ala biləcəkdir. Limanə buna sevinib ona bildirmişdir ki, o, Elşən İbrahimovla bu haqda danışsın. O, Limanəyə söz vermişdir ki o, bu haqda tanışı olan Elşənlə danışacaqdır. Bir gün sonra Limanəyə zəng edərək bildirmişdir ki, bu haqda Elşən ilə danışmış və o, özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, “Milionerlər məhəlləsi” adlanan yerdə yerləşən ərazidə olan torpaq sahəsini ona pay verir, lakin işə başlamaq üçün 10.000 manat pul lazım olduğunu bildirmişdir. Özü Limanəni inandırmaq üçün həmin günü axşam radələrində onu marşrut avtobusu ilə Bakı şəhəri, Nərimanov rayonu inzibati ərazisinə aparmış və orada ona hasarlanmış, dəqiq ünvanını bilmədiyi ərazini göstərərək bildirmişdir ki, həmin torpaq sahəsi tanışı Elşən İbrahimova məxsusdur və həmin topraq sahəsinin bir hissəsini ona pay vermişdir. Limanə həmin əraziyə daxil olmaq istəyən zaman o, Limanəyə yalandan bildirmişdir ki, həmin ərazi Dövlət Təhlükəsizliyi Xidmətinə aiddir, ancaq evi tikdirdikdən sonra və ya Elşən İbrahimovla həmin əraziyə keçə bilərlər. Limanə ona inanmış və 08 avqust 2016-cı il tarixdə o, Limanə ilə birlikdə ünvan 6 ünvanında yerləşən "xxxx" ASC-yə getmiş və orada Limanə 2000 manat nağd kredit və içərisində 1000 manat olan pul kartını götürüb kartın kodunu bildirməklə ona vermişdir ki o, həmin tikinti işlərinə artıq başlasın. O, Zərərçəkmiş şəxs aldığı 2000 manat pulu öz, ehtiyyaclarına xərclədikdən sonra, ona pul lazım olduğundan, 19 avqust 2016-cı il tarixdə həmin kartdan ünvan 5 ünvanında yerləşən bankomatdan 900 manat pulu, 22 avqust 2016-cı il tarixdən həmin kartdan həmin bankomat vasitəsi ilə 90 manat pulu çıxarmış və öz ehtiyyaclarına xərcləmişdir. Limanəyə isə yalandan bildirmişdir ki o, həmin pulları evi tikdirmək üçün tanışı Elşənə vermişdir. Bir müddət keçdiyindən Limanə ondan evin aqibəti barədə maraqlanmışdır və özü ona yalandan demişdir ki, işlər dayanıb, çünki onlar Elşənə 10.000 manat verməli olduqları halda ona cəmi 3000 manat pul vermişdirlər. Onda Limanə ona bildirmişdir ki, ona pul verə bilməyəcəkdir, lakin bunun əvəzinə onda qızıl-zinət əşyaları vardır və o, Limanəyə demişdir ki o, həmin qızılları adını bilmədiyi sələmçiyə verərək sələmə pul götürə bilər. Limanə buna razılaşmış və özü həmin günü, yəni 2016-cı ilin sentyabr ayının ortalarında Limanənin həmin vaxtı yaşadığı ünvan 15 ünvanında yerləşən evinə getmiş və orada Limanə ona bir bükümün içərisində, tək-tək əlamətləri yadında qalmayan qızıl-zinət əşyalarını vermişdir. Özü həmin qızıl-zinət əşyalarının çəkisini xatırlamır, lakin həmin qızılzinət əşyalarının bir qismini “Neftçilər” metrostansiyasının çıxışında yerləşən, lakin halhazırda dəqiq ünvanını xatırlamadığı mağazaya 970 manata satmış, qalan hissəsini isə tanımadığı alverçiyə 500 manat müqabilində satmışdır. Özü həmin vaxtı Limanə ilə yaxın dost münasibətində idi və onlar bir-birinin evinə qonaq gedirdilər. 2016-cı ilin sentyabr ayında Limanə artıq ondan pulu geri tələb etməyə başlamış və onların arasında telefonla mübahisə yaranmışdır. Özü Limanənin harada olmasını soruşmuş və o, Qusar rayonu, Hil kəndində olduğunu bildirmişdir. O, Limanə ilə söhbət etmək üçün onun olduğu Qusar rayonu, Hil kəndinə getmiş və orada Limanənin anası, atası və Rusiya Federasiyasında yaşayan qardaşı Sakin ilə tanış olmuşdur. Limanə orada onu dostu kimi təqdim etmişdir. Limanənin qardaşı, anası və atasının Limanə ilə aralarında olan pul məsələlərindən xəbərləri olmuş və o, onları inandırmışdır ki, heç bir problem yoxdur, söz verdiyi işlər hamısı baş tutacaqdır. Daha sonra həmin günü Bakı şəhərinə qayıtmışdır. Bir müddət sonra ona yenə öz ehtiyyaclarına xərcləmək uçün pul lazım olduğundan o, Limanəyə zəng edərək bildirmişdir ki, onun atası Əmrulla neçə il Qusar rayonu, Hil kəndində Mədəniyyət klubunun müdürü vəzifəsində çalışmış və həmin vəzifədən təqaüdə çıxmış, lakin heç bir fəxri ad almamışdır və bildirmişdir ki, onun tanışı olan Elşən İbrahimov onun atası Ə mrulla Əhmədova fəxri adın verilməsini təmin edə bilər, lakin bunun üçün 4000 manat pul vermək lazımdır. 2017-ci ilin mart ayının əvvəllərində Limanə ona zəng edərək bildirmişdir ki, o, 4000 manat pulu hazırlamış və ondan xahiş etmişdir ki, o, Limanənin həmin vaxtı yaşadığı ünvan 8 ünvanına gəlib həmin pulu götürsün. O, da həmin günü qeyd olunan ünvana gedərək Zərərçəkmiş şəxs 4000 manat pulu götürüb Elşən adlı tanışına verəcəyini bildirərək çıxıb yaşadığı evə getmişdir. Daha sonra həmin pulları öz ehtiyyaclarına xərcləmişdir. Limanəyə isə bildirmişdir ki o, pulu Elşən adlı tanışına vermişdir və tez bir zamanda onun atası Əmrullaya fəxri ad veriləcəkdir. Əslində Əmrullaya fəxri adın verilməsi istiqamətində heç bir hərəkət etməmişdir. Bundan sonra Limanə ondan mütəmadi olaraq verdiyi pullar barədə maraqlanmış, ona bildirmişdir ki, bu qədər vaxt keçdiyinə baxmayaraq onu heç kim heç yerə çağırmamış və onun iş məsələsi həll olunmamışdır, habelə o, tikdirdiyi evə baxa bilməməsini bildirmişdir. Özü hər dəfə yalandan bəhanələr gətirərək onu aldatmışdır. Bir müddət keçdikdə Limanə narahat olmuş, tez-tez telefonla danışan zaman ondan pulun aqibəti barədə və Elşən İbrahimov adlı şəxs barəsində maraqlanmışdır. 19 avqust 2017-ci il tarixdə Limanəni inandırmaq məqsədi ilə öz adına ***- ***-**-** saylı mobil nömrə almış və həmin nömrə ilə “Whatsapp” tətbiqində qeydiyyatdan keçərək, yalandan Limanəyə bildirmişdi ki, tanışı olan Elşən onunla əlaqə saxlayacaqdır. Həmin günün axşamı özü qeyd etdiyi, özünə məxsus nömrə ilə Limanənin işlətdiyi ***-***-**- ** nömrəsinə «whatsaapp» tətbiqində mesaj yazaraq özünün Elşən olduğunu və onun işini həll etdiyini bildirmişdir. Özü bunu Limanənin etibarını itirməmək uçun etmişdir. 2019-cu ilin avqust ayının sonlarında ona pul lazım olduğundan Limanəyə bildirmişdir ki, onun evi artıq hazırdır, lakin evə sənəd almaq üçün əlavə 7000 manat pul lazımdır, Limanə ona pulun olmadığını, lakin borca həmin pulu götürə biləcəyini bildirmiş və həmin günü ünvan 8 ünvanında 6000 manat pulu Zərərçəkmiş şəxs ona vermiş, pulun qalan 1000 manat hissəsini isə səhəri günü ona verəcəyini bildirmişdir və növbəti gün o, Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Əhmədli metrostansiyasının çıxışında görüşmüş və Limanə ona 1000 manat pulu vermişdir. Bir müddət keçdikdən sonra ona yenə pul lazım olduğundan 09 dekabr 2019-cu il tarixdə Limanəyə ucuz qiymətə “İphone X" markalı mobil telefon ala biləcəyini bildirmiş və Limanə ondan xahiş etmişdir ki, o, onun oğlu olan Şahbaza həmin mobil telefonu alsın və həmin vaxtı Türkiyə Respublikasında yaşayan Şahbaz onun adına 310 ABŞ dolları pul göndərmiş və o, həmin məzənnəyə uyğun olaraq 526 manat pulu ünvan 10 ünvanında yerləşən Mərkəzi Poçtdan götürmüş və öz ehtiyyaclarına xərcləmişdir. Əslində o, həmin mobil telefonu sifariş etmiş, lakin götürdüyü pul çatmadığından sifariş ləğv olunmuşdur. 24 yanvar 2020-ci il tarixdə o, Limanəyə yalandan bildirmişdir ki, Şahbaz üçün sifariş etdiyi “İphone X" markalı mobil telefon gəlmiş və onu qeydiyyata salmaq üçün 150 manat pul lazımdır və həmin günü o, Limanənin həmin vaxtı yaşadığı Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən ünvanına gedib həmin 150 manat pulu ondan götürərək öz ehtiyyaclarına xərcləmişdir. O, Zərərçəkmiş şəxs aldığı bütün pulları öz ehtiyyaclarına xərcləmişdir. Elşən İbrahimov adlı tanışı olmamışdır və o, həmin şəxsin olmasını Limanəni ona inandırmaq üçün etmişdir. O, Zərərçəkmiş şəxs ümumilikdə 27246 manat müxtəlif bəhanələrlə pul almış, ondan 11100 manat pulu onu işə düzəltmək adı ilə, 11470 manat pulu evi inşa edərək sənədin alınması adı ilə, 4000 manat pulu atası Əmrullaya fəxri adın verilməsi adı ilə, 526 manat pulu telefon sifariş etmək, 150 manat isə həmin telefonu qeydiyyata salmaq adı ilə almışdır. Həmçinin o, ərizə təqdim edərək ona qarşı irəli sürülmüş ittihamda qeyd edilən bəzi cinayət epizodları ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, həmin epizodlar üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, özü Qusar rayonu, Hil kəndində qeydiyyatda olsa da, ünvan 11 ünvanında ailəsi ilə birlikdə yaşayır. Özü 2015-ci il tarixdə ünvan 17ində ibtidai sinif müəlliməsi işləmişdir. Həmin ərəfədə “Odnoklassnik" sosial şəbəkəsində bir şəxslə tanış olmuşdur. Sosial şəbəkədə bir müddət danışdıqdan sonra onlar bir-birlərinə mobil nömrələrini vermişdirlər. Bundan sonra onlar telefonla əlaqə saxlamağa başlamışlar. Danışdığı şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Özü onunla və onun anası Əsmayə ilə dəfələrlə telefonda danışmışdır. Sonradan isə Zaur və anası dəfələrlə onun yaşadığı evə qonaq kimi gəlmişlər. Həmin vaxt oğlu Şahbaz təhsilini Bakı şəhəri, Xətai rayonu 195 saylı orta məktəbdə almışdır. Şahbazın təhsili ilə əlaqədar olaraq o, Bakıya köçüb yaşamaq qərarına gəlmişdir. O fikirləşmişdir ki, Bakı şəhərinə gələrək burada yerləşən orta məktəblərdən birində müəllimə kimi işləyər. Buna görə də bu barədə tanışı Təqsirləndirilən şəxsla danışmışdır. Zaur ona bildirmişdir ki, onun Bakı şəhərində çoxlu yüksək vəzifədə işləyən tanışları vardır. Həmin tanışları vasitəsi ilə onu Bakı şəhərində yerləşən orta məktəblərin birinə müəllimə kimi işə düzəldə bilər. Zaura inandığı üçün onunla razılaşmış və 2015-ci ildən yaşadığı Qusar rayonundan çıxaraq Bakı şəhərinə köçmüşdür. Bakı şəhərində Xətai rayonu ərazisində kirayədə yaşamış, 2016-cı ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs yaşadığı ünvan 18 ünvanında qonaq olan zaman ona Elşən adlı tanışının olduğunu, Elşənin yüksək vəzifədə işlədiyini və onun vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu “Fəhlə”, indiki 8 noyabr prospektində yerləşən 259 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi kimi işə düzəldə biləcəyini demişdir. Zaur ona bu iş üçün təxminən 10.000 manat pul lazım olduğunu bildirmişdir. O, Zaura hazırda o qədər pulunun olmadığını deyən zaman Zaur, ona bu prosesin mərhələ-mərhələ baş tutacağını, buna görə də Bakı şəhərində müəllimə kimi işə düzəlmək üçün lazım olan pulu hissə-hissə verə biləcəyini bildirmişdir. O, Zaura inandığı uçun razılaşmışdır. Bundan iki gün sonra, yəni 2016-cı ilin yanvar ayının əvvəlində Zaur həmin vaxt yaşadığı ünvan 3 ünvanına gəlmiş və işə düzəlmək üçün ondan ilkin olaraq 600 manat pul və sənədlərinin surətini istəmişdir. Buna görə də o, həmin gün yaşadığı mənzildə ona 600 manat pul və sənədlərin surətlərini vermişdir. Zaur da ondan pulu və sənədləri alaraq narahat olmamağını, bir ay ərzində onu 259 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi kimi işə düzəldəcəyini bildirmişdir. Bundan bir həftə sonra Zaurla əlaqə saxlayıb iş barədə soruşan zaman Zaur, ona rayon qeydiyyatında olduğu üçün işin alınmasında gecikmə olduğunu, bunun üçün Bakı şəhərində müvəqqəti olaraq hər hansı bir ünvana qeydiyyata düşmək lazım olduğunu bildirmişdir. O da Zaura bunun necə olacağını soruşan zaman Zaur, ona 400 manat pul lazım olduğunu, həmin pulu MKTB-yə verərək onu başqa ünvana qeydiyyata salacağını bildirmişdir. Ona inandığı üçün razılaşmış və yenidən 2016-cı ilin yanvar ayının əvvəlində həmin vaxt yaşadığı ünvan 3 ünvanında 400 manat pulu da Zaura vermişdir. Zaur da pulu ondan alaraq narahat olmamağını bildirib çıxıb getmişdir. Bundan bir neçə gün sonra yəni 2016-cı ilin yanvar ayının ortalarında Zaur yenidən onunla əlaqə saxlayıb işə düzəlmək üçün lazımı sənədlərin hazırlanması məqsədi ilə Təhsil Nazirliyinə verilməsi üçün 1000 manat pulun lazım olduğunu bildirmişdir. O da Zaura inandığı üçün razılaşmış və həmin gün Zaur onun yaşadığı ünvan 3 ünvanına gələrək 1000 manat pulu da ondan alaraq çıxıb getmişdir. Zaur ondan işə düzəlməklə bağlı aldığı pulları Elşənə verdiyini bildirmiş və Elşənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini ona vermişdir. O da “Whatsapp” proqramı ilə zəng edərək özünü ona Elşən kimi təqdim edən şəxslə bir neçə dəfə danışmışdır. Həmin danışıq zamanı Elşən də ona narahat olmamağını, Zaurun aldığı pulları gətirib ona verdiyini, Təhsil Nazirliyində yüksək vəzifədə işləyən adam olduğunu, həmin şəxsin vasitəsi ilə onu tez bir zamanda Bakı şəhərində yerləşən 259 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi kimi işə düzəldəcəklərini bildirmişdir. Eyni zamanda Zaurun anası Əsmayə də onun yaşadığı mənzilə gəlib getmişdir. Bütün bunlar onda Elşən və Zaura qarşı inam yaratmışdır. 2016-cı ilin fevral ayının əvvəllərində Zaur yenidən onunla əlaqə saxlayaraq müəllimə kimi işə düzəlməyi ilə bağlı 6.000 manat pul vermək lazım olduğunu demişdir. O da Zaura inandığı üçün razılaşmış və Zaur yaşadığı ünvan 3 ünvanına gələrək ondan 6.000 manat pulu alaraq çıxıb getmişdir. Həmçinin Zaur pulu ondan alan zaman 2016-cı ilin sentyabr ayında işə çıxacağını bildirmiş, o da Zaura inandığı üçün gözləməyə başlamışdır və 2016-cı ilin mart ayının ortalarında Zaur ondan yenidən işə düzəlməyi ilə bağlı 3.000 manat pul istəmişdir. O da Zaurdan pulları kimə verdiyini, iş barədə heç bir nəticə olmadığını, onu heç bir yerdən çağırmadıqlarını demişdir. Buna görə də, onların arasında sözlə mübahisə baş vermişdir. Bundan sonra Zaurun anası Əsmayə də, yaşadığı ünvana gələrək Bakı şəhərində işə çıxmağın asan olmadığını, Zaurun və Elşənin onu aldatmadığını, narahat olmamağını demişdir. Həmin vaxt Zaur bir daha ona 2016-cı ilin sentyabr ayında dərslər başlayan zaman 259 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi kimi işə çıxacağını bildirdiyi üçün onlara inanmışdır və işə düzəlməyi ilə bağlı olaraq Zaura əlavə olaraq 3000 manat pul verməyə razılıq vermişdir. 2016-cı ilin mart ayının ortalarında o, Zaurun işə düzəlməyi ilə bağlı olaraq istədiyi 3000 manat pulu düzəldərək yaşadığı ünvan 3 ünvanında Zaura vermişdir və o, həmin pulu ondan alaraq çıxıb getmişdir. 2016-cı ilin aprel ayının əvvəllərində Zaur onunla əlaqə saxlayaraq işə düzəlməyi ilə əlaqədar digər sənədlərin hazırlanması məqsədi ilə əlavə olaraq 150 manat pul vermək lazım olduğunu bildirmişdir. Həmin vaxt pulu olmadığı üçün məcbur olaraq özünə məxsus qızıl sırğasını ünvan 21 ünvanın yaxınlığında yerləşən lombarda girov qoyaraq pul götürmüşdür. Zaur da onunla birlikdə həmin lombarda getmiş və o, lombarddan aldığı pulu da ona vermişdir. Beləliklə Zaur onu Bakı şəhərində yerləşən 259 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi kimi işə düzəldəcəyini bildirib bu yolla ümumilikdə 11.100 manat pul almışdır. O, Zaurdan iş barədə soruşan zaman Zaur ona narahat olmamağı 2016-cı ilin sentyabr ayında müəllimə kimi işə çıxacağını demişdir. 2016-cı ilin iyul ayının sonlarında Zaur onun yaşadığı evdə qonaq olan zaman Elşənin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, "Milyonerlər" məhəlləsi adlanan yerdə yerləşən evinin arxa hissəsində boş torpaq sahə olduğunu, kirayə qaldığına görə köməklik kimi həmin torpaq sahəsinə onun üçün həyət evi inşa edə biləcəyini, bunun üçün isə başlamaq məqsədi ilə 10000 manat pul verməli olduğunu demişdir. O da Zaurdan həmin torpaq sahəsini ona göstərməsini xahiş etmişdir. Buna görə də, Zaur onu Bakı şəhəri, Nərimanov rayonu, ''Milyonerlər məhəlləsi'' adlanan yerə aparıb orada yerləşən yaşıl rəngli şüşələri olan həyət evini kənardan göstərərək həmin torpaq sahəsinin həmin evin arxa hissəsində olduğunu bildirmişdir. O, Bakı şəhərini yaxşı tanımadığından həmin binanın harada olmasını xatırlamır və göstərə bilməz. O, torpaq sahəsinə baxmaq istədiyini bildirsə də, Zaur ona həmin yaşayış sahəsinin Milli Təhlükəsizlik Nazirliyinin nəzarətində olduğunu, onlar kənar adam olduğu üçün onları ora buraxmayacaqlarını, həmin yerə yalnız Elşənlə birlikdə girməyin mümkün olduğunu demişdir. O, da Zaura inandığı üçün razılaşmış və 2016cı ilin avqust ayında Zaurla birlikdə ünvan 22 ünvanında yerləşən "xxxx"a gedərək oradan öz adına 2000 manat nağd pul və bir ədəd içərisində 1000 manat olan kredit kartını götürmüşdür və 2000 manat nağd pulu və həmin 1000 manat pul olan kredit kartını kartın kodu ilə birlikdə ev inşa etmək üçün bankın qarşısında Zaura vermişdir. Zaurda pulu və kartı ondan alaraq həmin pula ona söz verdiyi evi inşa etmək üçün lazımı tikinti materialları alacağını bildirmişdir. Zaur ondan ev inşa etmək üçün istədiyi 10.000 manat puldan 3000 manatını ona versə də, maddi imkanı olmadığı üçün 7000 manat pulu düzəldib Zaura verə bilməmişdir. Buna görə də, Zaur işlərin dayanmaması üçün ona özünə məxsus olan qızıl zinət əşyalarını verməyini, həmin qızılları yüksək faizə pul verən şəxsə verərək pul götürüb işi başa çatdıracağını bildirmişdir. O da Zaura inandığı üçün razılaşmış və 2016-cı ilin sentyabr ayının ortalarında özünə məxsus 13.000 manat dəyərində ümumi çəkisi 130 qram olan “Kardinal” boyunbağını, 01 ədəd qızıldan kvadrat formalı kişi üzüyünü, 01 ədəd qadın nişan üzüyünü, bir cüt qırmızı qaşlı sırğanı, bir dəst boyunbağı, qolbaq və kulondan ibarət qızıl dəstini, 01 ədəd ağ qaşlı qadın üzüyünü və digər qarışıq qızıllarını götürüb həmin vaxt yaşadığı ünvan 8 ünvanında yerləşən evdə Zaura vermişdir. Həmin vaxt Zaur bibisi oğlu Elvinlə birlikdə gəlmişdir. Bundan sonra o, Zaurdan bir neçə dəfə ev barədə maraqlanan zaman Zaur ona narahat olmamağını, ustaların işlədiyini, ev hazır olandan sonra Elşənin özünün gəlib onları həmin evə aparacağını demişdir. O da Zaura inandığı üçün gözləməyə başlamış və 2016-cı ilin sentyabr ayında 259 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi kimi işə çıxmadığını görüb Zaurla əlaqə saxlamışdır. Zaurla bərabər o, Elşənlə də əlaqə saxlayırdı. O, işə çıxmadığı üçün Zaurdan ona işə düzəlməyi ilə bağlı vermiş olduğu pulu qaytarmasını tələb etmiş və onların arasında narazılıq yaranmışdır. Həmin vaxt o, Qusar rayonunda yerləşən atası Əmrullanın evində olduğu üçün onlara da bu barədə bildirmişdir və qardaşı Sakit Zaurla əlaqə saxlayaraq vermiş olduğu pulu qaytarmasını tələb etmişdir. Buna görə də, Zaur Qusar rayonuna gələrək orada qardaşı Sakit ilə görüşmüşdür. X11 Federasiyasında yaşayır və hal-hazırda Rusiya Federasiyasındadır. Həmin vaxt Zaur bir daha onlara narahat olmamağı, müəllimə işi alınmasa da, Elşənin onu öz işinə yaxın, yəni MTN-də dəftərxana işçisi kimi işə düzəldəcəyini bildirmiş və həmin vaxt Zaurla qardaşı arasında tanışlıq yaranmışdır. Həmçinin, atası Əmrulla uzun müddət Qusar rayonu, Hil kəndində yerləşən mədəniyyət evinin direktoru olmuş və oradan təqaüdə çıxmışdır. Bakı şəhərinə qayıtdıqdan sonra Zaur ona atası Əmrullanın uzun müddət mədəniyyət işçisi olduğunu, X5 Qarayevin Elşənin qohumu olduğunu, Elşənin vasitəsi ilə atasına əməkdar incəsənət xadimi adı ala biləcəyini, bunun üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. O, bu barədə atası Əmrullaya bildirmiş və atası razılıq verdiyi üçün 2017-ci ilin mart ayının əvvəllərində həmin vaxt yaşadığı ünvan 23 ünvanında 4000 manat pulu Zaura verib gözləməyə başlamışdır. 2019-cu ilin avqust ayının sonlarında Zaur onun üçün inşa etdiyi evə sənəd almaq adı ilə ondan 7000 manat pul istəmişdir. O da maddi imkanı olmadığı üçün borca 6000 manat bir, 1000 manat da bir alaraq pulu Zaura yaşadığı ünvan 8 ünvanında vermiş, sonuncu 1000 manat pulu Zaura xx.xx.2019-cu ildə Əhmədli metrostansiyasının giriş hissəsində vermişdir. O, pulları və qızılları Zaura verən zaman Zaur həmişə ona deyirdi ki, verdiyi pullar və qızıllar barəsində heç kimə bir söz deməsin. Onun dediyinə görə həmin pulları və qızılları onu orta məktəbdə müəllimə kimi işə düzəltmək üçün və əvvəllər incəsənət sahəsində çalışmış atası X4 fəxri ad verməkdən ötrü Elşənə və Mədəniyyət və İncəsənət nazirliyində çalışan yüksək vəzifəli şəxsə vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs onu aldadaraq övladı Şahbaz üçün ucuz qiymətə yeni telefon satıldığını bildirmiş və həmin vaxt onun pulu olmadığından o, Türkiyə Cumhuriyyətində yaşayan oğlu Şahbazdan xahiş etmişdir ki o, Zaurun adına pul göndərsin və oğlu Şahbaz 09 dekabr 2019-cu il tarixdə Zaurun adına Mərkəzi Poçta 310 ABŞ dolları, yəni 526 manat pul göndərmişdir. Zaur övladının göndərdiyi pulu aldıqdan sonra onun yaşadığı evə gəlmişdir. Zaur ona bildirmişdir ki, Şahbaz ona “İphone X” markalı mobil telefonu almaqdan ötrü 526 manat pul göndərmişdir. Şahbazın göndərdiyi pul “İphone X” markalı telefon alması üçün çatmadığından Zaur ondan hazırda kirayədə yaşadığı ünvan 24 ünvanında xx.xx.2020-ci il tarixdə 150 manat pul almışdır. O, gözləsə də heç bir nəticə olmamışdır və Zaur ona verdiyi vədlərin heç birinə əməl etməyib onu aldatmışdır. O, Zaurdan pullarını və qızıllarını tələb edən zaman o, hər dəfə qızılları və pulu qaytaracağını bildirsə də, heç bir nəticə olmamışdır. Əlavə verilən suallara cavab olaraq o, bildirmişdir ki, Zaur onu Bakı şəhərində yerləşən 259 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi kimi işə düzəldəcəyini bildirib 11.100 manat, ev tikmək adı ilə 3.000 və 13.000 manat dəyərində 130 qram qızıl zinət əşyalarını, həmin evə çıxarış almaq adı ilə 7000 manat, atası X3 incəsənət xadimi adı alacağını bildirib 4000 manat, oğlu Şahbaz Əhmədova telefon almaq adı ilə ondan 310 ABŞ dolları, yəni 526 manat, həmin telefonu düzəltmək adı ilə isə ondan 150 manat pul almışdır. Həmin hadisə nəticəsində ona ümumilikdə 38.776 manat maddi ziyan dəymişdir. Həmçinin o qeyd etmişdir ki, Elşən adlı şəxsi görməmişdir, ona pul verməmişdir. Pulları ondan Zaur almışdır. Beləliklə o, göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmamışdır və təqsirləndirilən şəxsin barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid hadisə ilə bağlı oğlu Təqsirləndirilən şəxs barəsində ifadə verməkdən imtina etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq ounmuş ifadəsində şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və Zaur onunla bir ünvanda yaşayır. Zərərçəkmiş şəxs təxminən 2015-ci ilin axırlarından tanımışdır, əvvəl onun adını Leyla bilsə də sonradan adının Limanə olduğunu bilmişdir. O, Limanəni ilk olaraq Zaurun sevgilisi kimi tanımışdır və bilmişdir ki, Zaur ilə onun arasında sevgi münasibətləri vardır, lakin Limanənin əvvəllər ailəli olması və iki övladının olması onu narahat etmişdir. O, mütəmadi olaraq Limanənin yaşadığı evə qonaq getmiş və Limanə uşaqları ilə birlikdə onun yaşadığı evə qonaq gəlmişdir. Onun Limanə ilə normal münasibətləri olmuş, aralarında ədavət olmamışdır. Daha sonra ona məlum olmuşdur ki, Zaur Limanəyə pul borcludur, pulun nə qədər olduğunu dəqiq bilməmişdir, lakin bilmişdir ki, Zaur tanışı Elşən İbrahimov vasitəsi ilə onu Bakı şəhəri, Xətai rayonu, 8 noyabr küçəsində yerləşən 259 saylı orta məktəbə müəllim vəzifəsinə işə düzəldəcək. X12 görməmişdir. Elşən İbrahimovun olmasını lakin oğlu Zaurun sözündən eşitmişdir. Zaur ona bir dəfə bildirmişdir ki, Elşən İbrahimov adlı şəxsin yoldaşı vəfat etmiş və o, yası verdikdən sonra Limanənin evinə getmişdir ki onunla söhbət etsin, X12 görməsə də onun barəsində Zaur danışmışdır. O, bir neçə dəfə Limanə ilə telefonla danışan zaman Zaurun sözünə əsasən ona demişdir ki, Elşən İbrahimovun arvadı vəfat etmiş və sonradan o, Limanənin evinə gəlmişdir ki, onunla söhbət etsin, lakin buna nail ola bilməmişdir. X7maması barədə məlumatı olmamışdır, sadəcə olaraq bildirmişdir ki, Zaur Elşən adlı şəxsin vasitəsi ilə Limanəni məktəbə müəllim vəzifəsinə düzəltməli idi, daha sonra Limanə üçün dəqiq ünvanını bilmədiyi yerdə ev tikdirirdi, daha sonra onun atası Əmrulla Zalova fəxri adın alınmasına köməklik göstərirdi. Daha sona Zaur ona bildirmişdir ki, onların işi alınmamış və Zaur Limanəyə pul qaytarmalıdır, lakin pulun nə qədər olmasını deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 27 may 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 19 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə pulu aldığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrosunun qarşısına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 39-40); hadisə yerinə baxış keçirilməsi haqqında 26 fevral 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 11 ünvanının qarşısına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 53-55); "xxxx" MMC-dən verilmiş pulun alınması barədə qəbzin surətindən görünür ki, “Western Union” pul köçürmə sistemi vasitəsi ilə Türkiyə Respublikasından Şahbaz Əhmədov tərəfindən göndərilmiş 310 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ünvan 25 ünvanında yerləşən "xxxx" MMC-nin X8 götürülmüşdür (i.v. 56-57); 940915 nömrəli girov biletinin surətindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 15 aprel 2016-cı il tarixdə girov qoyulmuş 4.3 qram sırğa müqabilində ona 60 manat ödəniş olunmuşdur (i.v. 69); cinayət işinin icraata götürülməsi haqqında 02 iyun 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 79); zərərçəkmiş şəxs qismində tanınma haqqında 04 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 81); şəxs barəsində axtarış elan edilməsi haqqında 04 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və o, tutulduqda Xətai RPİ-nin İŞ-nə təqdim olunması qərara alınmışdır (i.v. 104-105); axtarışda olan şəxsin tutulması haqqında 08 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-da şübhəli şəxs qismində saxlanılaraq Xətai RPİ-nin İŞ-nə təhvil verilmişdir (i.v. 120); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 123); şübhəli şəxsin tutulması haqqında 08 iyul 2022-ci il tarixdə 19:00-da tərtib olunmuş protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 142); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 08 iyul 2022-ci il tarixli qərardan, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v. 154-155); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur (i.v. 137-138); 09 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 176-186); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-370/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v. 197-206); qətimkan tədbirinin seçilməsi haqqında 09 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 207-209); elektron daşıyıcıda olan məlumatlara baxış keçirilməsi haqqında 10 iyul 2022-ci il tarixli protokoldan görünür ki, CD-R formatlı diskə baxış keçirildikdə həmin diskdə 16 ədəd “mpeg” formatlı faylların olması müəyyən edilmiş, həmin fayllarda olan səsyazmaları açıldıqda, Təqsirləndirilən şəxs 120 qramdan artıq çəkidə qızılın və müəyyən məbləğlərdə pulun ona verilməsini etiraf etmədi aşkar edilmiş və sonuncu bildirmişdir ki, tez zamanda həmin pulları geri qaytaracaqdır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin danışıqların Zərərçəkmiş şəxs ilə aparıldığını və səsin ona məxsus olduğunu bildirmişdir (i.v. 214-215); "xxxx" ASC tərəfindən verilmiş 04 avqust 2022-ci il tarixli 108/01-149 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs 08 avqust 2016-cı il tarixdə "xxxx" ASC-nin Əhmədli filialından 110GTKR162210507 saylı müqaviləyə əsasən 2000 manat (iki min manat) məbləğində nağd kredit rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixində "xxxx" ASC-də 350 manat qalıq borcu vardır (i.v. 235); "xxxx" ASC-nin 04 avqust 2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışından görünür ki, Zərərçəkmiş şəxs adına olmuş 416973******4708 saylı “X13” kredit kartından “Kapital Bankın” Əhmədli filialında bankomat vasitəsi ilə 900.00 manat, 22 avqust 2016-cı il tarixdə həmin kartdan həmin ünvanda yerləşən bankomat vasitəsi ilə 90.00 manat pul çıxarılmış və xx.xx.2019-cu il tarixə olan son qalıq -990,00 manat olmuşdur (i.v. 237); təqsirləndirilən şəxsə yeni məzmunlu ittihamın verilməsi haqqında 05 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və o, həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 258-259); sübutların qiymətləndirilməsi haqqında 05 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş yeni məzmunlu ittiham öz qüvvəsində saxlanılmış və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin dindirilmə protokolları, üzləşdirmə protokolu, 940915 saylı girov bileti, "xxxx" MMC-dən verilmiş qəbz sübut növü kimi qiymətləndirilmiş və 1 ədəd CD-R disk maddi sübut kimi tanınmışdır, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 32.4, 312-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir (i.v. 276-291); Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli Sərəncamlarından görünür ki, X2 “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur; 30 dekabr 2020-ci il tarixli vəsiqənin surətindən görünür ki, X2 “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif olunmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində ona qarşı irəli sürülmüş ittihamda qeyd edilən 2017-ci ilin mart ayında və 2020-ci ilin yanvar ayında törətdiyi epizodları ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, həmin epizodlar üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsində özünü bütün epizodlar üzrə təqsirli bilsə də, verilmiş ittiham üzrə ümumi məbləğlə razı olmaması, zərərçəkmiş şəxsdən ümumilikdə 27246 manat müxtəlif bəhanələrlə pul alması hissəsində ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər dindirilmişlər. Həmin şəxsin ifadəsi ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, zərərçəkmiş şəxsin ifadəsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20 oktyabr 2017-ci il tarixli dəyişiklikdən əvvəlki redaksiyasında CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 8-ci bəndinə əsasən, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs əvvəllər tanıdığı Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yerləşən 259 saylı tam orta məktəbə müəllim vəzifəsinə qəbul etdirilməsinə dair yalandan vəd verib aldadaraq, bu adla 2016-cı ilin yanvar ayının əvvəlində ünvan 3 ünvanda 600 manat, 2016-cı ilin yanvar ayının əvvəllərində həmin ünvanda 400 manat, 2016-cı ilin yanvar ayının ortalarında həmin ünvanda 1000 manat, 2016-cı ilin fevral ayının əvvəllərində həmin ünvanda 6000 manat, 2016-cı ilin mart ayının ortalarında həmin ünvanda 3000 manat, 15 aprel 2016-cı il tarixdə ünvan 4 ünvanın qarşısında 100 manat pul alıb, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 11.100 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 11.100 (on bir min yüz) manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı İ epizod həmin dövrdə qüvvədə olan CM-nə əsasən “külli miqdar” hesab olunsa da, hazırda qüvvədə olan CM-nə əsasən “xeyli miqdar” hesab olunduğundan ibtidai istintaq orqanı tərəfindən düzgün nəticəyə gəlinmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs atası Əmrulla Zalova fəxri ad verilməsinə köməklik göstərəcəyinə dair yalandan vəd verib bu adla 2017-cı ilin mart ayının əvvəllərində ünvan 8 ünvanında sonuncunun etibarından sui-istifadə edərək və aldadaraq ondan alıb ələ keçirdiyi pul vəsaitinin məbləği cəmi 4000 (dörd min) manat olmuşdur ki, bu da həmin vaxt qüvvədə olan CM-nə əsasən xeyli miqdar hesab olunsa da, hazırda qüvvədə olan CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə xeyli miqdar təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdırdığından həmin qanun ona şamil edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda göstərilən İİİ və Zərərçəkmiş şəxs oğlu Şahbaz Əhmədov üçün ucuz qiymətə “İphone X” markalı mobil telefon sifariş edə biləcəyinə dair yalandan vəd verib bu adla 09 dekabr 2019-cu il tarixdə Türkiyə Respublikasından onun adına “Western Union” pul köçürmə sistemi ilə ünvan 10 ünvanında yerləşən "xxxx" MMC-nin mərkəzi filialına göndərilmiş həmin dövr ilə məzənnəyə nisbətdə 526 manat 85 qəpik təşkil etmiş 310 ABŞ dollarını, göndəriləcək həmin telefonu qeydiyyata salmaq adı ilə 24 yanvar 2020-ci il tarixdə ünvan 11 ünvanında isə ondan 150 (yüz əlli) manat pul vəsaitini almaqla, sonuncunun etibarından sui-istifadə edərək və aldadaraq ümumilikdə 676 (altı yüz yetmiş altı) manat 85 (səksən beş) qəpik ələ keçirdiyi İV epizod üzrə Təqsirləndirilən şəxs əməllərinin hər biri ayrı ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Həmçinin, məhkəmə, ittiham aktında qeyd olunan İİİ və İV epizodlar üzrə cinayət əməllərinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il nəzərdə tutulmasını, həmin epizodlar üzrə cinayət əməllərinin 2017-ci ilin mart və 2020-ci ilin yanvar aylarında baş verməsini, Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan müvafiq əməllər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbilə həmin epizodlar üzrə icraata xitam verilməsinə dair ərizəsini nəzərə alaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs barəsində həmin epizodlar üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs qardaşı X1 Vətən müharibəsi iştirakçısı olmasını və işğal olunmuş torpaqların azad olunması uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə müxtəlif medallarla təltif olunmasını, törətdiyi əməli qismən etiraf eməsini və səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə etməməsini və ona dəymiş ziyanı ödəməməsini, təqsirləndirilən şəxsin əməllərinin çox epizodlu olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 08 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), ittiham aktında qeyd olunan İİİ və İV epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 39.1.3-cü maddəsinə əsasən həmin hissədə başlanılmış cinayət işi üzrə icraata xitam verilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 02 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs qızına mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 41, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs atası Əmrulla Zalova fəxri ad verilməsinə köməklik göstərəcəyinə dair yalandan vəd verib bu adla 2017-ci ilin mart ayının əvvəllərində ünvan 8 ünvanında sonuncunun etibarından sui-istifadə edərək və aldadaraq onun 4000 (dörd min) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etməsi (İİİ epizod) və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu Şahbaz Əhmədov üçün ucuz qiymətə “İphone X” markalı mobil telefon sifariş edə biləcəyinə dair yalandan vəd verib bu adla 09 dekabr 2019cu il tarixdə Türkiyə Respublikasından onun adına “Western Union” pul köçürmə sistemi ilə ünvan 10 ünvanında yerləşən "xxxx" MMC-nin mərkəzi filialına göndərilmiş həmin dövr ilə məzənnəyə nisbətdə 526 manat 85 qəpik təşkil etmiş 310 ABŞ dollarını, göndəriləcək həmin telefonu qeydiyyata salmaq adı ilə 24 yanvar 2020-ci il tarixdə ünvan 11 ünvanında isə ondan 150 (yüz əlli) manat pul vəsaitini almaqla, sonuncunun etibarından sui-istifadə edərək və aldadaraq onun ümumilikdə 676 (altı yüz yetmiş altı) manat 85 (səksən beş) qəpik məbləğində pulunu ələ keçirərək dələduzluq etməsi (İV epizod) ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizodlar üzrə icraata xitam verilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınan 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsinə dair mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-434/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-434/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver