Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-435/2025 08.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əhədzadə Firdovsi Hüseyn oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 03:00-da Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xətai rayonu 8-ci Əhmədli küçəsi ev 14 ünvanında yerləşən mənzilin həyətinə darvazanın qapısını əli ilə açmaqla qanunsuz daxil olaraq 01 ədəd dəyəri 150 manat olan “Volqa” markalı hava kompressorunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 150 (yüz əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 03:10-da Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xətai rayonu 8-ci Əhmədli küçəsi ev 14 ünvanında yerləşən mənzilin həyətindəki hasardan tullanaraq qonşu həyətə yəni, Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanına 2 mərtəbəli həyət evinin birinci mərtəbəsinin pəncərəsindən qanunsuz daxil olaraq 01 ədəd dəyəri 17 manat olan “Zubr” markalı kiçik elektrikli deşici alət(drel), 01 ədəd dəyəri 40 manat olan “Hidroterm” markalı elektrikli dağıdıcı alət (pereferator), 01 ədəd dəyəri 30 manat olan “Viktor” markalı elektrikli mişar (laqonda), 01 ədəd dəyəri 15 manat olan “Muravey” markalı vakum aparatını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 102 (yüz iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi ilə hərəkət etdiyi zaman həmin küçədə yerləşən 14 saylı evin həyət qapısının açıq vəziyyətdə olduğunu, həyətdə kompressorun olduğunu, həmin evlə qonşu həyətdə isə ustaların işlədiyini görmüşdür. xx.xx.2025-ci il tarixdə o, ev təmiri ilə məşğul olmağa başlamaq istədiyi üçün həmin mənzillərdə olan usta alətlərini oğurlamaq qərarına gəlmiş və tək həmin tarixdə saat 03:00-da ünvan 4 ünvanına gələrək darvazanın kiçik qapısını əli ilə cəftəsini yuxarı qaldıraraq astaca hərəkətlə açmış və həyətdə olan Volqa markalı qırmızı rəngli təkərli kompressor aparatını əli ilə sürərək həyətdən çölə çıxartmış və məhəllənin kənarında bir yerə qoymuşdur. Təxminən 10 dəqiqə sonra geriyə qayıdaraq həmin evin hasarından tullanaraq o biri evin həyətinə düşmüş və orada olan təmir edilməkdə olan mənzilin sağ kənar pəncərəsindən içəri daxil olaraq orada yerdə olan usta alətlərini yəni 01 ədəd kiçik elektrikli deşici alət (drel), 01 ədəd elektrikli dağıdıcı alət (pereferator), 01 ədəd elektrikli mişar (laqonda), 01 ədəd vakum aparatını oğurladıqdan sonra həmin əşyaları ip vasitəsi ilə hasardan çölə sallayıb atmış sonra isə özü də hasardan həyətə tullanmış və oradan da yaşadığı evə gedərək oğurladığı əşyaları həmin evdə gizlədərək saxlamışdır. Oğurluq etməkdə məqsədi ustalıq etmək istədiyindən həmin alətlərə ehtiyacı olduğundan həmin oğurluq hadisəsini törətmişdir. Azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, həmin zərərçəkmiş şəxslərin iştirakı olmadan iclasın keçirilməsini məhkəmə mümkün hesab etmişdir. Azərbaycan Respublikası CPM-nin 330.1-ci maddəsinə görə zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı evdə olmuşdur. Səhər saatlarında oyanaraq evin həyətinə baxdığı zaman evinin həyətində qoyduğu 01 ədəd 190 manat dəyərində Rusiya istehsalı olan təkərli «Volqa» markalı hava kompressorunun oğurlandığını aşkar vermişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ora 190 vermiş hadidi ziyan dəymişdir. etmişdir. Bu səbəbdən DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat Yaşadığı evin həyətində kamera nəzarət qurğuları yoxdur. Hadisə ilə bağlı şübhələndiyi şəxs yoxdur. Yaşadığı evin darvazası adətən örtülü vəziyyətdə olur açar ilə bağlanmır.(i.v 41-43) Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təmir işləri aparılan özünə məxsus ünvanda yerləşən həyət evinə gəldiyi zaman mənzildə olan usta ləvəzimatlarının yerində olmadığını görərək oğurlandığını başa düşüb DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə zamanı mənzildən 01 ədəd kiçik elektrikli deşici alət(drel), 01 ədəd elektrikli dağıdıcı alət (pereferator), 01 ədəd elektrikli mişar (laqonda), 01 ədəd vakum aparatı oğurlanmışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində oğurlanmış 01 ədəd kiçik elektrikli deşici alət (drel) 30 manat, 01 ədəd elektrikli dağıdıcı alət (pereferator) 50 manat, 01 ədəd elektrikli mişar (laqonda) 200 manat, 01 ədəd vakum aparatı 150 manat dəyərində olduğundan ona baş vermiş cinayət hadisəsi nəticəsində cəmi 430 manat maddi ziyan dəymişdir. Ona məxsus evin həyətində kamera nəzarət qurğuları yoxdur. Hadisə ilə bağlı şübhələndiyi şəxs yoxdur. Hadisə zamanı evin darvazası bağlı vəziyyətdə olmuşdur, yəqin ki, oğru evə pəncərədən daxil olmuşdur. İlkin izahatında yaşadığı mənzildən 4 top elektrik naqili, 1 ədəd 120 metrlik elektrik naqili, 1 ədəd iri elektrik mişarı, 1 ədəd balaca elekrik mişarı, 2 ədəd elektrikli vakum, 2 ədəd elektrikli drel, 1 ədəd böyük elektrikli drel və 1 ədəd elektrikli deşici alətin oğurlandığını bildirsə də, o hadisəni aşkar edən zaman mənzildə olmayan bütün ləvazimatların oğurlandığını fikirləşərək belə izahat vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin əşyaların bir hissəsi mənzilin sanitar qovşağında olmuşdur. Bu səbəbdən də bildirmişdir, ki mənzilindən yalnız 01 ədəd kiçik elektrikli deşici alət (drel), 01 ədəd elektrikli dağıdıcı alət (pereferator), 01 ədəd elektrikli mişar (laqonda), 01 ədəd vakum aparatı oğurlanmışdır. (i.v 68-71) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 01); 30 may 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsində yerləşən 14 saylı evə Zərərçəkmiş şəxs1, hal şahidləri X2 və X1 iştirakları ilə hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.(i.v.11-13); 30 may 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsində yerləşən 14A saylı fərdi yaşayış evinə Zərərçəkmiş şəxs2, hal şahidləri X2 və X1 iştirakları ilə hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.(i.v.18- 20); 02 iyun 2025-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs X3 və Zərərçəkmiş şəxs1 fərdi yaşayış evlərindən oğurladığı 1 ədəd elektrikli deşici alətini (direl), 1 ədəd elekrikli dağıdıcı alət (preforator), 1 ədəd elektrikli vakum və 1 ədəd elektrik mişar aparatlarını və 1 ədəd hava kommprssorunu könüllü surətdə təqdim etmişdir. Buna görə də Təqsirləndirilən şəxs könüllü surətdə təqdim etdiyi 1 ədəd elektrikli deşici alətini (direl), 1 ədəd elekrikli dağıdıcı alət (preforator), 1 ədəd elektrikli vakum və 1 ədəd elektrik mişar aparatlarını və 1 ədəd hava kompressorunu müvafiq olaraq götürmüşdür (i.v.29-30); 02 iyun 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v 36) Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixində yaşadığı mənzildən oğurlanmış hava nasosu cinayət törətmiş Təqsirləndirilən şəxs tərəfindən ona qaytarıldığından heç bir şikayət və tələbi yoxdur.(i.v 44) 02 iyun 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 02 iyun 2025-ci il tarixdə, saat 22:00-da tutulmuşdur (i.v.53-54); 03 iyun 2025-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə video fayllar açıldıqda müəyyən olunur ki, birinci videogörüntü 17 saniyə davam edir. Saat 03:27:45-də 1 nəfər kapişonlu paltarda bir əlində sellofan torba, digər əli ilə isə təkərli əşyanı dartaraq aparır. İkinci videogörüntü 23 saniyə davam edir. Saat 03:40:55-də 1 nəfər kapişonlu paltarda bir əlində sellofan torba, digər əli ilə isə təkərli əşyanı dartaraq aparır. Təqsirləndirilən şəxs ona təqdim olunmuş görüntülərdə olan şəxsi tanıyaraq özü olduğunu təsdiq etmiş və görüntülərdə olduğu kimi oğurladığı əşyaları apararkən qeydə alındığını bildirmişdir.(i.v 62) 03 iyun 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X4 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v 63) 04 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.73-74); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli 4(011)-311/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair verilmiş təqdimatın təmin edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilmişdir.(i.v 91-94) 04 iyun 2025-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v 95-96). 04 iyun 2025-ci il tarixli əşyanın tanınması haqqında protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş “Volqa” markalı hava kompressorunu, X4 “Zubr” markalı dreli, “Hidroterm” markalı pereferatoru və “Viktor” markalı laqondanı tanıyaraq ona məxsus olmasını bildirmişdir (i.v 98-105) "xxxx" MMC tərəfindən təqdim edilmiş 16 iyul 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, əmlakın mövcud vəziyyəti, təyinatı, istifadə imkanları nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, siyahı üzrə təqdim edilən - 01 "Volqa" markalı hava kompressoru, 01 ədəd “Zubr” markalı kiçik elektrik deşici alət (drel), 01 ədəd “Hidroterm" markalı elektrik dağıdıcı alət (pereferator), 01 ədəd "Viktor" markalı elektrik mişar (laqonda), 01 ədəd “Muravey" markalı vakum aparatının dəyəri 252 manat təşkil edir (i.v 115-127) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4, 182.2.2, 182.2.3, 331.2, 331.3, 332.2.1, 332.2.2, 332.2.4, 68.1.1,66.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-809/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 06 ay (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 07 (yeddi) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v. 110-112, 129-137); 08 avqust 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 180, 181-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ifşa edən özünün, zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış keçirilməsi, diskə baxış keçirilməsi haqqında protokollar, əşyanın tanınması haqqında protokollar və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar ********* nömrəli cinayət işi üzrə sübut növü kimi qəbul edilmiş, cinayət işinin materallarına əlavə edilmiş bir ədəd CD disk disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, 01 ədəd “Volqa” markalı hava kompressoru, 01 ədəd “Zubr” markalı kiçik elektrikli deşici alət (drel), 01 ədəd “Hidroterm” markalı elektrikli dağıdıcı alət (pereferator), 01 ədəd “Viktor” markalı elektrikli mişar (laqonda), 01 ədəd “Muravey” markalı vakum aparatı maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxslərə verilməsi nəzərə alınmışdır.(i.v. 138- 142); 09 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (i.v 144-145) qəbzlərdən görünür ki, X4 özünə məxsus 01 ədəd elektrik deşici alət (drel), 01 ədəd dağıdıcı alət (pereferator), 01 ədəd elektrik mişar (laqonda), 01 ədəd vakum aparatını, Zərərçəkmiş şəxs1 özünə məxsus 01 ədəd "Volqa" markalı hava kompressorunu təhvil almışdır (i.v 160-161). Bakı Şəhər Probasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Xəzər Rayon Məhkəməsinin 1(003)- 809/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində hökm və hökmün icrasına dair hakimin göstərişi xx.xx.2025-ci il tarixdə Bakı şəhər probasiya idarəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə idarənin qeydiyyatına alınmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzasının 09 ay 06 gününü çəkmiş, cəzasının çəkilməmiş hissəsi 10 ay 10 gün təşkil edir. Zərərçəkmiş şəxs X5 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir, ona vurulmuş ziyan ödənilmişdir,heç bir şikayət və tələbi yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və təqsirləndirilən şəxsin axtarışı elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixində Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, mütəxəssis rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, mütəxəssis rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 ( təkrar törədildikdə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq xeyli miqdarda talama – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4.4-cü maddəsinə əsəsan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını (CM-59.1.13.). səmimi peşman olmasını (59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-809/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən cinayətin residivini yaratmır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər 2 dəfə talama cinayətlərinə görə məhkum olunması, törətmiş olduğu talama cinayət əməlinin az ağır cinayət hesab olunması, cəzasını icra etdiyi dövrdə islah olmayaraq yenidən oğurluq cinayət törətməsini ona cəza təyin edərkən nəzərə alınmasını məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 (doqquz) ay 04 (dörd) gün hissəsi azadlıqdan məhrumetmə növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) ay 17 (on yeddi) gün hissə hazırkı hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməli və ona qəti cəza təyin olunmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyun 2025-ci il tarixdən 04 iyun 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), cəzasının əvvəli 27 noyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. (CPM-198.1.). Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 (doqquz) ay 04 (dörd) gün hissəsi azadlıqdan məhrumetmə növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) ay 17 (on yeddi) gün hissə hazırkı hökmlə ona təyin edilmiş 02 (iki) il müddət azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və o, qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyun 2025-ci il tarixdən 04 iyun 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 02(iki) il 03(üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 27 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 25 (iyirmi beş) saat ərzində hüquqi yardım göstərdiyinə görə Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi 275 (iki yüz yetmiş beş) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-435/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-435/2025
08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver