Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-437/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarasinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə elmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Şahid əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işləməsini, lakin işdən çıxarılmasını və işə bərpa olunmaq istəyinin olmasını bildikdən sonra sonuncunun tanışı Zərərçəkmiş şəxs əlaqələrinin geniş olmasını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavininin sürücüsü işləməsini, Şahid işə düzəltmək səlahiyyətlərinin olmasını yalandan bildirib özünə inandırdıqdan sonra işi düzəldəcəyinə dair vəd verib aldadaraq 2021-ci ilin sentyabr ayında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 39 A ünvanda yerləşən “Praqa" şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs 6.000 manat, 2021-ci ilin noyabr ayında isə ünvan 4 ünvanda yerləşən Ali Məhkəmənin inzibati binasının arxasında 5.000 manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs ümumilikdə 11.000 (on bir min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq elmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavinin sürücüsü işləmişdir. Zərərçəkmiş şəxs 5 ildir ki, tanıyır. Şahin ona bildirmişdir ki, tanışı Şahid əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işləmiş, lakin sonradan işdən çıxmışdır. O da Turalı işə bərpa edə biləcəyini bildirmişdir. Bunun müqabilində Şahindən 5000 manat və 6000 manat cəmi 11000 manat pul almışdır. Söz verdiyi kimi Turalı işə bərpa edə bilməmiş və pulunu da xərclədiyinə görə bu günədək qaytara bilməmişdir. Pulun ödənilməsi üçün vaxt istəsə də düzəldib qaytara bilməmişdir. Son sözündə əməlindən peşman olduğunu, himayəsində 2 azyaşlı uşağını olmasını qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində sürücü kimi işləyən vaxtdan tanımışdır. Tanışı Şahidda Naxçıvanda zabit kimi işləmişdir.Görüşüb sohbət edən zaman Tural öz ərizəsi ilə işdən çıxdığını ona bildirmişdir. Tural ondan xahiş etmişdir ki, işə bərpa olmaq üçün ona kömək etsin. Ağlına İqbal gəlmiş və məsələni görüşüb İqbala danışmışdır. Daha sonra Q.Qarayev metrosunun yaxınlığında Turalla birlikdə İqballa görüşmüş və işə bərpa olunması haqda söhbət etmişlər. İqbal 15000 manat müqabilində Turalı işə bərpa edəbiləcəyini bildirmişdir. Tural məbləğin çox olduğu bildirdikdən sonra 11000 manata razılaşmışlar İqballa. Bir müddət sonra sentyabr ayının ortalarında Nizami rayonunda Praqa restoranının qarşısında İqbal Tural və o, görüşmüşlər. İqbal görüşə xidməti maşınla gəlmişdir. İqbala Turalın pulunun olmadığını və 6000 manat özünün verdiyini qalan 5000 manatı da qısa vaxtda verəcəyini bildirmişdir. Turalla aralarında razılaşmışlar ki, qısa müddətdə Tural onun pulun qaytaracaq. 15-20 gün keçdikdən sonra İqbal ona zəng vurub demişdir ki, rəisin əmisini aparır, yerdə qalan pulu da versin. Ali Məhkəmənin yanında Tural, o və İqbal görüşüb pulun qalan hissəsini də İqbala vermişlər. Bundan sonra İqbal yoxa çıxmışdır. İqbalın onları aldatdığını anlamışlar. Nəticədə ona ümumilikdə 11000 manat ziyan dəymişdir. Ona vurulmuş ziyan ödənilmədiyindən İqbala ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verərək göstərmişdir ki, işə bərpa olunmaq üçün tanışı Şahindən kömək istəmişdir. Şahin bu məsələdə onlara İqbal adlı tanışının kömək edə biləcəyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində generalın sürücüsü olduğunu bildirmişdir. Daha sonra İqballa görüşmüşlər. Onlar maşın keçib söhbət etmişlər, daha sonra çıxıb gəlmişdirlər. Bir müddət keçmiş, lakin işdən xəbər olmamışdır. Sonra İqbal telefonları söndürmüşdür. Şahin ona demişdir ki, İqbal onları aldatmışdır. X2 üzündən 11000 manat ziyana düşmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs əmək kitabçasından görünür ki, xx.xx.2012-ci il tarixli əmr əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının Maliyyə və Maddi-Texniki Təminat Baş İdarəsinin Təminat Şöbəsinə sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixli əmr əsasında tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və kadr hazırlığı baş idarəsi Komplektləşdirmə, kadrlarla işin təşkili və kadrların hazırlığı şöbəsinin məktubundan görünür ki, Nəzərov X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi qulluqçu deyil, Maliyyə və Maddi-Texniki Təminat Baş İdarəsinin Təminat və təchizat şöbəsinin (sürücü) vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdə axtarışla tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında vəsatət və təqdimat təmin edilməmiş və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs 2008-ci il təvəllüdlü Zəhra Nəzərli və 2011-ci il təvəllüdlü Tunar Nəzərli adlı iki azyaşlı uşağı var. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə təcrübəsinə görə, bir sıra hallarda dələduzluq cinayəti təqsirkar tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə törədilir. Məhkəmələrə izah edilmişdir ki, təqsirkarın belə hərəkəti aldatmanın üsulu kimi çıxış etdiyinə görə onun əməlinin əlavə olaraq CM-nin 310-cu maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs da Şahid Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə bərpa olunmasını öhdəsinə götürmüş, bu öhdəliyi yerinə yetirməyəcəyini bilə-bilə Zərərçəkmiş şəxs pul almışdır. Bununla da onun niyyəti üzərinə götürdüyü öhdəliyini yerinə yetirilməsinə deyil, Zərərçəkmiş şəxs məxsus pulun ələ keçirilməsinə yönəlmişdir. Həmçinin Təqsirləndirilən şəxs dələduzluq cinayətini özünü vəzifəli şəxs kimi təqdim etməklə törətmişdir. Belə ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində sürücü kimi işləməsini bildirmiş və özünü Şahid xidmətdə işə bərpa etmək səlahiyyəti olan şəxs kimi təqdim etmiş, bu hərəkəti aldatmanın üsulu kimi çıxış etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmiş, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi əməlindən peşman olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını müəyyən etmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkəmə iclasında ona CM-nin 73- 1.2-ci maddəsində nəzərdə tutulmuş hüququnun izah edilməsinə və vaxt verilməsinə baxmayaraq ziyandan heç bir ödəniş etməməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində minimum müddətdə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsdairə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-437/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-437/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver