Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-437/2024 22.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Kiçikbəyov və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(008)- 3150/2018 saylı qətnaməsinə əsasən 07 may 2018-ci il tarixdən başlayaraq 09 iyul 2014cü il tarixdə anadan olmuş X1 və 27 avqust 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 154,00 manat, ümumilikdə cəmi 308,00 manat, bundan əlavə qeyd olunan rayon məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(008)- 2661/2021 saylı qətnaməsinə əsasən 29 iyul 2021-ci il tarixdən başlayaraq yuxarıda adları qeyd edilmiş uşaqlarn yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı artırılaraq sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 175,00 manat, ümumilikdə cəmi 350,00 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair məhkəmə aktlarını üzürsüz səbəbdən müəyyən olunmuş müddət ərzində qərəzli olaraq qəsdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 02 mart 2022-ci il tarixli, 3 (011 )-942/ 2022 saylı qərarı ilə 8 (səkkiz) gün, 05 dekabr 2022-ci il tarixli, 3 (011)-4775/ 2022 saylı qərarı ilə 10 (on) gün və 26 sentyabr 2023-cü il tarixli, 3(011)-3752/ 2023 saylı qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin olunmasına və icra sənədlərindəki tələbləri icra etmədiyi üçün ona 11 oktyabr 2023-cü, 23 oktyabr 2023-cü il və 08 dekabr 2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 01 mart 2024-cü il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hər iki məhkəmə qətnamələri üzrə ümumilikdə 18764.00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dörd ildən yuxarıdır ki, “şəxsiyyət emosional davamsız pozuntusu” diaqnozundan əziyyət çəkir və bu səbəbdən də xəstəliyi ilə əlaqədar 09 dekabr 2020-ci il tarixdən hazıradək qeydiyyatda olduğu Səhiyyə Nazirliyi 2 nömrəli X2 müalicələr alır. Müalicə almadığı vaxtlarda yaşadığı Bakı şəhərinin müxtəlif yerlərində tikinti yerlərində fəhlə kimi işləyərək gündəlik gəliri orta hesabla 15 (on beş) manat müqabilində təşkil edir. 2011-ci ilin oktyabr ayının 1-də Allahverdiyeva (Həsənova) Ruqiyyə İmandar qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 09 aprel 2014-cü il tarixdə Tuncay adlı və 27 avqust 2016-cı il tarixdə Fərid adlı iki oğlan övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində sonuncu, 2016-cı ilin ortalarında iki azyaşlı uşaqlarını götürərək evi tərk etmişdir. Zərərçəkmiş şəxs 2016-cı ilin axırlarında ondan boşanmağa görə və iki azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 09 aprel 2014-cü il tarixdə anadan olmuş Tuncay Allahverdiyevin və 27 avqust 2016-cı il tarixdə anadan olmuş Fərid Allahverdiyevin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 117,00 manat, ümumilikdə cəmi 234,00 manat məbləğində alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 28 dekabr 2016-cı il tarixli, 2(011)-14789/2016 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra vaxtıvaxtında ödəniş etməyə başlamışdır. Bundan sonra 02 aprel 2018-ci il tarixli, 2(008)- 3150/2018 saylı qətnamə çıxarılmışdır.Qətnaməyə əsasən 07 may 2018-ci il tarixdən başlayaraq yuxarıda adları qeyd edilmiş uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 154.0 manat, ümumilikdə cəmi 308,00 manat məbləğində artırılmışdır. 2021-ci il tarixli, 2(038)-2661/2021 saylı qətnamə ilə yenidən aliment pulu artırılaraq hər bir uşağa görə hər ay 175,00 manat, ümumilikdə cəmi 350,00 manat olmuşdur.Bu miqdarı artıq ödəyə bilmədiyi üçün hər iki qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri üzrə 01 mart 2024-cü il tarixə kimi ümumilikdə 18764,00 manat alimentə görə ödənməmiş aliment borcu yaranmışdır.Bu səbəbdən barəsində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 3(011)-942/2022 saylı qərarı ilə 8 (səkkiz) gün, 05 dekabr 2022-ci il tarixli, 3(011)-4775/2022 saylı qərarı ilə 10 (on) gün və 26 sentyabr 2023cü il tarixli, 3(011 )-3752/2023 saylı qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Aliment borcunu tam olaraq ödəməməsinə səbəb keçmiş həyat yoldaşının onu vurması və iki azyaşlı uşaqları ilə ona görüşə icazə verməməsi olduğunu bildirmişdir. Son sözündə ilk məhkumluğunu, sağaldıqdan sonra işləyib aliment borcunu ödəyəcəyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 09 aprel 2014-cü il tarixdə anadan olmuş X1 və 27 avqust 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 117,00 manat, ümumilikdə cəmi 234,00 manat məbləğində alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 28 dekabr 2016-cı il tarixli, 2(011)-14789/2016 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə üzrə aliment ödənilməyə başlanılmışdır. Bundan sonra, o, 2018-ci ilin əvvəllərində alimentin artırılması barədə aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən alimentin məbləği artırılaraq 07 may 2018-ci il tarixdən başlayaraq yuxarıda adları qeyd edilmiş uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 154,00 manat, ümumilikdə cəmi 308,00 manat məbləğində olmuşdur. Daha sonra Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən alimentin məbləği artırılaraq 29 iyul 2021-ci il tarixdən başlayaraq yuxarıda adları qeyd edilmiş uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 175,00 manat, ümumilikdə cəmi 350.0 manat məbləğində olmuşdur.Aliment borcnu ödəmədiyi üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 3(011)- 942/2022 saylı qərarı ilə 8 (səkkiz) gün, 05 dekabr 2022-ci il tarixli, 3(011)-4775/2022 saylı qərarı ilə 10 (on) gün və 26 sentyabr 2023-cü il tarixli, 3(011)-3752/2023 saylı qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. 01 mart 2024-cü il tarixə kimi ümumilikdə 18764.0 manat aiimentə görə ödənməmiş borcu qaldığını bildirərək qeyd edilən məbləğin alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs çıxışında barışmadığını, şikayətçi olduğunu qeyd edərək Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 02 aprel 2018-ci il tarixli, 2(008)- 3150 saylı icra sənədinə əsasən Təqsirləndirilən şəxs Tuncay və Fərid adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay ümumilikdə cəmi 308,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi 17 may 2018-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. 03 avqust 2018ci il tarixdə borcludan izahat alınaraq icra vərəqəsinin tələbi izah edilmişdir. Təqdimat əsasında Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. 01 oktyabr 2021-ci il tarixdə yeni icra vərəqəsi şöbəyə daxil olmuş və 11 oktyabr 2021-ci il tarixdə bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli, 2 (008)-2661 saylı icra sənədinə əsasən Təqsirləndirilən şəxs 29 iyul 2021-ci il tarixdən başlayaraq Tuncay və Fərid adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay ümumilikdə cəmi 350,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. 02 mart 2022-ci il tarixdə borcludan izahat alınmış və icra vərəqəsində qeyd olunan tələbi yerinə yetirə bilmədiyi üçün borclu barəsində inzibati protokol tərtib olunmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs yaranmış 13772,00 manat aliment borcunu ödəmədiyi üçün barəsində yenidən inzibati protokol tərtib olunmuş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərarı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyəti eian olunmaqla 06 yanvar və 26 yanvar 2023-cü il tarixlərdə xəbərdarlıqlar edilmişdir. X5 Bakı Regional Məşğulluq Filialının 03 avqust 2023-cü il tarixli məktubunda Təqsirləndirilən şəxs işsiz və işaxtaran kimi qeydiyyatda olmadığı qeyd olunmuşdur. Borclunun barəsində yenidən inzibati qaydada protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi iiə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyəti elan olunmaqla 11 oktyabr 2023-cü il, 23 oktyabr 2023-cü il və 08 dekabr 2023-cü il tarixlərdə xəbərdarlıq edilməsinə baxmayaraq borclunun tərəfindən tələb icra olunmamışdır. İnteqrasiya olunmuş elektron portalından əldə olunmuş çıxarışa əsasən borcluya məxsus və yönəldilə biləcək daşınmaz əmlak, nəqliyyat vasitələri, pul vəsaitləri, qiymətli kağızlar aşkar olunmamış, həmçinin işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı müəyyən edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli icra sənədi üzrə tələbkara ödənilməli olan 11704,00 manat aliment məbləğindən cəmi 3790,00 manat ödəniş olunmuş, alimentə görə qalıq borcı 7914,00 manat təşkil etmişdir. Həmin rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli icra sənədi üzrə borclu tələbkara alimentə görə ödəməli olduğu 10850,00 manat aliment borcundan ödəniş etməmişdir. Borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş hər iki məhkəmə qətnamələri üzrə 01 mart 2024-cü il tarixə kimi 18764,00 ödənilməmiş aliment borcu yaranmışdır. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıqlar olunmasına və barəsində bir neçə dəfə inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnamələrinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədiiyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-3150/2018 nömrəli qətnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs 09 aprel 2014-cü il təvəllüdlü X1, 27 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat, ümumilikdə 350 manat sabit pul məbləğində tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-2661/2021 nömrəli qətnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs 09 aprel 2014-cü il təvəllüdlü X1, 27 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat, ümumilikdə 308 manat sabit pul məbləğində tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan sənədlərdən məlum olur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-3150/2018 nömrəli icra vərəqəsi daxil olduqdan sonra xx.xx.2018-ci il, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-2661/2021 nömrəli icra vərəqəsi üzrə 01 oktyabr 2021-ci il tarixdə Xətai rayon İcra və Probasiya şöbəsi icraata başlamaq haqqında qərar qəbul etmiş və 10 gün müddətində qətnamənin könüllü icrası barədə borclu Təqsirləndirilən şəxs məlumatlandırılmış və tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Xətai rayon Məhkəməsinin 8(011)- 131/2021 saylı qərardadından məlum olur ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3150/2018 saylı xx.xx.2018-cii il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2661/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə icra işləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 3(011)-942/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(011)-4775/2022 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, icra sənədini icra etmədiyi üçün Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)-3752/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, 08 dekabr 2023-cü il tarixli bildirişlərdən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyəti barədə məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 11 iyul 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli, “1831” saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” hal-hazırda kompensasiya (yaxşılaşma) vəziyyətindədir. Təqsirləndirilən şəxs qeyd edilən “emosional davamsız şəx siyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həyat fəaliyyəti kateqoriyalardan özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışa nəzarətetmə, öyrənmə və əmək fəaliyyəti istiqamətlərində tam sərbəstdir, məhdudlaşma müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs təsdiq edilmiş diaqnozu ona əlillik təyinatı edilməsinə əsas vermir. Beləliklə, cinayət təqibi üzrə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş və yuxarıda şərh olunan mötəbər və mümkün sübutların məcmusuna cinayət işinin bütün materialları ilə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Konstitusiya Məhkəməsı Plenumunun 02 oktyabr 2012-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” qərarına əsasən məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası adından çıxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(008)- 3150/2018 saylı, 18 may 2021-ci il tarixli 2(008)-2661/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməni icra etmək üçün kifayət qədər vaxtı və maddi imkanı olmuşdur. Təqsirləndirilən şəxs bu günədək məhkəmə qətnaməsini qərəzli olaraq, yəni Zərərçəkmiş şəxs övladlarını ona göstərməməsi səbəbindən ödəmədiyini və cəmi 18764 manat borcunun olduğunu ifadəsində göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Kərimov və Qeyrilərinin Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, icra etməmə maddi imkansızlıqla bağlı olduğu halda, “heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı PROTOKOL Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında Avropa Şurasının üzvü olub, bu Protokolu imzalayan hökumətlər, 1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra “Konvensiya” adlanacaq) İ bölməsinə və 1952-ci il martın 20-də Parisdə imzalanmış Konvensiyaya dair Birinci Protokolun 1, 2 və 3-cü maddələrinə artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda tədbirlər görmək əzmində olaraq, aşağıdakılar barədə razılığa gəldilər: M a d d ə 1. Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması. Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, islah işləri cəzası təyin etməklə islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin Təqsirləndirilən şəxs qanunvericilikdə edilmiş dəyişikliklər, yəni Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsi və 80-1-ci maddəsi izah edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə təqsirli bilinib qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-437/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-437/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver