Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-438/2024 06.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X12, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdə saat 13:00-da atası Zərərçəkmiş şəxs faktiki mülkiyyətində olan yaşadığı ünvan 3 ünvanında həmin fərdi yaşayış evinin bölünməsində, habelə ailə daxili konfliktlər səbəbindən yaranmış mübahisə zamanı atası Zərərçəkmiş şəxs baş nahiyəsindən stul ilə vuraraq ona başın təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, atası Zərərçəkmiş şəxs, bacısı Bayramova Xəyalə, atasının qeyri rəsmi arvadı Arzu və özünün qeyri-rəsmi nikahda olduğu X7 ilə ünvan 2ayır. 27 aprel 2024-cü il tarixdə günorta vaxtı yaşadığı evin həyətində atası Rafiqə məxsus avtomaşını təmir etdiyi zaman həyətdə olan bacısı Bayramova Xəyalə paltar sərirmiş. Atası Rafiqin qeyri rəsmi yaşadığı Arzu adlı qadınla 26 apreldə aralarında sözlə mübahisəsi olmuş, ona görə Xəyaləyə bildirmişdir ki, atası Rafiqlə Arzunun arasına girməsin, ər-arvad söhbətidir özləri bilərlər. Bacısı Xəyalə də ona nalayiq söyüş işlədərək bildirmişdir ki, çıxsın həyətdən, o da əlində olan kəlbətini Xəyalə tərəfə atmışdır. Kəlbətin Xəyaləyə dəymiş, lakin xəsarət yetirməmişdir. Xəyalə də yaşadığı evə gedərək qapını bağlamışdır. Maşının təmirini edən zaman atası Rafiq 3-4 dəqiqədən sonra ona zəng vuraraq telefonda təhqir etmiş, rəhmətlik anasını söymüşdür. Ona bildirmişdir ki, gözləsin gəlir. Atası Rafiq evinə gələrək onu söyüb təhqir etmiş, baltanı götürərək yaşadığı evin qapısını yerindən çıxartmış və şüşələri sındıraraq bildirmişdir ki, onlara 3 gün vaxt verir, evdən çıxsınlar. O da bildirmişdir ki, çıxmır, çıxmağa yeri yoxdur, qalıb da evində. Evdən çıxanda balta Rafiqin əlindən yerə düşmüşdür. Küçəyə çıxıb qapının ağzında olan stulu götürərək atası Rafiqə məxsus olan Mercedes markalı avtomaşına çırpmış, bacısı Xəyalə yerdən baltanı ğötürərək atası Rafiqə vermişdir. Atası da həmin balta ilə üzərinə cumanda o, özünü müdafiə etmək üçün stulu başının qarşısına qaldırdıqda atası əlində olan balta ilə stulu vurmuşdur. Ona görə, stulun bir ayağı atasının başına dəymişdir. Rafiqin başından qan axmış, yerə yıxılaraq ürəyinin getdiyini göstərmişdir. Rafıq ayıldıqda DİN-nin 102 xidmətinə məlumat vermişdir. Biçaqla heçkəsin üstünə çummamış, ümumiyətlə əlində, ustündə bıçaq olamamışdır. Atası Rafiq və bacısı Xəyalə onu şərləyirlər. Onu tutdurmaq istəyirlər ki, ona evdən pay düşməsin. Həmin vaxtı hadisə yerində atası Rafiqin qeyri rəsmi yaşadığı yoldaşı Arzu olmuşdur. Qonşuların kim olduğunu bilmir, çünki həyacanlı olmuşdur. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs ilə əvvəl münasibətləri yaxşı olmuşdur, lakin bir qadınla yaşamağa başlayandan sonra ona qarşı münasibəti dəyişmiş, münasibətləri pisləşmişdir. Röyyal ona tikdirdiyi evdə payı var deməyə başlamışdır. Qızı Xəyalə uşağı ilə bir evdə yaşayır. Röyyal isə o, yaşadığı bir həyətdə yaşasa da onun özünün küçəyə çıxışı var. Röyyal yaşadıqları otaqlarda əvvəl kirayəçiləri saxlayırmış, lakin sonradan Röyyal gəlib həmin otaqlarda yaşamağa başlamışdır. 27 aprel 2024-cü il tarixdə saat 12 radələrində yas yerində olduğu zaman qızı Xəyalə zəng edib Röyyalın evi dağıtdığını və Xəyaləni döydüyünü demişdir. Tez evə qayıtmış, Röyyal qaldığı evə girmiş və Röyyaldan soruşmuşdur ki, nə üçün Xəyalıni döymüşdür. Aralarında mübahisə olmuş, Röyyal demişdir ki, bacısı evdə qalmasın, çıxıb getsin. Röyyal yaşadığı öz evinin hissəsində olan pəncərələri vurub sındırmış, demişdir ki, burda yaşamasın. Röyyalı itələyəndə Röyyal əlində bıçaq onun üstünə cummuş, bü zaman özü də bıçıağın tiyəsindən tutmuş, yanında olan Xəyalə də aralarına girib bıçağın tiyəsindən tutmuşdur. Röyyal bıçaqla onu vura bilməmiş lakin Xəyalənin əlinə bıçaqla xəsarət yetirmişdir. Bıçağı Röyyalın əlindən almış və küçəyə çıxmışdır. Xəyalə onun yanında olmuşdur. Röyyal gedib evdən ikinci bıçağı götürüb yenə onun üstünə cummuş, həmin bıçaqla Xəyalənin qoluna iki dəfə xəsarət yetirmiş, sonra saçından tutub bıçaqla boğızına vurmaq istəyirmiş, lakin o, bıçağı Röyyalın əlindən almış və onları aralamışlar. Sonra Röyyal onun avtomobilini stul ilə vurmuş, sonra da stul ilə onun baş nahiyəsindən vurmuş və xəsarət yetirmişdir. DİN-in 102 Xidmətinə zəng etmiş polis əməkdaşları gəlib onları 37-ci Polis şöbəsinə dəvət etmişlər. O və Xəyalə ərizə ilə müraciət edib bu hadisə barədə şikayət etmişlər. Bu hadisəni qonşular görmüşlər, lakin həyacanlı olduğu üçün kimlər bunu konkret görmüşlər bilməmişdir. Avtomobilinin Röyyal tərəfindən stul ilə vurması nəticəsinə avtomobilə heç bir zərər, maddi ziyan yetirilməmişdir. Röyyal Xəyaləyə mətbəx bıçağı ilə xəsarət yetirmişdir, hazırda həmin bıçağın harada olmasını bilmir. Həmin evi o, tikdirmiş, lakin heç bir sənədi yoxdur, yalnız işıq və qaz sərfiyyətinə görə göndərilmiş bildirişləri təqdim edə bilər. Təqsirləndirilən şəxslə barışmayıb, cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, anket məlumatında göstərilən ünvanda körpə uşağı və atası ilə yaşayır, anası rəhmətə gedib, ailəsindən isə boşanmışdır. Boşanandan əvvəl soyadı ərinin soyadı ilə eyni Aslanova olmuş, lakin boşandıqdan sonra əvvəlki soyadını götürmüş, Bayramova soyadı ilə yeni şəxsiyyət vəsiqəsini almışdır. Ona görə polis şöbəsində ərizə və izahat verəndə soyadı Aslanova kimi yazılmışdır. Qardaşı Təqsirləndirilən şəxs bir evdə, lakin evdən çıxışı ayrı olan yerdə ailəsi ilə yaşayır. Röyyal ilə onun əvvəl münasibətləri yaxşı olmuş, lakin Röyyal bir qadınla yaşamağa başlayandan sonra ona qarşı münasibəti dəyişmiş, münasibətləri pisləşmişdir. Röyyal atasının sözünə baxmır, deyiləndə ki, atasının dediyini etməlidir, onun da sözünə baxmır. Röyyal yaşadığı otaqlarda atası əvvəl kirayəçiləri saxlayırmış, lakin sonradan Röyyal gəlib həmin otaqlarda yaşamağa başlamışdır. 26 aprel 2024-cü il tarixdə atası özünə məxsus «Kia rio>> markalı avtomaşının təmiri üzrə Röyyal ilə işləyirmiş, onların mübahisə etmələri səslərini eşidib çıxıb soruşmuşdur ki, nə olub. Atası demişdir ki, Röyyala deyir etmə, bunu edir, sözə baxmır. Yəni söhbət avtomobilin təmirindən gedirmiş. Səhər 27 aprel 2024-cü il tarixdə atası hüzür yerinə gedərkən demişdir ki, Röyyala desin ki, avtomobilin hissələrini yığsın əvvəlki yerinə, özü demək və əsəbləşmək istəmir. Birazdan çağırıb Röyyala bunu demişdir. Həmin gün saat 12 radələrində Röyyal demişdir ki, «özünü kimə göstərirsən», atasını Röyyala qarşı o, öyrədir. Sonra pəncərədən evə girib üstünə gəlmişdir ki, atasını ona qarşı öyrədir. Onu sözlə öldürməklə hədələmişdir. Atasına zəng edib Röyyalın evdə səs-küy salmasını, onu hədələməsini demişdir. Atası gəlib Röyyal yaşadığı evə getmiş, evdə Röyyal ilə tutaşmışdır. Atası Röyyala demişdir ki, bu nə sözdür deyir. Atası Röyyala və qeyri rəsmi arvadına demişdir ki, 3 gün vaxt verir, çıxsınlar evindən. Bu sözlərdən sonra atası və Röyyal arasında əlbəyaxa olmuş, Röyyal bıçağı götürüb atasının üstünə cumanda o, bıçağı tiyəsindən tutmuşdur ki, atasını vurmasın. Röyyal bu hərəkətləri ilə sağ əlinə xəsarət yetirmişdir. Röyyal həmin bıçaqla atasını vura bilməmişdir. Bıçağı atası ilə Röyyalın əlindən aldıqda Röyyal evə gedib başqa bıçağı gətirmişdir. İkinci bıçaqla onun sol qoluna bədən xəsarətləri yetirmişdir. Qonşular və atası bıçağı Röyyalın əlindən almışlar. Sonra gedib həyətdə stul ilə avtomobili vurmuşdur. Röyyal stul ilə atasının başından vurmuş və atasına xəsarət yetirmişdir. Atası DİN-in 102 Xidmətinə zəng etmiş, polis əməkdaşları gəlmiş və onları 37-ci Polis şöbəsinə dəvət etmişlər. Orada o və atası ərizə ilə müraciət edib bu hadisə barədə şikayət etmişlər. Bu hadisəni qonşulardan kim gördüyünü bilməmişdir. Röyyal onun sağ əlini kəsən bıçaq böyük mətbəx bıçağı, ikinci gətirdiyi bıçaq isə qatlanan bıçaq olmuşdur. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə daimi Masallı rayonunda yaşayır. 2024-cü ilin aprel ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi, ünvanında yaşayan qohumu gilə qonaq gəlmiş və orada qalırmış. Həmin ünvanın qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs, onun oğlu Röyal Bayramovu qonşu kimi tanıyırmış. Qaldığı evin qapısı Rafiq və Röyyal gilin yaşadığı yerin çölə çıxan qapısının yanındadır. 27 aprel 2024-cu il tarixdə təxminən saat 13:00- 13:15 radələrində bayıra çıxmış və görmüşdür ki, Röyyal əlində bıçaq atası Rafiqin üstünə cummuş, Rafiq bıçağı Röyyalın əlindən almış və Röyyal evdən stul gətirib Rafiqin qapısının qarşısında durmuş Rafiqin «Mercedes» markalı avtomobilə stul ilə vurmuşdur. Rafiq buna görə ona yaxınlaşmış və Röyyal stul ilə Rafiqin başından vuraraq Rafiqin başını qanadmışdır. Xəyalə də atası və Röyyalı bir birindən ayırırdı. Bu zaman o, DİN-in 102 Xidmətinə zəng etmş, polislər gəlmiş və dalaşanları polis şöbəsinə dəvət etmişlər. Röyyal Rafiqi stul ilə vuranda Rafiqin əlində balta olmamışdır. Röyyalın bacısı Xəyaləni bıçaqla vurmasını görməmiş, lakin əli və qolu qanlı olduğunu görmüş, ola bilsin Rafiq Xəyaləni bıçaqla əvvəl vurmuşdur. Hadisə yerində qonşulardan 1-2 nəfər olmuş, lakin onların kim olduğunu bilməmişdir. Dalaşanlar bir birinə nəlaiq söyüşlər söyməmişlər. Rafiq və Röyyal arasında baş vermiş dalaşmanın səbəbini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında qeyri-rəsmi həyat yoldaşı Zərərçəkmiş şəxs ilə 5 ildir ki, yaşayır. Rafiqin oğlu Təqsirləndirilən şəxs onlardan ayrı yerdə həmin ünvanda öz qeyri-rəsmi arvadı ilə yaşayır. 26 aprel 2024-cü il tarixdə evdə olmamış, işdən gələndə Rafiq əsəbi olmuş, demişdir ki, həyətdə avtomobilin təmiri ilə əlaqədar aralarında söz-söhbət olmuşdur. 27 aprel 2024-cü il tarixdə günorta vaxtı həkimdən gəlib evdə olduğu vaxt həyətdən səs eşidib çıxmış və həyətdə ata-bala dava edirlər. Röyyal yaşadığı evə gedib oradan stul götürüb Rafiqin başına vurduğunu və Rafiqin başı qanamasını gördüm. Sonra onları aralamışlar. Qonşular orada olmuş, lakin kimlər olduğunu dəqiq bilməmişdir. Münaqişənin səbəbi Röyyalın yaşadığı Sevinc adlı qadını evə gətirəndən sonra Rafiqlə və Xəyalə ilə münasibətinin dəyişməsi, atası və bacısına «evi satın və payını verin» deməsi olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.(i.v.1) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 xx.xx.2024-cü il tarixli, 452 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin əzilmiş yarası müəyyən edilmiş, xəsarət bərk-küt əşya tərəfindən törənmişdir, qərarda göstərlidiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmişdir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunmuşdur.(i.v. 17-18) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 xx.xx.2024-cü il tarixli, 451 saylı ekspert rəyində göstərilmişdir ki, Şahid1 sağ əlin kəsilmiş, sol bazunun və sol saidin səthi kəsilmiş yaraları müəyyən edilmiş, xəsarət iti uca və kənara malik əşya tərəfindən törənmişdir, qərarda göstərlidiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmişdir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunmuşdur.(i.v. 19-20) - Cinayət işinin icraata qəbul edilməsi barədə 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X1 icraatına qəbul edilmiş və istintaqı aparılmışdır.(i.v.21) - Zərərçəkən şəxs qismində tanımaq haqqında 18 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək qərar ona elan edilmişdir. (i.v.27-28) - Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2016-cı il tarixli, 1(101)-425/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə o, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2015-ci il tarixdən hesablanmış, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v.44-50) - Azərbaycan Respublikası “Tibbi ərazi X3” X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X15 28 nömrəli şəhər poliklinikasının 27 iyun 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs 28№li şəhər Poliklinikasının həkim-psixiatr kabinetində qeydiyyatda yoxdur.(i.v.55-56) - Zərərçəkən şəxs qismində tanımaq haqqında 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X4 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək qərar ona elan edilmişdir.(i.v.58-59) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 24 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir.(i.v.69-70) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 xx.xx.2024-cü il tarixli, 20/451 saylı ekspert rəyində göstərilmişdir ki, Bayramova (Aslanova) Xəyalə Rafiq qızında sağ əlin kəsilmiş, sol bazunun və sol saidin səthi kəsilmiş yaraları müəyyən edilmiş, xəsarət iti uca və kənara malik əşya tərəfindən törənmişdir, qərarda göstərlidiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmiş, sol bazunun və sol saidin səthi kəsilmiş yaraları sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir.(i.v. 92-94) - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.(i.v.103-104) - Toplanmış sübutların qiymətləndirilməsi haqqında 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X2 zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmişdir (i.v.137-143) - Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1990- cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuşməhkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olmaqla ünvan 8-də yaşayan Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir.(i.v. 121-122) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1990- cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olmaqla ünvan 8-də yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır.(i.v.136) Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən, cinayətlərin residivinin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində yüngülləşdirici hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayəti törətmiş şəxsiyyətini, eləcə də, onun özünü qismən təqsirli bilməsini, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 8 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, xüsusi müsadirəyə məruz qalmalı əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini – ünvan 4 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-438/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-438/2024
06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver