Məhkəmə qərarları › İş №1(011)-439/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-439/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-439/2023 16.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1982-ci il tarixində Abşeron rayonu, Yaşma qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, X2 qəsəbəsi, Tağıyev-1 Hərbi şəhərciyi, C.Cabbarlı küçəsi ev 212, mənzil 6 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda dörd ədəd bükümdə ümumi təmiz çəkisi 1,593 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 30 mart 2023-cü il tarixdə saat 15:00 dəqiqədə Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsinin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB-yə gətirilmiş və orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,714 qram, 0,241 qram, 0,327 qram və 0,311 qram olmaqla ümumi təmiz çəkisi 1,593 qram tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç bir yerdə işləmir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində tanımadığı şəxsdən 04 büküm narkotik vasitə heroini şəxsi istifadəsi üçün alıb üzərində gəzdirmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsinin yaxınlığında piyada gəzişən zaman saat təxminən 15 radələrində ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib, onu narkotik vasitənin qanunsuz saxlanmasında şübhəli olduğu üçün Xətai RPİ-nin 35-ci polis bölməsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla razılaşmış, Xətai RPİ-nin 35-ci polis bölməsində ona qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin üzərində daşıması, eləcə də ondan istifadəsində şübhəli şəxs qismində saxlanıldığını bildirmişlər. Daha sonra inzibati binada ona təyin olunmuş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış keçirilərkən üzərində qanunla dövriyyəsi qadağan olmuş hər hansı əşya və predmet olduğu soruşulduqda əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı dörd ədəd sellofan bükümdə narkotik vasitə hesab edilən heroini təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisinin 2,04 qram olduğu müəyyən olunmuşdur. Daha sonra həmin narkotik vasitə bir ədəd zərfə qoyularaq qablaşdırılmış və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Ondan həmin narkotik vasitə barədə soruşulduqda, bildirmişdir ki, həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün Sumqayıt şəhərində xx.xx.2023-cü il tarixdə 100 manat müqabilində tanımadığı şəxsdən almışdır. Hər hansı fiziki zor və ya təzyiq tətbiq edilməmişdir. Narkotik vasitəni artıq əldə edərkən narkotik vasitə ayrı-ayrı bağlamalarda olmuş, o onu özü bölməmişdir. Şəxsi istifadəsi üçün bir az artıq çəkidə götürmüşdür ki, hissə-hissə istifadə etsin. Narkotik vasitələrin satışı ilə məşğul olmur, yalnız bədənində ağrılar olduğuna görə istifadə etmişdir. Hazırda əməlindən peşmandır. Qeyd edilənlərə əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 30 mart 2023-cü il tarixdə saat 15:00 dəqiqədə Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə daxil olmuş məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində zahiri əlamətləri “Adil” adlı şəxsin əlamətlərinə uyğun olan bir şəxsin Xətai rayonu, P.Həşimov küçəsinin yaxınlığında hərəkət etdiyini müşahidə edərək ona yaxınlaşıb polis vəsiqəsini göstərərək özlərini təqdim etmişlər. Həmin şəxsdən adını soruşduqda o bildirmişdir ki, adı Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Xətai RPİnin 35-ci PB-yə dəvət etmişlər. Bölmədə həmin şəxsin ünvan 3 ünvanında yaşayan, əvvəllər məhkum olunmamış xx.xx.1982-ci ildə Abşeron rayonunda doğulmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik və psixotrop maddələrin üzərində daşıması və istifadə etməsində şübhəli şəxs qismində saxlanılması izah olunmuşdur. Videoçəkilişlə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı vətəndaş Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz maddə varsa onu könüllü təqdim esin. Sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 4 ədəd sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik olan maddələri təqdim edib bildirmişdir ki, onun üstündən aşkar olunan maddə narkotik vasitə sayılan heroindir. Həmin heroini Sumqayıt şəhərində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanını bilmədiyi bir şəxsdən özü qəbul etmək məqsədi ilə 100 manata almışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Həmin zərf Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün düzgünlüyü imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid1 elan edilmiş ifadəsindən görünür ki, onun ifadəsi Şahid2 ifadəsinə uyğun və eyni məzmunludur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 30 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, xx xxxxx 1982-ci il tarixində Abşeron rayonu, Yaşma qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, X2 qəsəbəsi, Tağıyev-1 Hərbi şəhərciyi, C.Cabbarlı küçəsi ev 212, mənzil 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi barədə məlumat daxil olmuş, xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış, Xətai RPİ-nin 35-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 həmin qrupun üzvü, Xətai RPİ-nin 35-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 isə qrup rəhbəri təyin edilmiş və həmin Polis Bölməsinin rəisi polis polkovnik leytenantı Rəhman İsmayılov tərəfindən verilmişdir. əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx xxxxx 1982-ci il tarixində Abşeron rayonu, Yaşma qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, X2 qəsəbəsi, Tağıyev-1 Hərbi şəhərciyi, C.Cabbarlı küçəsi ev 212, mənzil 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış, qərar Xətai RPİ-nin 35-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və Polis Bölməsinin rəisi polis polkovnik leytenantı Rəhman İsmayılov tərəfindən təsdiq edilmişdir. əməliyyat qrupunun təşkil edilməsi barədə xx.xx.2023-cü protokoldan görünür ki, xx xxxxx 1982-ci il tarixində Abşeron rayonu, Yaşma qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, X2 qəsəbəsi, Tağıyev-1 Hərbi şəhərciyi, C.Cabbarlı küçəsi ev 212, mənzil 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi, satması və istifadə etməsi barədə məlumat daxil olmuş, bununla bağlı əməliyyat qrupu təşkil edilmişdir. Protokol Xətai RPİ-nin 35-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən tərtib edilmiş və Xətai RPİ-nin 35-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da iştirak etmişdir. müdafiəçinin təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan, müdafiəçinin şübhəli şəxsə təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. şübhəli şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00-da tutulmuşdur. şəxsi axtarış və götürmə barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, sözügedən istintaq hərəkəti aparılarkən Xətai RPİ-nin 35-ci Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Ramil İbrahimov, Xətai RPİ-nin 35-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Xətai RPİ-nin 35-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X3 iştirak etmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd ağ şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər maddə olan 04 ədəd bükümü təqdim edərək bükümün içərisindəki maddənin heroin olmasını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Sumqayıt şəhərində xx.xx.2023-cü il tarixdə 100 manat müqabilində tanımadığı şəxsdən almasını qeyd etmişdir. Təhqiqatçı bükümü elektron tərəzidə çəkdikdən (2,04 qram) sonra onu bir ədəd zərfdə qablaşdırmış və müvafiq möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1855 nömrəli 30 mart 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №154” dairəvi möhür əksi olan, ”...Təqsirləndirilən şəxs (imza)...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi: 0,714 qram; 0,241 qram; 0,327 qram; 0,311 qram; ümumi təmiz çəkisi: 1,593 qram olan tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-229/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs aid əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin xx.xx.2023-cü il tarixli 2525 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 №-li, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs qəsəbənin ictimai işlərində yaxından iştirak etmiş və onun barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. AZE seriyalı, 11577494 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Murad Yüzbəyovun atası Təqsirləndirilən şəxsdur. AA0369640 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü Renat Yüzbəyova məxsus şəxsiyyət vəsiqəsində “atasının adı” qrafasında “Adil oğlu” qeyd edilmişdir. Məhkəmə iclasında elektron daşıyıcıda diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokola uyğundur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1,593 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən onun iki azyaşlı uşaqlarının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini, o cümlədən yaşadığı inzibati ərazi üzrə müsbət xarakterizə olunmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 30 mart 2023-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1,393 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 30 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1,393 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar