Məhkəmə qərarları › İş №1(011)-44/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-44/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-44/2021 28.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi1 Yusif oğlunun, Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir az yaşlı uşağı olan, orta təhsilli, hazırda heç bir yerdə işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasındaq açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, soyuq silah hesab edilən bıçağı tətbiq etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 22:30 radələrində qeyrirəsmi nəzarətçi işlədiyi Bakı şəhəri Xətai rayonu Süleyman Vəzirov küçəsi 35A-da yerləşən avtoyuma məntəqəsində olarkən həmin məntəqənin müştərisi Zərərçəkmiş şəxs idarə etdiyi «Toyota Prius» markalı ** US *** dövlət nömrə nişanlı avtomobilinin təmiz yuyulmaması və qabaq tərəfinin palçıqlı qalması ilə bağlı yuyucuya irad bildirdiyinə görə, yəni açıq-aşkar cüzi səbəbi bəhanə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə avtomobilinin zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ətrafda olan insanlara əhəmiyyət vermədən, dəfələrlə nalayiq ifadələrlə təhqir edərək sonuncunu əlləri ilə sinəsindən vuraraq itələmiş, özünün idmanın qaydasız döyüş növü üzrə dünya və Avropa çempionu olduğunu bildirərək Zərərçəkmiş şəxs zor tətbiq edəcəyi ilə hədələyib təhqir məzmunlu tələblə avtomobilini götürüb getməsini bildirmiş, sonuncu avtoyuma məntəqəsindən çıxıb avtomobilinə tərəf gedərkən məntəqənin giriş darvazasının qarşısında yenidən hücum edib silah qismində istifadə etdiyi soyuq silah hesab edilən iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaqla Zərərçəkmiş şəxs sol qolundan vurub sol said nahiyəsində bir ədəd kəsilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmiş və Zərərçəkmiş şəxs münaqişədən yayınmaq məqsədilə avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşmaq istədikdə xuliqanlıq hərəkətlərini davam etdirib onun avtomobilini yumruq və təpik zərbələri ilə vurub zədələyərək 215 (iki yüz on beş) manat məbləğində maddi ziyan vurub xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri «Xətai» metrosunun yaxınlığındakı «50 qəpik» restoranının yanında yerləşən avtoyuma məntəqəsini Barat adlı şəxs icarə əsasında işlədir. Təxminən bir ildir ki, onun Baratla münasibəti yaranmışdır və o, tez-tez həmin avtoyuma məntəqəsinə gedib-gəlirmiş. Bəzi hallarda o, avtoyuma məntəqəsində olanda Baratın işi olduğu üçün harasa gedəndə məntəqəyə nəzarət etməyi ona tapşırırmış. O, bəzi hallarda həmin avtoyuma məntəqəsində gecələr də qalırmış. xx xxx 2020-ci il tarixdə saat təxminən 22:00 radələrində o, Baratın işlətdiyi avtoyuma məntəqəsinə getmişdir. O, gələnə qədər artıq Barat çıxıb getmişdir. Baratın tapşırığına əsasən o, gələn maşınların qeydiyyatını aparmağa və xidmət haqqlarını almağa başlamışdır. İçəridə təxminən 4-5 müştəri maşını omuşdur. Həmçinin bayırda da növbə gözləyənlər olmuşdur. Həmin vaxtı avtoyuma məntəqəsində Kamal, Əli, Həsən və İbrahim adlı yuyucular işləyirmiş. O, məntəqəyə gələndə görmüşdür ki, bir nəfər müştərinin, adını sonradan bildiyi Rüfətin maşını artıq yuyulmuşdur və kənara çəkilirmiş, işçilər həmin maşını qurulayırmış. Bu zaman Rüfət maşınının təmiz yuyulmadığını bildirib iradlar deməyə başlamışdır. Belə ki, həmin maşının qabaq buferinin aşağı hissəsində palçıq hissə qalmışdır. Ona görə də Rüfət narazılıq etməyə başlamışdır, yuyucular da həmin hissəni təmizləmişlər. O, da Rüfətə təklif etmişdir ki, əgər ürəyincə deyilsə maşını yenidən yusunlar. Rüfət isə demişdir ki, tələsir, maşını satmalıdır, problemi var. Rüfət həmin vaxtı telefon ilə danışıb bizim ünvanımıza söyüş söyürmüş. Bundan sonra o, yuyuculara tapşırmışdır ki, Rüfətin maşınının qabaq hissəsini yenidən yusunlar ki, narazı qalmasın. Onun tapşırığı ilə həmin sedan tipli qızılı rəngli maşının qabaq hissəsini yenidən yumuşlar. Rüfət isə öz-özünə nalayiq söyüşlər söyürmüş. Maşın qurulanıb qurtardıqdan sonra Rüfət 10 manat xidmət haqqını ona vermişdir və o, ona təkrar üzürxahlıq etmişdir. Rüfət isə yenə narazılıq etmiş və söyüşlə danışıb bildirmişdir ki, hamı çıxıb getmiş, hələ o, qalıb. Lakin Rüfət çıxıb getməmiş və hələ də narazılıq bildirirmiş və əski ilə maşından su axan yeri silirmiş . O, görmüşdür ki, bu müştəri problemli müştəridir. Ona görə də kənara çəkilib Barata zəng vurub demişdir ki, onun qəbul etdiyi müştəri narazılıq yaradıb və getmək də istəmir, gəlib məsələni yoluna qoysun. Rüfət isə mobil telefonla kiminləsə danışıb telefonda danışdığı adama onların ünvanına söyüşlər söymüşdür. O, isə Rüfətə kənardan demişdir ki, onlar ona müştəri kimi hörmətlə yanaşırlar, o, isə artıq bu məsələni şəxsi məsələyə çevirir və onların ünvanına söyüş söyür. O, Rüfətə demişdir ki, nə sözü varsa Barata deyər. Rüfət isə ona “Sən görərsən günüvü”-deyərək hədələmişdir. Bundan sonra, Rüfət maşınına əyləşib məntəqədən çıxaraq maşını məntəqədən kənara çıxardıb orada saxlayaraq yenidən məntəqənin içərisinə daxil olmuş və ona demişdir ki, “bir dəqiqə gəl bura sənə sözüm var”. O, Rüfətin onu qaranlığa və kameralar olmayan yerə çəkmək istədiyini anlamış, ona görə onunla getməmişdir. Aralarında məsafə saxlayaraq ondan nə istədiyini soruşmuşdur. Rüfət demişdir ki, gedək bir də maşına baxaq. O, da demişdir ki, bayıra çıxan deyil, nə sözü varsa burda desin, maşına da bayaqdan bir neçə dəfə baxılıb, müştərilər var narazılır edir,maşında heç bir problem yoxdur. Rüfət onların düz etmədiklərini deyib sonra da çıxıb getmişdir. Sonra o, gecə avtoyuma məntəqəsində qalmışdır. Rüfət tam yalan danışır, ona şər atır. Həqiqətən də onun maşını təmiz yuyulmamışdır, palçıqlı hissə qalmışdır, ona görə də onun iradına cavab olaraq o, da Rüfətdən üzr istəmişdir. O, Rüfəti əvvəllər tanımamışdır. Rüfətə qarşı o, hər hansı zor tətbiq etməmiş, onu bıçaqla vurmamış və maşınını zədələməmişdir. Rüfət ona heç nə etməmişdir ki, o da onu əl ilə və ya bıcaq ilə vursun. O, Azərbaycanı təmsil edir, çempion və müəllimdir, onun bıcaq ilə heç bir işi olmaz. Həmən günün səhəri mülki geyimli şəxslər onu ailəsi ilə olarkən, götürüb Xətai rayon Polis İdarəsinə aparmışlar. Rüfət ora gələrkən güya onu bıcaq ilə vurduğunu və onun ailəsinin hədələdiyini bildirdi. O, Rüfətə sadəcə xəbərdarlıq edib, söyüş söyməməsini xahiş etmişdir. Onun heç bir günahı yoxdur. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, həmin cinayət əməlinin törədilməsində onun təqsirinin olması iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, o, özü maşın alveri ilə məşğul olur. Belə ki, köhnə maşınları alıb bir qədər düzəltdirib sonra aldığından baha qiymətə satır. O, özü Saray qəsəbəsində yaşasa da, işi ilə bağlı olaraq adətən Bakı şəhərində olur. O, xx xxx 2020-ci il tarixdə idarə etdiyi “Toyota Prius” markalı ** US *** nömrəli avtomobili kimyəvi təmizləməyə vermək üçün əvvəllər bir neçə dəfə maşınını yuduzdurduğu “Xətai” metrosunun yaxınlığındakı “50 qəpik” restoranının yanında yerləşən avtoyuma məntəqəsinə gəlmişdir. Kimyəvi təmizləmənin qiyməti ilə maraqlananda 150 manat qiymət demişlər və baha olduğu üçün o, razılaşmamışdır. Bir gün sonra, yəni xx xxx 2020-ci il tarixdə o, yenə şəhərdə imiş və saat təxminən 21:00 radələrində işlərini qurtardıqdan sonra qərara gəlmişdir ki, maşını yuduzdursun, “Xətai” metrosunun yanındakı həmin avtoyuma məntəqəsi 24 saat işlədiyi üçün həmin avtoyuma məntəqəsinə getmişdir. O, maşını bayırda saxlayıb məntəqənin içərisinə girib növbə barədə maraqlanmışdır, işçilərdən biri ona demişdir ki, növbədə dörd maşın var, bir az gözləsin, çalışıb tez həll edəcəklər. Onun vaxtı olduğu üçün gözləməyə başlamışdır. Həm də bildirmişdir ki, həmin avtoyuma məntəqəsində işçi çox olduğu üçün eyni vaxtda bir neçə müştəri qəbul edib maşınlarını yuyurlar, yəni o, dörd maşının ardıcıl yuyulmasını gözləməycəkmiş. Saat təxminən 22:00 radələrində avtoyumanın işçilərindən biri demişdir ki, maşını içəri versin. O, maşını içəri salmışdır. Məntəqədə əlində dəftərdə maşınların qeydiyyatını aparan Səid adlı oğlan imiş. Səid idmançı bədən quruluşludur və başı da keçəldir. Səid işçilərə nəzarət edir və müştərilərdən pulu qəbul edirmiş. Məntəqənin işçilərindən biri onun maşınını yumağa başlamışdır. Bir müddət sonra işçi ona demişdir ki, artıq maşının üstünü yuyub qurtarıb, maşının yerini dəyişsin ki, o, içərisini təmizləsin. O, maşının yerini dəyişmiş və kənarda dayananda görmüşdür ki, maşının qabaq buferinin alt hissəsi palçıqlı qalıbdır. O, maşını yuyan oğlana irad bildirmişdir ki, nə üçün təmiz yumayıb. İşçi də demişdir ki, olan şeydir. O da demişdir ki, yaxşı yumaq lazımdır, bir maşını yumağa 10 manat pul verir. Bu qaydada maşını yuyan oğlanla aralarında söhbət olanda Səid onlara yaxınlaşmış və nə baş verdiyini soruşmuşdur. O da Səidə demişdir ki, maşınını pis yuyub, palçıqlı saxlayıblar, o, isə 10 manat pul verir, maşının təmiz yuyulmasını tələb etməyə haqlıdır. Səid isə bu zaman əli ilə onun yaxasından tutub itələmiş və nalayiq söyüşlərlə ona maşınını da götürüb getməyini demişdir. O, Səidə söyüş söyməməyi demişdir. Səid isə yenə onu nalayiq söyüşlərlə söyüb demişdir ki, “mən heç kimi hərləmirəm, sən bilmirsən mən kiməm, mən MMA üzrə dünya və Avropa çempionuyam, səni gecə ilə evindən apartdıraram, başına oyun açaram”. Səid yenə onun sinəsindən əli ilə vurub itələmiş və ondan yenə söyüşlə maşınını götürüb getməyini tələb edərək demişdir ki, onun cinayətkar dostları var, onu və ailəsini məhv etdirər. Səid maşını yuyan işçiyə tapşırmışdır ki, onun maşınını məntəqədən bayıra çıxartsın. Həmin vaxtı məntəqədə başqa müştərilər var imiş və o, görmüşdür ki, kənardan məntəqəyə 5-6 adam daxil olmuşdur. Onlar gəlib Səyidlə öpüşüb görüşmüşlər. Onların əllərində salafan torbalar var imiş. O, 10 manat pulu Səidin özünə vermişdir. Səid pulu aldıqdan sonra yenə yanındakılara onun barəsində söyüşlə danışırmış və bir daha söyüşlə ona demişdir ki, rədd olub getsin. Səid onun üstünə gəlmək istəyəndə sonradan gələn dostlarından biri onu saxlamış və demişdir ki, yola ver getsin. Səid yenə onu hədələyib deyirmiş ki, “səni parçalayaram, parça-parça etdirərəm”. Artıq həmin vaxt işçi onun maşınını çıxardıb məntəqənin girişinə qoymuşdur. O da maşını məntəqənin tam bayırına çıxartmış və görmüşdür ki, maşını yaxşı qurulamayıblar, hər yerindən su süzülür. Ona görə maşından düşüb avtoyuma məntəqəsinə girmişdir ki, işçidən əski parçası alıb maşını qurulasın. Səid onu görüb yenə ünvanına nalayiq söyüşlər söymüş və əski olmadığını demişdir. O, artıq mübahisənin böyüməməsi üçün qayıdıb maşına tərəf gedəndə Səid arxasınca gəlib onu çağırıb gözləməyini demişdir. O, elə başa düşmüşdür ki, bəlkə Səid ondan üzr istəmək istəyir. O, məntəqənin artıq giriş qapısından çıxmışdır və dəhliz kimi yolun ortasında imiş. Lakin hələ əsas yola çıxmamışdır. Səid iti addımla onun üstünə gəlmiş və ona çatanda görmüşdür ki, Səidin sağ əlində bıçaq var, Səid ani anda ona çatıb yenə onu nalayiq söyüşlərlə söymüş və ona bıçaqla qarın nahiyəsinə zərbə endirmişdir. O, özünü dala çəkib sol qolunu bıçağın qarşısına vermişdir, bıçaq onun sol qolunu kəsmişdir, o, Səidin onu vurduğunu qışqırmış və sol qolunu əli ilə tutub bayıra doğru qaçmışdır, avtomobilinə əyləşəndə görmüşdür ki, Səid dalınca gəlir. O, tez maşının qapılarını blok edib sürmüşdür. Bu an Səid çatıb maşının arxa yük yerinə və damına əl və təpik zərbələri vurmuş və uca səslə söyüş söyüb qışqırmışdır ki, harda olsa onu tapıb öldürtdürəcək. Səid maşına sağ tərəfindən yaxınlaşmışdır. O, isə dayanmayıb sürüb uzaqlaşmışdır. O, qorxduğu üçün xəstəxanaya da getməmişdir. Çünki Səid onu hədələmişdir ki, onu tapdırıb məhv edəcəkdir. O, qolunu ailə üzvlərindən gizlətmiş və bintlə bağlayıb yatmışdır. Səidin bıçaq zərbəsi nəticəsində onun əynində olan ağ rəngli uzunqol köynəyinin sol qol hissəsi kəsilmiş və sol qolu xəsarət almışdır. O, həmin köynəyi istintaqa təqdim etmişdir. O, səhəri günü Xətai Rayon Polis İdarəsinə gəlib hadisə barədə ərizə vermişdir. Münaqişə təxminən yarım saatdan artıq müddətdə davam etmişdir. Hadisə zamanı onun əynində ağ köynək, başında qara rəngli “beyzbol papağı” formasında papaq və tünd cins şalvar olmuşdur. Münaqişə yerində təxminən 15 nəfər olarmış, onlar həm işçilər, həm müştərilər, həm də Səidin sonradan gəlmiş dostları imiş. Səidin ona xəsarət yetirdiyi bıçağın o, tiyə hissəsini görmüşdür, dəstəyini görə bilməmişdir. Çünki Səid bıçağın dəstəyindən tutmuşdur. Tiyəsinin görünən hissəsi təxminən 12-15 sm olarmış. Münaqişə yerində olan avtoyumada işləyənləri o, üzdən tanıyır, lakin müştərilərdən onun tanıdığı olmamışdır. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmamışdır. Onun avtomobilinə dəyən ziyan ödənilməmişdir. O, Təqsirləndirilən şəxs bağışlamır və məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat təxminən 21:30 radələri olarmış, o, şəxsi işləri ilə bağlı təklikdə “Xətai” metrosu tərəfdə olmuşdur. İşini qurtardıqdan sonra o, idarə etdiyi “Nissan Sunny” markalı ** ZU *** nömrəli avtomobilini yuduzdurmaq qərarına gəlmişdir. O, bilirmiş ki, həmin saatda “Xətai” metrosunun yaxınlığındakı “50 qəpik” restoranının yanında yerləşən avtoyuma məntəqəsi 24 saat işləyir. O, əvvəllər də gecə vaxtı həmin avtoyuma məntəqəsində avtomobilini yuduzdurmuşdur. Buna görə də saat təxminən 21:30 radələrində o, idarə etdiyi avtomobili ilə həmin avtoyuma məntəqəsinə getmişdir. Avtoyuma məntəqəsinin işçilərindən növbə olub-olmamasını soruşmuş və ona demişlər ki, ondan əvvəl növbədə olan iki maşını yumalıdırlar. Onun da vaxtı olduğuna görə gözləmək qərarına gəlmişdir. Maşınını o, məntəqənin içərisinə vermiş və gözləməyə başlamışdır. Gözlədiyi vaxtı o, məntəqənin içərisinə girib-çıxıb gəzişirmiş. Bildirmişdir ki, həmin avtoyuma məntəqəsinin işçi sayı çoxdur, ona görə də eyni vaxtda çox müştəri qəbul edirlər və eyni vaxtda bir neçə maşın yuyurlar, yəni o, olduğu vaxtda da məntəqədə başqa müştərilər çox imiş. Təxminən bir saat sonra onun da maşını yuyulub təhvil verilmişdir. O, maşını məntəqənin içərisindən çıxardıb onun qarşısında bir kənara verib saxlamışdır ki, maşının suyu tam axıb qurtarsın və həm də siqaret çəksin. O, tək dayanmışdır. Bu zaman o, avtoyuma məntəqəsinin içərisində möhkəm səs-küy və söyüş səsləri eşitmişdir, lakin kimin kimi vurduğunu və söydüyünü eşitməmiş və görməmişdir. Mübahisə gedən zaman o çöldə olmuş, içərdə tam olaraq nəyin baş verdiyini bilməmişdir. Rüfət adlı şəxsin qışqırmağını eşitmiş, lakin qaranlıq olduğuna görə Rüfətin çölə çıxarkən qolunu tutmağını görməmişdir. Rüfət adlı şəxsin bıcaqlanmağını o yalnız Xətai rayon Polis İdarəsində bilmişdir və qolunda xəsarət olduğunu orda görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, icarə əsasında etibarnamə ilə idarə etdiyi “Reno Meqan” markalı ** RN *** nömrəli avtomobillə “*0404” taksi şirkətində taksi sürücüsü kimi fəaliyyət göstərir. xx xxx 2020-ci il tarixdə saat təxminən 21:00-22:00 radələrində Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindən müştərini sifariş əsasında “Xətai” metrosunun yanına gətirmişdir. Müştərini düşürtdükdən sonra əlavə müştəri olmadığı üçün boş vaxtı yarandığından fürsətdən istifadə edib avtomobilini yuduzdurmaq istəmişdir. O, bilirmiş ki, “Xətai” metrosunun yaxınlığındakı “50 qəpik” restoranının yanında yerləşən avtoyuma məntəqəsi gecələr də işləyir. O, əvvəllər də avtomobilini həmin avtoyuma məntəqəsində yuduzdurmuşdur. Buna görə də saat təxminən 22:00 radələrində o, idarə etdiyi avtomobillə həmin avtoyuma məntəqəsinə gəlmişdir, girişdə işçilərdən birindən növbə olub-olmamasını soruşmuşdur, işçi ona demişdir ki, bir az gözləsin, bir qədər sonra onun maşınını yuyarlar, növbədə biriki maşın var. Bildirmişdir ki, həmin avtoyuma məntəqəsində işçi sayı çox ollduğu üçün eyni zamanda bir neçə maşın qəbul edib yuyurlar. Buna görə də o, avtomobilini məntəqənin qarşısında saxlayıb piyada “Xətai” metrosunun qarşısına gəlib oradan bir dönər almış və yenə də piyada avtoyumanın qarşısına qayıtmışdır. O, orada dayanıb dönəri yeməyə başlamış və həmin vaxt eşidirmiş ki, məntəqənin içərisində mübahisə gedir, möhkəm səs-küy və söyüş səsləri gəlirmiş. Sonra işçilərdən biri ona demişdir ki, maşınını içəri salsın. O da maşını içəri salmış və içəridə olanda başa düşmüşdür ki, müştərilərdən biri maşını yaxşı yuyulmadığı üçün narazı qalıb,və iradını bildirmişdir. Ətrafda və avtoyuma məntəqəsində xeyli adam toplaşmışdır. O söyüş və təhqir eşitmişdir, lakin mübahisə olan yerdən məsafəli olduğuna görə tam olaraq nəyin baş verdiyini anlamamışdır. O, Səidin əlində bıcaq görməmiş, sadəcə Rüfətin qışqırmağını eşitmişdir. Səidin Rüfəti vurmağını görməmişdir. O, içəridə maşınının yanında olduğundan bayıra çıxmamış və bayırda baş verənləri bilməmişdir. Onun maşınını saqqallı kök oğlan yuyurmuş, o da tələsik formada onun maşınını yuyub qurtarmış və ona demişdir ki, maşınını çəkib çıxartsın. O, yuyucuya 20 manat pul vermiş, az sonra Səid ona 10 manat pul qaytarmış və o, maşınını sürüb çıxıb getmişdir. O, dönər alıb qayıtdıqdan sonra münaqişə təxminən 15-20 dəqiqədən artıq müddətdə davam etmişdir. Ondan əvvəl nə vaxt başladığını o, bilmir sonra münaqişəyə görə toplaşanlar dağılışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, həmin günü zərəçəkmiş şəxs öz avtomobilini yuduzdurmağa avtoyuma məntəqəsinə gəlmişdir. Növbə olduğuna görə yarım saat gözlədikdən sonra onu içəri çağırmışlar. Maşın yuyulub qurtardıqdan sonra avtomobilin alt hissəsi palçığlı qaldığına görə Rüfət adlı şəxs irad bildirərək, avtomobilin yaxşı yuyulmadığını bildirmişdir. Səid isə ona bildirmişdir ki, avtomobili qaldırsın yenidən yuyulsun. Həmən şəxs telefon ilə kimnənsə danışanda onların ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Səid isə ona “ayıbdır söyüş söymə, maşınıvı yenidən yuyarlar”- demişdir. Maşın yuyulduqdan sonra isə Səid “avtomobilin hazırdır, götür get” demişdir. O, həmin zaman başqa maşınları yuyurdu. Hadisə sadəcə mübahisədən ibarət olub, orda heç kim, heç kimi vurmayıb, itələmiyib, bıcaq çıxartmamışdır. Avtoyuma məntəqəsindən heç kim çıxmayıb. Rüfət adlı şəxs Səidi söhbət etmək üçün çölə çağırmış, lakin Səid onunla getməmişdir. Səid həmin günü yanlarında olmuş aytoyuma məntəqəsindən heç bir metr qırağa çıxmamışdır. Həmin günü o, evdə ailəvi problemlərinin olduğuna görə avtoyuma məntəqəsində qalmışdır. Səid onun ilə olmuşdur. Həmin axşam aytoyuma məntəqəsindən heç yerə ayrılmamışdır. Onlar birlikdə yemək yeyib, sonra iş olmadığına görə o, yatmışdır, Səid isə səhərə qədər kamerala nəzarət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, o, hadisədən təxminən bir ay olardı ki, Bakı şəhəri, Xətai rayonu, «Xətai» metrosunun yaxınlığında «50 qəpik» restoranının yanında yerləşən avtoyuma məntəqəsində yuyucu işləyir. Avtoyuma məntəqəsi 24 saat işləyir. Gündüz növbəsində boş işçi yeri olmadığına görə o, avtoyumada gecə növbəsində işləyir. İş vaxtı axşam saat 21:00-da başlayır və səhər saat 09:00-da bitir. Avtoyuma məntəqəsinin müdiri Barat adlı şəxsdir, gecə növbəsinə isə Səid adlı şəxs nəzarət edir. Səid özü də gecələr avtoyuma məntəqəsində qalır. xx xxx 2020-ci il tarixdə o, həmişə olduğu kimi avtoyuma məntəqəsində gecə növbəsində işləyirmiş. Onunla bərabər Həsən adlı oğlan da gecə növbəsində işdə imiş. Həmçinin Səid də saat təxminən 21:00 radələrində avtoyuma məntəqəsinə gəlmiş və işlərə nəzarət etməyə başlamışdır. Səid gələnə kimi Barat artıq çıxıb getmişdir. Saat təxminən 21:30 radələrində üzdən tanıdığı, adını sonradan bildiyi Rüfət adlı şəxs idarə etdiyi «Toyota Prius» markalı avtomobili ilə avtoyuma məntəqəsinə gəlmişdir. Rüfət əvvəllər bir neçə dəfə onların məntəqəsində maşınını yuduzdurmuşdur, yəni xx xxx 2020ci il tarixdə 3-cü dəfə imiş ki, müştəri kimi gəlirmiş. Növbədə başqa maşınlar olduğundan onlar Rüfətə gözləməsini demişlər. Rüfət təxminən yarım saata qədər gözləmiş, sonra yuma yeri boşaldığı üçün Həsən Rüfətə demişdir ki, maşını yuma yerinə qaldırsın. Rüfət də maşını yuma yerinə qaldırmışdır. Sonra Həsən Rüfətin avtomobilini su ilə yumuş və yuduqdan sonra o, qurulamağa başlamışdır. Həmin vaxtı Rüfət yaxınlaşıb maşına baxırmış və Rüfət maşının qabaq tərəfində buferin alt hissəsində palçıqlı sahənin qaldığını görüb Həsənə maşını yaxşı yumadığı ilə bağlı irad bildirmiş və demişdir ki, maşının qabağı palçıqlı qalıb. Həsən də demişdir ki, yenidən yuyar. O, Rüfətin maşınını qurulayanda Rüfət kiminləsə mobil telefonla danışır və telefonda danışdığı şəxsə onların ünvanına söyüş söyürmüş və deyirmiş ki, maşınını yaxşı yumayıblar. Səid bunu eşidib Rüfətə yaxınlaşmış və ona nə üçün söyüş söydüyünü demiş və irad bildirmişdir. Rüfət də demişdir ki, maşını yaxşı yuyulmayıb. Rüfətlə Səid bu məzmunda mübahisə etməyə başlamışdır. Sonra o, başqa maşını quruladığı üçün başı qarışmışdır, Rüfətin maşınının yenidən yuyulub yuyulmadığını o, bilməmişdir. Həmin vaxtı avtoyuma məntəqəsində 4-5 müştərinin maşını olmuşdur. O, isə həmin vaxtı başqa maşın qurulayırmış, ona görə Rüfətlə Səid arasında baş verənləri dəqiq görə bilməmişdir. Axırda onu eşitmişdir ki, Rüfət Səidin başına oyun açacağı ilə hədələyib maşınını da sürüb getmişdir. Bundan sonra Səid müdir otağına girmiş və xeyli müddət orada qalmışdır. Səid əksər hallarda həmin otaqda olur və oradan kamera ilə onların işlərinə nəzarət edir. Həmçinin gecə də həmin otaqda olan divanda yatır. Bu barədə başqa məlumatı yoxdur. O, Rüfətlə Səid arasında sözlü mübahisəni görmüşdür. Rüfət maşını bayıra çıxartdıqdan sonra o, onun qayıtdığına fikir verməmişdir, çünki artıq başqa maşınlara başı qarışmışdır. Əgər Rüfət qayıdıbsa ondan sonra onunla Səid arasında nə baş verdiyini bilmir. Həmin vaxtı məntəqədə «Nissan Sunny», «Reno Megan» və göy rəngli «Kia Optima» markalı müştərilərin maşınları olmuşdur. «Nissan Sunny» markalı maşının nömrəsinin sonu 656 imiş, bu yadında qalıb, digərlərinin nömrəsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, özü müxtəlif tikintilərdə fəhlə kimi işləyib pul qazanır. O, şəhərdə müxtəlif tikintilərdə fəhlə kimi işləyəndən sonra adətən işlədiyi yerin yaxınlığında olan hər hansı metro stansiyasına əyləşib «Xətai» metro stansiyasında çıxır və piyada evinə gəlir. Yadındadır ki, 2020-ci ilin may ayının təxminən ortalarında o, yenə şəhərdən evinə gəlirmiş və saat təxminən 22:00, bəlkə də 22:30 radələri olarmış, o, «Xətai» metro stansiyasından çıxmış, həmin zaman ailə üzvləri evdə olmadığından bilirmiş ki, evdə hazır yemək yoxdur, buna görə də metronun yaxınlığında yerləşən «50 qəpik» restoranına gəlib oradan dönər almaq istəmiş, lakin artıq gec olduğundan dönər satılan hissə bağlanmışdır. O, qayıtmaq istəyəndə görmüşdür ki, bir nəfər ağ köynək oğlan qaçaraq «50 qəpik» restoranının yanındakı avtoyuma məntəqəsinin qarşısında yolun kənarında saxladığı «Toyota Prius» markalı avtomobilə əyləşmiş və maşını tez işə salmışdır, o, həmin maşına çox yaxın imiş, ona görə də görmüşdür ki, həmin oğlan əli ilə sol qolunu tutub və qışqırırmış ki, onu vurublar. Həmin oğlan maşına əyləşən anda avtoyumadan bir nəfər idmançı bədən quruluşlu, uzunboy bir oğlan çıxmış və «Toyota Prius» markalı avtomobilin sağ tərəfinə yumruq və təpik zərbələri vurmuşdur, sanki həmin idmançı oğlan maşına əyləşən ağ köynək oğlanı tutmaq istəyirmiş, lakin ağ köynək oğlan dayanmayıb cəld hərəkətlə maşını sürüb uzaqlaşmışdır. Həmin zaman idmançı oğlanın arxasınca avtoyumadan bir neçə nəfər çıxmışdırlar. Həmçinin avtoyumanın qarşısından piyada keçən şəxslər də bir müddət dayanıb bu hadisəyə tamaşa etmişlər. Sonra idmançı oğlan avtoyumaya qayıtmış, o da artıq orada dayanmağın təhlükəli olduğunu hiss edib oradan uzaqlaşmış və piyada evinə gəlmişdir. Həmin vaxt gecə olduğundan, avtoyumanın qarşısı da tam işıqlı deyilmiş və hər şey də ani olaraq baş verdiyi üçün o, ağ köynək oğlanı üzdən görə bilməmiş, sadəcə görmüşdür ki, o, qaçıb maşına girmişdir. İdmançı oğlan isə cəld hərəkətlə avtoyumadan çıxıb maşına zərbələr vurmağa başlamışdır, həmin oğlan saqqallı olmuşdur. Cinayət işinin 1-cildinin 66-cı vərəqəsində olan xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixində şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 121-124-cü vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 4(011)-332/2020 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixindən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 150-154-cü vərəqələrində olan Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 4(103)-373/2020 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 4(011)- 332/2020 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cildinin 239-243-cü vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(011)-464/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 12-14-cü vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(011)-513/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlama müddəti 02 (iki) ay olmaqla, 05 (beş) ayadək, yəni xx xxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cildinin 137-140-cı vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(011)-625/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlama müddəti 15 (on beş) gün olmaqla, ümumilikdə 05 (beş) ay 15 (on beş) gün müddətinə, yəni xx xxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cildinin 107-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X11 533 saylı, xx xxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol said nahiyəsində bir ədəd kəsilmiş yara müəyyən edildi. Xəsarət kəsici kənara malik alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx xxx 2020-ci il tarixdə və şəraitdə bıçaqla yetirilə bilər. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətin yetirilməsi anında zərərçəkmiş şəxslə, zədə yetirən şəxs bədənin istənilən duruş vəziyyətlərində və istənilən qarşılıqlı vəziyyətlərdə ola bilərdi. Cinayət işinin 1-ci cildinin 187-189-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X11 21/533 saylı, xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol said nahiyəsində bir ədəd kəsilmiş yara müəyyən edildi. Xəsarət qərarın təsviri hissəsində göstərilən xx xxx 2020-ci il tarixdə və şəraitdə ekpertizaya təqdim edilmiş bıçağın təsirindən törənə bilərdi. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Cinayət işinin 1-ci cildinin 155-ci vərəqəsində olan X7 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 86/2020 nömrəli məktubdan görünür ki, “Toyota Prius” markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadının zədələnməsi nəticəsində avtomobillə təxminən 215 manat maddi ziyan dəymişdir. Cinayət işinin 1-ci cildinin 157-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxx 2020-ci il tarixli, 011-5602-1220 saylı məktubundan görünür ki, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “50 qəpik” restoranın yanında olan avtoyuma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs qarşı bıçaqla xəsarət yetirməsi faktı ilə əlaqədar hadisə yerinə müayinəsi zamanı götürülmüş əl izləri xx xxx 2020-ci il tarixdə DİN-nin KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-n məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 (bir) ədəd əl-barmaq izi ilə Təqsirləndirilən şəxs sol əlinin çeçələ barmağının əksi arasında eynilik müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 160-167-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxx 2020-ci il tarixli, 20/252R nömrəli ekspert rəyindən görünür ki,xx xxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “50 qəpik” restoranın yanında olan avtoyuma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs qarşı bıçaqla xəsarət yetirməsi faktı ilə əlaqədar tədqiqata təqdim edilmiş 01 ədəd daktiloskopik plyonka və 02 ədəd şəffaf yapışqan lent kəsiklərinin üzərində olan əl izlərinin 01 ədəd əl barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs əl əksləri (daktiloskopik xəritəsi) müqayisəli tədqiqatın aparılması üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yaralı olan 01 ədəd əl-barmaq izi xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin çeçələ barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 170-185-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxx 2020-ci il tarixli, 20/251R nömrəli ekspert rəyindən görünür ki, ekspert tədqiqatına təqdim edilmiş 01 ədəd bıçağın tiyə hissəsinin ucunda və Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd uzunqol ağ rəngli köynəyin sol qolunun said nahiyyəsində aşkar edilmiş qanabənzər ləkələr, eləcə də asfalt üzərindən 02 ədəd çöplü pambıq tampon vasitəsilə götürülmüş qanabənzər ləkələr insan qanıdır və onların hər biri kişi cinsindən olan eyni şəxs məxsusdur. Ekspert tədqiqatına edilmiş 01 ədəd bıçağın tiyə hissəsinin ucunda və Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd uzunqol ağ rəngli köynəyin sol qolunun said nahiyyəsində aşkar edilmiş qan nümunələri, eləcədə asfalt üzərindən 02 ədəd çöplü pambıq tampon vasitəsi ilə götürülmüş qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur (eyni yumurta əkizi istisna olmaqla). Cinayət işinin 2-ci cildinin 38-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3/593, 3/594 saylı məhkəmə-ballistik-trasoloji ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq ilkin təyinatına görə zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağına uyğun gəlir. Lakin bıçağın tiyəsinin küt tərəfi sonradan kustar üsulla itilənməklə təyinatı dəyişdirilmişdir və hazırki vəziyyətində iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silahdır. Tədqiqata təqdim edilmiş köynəyin səthində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi göstərilməklə təsvir edilən zədə vardır. Köynəyin səthində olan zədə hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilib-kəsilmə zədəsidir. Təqdim edilmiş bıçağın rəyin ballistik hissəsində göstərilən konstruktiv xüsusiyyətlərini və zədənin morfoloji quruluşunu nəzərə alaraq qeyd olunan zədənin tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranması mümkündür. Cinayət işinin 2-ci cildinin 50-71-ci vərəqələrində olan xx xxxxxxxx 2020-il tarixli sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən bıçaq, həmin bıçağın üzərindən götürülmüş Təqsirləndirilən şəxs məxsus 01 ədəd əl-barmaq izi, Təqsirləndirilən şəxs əl əksləri (daktiloskopik xəritəsi), Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirilərkən onun əynində olmuş 01 ədəd ağ rəngli uzunqol köynək, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirildiyi yerdən 02 ədəd çöplü pambıq vasitəsilə götürülmüş qan və Zərərçəkmiş şəxs götürülmüş «yanaq epiteli qaşıntısı» nümunəsi cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, bıçağın üzərindən götürülmüş Təqsirləndirilən şəxs məxsus 01 ədəd əlbarmaq izi və Təqsirləndirilən şəxs əl əkslərinin (daktiloskopik xəritəsi) cinayət işinin materiallarına əlavə edilməsi, eləcə də 02 ədəd çöplü pambıq vasitəsilə götürülmüş qan və Zərərçəkmiş şəxs götürülmüş «yanaq epiteli qaşıntısı» nümunəsinin ekspertiza tədqiqatı zamanı sərf edilməsi nəzərə alınmış, bıçaq və Zərərçəkmiş şəxs köynəyi saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 217-218-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixində tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxx 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 182.3.2, 182.3.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 62, 66.3-cü maddələri tətbiq edilərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 190-196-cı vərəqələrində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxx 2007-ci il tarixli, A-0103/07 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2, 182.3.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq əmlakı müsadirə edilmədən 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2006-cı il tarixdən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 197-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı X6 Müəssisəsinin xx xxxxxx 2012-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2012-ci il tarixdə cəza müddətinin qurtarması ilə əlaqədar cəzadan azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 97-ci vərəqəsində olan Bakı şəhəri Xətai rayon İHB-nın Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs haqqında yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 2-ci cildinin 94-cü vərəqəsində olan 5 saylı “Asan Xidmət” Mərkəzin Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixində verilmiş AZ-İİ seriyalı 176023 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 xx xxxx 2016-cı ildə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə “1000” nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra soyadları ərin Məmmədzadə, arvadın Cavadova qeyd edilmişdir. Cinayət işinin 2-ci cildinin 95-ci vərəqəsində olan 5 saylı Bakı “Asan Xidmət” Mərkəzin Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixində verilmiş AZ-İİİ seriyalı 887271 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 2016-cı ildə Bakı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxsdur, anası X2r. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, soyuq silah hesab edilən bıçağı tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, ekspertiza rəyləri və digər iş materialları ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bu ifadəni cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə nəzərə alır ki, zərərçəkmiş şəxsə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, zərərçəkmiş şəxs və şahidlər Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, soyuq silah hesab edilən bıçağı tətbiq etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etməsini israrla göstərmişlər. Məhkəmə, zərərçəkmiş şəxs və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ailəli olduğunu, himayəsində bir az yaşlı uşağının olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, yaşadığı yerdən müsbət xasiyyətləndirildiyini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən, xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin belə mövqeyi «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyə olunmuşdur ki, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bundan başqa, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. İzah edilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixində şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020ci il tarixli, 4(011)-332/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixindən hesablanmışdır. Daha sonra, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(011)-464/2020 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Daha sonra, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(011)-513/2020 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlama müddəti 02 (iki) ay olmaqla, 05 (beş) ayadək, yəni xx xxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Daha sonra, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(011)-625/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs ev dustaqlığında saxlama müddəti 15 (on beş) gün olmaqla, ümumilikdə 05 (beş) ay 15 (on beş) gün müddətinə, yəni xx xxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Daha sonra, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(011)-353/2020 saylı məhkəmə hazırlıq iclasının qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində seçimiş ev dustaqlığı qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixindən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlam müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcbiryyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Həmin Məcəllənin Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlam müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi, sonradan kustar üsulla itilənməklə təyinatı dəyişdirilmiş və hazırki vəziyyətində iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirilərkən onun əynində olmuş 01 (bir) ədəd ağ rəngli uzunqol köynək hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi, sonradan kustar üsulla itilənməklə təyinatı dəyişdirilmiş və hazırki vəziyyətində iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən bıçağın üzərindən götürülmüş Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd əl-barmaq izi və Təqsirləndirilən şəxs əl əksləri (daktiloskopik xəritəsi) cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə verilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs, qəti olaraq, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi, sonradan kustar üsulla itilənməklə təyinatı dəyişdirilmiş və hazırki vəziyyətində iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirilərkən onun əynində olmuş 01 (bir) ədəd ağ rəngli uzunqol köynək hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi, sonradan kustar üsulla itilənməklə təyinatı dəyişdirilmiş və hazırki vəziyyətində iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən bıçağın üzərindən götürülmüş Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd əl-barmaq izi və Təqsirləndirilən şəxs əl əksləri (daktiloskopik xəritəsi) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə verilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar