Məhkəmə qərarları › İş №1(011)-44/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-44/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-44/2022 24.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi4, Təqsirləndirilən şəxs1 və müdafiəçisi –Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 09 avqust 1985-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 6 inzibati binada qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni sahə, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx xxxxxx 1981-ci ildə Türkmənistan Respublikası, Krasnavodsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə və xx xxxxxx 1976-cı ildə Qazaxıstan Respublikası, Cambul vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4ərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmə məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqla araşdırılan şəxslə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, qrup üzvləri arasında əldə edilmiş cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan şəxs dələduzluq niyyətlərinin həyala keçirilməsi üçün xüsusi olaraq hazırladığı üzəriləri qızıl təbəqə və hissəli olmaqla, 925 əyarlı gümüşdən olan bir cüt qızılı rəngli üzərində ağ şəffaf qaşlar olan gülşəkilli sırğa, iki ədəd qızılı rəngli qolbaq, iki ədəd qızılı rəngli nişan üzüyü, bir ədəd qızılı rəngli boyunbağı, bir cüt qızılı rəngli piramidaşəkilli sırğa, bir cüt qızılı rəngli halqavari sırğa, bir ədəd qızılı rəngli üzərində şəffaf qaşlar olan gülşəkilli üzük, üç ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan üzük, bir cüt qızılı rəngli üzərində şəffaf qaşları olan günəbaxanşəkilli sırğa, bir cüt qızılı rəngli üzərində şəffaf qaşları olan sırğa, bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan gülşəkilli kulon, bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan dairəvi şəkildə kulon, bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan günəbaxanşəkilli kulon və bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan kulonu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqdim etdikdən sonra, rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə o, Təqsirləndirilən şəxs2 ilə 04 iyun 2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs fiziki şəxs qismində icarəyə götürdüyü Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 ünvanda yerləşən “lombard”a gəlib, özlərini ərarvad kimi təqdim etməklə, ipoteka yolu ilə götürmüş olduqları mənzilə görə ödəniş etməyin vacibliyi ilə bağlı ilk əvvəl özlərində olan üç cüt sırğa, iki ədəd qolbaq, iki ədəd nişan üzüyü və bir ədəd boyunbağını qızıl-zinət əşyaları qismində girova qoyub Zərərçəkmiş şəxs 4200 manat pulunu, artıq dələduzluq niyyətinin həyata keçirildiyini yəqin etdikdən sonra, Təqsirləndirilən şəxs2 həmin gün saat 13 radələrində yenidən həmin lombarda gəlib, eyni məqsəd və vahid niyyətlə dörd ədəd üzük, iki cüt sırğa, dörd ədəd kulonu qızıl-ziynət əşyaları qismində girova qoyub bu dəfə Zərərçəkmiş şəxs 5000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, əldə edilmiş pulu aralarında bölüb, Zərərçəkmiş şəxs ümumilikdə 9200 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmə məqsədilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqla araşdırılan şəxslə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, qrup üzvləri arasında əldə edilmiş cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan şəxs dələduzluq niyyətlərinin həyala keçirilməsi üçün xüsusi olaraq hazırladığı üzəriləri qızıl təbəqə və hissəli olmaqla, 925 əyarlı gümüşdən olan bir cüt qızılı rəngli üzərində ağ şəffaf qaşlar olan gülşəkilli sırğa, iki ədəd qızılı rəngli qolbaq, iki ədəd qızılı rəngli nişan üzüyü, bir ədəd qızılı rəngli boyunbağı, bir cüt qızılı rəngli piramidaşəkilli sırğa, bir cüt qızılı rəngli halqavari sırğa, bir ədəd qızılı rəngli üzərində şəffaf qaşlar olan gülşəkilli üzük, üç ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan üzük, bir cüt qızılı rəngli üzərində şəffaf qaşları olan günəbaxanşəkilli sırğa, bir cüt qızılı rəngli üzərində şəffaf qaşları olan sırğa, bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan gülşəkilli kulon, bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan dairəvi şəkildə kulon, bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan günəbaxanşəkilli kulon və bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan kulonu Təqsirləndirilən şəxs3 və ona təqdim etdikdən sonra, rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə o, Təqsirləndirilən şəxs1la 04 iyun 2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs fiziki şəxs qismində icarəyə götürdüyü Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 ünvanda yerləşən “lombard”a gəlib, özlərini ər-arvad kimi təqdim etməklə, ipoteka yolu ilə götürmüş olduqları mənzilə görə ödəniş etməyin vacibliyi ilə bağlı ilk əvvəl özlərində olan üç cüt sırğa, iki ədəd qolbaq, iki ədəd nişan üzüyü və bir ədəd boyunbağını qızıl-zinət əşyaları qismində girova qoyub Zərərçəkmiş şəxs 4200 manat pulunu, artıq dələduzluq niyyətinin həyata keçirildiyini yəqin etdikdən sonra, o, həmin gün saat 13 radələrində yenidən həmin lombarda gəlib, eyni məqsəd və vahid niyyətlə dörd ədəd üzük, iki cüt sırğa, dörd ədəd kulonu qızıl-ziynət əşyaları qismində girova qoyub bu dəfə Zərərçəkmiş şəxs 5000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, əldə edilmiş pulu aralarında bölüb, Zərərçəkmiş şəxs ümumilikdə 9200 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Təqsirləndirilən şəxs3 özgənin əmlakını ələ keçirmə məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan şəxslə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, qrup üzvləri arasında əldə edilmiş cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan şəxs dələduzluq niyyətlərinin həyala keçirilməsi üçün xüsusi olaraq hazırladığı üzəriləri qızıl təbəqə və hissəli olmaqla, 925 əyarlı gümüşdən olan bir cüt qızılı rəngli üzərində ağ şəffaf qaşlar olan gülşəkilli sırğa, iki ədəd qızılı rəngli qolbaq, iki ədəd qızılı rəngli nişan üzüyü, bir ədəd qızılı rəngli boyunbağı, bir cüt qızılı rəngli piramidaşəkilli sırğa, bir cüt qızılı rəngli halqavari sırğa, bir ədəd qızılı rəngli üzərində şəffaf qaşlar olan gülşəkilli üzük, üç ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan üzük, bir cüt qızılı rəngli üzərində şəffaf qaşları olan günəbaxanşəkilli sırğa, bir cüt qızılı rəngli üzərində şəffaf qaşları olan sırğa, bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan gülşəkilli kulon, bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan dairəvi şəkildə kulon, bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan günəbaxanşəkilli kulon və bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan kulonu ona və Təqsirləndirilən şəxs2 təqdim etdikdən sonra, rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 04 iyun 2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs fiziki şəxs qismində icarəyə götürdüyü Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 ünvanda yerləşən “lombard”a gəlib, özlərini ərarvad kimi təqdim etməklə, ipoteka yolu ilə götürmüş olduqları mənzilə görə ödəniş etməyin vacibliyi ilə bağlı ilk əvvəl özlərində olan üç cüt sırğa, iki ədəd qolbaq, iki ədəd nişan üzüyü və bir ədəd boyunbağını qızıl-zinət əşyaları qismində girova qoyub Zərərçəkmiş şəxs 4200 manat pulunu, artıq dələduzluq niyyətinin həyata keçirildiyini yəqin etdikdən sonra, Təqsirləndirilən şəxs2 həmin gün saat 13 radələrində yenidən həmin lombarda gəlib, eyni məqsəd və vahid niyyətlə dörd ədəd üzük, iki cüt sırğa, dörd ədəd kulonu qızıl-ziynət əşyaları qismində girova qoyub bu dəfə Zərərçəkmiş şəxs 5000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, əldə edilmiş pulu aralarında bölüb, Zərərçəkmiş şəxs ümumilikdə 9200 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qaynanası Minarə qızıl alqı-satqısı ilə məşğul olur. Digər təqsirləndirilən şəxs Gülnarəni qaynanası vasitəsi ilə tanımışdır. 2021-ci ilin yay aylarından o, işsiz olduğundan pula ehtiyacı olmuş və bu barədə Minarə xəbər tutmuşdur. Həmçinin, o qeyd etmişdir ki, Gülnarənin Minarədən qızıl götürdüyünə görə ona pul borcu var idi. Minarə ona zəng vuraraq bildirmişdir ki, Gülnarə ilə birlikdə onda olan qızıl suyuna çəkilmiş lakin qızıl olmayan zinət əşyalarının satışını həyata keçirəcəklər. Belə ki, həmin zinət əşyalarının qızıl satışını həyata keçirən və qəbul edən şəxslər tərəfindən yağla daşa sürtmək vasitəsi ilə yoxlanıldığından həmin zinət əşyalarının üst qatının qızıl suyuna çəkiləcəyindən qızıl olmadığı bilinməyəcəkdir. Bu üsulla onlar həmin qızıl suyuna çəkilmiş əşyaları lombarda təqdim etməklə pul götürüb qazanc əldə edəcəklər. Həmin əşyaların tərkibi gümüş və qızıl olmuşdur. Əldə etdikləri pulları isə öz aralarında böləcəklər. Həmçinin onlar əvvəlcədən sanışmışlar ki, lombardda Gülnarə ilə özünü ər-arvad kimi təqdim edib pula ehtiyaclarınln olmasını lomabrd sahibini inandıracaqlar. 04 iyun 2021-ci il tarixdə təxminən saat 11-12 radələrində Minarə Gülnarə ilə birlikdə yaşadığı evə gəlmiş və onu evdən götürmüşlər. Həmin vaxt Minarə ilə Gülnarə ona bildirmişlər ki, Xətai rayonunda yerləşən lombarda gedib danışdıqları kimi saxta qızılları verərək lombarddan pul götürəcəklər. Onlar birbaşa Gülnarənin idarə etdiyi avtomobil ilə həmin qeyd olunan lombarda getmişlər. Saxta qızıllar isə artıq Minarə və Gülnarədə olmuşdur. Lombarda çatdıqda Gülnarə saxta qızılların bir qismini götürmüş və onunla lombarda keçmişlər. Minarə isə avtomobilin yanında onları gözləmişdir. Lombardda olarkən oranın sahibəsi Leyla adlı qadın onları qarşılamışdır. Onlar əvvəlcədən Gülnarə ilə danışıqlarına uyğun olaraq özlərini ər-arvad kimi təqdim etmişlər və ipotekaya ev götürdükləri üçün evin pulunu ödəməli olduqlarından onların təcili pula ehtiyacları olduğunu bildirmişlər. Bu səbəbdən özlərinə məxsus olan qızıl-zinət əşyalarını lombarda qoyaraq əvəzinə pul götürmək istədiklərini bildirmişlər. Bundan sonra Gülnarə üzərində olan qızıl suyuna salınmış əşyaları həmin xanıma təqdim etmiş və Leyla qızılları özündə olan alətlərlə yəni xüsusi yağa batıraraq daşa sürtmüş və əşyaların üst qatı qızıldan olduğu üçün saxta olduğunu başa düşməmişdir. Həmin vaxt Minarə lombarda girərək Leylanı yayındırmaq məqsədi ilə barmağındakı üzüyü xanıma göstərmiş, onun başını qatmış, sonra isə çıxıb onları gözləmişdir. Bundan sonra qızılların çəkisinə uyğun olaraq 4200 manat pul verə biləcəyini demişdir. Onlar isə Leyla xanımla razılaşmışlar, lakin Leyla üzərində nağd pul olmadığından banka gedərək pul çıxarmalı olduğunu bildirmişdir. Bundan sonra Gülnarə lombardda gözləmiş, o isə Leyla ilə birlikdə bankdan pul çıxarmağa getmişdir. Banka çatdıqda Leyla pul çıxarmaq üçün banka girmiş, o isə onun gəlməyini gözləmişdir. Leyla bankdan gəldikdən sonra onlar avtomobildə gedərkən o, telefonla guya ev sahibi ilə danışıq apardığını və evə görə təcili pul ödəməli olduğunu bildirərək Leyladan 4200 manat pul götürmüş və avtomobildən düşmüşdür. Bundan sonra Gülnarəyə zəng vurmuş və pulu götürdüyünü deyərək lombardan çıxaraq yanına gəlməsini bildirmişdir. Bundan sonra onlar Gülnarə ilə zəngləşib görüşmüş və 4200 manatı Minarəyə vermişdir. Onlar əvvəlcədən əməllərinin baş tutacağını dəqiq bilmədiklərindən qızılların bir qismini özlərində saxlamışlar. Lakin onlar 4200 manat pulu əldə etdikdən sonra yerdə qalan qızıl olmayan əşyaları lombarda qoyaraq pul götürmək üçün yenidən Leyla xanımın yanına getməli idilər. Həmin vaxt Gülnarə təkrarən Leyla xanıma zəng vuraraq qızıl gətirmək istədiyini bildirmişdir. Lakin o, Leyla xanıma ev sahibi ilə görüşdüyünü dediyindən Gülnarəyə tək getməyini bildirmişdir. O, isə lombarddan kənarda Leylanın çıxmağını gözləmişdir. Beləliklə, Gülnarə yenidən lombarda getmiş və bir qədər sonra geri qayıdaraq 5000 manat pulu da götürdüyünü bildirərək pulu Minarəyə vermişdir. Minarə 9200 manat puldan 200 manat pulu ona vermiş və Minarənin əvvəldən ona bir qədər borcu olduğu üçün 1000 manat pulu da sonra özünə sürücülük vəsiqəsi alan zaman götürəcəyini bildirmişdir. Yerdə qalan pullar isə Minarə ilə Gülnarədə qalmışdır. Onlar əvvəlcədən razılaşmalarına görə lombarddan pul götürərkən onun şəxsiyyət vəsiqəsinin surətini Leylaya təqdim etmişlər. Sabahsı gün Gülnarə ona zəng vuraraq Leylanın ona zəng vuraraq qızılların saxta olduğunu bildiyini bildirmişdir. O, Gülnarəyə telefonu söndürməyini və narahat olmamağını demişdir. Hazırda o, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirərək cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2019-cu il tarixdə Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən Moskva Ticarət Mərkəzində qızıl alqı-satqısı ilə məşğul olmuşdur. Həmin vaxtlar qızıl alqı-satqısı ilə məşğul olan Minarə adlı qadınla da tanış olmuşdur. Minarə və o, eyni yerdə qızıl alqı-satqısı ilə məşğul olduqlarından onların yaxın münasibətləri olmuşdur. Bir müddətdən sonra onun işləri pis getdiyindən onun borcları yaranmış və müflisləşmişdir. Onun Minarəyə də 35000 manat borcu yaranmışdır. O, Minarənin yanında olarkən Minarənin əvvəllər kürəkəni olmuş Heydər adlı şəxslə tanış olmuşdur. Bir müddət sonra Minarə ona bildirmişdir ki, Moskva Ticarət Mərkəzindən ortaq tanıdıqları Ruslan adlı şəxsdən qızıl suyuna çəkilmiş lakin qızıl olmayan, tərkibi gümüş olan zinət əşyalarının satışını həyata keçirəcəklər. Həmin zinət əşyalarının qızıl satışını həyata keçirən və qəbul edən şəxslər tərəfindən yağla daşa sürtmək vasitəsi ilə yoxlanıldığından həmin zinət əşyalarının üst qatının qızıl suyuna çəkiləcəyindən qızıl olmadığı bilinməyəcək. Bu üsulla onlar həmin qızıl suyuna çəkilmiş əşyaları lombarda təqdim etməklə aldadaraq pul götürməli və qazanc əldə etməlidirlər. Əldə etdikləri pulları isə öz aralarında böləcəklər. Həmçinin onların danışıqları belə olmuşdur ki, onlar həmin hərəkətləri yerinə yetirərkən Heydərlə özlərini ər-arvad kimi təqdim edib lombard sahibini həmin pula ehtiyacları olmalarına inandıracaqlar. Bu üsulla o, Minarəyə olan borcunun bir qismini ödəmiş olacaqdı. 04 iyun 2021-ci il tarixdə Minarə ona zəng vuraraq Ruslanla danışdığını bildirmiş və Ruslanın mobil nömrəsini ona vermişdir ki, Ruslanla danışıb onun yerini öyrənsin. Burdan sonra o, Ruslanla danışmış və onunla danışıb görüşəcəkləri yeri dəqiqləşdirmişdir. Bundan sonra o, Minarə ilə zəngləşib görüşmüş və həmçinin bir qədər sonra Heydər də onların yanlarına gəlmişdir. Onlar birlikdə Ruslanın dediyi yerdə gözləmiş və Ruslan yanlarına gələrək paketin içərisində qızılları avtomobilin pəncərəsindən ona vermiş və getmişdir. O, avtomobildə sükanda əyləşdiyindən qızıllar olan paketi Minarəyə vermişdir. Bundan sonra yəni, 04 iyun 2021-ci il tarixdə təxminən saat 12 radələrində Xətai rayonu, Gəncə prospektində yerləşən lombarda getmişlər. Minarə avtomobilin yanında gözləmiş, o, Heydərlə birlikdə lombarda keçmişlər. Orada lombardın sahibəsi Leyla adlı qadın onları qarşılamışdır. Onlar əvvəlcədən Heydərlə danışıqlarına uyğun olaraq özlərini ər-arvad kimi təqdim etmiş və ipotekaya ev götürdükləri üçün evin pulunu ödəməli olduqlarından onların təcili pula ehtiyacları olduğunu bildirmişlər. Bu səbəbdən özlərinə məxsus olan qızıl-zinət əşyalarını lombarda qoyaraq əvəzinə pul götürmək istədiklərini bildirmişlər. Bundan sonra o, üzərində olan qızıl suyuna salınmış metal əşyaları həmin xanıma təqdim etmiş və Leyla xanım qızılları özündə olan alətlərlə yəni xüsusi yağa batıraraq daşa sürtmüş və metalların üst qatı qızıldan olduğu üçün saxta olduğunu başa düşməmişdir. Həmin vaxt Minarə içəriyə girmiş və Leyla xanımı yayındırmaq üçün barmağındakı üzüyü Leyla xanıma təqdim edərək satmaq istədiyini bildirmişdir. Leyla xanım isə üzüyü almadığını dedikdən sonra Minarə çıxıb bayırda onları gözləmişdir. Bundan sonra qızılların çəkisinə uyğun olaraq 4200 manat pul verə biləcəyini demişdir. Onlar isə Leyla xanımla razılaşmış, lakin, Leyla xanım üzərində nağd pul olmadığından banka gedərək pul çıxarmalı olduğunu bildirmişdir. Bundan sonra o, lombardda gözləmişdir. Heydər isə Leyla ilə birlikdə bankdan pul çıxarmağa getmişlər. Bir qədər sonra Heydər ona zəng edərək Leyladan pulu götürdüyünü bildirmiş və onun oradan çıxmağını demişdir. Bundan sonra o, oradan çıxmış və Heydərlə zəngləşib görüşmüşlər. Onlar əvvəlcədən əməllərinin baş tutacağını dəqiq bilmədiklərindən qızılların bir qismini özlərində saxlamışlar. Lakin onlar 4200 manat pulu əldə etdikdən sonra yerdə qalan qızıl olmayan əşyaları lombarda qoyaraq pul götürmək üçün yenidən Leylanın yanına getməli idilər. Lakin Heydər ona bildirmişdir ki, bankdan qayıdarkən Leylaya pulu təcili olaraq ev sahibinə çatdırmağa getdiyini bildirmiş, o səbəbdən danışmışlar ki, ikinci dəfə o, lombarda tək getsin və Heydər isə onu gözləsin. O yenidən lombarda getmiş və Leylaya bildirmişdir ki, evdə olan digər qızılları da qoyaraq pul götürmək istəyir. Buna səbəb kimi isə ipoteka borcunu tamamilə bağlamaq niyyətinin olmasıdır. Leyla onunla razılaşmış və yenidən həmin üsulla xüsusi yağ ilə metalları daşa sürtərək qəbul etdikdən sonra çəkisinə uyğun olaraq 5000 manat pul verə biləcəyini demişdir. Lakin Leyla yenə də pulu götürmək üçün banka getməli olduğunu deyərək çıxmış, o isə lombardda onu gözləmişdir. Bir qədər sonra Leyla gəlmiş və 5000 manat pulu ona vermiş, o, oradan uzaqlaşaraq Heydərlə və Minarə ilə görüşmüşdür. Ümumi pulları o, Minarəyə vermişdir. Minarə həmin puldan 2000 manat pulu onun Minarəyə olan borcundan siləcəyini demiş, 200 manat pulu isə xərclik kimi o, götürmüşdür. Ümumilikdə Minarəyə olan borcunu qaytarmaqla ona 2200 manat pul qalmış, 1800 manat pulu isə Minarə Heydərə vermişdir. Yerdə qalan pulu isə özündə saxlamışdır ki, öz payını götürdükdən sonra qalan pulu aparıb Ruslana verəcəkdir. Qeyd etmişdir ki, onlar əvvəlcədən razılaşmalarına görə lombarddan pul götürərkən Heydərin şəxsiyyət vəsiqəsinin surətini Leyla xanıma təqdim etmişlər, həmçinin o, mobil nömrəsini də Leyla xanıma vermişdir. Sabahısı gün Leyla xanım ona zəng edərək ona verdikləri qızılların saxta olduğunu və lombarda gələrək qızılları götürməklərini və pulları qaytarmaqlarını bildirmişdir. O isə Leylaya bildirmişdir ki, yoldaşı ilə yəni, Heydərlə danışıb ona xəbər verəcəkdir. Bundan sonra o, olanları Heydərə xəbər vermiş və həmin telefon nömrəsini bağlayaraq bir daha istifadə etməmişdir. Bundan sonra isə o, Ruslanı axtarsa da tapa bilməmişdir. Heydərin isə bir müddətdən sonra tutulduğunu eşitmişdir. Heydər tutulduqdan sonra isə o, polisə gəlməkdən çəkinmiş, lakin polis əməkdaşlarının onu axtardığını bildikdə o, özü polisə gələrək etdiyi əməli səmimi olaraq etiraf elmişdir. Həmçinin o, bildirmişdir ki, Təqsirləndirilən şəxs1 yalan danışmış, ola bilsin ki, Minarə Heydərin qaynanası olduğu üçün Heydər onun adını vermək istəməmişdir. Minarə Heydərin keçmiş qaynanasıdır, ***-***-**-** nömrəli mobil telefon onun istifadəsindədir. Beləliklə o, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirərək cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əvəllər onun kürəkəni olmuşdur. Təqsirləndirilən şəxs2 isə o, əvvəllər Moskva univermağında qızıl alqısatqısı ilə məşğul olduğundan və Gülnarə də Moskva univermağında qızıl alqı-satqısı ilə məşğul olduğundan tanımışdır. Heydər isə Gülnarə onun yanına gələndə onunla tanış olmuşdur. Hadisə olan vaxtlarda Gülnarənin işləri müflisləşdiyindən xeyli miqdarda borca düşmüş, həmçinin Gülnarə ondan borca qızıl zinət əşyaları almış və borcunu qaytarmamışdır. 04 iyun 2021-ci il tarixdə Gülnarə ona zəng vuraraq keçmiş kürəkəni Heydərlə birlikdə lombarda qızıl verərək pul götürəcəklərini bildirmiş və həmin puldan ona olan borcundan verəcəyini bildirmişdir. Gülnarə ona ortaq tanışları olan və Moskva ticarət mərkəzindən tanıdıqları Ruslan adlı şəxsdən qızılla qarışıq olan və qızıldan seçilməyən tərkibində gümüş olan əşyaları alaraq lombarda qoyaraq pul əldə edəcəyini bildirmişdir. O, Gülnarə ilə razılaşmış və onunla birlikdə gedəcəyini bildirmişdir. Gülnarə əldə etdiyi puldan ona 5000 manat pul verəcəyini bildirmişdir. O, da Gülnarənin ona olan borcundan 5000 manat pulu siləcəkdir. Bir qədər sonra Gülnarə idarə etdiyi avtomobillə yaşadığı evə gələrək onu evdən götürmüşdür. Həmin vaxt Heydər də avtomobildə əyləşmişdir. Gülnarə onun yanına gəldikdə artıq o Ruslandan saxta qızılları götürmüşdür. Bundan sonra Gülnarə idarə etdiyi avtomobillə Xətai rayonunda yerləşən lombarda sürmüş və o, avtomobildən düşərək yolda gözləmişdir. Gülnarə ilə Heydər isə qızılları lombarda verərək pul götürmək üçün lombarda girmişlər. Bir qədər sonra Heydər gec gəldiyi üçün o, Heydərin tutulub tutulmamağını yoxlamaq üçün lombarda girmiş və barmağındakı üzüyü çıxararaq lombard işlədən qadına göstərərək lom kimi qəbul edə biləcəyini soruşmuşdur. Həmin qadın isə üzüyə baxmış və pulunun olmadığını bildirmişdir. O isə yenə oradan çıxaraq Gülnarə və Heydəri gözləmişdir. Bir qədər sonra isə Gülnarə və Heydər gəlmişlər. Gülnarə 9200 manat puldan 1300 manat pulu Heydərə vermiş. Heydər özünə 300 manat pul saxlamış və özü üçün sürücülük vəsiqəsi alacağını deyərək 1000 manat ona vermişdir ki, sonra lazım olduqda ondan götürsün. Gülnarə isə ona 6000 manat pul verərək ona olan 35000 manat borcundan 2000 manatını çıxmağını bildirmişdir. 4000 manat pulu isə o, Ruslana verəcəkdi. Çünki, Ruslan telefon vasitəsi ilə onu yığaraq bildirmişdir ki, lombard üçün qızılları hazırlayarkən qızıllar saxta olsada onların qaşlarına həqiqi brilliantlar qoymaq üçün brillianta 4000 manat pul verəcəkdir. Beləliklə əldə olunmuş 9200 manat puldan 1300 manatı Heydər götürmüş, 2900 manatı Gülnarə götürmüş, 5000 manatı isə o, götürmüşdür. Həmçinin o, bildirmişdir ki, həmin hərəkətləri qazanc əldə etmək məqsədi ilə, yəni, Gülnarənin ona olan ölmüş borcunu geri qaytarması üçün etmişdir. Onun həmin qızılların saxta olduğundan xəbəri olmuş və bu yolla o Gülnarədən ölmüş pulunu diriltmək üçün istifadə etmişdir. Beləliklə o, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirərək cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xətai rayonu, Babək prospekti 76 ünvanında yerləşən "lombard"ı fərdi qaydada işlədir. 04.06.2021-ci il tarixdə işdə olan vaxtı bir nəfər kişi və bir nəfər qadın iş yerinə gələrək özlərini ər-arvad kimi təqdim etmişlər. Həmin şəxslər ipoteka yolu ilə ev götürdüklərini və həmin gün ödəniş etməli olduqları üçün onlara pul lazım olduğunu deyərək özlərinə məxsus qızıl-zinət əşyalarını girov qoyaraq pul götürmək istədiklərini bildirmişlər. Həmin şəxslərdən birinin adı Təqsirləndirilən şəxs1 idi və girov qoyarkən o, öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin şəxslər ona qızıl-zinət əşyaları kimi bir cüt qızılı rəngli üzərində ağ şəffaf qaşlar olan gülşəkilli sırğa, iki ədəd qızılı rəngli qolbaq, iki ədəd qızılı rəngli nişan üzüyü, bir ədəd qızılı rəngli boyunbağı, bir cüt qızılı rəngli piramidaşəkilli sırğa, bir cüt qızılı rəngli halqavari sırğa təqdim etmişlər. O, həmin əşyaları özündə olan xüsusi yağla daşa çəkərək qızıl olub-olmamasını yoxlamış, həmin əşyaların üst qatları qızılla çəkildiyindən onların saxta olduğunu başa düşməmişdir. Bundan sonra o, qızıl adından ona təqdim etdikləri əşyaları çəkdikdən sonra hesablayaraq həmin əşyalara görə 4200 manat pul verə biləcəyini bildirmişdir. Lakin, onda nağd şəkildə o qədər pulun olmadığını deyərək bankdan pul çıxarmalı olduğunu bildirmişdir. Bundan sonra həmin qadın lombardda gözləmiş, o isə taksi çağıraraq qadının əri kimi təqdim etdiyi Təqsirləndirilən şəxs1la birlikdə Nobel prospektində yerləşən “Xalq Bank”a getmişdir. Bankdan pul çıxardıqdan sonra Təqsirləndirilən şəxs1la birlikdə lombarda qayıdarkən yolda Heydər telefon vasitəsi ilə kiminləsə danışmış və təcili olaraq pulu ev sahibinə verməli olduğunu deyərək düşməli olduğunu bildirmişdir. O, Heydərə 4200 manat pulu vermiş və o, Babək prospektində yanacaq doldurma məntəqəsinin yanında avtomobildən düşmüşdür. O isə lombarda qayıtdıqda qadın artıq getmiş və bir qədər sonra həmin qadın ona zəng vuraraq yenə qızılları olduğunu və təcili pul götürmək istədiyini bildirmişdir. Həmin gün təxminən saat 13 radələrində qadın yenə gəlmiş və ipoteka yolu ilə götürdüyü evin pulunu təmamilə bağlamaq istədiyini bildirərək evində olan digər qızılları da gətirdiyini və əlavə pul götürmək istədiyini bildirmişdir. Həmin qadın yenə ona bir ədəd qızılı rəngli üzərində şəffaf qaşlar olan gülşəkilli üzük, üç ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan üzük, bir cüt qızılı rəngli üzərində şəffaf qaşları olan günəbaxanşəkilli sırğa, bir cüt qızılı rəngli üzərində şəffaf qaşları olan sırğa, bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan gülşəkilli kulon, bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan dairəvi şəkilli kulon, bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan günəbaxanşəkilli kulon və bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan kulon təqdim etmişdir. O, yenə də qızıl zənn etdiyi əşyaları özündə olan xüsusi yağ vasitəsi ilə daşa sürtərək yoxlamış, lakin saxta olduqlarını başa düşməmiş və həmin qızıl zənn etdiyi əşyalara görə 5000 manat pul verə biləcəyini demişdir. Bundan sonra həmin qadın lombardda gözləmiş və o, yenə “Xalq Bank”a gedərək yenidən 5000 manat pul götürmüş və qayıtdıqdan sonra həmin qadına vermişdir. Həmçinin o, qeyd etmişdir ki, həmin vaxt kserosurət aparatı olmadığından o, həmin şəxslərdən kişinin şəxsiyyət vəsiqəsini götürərək anket məlumatlarını qeyd etmişdir. Lakin qadının şəxsiyyətinə dair heç bir sənəd təqdim etməmişlər. Sabahısı gün o, ona təqdim olunan qızılları xüsusi aparat vasitəsi ilə yoxladıqda həmin əşyaların qızıl olmadığı və həmin şəxslərin dələduzluq edərək onu aldatdıqları məlum olmuşdur. Bundan sonra o, həmin qadına zəng vuraraq ona verdiyi əşyaların qızıl zinət əşyası olmadığını və onu aldatdıqlarını deyərək gəlib pulunu qaytarmalarını və əşyalarını götürmələrini bildirmişdir. Lakin həmin şəxslər gəlməmiş və həmin mobil nömrəyə bir daha zəng çatmamışdır. Bundan sonra o, hadisə barədə polisə məlumat vermişdir. Ona ümumilikdə 9200 manat ziyan dəymişdir. Belə ki, birinci dəfə o, Heydər adlı şəxsə 4200 manat, ikinci dəfə isə Təqsirləndirilən şəxs1 arvadı kimi özünü təqdim edən qadına 5000 manat pul vermişdir. Girov tabeli yazılmış və bir nüsxəsi həmin qadında qalmış, bir nüsxəsi isə onda qalmış, lakin həmin girov tabelini ehtiyac olmadığından saxlamamışdır. Beləliklə o, hal-hazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 26 iyul 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün Xətai RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 1-2); hadisə yerinə baxış keçirilməsi haqqında 10.06.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 ünvanında yerləşən lombarda baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 9-11); şübhəli şəxsin tutulması haqqında 08 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 08 oktyabr 2021-ci il tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 32-33); zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 42); götürmə aparılması haqqında 09 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir cüt qızılı rəngli üzərində ağ şəffaf qaşlar olan gülşəkilli sırğa, iki ədəd qızılı rəngli qolbaq, iki ədəd qızılı rəngli nişan üzüyü, bir ədəd qızılı rəngli boyunbağı, bir cüt qızılı rəngli piramidaşəkilli sırğa, bir cüt qızılı rəngli halqavari sırğa, bir ədəd qızılı rəngli üzərində şəffaf qaşlar olan gülşəkilli üzük, üç ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan üzük, bir cüt qızılı rəngli üzərində şəffaf qaşları olan günəbaxanşəkilli sırğa, bir cüt qızılı rəngli üzərində şəffaf qaşları olan sırğa, bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan gülşəkilli kulon, bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan dairəvi şəkildə kulon, bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan günəbaxanşəkilli kulon və bir ədəd qızılı rəngli üzərində şəffaf qaşları olan kulon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (i.v. 52-53); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 55-56); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.10.2021-ci il tarixli 4(011)-440/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08.10.2021-ci il tarixdən hesablanmışdır (i.v. 70-73); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış 15.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinə Kəpəz Rayon Məhkəməsinin 15.05.2003-cü il tarixli hökmü ilə AR MM-nin 06.05.2003-cü il tarixli amnistiya qərarının 1.12-ci maddəsi tətbiq edilməklə xitam verilmiş və 2 il narkomaniyadan məcburi müalicə təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13.08.2003-cü il tarixli qərarına əsasən Kəpəz Rayon Məhkəməsinin 15.05.2003-cü il tarixli hökmü ləğv edilərək cinayət işi yenidən həmin məhkəməyə göndərilmişdir; Təqsirləndirilən şəxs1 Kəpəz Rayon Məhkəməsinin 06.11.2003-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19.02.2004-cü ildə cəzasının sonu ilə azad olunmuş; ACDİÜ Məhkəməsinin 14.04.2005-ci il tarixli hökmü ilə CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 177.2.1, 177.2.2, 177.2.3, 66.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Qaradağ Rayon Məhkəməsinin 01.11.2010-cu il tarixli hökmü ilə CM-nin 317.2.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01.10.2011-ci ildə cəzasının sonu ilə azad olunmuş; Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.09.2016-cı il tarixli hökmü ilə CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24.11.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (i.v. 85-87); 22.10.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (i.v. 95-98); 23.10.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (i.v. 104-107); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış 02.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Nərimanov RPİ-də CM-nin 177.1-ci maddəsi ilə olan cinayət işinin başlanması 04.08.2015-ci il tarixdə CPM-nin 40.2.1-ci maddəsinə əsasən rədd edilmişdir (i.v. 109-110); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış 03.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Abşeron RPŞ-də CM-nin 127.1-ci maddəsi ilə olan cinayət işinin başlanması 24.04.2006-cı il tarixdə CPM-nin 40.2.2-ci maddəsinə əsasən rədd edilmişdir (i.v. 111-112); 15.11.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (i.v. 114-117); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.11.2021-ci il tarixli 6/4696-9/7595 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların hər biri təxminən 925 əyarlı gümüşdən hazırlanmışdır, üzərlərində qızıl təbəqə və hissələr vardır. Qaşları qiymətli qaşlara aid deyildir. Təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşlarının təbiəti, damğası, adları və s.) cədvəl 1-də qeyd edilmişdir. (i.v. 119-121); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 152-153); qətimkan tədbirinin seçilməsi haqqında 19 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 164-165); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 184-185); qətimkan tədbirinin seçilməsi haqqında 23 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 195-196); cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və cinayət işinin icraata qəbul edilməsi haqqında 23 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyəti istintaqla araşdırılan şəxs barəsində CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi ayrılmışdır (i.v. 198- 199); 25.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi dələduzluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs vurduğu ziyandan 2000 manat pulu istintaq orqanına təqdim etmişdir (i.v. 201); 25.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 törətdiyi dələduzluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs vurduğu ziyandan 3000 manat pulu istintaq orqanına təqdim etmişdir (i.v. 202); 25.11.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 tərəfindən istintaq orqanına təqdim edilmiş 3000 manat pulu təhvil almışdır (i.v. 203); 25.11.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən istintaq orqanına təqdim edilmiş 2000 manat pulu təhvil almışdır (i.v. 204); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, hal-hazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. "xxxx" ASC-nin ödəniş qəbzlərindən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslərin hər biri tərəfindən 768 manat məbləğində pul vəsaiti dövlət nəfinə ödənilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslərin barələrində cinayət təqibinə zərərçəkmiş şəxslə barışdıqlarından və dəymiş ziyanı tamamilə ödədiklərindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyindən xitam verilməsinə razı olduqlarını bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ümumi məbləği 9200 manat olmuş, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı 2300 (iki min üç yüz) manat təşkil etmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ayrı-ayrılıqda 768 (yeddi yüz altmış səkkiz) manat dövlət büdcəsinə ödəniş edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxslərin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərlə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışdıqlarını və dəymiş ziyanı tamamilə ödədiklərini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməlidirlər. Azərbaycan Respublikası CPM-nin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edildiklərindən və barələrində cinayət təqibinə xitam verildiyindən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş 1 ədəd rəngsiz, şəffaf qaşlar olan, halqa formalı, sarı rəngli üzük, (üzüyün halqasının içtərəfində “750" damğası vardır), halqa formalı, sarı rəngli 1 ədəd üzük, (üzüyün halqasının iç tərəfində "750" damğası vardır), üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd üzük, (üzüyün halqasının içtərəfində "750" damğası vardır.), halqa formalı, sarı rəngli 1 cüt sırğa, (sırğa cütünün kilidində “750" damğası vardır), üzərində rəngsiz, şəffaf qaşlar olan (bəzi qaş yerləri boş), dairə formalı, sarı rəngli 1 ədəd kulon (kulonun asılqan hissəsində “750" damğası vardır), üzərində rəngsiz, şəffaf qaşlar olan (bəzi qaş yerləri boş), qaş hissəsi ağ və göy rəngli minalı hissələrdən ibarət, sarı rəngli 1 dəst sırğa cütü-üzük-kulon (dəstin elementlərinin üzərində “750" damğası vardır), üzərində rəngsiz, şəffaf qaşlar olan (bir qaş yeri boş), qaş hissələri gül formalı, sarı rəngli 1 dəst sırğa cülü-kulon (dəstin elementlərinin üzərində “750" damğası vardır), üzərində rəngsiz, şəffaf qaşlar olan (bəzi qaş yerləri boş), qaş hissələrində kürəciklər olan (kürəciklərin bəzilərinin yeri boşdur), sarı rəngli 1 dəst sırğa cütü-üzük, (dəstin elementlərinin üzərində "750" damğası vardır), üzərində rəngsiz, şəffaf qaşlar olan (bir yeri boş), sarı rəngli 1 dəst üzük-kulon, (dəstin elementlərin üzərində “750" damğası vardır), halqa formalı, sarı rəngli İ ədəd qolbaq, (qolbağın içtərəfində "750" damğası vardır), kilidində “750" damğası olan, sarı rəngli 1 ədəd qolbaq, qulaqcığında ”750" damğası olan, sarı rəngli 1 ədəd boyunbağı hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1.-ci maddəsinə əsasən, şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr(qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur, məhkəmə ekspertizasının dəyəri 23 (iyirmi üç) manat Təqsirləndirilən şəxs1, 23.50 (iyirmi üç manat əlli qəpik) manat Təqsirləndirilən şəxs2 və 23.50 (iyirmi üç manat əlli qəpik) manat Təqsirləndirilən şəxs3 tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39-41, 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş 1 ədəd rəngsiz, şəffaf qaşlar olan, halqa formalı, sarı rəngli üzük, (üzüyün halqasının içtərəfində “750" damğası vardır), halqa formalı, sarı rəngli 1 ədəd üzük, (üzüyün halqasının iç tərəfində "750" damğası vardır), üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd üzük, (üzüyün halqasının içtərəfində "750" damğası vardır.), halqa formalı, sarı rəngli 1 cüt sırğa, (sırğa cütünün kilidində “750" damğası vardır), üzərində rəngsiz, şəffaf qaşlar olan (bəzi qaş yerləri boş), dairə formalı, sarı rəngli 1 ədəd kulon (kulonun asılqan hissəsində “750" damğası vardır), üzərində rəngsiz, şəffaf qaşlar olan (bəzi qaş yerləri boş), qaş hissəsi ağ və göy rəngli minalı hissələrdən ibarət, sarı rəngli 1 dəst sırğa cütü-üzük-kulon (dəstin elementlərinin üzərində “750" damğası vardır), üzərində rəngsiz, şəffaf qaşlar olan (bir qaş yeri boş), qaş hissələri gül formalı, sarı rəngli 1 dəst sırğa cülü-kulon (dəstin elementlərinin üzərində “750" damğası vardır), üzərində rəngsiz, şəffaf qaşlar olan (bəzi qaş yerləri boş), qaş hissələrində kürəciklər olan (kürəciklərin bəzilərinin yeri boşdur), sarı rəngli 1 dəst sırğa cütü-üzük, (dəstin elementlərinin üzərində "750" damğası vardır), üzərində rəngsiz, şəffaf qaşlar olan (bir yeri boş), sarı rəngli 1 dəst üzük-kulon, (dəstin elementlərin üzərində “750" damğası vardır), halqa formalı, sarı rəngli İ ədəd qolbaq, (qolbağın içtərəfində "750" damğası vardır), kilidində “750" damğası olan, sarı rəngli 1 ədəd qolbaq, qulaqcığında ”750" damğası olan, sarı rəngli 1 ədəd boyunbağı hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin. Məhkəmə ekspertizasının dəyəri 23 (iyirmi üç) manat Təqsirləndirilən şəxs1, 23.50 (iyirmi üç manat əlli qəpik) manat Təqsirləndirilən şəxs2 və 23.50 (iyirmi üç manat əlli qəpik) manat Təqsirləndirilən şəxs3 tutularaq dövlət büdcəsinə keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar