Məhkəmə qərarları › İş №1(011)-44/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-44/2023

24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-44/2023 24.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, zərər çəkmiş şəxs hüquqi şəxs "xxxx" MMC”-nin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, müdafiəçisi- "Mirzəyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, müdafiəçisi- "Mirzəyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 6 qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 ibtidai araşdırma orqanı tərəfindən ittiham elan olunmuşdur ona görə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Təqsirləndirilən şəxs1 təklifi ilə 31 avqust 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Vito” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 20/22 ünvanında yerləşən “Sumakh” restoranının arxa giriş hissəsinə gələrək, orada restoran təmir olunduğu üçün binadan çıxardılaraq çöl tərəfində yerə qoyulmuş 01 ədəd 550 manat dəyərində 300 litr su tutumu olan “İstes” markalı və 01 ədəd 850 manat dəyərində 500 litr su tutumu olan “Ataboyler markalı su qızdırıcısını Təqsirləndirilən şəxs1la birlikdə idarə etdiyi avtomobilə yükləməklə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 1400 (bir min dörd yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai araşdırma orqanı tərəfindən ittiham elan olunmuşdur ona görə ki, o özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, onun təklifi ilə 31 avqust 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Vito” markalı, **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 20/22 ünvanında yerləşən “Sumakh” restoranının arxa giriş hissəsinə gələrək, orada restoran təmir olunduğu üçün binadan çıxardılaraq çöl tərəfində yerə qoyulmuş 01 ədəd 550 manat dəyərində 300 litr su tutumu olan “İstes” markalı və 01 ədəd 850 manat dəyərində 500 litr su tutumu olan “Ataboyler markalı su qızdırıcısını Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun idarə etdiyi avtomobilə yükləməklə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 1400 (bir min dörd yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri özlərinin etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış, təqdim etmə və götürmə protokolları, əşyanın tanınmaya təqdim edilməsi protokolu, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyi, maddi sübutlar, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2 il olmuşdur ki, işsizdir və işsiz olduğundan maddi cəhətdən sıxıntı yaşamışdır. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanımışır. Ruslanla bir məhəllədə yaşamışdır. xx.xx.2022-ci il tarixdə Ruslan ona təklif etmişdir ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən “Xətai” metrostansiyasının yaxınlığında yerləşən “Sumax” adlı restoranda təmir-tikinti işləri gedir və həmin restoranın arxasında restorandan çıxarılmış əşyalar vardır, həmin əşyaları oğurlayaraq satıb pul əldə edə biləcəklərini təklif etmişdir. O da həmin vaxt maddi cəhətdən sıxıntılar yaşadığından Ruslanla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes Vito” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ruslanın yaşadığı məhəlləyə getmişdir. Həmin vaxt Ruslanın tanışı olan Nizam adlı şəxslə orada olduğunu görüb yaxınlaşaraq sonuncularla görüşmüşdür. Orada bir qədər söhbət etdikdən sonra Nizam Xətai metrostansiyasının yaxınlığında yaşayan nənəsi gilə gedəcəyini bildirən zaman Ruslan sonuncunu onun idarə etdiyi avtomobillə Xətai metrostansiyasının yaxınlığına apara biləcəyini demişdir. Bundan sonra Ruslan və Nizam birlikdə idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Xətai” metsotansiyasının yaxınlığında yerləşən “Sumax” adlı restoranın arxasına getmişlər. Həmin yerdə Nizamın köməkliyi ilə onlar 300 litrlik su tutumlu su qızdırıcını və 500 litr su tutumlu su qızdırıcını idarə etdiyi avtomobilə yükləmişlər. Yolda olan zaman Nizam avtomobildən düşüb çıxıb getmişdir. O isə Ruslanın yaşadığı məhəlləyə gedərək su qızdırıcıları doğramışlar ki, rahat şəkildə metal qəbulu yerinə sata bilsin. Həmin günün səhəri günü o, idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Nazim Şükürov küçəsində yerləşən metal qəbulu yerinə getmiş və həmin yerdə oğurluq yolu ilə əldə etdikləri su qızdırıcıları 57 manat məbləğində satmışdır. Həmin 57 manatın 17 manatını avtomobilə benzin vurmuş, su və siqaret almaq üçün istifadə etmişdir. Qalan 40 manatı isə sonradan 20 manatın özü götürmüş və 20 manatın isə onunla birlikdə oğurluq edən Ruslana vermişdir. O, başqa heç bir cinayət törətməmişdir. Nizamın oğurluq hadisəsindən xəbəri olmasını bilməmişdir. Çünki onlar Nizamı kömək üçün çağırmışlar. O, oğurluq edəcəyi barədə heç kəsə məlumat verməmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsinixahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 avqust 2022-ci il tarixdə Azərbaycan respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumax restoranı o, yaşadığı ünvanın arxa hissəsində yerləşmişdir. xx.xx.2022-ci il tarixdə o, Sumax restoranının arxa hissəsindən keçən zaman orada təmir işləri getdiyi üçün iki ədəd su qızdırıcı çənlərin restoranın arxa hissəsində yerə qoyulduğunu görmüşdür. Həmin çənlərdən birinin su tutumu 300, digərinin isə su tutumunun 500 litr olduğunu görmüşdür. Həmin su qızdırıcılarını oğurlayaraq satıb pul əldə edə biləcəyini düşünmüşdür. Su qızdırıcılarının çəkisi ağır olduğundan həmin su qızdırıcılarını tək oğurlaya bilməyəcəyini bilmişdir. Ona görə də edəcəyi oğurluq barədə qonşuluqda yaşayan dostu Elvinə demişdir. Elvinə təklif etmişdir ki, birlikdə həmin su qızdırıcılarını oğurlayaraq satıb pul əldə etsinlər. Elvin də onunla razılaşmışdır. 31 avqust 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı binanın qarşısında tanışı Nizamla salamlaşaraq söhbət edən zaman Elvin idarə etdiyi “Mercedes Vito” **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına gəlmişdir. Həmin vaxt Nizam Xətai metro stansiyasının yaxınlığında yaşayan nənəsigilə getməli olduğunu bildirib çıxıb getmək istəmişdir. Həmin vaxt o da avtomobili ilə sonuncunu Xətai metro stansiyasına apara biləcəyini demişdir. Nizam da etiraz etməyərək Elvinin idarə etdiyi “Mercedes Vito” markalı avtomobilə əyləşmişdir. Sonra Elvin avtomobili Xətai metro stansiyasının yaxınlığında yerləşən “Sumakh” restoranının arxa hissəsində sürərək avtomobilin arxa hissəsini su qızıdırıcılara tərəf yanaşdırmışdır. O və Elvin avtomobildən düşərək su qızdırıcılarını avtomobilin arxa hissəsinə yerləşdirmək istəmişlər. 300 litr su tutumu olan su qızdırıcısını avtomobilə yerləşdirə bilsələr də, 500 litr su tutumu olan su qızdırıcısının çəkisi ağır olduğundan avtomobilə yerləşdirə bilməmişlər. Buna görə də, Nizamdan onlara kömək etməsini xahiş etmiş və Nizam da onlara köməklik etdikdən sonra 500 litr su tutumu olan su qızdırıcısını avtomobilə yerləşdirmişlər. Bundan sonra Nizam çıxıb getmişdir. O isə Elvinlə birlikdə yaşadığı məhəlləyə getmişlər. Məhəllədə olan zaman 300 litr su tutumu olan su qızdırıcısını dəmir kəsənlə doğramağa başlamışlar. Gecə həmin su qızdırıcısını doğrayaraq metal halına gətirmişlər. Su qızdırıcılarını doğramağın çətin olduğunu gördükləri üçün 500 litr su tutumu olan su qızdırıcısını doğramadan satmağa qərar vermişlər. xx.xx.2022-ci il tarixdə saat təxminən 19:30 radələrində doğradıqları və 500 litr su tutumu olan su qızıdırıcılarını Elvinin idarə etdiyi avtomobilə yerləşdirərək UPD qəsəbəsinə aparmışlar. Orada su qızıdırıcılarını dəmir formasında 57 manata Elvinin tanışı Ramiz adlı şəxsə satmışlar. Həmin 57 manatdan Elvin ona 20 manat pul vermiş, qalan 37 manatı isə Elvin özü götürmüşdür. Elvin avtomobilinə benzin tökmək üçün pulun çox hissəsini götürmüşdür. O, həmin 20 manatı öz şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu Xətai RPİ-nin 37-ci PŞ-nə aparmışlar. Polis şöbəsində olan zaman ona etdiyi oğurluq cinayəti barədə sual verən zaman o, artıq hər şeyin polis əməkdaşlarına məlum olduğunu başa düşdüyü üçün etdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsinixahiş etmişdir. İş üzrə zərər çəkmiş şəxs hüquqi şəxs "xxxx" MMC”-nin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsində göstərmişdir ki, “Sumakh” restoranı "xxxx" MMC-nin tərkibində 2011-ci ildən Xətai rayonu, Xocalı prospekti 20/22 ünvanında fəaliyyət göstərmişdir. O, restoran təsis olunduğu gündən həmin restoranda əmək müqaviləsi əsasında işləmişdir. Restoranda müxtəlif vəzifələrdə işləmiş, son olaraq həmin restoranda xəzinədar işləmişdir. Təxminən 2 ay olmuşdur ki, “Sumakh” restoranı təmirlə əlaqədar bağlanmışdır. Restoranın içərisində təmir işləri getdiyi üçün onlar restoranın içərisində olan bəzi əşyaları anbara yığmışlar, qalan anbara sığmayan əşyaları isə restoranın arxa hissəsindən girişin yaxınlığında yerə qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə onlar iki ədəd 500 litr və 300 litr su tutumu olan su qızdırıcılarını restorandan çıxardaraq arxa tərəf də olan girişin çöl hissəsinə yerə qoymuşlar. Restoranaın döşəmə hissəsinin kafeli dəyişdirilmişdir. Kafel quruduqdan sonra onlar su qızdırıcıları yerinə qoyacaqlarmış. Restoranda işləyən ustalar saat 19 radələrində restorandan çıxaraq getdikləri üçün o, restoranın qapılarını bağlayaraq yaşadığı ünvana getmişdir. Səhər saat 09 radələrində ustalar işlərini davam etdirmək üçün restorana gəlmişlər və o, restoranın qapılarını açmışdır. Ustalar restoranda işlərini yekunlaşdıraraq su qızdırıcılarını restoranda olan otağa qoymaq istədikləri zaman su qızdırıcılarının yerində olmadığını görüb bu barədə ona məlumat vermişlər. O, dərhal restoranın arxa hissəsinə keçərək su qızdırıcılarını yerində olmadığını, oğurlandığını gördüyü üçün bu barədə Xətai RPİ-nin 37-ci PŞ-nə şikayət ərizəsi yazmışdır. 500 litr su tutumu olan su qızdırıcısı təxminən 3 il əvvəl təxminən 1500 manata alınmışdır. 300 litr su tutumu olan su qızdırıcısı isə 1 il əvvəl 1000 manata alınmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində onlara ümumilikdə 2500 manat maddi ziyan dəymişdir. Onlar su qızdırıcılarını müafizə etmək üçün heç bir tədbir görməmişlər. Su qızdırıcılarını restorandan çıxardaraq restoranın arxa çöl hissəsində yerə qoymuşlar. Həm də su qızıdırıcıları ağır olduğundan fikirləşmişlər ki, kimsə həmin su qızıdrıcılarını oğurlamaz. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur, vurulmuş zərər ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanın qarşısında metal qəbulu məntəqəsi işlədir. Səhər saatlarında metal qəbulu məntəqəsini açmış və axşam saat 21 radələrində məntəqəni bağlayaraq yaşadığı ünvana getmişdir. Həmin məntəqədə müxtəlif növ əlvan metal məmulatları almış və həmin aldığı əlavən metal məmulatlarını baha qiymətə tanımadığı şəxslərə satmışdır. Təqsirləndirilən şəxs2 təxminən 2 ay olmuşdur ki, tanımışdır. Elvin bir neçə dəfə onun işlətdiyi metal qəbulu məntəqəsinə gəlmiş və ona plastmas əşyalar satmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində işdə olduğu zaman işlətdiyi metal qəbulu məntəqəsinin qarşısında “Mercedes vito” markalı avtomobil dayanmışdır. Elvin həmin avtomobildən düşərək ona yaxınlaşmış və salamlaşdıqdan sonra 02 ədəd su qızdırıcı satmaq istədiyini bildirmişdir. O ilk öncə su qızdırıcılarını baxmaq istədiyini bildirdikdən sonra Elvinlə birlikdə sonuncunun idarə etdiyi avtomobilə yaxınlaşmışdır. Elvinin idarə etdiyi avtomobildə qabaq sərnişin oturacağında sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs də əyləşmişdir. Elvin avtomobilin qapısını açaraq su qızdırıcılarını ona göstərək satmaq istədiyini bildirmişdir. O, su qızdırıcılarını haradan əldə etməsini soruşan zaman Elvin ona bildirmişdir ki, həmin su qızdırıcıları işləmədiyindən yaxınlıqda olan restorandan zibil qutusuna atmışlar və su qızdırıcılarını zibil qutusundan götürərək metal kimi ona satmaq istəmişdir. Su qızdırıcılarının birinin üz dəmiri demək olar ki, soyulmuşdur, digər su qızdırıcısının dəmiri isə normal vəziyyətdə olmuşdur. O, Elvinə inanıb həmin su qızdırıcılarını alacağını demişdir. Bundan sonra Elvin Ruslan və o, köməkli şəkildə su qızdırıcılarını avtomobildən düşürtmüşlər. Su qızdırıcılarını tərəzi vasitəsilə çəkisini ölçmüş və su qızdırıcılarına görə Elvinə 57 manat pul vermişdir. Elvin 57 manat pulu ondan götürdükdən sonra Ruslanla birlikdə idarə etdiyi avtomobilə əyləşib metal qəbulu məntəqəmdən uzaqlaşmışdır. Elvin su qızdırıcılarını ona satan zaman həmin su qızdırıcılarının yaxınlıqda olan restoranın yarasız halda olduğundan zibil qutusuna atıldığını, o, da su qızdırıcılarını metal olaraq ona satdığını bildirmişdir. O, su qızdırıcılarının oğurluq yolu ilə əldə olunmasını bilməmişdir. Məhkəmə Şahid1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, "xxxx" QSC-də bələdçi işləyir. Təqsirləndirilən şəxs1 təxminən 3 il olar ki, tanımışdır. Ruslanı bina sakini kimi tanımış və aralarında heç bir dostluq və ya düşmənçilik münasibəti olmammışdır. Təqsirləndirilən şəxs2 isə hadisə gününə qədər tanımamışdır. Elvinlə heç bir münasibəti olmamışdır. 31 avqust 2022-ci il tarixdə saat 20 radələrində işdən evə getmişdir. Binanın qarşısında Ruslanı görmüş və sonuncu ilə salamlaşaraq söhbət edən zaman Elvin onların yanına gəlmişdir. Elvinlə də salamlaşmış və bir neçə dəqiqədən sonra o, sonunculara Xətai metro stansiyasının yaxınlığında yaşayan nənəsigilə getməli olduğunu bildirib kənarlaşmaq istəmişdir. Həmin vaxt Ruslan Elvinin avtomobili ilə onu Xətai metro stansiyasına apara biləcəyini bildirmişdir. O da sonunculara etiraz etməyərək Elvinin idarə etdiyi “Mercedes Vito” markalı avtomobilə əyləşmişdir. Təxminən bir neçə dəqiqə yol getdikdən sonra Elvin avtomobili Xətai metro stansiyasının yaxınlığında yerləşən “Sumakh” restoranının arxa hissəsində saxlamışdır. Sonra Ruslan və Elvin avtomobildən yerə düşərək restoranın arxa hissəsində yerə qoyulmuş iki ədəd su qızrıdıcılarını avtomobilə yükləməyə başlamışlar. Həmin vaxt Ruslan ondan köməklik etməyini xahiş etdiyi üçün o, avtomobildən yerə düşüb su qızdırıcısını avtomobilə yükləməkdə sonunculara köməklik etmişdir. Həmin vaxt Elvin və Ruslan ona su qızıdırıcılarının xarab olduğunu, tullantı kimi atıldığını, buna görə də götürüb metal kimi satacaqlarını demişlər. O da sonunculara inandığı üçün heç bir söz deməmişdir. Su qızdırıcılarını avtomobilə yüklədikdən sonra avtomobilin qapısını bağlamışlar və hər ikisi avtomobilə əyləşdikdən sonra oradan uzaqlaşmışdır. Yolda o, avtomobildən düşüb nənəsinin yaşadığı ünvana getmişdir. O, Ruslanla Elvinin oğurluq edəcəyini bilməmişdir. Hadisə vaxtı Ruslanla Elvin ondan köməklik istədiyi üçün sonunculara köməklik etmişdir.(i.v 152-154) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanmaq və icraata götürmək barədə 03 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 01); Hadisə yerinə baxış keçirilməsi haqqında 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 20/22 ünvanında yerləşən “Sumakh” restoranının arxa giriş hissəsinin çöl tərəfində baş vermişdir (i.v 9-11); 03 sentyabr 2022-ci il tarixli təqdimetmə və götürmə barədə protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid2 təqdim etdiyi 02 ədəd su qızdırıcısılarından birinin “İsites” markalı, digərinin isə “Ataboyler” markalı olduğu müəyyən edlmişdir.(i.v 17-20) 03 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, həmin tarixdə saat 20:00-da tutulmuşdur.(i.v32) 04 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2, həmin tarixdə saat 21:00-da tutulmuşdur.(i.v56) 02 iyul 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, X1 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 22 ünvanında yerləşən, ümumi sahəsi 157.1 kv/m olan qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə icarəyə vermişdir(i.v 74) 05 sentyabr 2022-ci il tarixli zərərçəkmiş hüquqi şəxs qismində tanınma haqqında qərardan görünür ki, "xxxx" MMC zərər çəkmiş hüquqi şəxs qismində tanınmışdır(i.v 77) 05 sentyabr 2022-ci il tarixli zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş hüuqu şəxs "xxxx" MMCnin nümayəndəsi qismində tanınmışdır(i.v 78) 05 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, X2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir.(i.v 86) xx.xx.2022-ci il tarixli, 4(011)-455/2022 saylı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənini əvvəli 03 sentyabr 2022-ci il tarixdən hesablanmışdır(i.v 107-110) 05 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir.(i.v 86) xx.xx.2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Xətai RPİ-nin İŞ-nin müstəntiqi Həsənbəy Şərifovun vəsatətinin müdafiə edilməsindən imtina olunması və Təqsirləndirilən şəxs2 dərhal Xətai RPİ MSY-dən azad edilməsi qərara alınmışdır.(i.v 133-135) xx.xx.2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v 136-137) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v 219) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunmasına dair cinayət işi xx.xx.2022-ci il tarixində məhkəməyə göndərilmişdir.(i.v 220- 221) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-388/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 gün müddət çıxılmaqla üzərində qəti olaraq 01 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm olunmuşdur(i.v 222-227) Azərbaycan Respblikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli, 9/6883 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “istes” markalı 300 litr tutumlu və 01 ədəd “Ataboyler” markalı 500 litr tutumlu su qızdırıcılarının istifadədə olmuş normal vəziyyətdə 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1400 manat müəyyən edilmişdir. (i.v 235-236) 14 oktyabr 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-də 02 ədəd su qızdırıcıları zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təqdim edilmiş və o, həmin su qızdırıcılarının işlədiyi “Sumakh” restoranına məxsus olduğunu bildirmişdir. (i.v 237) 17 oktyabr 2022-ci il tarixli cnayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, iş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri qüvvəsində saxlanılması, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 sentyabr 2022-ci il tarixli 9/6883 saylı rəyi sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi və Azərbaycan Respublikası Baş prokurorunun "İşin təşkili qaydalarının" 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materialların cinayət" işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladığı zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus 01 ədəd "İstes" markalı 300 litr tutumlu və 01 ədəd "Ataboyler" markalı 500 litr tutumlu su qızdırcıları sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və sahibinə geri qaytarılması, iş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə dəymiş maddi ziyanın 1400 manat hesab edilməsi qərara alınmışdır.(i.v 254-266) Zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etmiş olduğu ərizəsində bildirmişdir ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, vurulmuş zərər ödənilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin, şahidin, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl Cinayət Məcəlləsinin onlara elan edilmiş müvafiq maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsaaasən residivin müəyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş ziyan aradan qalxmaqla onunla barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini(59.1.13.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-388/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və həmin hökm qanuni qüvvəyə minməmiş, hazırki cinayət hadisəsini 31 avqust 2022-ci il tarixində törədilməsi onun əməlində cinayətin residivini istisna edir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) və zərərçəkmiş şəxsə dəymiş ziyan aradan qalxmaqla onunla barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (59.1.13.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində ağırlaşıdırıcı hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri, dəyişdiirlməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 6 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut – "xxxx" MMC-ə məxsus 01 ədəd “istes” markalı 300 litr tutumlu və 01 ədəd “Ataboyler” markalı 500 litr tutumlu su qızdırıcılarının sahibinə təhvil verilməsi nəzərə alınmalı,ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 hüquqi xidmətə görə "Mirzəyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 hər birinə hüquqi xidmətə görə "Mirzəyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından "Mirzəyev və partnyorları" Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs2 tutulub saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-388/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, onun üzərində qəti olaraq 04 (dörd) il 5 (beş) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs1 həbsdə olduğu 05 (beş) ay 21 (iyirmi bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 11 (on bir) ay 12 (on iki) gün ona təyin olunmuş 04 (dörd) il 5 (beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanını hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan "xxxx" MMC-ə məxsus 01 ədəd “istes” markalı 300 litr tutumlu və 01 ədəd “Ataboyler” markalı 500 litr tutumlu su qızdırıcılarının sahibinə təhvil verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 hüquqi xidmətə görə "Mirzəyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 hər birinə hüquqi xidmətə görə "Mirzəyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından "Mirzəyev və partnyorları" Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar