Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-44/2025 11.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs–Zərərçəkmiş şəxs2 Mayıl qızının və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1985-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşayan., barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibarnamə əsasında B1,B,C1,C kateqoriyalı BB 113804 nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə “Toyota Prius” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə saat 17:50-də ünvan 5ndən C.Cabbarli küçəsi istiqamətində saatda 20 km sürətlə idarə edərkən yol kəsişməsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin l-ci hissəsinin tələblərinə əsasən, sağa və sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməli və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun həmin tələblərini pozaraq, yolu sağdan sola doğru keçmək istəyən piyada Zərərçəkmiş şəxs1 avtomobilin ön hissəsi ilə vuraraq ona ehtiyatsızlıqdan sol baldırın geniş həcmli əzilmiş yarası ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə sağlamlığa az ağır zərər vuraraq yol- nəqliyyat hadisəsi törədərək “Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 4-cü hissəsinin zərər çəkənə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşım çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldıqları hallarda isə, onun səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir kimi tələblərinə riayət etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət işi üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində ünvan 5ndə idarə etdiyi “Toyota Prius” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman anidən 1 nəfər qadının yola çıxdığına görə idarə etdiyi avtomobilin ön hissəsi ilə qadının sol ayağına dəydiyi üçün anidən avtomobili sağa tərəf çəkərək yolun sağ kənarında dayanmış park vəziyyətində olan “Chevrolet” markalı avtomaşına toxunaraq toqquşmuşdur. Bundan sonra o, idarə etdiyi avtomobili yolun sağ istiqamətində saxlamışdır. Hadisənin baş verdiyi ərazi onun yaşadığı evin yaxınlığı olduğu üçün və yaralanan şəxs qadın olduğu üçün kömək etmək məqsədilə evə gedib arvadını götürüb hadisə yerinə gəlmək istəmişdir. Lakin qayıtdıqda görmüşlər ki, hadisə yerində heç kim yoxdur. Bundan sonra həmin qadının aparıldığı xəstəxanaya getmişlər, lakin yanına getməyə və kömək etməyə icazə verməmişlər. Hadisə yerindən qaçmaq niyyəti olmamışdır, kömək etmək məqsədilə hadisə yerindən uzaqlaşmışdır. Əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödəmiş, onunla barışıq əldə etmişdir. Heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində ünvan 5ndə yolu piyada zolağı ilə soldan sağa doğru keçmək istəyən zaman C.Cabbarlı küçəsi istiqamətindən gələn “Toyota Prius” markalı **-UY-*** dövlət qeydiyyat nişanh avtomaşın onu vurmuş, nəticədə onun sol ayağı yolun kənarında park vəziyyətində dayanmış “Chevrolet” markalı avtomaşınla “Toyota Prius” markalı avtomaşının arasında qalmışdır. Bundan sonra onu vuran avtomobilin sürücüsü avtomaşını arxaya sürərək hadisə yerindən çıxıb getmişdir. Orada olan tanımadığı şəxslər təcili yardım çağırmış və təcili yardım onu Travmalalogiya İnstitutuna aparmışdır. Xəstəxanada ona tibbi yardım göstərdikdən sonra tanımadığı qadın onun yanına gələrək onun vurmuş avtomaşının sürcüsünün həyal yoldaşı olmasını bildirib üzr istəmiş, lakin onun ağrıları olduğu üçün həmin qadınla danışmaq istəmədiyini bildirərək oradan çıxıb getmişdir. Bundan sonra avtomaşının sürücüsü Xəyyam onun 400 manat ilkin xəstəxana xərclərini ödəmiş, sonradan əməliyyat və əməliyyatdan sonra terapiya xərclərinin ümumilikdə 1700 manat təşkil etməsini bildirdikdə həmin şəxs pulu ödəməkdən imtina etmişdir. Buna görədə o, Xəyyamın barəsində şikayət etmək qərarına gəlmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar, heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun nişanlısıdır. 15 may 2023-cü il tarixdə saat 17 radələrində o, işdən çıxıb yaşadığı evə gedən zaman nişanlısı Valeriya ona zəng vurub qışqıraraq bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yol kəsişməsində yolu keçən zaman avtomobil onu vurmuşdur. Təxminən 10-15 dəqiqə keçəndən sonra o, hadisə yerinə gəlib görmüşdür ki, hadisə yerində kənar şəxslər, polis əməkdaşları və təcili yardım stansiyasının həkimləri var. Həmin vaxt Valeriya yerdə olan bardiura söykənərək uzanmışdır. Bundan sonra o, həkimlərlə birlikdə Valeriyanı təcili yardım stansiyasının maşınına mindirib Travmatologiya xəstəxanasına aparmışlar. Xəstəxanada Valeriya həkimlər rentgen etdirmiş daha sonra isə əməliyyat otağına aparmışlar. Bundan sonra o, çölə çıxmış və bu zaman bir nəfər qadın ona yaxınlaşıb Valeriyanı vuran sürücünün arvadı olduğunu bildirib ağlamışdır. O, həmin şəxsdən soruşmuşdur ki, Valeriyam vuran sürücünün özü nə üçün gəlməmiş onu göndərmişdir. Lakin həmin şəxs onun sualına cavab verməmişdir. Bundan sonra xəstəxanaya tanımadığı bir neçə nəfər şəxslər gəlmiş və Valeriyanı vuran sürücünün qohumlarının olduqlarını bildirib nə köməklik lazım olduğunu soruşmuşlar. O isə onlardan da sürücünün nə üçün gəlmədiyini soruşduqda onlar bildirmişdilər ki, sürücü burada mübahisə baş verməsin deyə xəstəxanaya gələ bilməyib və onları göndərib. O da onlara demişdir ki, hələ nə köməklik lazım olduğunu bilmir, əməliyyat qurtarsın sonra deyəcək. Təxminən bir saat keçəndən sonra Valeriya əməliyyatdan çıxmış və xəstə daşımaq üçün nəzərdə tutulan araba ilə Valeriyanı xəstəxananın həyətinə çıxartmışlar və həyətdə sürücünün arvadı yaxınlaşıb Valeriyaya ağlayaraq nə isə demiş, lakin onun dediyini eşitməmişdir. Bundan sonra onlar taksi ilə Valeriyanı yaşadığı evə aparmışlar. Təxminən iki gün keçəndən sonra həmin sürücünün, yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs arvadı ona zəng vurmuş, o isə ondan soruşmuşdur ki. “nə üçün hadisəni törədən sürücü bizimlə əlaqə saxlamır siz əlaqə saxlayırsınız", həmin şəxs isə bildirmişdir ki, indi desin əlaqə saxlayar. Bir neçə dəqiqə keçəndən sonra Xəyyam ona zəng vurmuş, o, Xəyyamdan soruşmuşdur ki, nə üçün bu günə qədər onlarla əlaqə saxlamayıb, bir dəfə də olsun Valeriyanın yanına gəlməyib. Xəyyam da demişdir ki, onu hadisədən sonra polisə aparıblar, sonra da idarə etdiyi avtomobil şirkətə məxsus olduğu üçün həmin avtomobili ilə məşğul olmuş, buna görə də onlarla əlaqə saxlamamışdır. Bundan sonra onlar Yasamal RPİ-də təhqiqatçı işləyən Ariz müəllimin yanına gedərək baş vermiş hadisə ilə əlaqədar yazmışlar, daha sonra isə Valeriyanı məhkəmə-tibbi ekspertizasına göndərmişlər. Sonra isə o, Valeriya üçün 100 manat dəyərində dərman almış və kassa qəbzini Xəyyama göndərmişdir. Həmin vaxt 100 manat pulu Valeriyanın kartına göndərmişdir. Bir neçə gün keçəndən sonra isə Xəyyam əlavə olaraq 300 manat pul göndərmişdir. Həmin vaxt Valeriyanın əlavə olaraq müalicəsi üçün 500 manat pul lazım olmuş, o, Xəyyama zəng vurub 500 manat pulu ondan istəyəndə Xəyyam həmin məbləğdə pulun olmadığını bildirmişdir. Daha sonra o, Xəyyama zəng vurmamış, həmçinin Xəyyam da ona zəng vurmamış, nə də ki, onlarla maraqlanmamışdır. Bir müddət keçəndən sonra Valeriyanın müalicəsinə 1700 manat pul xərclənilmişdir. Daha sonra onlar Xəyyamın onlarla maraqlanmadığını görüb Xəyyamın barəsində yenidən şikayət etmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 15 may 2023-cü il tarixdə saat 17 radələrində o, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi ilə piyada gedən zaman “Toyota Prius” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü yolda olan döngəni sola tərəf dönən zaman həmin yolu soldan sağa keçən piyada qadını avtomobilin qabaq hissəsi ilə vurmuş və qadının ayağı yol kənarında dayanmış avtomobillə onu vuran avtomobilin arasında qalmışdır. Bundan sonra piyadanı vuran sürücü idarə eldiyi avtomobili arxaya verən zaman piyada qadın yerə yıxılmış, sonra həmin avtomobilin sürücüsü sürərək hadisə yerindən qaçmışdır. Hadisə yerinə toplaşmış şəxslər və o, həmin avtomobilin arxası ilə qaçmış, lakin sürücü sola tərəf dönərək oradan uzaqlaşıb getmişdir. Sonra o, hadisə yerinə qayıtmış, oradan DİN-nin 102 xidmətinə və təcili tibbi yardım stansiyasına zəng vurub məlumat vermişdir. Təxminən 10 dəqiqə keçəndən sonra o, təcili tibbi yardım stansiyasının həkimlərinin gəlmədiyini görüb, o, yaxınlıqda yerləşən təcili tibbi yardım stansiyasına gedərək həkim briqadası ilə birlikdə onların maşını ilə hadisə yerinə gəlmişdir. Daha sonra həmin piyada hadisə yerinə toplaşan şəxslərin köməkliyi ilə təcili tibbi yardım stansiyasının avtomobilinə mindirib xəstəxanaya yola salmış və özü də oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə o, 2015-ci ildə ailə qurmuş və onların bir qız övladları var. Lakin ailədə baş vermiş müəyyən problemə görə 2024-cü ilin aprel ayında Xəyyamdan ayrılmış və hazırda ayrı yaşayırlar. 15 may 2023-cü il tarixdə saat 17:50 radələrində yaşadığı evdə olan zaman Xəyyam ona zəng vurub bildirmişdir ki, yaşadığıqları evin yaxınlığında idarə etdiyi avtomaşınla bir nəfər piyada qadını vurmuşdur. Bundan sonra dərhal yaşadığı evdən çıxıb hadisənin baş verdiyi yerə gəlmişdir. Hadisə yerinə gələndə görmüşdür ki, Xəyyamı hadisə yerindən təxminən 20-30 metr irəlidə yol kənarında olan bardiurun üstündə otuzdurublar və halı pisləşib, ətrafında olan tanımadığı şəxslər isə Xəyyama yardım göstərir. Bundan sonra görmüşdür ki, hadisənin baş verdiyi yerdə kənar şəxslər toplaşıb, həmçinin hadisə yerində polis əməkdaşları da olmuşdur. Hadisə yerində olan zaman təcili yardım stansiyasının həkimləri gəlmiş, o, hadisə yerində Xəyyamın avtomobillə vurduğu piyada qadına yaxınlaşıb özünü təqdim edib bildirmişdir ki, onu avtomobillə vuran sürücünün arvadıdır, sürücü təxminən 20-30 metr aralıda dayanıb, sadəcə halı pis olduğu üçün yaxınlaşmır və həmin qadına, yəni adı sonradan bildiyi Valeriyaya demişdir ki, nə lazım olsa köməklik göstərəcəklər. Bundan sonra Valeriyanı təcili tibbi yardım stansiyasının avtomaşınına mindirib xəstəxanaya aparmışlar. O, da Xəyyamla birlikdə taksi ilə Travmatologiya xəstəxanasına getmişlər. Xəstəxanada Xəyyamında qohumları ora gəlmiş və Valeriyanın nişanlısı olan şəxsə yaxınlaşmışdılar ki, nə lazımdırsa yardım etsinlər, lakin buna baxmayaraq həmin şəxs onları qəbul etməmişdir. Həmin vaxt Xəyyam həyəcanlı olduğu üçün kənarda dayanmış və xəstəxanaya gəldiyini bildirməmişdir. Bir neçə dəqiqə keçəndən sonra Valeriya əməliyyatdan çıxıb onu taksiyə mindirən zaman Valeriyaya yaxınlaşmış, lakin Valeriya da onu qəbul etməmişdir. Daha sonra isə onlar Xəyyamla özləri əlaqə saxlamış və bildiyinə görə Xəyyam Valeriyanın müalicəsi üçün 400 manat pul göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 16 aprel 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilərək cinayət işinin başlanması və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; (cild 1, i.v. 1-2) - “Whatsapp” ani mesajlaşma tətbiqində olan Təqsirləndirilən şəxs ilə X1 yazışmalarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Süleyman Quluzadəyə “qaqa sən düzəltməlisən. İndicə qız dedi ki, düzəldin”, “hər şey qaydasındadı”, “narahatçılıq heç nə yoxdur”, “ indi danışmışam, sabah işinlə bağlı xəbər deyiləcək. İşin üzərindəyəm narahat qalma”, “şəxsiyyət vəsiqəsinin üzünü çıxar gələndə, 2 dənə çıxarsan bəsdi” kimi sözlər yazmışdır. (cild 1, i.v.14-33) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 30 aprel 2024-cü il tarixli tələbnamə sənədindən görünür ki, Təqsirləndirilən şəxs: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə AR Milli Məclisinin xx.xx.2016-ci il tarixli “Amnistiya” haqqında qərarına əsasən cəzadan azad edilmişdir. (cild 1, i.v.101-102) -30 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və şəxsin tutulması haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (cild 1, i.v.103) - 30 aprel 2024-cü il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. (cild 1, i.v.104) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, № 5776 məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 1, i.v.109) - Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş və Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. (cild 1, i.v.110) - 10 may 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş və Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. (cild 1, i.v.112) - 10 may 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (cild 1, i.v.113) - 12 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, i.v.139-140) - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-438/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixdə tutulmuş Təqsirləndirilən şəxs məhkəmə zalında azad edilmişdir. (cild 1, i.v.156-158) - 12 may 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v.159) - doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1 uşağı var: X3. (cild 1, i.v.163-164) - 15 may 2024-cü il tarixli cinayət işlərinin birləşdirilməsi və tövsif edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, həmçinin ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işi sonuncu nömrə altında davam etdirilmişdir. (cild 1, i.v.171-172) - 14 mart 2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir. (cild 1, i.v.175) - 15 may 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, yol nəqliyyat hadisəsi ünvan 5 ünvanında yolun üfüqi işlək sahəsində asfalt yol örtüyündə, yol örtüyünün eni 12 metr, hərəkər zolaqlarının sayı 4, yolun hərəkət hissəsinin eni 12 metr, hərəkət hissəsinin sayı 4-dür. Avtomobilin üzərində zədələr aşkar olunmuşdur. Şin izləri aşkar olunmamışdır. Tormozlama izləri aşkar olunmamışdır. (cild 1, i.v.183-186) - nəqliyyat vasitəsinin AE № 027401 qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. (cild 1, i.v.192) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, № 546 ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət- sol baldırın geniş həcmli əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsi, onun təkrar məhkəmə-tibb ekspertizadan keçdikdən və R-qramma təqdim edildikdən sonra təyin olunacaqdır. (cild 1, i.v.195-197) - 06 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (cild 1, i.v.198-199) - 20 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs1 yol nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 iyun 2023-cü il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. (cild 1, i.v.206- 207) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, № 32/546 ekspert rəyinə əlavədən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət- sol baldırın geniş həcmli əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (cild 1, i.v.211-215) - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 8/3759 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Toyota Prius markalı 90UY401 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin və toqquşma) qarşısını almağa texniki imkanı olmuşdur. (cild 1, 226- 228) - 14 mart 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, i.v.230-231) - 01 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, i.v.241) - 01 may 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. (cild 1, i.v.243-244) - 13 may 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (cild 2, i.v.1) - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-75/2015 saylı, 12 fevral 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Mə- cəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 15%-i dövlət nəfinə pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə baxışınadək 2014-cü il dekabrın 7- dən 2014-cü il dekabrın 9-dək 2 (iki) gün tutulduğu müddət islah işləri cəzasının müddətinə bir günə üç gün hesabı ilə hesablanaraq islah işlərinin 6 (altı) günü qəti cəzadan çıxılmaqla üzərində qəti olaraq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 1 (bir) il 5 (bes) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzası saxlanılmışdır. (cild 2, i.v.20-23) - İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti, tələbi və iddiasi yoxdur, gələcəkdə də olmayacaq. Aralarında barışıq əldə edilmişdir. (cild 2, i.v.25) - 24 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild 2, i.v.27-28) - 24 iyun 2024-cü il tarixli cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Yasamal RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin DİN-in Xətai RPİ-nin İŞ-ə göndərilmişdir. (cild 2, i.v.40-42) - 11 iyul 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. (cild 2, i.v.47-48) - 13 iyul 2024-cü il tarixli cinayət işi üzrə şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (cild 2, i.v.67-68) - 13 iyul 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (cild 2, i.v.69-70) - 31 iyul 2024-cü il tarixli cinayət işi üzrə dayandırılması icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış hallar aradan qalxdığı üçün icraat təzələnmişdir. (cild 2, i.v.76-78) - ünvan 6İS-in xx.xx.2024-cü il tarixli, № 245 arayışdan görünür ki, X4 ünvan 2ında qeydiyyatsız yaşayır. Təqsirləndirilən şəxs həmin ünvanda yaşayır. (cild 2, i.v. 86) - ünvan 6İS-in xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2da Füzuli rayonunda gəlmiş məcburi köçkündür və yuxarıda qeyd olunan ünvanda müvəqqəti məskunlaşmışdır. Yaşadığı müddət ərzində özünü daim nizamintizamlı aparmış keçirilmiş tədbirlərdə fəal iştirak etmişdir, onun haqqında Nəsimi rayonu 41 saylı MKİS-ə heç bir şikayət daxil olmamıışdır. (cild 2, i.v.87) - 02 avqust 2024-cü il tarixli qətimkan tədbirin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. (cild 2, i.v.88-90) - 02 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad edilmişdir. (cild 2, i.v.93-94) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə yuxarıda adı göstərilən mərkəzdə tibbi müayinədən keçmişdir. Müayinənin nəticəsi: ayıq (cild 2, i.v.98) - 04 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4 və 263.1-ci maddəsindən, həmin Məcəllənin 178.2.4, 263.1 və 264-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.4, 263.1 və 264-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə barşması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi "Toyota Prius" markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınsın və avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır. (cild 2, i.v.104-118) - 05 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4, 263.1 və 264-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 2, i.v.120- 121) - 06 avqust 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4, 263.1 və 264-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat qərarda göstərilənlərə əsasən dayandırılmışdır. (cild 2, i.v.142-144) - 17 avqust 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış hallar aradan qalxdığı üçün icraat təzələnmişdir. (cild 2, i.v.147-149) - İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, CM-nin 263.1-ci maddəsi ilə özünü təqsirli bilir. Zərərçəkmiş şəxslə barışmışdır. Həmçinin cinayət məsuliyyətinə cəlbetmə müddəti də keçmişdir. CM 263-ci maddəsi ilə barəsində aparılan cinayət təqibinə xitam verilməsini xahiş edir. CM-nin 264-cü maddəsi ilə də cinayət məsuliyyətinə cəlbetmə müddəti keçsə də, həmin hissədə özünü təqsirli bilmir. CM-nin 264-cü maddəsi ilə bəraət verilməsini xahiş edir. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. Eyni zamanda həmin Məcəllənin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinin mənasına əsasən həmin maddənin 73.1 və 73.2-ci maddələrində göstərilənlərdən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır. Bundan əlavə, iş üzrə maddi sübut kimi tanınan - «Toyota Prius» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. İş üzrə mülki iddia və xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.3, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut kimi tanınan - «Toyota Prius» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-44/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-44/2025
11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver