Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-440/2024 01.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Kiçikbəyov və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2rayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun X2nun təhsil aldığı Bakı şəhəri, Nərimanov rayonu, 200 nömrəli tam orta məktəbdə 11-ci sinifdə buraxılış imtahanlarının yüksək balla bitirilməsi üçün 1 ay müddətində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 04 mart 2024-cü il tarixdə saat 19 radələrində ünvan 3 ünvanında yerləşən “Pakdad” restoranında Zərərçəkmiş şəxs 4.000 manat pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs 4.000 (dörd min) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edərək göstərmişdir ki, qızı Şahid1 «Mediluks» Klinikasında 2024-cü ilin əvvəllərində müalicə alıb və həmin klinikada işləyən Şahid2 ilə tanışlığı yaranmışdır. Onlar öz aralarında söhbət edən zaman onun Bakı Slavyan Universitetində laborant kimi işlədiyini bildirmişdir. 2024-cü ilin mart ayında Şahid2 onun qızı Günaya müraciət edərək tanışı Zərərçəkmiş şəxs qohumunun oxuduğu məktəbdə müxtəlif fənlərdən qiymətlərinin aşağı olmasını və həmin fənlərdən yaxşı qiymətlər yazdırılmasında köməklik etməyini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs qohumuna köməklik etmək məqsədi ilə görüşməyi qərar vermişdir. Zərərçəkmiş şəxs ilə görüşmüş və ona tanışlarının vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 200 nömrəli tam orta məktəbin 11-ci sinifini bitirən şəxsin qiymətlərini yazdıra biləcəyini və bu işin görülməsinə görə 4.000 manat pul lazım olduğunu bildirmişdir. Tahir onun təklifi ilə razılaşmışdır. 04 mart 2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən «Pakdad» restoranında saat 19 radələrində Zərərçəkmiş şəxs ilə görüşmüşlər. Zərərçəkmiş şəxs ona həmin restoranda 4.000 manat pul vermişdir. Təxminən 1 həftə sonra Zərərçəkmiş şəxs ona zəng edərək bildirmişdir ki, məktəbin qiymətlərindən əlavə ali məktəbə daxil olma imtahanlarında qiymətləri verdiyi pulun içində yazılmalıdır. O isə Tahirə bildirmişdir ki, aralarında belə bir razılıq olmamışdır. Belə olan halda Zərərçəkmiş şəxs ona verdiyi 4.000 manat pulu geri istədikdə o, həmin pulları öz şəxsi ehtiyaclarına xərclədiyi üçün qaytara bilməmişdir. Daha sonra əməlindən peşman olduğunu,artıq dəymiş ziyanın tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12 oktyabr 2023-cü il tarixdən «Mediluks» Klinikasında tibb qardaşı kimi işləyir. X2 Bakı şəhəri, Nərimanov rayonu 200 saylı tam orta məktəbin 11-ci sinif şagirdi idi. 2024-cü ildə həmin məktəbi bitirmişdir. Tahir Həsənovun məktəbdə oxuduğu fənlərdən qiymətləri zəif olduğu üçün qiymətini yüksək yazdırmaq üçün tanış axtarmağa başlamışdir ki, qiymətlərin yazdıraraq Tahir Həsənova atestat verilsin. Bu barədə o, dost tanışının yanında söhbət açmışdır. 04 mart 2024-cü il tarixdə iş yoldaşı Şahid2 ilə söhbət zamanı sonuncu ona bildirmişdir ki, əvvəllər pasiyenti olmuş Şahid1 anası Təqsirləndirilən şəxs təhsil sahəsində tanışları var və bu məsələdə ona köməklik edə bilər. Şahid2 ona Təqsirləndirilən şəxs telefon nömrəsini vermişdir. O, Təqsirləndirilən şəxs ilə telefonla danışmış və vəziyyəti izah etmişdir. Sona ona bildirmişdir ki, Tahir Həsənovun imtahan və atestat ballarını tanışlarının vasitəsilə 1 ay müddətində yüksək yazdırmağa köməklik edə biləcəkdir. Bu işlərin görülüməsi üçün ondan 4.000 manat pul istəmişdir. O, Sonayla razılaşmış və 04 mart 2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən «Pakdad» restoranında saat təxminən 19 radələrində görüşmüşlər. Görüş zamanı Sona Təhsil Nazirliyində tanışı olduğunu və ad soyadını bildirmədiyi tanışının vasitəsilə Tahir Həsənovun qiymətlərini yüksək yazdıracağını bildirmişdir. O, Sonaya inanaraq 4.000 manat pulu «Pakdad» restoranında ikisi olarkən vermişdir. Təxminən iki saat keçəndən sonra Sona mobil nömrəsi ilə ona zəng edərək həmin şəxs ilə görüşdüyünü və yalnız orta məktəb qiymətlərini yüksək yazdıra biləcəyini bildirmişdir. O, Sonaya bu barədə danışıqları olduğunu bildirdikdən sonra bildirmişdir ki, verdiyi pulun qarşılığında tək atestatın qiymətlərini yazdıra biləcək. O, Sonaya bildirmişdir ki, aralarında olan razılığa əsasən atestatdan əlavə iki imtahanın qiymətlərində yazdırmalı idi. Sona isə imtahanları yazdıra bilməyəcəyini bildirmişdir. Belə olan halda o, Sonadan tələb etmişdir ki, verdiyi 4.000 manat pulu geri qaytarsın. Sona isə ona bildirmişdir ki, pulu kiməsə verib və pulu özünə məxsus torpaq sahəsini satandan sonra qaytaracaqdır.Hazırda ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid2li və Şahid1 zərərçəkmiş şəxsin ifadəsinə oxşar ifadə vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş və Xətai RPİ MSY-dən azad edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş, onunla barışmış, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətinin üsulu kimi aldatma və etibardan sui-istifadədən istifadə etmiş, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək zərərçəkmiş şəxsin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanın ümumi məbləği 4000 manat olmuşdur. Təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin aşağıda sadalanan müddəalarına görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-440/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-440/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver