Məhkəmə qərarları › İş №1(011)-441/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-441/2022

03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-441/2022 03.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Neftçala rayonu, Boyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Neftçala rayonu, Boyat kəndində qeydiyyatda olmaqla, ünvan 8də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən “Tunar” marketin sağ yan hissəsində olan və kafe kimi fəaliyyət göstərən otağın qapısının kilidini dəmir parçası ilə sındırıb kafeyə qanunsuz daxil olub, oradan bir ədəd 200 manat dəyərində üzərində “PRİMULATOR R134a” yazısı olan pivə süzmək üçün aparatı və 01 ədəd 50 manat dəyərində üzərində markalanma yazıları olmayan qaz balonunu gizli olaraq taladıqdan sonra, vahid niyyətlə əhatə olunmuş qəsdlə X3 icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən “Tunar” marketin dam örtüyünü sındırmaqla marketə qanunsuz daxil olub, oradan 01 ədədi 3,60 manat olan 72 manat dəyərində 20 ədəd “Winston blue” markalı, 01 ədədi 3,60 manat olan 648 manat dəyərində 180 ədəd “Winston silver” markalı, 01 ədədi 4 manat olan 120 manat dəyərində 30 ədəd “Sobranie black” markalı, 01 ədədi 4 manat olan 80 manat dəyərində 20 ədəd “Sobranie white” markalı, 01 ədədi 4 manat olan 80 manat dəyərində 20 ədəd “Sobranie caster” markalı, 01 ədədi 4 manat olan 40 manat dəyərində 10 ədəd “Sobranie compact blue” markalı, 01 ədədi 3 manat olan 270 manat dəyərində 90 ədəd “LD compact white” markalı, 01 ədədi 3 manat olan 60 manat dəyərində 20 ədəd “LD club platinium” markalı, 01 ədədi 3,60 manat olan 144 manat dəyərində 40 ədəd “Winston caster” markalı, 01 ədədi 2,70 manat olan 54 manat dəyərində 20 ədəd “Wincester silver” markalı, 01 ədədi 2,70 manat olan 27 manat dəyərində 10 ədəd “Wincester compact blue” markalı, 01 ədədi 2,70 manat olan 54 manat dəyərində 20 ədəd “Wincester compact silver” markalı, 01 ədədi 3,80 manat olan 76 manat dəyərində 20 ədəd “Kent Feel” markalı, 01 ədədi 3,80 manat olan 38 manat dəyərində 10 ədəd “Kent mellow” markalı, 01 ədədi 3,80 manat olan 190 manat dəyərində 50 ədəd “Kent nano-4” markalı, 01 ədədi 3,80 manat olan 76 manat dəyərində 20 ədəd “Kent nano-1” markalı, 01 ədədi 2,70 manat olan 54 manat dəyərində 20 ədəd “Rothmans blue” markalı, 01 ədədi 2,70 manat olan 162 manat dəyərində 60 ədəd “Rothmans silver” markalı, 01 ədədi 2,70 manat olan 81 manat dəyərində 30 ədəd “Rothmans amber” markalı, 01 ədədi 2,70 manat olan 108 manat dəyərində 40 ədəd “Palmal nano silver” markalı, 01 ədədi 2,70 manat olan 27 manı dəyərində 10 ədəd “Palmal nano white” markalı, 01 ədədi 3,80 manat olan 38 manat dəyərində 10 ədəd “Kent-4” markalı, 01 ədədi 2,70 manat olan 54 manat dəyərində 20 ədəd “Palmal AM night” markalı, 01 ədədi 3,80 manat olan 38 manat dəyərində 10 ədəd “Neo boost scarlet ” markalı, 01 ədədi 2 manat olan 20 manat dəyərində 10 ədəd “Arqo nano sweet” markalı, 01 ədədi 2,20 manat olan 22 manat dəyərində 10 ədəd “Viceroy series” markalı, 01 ədədi 3,80 manat olan 38 manat dəyərində 10 ədəd “Davidov purple” markalı, 01 ədədi 2,20 manat olan 22 manat dəyərində 10 ədəd “Magna nano silver” markalı, 01 ədədi 2,20 manat olan 22 manat dəyərində 10 ədəd “Magna nano white” markalı, 01 ədədi 2,20 manat olan 44 manat dəyərində 20 ədəd “Keno nano grafe” markalı, 01 ədədi 2,20 manat olan 22 manat dəyərində 10 ədəd “Keno blue compact” markalı, 01 ədədi 2,20 manat olan 22 manat dəyərində 10 ədəd “Keno nano royal” markalı, 01 ədədi 2,20 manat olan 22 manat dəyərində 10 ədəd “Keno nano black” markalı, 01 ədədi 2,20 manat olan 22 manat dəyərində 10 ədəd “Keno nano platinium” markalı, 01 ədədi 2,40 manat olan 24 manat dəyərində 10 ədəd “Want nano black” markalı tütün məmulatlarını gizli olaraq talayıb zərərçəkmiş şəxslər X5 2871 manat, Zərərçəkmiş şəxs1 isə 250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Boyat kəndində qeydiyyatda olsa da, faktiki olaraq ailəsi ilə birlikdə ünvan 8də kirayə yaşayır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında avtomobilinə sərnişin əyləşib ondan sonuncunu Gəncə prospektinə aparmağını istəmişdir. Gəncə prospektində sərnişin avtomobildən düşdükdən sonra siqareti qurtardığı üçün siqaret almaq qərarına gəlmişdir. Ona görə də ünvan 2 ünvanının qarşısına getmiş və “Tunar” marketin qarşısında dayanmışdır. Avtomobildən düşərək marketə daxil olmuş və marketdən siqaret alan zaman marketin vitrinində çoxlu siqaret görüb marketdən oğurluq etmək qərarına gəlmişdir. Fikirləşmişdir ki, marketdən oğurluq edərək oğurladığı əşyaları satıb pul əldə edər və həmin pulu da öz ehtiyyacları üçün xərcləyər. O, marketdən siqaret alaraq oradan çıxmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 03 radələrində yenidən həmin marketin yerləşdiyi əraziyə getmişdir. Marketin yaxınlığında avtomobilin içərisində bir neçə dəqiqə gözləyərək ətrafa nəzər yetirmişdir. Ətrafda heç kimin olmadığını və onu heç kimin görmədiyinə əmin olduqdan sonra marketin arxa hissəsinə keçmişdir. Marketin sağ tərəfində qapı görmüş və həmin qapıdan marketə daxil ola biləcəyini fikirləşərək yerdən götürdüyü dəmir parçası ilə qapının kilidini sındırmışdır. Qapının kilidini sındırdıqdan sonra oradan marketin arxa hissəsinə daxil olmuşdur. Orada pivə süzmək üçün olan aparat və qaz balonu görmüşdür. Həmin pivə süzmək üçün olan aparatı və qaz balonunu avtomobilin arxa hissəsinə qoymuşdur. Bundan sonra marketə necə girə biləcəyinə baxmışdır. Həmin anbardan marketə daxil ola bilməyəcəyini gördüyündən marketin damına qalxmışdır. Damda olan dəmir parçası ilə dam örtüyünü sındıraraq oradan marketə daxil olmuşdur. Əvvəlcədən üzərində götürdüyü torbanı çıxardaraq marketdə olan müxtəlif növ siqaretlərin demək olar ki, hamısını həmin torbaya doldurmuşdur. Sonra torbanı marketin damına qoyaraq gəldiyi qaydada marketdən çıxmışdır. Marketdən çıxdıqdan sonra oğurladığı siqaretləri də idarə etdiyi avtomobilə yerləşdirmiş və avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Sonra yaşadığı ünvana getmiş və gecəni yaşadığı ünvanda keçirmişdir. Fikri oğurladığı əşyaları və tütün məmulatlarını sataraq qazanc əldə etmək olmuşdur. Buna görə də, səhər saat 08 radələrində yaşadığı ünvandan çıxaraq Nəsimi rayonu ərazisində yerləşən “Nəsimi Bazarı” adlanan bazara gedib orada oğurladığı siqaretlərin çox hissəsini tanımadığı şəxslərə satmışdır. Əldə ediyi pulu şəxsi işlərinə xərcləyərək saat 12 radələrində yaşadığı ünvana qayıtmışdır. Bir qədər dincəldikdən sonra qalan siqaretləri də satmaq məqsədi ilə günortadan sonra yaşadığı ünvandan çıxaraq şəhərə doğru gedən zaman ona bir neçə nəfər mülki geyimli şəxlər yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis əməkdaşları kimi təqdim edərək onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Polis bölməsində ondan baş vermiş oğurluq barəsində soruşan zaman o, artıq hər şeyin polis əməkdaşlarına məlum olduğunu bildiyi üçün etdiyi əməli etiraf etmişdir. O, siqaretləri satan zaman market işlətdiyini və marketi bağladığı üçün siqaretləri ucuz qiymətə satdığını bildirmişdir. Siqaretləri alan şəxslər siqaretlərin cinayət yolu ilə əldə edildiyini bilməmişdir. O, X3 işlətdiyi mağazadan yalnız ağzı bağlı, yəni blokda olan siqaretləri götürmüşdür. Həmin siqaretlər bağlı olduğu üçün siqaretləri özü ilə götürdüyü kisəyə yığmaq onun üçün rahat olmuşdur. Həmin siqaretlərin çox hissəsini tanımadığı şəxslərə satmışdır. Qalan siqaretləri isə istintaqa təqdim etmişdir. Beləliklə o, əməlindən səmimi peşman olduğunu, habelə zərərçəkmiş şəxslərlə barışdığını, onlara vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən “Tunar” marketi icarə əsasında işlətmişdir. Həmin marketdə o, tütün məmulatları və gündəlik tələbat malları satmışdır. Hər gün saat 08 radələrində marketi açmış və axşam saat 24 radələrində marketi bağlayaraq yaşadığı ünvana getmişdir. Hər gün olduğu kimi xx.xx.2022-ci il tarixdə saat 24 radələrində marketi bağlayaraq yaşadığı ünvana getmişdir. Saat 08 radələrində marketi açmaq üçün marketə gəlmişdir. Saat 08 radələrində marketi açmış və marketə daxil olan zaman dam örtüyünün sındırıldığını, marketdən bir ədədinin qiyməti 3 manat 20 olan 2 blok “Winston blue” markalı, bir ədədinin qiyməti 3 manat 20 qəpik olan 18 blok “Winston silver” markalı, bir ədədinin qiyməti 3 manat 60 qəpik olan 03 blok “Sobranie black" markalı, 01 ədədinin qiyməti 3 manat 60 qəpik olan 02 blok “Sobranie white” markalı, 01 ədədinin qiyməti 3 manat 60 qəpik olan 02 blok “Sobranie caster" markalı, 01 ədədinin qiyməti 3 manat 60 qəpik olan 01 blok “Sobranie compact blue" markalı, 01 ədədinin qiyməti 2 manat 60 qəpik olan 09 blok “LD compact white” markalı, 01 ədədinin qiyməti 2 manat 80 qəpik olan 02 blok “LD club platinium” markalı, 01 ədədinin qiyməti 3 manat 10 qəpik olan 04 blok “Winston caster” markalı, 01 ədədinin qiyməti 2 manat 30 qəpik olan 02 blok “Wincester silver” markalı, 01 ədədinin qiyməti 2 manat 30 qəpik olan 01 blok “Wincester compact blue” markalı, 01 ədədinin qiyməti 2 manat 30 qəpik olan 02 blok “Wincester compact silver” markalı, 01 ədədinin qiyməti 3 manat 30 qəpik olan 02 blok “Kent Feel” markalı, 01 ədədinin qiyməti 3 manat 30 qəpik olan 01 blok “Kent mellow” markalı, 01 ədədinin qiyməti 3 manat 30 qəpik olan 05 blok “Kent nano-4” markalı, 01 ədədinin qiyməti 3 manat 30 qəpik olan 02 blok “Kent nano-1” markalı, 01 ədədinin qiyməti 2 manat 30 qəpik olan 02 blok “Rothmans blue” markalı, 01 ədədinin qiyməti 2 manat 30 qəpik elan 06 blok “Rothmans silver” markalı, 01 ədədinin qiyməti 2 manat 30 qəpik olan 03 blok “Rothmans amber” markalı, 01 ədədinin qiyməti 2 manat 30 qəpik olan 04 blok “Palmal nano silver” markalı, 01 ədədinin qiyməti 2 manat 30 qəpik olan 01 blok “Palmal nano white” markalı, 01 ədədinin qiyməti 3 manat 30 qəpik olan 01 blok “Kent-4” markalı, 01 ədədinin qiyməti 2 manat 30 qəpik olan 02 blok “Palmal am. night” markalı, 01 ədədinin qiyməti 3 manat 40 qəpik olan 01 blok “Neo boost scarlet” markalı, 01 ədədinin qiyməti 1 manat 90 qəpik olan 01 blok “Arqo nano sweet” markalı, 01 ədədinin qiyməti 1 manat 90 qəpik olan 01 blok “Viceroy series” markalı, 01 ədədinin qiyməti 2 manat 60 qəpik olan 01 blok “Davidov purple” markalı, 01 ədədinin qiyməti 1 manat 90 qəpik olan 01 blok “Magna nano silver" markalı, 01 ədədinin qiyməti 1 manat 90 qəpik olan 01 blok “Magna nano white” markalı, 01 ədədinin qiyməti 1 manat 90 qəpik olan 02 blok “Keno nano grafe” markalı, 01 ədədinin qiyməti 1 manat 90 qəpik olan 01 blok “Keno blue compact” markalı, 01 ədədinin qiyməti 1 manat 90 qəpik olan 01 blok “Keno nano royal” markalı, 01 ədədinin qiyməti 1 manat 90 qəpik olan 01 blok “Keno nano black” markalı, 01 ədədinin qiyməti 1 manat 90 qəpik olan 01 blok “Keno nano platinium" markalı, 01 ədədinin qiyməti 2 manat olan 01 blok “Want nano black” markalı tütün məmulatlarının oğurlandığını aşkar etmişdir. Bundan sonra baş vermiş hadisə ilə bağlı polis əməkdaşlarına məlumat vermiş və marketə polis əməkdaşları gəlmişlər. Hər blokda 10 ədəd siqaret olmuşdur O, aldığı tütün məmulatlarından bir neçəsini satmışdır. Lakin çox hissəsini vitrinə qoymamışdır. Oğurluq olmamışdan əvvəl, yəni xx.xx.2022-ci il tarixdə aldığı siqaretləri vitrinə yığmışdır. Satılan siqaretlərdən əlavə onun işlətdiyi marketin vitrinində əlavə siqaretlər olmuşdur. Marketdə qalan siqaretləri saydıqdan sonra oğurlanmış siqaretləri dəqiqləşdirmişdir. Bundan başqa o, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/3938 saylı rəyi ilə razı olduğunu, istintaqa verdiyi ifadəsində oğurlanmış siqaretlərin qiymətini alış qiyməti ilə qeyd etdiyini, ekspertiza rəyində isə siqaretlərin qiymətinin satış qiyməti ilə göstərildiyini, ona dəymiş maddi ziyanın ekspertiza rəyində göstərilən qiymətlə hesablanmasına etirazının olmadığını bildirmişdir. Həmçinin o, ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən onunla barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birikdə yaşayır. Təxminən 2 il olmuşdur ki, ünvan 5 ünvanda yerləşən obyekti icarəyə götürərək işlədir. Həmin obyekt 2 hissədən ibarət olmaqla, ön hissəsi market təyinatlı olmaqla “Tunar” adı ilə fəaliyyət göstərmişdir. Arxa hissəsini isə o, icarəyə götürərək çay evi kimi işlətmişdir. Çay evi iki otaqlı olmuşdur. Kiçik sahəli olmaqla, biri mətbəx otağı və digəri isə müştərilərin oturması üçün nəzərdə tutulan otaq olmuşdur. Çay evini hər gün səhər saat 10:00-da açmış və axşam saat 20:00-da bağlamışdır. Çay evinin giriş qapısını dəmir kilid vasitəsi ilə bağlamışdır. 18 may 2022-ci il tarixdə saat təxminən 20 radələrində çay evini dəmir kilid vasitəsi ilə bağlayıb yaşadığı ünvana getmişdir. 19 may 2022-ci il tarixdə təxminən səhər saat 10 radələrində icarə əsasında işlətdiyi ünvan 5 ünvanda yerləşən çay evinə gələrək dəmir kilid yerini açarla açmaq istəyərkən, kildinin sındırılmış vəziyyətdə olduğunu aşkar etmişdir. Fikirləşmişdir ki, obyektdən oğurluq olmuşdur. Çay evinə daxil olduqda, çay evinin mətbəx otağında olan qaz balonu və pivə süzən aparatın oğurandığını aşkar etmişdir. Bundan sonra obyektdən oğuruq olunması barədə obyektin sahibi X1 məlumat vermişdir. Tural da öz növbəsində DİN-in 102 Xidmətinə məlumat verərək, qeyd olunan ünvandan oğurluq olunması barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona məxsus qaz balonu və pivə süzən aparat oğurlanmış və ona maddi ziyan dəymişdir. Həmin əşyalar ona məxsus olmuşdur. İcarə əsasında işlətdiyi ünvan 5 ünvanda yerləşən çay evinin giriş qapısının dəmir kilidinin sındırılması yolu ilə qanunsuz daxil olaraq, çay evinin mətbəx otağından ona məxsus 300 manat dəyərində pivə süzən aparat və 50 manat dəyərində qaz balonu oğurlanmışdır. Bundan başqa o, ifadəsində məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/3938 saylı rəyi ilə razı olduğunu, istintaqa verdiyi ifadəsində oğurlanmış pivə süzən aparatını və qaz balonunu aldığı qiyməti qeyd etdiyini, həmin əşyalar istifadə edildiyi üçün hazırki bazar qiymətinin ekspertiza rəyində göstərilən kimi yəni, ümumilikdə 250 manat dəyərində olmasını, ona dəymiş maddi ziyanın ekspertiza rəyində göstərilən qiymətlə hesablanmasına etirazının olmadığını bildirmişdir. Həmçinin o, ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən onunla barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 may 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 19 may 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanda yerləşən “Tunar” marketə oğurluq hadisəsi ilə əlaqədar baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 10-15); hadisə yerinə baxış keçirilməsi haqqında 19 may 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 7 ünvanda yerləşən “Tunar” marketin arxasında fəaliyyət göstərən kafeyə oğurluq hadisəsi ilə əlaqədar baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 20-23); təqdim etmə və götürmə aparılması haqqında 19 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 15 ədəd “Winchester” markalı, 20 ədəd “Winchester silver” markalı, 2 ədəd “Sobraniye black” markalı, 10 ədəd “LD compakt White” markalı, 12 ədəd “LD White” markalı, 16 ədəd “Winston Caster” markalı, 8 ədəd “Winchester compact silver” markalı, 5 ədəd “Winchester compact blue” markalı, 11 ədəd “Winchester compact silver” markalı, 10 ədəd “Kent fell” markalı, 2 ədəd “Kent mellow” markalı, 13 ədəd “Kent nano 4” markalı, 6 ədəd “Kent nano 1” markalı, 8 ədəd “Rothmans blue” markalı, 20 ədəd “Rothmans silver” markalı, 10 ədəd “Rothmans alber” markalı, 16 ədəd “Palmal nano silver” markalı, 12 ədəd “Palmal nano white” markalı, 9 ədəd “Kent 4” markalı, 3 ədəd “Palmal am. night” markalı, 4 ədəd “Neo boost scarlet” markalı, 5 ədəd “Argo nano sweet” markalı, 8 ədəd “Davidov purple” markalı, 1 ədəd “Magna nano silver” markalı, 11 ədəd “Keno nano grafe” markalı, 7 ədəd “Keno blue compact” markalı, 2 ədəd “Keno nano royal” markalı, 3 ədəd “Keno nano black” markalı, 4 ədəd “Keno nano platinium” markalı, 5 ədəd “Want nano black” markalı siqaretlər, 01 ədəd üzərində “Primulator R134A” yazılı pivə süzmək üçün olan aparat və 01 ədəd qaz balonu sübut əhəmiyyəti kəsb etdiklərinə görə Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Elşən Həsənov tərəfindən götürülmüşdür (i.v. 31-32); şübhəli şəxsin tutulması haqqında 19 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 42); zərərçəkmiş şəxs qismində tanınma haqqında 20 may 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 58-59); zərərçəkmiş şəxs qismində tanınma haqqında 20 may 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X8 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 69-70); əşyanın tanınmaya təqdim edilməsi haqqında 20 may 2022-ci il tarixli protokoldan görünür ki, X8 onun işlətdiyi marketdən oğurlanmış 15 ədəd “Winchester” markalı, 20 ədəd “Winchester silver” markalı, 2 ədəd “Sobraniye black” markalı, 10 ədəd “LD compakt White” markalı, 12 ədəd “LD White” markalı, 16 ədəd “Winston Caster” markalı, 8 ədəd “Winchester compact silver” markalı, 5 ədəd “Winchester compact blue” markalı, 11 ədəd “Winchester compact silver” markalı, 10 ədəd “Kent fell” markalı, 2 ədəd “Kent mellow” markalı, 13 ədəd “Kent nano 4” markalı, 6 ədəd “Kent nano 1” markalı, 8 ədəd “Rothmans blue” markalı, 20 ədəd “Rothmans silver” markalı, 10 ədəd “Rothmans alber” markalı, 16 ədəd “Palmal nano silver” markalı, 12 ədəd “Palmal nano white” markalı, 9 ədəd “Kent 4” markalı, 3 ədəd “Palmal am. night” markalı, 4 ədəd “Neo boost scarlet” markalı, 5 ədəd “Argo nano sweet” markalı, 8 ədəd “Davidov purple” markalı, 1 ədəd “Magna nano silver” markalı, 11 ədəd “Keno nano grafe” markalı, 7 ədəd “Keno blue compact” markalı, 2 ədəd “Keno nano royal” markalı, 3 ədəd “Keno nano black” markalı, 4 ədəd “Keno nano platinium” markalı, 5 ədəd “Want nano black” markalı siqaretləri markasından, rəngindən və ölçülərindən tanımışdır (i.v. 84-85); əşyanın tanınmaya təqdim edilməsi haqqında 20 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 onun işlətdiyi kafedən oğurlanmış 1 ədəd pivə aparatını və 1 ədəd qaz balonunu markasından, rəngindən, ölçülərindən və işlənmə dərəcəsindən tanımışdır (i.v. 86); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 90-92); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 21 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir (i.v. 108-111); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 21 may 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 113-116); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 127-128); təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 20 iyul 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tutulduqda Xəta RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v. 141-143); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2022-ci il tarixli 9/3938 saylı ekspert rəyindən görünür ki: Sıra Adı və markalanma göstəriciləri Sayı Bir Ümumi № vahidinin dəyəri qiyməti (manatla) (manatla) 1 üzərində “PRİMULATOR R134a” yazısı 1 ədəd 200 200 olan pivə süzmək üçün aparat 2 üzərində markalanma yazıları olmayan 1 ədəd 50 50 qaz balonu 3 “Vinston blue” markalı siqaret 1 qutu 3,60 3,60 4 “Vinston silver” markalı siqaret 1 qutu 3,60 3,60 5 “Sobranie black” markalı siqaret 1 qutu 4 4 6 “Sobranie vhite” markalı siqaret 1 qutu 4 4 7 “Sobranie caster” markalı siqaret 1 qutu 4 4 8 “Sobranie compact blue” markalı siqaret 1 qutu 4 4 9 “LD compact vhite” markalı siqaret 1 qutu 3 3 10 “LD club platinium” markalı siqaret 1 qutu 3 3 11 “Vinston caster” markalı siqaret 1 qutu 3,60 3,60 12 “Vincester silver” markalı siqaret 1 qutu 2,70 2,70 13 “Vincester compact blue” markalı siqaret 1 qutu 2,70 2,70 14 “Vincester compact silver” markalı 1 qutu 2,70 2,70 siqaret 15 “Kent Feel” markalı siqaret 1 qutu 3,80 3,80 16 “Kent mellov” markalı siqaret 1 qutu 3,80 3,80 17 “Kent nano-4” markalı siqaret 1 qutu 3,80 3,80 18 “Kent nano-1” markalı siqaret 1 qutu 3,80 3,80 19 “Rothmons blue” markalı siqaret 1 qutu 2,70 2,70 20 “Rothmons silver” markalı siqaret 1 qutu 2,70 2,70 21 “Rothmons ambe” markalı siqaret 1 qutu 2,70 2,70 22 “Pallmall nano silver” markalı siqaret 1 qutu 2,70 2,70 23 “Pallmall nano vhite” markalı siqaret 1 qutu 2,70 2,70 24 “Kent-4” markalı siqaret 1 qutu 3,80 3,80 25 “Pallmall AM.neight” markalı siqaret 1 qutu 2,70 2,70 26 “Neo boost skarlet” markalı siqaret 1 qutu 3,80 3,80 27 “Arqo nano sveet” markalı siqaret 1 qutu 2 2 28 “Viceroy seriyessi” markalı siqaret 1 qutu 2,20 2,20 29 “Davidoff purple” markalı siqaret 1 qutu 3,80 3,80 30 “Magna nano silver” markalı siqaret 1 qutu 2,20 2,20 31 “Magna nano vhite” markalı siqaret 1 qutu 2,20 2,20 32 “Keno nano grafe” markalı siqaret 1 qutu 2,20 2,20 33 “Keno blue compact” markalı siqaret 1 qutu 2,20 2,20 34 “Keno nano royal” markalı siqaret 1 qutu 2,20 2,20 35 “Keno nano black” markalı siqaret 1 qutu 2,20 2,20 36 “Keno nano platinium” markalı siqaret 1 qutu 2,20 2,20 37 “Vant nano black” markalı siqaret 1 qutu 2,40 2,40 CƏMİ: 395,30 ekspertiza tədqiqatına təqdim edilmiş 37 adda malların 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 395.30 manat müəyyən olunur (i.v. 152- 155); özünü könüllü olaraq istintaqa təqdim etmə haqqında 08 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü könüllü olaraq Xətai RPİ-nin İstintaq Şöbəsinə gəlmişdir (i.v. 162); sübutların qiymətləndirilməsi haqqında 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmış, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/3938 saylı ekspert rəyi sübut növü kimi qiymətləndirilmiş, zərərçəkmiş şəxs X5 məxsus 15 ədəd “Winchester” markalı, 20 ədəd “Winchester silver” markalı, 2 ədəd “Sobraniye black” markalı, 10 ədəd “LD compakt White” markalı, 12 ədəd “LD White” markalı, 16 ədəd “Winston Caster” markalı, 8 ədəd “Winchester compact silver” markalı, 5 ədəd “Winchester compact blue” markalı, 11 ədəd “Winchester compact silver” markalı, 10 ədəd “Kent fell” markalı, 2 ədəd “Kent mellow” markalı, 13 ədəd “Kent nano 4” markalı, 6 ədəd “Kent nano 1” markalı, 8 ədəd “Rothmans blue” markalı, 20 ədəd “Rothmans silver” markalı, 10 ədəd “Rothmans alber” markalı, 16 ədəd “Palmal nano silver” markalı, 12 ədəd “Palmal nano white” markalı, 9 ədəd “Kent 4” markalı, 3 ədəd “Palmal am. night” markalı, 4 ədəd “Neo boost scarlet” markalı, 5 ədəd “Argo nano sweet” markalı, 8 ədəd “Davidov purple” markalı, 1 ədəd “Magna nano silver” markalı, 11 ədəd “Keno nano grafe” markalı, 7 ədəd “Keno blue compact” markalı, 2 ədəd “Keno nano royal” markalı, 3 ədəd “Keno nano black” markalı, 4 ədəd “Keno nano platinium” markalı, 5 ədəd “Want nano black” markalı siqaretlər maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmış, Zərərçəkmiş şəxs1 məxsus üzərində “PRİMULATOR R134a” yazısı olan pivə süzmək üçün aparat və 01 ədəd qaz balonu maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxslər X5 dəymiş maddi ziyan 2871 manat və Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan 250 manat hesab edilmişdir (i.v. 171- 184); təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittiham elan olunması haqqında 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur (i.v. 186-188); xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X8 özünə məxsus 15 ədəd “Winchester” markalı, 20 ədəd “Winchester silver” markalı, 2 ədəd “Sobraniye black” markalı, 10 ədəd “LD compakt White” markalı, 12 ədəd “LD White” markalı, 16 ədəd “Winston Caster” markalı, 8 ədəd “Winchester compact silver” markalı, 5 ədəd “Winchester compact blue” markalı, 11 ədəd “Winchester compact silver” markalı, 10 ədəd “Kent fell” markalı, 2 ədəd “Kent mellow” markalı, 13 ədəd “Kent nano 4” markalı, 6 ədəd “Kent nano 1” markalı, 8 ədəd “Rothmans blue” markalı, 20 ədəd “Rothmans silver” markalı, 10 ədəd “Rothmans alber” markalı, 16 ədəd “Palmal nano silver” markalı, 12 ədəd “Palmal nano white” markalı, 9 ədəd “Kent 4” markalı, 3 ədəd “Palmal am. night” markalı, 4 ədəd “Neo boost scarlet” markalı, 5 ədəd “Argo nano sweet” markalı, 8 ədəd “Davidov purple” markalı, 1 ədəd “Magna nano silver” markalı, 11 ədəd “Keno nano grafe” markalı, 7 ədəd “Keno blue compact” markalı, 2 ədəd “Keno nano royal” markalı, 3 ədəd “Keno nano black” markalı, 4 ədəd “Keno nano platinium” markalı, 5 ədəd “Want nano black” markalı siqaretləri təhvil almışdır (i.v. 208); xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 özünə məxsus üzərində “PRİMULATOR R134a” yazısı olan pivə süzmək üçün aparatı və 01 ədəd qaz balonunu təhvil almışdır (i.v. 209); 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 955180 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X2r; zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.12-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur və CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 50-ci bəndinə əsasən məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 19 may 2022-ci il tarixdən 21 may 2022-ci il tarixədək şübhəli qismində tutulduğu 02 (ki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməli (CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), iş üzrə maddi sübut kimi tanınmış 15 ədəd “Winchester” markalı, 20 ədəd “Winchester silver” markalı, 2 ədəd “Sobraniye black” markalı, 10 ədəd “LD compakt White” markalı, 12 ədəd “LD White” markalı, 16 ədəd “Winston Caster” markalı, 8 ədəd “Winchester compact silver” markalı, 5 ədəd “Winchester compact blue” markalı, 11 ədəd “Winchester compact silver” markalı, 10 ədəd “Kent fell” markalı, 2 ədəd “Kent mellow” markalı, 13 ədəd “Kent nano 4” markalı, 6 ədəd “Kent nano 1” markalı, 8 ədəd “Rothmans blue” markalı, 20 ədəd “Rothmans silver” markalı, 10 ədəd “Rothmans alber” markalı, 16 ədəd “Palmal nano silver” markalı, 12 ədəd “Palmal nano white” markalı, 9 ədəd “Kent 4” markalı, 3 ədəd “Palmal am. night” markalı, 4 ədəd “Neo boost scarlet” markalı, 5 ədəd “Argo nano sweet” markalı, 8 ədəd “Davidov purple” markalı, 1 ədəd “Magna nano silver” markalı, 11 ədəd “Keno nano grafe” markalı, 7 ədəd “Keno blue compact” markalı, 2 ədəd “Keno nano royal” markalı, 3 ədəd “Keno nano black” markalı, 4 ədəd “Keno nano platinium” markalı, 5 ədəd “Want nano black” markalı siqaretlərin, 01 ədəd üzərində “Primulator R134A” yazılı pivə süzmək üçün olan aparatın və 01 ədəd qaz balonunun saxlanılması üçün sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 8də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 may 2022-ci il tarixdən 21 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut – 15 ədəd “Winchester” markalı, 20 ədəd “Winchester silver” markalı, 2 ədəd “Sobraniye black” markalı, 10 ədəd “LD compakt White” markalı, 12 ədəd “LD White” markalı, 16 ədəd “Winston Caster” markalı, 8 ədəd “Winchester compact silver” markalı, 5 ədəd “Winchester compact blue” markalı, 11 ədəd “Winchester compact silver” markalı, 10 ədəd “Kent fell” markalı, 2 ədəd “Kent mellow” markalı, 13 ədəd “Kent nano 4” markalı, 6 ədəd “Kent nano 1” markalı, 8 ədəd “Rothmans blue” markalı, 20 ədəd “Rothmans silver” markalı, 10 ədəd “Rothmans alber” markalı, 16 ədəd “Palmal nano silver” markalı, 12 ədəd “Palmal nano white” markalı, 9 ədəd “Kent 4” markalı, 3 ədəd “Palmal am. night” markalı, 4 ədəd “Neo boost scarlet” markalı, 5 ədəd “Argo nano sweet” markalı, 8 ədəd “Davidov purple” markalı, 1 ədəd “Magna nano silver” markalı, 11 ədəd “Keno nano grafe” markalı, 7 ədəd “Keno blue compact” markalı, 2 ədəd “Keno nano royal” markalı, 3 ədəd “Keno nano black” markalı, 4 ədəd “Keno nano platinium” markalı, 5 ədəd “Want nano black” markalı siqaretlərin, 01 ədəd üzərində “Primulator R134A” yazılı pivə süzmək üçün olan aparatın və 01 ədəd qaz balonunun saxlanılması üçün sahiblərinə geri qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar