Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-443/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1968-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilmiş), ünvan 1 ünvanlarda müvəqqəti yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,756 qram olan tünd qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək əldə edərək üzərində saxlamaqla daşımış, 07 may 2024-cü il tarixdə saat 17:00-da Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılıb, ünvan 3Pİ-nin 34-cü PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi-axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,756 qram olan tünd qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 5 ünvanında qeydiyyatdadır, Bakı şəhərində müvəqqəti olaraq müxtəlif ünvanlarda yerləşən gündəlik evlərdə kirayə yaşayır, bir neçə ildir psixotrop maddələrdən və narkotik vasitələrdən istifadə edir, hazırda evli olsa da ailəsi ilə birlikdə yaşamır, yetkinlik yaşına çatmış övladı vardır, özü əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Narkotik vasitəni tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Sonuncu dəfə 7 may 2024-cü il tarixdə günorta saatlarında bədənində ağrılar olmasına görə yaşadığı evdən çıxıb narkotik vasitə əldə etmək qərarına gələrək, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında əvvəllər narkotik vasitə əldə etməsinə görə həmin əraziyə getmiş, orada bir qədər piyada gəzdikdən sonra əvvəllər üzdən tanıdığı, adını və digər anket məlumatlarını bilmədiyi və əvvəllər bir neçə dəfə ona narkotik vasitə tapmaqda kömək edən şəxsi görüb onunla bir qədər hal-əhval tutduqdan sonra bədənində ağrılar olduğunu bildirərək, onun üçün narkotik vasitə kakos tapmasını xahiş edib üzərində olan 50 manat pulu həmin şəxsə vermiş, həmin şəxs ona bir neçə dəqiqə gözləməsini bildirmiş, bir qədər ətrafda piyada hərəkət etdikdən sonra həmin şəxs yenidən əvvəl görüşdükləri yerə gəlmiş, verdiyi 50 manat pulun qarşılığında ona bir ədəd şəffaf sellofan bükümü təqdim etmiş, o, həmin bükümü əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyub oradan uzaqlaşmış, narkotik vasitəni həmin günü axşam saatlarında istifadə etmək qərarına gəlmişdir. 7 may 2024-cü il tarixdə saat 17 radələrində ünvan 2 ünvanın yaxınlığına çatan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan narkotik vasitənin qəbulu ilə məşğul olması barədə soruşduqda narkotik vasitə istifadə etməsi barədə bidirməsinə görə 34-cü Polis şöbəsinə dəvət olunmuş, sonra ona hüquqlarının müdafiə olunması məqsədilə dövlət hesabına müdafiəçi dəvət olunmuş, polis şöbəsində hüquq və vəzifələri ona izah olunduqdan, sonra üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofan bükümü çıxardıb təqdim etmiş, polis əməkdaşı ondan həmin bükümdəki maddə barədə soruşükünü çıxardıb təqdim etmiş, əhəmiyyət kəsb etməyəcəyini başa düşüb həmin bükümdə olan maddənin narkotik olmasını bildirmiş, ondan həmin narkotik vasitəni haradan və kimdən alması barədə soruşduqda həmin maddəni Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun Neftçilər stansiyası yaxınlığından tanımadığı şəxsdən almasını bildirmiş, sonra başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamaması barədə soruşduqda təqdim etdiyi narkotik vasitədən başqa heç bir yerdə qanunsuz əşya saxlamamasını bildirmiş, sonra üzərindən aşkar edilən narkotik vasitəyə dair polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayorudur. Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili işləyən, polis mayoru Şahid2 ilə işlədikləri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati ərazisində xidmətdə olan zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etməsinə görə 7 may 2024-cü il tarixdə saat 17:00-da Xətai rayonu, Sarayevo küçəsi 13 ünvanın yaxınlığında olan vaxtı Təqsirləndirilən şəxs görüb özünü şübhəli apardığından yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşduqda Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi barədə bildirməsinə görə həmin şəxsi Polis Şöbəsinə dəvət etmiş və o, etiraz etmədiyinə görə onu PŞ-yə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Elçin Qəhrəmanlıya təhvil vermiş, şöbədə olan zaman həmin şəxsin xx xxxxxx 1968-ci ildə Yevlax rayonunda anadan olması, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunması və məhkumluğunun ödənilməsi, Yevlax şəhəri, H.Rəcəbov küçəsi, ev 13 ünvanında qeydiyyatda olan, hazırda daimi yaşayış yeri olmayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, təhqiqatçı X5 Əliyevin hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb masanın üzərinə qoymuş, sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və başqa hər hansı predmet aşkar olunmamış, sonra təhqiqatçı Elçin Qəhrəmanlı bir ədəd şəffaf sellofan bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində «kakos» olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs həmin narkotik vasitəni heç bir anket məlumatlarını bilmədiyi Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun "Nizami" stansiyası yaxınlığından tanımadığı şəxsdən 50 manat nağd pul müqabilində aldığını bildirmiş, sonra sellofan bükümün içərisində narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə çəkisi 3,23 qram görünmüş, sonra iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq edilməsi barədə suala cavab olaraq, ona qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməməsini, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra şahid suala cavab verərkən narkotik vasitənin heroin deyil, tiryək olduğunu xatırladığı bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadə verərək Xətai RPİ-nin 34-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir; (i.v.1) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Xətai RPİ-nin 34-cü PŞnin 07 may 2024-cü il tarixli əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, xx xxxxxx 1968-ci ildə Yevlax rayonunda anadan olmuş, ünvan 1 ünvanlarda müvəqqəti yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlaması, isitfadə etməsi və gəzdirməsi barədə ehtimal doğuran, məlum və qərəzsiz mənbədan məlumat daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin 34-cü PŞ-nın əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri - Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1; qrupun üzvü - Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid2 ibarət olmuşdur; (i.v.9) - Şübhəli şəxsin tutulması haqqında 07 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə saat 17:00 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.21) - şəxsi axtarış və götürmə aparılması haqqında 07 may 2024-cü il tarixli protokoldan görünür ki, akı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə şəxsi axtarış və götürmə aparılacağı bildirilərək, üzərində hər hansı bir qeyriqanuni əşya və sairənin olması, həmçinin könüllü təqdim etməsi təklif olunduqdan, sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü təqdim edərək, həmin bükümün içərisində adını «kakos» kimi bildiyi narkotik vasitə «heroin>>> olmasını, Bakı şəhəri, Xətai rayonu, «Neftçilər metrostansiyası» ərazisində tanımadığı şəxsdən 50 manata alıb əldə edərək üzərində saxlamasını bildirmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar olunmuş kütlədən başqa qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, vasitə aşkar olunmamış, üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və 3,23 qram olması müəyyən edilmiş, aşkar olunmuş kütlə zərfə qoyulub qablaşdırılaraq, möhürlənmiş və bu barədə protokol tərtib olunaraq, protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. (i.v.33-34) - istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə olunmuşdur; (i.v.35) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/2549 nömrəli 08 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət Təqsirləndirilən şəxs (imza)...» yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,756 qram olan tünd qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəkdir. Asetilə edilən tiryək (tiryək) Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Asetilə edilən tiryəkin təmiz çəkisi - 2,756 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 2,706 qram. (i.v.45-46) - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur; (i.v.55-56) - “DVD” disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında 09 may 2024cü il tarixli protokoldan və həmin görüntülərin məhkəmə baxışı zamanı tədqiqi zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 07 may 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİ-nin 34-ci PŞ-nin inzibati otaqlarından biridir. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Elçin Qəhrəmanlının qarşısında sol tərəfində oturmuş şəxs, Bakı şəhəri 13 saylı hüquq bürosunun vəkili X1r. Xidməti otaqda təhqiqatçı Elçin Qəhrəmanlının qarşısında sağ tərəfində ayaq üstə durmuş əyninə göy rəngli cins şalvar və qara rəngli qolsuz kofta geyinmiş şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sağ və sol yanında dayanmış şəxslər Xətai RPİ- nin 34-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və həmin şöbənin əməliyyat müvəkkili, polis mayoru Şahid2dur. Video çəkilişin davamında təhqiqatçı Elçin Qəhrəmanlı Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etdi. Bundan sonra təhqiqatçı Elçin Qəhramanlı bükümdə nə olmasını və haradan əldə etməsi barədə soruşan zaman Təqsirləndirilən şəxs bükümün içərisində kakos adlanan narkotik vasitə olmasını həmin bükümü 50 manat pul qarşılığında metronun "Neftçilər" stansiyası yaxınlığından tanımadığı şəxsdən almasını bildirdi. Həmin narkotik vasitəyə bənzər maddənin çəkisini müəyyən etmək üçün bölmənin təhqiqatçısı, polis kapitanı Elçin Qəhramanlı həmin bükümü tərəzi üzərinə qoyur və bükümün ümumi çəkisinin 3.23 qram olması müəyyən edilir. Bundan başqa Elçin Qəhramanlı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsədə, sonuncunun üzərindən hər hansı sübut əhəmiyyətinə malik ola biləcək predmet və əşya aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhür ilə möhürlənir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanmışdır. (i.v.71-72) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-359/2024 saylı 09 may 2024-cü il tarixli hökmündən görünür ki, xx.xx.1968-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, H.Rəcəbov küçəsi, ev 13-də qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Həbsdə saxlama müddəti 3 ay həddində müəyyən edilmişdir. Həbsdə olma müddətinin əvvəli 07 may 2024cü il tarixdən hesablanmışdır. (i.v.80-84) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1997-ci ildə Yevlax rayon xalq Məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1997-ci ildə cəzasının sonu ilə azad olunmuş; xx.xx.2009-cu ildə Yevlax rayon Məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə əmlakı müsadirə olunmaqla 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 1 il 6 ay 1 günü azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, xx.xx.2011-ci ildə Yevlax rayonu Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə qalan 4 ay 15 gün cəzası 300 manat miqdarında cərimə cəzası ilə əvəz olunmuşdur. (i.v.87-88) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yevlax Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 905/2 saylı məktubuna əsasən Təqsirləndirilən şəxsn “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013cü il tarixli Qərarının 1.4-cü bəndi tətbiq edilməklə 300 manat cərimə cəzasından azad edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 1 iyul 2024-cü il tarixli 4509 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə Əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v.113- 114) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 35-ci qrafasına əsasən təmiz çəkisi 2,756 qram olan asetilə edilən tiryək xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.2- 1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 07 may 2024-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 07 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,706 qram narkotik vasitə olan asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 07 may 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 2,706 qram narkotik vasitə olan asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-443/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-443/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver