Məhkəmə qərarları › İş №1(011)-444/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-444/2021

04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-444/2021 04.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan– Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 16 aprel 2021-ci il tarixdə saat 04 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus "Mercedes Benz C180" markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısını üzərində olan vintaçan ilə açaraq avtomobildən sonuncuya məxsus bir ədəd 150 manat dəyərində "Pioner'" markalı maqnitofonu, bir ədəd 70 manat dəyərində videoyazanı, bir ədəd 100 manat dəyərində “Samsung Galaxy” markalı, “2” modelli mobil telefon aparatı, 01 ədəd içərisində 10 manat dəyərində ***-***-**-** saylı “Azərfon” mobil nömrə olan 20 manat dəyərində ''Nokia” markalı mobil telefon aparatı, bir ədədi 25 manat olan iki ədəd 50 manat dəyərində kişi ətri, bir ədəd 25 manat dəyərində cins şalvarı, bir cüt 25 manat dəyərində kişi ayaqqabısı, bir ədəd 10 manat dəyərində mobil telefon qabı, bir ədəd İ0 manat dəyərində yaddaş kartı, içərisində 600 manat pul vəsaiti olan bir ədəd 20 manat dəyərində pul kisəsini və içərisində 280 manat pul vəsaiti olan bir ədəd 25 manat dəyərində pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1395 manat (bir min üç yüz doxsan beş manat) məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 13 iyun 2021-ci il tarixdə saat 03:30 dəqiqədə Zərərçəkmiş şəxs2 icarədarı olduğu ünvan 3 ünvanda yerləşən “Palma” adlı çay evinin pəncərəsini əli ilə itələyib açaraq qanunsuz olaraq ora daxil olub çay evinin kabinetlərindən bir ədədi 600 manat olan dörd ədəd, cəmi 2400 manat dəyərində "Shivaki" markalı televizoru və bir ədəd 100 manat dəyərində “Digitürk” aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2500 manat (iki min beş yüz manat) məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamda göstərilən cinayətlərin tərəfindən törədilmədiyini, istintaq zamanı təzyiqlə ifadə verdiyini, videogörüntüdə olan şəxsin o, olmadığını, oğurluq olan əraziləri və zərərçəkmişləri tanımadığını bildirərək barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, əvvəllər iki dəfə məhkum olunmuş, belə ki, sonuncu dəfə 25.01.2002-ci ildə Qazax Hərbi məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisini 06.05.2003-cü il tarixli aministiya qərarının 2.4-cü bəndinə əsasən qalmış cəzası 1/3 dəfə azaldılmış və üzərində 03 il 01 ay 23 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. 26.11.2003-cü ildə Salyan rayon məhkəməsinin 06.11.2003-eü tarixli qəranna əsasən CM-nin 76-cı maddəsinə əsasən 01 il 02 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azadlığa çıxdıqdan sonra müxtəlif işlərlə məşğul olmuşdur. Son vaxtlar heç bir yerdə işləmədiyi üçün pula ehtiyacı yaranmış və buna görədə asan pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Buna görədə 2021-cı ilin aprel ayının 15-dən 16-na keçən gecə evdən çıxararı piyada Xətai rayonunun ərazisini gəzişməyə başlamışdır. Saat 04 radələrində Dənizçi küçəsi ilə məhəllərin arasında piyada hərəkət edən zaman dövlət qeydiyyat nişanını xatırlamadığı gümüşü rəngli “Mercedes” markalı avtomobilin məhəllədə dayandığını görmüşdür. Ətrafda heç kimin olmadığını görüb avtomobildən oğuluq etməyi qərarlaşdırmış və evdən özü ilə götürdüyü vintaçan ilə avtomobilin arxa sağ qapısının üst hissəsindən fiziki güc tətbiq edərək qapını açıb avtomobilə daxil olmuşdur. Avtomobilə daxil olub avtomobilin ön panelinə quraşdırılmış bir ədəd maqintofonu, ön şüşəyə quraşdırılmış bir ədəd videoyazanı, avtomobilin qabaq sağ oturacağının qarşısında olan açıq yerdən bir ədəd “Samsung Galaxy 2” markalı mobil telefon, bir ədəd “Nokia” markalı mobil telefon, iki ədəd ətir, bir ədəd mobil telefon qabı, bir ədəd yaddaş kart, iki ədəd pul qabı, arxa oturacağın üzərindən bir ədəd göy rəngli cins şalvarı və ayaqaltı hissədə olan bir cüt kişi ayaqqabısını götürərək avtomobildən çıxmış və heç kimin görmədiyindən əmin olub qaçaraq oradan uzaqlaşmışdır. Oğurladığı pul kisəsini açıb baxan zaman orada müxtəlif sənədlər və ümumilikdə 880 manat pul olduğunu görmüşdür. Həmin sənədlərin içərisində sürücülük vəsiqəsi də olmuşdur. Sürücülük vəsiqəsini özündə saxlayıb digər sənədləri və digər əşyaları zibil qabına atmışdır. Oğurladığı maqintofonu, videoyazını və iki ədəd mobil telefonu 8-ci kilometr bazarında tanımadığı şəxsə ümumilikdə 200 manata satmışdır. Bir müddət həmin pulla dolandıqdan sonra polis əməkdaşları onu tutmadığından arxayınlaşmış və yenə də oğurluq etmək qərarına gəlmişdir. 2021-ci ilin iyun ayının 12dən 13-nə keçən gecə saat 03:30 dəqiqədə Xətai rayonu Xəzər dairəsi adlanan yerin yaxınlığında piyada gəzən zaman avtomobil yolunun kənarında çay evinin olduğunu görmüşdür. Avtomobil yolundan avtomobillər keçsə də, gecə olduğundan ətrafda kənar şəxslər olmamış, buna görə də çay evinin pilləkənləri ilə yuxarıya qalxaraq çay evinin plastik pəncərəsini itələyib açaraq içəri daxil olmuşdur. Çay evinin içərisi kabinetlərdən ibarət olmuş, ilk öncə piştaxtanın arxasına keçib orada dəyərli əşya axtarmağa başlamış, sonra isə kabinetlərə daxil olmuşdur. Kabinetlərə daxil olduqda orada televizorlar olduğunu görmüşdür. Televizorların dəyərli olduqlarını düşünüb oğurlamaq qərarına gəlmişdir. Kabinetlərdən dörd ədəd, yəni hər birindən bir ədəd olmaqla ümumilikdə dörd ədəd televizoru və bir ədəd apratı götürmüşdür. Həmin televizorları və aparatı ilk öncə çay evinin girişindəki birinci kabinetə yerləşdirmiş, sonra isə televizorları və aparatı bir-bir gəldiyi yolla, yəni pəncərədən çölə çıxarmışdır. Televizorların 4 ədədini eyni anda götürüb çıxarmağa gücü çatmadığı üçün hissəhissə daşıyıb yaxınlıqdakı ağaclıq sahədə gizlətmişdir. Səhəri gün televizorları və aparatı gizlətdiyi yerə gedərək bir-bir oradan çıxarmış, sonra isə taksi sifariş verərək taksiyə yükləyib 8-ci kilometr bazarına aparıb orada ümumilikdə 800 manata satmışdır. Həmin hadisələri özü tək könüllü olaraq elmiş və heç kim kömək elməmişdir. Oğurluq edəcəyindən heç kimin məlumatı olmamış və bu barədə heç kimə deməmişdir. Oğurluq elədikdən sonra əldə etdiyi əşyaları satan zaman özünə məxsus olmasını bildirməklə satmış və satdığı şəxsləri tanımır. Həmin oğurluq hadisələrindən başqa heç bir cinayət hadisəsi etməmişdir. “Mercedes Benz C180" markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobildən 880 manat pul, bir ədəd “Pioner" markalı maqnitafon. bir ədəd müşahidə kamerası, bir ədəd “Samsung" markalı, içərisində nömrə olan bir ədəd “Nokia” markalı mobil telefonlar, iki ədəd kişi ətri, bir ədəd cins şalvar, 01 cüt kişi ayaqqabısı, bir ədəd telefon qabı, bir ədəd yaddaş kartı və iki ədəd pul qabı oğurlamışdır. Pul qabının içərisində sürücülük və digər sənəd olmuşdur, həmin avtomobilə qiymətli əşya və pul oğurlamaq üçün daxil olmuş, lakin oğurladığı pul kisəsinin içərisində sənədlər də olmuş, bunu pul kisəsini oğurladıqdan sonra görmüşdür. İstintaq zamanı ifadələrində düzgün göstərməmiş, belə ki, qorxduğu və həyəcanlı olduğundan yalnız avtomobildən bir ədəd maqintofon, ön şüşəyə quraşdırılmış bir ədəd videoyazan, bir ədəd “Samsung Galaxy 2" markalı mobil telefon, bir ədəd “Nokia" markalı mobil telefon, iki ədəd ətir, bir ədəd mobil telefon qabı, bir ədəd yaddaş kartı, bir ədəd pul qabı, bir ədəd göy rəngli cins şalvar və bir cüt kişi ayaqqabısını oğurladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman sürücülük vəsiqəsini təqdim etmişdir. Avtomobildən oğurladığı bir ədəd maqintofonu, bir ədəd videoyazanı, bir ədəd "Samsung Galaxy 2” markalı mobil telefon, bir ədəd “Nokia" markalı mobil telefon, iki ədəd ətir, bir ədəd mobil telefon qabını və bir ədəd yaddaş kartı 8-ci km bazarında tanımadığı şəxsə 200 manata satmışdır. İki ədəd pul qabı, bir ədəd göy rəngli cins şal varı və bir cüt kışı ayaqqabısını isə zibil qabına atmışdır. Belə ki, şalvarı və ayaqqabını istifadə etmək üçün götürmüşdür. Lakin, ayaqqabı və şalvar olmadığından nə edəcəyini bilməmiş, buna görə də atmışdır. Vintaçanı şalvarı, ayaqqabını və pul qabını atan zaman zibil qabına atmışdır. Lakin atdığı ünvanı bilməmişdir, ''Samsung Galaxy 2” markalı mobil telefonun içərisində nömrə olmamışdır. Ancaq “Nokia" markalı mobil telefonun içərisində bir ədəd nömrə olmuş, nömrəni telefonu satan zaman çıxarıb sındırıb atmışdır. Lakin nömrənin “Azərcell", “Azərfon" və “Bakcell" aid olub-olmamasını unutmuşdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən “Palma" adlı çay evini 11 iyun 2021-ci il tarixdən icarə əsasında işlədir. Həmin çay evini icarəyə götürməzdən əvvəl oraya 10 ədəd televizor, 01 ədəd ödənişli kanallar üçün olan “Digitürk” markalı aparat və digər lazım olacaq əşyalar almışdır. 12 iyun 2021-ci il tarixdə saat 22:50 dəqiqədə çay evinin qapısını bağlayıb evə getmişdir. Səhəri gün, yəni 12 iyun 2021-ci ii tarixdə saat 19 radələrində çay evinə gələn zaman küçədən baxdıqda çay evinin pəncərəsinin açıq olduğunu görmüşdür. İçəriyə daxil olduqda piştaxtanın dağınıq vəziyyətdə olduğunu, içəridəki kabinetlərdən isə dörd ədəd hər biri 600 manat dəyərində “Shivaki” markalı televizorun və bir ədəd 100 manat dəyərində “Digitürk” aparatının oğurlandığını aşkar etmişdir. Oğurluq olduğunu gördükdən sonra DİNnin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2500 manat məbləğində maddi ziyan dəymişdir. Hadisənin görüntülərinə baxmış, oğurluq edən şəxs hazırkı təqsirləndirilən şəxsə oxşamışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidi və zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 15 aprel 2021-ci il tarixdə saat 21 radələrində işdən çıxaraq yaşadığı evə qayıtmış və idarə eldiyi “Mercedes-Benz C180” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin qarşısında saxlayıb evinə getmişdir. Səhər tezdən, yəni 16 aprel 2021-ci il tarixdə saat 09 radələrində işə getmək üçün yaşadığı evdən çıxıb idarə etdiyi avtomobilə yaxınlaşan zaman avtomobilin arxa sağ qapısının natamam açıq vəziyyətdə olduğunu görmüşdür. O, bundan şübhələnib tez yaxınlaşıb avtomobilə baxan zaman ona məlum olmuşdur ki, naməlum şəxs idarə etdiyi avtomobilə daxil olaraq salonunda olan 150 manat dəyərində 01 ədəd “Pioneer” markalı maqnitofonu, 70 manat dəyərində 1 ədəd video yazanı, 100 manat dəyərində 01 ədəd “Samsung Galaxy 2” markalı mobil telefonu, içərisində 10 manat dəyərində 070-841-49- 41 saylı mobil nömrə olan 20 manat dəyərində "Nokia” markalı mobil telefonu, hər biri 25 manat otmaqla cəmi 50 manat dəyərində 2 ədəd kişi ətrini, 25 manat dəyərində 1 ədəd göy rəngli cins şalvarı, 25 manat dəyərində 01 cüt kişi ayaqqabısını, 10 manat dəyərində 01 ədəd mobil telefon qabını, 10 manat dəyərində 01 ədəd yaddaş kartını (flaşkart), 20 manat dəyərində 01 ədəd qara rəngli pul qabını içərisində 600 manat pul və sürücülük vəsiqəsilə birlikdə, 25 manat dəyərində 01 ədəd qəhvəyi rəngli pul qabını içərisində 280 manat pul və qardaşı Samir Alıyevə məxsus qaçqınlıq vəsiqəsi ilə birlikdə oğurlamışlar. Bundan sonra o, DİN-nin ”102” xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər sonra 25-ci PB-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlə. Həmin hadisə nəticəsində ona ümumilikdə 1395 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidi və zərərin ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 26 iyun 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir ( i.v. 1); baxış keçirilməsi haqqında 13.06.2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 3 ünvana baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir ( i.v. 10-14); zərərçəkmiş şəxs qismində tanınma haqqında 26 iyun 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 16); Təqsirləndirilən şəxs izahatdan görünür ki, o, narkotikə olan tələbatına görə 16.04.2021-ci il tarixdə Mercedes markalı avtomobildən 300 manat pul və aksesuar oğurlamasını etiraf etmiş, “izahatı özüm yazdım, heç bir əlavəm yoxdur, imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 34); Təqsirləndirilən şəxs izahatdan görünür ki, o, narkotik vasitələrin aludəçisi olduğunu, 13.06.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 89 ünvanda yerləşən “Palma” çay evinə pəncərəni mismarçıxaranla açıb içəriyə daxil olduğunu, oradan 4 ədəd televizoru bir-bir çölə çıxarıb oğurlamasını, 800 manata satmasını etiraf etmiş, “izahatı özüm yazdım, heç bir əlavəm yoxdur, düzgünlüyünü imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 35); təqdimetmə və götürmə haqqında 24 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Mercedes Benz C180" markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilindən oğurladığı pul kisəsinin içərisində aşkar eldiyi Zərərçəkmiş şəxs1 məxsus sürücülük vəsiqəsini təqdim elmişdir (i.v. 37); Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, 16 aprel 2021-ci il tarixdə saat 04 radələrİndə ünvan 2 ünvanın qarşısında saxlanılmış "Mercedes Benz C180" markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısını üzərində olan vintaçan ilə açaraq avtomobildən oğurluq etməsini, bundan başqa, 13 iyun 2021-ci il tarixdə saat 03:30 dəqiqədə ünvan 3 ünvanda yerləşən “Palma” adlı çay evinin kabinetlərindən dörd ədəd "Shivaki" markalı televizoru və bir ədəd “Digitürk” aparatını oğurlamasını etiraf etmiş, “ifadəmi oxudum düz yazılıb imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 44); şübhəli şəxsin tutulması haqqında 24 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə, saat 20:00-da tutulmuşdur ( i.v. 53); şübhəli şəxsin dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2021-ci il tarixdə saat 04 radələrİndə ünvan 2 ünvanın qarşısında saxlanılmış "Mercedes Benz C180" markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısını üzərində olan vintaçan ilə açaraq avtomobildən oğurluq etməsini, bundan başqa, 13 iyun 2021-ci il tarixdə saat 03:30 dəqiqədə ünvan 3 ünvanda yerləşən “Palma” adlı çay evinin kabinetlərindən dörd ədəd "Shivaki" markalı televizoru və bir ədəd “Digitürk” aparatını oğurlamasını etiraf etmiş, “ifadəmi oxudum düz yazılıb imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 63); ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir ( i.v. 66-71); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur ( i.v. 74-75); təqsirləndirilən şəxsin dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2021-ci il tarixdə saat 04 radələrİndə ünvan 2 ünvanın qarşısında saxlanılmış "Mercedes Benz C180" markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısını üzərində olan vintaçan ilə açaraq avtomobildən oğurluq etməsini, bundan başqa, 13 iyun 2021-ci il tarixdə saat 03:30 dəqiqədə ünvan 3 ünvanda yerləşən “Palma” adlı çay evinin kabinetlərindən dörd ədəd "Shivaki" markalı televizoru və bir ədəd “Digitürk” aparatını oğurlamasını etiraf etmiş, “ifadəmi oxudum düz yazılıb imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 85-87); baxış keçirilməsi haqqında 16.04.2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 2 ünvana baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir ( i.v. 101-102); zərərçəkmiş şəxs qismində tanınma haqqında 04 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 16); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-365/2021 saylı, 26.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 02 (iki) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 26 iyun 2021-ci il tarixdən hesablanmışdır ( i.v. 182-187); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 03 sentyabr 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkməsinin 25.01.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisini 06.05.2003-cü il tarixli aministiya qərarının 2.4-cü bəndinə əsasən qalmış cəzası 1/3 dəfə azaldılmış və üzərində 03 il 01 ay 23 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 26.11.2003-cü ildə Salyan Rayon Məhkəməsinin 06.11.2003-eü tarixli qərarına əsasən CM-nin 76-cı maddəsinə əsasən 01 il 02 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur ( i.v. 188-190); sübutların qiymətləndirilməsi haqqında 22 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilmiş, barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokollar, baxış keçirilməsi və götürmə haqqında protokol sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs1 məxsus AC 059750 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmiş, bir ədəd özündə videogörüntüləri əks etdirən DVD disk iş üçün mühüm əhəmiyyət kəsb eldiyindən sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir ( i.v. 198-207); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 23 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan yeni məzmunda ittiham ona elan olunmuşdur ( i.v. 214); Məhkəmə, Təqsirləndirilən şəxs oğurluq etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs dəfələrlə ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs həmin epizodlar üzrə özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Video diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, bir nəfər əynində boz rəngli şalvar, qara rəngli ayaqqabı, ağ rəngli gödəkçə, başın qara rəngli papaq və sifət nahiyəsində qara rəngli tibbi maska olan kişi cinsindən olan və Təqsirləndirilən şəxs oxşar şəxs saat 03:30 radələrində çay evinə daxil olaraq ilk öncə sağ tərəfdə yerləşən piştaxtaya yaxınlaşaraq orada nə isə axtarır. Bir qədər axtardıqdan sonra bir-bir çay evindəki kabinetlərə daxil olmağa başlayır, kabinetlərdən ümumilikdə 04 ədəd televizoru götürərək çay evindəki birinci kabinetə yerləşdirir, daha sonra çay evini tərk edir. İstintaq zamanı Təqsirləndirilən şəxs videogörünlüdə görünən əynində boz rəngli şalvar, qara rəngli ayaqqabı, ağ rəngli gödəkçə, başın qara rəngli papaq və sifət nahiyəsində qara rəngli tibbi maska olan şəxsin özü olduğunu bildirmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı da, hadisə yerindən götürülmüş videogörüntüyə baxış keçirilmiş, videogörüntüdə olan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan əlavə, hər iki epizod üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. Bundan əlavə, təqdimetmə və götürmə haqqında 24 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Mercedes Benz C180" markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilindən oğurladığı pul kisəsinin içərisində aşkar eldiyi Zərərçəkmiş şəxs1 məxsus sürücülük vəsiqəsini təqdim elmişdir. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman belə, özünü elan edilmiş ittiham üzrə təqsirli bilmişdir. Məhkəmə, zərərçəkmiş şəxslərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə biləbilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxslərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – təkrarən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, bununla da, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olamaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut Zərərçəkmiş şəxs1 məxsus sürücülük vəsiqəsinin sahibinə qaytarılması nəzərə alınmalı, cinayətin görüntülərini əks etdirən 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 (bir) ədəd sürücülük vəsiqəsinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – cinayətin görüntülərini əks etdirən 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar