Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-447/2021 12.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi –Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsili, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyri yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli yolla talayıb təkrar oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 iyul 2021-ci il tarixdə saat 02 radələrində ünvan 5 ünvanında yerləşən hazırda fəaliyyəti dayandırılmış H.Z.Tağıyev adına olan Toxuculuq kombinatının yaxınlığına gəlmiş, orada Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 gözləmiş, sonuncu isə hasardan kombinatın həyətinə keçdikdən sonra kombinatın binasında Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi dəmir qapılarının hazırlanması sexinin giriş qapısının üzərində olan asma qıfılı özü ilə gətirdiyi dəmir parçası ilə sındırdıqdan sonra içəri qanunsuz daxil olmuş və sexdən 01 ədəd, “Deval” markalı, qiyməti 55 manat olan dreli, 01 ədəd, “Dera” markalı, qiyməti 125 manat olan laqondanı, 01 ədəd, “Ken” markalı, qiyməti 153 manat olan dreli, 01 ədəd, “Hyundai” markalı, qiyməti 100 manat olan laqondanı, 01 ədəd qara rəngli, qiyməti 100 manat olan dreli, 01 ədəd, şarjla işləyən “Makito” markalı, qiyməti 135 manat olan dreli, 02 ədəd, İtaliya istehsalı olan, hər birinin qiyməti 160 manat olan kilid yeri açmaq üçün nəzərdə tutulmuş “çaşka”nı, 02 ədəd Çin istehsalı olan, hər birinin qiyməti 45 manat olan sıxılmış hava ilə mismar vuran tapançanı, 02 ədəd Çin istehsalı olan, hər birinin qiyməti 45 manat olan sıxılmış hava ilə qoşa mismar vuran tapançanı, 01 ədəd “Ken” markalı, qiyməti 75 manat olan hava fenini, 01 ədəd “Volt” markalı, qiyməti 25 manat olan hava tapançasını, 01 ədəd qiyməti 250 manat olan, böyük ölçülü laqondanı, 01 ədəd “Motholanter” markalı, qiyməti 350 manat olan qaynaq aparatını, 20 ədəd hər birinin qiyməti 7(yeddi) manat olan, kiçik ölçülü məngənəni, 01 ədəd “Öz Çelik” markalı, Türkiyə istehsalı olan, qiyməti 840 manat olan künckəsən aparatı, 01 ədəd “Makito” markalı, qiyməti 145 manat olan əl frezini, 01 ədəd “Dera” markalı, qiyməti 145 manat olan hava kompressorunu və 04 ədəd “Volt” markalı, hər birinin qiyməti 65 manat olan rəng vuran tapançanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 3398 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 iyul 2021-ci il tarixdə saat 02 radələrində ünvan 5 ünvanda yerləşən hazırda fəaliyyəti dayandırılmış H.Z.Tağıyev adına olan Toxuculuq kombinatının yaxınlığına gələrək hər ikisi hasardan kombinatın həyətinə keçdikdən sonra kombinatın binasında Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi mebel sexinin giriş qapısının üzərində olan asma qıfılı özləri ilə gətirdikləri dəmir parçası ilə sındırdıqdan sonra içəri qanunsuz daxil olmuş və sexdən qiyməti 800 manat olan bir ədəd əl frezini, qiyməti 150 manat olan bir ədəd əl frezini, qiyməti 250 manat olan bir ədəd polirovka üçün nəzərdə tutulmuş laqonda aparatını, qiyməti 60 manat olan bir ədəd laqonda aparatını, qiyməti 120 manat olan bir ədəd mişarı, qiyməti 180 manat olan bir ədəd şurubaçanı, qiyməti 150 manat olan bir ədəd perforatoru, ümumi qiyməti 200 manat olan kiçik ölçülü əl alətlərini, hər birinin qiyməti 140 manat olan iki ədəd hamaredici aləti, ümumi qiyməti 250 manat olan üç ədəd laqondanı, ümumi qiyməti 50 manat olan iki qutu «şkurka» materialını, qiyməti 140 manat olan bir ədəd perforatoru, qiyməti 70 manat olan bir ədəd laqondanı, qiyməti 80 manat olan bir ədəd dreli və qiyməti 20 manat olan bir ədəd lobziki gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 2800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyri yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 iyul 2021-ci il tarixdə saat 02 radələrində ünvan 5 ünvanında yerləşən hazırda fəaliyyəti dayandırılmış H.Z.Tağıyev adına olan Toxuculuq kombinatının yaxınlığına gəlmiş, orada Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 gözləmiş, sonuncu isə hasardan kombinatın həyətinə keçdikdən sonra kombinatın binasında Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi dəmir qapılarının hazırlanması sexinin giriş qapısının üzərində olan asma qıfılı özü ilə gətirdiyi dəmir parçası ilə sındırdıqdan sonra içəri qanunsuz daxil olmuş və sexdən 01 ədəd, “Deval” markalı, qiyməti 55 manat olan dreli, 01 ədəd, “Dera” markalı, qiyməti 125 manat olan laqondanı, 01 ədəd, “Ken” markalı, qiyməti 153 manat olan dreli, 01 ədəd, “Hyundai” markalı, qiyməti 100 manat olan laqondanı, 01 ədəd qara rəngli, qiyməti 100 manat olan dreli, 01 ədəd, şarjla işləyən “Makito” markalı, qiyməti 135 manat olan dreli, 02 ədəd, İtaliya istehsalı olan, hər birinin qiyməti 160 manat olan kilid yeri açmaq üçün nəzərdə tutulmuş “çaşka”nı, 02 ədəd Çin istehsalı olan, hər birinin qiyməti 45 manat olan sıxılmış hava ilə mismar vuran tapançanı, 02 ədəd Çin istehsalı olan, hər birinin qiyməti 45 manat olan sıxılmış hava ilə qoşa mismar vuran tapançanı, 01 ədəd “Ken” markalı, qiyməti 75 manat olan hava fenini, 01 ədəd “Volt” markalı, qiyməti 25 manat olan hava tapançasını, 01 ədəd qiyməti 250 manat olan, böyük ölçülü laqondanı, 01 ədəd “Motholanter” markalı, qiyməti 350 manat olan qaynaq aparatını, 20 ədəd hər birinin qiyməti 7(yeddi) manat olan, kiçik ölçülü məngənəni, 01 ədəd “Öz Çelik” markalı, Türkiyə istehsalı olan, qiyməti 840 manat olan künckəsən aparatı, 01 ədəd “Makito” markalı, qiyməti 145 manat olan əl frezini, 01 ədəd “Dera” markalı, qiyməti 145 manat olan hava kompressorunu və 04 ədəd “Volt” markalı, hər birinin qiyməti 65 manat olan rəng vuran tapançanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 3398 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 iyul 2021-ci il tarixdə saat 02 radələrində ünvan 5 ünvanda yerləşən hazırda fəaliyyəti dayandırılmış H.Z.Tağıyev adına olan Toxuculuq kombinatının yaxınlığına gələrək hər ikisi hasardan kombinatın həyətinə keçdikdən sonra kombinatın binasında Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi mebel sexinin giriş qapısının üzərində olan asma qıfılı özləri ilə gətirdikləri dəmir parçası ilə sındırdıqdan sonra içəri qanunsuz daxil olmuş və sexdən qiyməti 800 manat olan bir ədəd əl frezini, qiyməti 150 manat olan bir ədəd əl frezini, qiyməti 250 manat olan bir ədəd polirovka üçün nəzərdə tutulmuş laqonda aparatını, qiyməti 60 manat olan bir ədəd laqonda aparatını, qiyməti 120 manat olan bir ədəd mişarı, qiyməti 180 manat olan bir ədəd şurubaçanı, qiyməti 150 manat olan bir ədəd perforatoru, ümumi qiyməti 200 manat olan kiçik ölçülü əl alətlərini, hər birinin qiyməti 140 manat olan iki ədəd hamaredici aləti, ümumi qiyməti 250 manat olan üç ədəd laqondanı, ümumi qiyməti 50 manat olan iki qutu «şkurka» materialını, qiyməti 140 manat olan bir ədəd perforatoru, qiyməti 70 manat olan bir ədəd laqondanı, qiyməti 80 manat olan bir ədəd dreli və qiyməti 20 manat olan bir ədəd lobziki gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 2800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır. Bir yerdə idmanla məşğul olmuşlar. Müxtəlif yerlərdə işləmiş, sonuncu dəfə isə Xətai rayonu ərazisində yerləşən Tağıyev adına olan keçmiş Toxuculuq kombinatının həyətində fəaliyyət göstərən laminant sexində sürücü işləmişdir. Həmin sexdə təxminən bir il beş ay işləmişdir. 2021-ci ilin may ayında sexin işi zəiflədiyi üçün işdən çıxmışdır. Özünə iş tapa bilməmişdir. Maddi imkanı zəifləmişdir. Çıxış yolunu oğurluq etməkdə görmüşdür. Mikayıl da işsiz olmuşdur. Mikayıla əvvəllər işlədiyi sexin yerləşdiyi kombinatın həyətində bir neçə müxtəlif sexlərin fəaliyyət göstərdiyini bildirmiş və orada fəaliyyət göstərən dəmir qapılarının hazırlanması sexindən oğurluq etməyi təklif etmişdir. Mikayıl bu təklifi qəbul etmişdir. 09 iyul 2021-ci il tarixdə gecə saat 02 radələrində Mikayılla birlikdə piyada kombinatın həyətinə gəlmişlər. Mikayıl çöldə gözləmiş, özü isə daş hasardan kombinatın həyətinə tullanmış və kombinatın həyətində fəaliyyət göstərən dəmir qapılarının hazırlanması sexinin qarşısına gəlmişdir. Sexin giriş qapısının üzərində asma qıfılın olduğunu əvvəlcədən bilmiş, ona görə də qıfılı sındırmaq üçün özü ilə «montirovka» adlanan dəmir alət gətirmişdir. «Montirovka» ilə asma qıfılı sındırıb yerə tullamış, sonra isə sexin içərisinə daxil olmuşdur. Sexdən iki ədəd dreli, bir ədəd laqondanı, bir ədəd zamok yeri açmaq üçün nəzərdə tutulmuş «çaşka»nı, bir ədəd mismar vuran «tapança»nı sexdən tapdığı qara rəngli sellofan torbaya yığmış, sexdən götürdüyü bir ədəd perforatoru isə əlində tutub sexi tərk etmişdir. Sonra oğurladığı əşyalarla birlikdə Mikayılın onu gözlədiyi yerə gəlmişdir. Oğurladığı bir ədəd perforatoru və içərisinə alətlər yığdığı sellofan torbanı hasardan Mikayıla vermiş, sonra isə özü hasardan çölə tullanmışdır. Oğurladıqları əşyaları atasının adına olan ünvan 6 ünvanına gətirmişlər. Həmin evdə heç kim yaşamır, fikirləşmişdir ki, həmin evi təmir etdirib kirayəyə verər. Səhərə kimi həmin evdə qalmışlar. Səhər açılandan sonra isə oğurladıqları əşyaların qiymətləri ilə maraqlanmaq üçün Mikayılla birlikdə «8-ci km» bazarına getmişlər. Bazara çatanda orada Mikayılın dostu Sənan adlı şəxslə rastlaşmışlar. Sənanı əvvəllər tanımamışdır. Həmin vaxt ona məlum olmuşdur ki, Sənan mebel ustasıdır. Mikayıl Sənana yalandan guya onun işlətdiyi mebel sexini bağladığını və sexdə olan əşyaları ucuz qiymətə satmaq istədiyini bildirmişdir. Sənan isə Mikayıla zəng edib onunla əlaqə saxlayacağını bildirmişdir. Bazara girməyib geri qayıtmışlar. Əşyaları saxladığı evə, Mikayıl isə öz evinə getmişdir. Növbəti gün günorta saatlarında əşyaları saxladığı evdə olmuş, Mikayıl Sənanla görüşüb həmin evə gəlmişdir. Evdə əşyaları Sənana göstərib qiymətləndirmişlər. Sənan iki ədəd drelə, bir ədəd laqondaya, bir ədəd zamok yeri açmaq üçün nəzərdə tutulmuş «çaşka»ya, bir ədəd mismar vuran «tapança»ya və bir ədəd perforatora görə 270 manat pul təklif etmişdir. Məcbur olub Sənanla razılaşmışlar. Əldə etdikləri pulu iki yerə bölmüşlər. Payına düşən pulu öz ehtiyaclarına xərcləmişdir. Həmçinin, o göstərmişdir ki, 18.07.2021-ci il tarixə keçən gecə Mikayılla birlikdə kombinatın həyətində fəaliyyət göstərən, şəxsən tanıdığı Namiq adlı şəxsin işlətdiyi mebel sexindən də oğurluq etmişdir. Belə ki, Mikayılla birlikdə 18.07.2021-ci il tarixdə saat 02 radələrində hasardan kombinatın həyətinə daxil olub Namiqin işlətdiyi sexin qarşısına gəlmişlər. Sexin giriş qapısının üzərində asma qıfılın olduğunu əvvəlcədən bilmiş, ona görə də qıfılı sındırmaq üçün bu dəfə də özü ilə «montirovka» adlanan dəmir alət gətirmişdir. Qıfılı sındırmaq üçün «montirovka»nı Mikayıla vermişdir. Mikayıl qıfılı sındırandan sonra ikisi də sexə daxil olmuşdur. Sexdə bir ədəd kompressor aparatını, bir ədəd polirovka aparatını, bir ədəd şarjla işləyən əl drelini, iki ədəd tokla işləyən əl drelini, üç ədəd laqondanı, bir ədəd «lobzik» adlanan aləti, bir ədəd əl frezini, bir ədəd böyük ölçülü perforatoru, iki ədəd drel başlağını, təxminən 20 ədəd petləni sexdə olan torbalara yığıb onları hasara tərəf aparmışlar, lakin torbanın birini orada unutmuşlar. Əşyaları hasardan çölə keçirib həmin əşyaları atasının adına olan ünvan 6 ünvanına gətirmişlər. Sonra yadına düşmüşdür ki, sexdə torbanın birini unutmuş və həmin gecə sexə qayıdıb həmin torbanı da götürüb evə gətirmişdir. İki gün gözləmişlər ki, ara sakitləşsin. X3 əlaqə saxlayaraq ona guya bağladığı mebel sexinin digər əşyaların da olduğunu və həmin əşyaları da ucuz qiymətə sata biləcəyini demişdir. Sənan təxminən iki gündən sonra əyşaları saxladığı evə gəlmişdir. Sənan əşyalara nəzər salandan sonra qiymətləşmişlər. Sənan bütün əşyalara 400 manat verəcəyini demişdir. Etiraz etməmişlər. Sənan 400 manat verib əşyaların hamısını taksi ilə götürüb aparmışdır. Təxminən bir saatdan sonra Sənan Mikayıla zəng edərək bir ədəd lobzikin və bir ədəd drelin nasaz vəziyyətdə olduğunu bildirib həmin əşyaları Mikayıla qaytarmış və bu əşyalara görə 400 manat puldan 50 manat çıxmışdır. Mikayıl həmin əşyaları qaytarandan sonra, onları ünvan 6 ünvanına gətirib evin zalında girişdə qoymuşdur. Sonradan dreli söküb onu düzəltməyə çalışmış, lakin onu düzəldə bilməmiş və dreli sökülmüş vəziyyətdə zalın girişində yerə lobzikin yanına qoymuşdur. 350 manat pulu isə bərabər şəkildə Mikayılla aralarında bölmüşlər. Beləliklə o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödədiyini və bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır. Bir yerdə idmanla məşğul olmuşlar. Müxtəlif yerlərdə işləmiş, o cümlədən mebel sexində təchizatçı işləmişdir. Təxminən üç ildir ki, işsizdir. Mənsur da işsiz olduğu üçün ona əvvəllər işlədiyi laminat sexinin yerləşdiyi Kombinatın həyətində bir neçə müxtəlif sexlərin fəaliyyət göstərdiyini bildirmiş və orada fəaliyyət göstərən dəmir qapılarının hazırlanması sexindən oğurluq etməyi təklif etmişdir. Mənsurun təklifini qəbul etmişdir. 09 iyul 2021-ci il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs1la birlikdə piyada kombinatın həyətinə gəlmişlər. Çöldə gözləmiş, Mənsur isə daş hasardan kombinatın həyətinə tullanmış və kombinatın həyətində fəaliyyət göstərən sexlərə tərəf getmişdir. Mənsur oğurluq edəcəkləri sexin giriş qapısının üzərində asma qıfılın olduğunu əvvəlcədən bilmiş, ona görə də qıfılı sındırmaq üçün özü ilə «montirovka» adlanan dəmir alət götürmüşdür. Təxminən 30-40 dəqiqədən sonra Mənsur qayıtmışdır. Əlində iki qara rəngli sellofan torba olmuşdur. Torbanın birində bir neçə alət olmuş, digər torbanın içində isə perforator olmuşdur. Mənsur həmin əşyaları ona verəndən sonra, hasardan çölə tullanmışdır. Oğurladıqları əşyaları Mənsurun ailəsinə məxsus olan ünvan 6 ünvanına gətirmişlər. Həmin evdə yaşayış olmamışdır. Səhərə kimi həmin evdə qalmışlar. Səhər açılandan sonra isə oğurladıqları əşyaların qiymətləri ilə maraqlanmaq üçün «8-ci km» bazarına getmişlər. Bazara çatanda orada tanışı Sənan adlı şəxslə rastlaşmışdır. Sənan mebel ustasıdır, vaxtilə bir yerdə işləmişlər. Sənanı Mənsurla tanış edərək ona yalandan Mənsurun işlətdiyi mebel sexini bağladığını və sexdə olan əşyaları ucuz qiymətə satmaq istədiyini bildirmişdir. Sənan isə zəng edib əlaqə saxlayacağını bildirmişdir. Sənan mobil nömrəsini götürüb getmişdir. Bazara girmədən geri qayıtmışlar. Sonra hər kəs öz evinə getmişdir. Növbəti gün günorta saatlarında Sənan hazırda xatırlamadığı mobil nömrədən ona zəng etmişdir. Sənanla görüşüb Mənsurun evinə gəlmişlər. Evdə əşyaları Sənana göstərmişlər və qiymətləşmişlər. Sənan iki ədəd drelə, bir ədəd laqondaya, bir ədəd zamok yeri açmaq üçün nəzərdə tutulmuş «çaşka»ya, bir ədəd mismar vuran «tapança»ya və bir ədəd perforatora görə 270 manat pul təklif etmişdir. Məcbur olub Sənanla razılaşmışlar. Əldə etdikləri pulu iki yerə bölmüşlər, payına düşən pulu öz ehtiyaclarına xərcləmişdir. Həmçinin, o göstərmişdir ki, 18.07.2021-ci il tarixə keçən gecə Mənsurla kombinatın həyətində fəaliyyət göstərən mebel sexindən də oğurluq etmişlər. Həmin sexdən də oğurluq etməyi Mənsur təklif etmişdir. Belə ki, Mənsurla birlikdə 18.07.2021-ci il tarixdə saat 02 radələrində hasardan kombinatın həyətinə daxil olub mebel sexinin qarşısına gəlmişlər. Sexin giriş qapısının üzərində asma qıfılın əvvəlcədən olduğunu Mənsur bilmiş, ona görə də qıfılı sındırmaq üçün bu dəfə də özü ilə «montirovka» adlanan dəmir alət gətirmişdir. Mənsur qıfılı sındırmaq üçün «montirovka»nı ona vermişdir. Qıfılı sındırandan sonra ikisi də sexə daxil olmuşlar. Sexdə bir ədəd kopressor aparatını, bir ədəd polirovka aparatını, bir ədəd şarjla işləyən əl drelini, iki ədəd tokla işləyən əl drelini, üç ədəd laqondanı, bir ədəd «lobzik» adlanan aləti, bir ədəd əl frezini, bir ədəd böyük ölçülü perforatoru, iki ədəd drel başlığını, təxminən 20 ədəd petləni sexdə olan torbalara yığıb onları hasara tərəf aparmışlar. Əşyaları hasardan çölə keçirib həmin əşyaları piyada Mənsurgilə məxsus olan ünvan 6 ünvanına gətirmişlər. Sonradan Mənsur ona bildirmişdir ki, oğurluq edərkən torbanın birini sexdə unutduğu üçün, təkrar həmin mebel sexinə gedib oradan içində alətlər olan torbanı götürüb evə gətirmişdir. İki gün gözləmişlər ki, ara sakitləşsin. Sonra Sənanla əlaqə saxlayaraq ona guya Mənsurun bağladığı sexin digər əşyaların da olduğunu və həmin əşyaları da ucuz qiymətə sata biləcəyini demişdir. Sənan təxminən iki gündən sonra Mənsurun evinə gəlmişdir. Sənan əşyalara nəzər salandan sonra qiymətləşmişlər. Sənan bütün əşyalara 400 manat verəcəyini demişdir. Etiraz etməmişlər. Sənan 400 manat verib əşyaların hamısını taksi ilə götürüb aparmışdır. Təxminən bir saatdan sonra Sənan zəng edib bir ədəd lobzikin və bir ədəd drelin nasaz vəziyyətdə olduğunu bildirərək həmin əşyaları ona qaytarmış və bu əşyalara görə 400 manat puldan 50 manatı çıxmışdır. Həmin əşyaları gətirib Mənsura vermişdir. Qalan 350 manat pulu isə Mənsurla aralarında bölmüşlər. Beləliklə o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödədiyini və bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 08 iyul 2021-ci il tarixdə saat 20:25 dəqiqədə işlətdiyi sexin dəmir materialdan olan qapısını qıfılla bağlayıb, sexdən çıxmışdır. 09 iyul 2021-ci il tarixdə saat 09:35 dəqiqədə sexə qayıdanda görmüşdür ki, qapının qıfılı sındırılmış vəziyyətdə yerdədir. İçəriyə daxil olduqda görmüşdür ki, giriş qapısından sağda yerləşdirilmiş qaynaq aparatının üzərindən 01 ədəd “Deval” markalı, qiyməti 55 (əlli beş) manat olan drel, həmin yerdən 01 ədəd “Dera” markalı, qiyməti 125 (yüz iyirmi beş) manat olan laqonda oğurlanmışdır. Bundan başqa giriş qapısından solda iş masasının üzərindən 01 ədəd “Ken” markalı, qiyməyti 153 (yüz əlli üç) manat olan, drel, həmin yerdən 01 ədəd “Hyundai” markalı, qiyməti 100 (yüz) manat olan laqonda, həmin yerdən 01 ədəd markasını xatırlamadığı, qara rəngli, qiyməti 100 (yüz) manat olan drel, həmin yerdən 01 ədəd şarjla işləyən “Makita” markalı, qiyməti 135 (yüz otuz beş) manat olan drel, həmin yerdən 02 ədəd markasını xatırlamadığı, İtaliya istehsalı olan, hər birinin qiyməti 160 (yüz altmış) manat olan, zamok yeri açmaq üçün nəzərdə tutulmuş “çaşka”, həmin yerdən 02 ədəd markasını xatırlamadığı, Çin istehsalı olan, hər birinin qiyməti 45 (qırx beş) manat olan, hava ilə mismar vuran tapança, həmin yerdən 02 ədəd markasını xatırlamadığı, Çin istehsalı olan, hər birinin qiyməti 45 (qırx beş) manat olan, hava ilə qoşa mismar vuran tapança, həmin yerdən 01 ədəd “Ken” markalı, qiyməti 75 (yetmiş beş) manat olan, hava feni, həmin yerdən 01 ədəd “Volt” markalı, qiyməti 25 (iyirmi beş) manat olan, hava tapançası oğurlanmışdır. Həmin iş masasının altından isə 01 ədəd markasını xatıramadığı, qiyməti 250 (iki yüz əlli) manat olan, böyük ölçülü laqonda, həmin yerdən 01 ədəd “Motholanter” markalı, qiyməti 350 (üç yüz əlli) manat olan, qaynaq aparatı, həmin yerdən 20 ədəd markasız, hər birinin qiyməti 7 (yeddi) manat olan, kiçik ölçülü məngənə oğurlanmışdır. Həmin masanın sol tərəfində yerləşdirilmiş digər kiçik ölçülü iş masasının üzərindən 01 ədəd “Özçelik” markalı, Türkiyə istehsalı olan, qiyməti 840 (səkkiz yüz qırx) manat olan, künckəsən aparat, həmin yerdən 01 ədəd “Makito” markalı, qiyməti 145 (yüz qırx beş) manat olan, əl ferezi, həmin yerdən 01 ədəd “Dera” markalı, qiyməti 145 (yüz qırx beş) manat olan, hava kompressoru oğurlanmışdır. Bundan əlavə giriş qapsının sağında olan boya sexindən divara asılmış vəziyyətdə olan, 04 ədəd “Volt” markalı, hər birinin qiyməti 65 (altmış beş) manat olan, rəng vuran tapança oğurlanmışdır. Oğurluq barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 3.398 (üç min üç yüz doxsan səkkiz) manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə o, ərizə təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və onların barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təxminən 4 ildir ki, ünvan 7 ünvanda yerləşən hazırda fəaliyyəti dayandırılmış Tağıyev adına Toxuculuq Kombinatının sahəsi 600 kv. metr olan bir hissəsini icarəyə götürüb oranı mebel sexi kimi işlətmişdir. Sexə rəhbərliyi özü həyata keçirir, sexdə əlavə olaraq 10 nəfər şəxs işləyir. Sex hər gün saat 09:00-dan saat 19:00-a qədər işləyir. İş çox olanda gecə saat 12ə qədər də işləyirlər. 17 iyul 2021-ci il tarixdə sex adi qaydada işləmişdir. Həmin gün saat 22:30-da sexi bağlayıb evə getmişdir. Sexin qapısı dəmir darvazadır və üzərində asma qıfıl var. Qıfılın açarı həm özündə, həm də işçilərində var. 18.07.2021-ci il tarixdə səhər saat 10:30-da işlətdiyi sexə gələndə görmüşdür ki, sexin darvazası üzərində olan asma qıfıl yerində yoxdur, qapılar isə sadəcə örtülüb. Buna böyük əhəmiyyət verməmiş, fikirləşmişdir ki, kimsə işçilərdən sexə tez gəlmiş və qapını açmışdır. Sexin içərisinə daxil olanda görmüşdür ki, sexdə heç kim yoxdur, sexdə rəngsazın otağının qapısı isə sındırılmış vəziyyətdədir. Belə ki, sexdə işləyən rəngsaz işini qurtarandan sonra həmin otağın qapısını açarla bağlayıb gedir. Rəngsaz otağına daxil olub görmüşdür ki, həmin otaqda saxlanılan qiyməti 800 manat olan bir ədəd əl frezi, qiyməti 150 manat olan bir ədəd əl frezi, qiyməti 250 manat olan bir ədəd polirovka üçün nəzərdə tutulmuş laqonda aparatı, qiyməti 60 manat olan bir ədəd laqonda aparatı, qiyməti 120 manat olan bir ədəd mişar, qiyməti 180 manat olan bir ədəd şurubaçan, qiyməti 150 manat olan bir ədəd perforator və ümumi qiyməti 200 manat olan kiçik ölçülü əl alətləri yerində yoxdur. Artıq başa düşmüşdür ki, kimsə sexə girib və oradan oğurluq edib. Sonra bütün sexə nəzər salmış və məlum olmuşdur ki, sexdən hər birinin qiyməti 140 manat olan iki ədəd hamaredici alət, ümumi qiyməti 250 manat olan üç ədəd laqonda, ümumi qiyməti 50 manat olan iki qutu «şkurka» materialı, qiyməti 140 manat olan bir ədəd perforator, qiyməti 70 manat olan bir ədəd laqonda, qiyməti 80 manat olan bir ədəd drel oğurlanıb. Hadisə ilə bağlı ərazi üzrə Xətai RPİ-nin 36-cı PB-nə zəng edərək məlumat vermişdir. Hadisə nəticəsində ona 2640 manat məbləğində maddi ziyan dəymişdir. Onu da qeyd etmişdir ki, ərizə yazanda sexdən oğurlanmış alətlərin və digər əşyaların ümumi qiymətinin təxminən 3500 manat olduğunu göstərmiş, belə ki, həmin vaxt sexdən digər əşyaların və alətlərin oğurlandığını zənn etmişdir. Lakin polis əməkdaşları gedəndən sonra dəqiq hesablama aparmış və oğurlanmış əşyaların və alətlərin dəqiq sayını və qiymətini müəyyən etmişdir. Qonşu sexin girişində quraşdırılmış videomüşahidə kamerasının qeydə aldığı videogörüntülərə baxdıqda görmüşdür ki, iki nəfər tanımadığı şəxs 18.07.2021-ci il tarixdə saat 02 radələrində sexin qapısının üzərində olan asma qıfılı sındırıb içəri daxil olmuşlar və sexdən oğurluq etmişlər, həmin gün saat 05 radələrində isə həmin şəxslərdən biri təkrar sexə gəlmiş və oradan oğurluq etmişdir. Beləliklə o, ərizə təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və onların barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 01); 18 iyul 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus ünvan 7 ünvanda yerləşən hazırda fəaliyyəti dayandırılmış H.Z.Tağıyev adına Toxuculuq Kombinatında yerləşən sexə baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 05- 12); zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 iyul 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 17); 10 avqust 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 6 ünvanına baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerindən iş üçün sübut əhəmiyyəti kəsb edən əşyalar aşkar edilərək götürülmüşdür (i.v. 32-34); şahidin və ya zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 10 avqust 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanda yerləşən hazırda fəaliyyəti dayandırılmış H.Z.Tağıyev adına Toxuculuq Kombinatında yerləşən sexdə oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v. 42-49); şahidin və ya zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 10 avqust 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 7 ünvanda yerləşən hazırda fəaliyyəti dayandırılmış H.Z.Tağıyev adına Toxuculuq Kombinatında yerləşən sexdə oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v. 50-53); şübhəli olan şəxsin tutulması haqqında 10 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10 avqust 2021-ci il tarixdə saat 20:05-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 63); şübhəli olan şəxsin tutulması haqqında 10 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 10 avqust 2021-ci il tarixdə saat 21:20-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 78); əşyanın tanınmaya təqim edilməsi haqqında 11 avqust 2021-ci il tarixli protokoldan görünür ki, bir edəd sökülmüş vəziyyətdə olan drel digər eyni növdə olan drellər arasında “3” nömrəsi ilə qeyd edilərək tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs2 ona məxsus dreli tanımışdır (i.v. 84-85); əşyanın tanınmaya təqim edilməsi haqqında 11 avqust 2021-ci il tarixli protokoldan görünür ki, bir edəd lobzik digər eyni növdə olan lobziklər arasında “4” nömrəsi ilə qeyd edilərək tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs2 ona məxsus lobziki tanımışdır (i.v. 86-87); videogörüntüyə baxış keçirilməsi haqqında 11 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanda yerləşən hazırda fəaliyyəti dayandırılmış H.Z.Tağıyev adına Toxuculuq Kombinatında yerləşən sexdən oğurluq etməsi faktı hadisə yerində olan videomüşahidə kamerası ilə qeydə alınmışdır (i.v. 88); videogörüntüyə baxış keçirilməsi haqqında 11 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 7 ünvanda yerləşən hazırda fəaliyyəti dayandırılmış H.Z.Tağıyev adına Toxuculuq Kombinatında yerləşən sexdən oğurluq etməsi faktı hadisə yerində olan videomüşahidə kamerası ilə qeydə alınmışdır (i.v. 89); cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 12 avqust 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* saylı cinayət işi CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə olan ********* saylı cinayət işi ilə birləşdirilmiş və cinayət işi üzrə istintaq ********* nömrə altında davam etdirilmiş, cinayət işi CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (i.v. 90-91); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 17 iyul 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 94); 09 iyul 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus ünvan 7 ünvanda yerləşən hazırda fəaliyyəti dayandırılmış H.Z.Tağıyev adına Toxuculuq Kombinatında yerləşən sexə baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 97- 104); zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 iyul 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 112- 113); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 130-132); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 142-144); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli, 4(011)-343/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 02 (iki) ay 13 (on üç) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli 10 avqust 2021ci il tarixdən hesablanmışdır (i.v. 174-179); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli, 4(011)-342/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 (iki) ay 13 (on üç) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli 10 avqust 2021ci il tarixdən hesablanmışdır (i.v. 180-185); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 03.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v 189); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 03.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.01.2013-cü il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, 16.05.2013-cü il tarixdə AR Milli Məclisinin 07.05.2013-cü il tarixli amnistiya haqqında qərarına əsasən islah işləri cəzasından azad olunmuşdur (i.v. 190-191); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 10 sentyabr 2021-ci il tarixli, 9/5808 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş malların 2021-ci ilin iyul üzrə olan bazar qiyməti təxminən 1 ədəd istifadədə olmuş, istifadəyə yararsız vəziyyətdə olan “Интерскол Д-350ЭР” markalı drel ehtiyyat hissəsi kimi - 3 manat, 1 ədəd istifadədə olmuş, üzərində qüsurlar olan “Зубр 3Л1150Э” markalı lobzik 20 manat kimi müəyyən edilir (i.v. 209-210); 27 saylı Mənzil Kommunal İstismar Sahəsinin 03.09.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, X1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 230); sübutların qiymətləndirilməsi haqqında 23 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan yeni ittiham elan edilməsi üçün müvafiq qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan yeni ittiham elan edilməsi üçün müvafiq qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın, təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, baxış keçirilməsi, əşyanın tanınmaya təqdim edilməsi, ifadənin yerində yoxlanılması və videogörüntüyə baxış keçirilməsi haqqında protokollar, 10.09.2021-ci il tarixli ekspert rəyi sübut növü kimi qiymətləndirilmiş, “Sənan” adlı şəxsin əməlində CM-nin 194.1-ci maddəsinin tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, “İnterskol D-350GR” markalı drel və “Zubr 3L1150G” markalı lobzik maddi sübut kimi tanınmış və sahiblərinə geri qaytarılmış, bir ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v 231-238); təqsirləndirilən şəxsə yeni ittiham edilməsi haqqında 23.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, və 177.2.3-cü maddələri ilə yeni ittiham elan edilmişdir (i.v 239-241); təqsirləndirilən şəxsə yeni ittiham edilməsi haqqında 23.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2, və 177.2.3-cü maddələri ilə yeni ittiham elan edilmişdir (i.v 251-253); Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və onların barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və onların barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların qismən etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq əməli CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə və ya yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM- 59.1.12), onlara dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM- 59.1.12), onlara dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.01.2013-cü il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.2-ci maddəsinə əsasən ödənildiyindən, həmçinin azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmamaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (olması) və ağırlaşdıran halların (olmaması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (olması) və ağırlaşdıran halların (olmaması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut - bir ədəd sökülmüş vəziyyətdə olan “İnterskol D-350GR” markalı drelin və bir ədəd “Zubr 3L1150G” markalı lobzikin sahibinə qaytarılması nəzərə alınmalı (CPM-132), bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslərdən tutularaq dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 10 avqust 2021-ci il tarixdən 12 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 10 avqust 2021-ci il tarixdən 12 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ev 15/1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – bir ədəd sökülmüş vəziyyətdə olan “İnterskol D-350GR” markalı drelin və bir ədəd “Zubr 3L1150G” markalı lobzikin sahibinə qaytarılması nəzərə alınsın və bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-447/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-447/2021
12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver