Məhkəmə qərarları › İş №1(011)-447/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-447/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-447/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Baxşəlı̇ yeva-Koçer Nərmı̇ nə Ağa qızının, təqsirləndirilən şəxs və mülki cavabdeh Hümbətov İ̇lham Hüseyn oğlunun, onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs və mülki cavabdeh Əlı̇ yev Afı̇ q Vahı̇ d oğlunun, onun müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4, “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1998-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1995-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Sabirkənd Ərazi dairəsi Sabirkənd kəndində qeydiyyatında olan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 13 may 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 B ünvanda yerləşən hündür mərtəbəli yaşayış binasının alt hissəsindəki ümumi istifadədə olan və qapıları olmayan qaraja daxil olmuş, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 çantasında olan dəmir aləti ona vermiş və ətrafa nəzarət etmək üçün gözləmiş, o, isə aldığı dəmir alətlə qarajda saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Mercedes M L 300” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ və sol yan güzgülərini yerindən çıxarıb gizli olaraq talamış, beləliklə N.A.Baxşəliyevaya ümumilikdə 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 13 may 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 B ünvanda yerləşən hündür mərtəbəli yaşayış binasının alt hissəsindəki ümumi istifadədə olan və qapıları olmayan qaraja daxil olmuş, aralarındakı razılaşmaya əsasən çantasında olan dəmir aləti ona vermiş və ətrafa nəzarət etmək üçün gözləmiş, Təqsirləndirilən şəxs1 isə aldığı dəmir alətlə qarajda saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Mercedes M L 300” markalı, 10-TU- 800 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ və sol yan güzgülərini yerindən çıxarıb gizli olaraq talamış, beləliklə N.A.Baxşəliyevaya ümumilikdə 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxslərin təhqiqat zamanı izahatları, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, fərdi işlərlə məşğul olur. Təqsirləndirilən şəxs2 ilə dostdur, onu uzun illərdir tanıyır. Afiq rəssamlıqla məşğul olur. Əvvəllər Bakı şəhəri, Xətai rayonu, Babək prospektində firmada sürücü işlədiyindən Babək prospektində müəyyən yerləri tanıyır. 13 may 2022-ci il tarixdə səhər saatlarında dostu Təqsirləndirilən şəxs2 ilə görüşmüşlər. Afiqin çiynində çanta olmuş, içərisində Afiqin deməsinə görə rəsm alətləri olmuşdur. Pula ehtiyacı olduğu oğurluq etmək qərarına gəlmişdir. Bu barədə Afiqə demiş, Afiq də onunla oğurluq etməyə razılıq vermiş və Babək prospektinə gedib orada oğurluq etməyi qərarlaşdırmışlar. Həmin günü Babək prospektinə getmək üçün mobil tətbiq vasitəsilə “Bolt” taksi şirkətindən taksi sifariş etmiş, birlikdə Babək prospektinə gəlmişlər. Taksinin sürücüsünü tanımır, avtomobilin və telefonun nömrələrini də bilmir. Babək prospekti 10B ünvanda yerləşən binanın qarşısından keçən zaman binanın qarajından oğurluq etməyi düşünmüş, Afiqə də oradan birlikdə oğurluq etməyi təklif etmiş və öz aralarında razılaşmışlar. Saat 15-16 radələrində onlar ətrafa nəzarət edib sakitlik olmasını gözləmiş, daha sonra diqqət çəkməyərək qaraja daxil olmuşlar. Qarajın iki yerdə giriş-çıxışı açıq vəziyyətdə olmuşdur. Qarajda çox sayda avtomobillər dayanmışdır. Heç kəsin olmadığı zaman qarajda saxlanılmış qara rəngli “Mercedes” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, həmin avtomobilin güzgülərini sata biləcəklərini fikirləşib sökməyi qərarlaşdırmışlar. Afiqin çantasında olan dəmir aləti götürüb ilkin olaraq avtomobilin sağ güzgüsünü sökməyə başlamış, Afiq isə yanında dayanıb ətrafa nəzarət etmişdir. Güzgünü sökərək yerindən çıxarmış və Afiqə vermişdir. Bundan sonra avtomobilin sol güzgüsünü sökmüşdür. Daha sonra mobil tətbiq vasitəsilə “Bolt” taksi şirkətindən taksi sifariş etmiş, maşın gəldikdən sonra ona oturub Ramana qəsəbəsinə getmişlər. Taksinin sürücüsünü tanımır, avtomobilin və telefonun nömrələrini də bilmir. Qarajın şlaqbaumunu kimin açdığını bilmir. Ramana qəsəbəsində Afiq ilə güzgüləri yaşadığı evin həyətində gizlətmək, müştəri tapdıqdan sonra satıb pulu aralarında bölmək üçün razılaşmışlar. Bundan sonra Afiqdən ayrılıb yaşadığı evə getmiş, güzgüləri gizlətmişdir. Həmin günü “Turbo.az” internet sosial şəbəkəsində satılan güzgülərə baxmış və oğurladığı güzgülərin bir ədədini 300 manata sata biləcəyini bilmiş, bundan sonra güzgüləri satmaq üçün müştəri axtarmış, lakin 24 may 2022-ci il tarixdə polislər tərəfindən saxlanılmış və törətdiyi cinayət əməlini etiraf etmişdir. Polis əməkdaşlarına güzgüləri gizlətdiyi yeri göstərmiş, polis protokol tərtib edərək həmin güzgüləri götürmüşdür. O, borcu olduğundan oğurluq etmişdir. Zərərçəkəni tanımır, onunla heç bir ədavəti yoxdur, ümumiyyətlə onu qorxutmaq kimi fikri olmamışdır. O, baltadan maşının güzgülərini sökmək üçün istifadə etmişdir. Daha sonra isə qaraja başqa maşın gəldiyindən baltanı aşağıda gizlətmiş, gedərkən isə yadından çıxdığından götürməmişdir. O, avtomobilin yalnız güzgülərini yerindən çıxarmışdır. Avtomobilin digər hissəsində olan problemləri və nasazlıqları onlar etməmişlər. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcək. Qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəssamlıqla məşğuldur. Əvvəllər emalatxanası və tanıdığı daimi müştəriləri olmuşdur. Lakin, sonradan yalnız sifariş əsasında işlər qəbul etmiş və yaşadığı mənzildə sifarişi yerinə yetirmişdir. Təqsirləndirilən şəxs1 dostudur və mütəmadi olaraq onunla görüşmüşlər. Təqsirləndirilən şəxs1 əvvəllər sürücü işləmiş, firma avtomobilini idarə etmişdir. 13 may 2022-ci il tarixdə səhər saatlarında dostu İlham Hüseynov ilə görüşmüşlər. Həmin vaxt onun çiynində rəssam alətləri olmuş, çantanı üzərində gəzdirmişdir. İlham pula ehtiyacı olduğu üçün oğurluq etməyi təklif etmiş, o da İlhamla razılaşmış, taksi sifariş edib birlikdə Babək prospektinə getmişlər. Taksinin sürücüsünü tanımır, avtomobilin və telefonun nömrələrini də bilmir. Babək prospekti 10 B ünvanda yerləşən binanın qarşısından keçən zaman İlham dayanıb binanın qarajında avtomobillər saxlanılmasını bildirmiş, qarajdan oğurluq etməyi təklif etmişdir. Qaraj açıq halda olmuş və oraya çox sayda avtomobil girib-çıxmışdır. Qarajın iki yerdə və açıq vəziyyətdə olan giriş-çıxışı olmuşdur. Saat 15-16 radələrində ətrafa nəzarət edib sakitlik olmasını gözləmiş, şəkildə diqqət çəkməyəcək şəkildə qaraja daxil olmuş, qarajda saxlanılmış qara rəngli “Mercedes” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar. İlham həmin avtomobilin güzgülərini sökməyi bildirmiş, o da çantasında olan dəmir materialdan rəsm alətini çıxarıb ona vermiş, daha sonra özü ətrafa nəzarət etmiş, İlham isə əvvəlcə avtomobilin sağ güzgüsünü sökməyə başlamış, güzgünü sökərək yerindən çıxarmış və ona vermiş, daha sonra isə avtomobilin sol güzgüsünü sökmüşdür. Onların hər biri bir ədəd güzgünü götürmüş, mobil tətbiq vasitəsilə “Bolt” taksi şirkətindən taksi sifariş etmiş, maşın gəldikdən sonra ona oturub Ramana qəsəbəsinə getmişlər. Taksinin sürücüsünü tanımır, nömrəni də bilmir. Qarajın şlaqbaumunu kimin açdığını bilmir. Orda güzgüləri İlhamın yaşadığı evin həyətində gizlətmək, müştəri tapdıqdan sonra isə sataraq pulu aralarında bölmək barədə razılaşmış, bundan sonra güzgünü İlhama vermiş və getmişdir. 24 may 2022-ci il tarixdə yaşadığı evdə olan zaman kimlərinsə onu səsləməsini eşitmiş, küçəyə çıxmış və 2-3 nəfər mülki geyimli şəxs görmüşdür. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edib Xətai RPİ-nin 37ci PŞ-in əməkdaşları olmasını bildirmiş, onun oğurluq hadisəsində şübhəli olmasını qeyd etmiş, onu polis şöbəsinə aparmışlar. X8 və oğurladıqları güzgüləri görmüş, törətdiyi əməli etiraf etmişdir. Zərərçəkəni tanımır, onunla heç bir ədavəti yoxdur, ümumiyyətlə onu qorxutmaq kimi fikri olmamışdır. Onlar baltadan maşının güzgülərini sökmək üçün istifadə etmişdir. Daha sonra isə qaraja başqa maşın gəldiyindən baltanı aşağıda gizlətmiş, gedərkən isə yadından çıxdığından götürməmişdir. Onlar avtomobilin yalnız güzgülərini yerindən çıxarmışdır. Avtomobilin digər hissəsində olan problemləri və nasazlıqları onlar etməmişlər. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcək. Qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır, evlidir və bir yetkinlik yaşına çatmamış uşağı vardır. Özünə məxsus “Mercedes ML 300” markalı, **-TU- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 10 may 2022-ci il tarixdə həmin avtomobili yaşadığı binanın qarajında saxlamışdır. Avtomobili üç gün müddətində qarajda qalmış, lakin gündəlik olaraq avtomobilinə nəzarət etmişdir. 13 may 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evə gəlmişdir. Həmin vaxt yaşadığı binanın komendantı Ceyhun adlı şəxs ona zəng edərək demişdir ki, avtomobilinin sağ və sol yan güzgüləri oğurlanmışdır. Bundan sonra bir başa qaraja gəlmişdir. Qarajda heç kimi görməmişdir. “Mercedes ML 300'’ markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşmış, avtomobilinin qabaq sağ və sol yan güzgülərinin yerindən çıxarılmasını görmüşdür. Həmin vaxt avtomobilinin qabaq sol tərəfində yerdə bir ədəd balta görmüşdür. Ceyhun yenidən zəng etmiş və bildirmişdir ki, avtomobilin güzgülərinin oğurlanmasını avtoyuma məntəqəsində işləyən şəxs demişdir. Ceyhun ilə danışdıqdan sonra məlum olmuşdur ki, gündüz saatlarında avtomobilinin güzgülərini kimlərsə yerindən çıxarıb oğurlamışlar. Bundan sonra dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmişdir. Həmin günü ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Bundan bir neçə gün sonra “Mercedes” şirkətinə getmiş və avtomobilinə dəymiş ziyanla bağlı təmir sifarişi çıxarmışdır. Həmin sənədi də təhqiqata təqdim etmişdir. Avtomobilin güzgüləri ona qaytarılmış, onun maşınına quraşdırılmışdır. Həmin hadisə nəticəsində ona ümumilikdə 11210 manat maddi ziyan dəymişdir. Bununla bağlı polisə “Mercedes” şirkətindən aldığı sənədi təqdim etmişdir. Lakin müstəntiq onun təqdim etdiyi sənədə məhəl qoymayaraq xx.xx.2022-ci il tarixli qərarında ona dəyən maddi ziyanın məbləğini 600 manat həcmində göstərmişdir. Həmin vaxtdan o sağlamlığını itirmiş, gecələri qorxudan yata bilmir, daima dərmanlar qəbul edir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəyən ziyan ödənilməyib. O, özünün və övladının həyatından çox narahatdır. Təqsirləndirilən şəxslərdən şikayətçidir, onlara ağır cəza verilməsini və mülki iddiasının təmin edilərək maddi ziyanın 600 (altı yüz) manat yox, 11210 (on bir min iki yüz on) manat kimi qeyd olunmasını, mənəvi zərərə görə 10000 (on min) manat ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yaşayır, evlidir və iki yetkinlik yaşına çatmış uşağı vardır. 2002-ci ilin fevral ayının sonlarında "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmiş və 10 ildir ki, həmin MMC-nin inşa etdiyi binaların komendantı işləyir. İşlədiyi yer Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 B ünvanda yerləşən hündürmərtəbəli binaların həyətində yerləşir. Həmin ünvanda dörd bina inşa edilmişdir. Hər bir binanın alt hissəsində avtomobil qarajı vardır. Qarajın girişində sağ tərəfdə avtoyuma məntəqəsi yerləşir. Binaların girişində və liftlərin qarşısında müşahidə kamerları quraşdırılmışdır. Binaların qarajında və həyətində sakinlər avtomobillərini saxlayır. Qarajlar ümumi istifadədə olduğu üçün daima açıq vəziyyətdədir, qapısı yoxdur. Hər bir qarajın iki tərəfdən giriş-çıxışı vardır, yəni qarajın bir tərəfindən daxil olan, digər tərəfindən çıxır. O, hər gün səhər saat 08-dən axşam saat 18 radələrinə qədər işdə olur. Eyni zamanda binada hər hansısa problem olduqda saatdan aslı olmayaraq oraya gəlir. Binanın 24 saat mühafizəçisi də vardır. Binaların birinin alt hissəsində "xxxx" MMC-nin mağazası yerləşir. Ona görə də mağazaya gələn müştərilər asanlıqla qaraja daxil olub çıxırlar. Zərərçəkmiş şəxs tanıyır. O, işlədiyi MMC-nin inşa etdiyi 10 B ünvanda yerləşən binanın 13-cü mərtəbəsindəki 44 nömrəli mənzilində yaşayır. Nərminənin “Mercedes M L 300” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili var və o, həmin avtomobili qarajda saxlamışdır. 13 may 2022-ci il tarixdə saat 21-22 radələrində mobil telefonuna binanın mühafizəçisi tərəfindən zəng gəlmiş, o, bildirmişdir ki, qarajda saxlanılmış qara rəngli “Mercedes ML 300" markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ və sol yan güzgüləri yerində yoxdur, arxa sağ hissəsi də cızılmışdır. Həmin avtomobil Nərminə xanımın olduğu üçün ona zəng edərək avtomobilin arxa hissəsinin cızıldığını bildirmiş, Nərminə xanım da avtomobilin həmin hissəsini maşını sürərkən özünün etdiyini bildirmişdir. Bundan sonra o, Nərminə xanıma avtomobilin güzgülərinin də olmadığını demiş, Nərminə xanımın bu barədə məlumatsız olmasını görüb ondan binanın həyətinə gəlməsini xahiş etmiş, o, həmin vaxt Binədə olmuş və taksiyə əyləşərək oraya getmişdir. Nərminə xanıma DİN- in 102 xidmətinə də zəng edərək xəbər verməsini tapşırmış, bundan sonra işlədiyi yerə getmişdir. Oraya çatdıqda Nərminə xanım artıq polis əməkdaşları ilə Xətai RPİ-ııin 37-ci PŞ-nə getdiyini öyrənmiş, o da şöbəyə getmiş və izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanda yaşayır, evlidir və dörd uşağı var, 2019-cu ilin sonlarından “Yapı İnşaat" MMC-də mühafizədə işləyir. İşlədiyi yer Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 B ünvanında yerləşir. Həmin ünvanda hündürmərtəbəli binalar inşa edilmişdir. Onun iş fəaliyyəti binaların və orada yaşayan sakinlərin əmlakının qorunmasını mühafizə etməkdir. 1 gün işdə, 1 gün isə evdə olur. Binaların başqa mühafizəçisi də vardır. Binaların həyətində mühafizəçilərin dayanması üçün nəzərdə tutulmuş kiçik otaq inşa edilmişdir. Binaların qarajında müşahidə kameraları olmamışdır. Şahid1 binaların komendantıdır. İşlədiyi yerdə dörd bina inşa edilmiş, hər bir binanın alt hissəsində avtomobil qarajı vardır. Qarajın girişində sağ tərəfdə avtoyuma məntəqəsi yerləşir. Binaların girişində və liftlərin qarşısında müşahidə kamerları quraşdırılmışdır. Binaların qarajında və həyətində sakinlər avtomobillərini saxlayır. Qarajlar ümumi istifadədə olduğu üçün daima açıq vəziyyətdədir, qapısı yoxdur. Hər bir qarajın iki tərəfdən giriş-çıxışı vardır, yəni qarajın bir tərəfindən daxil olan, digər tərəfindən çıxır. Binaların birinin alt hissəsində “Araz market" MMC-nin mağazası da yerləşir. Ona görə də mağazaya gələn müştərilər asanlıqla qaraja daxil olub çıxır. Zərərçəkmiş şəxs bina sakini kimi tanımış və onu çox nadir hallarda görmüşdür. 13 may 2022-ci il tarixdə saat 21-22 radələrində növbədə olmuş və binaların həyətinə nəzarət etmişdir. Binanın alt hissəsində olan avtoyuma məntəqəsində işləyən Nazim adlı şəxs onu çağırmış, Nazimin yanına gəldikdə o, qarajda olan avtomobilin sağ və sol yan güzgülərinin olmadığını bildirmişdir. Bundan sonra Nazim ilə qaraja düşmüş və “Mercedes M L 300” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ və sol yan güzgülərinin sökülərək yerindən çıxarılmasını görmüşdür. O da komendanta zəng edərək bu barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır ( i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri Xətai rayonu ünvan 8 ünvanda yaşayan X1 qızının yaşadığı binanın qarajıdır. Hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir ( i.v. 7-10); şübhəli şəxsin tutulması haqqında 24 may 2022-ci il tarixli ptokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə, saat 19:00-da Xətai RPİ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur ( i.v. 31); şübhəli şəxsin tutulması haqqında 24 may 2022-ci il tarixli ptokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə, saat 20:00-da Xətai RPİ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur ( i.v. 53); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 74-75); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 89-90); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 26 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir ( i.v. 110-111); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 26 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir ( i.v. 115-116); zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 may 2022-ci il tarixli qərardan görünür ki, X2 qızı zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 127); ifadənin yerində yoxlanılması haqqında 17 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir ( i.v. 147-150); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur ( i.v 153); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur ( i.v 154); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2022-ci il tarixli, 9/3911 nömrəli ekspert rəyindən görünür ki, Respublika ərazisində yerləşən avtobazarlarda, intermet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına tədqiq edilmiş “Mercedes ML 300” markalı avtomobilin sağ və sol yan güzgülərinin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin may ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 600,00 (2x300m) manat müəyyən edilir ( i.v. 168-170); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyul 2022-ci il tarixli, 3/799 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan təsərrüft-məişət təyinatlı baltadır, soyuq silah hesab edilmir ( i.v. 171-173); Sübutların qiymətləndirilməsi haqqında 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxanılması, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, məhkəmə əmtəəşünaslıq ekspertizasının 21 iyun 2022-ci il tarixli 9/3911 saylı rəyi, məhkəmə ballistik ekspertizasının 07 iyul 2022-ci il tarixli 3/799 saylı rəyi, hadisə yerinə baxış, götürmə və ifadənin yerində yoxlanması protokollarının iş üzrə sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə ələ keçirdiyi “Mercedes ML 300” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ və sol güzgülərinin maddi sübut kimi tanınması və tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş məhkəmənin qanuni qüvvəsini alacaq hökmün icra olunmasınadək saxlanılması üçün sahibinə təhvil verilməsi, hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs2 məxsus bir ədəd soyuq silah hesab edilməyən baltanın maddi sübut kimi tanınması və tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 228-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərar və həmin xüsusatı təsdiq edən sənədlərin ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, “Mercedes ML 300” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ və sol gözgülərinin dəyərinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmiş məbləğə əsasən əsas götürülməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərar və həmin xüsusatı təsdiq edən sənədlərin ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, cinayət hadisəsinin baş verdiyi ünvanın 106 kimi deyil, 10B kimi oxunması qərara alınmışdır (i.v. 186-196); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamın məzmununa əlavələr edilmiş, Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən ittiham elan edilmişdir ( i.v. 198); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın məzmununa əlavələr edilmiş, Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən ittiham elan edilmişdir ( i.v. 210); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl Cinayət Məcəlləsinin onlara elan edilmiş müvafiq maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.2.1-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 gənc olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərin aradan qaldırılmasını (59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 gənc olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərin aradan qaldırılmasını (59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həmçinin, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – “Mercedes ML 300” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ və sol güzgülərinin sahibinə qaytarılması nəzərə alınmalı, RPİ-nin saxlanc yerində saxlanılan bir ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 9 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Şəmkir rayonu Sabirkənd Ərazi dairəsi Sabirkənd kəndində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Baxşəlı̇ yeva-Koçer Nərmı̇ nə Ağa qızı təqsirlənirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddia ərizəsi ilə müraciət edərək ona ittiham aktında göstərildiyi kimi 600 manat maddi ziyan yox, 11210 manat maddi ziyan dəydiyini, maddi ziyanın ittiham aktında göstərilən 600 manat yox, 11210 kimi qeyd edilməsini və cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun və az yaşlı övladının sağlamlığına və təhlükəsiz yaşamağına qarşı törədilmiş cinayət əməlinə görə onlara vurulmuş mənəvi zərərə görə 10000 manat ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı iddianın təmin edilməsini, təqsirləndirilən şəxslər və mülki cavabdehlər isə iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə mülki iddia ilə bağlı proses iştirakçılarını dinləyib, mülki iddiaya dair ərizəni, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, mülki iddiaçı Baxşəlı̇ yeva-Koçer Nərmı̇ nə Ağa qızının təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddia ərizəsi maddi ziyan hissəsində təmin edilməməli, mənəvi ziyan hissəsində isə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması əks etdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2022-ci il tarixli, 9/3911 nömrəli ekspert rəyinə istinad edərək qeyd edir ki, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği 600 manat təşkil edir. Oğurlanan güzgülər zərəçəkmiş şəxsə geri qaytarılmış, onun avtomobilinə quraşdırılmış və istifadəsinə yararlı haldadır. Həmçinin zərərçəkmiş şəxs və mülki iddiaçı öz mülki iddiası ilə ona dəymiş maddi ziyanın 600 manat deyil, 11210 manat olmasını təsdiq edən, obyektiv və qərəzsiz olmasına şübhə doğurmayan sübut təqdim edə bilməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi MPM-in 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Plenum qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 72-ci bəndində qeyd edilmişdir ki, mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Göründüyü kimi, mülki iddianın mənəvi ziyan hissəsinə hazırkı cinayət mühakimə icraatı çərçivəsində təqdim edilmiş sübutlarla tam qiymət verilməsi mümkün olmamaqla, mülki iddiaya mülki mühakimə icraatı qaydasında baxılması və həll edilməsi həm mülki iddiaçının, həm də mülki cavabdehlərin mənafeyinə uyğundur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə əsasən mülki iddia maddi ziyan hissəsində rədd edilməli, mənəvi zərər hissəsində isə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, zərərçəkmiş şəxs və mülki iddaçı Baxşəlı̇ yeva-Koçer Nərmı̇ nə Ağa qızının təqsirləndirilən şəxs və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki mühakimə icraatı qaydasında mənəvi ziyan hissəsində mülki iddia vermək hüququ Baxşəlı̇ yeva-Koçer Nərmı̇ nə Ağa qızına izah olunmalıdır. İş üzrə xüsusi müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Hümbətov İlham Hüseyn oğlu Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Hümbətov İ̇lham Hüseyn oğlunun 24 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətində azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Hümbətov İ̇lham Hüseyn oğlunun üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hümbətov İ̇lham Hüseyn oğlu yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hümbətov İ̇lham Hüseyn oğlunun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Hümbətov İ̇lham Hüseyn oğlunun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hümbətov İ̇lham Hüseyn oğlunun cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hümbətov İ̇lham Hüseyn oğlu barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 24 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətində azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Hümbətov İ̇lham Hüseyn oğlunun üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Şəmkir rayonu Sabirkənd Ərazi dairəsi Sabirkənd kəndində ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – “Mercedes ML 300” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ və sol güzgülərinin sahibinə qaytarılması nəzərə alınsın, RPİ-nin saxlanc yerində saxlanılan bir ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Hümbətov İ̇lham Hüseyn oğlu və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Mülki iddia maddi ziyan hissəsində rədd edilsin, mənəvi ziyan hissəsində isə baxılmamış saxlanılsın. Mülki iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu mülki iddiaçının özünə aid edilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Baxşəlı̇ yeva-Koçer Nərmı̇ nə Ağa qızına mülki iddianın mənəvi ziyan hissəsində mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar