Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-447/2024 20.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əmiraslanova Tamella Mürşüd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1977-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, Cəlilabad rayonu, Allahverən kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 18 mart 2024-cü il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi ilə üzü «Bakı Əyləncə Mərkəzi» istiqamətində idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai Elantra» markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobili saatda 30 km/sürətlə idarə edib S.Vəzirov küçəsində daim dəyişən yol şəraitinə nəzarət etməli, qarşısında nizamlanmayan piyada keçidi ilə piyadanın yolu keçməkdə olmasını nəzərə alaraq avtomobili keçidə çatmadan dayandırmalı, piyadanın yolun hərəkət hissəsini boşaltmasını gözləməli və hərəkətin təhlükəsizliyinin təmin olunmasına əmin olduqdan sonra hərəkələ başlamalı olduğu halda bunlara əməl etməyərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurmuş və nəticədə ehtiyatsızlıqdan ona qapalı kəllə beyin travması, baş beyin yüngül dərəcəli əzilməsi, sağ temporal (gicgah) sümüyün xətti sınığı, sağ orbita (göz yuvasının) medial və lateral divarın xətti sınığı, burun sümüklərinin sağ tərəfli sınığı, sağda temporal (gicgah) sümüyünün yerdəyişməmiş xətti sınığı, burun sümüklərində sağ tərəfli, frontal (alın) sümüyünün maksilyar çıxıntısına (sağ orbitanın medial divarına) keçən, ayrıca qonşu etmoidal hücrələrinə uzanan nəzərə çarpan yerdəyişmə göstərməyən sınıqlar, sağ orbitanın (göz yuvasının) lateral divarında (zygomaaotikusda) yerdəyişməmiş sınıq xətti, sağda temporal (gicgah) nahiyədə dərialtı yumşaq toxumalarında posttravmalik ödem-qalınlaşma fonunda apanevrozaltı hematoma, başın sağ ahn-gicgah, sağ göz orbitası və gözaltı, hər iki diz oynağı və sol aşıq baldır oynağı nahiyələrində qançırlar, femurmedial kondildə və tibia lateral plato və fıbula (bud və baldır sümükləri) başında yayqın sümük iliyi ödemləri, suprapatellar bursada (diz qapağı önü) və diz oynağında yayqın maye artışı, sağ yanaq və sağ diz oynağı nahiyələrində sıyrıqlar kimi xarakterizə edilən həyat üçün təhlükəli olan sağlamlığına AĞİR dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, hadisə piyada keçidinin üzərində olmamışdır, piyada keçidinə çatmamış 2-3 metr məsafədə baş vermişdir. 2007-ci ildən «B» kateqoriyalı sürücülük vəsiqəsi var və həmin tarixdən avtomobil idarə edir. «Hyundai Elantra» markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur və özü idarə edir. 18 mart 2024-cü il tarixdə təxminən saat 15:20 radələrində o, özünə məxsus «Hyundai Elantra» markalı, **- RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi ilə düzünə saatda təxminən 30 km sürətlə hərəkət etmişdir. Həmin vaxt hərəkət istiqamətinin sağ tərəfində park edilmiş avtomobillərin arasından bir nəfər qadın yola çıxaraq, idarə etdiyi avtomobilin qabaq sağ qapısına dəyərək yerə yıxılmışdır. Həmin vaxt o, avtomobili sol istiqamətə yönəldərək saxlamışdır. Həmin vaxt idarə etdiyi avtomobildə iki nəfər xarici ölkə vətəndaşı olmuş və hadisədən sonra sonuncular avtomobildən düşərək getmişlər. O da həmin vaxt piyada qadını idarə etdiyi avtomobilin qabaq oturacağına əyləşdirmiş və avtomobili bir qədər qarşıda yerləşən «Bravo» marketin qarşısında saxlamışdır. Bir qədər müddət keçdikdən sonra həmin piyada qadın özünə gəlmiş və o, sonuncunu hansı xəstəxayana aparmasını istədiyini soruşmuşdur. Həmin qadın yaxınları ilə maraqlandıqdan sonra o, ilkin olaraq həmin piyada qadını «Funda» Klinikasına aparmışdır. Lakin «Funda» Klinikasında müayinə üçün aparat olmadığından, həmin vaxt o, həmin piyada qadını «Zəfəran» Klinikasına aparmış və orada yoxlanıldıqdan sonra, piyadanın yaxınlarının təkidi ilə 1 saylı X8 aparmışdır. Həmin piyada qadın, yəni adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs 1 saylı X7 bir gün qaldıqdan sonra evə buraxılmışdır. Evə buraxıldıqdan sonra o, Zərərçəkmiş şəxs təkrar müayinə üçün «Ege» hospitalına aparmış və yenidən yaşadığı evə qaytarmışdır. Zərərçəkmiş şəxs müalicəsi ilə bağlı ümumilikdə 950 (doqquz yüz əlli) manat məbləğində pul xərcləmişdir. Piyada yolu sağdan sola doğru keçmişdir. Həmin piyada onun avtomobilinə dəydikdən sonra bilmişdir ki, sonuncu onun idarə etdiyi avtomobilə dəymişdir. O, «Ağ Şəhər»dən üzü Yusif Səfərov küçəsi istiqamətində saatda təxminən 30 km sürətlə hərəkət etmişdir. Avtomobil texniki cəhəddən saz olmuş, maşında ondan başqa iki nəfər sərnişin olmuş, yük yeri boş olmuşdur. O, həmin sərnişinləri tanımır, sonuncular xarici ölkə vətəndaşları olmuşlar, anket məlumatları və ya telefon nömrələri barədə heç bir məlumatı yoxdur. Hadisə baş verən zaman ayıq olmuş, heç bir spirtli içki və ya narkotik vasitələrdən istifadə etməmişdir. Baş vermiş hadisə nəticəsində səmimi peşmançılıq hissi keçirdiyini və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasına Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 mart 2024-cü il tarixdə təxminən saat 14 radələrində o, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində yerləşən «AzərTürk» Klinikasından çıxaraq, «Xətai» metrostansiyasına getmək üçün S.Vəzirov küçəsini piyada keçidi ilə sağdan sola doğru keçən zaman sol tərəfdən hərəkətdə olan «Hyundai» markalı avtomobil onun sol ayağından vurmuş və o, başı üstə həmin avtomobilin dəqiq bilmədiyi yerinə dəymişdir. Zərbədən sonra o, huşunu itirmiş və ayılanda artıq onu vuran sürücünün avtomobilinin qabaq oturacağında olduğunu və burnundan qan axdığını görmüşdür. Həmçinin avtomobil hadisə yerindən kənarda tanımadığı ərazidə dayanmışdır. O, saata baxan zaman müəyyən etmişdir ki, hadisə baş verəndən o ayılana qədər olan müddət təxminən bir saat olmuş və o, həmin müddətdə huşsuz vəziyyətdə avtomobildə olmuşdur. Bundan sonra yaxınlarına zəng edərək, baş vermiş hadisə barədə məlumat vermiş və yaxınlarının məsələhəti ilə ilk öncə «Funda» Klinikasına getmişlər. Lakin «Funda» Klinikasında müayinə üçün aparat olmadığından, həmin sürücü onu «Zəfəran» Klinikasına aparmış və orada yoxlanıldıqdan sonra, yaxınlarının təkidi ilə 1 saylı X8 getmişlər. O, 1 saylı X7 bir gün qaldıqdan sonra evə buraxılmışdır. Evə buraxıldıqdan sonra həmin sürücü, yəni adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs onu təkrar müayinə üçün «Ege» hospitalına aparmışdır. Bundan sonra o, yaşadığı evə qayıtmış və onun aldığı xəsarətlərlə bağlı müalicə lazım olduğundan bu barədə sürücü Təqsirləndirilən şəxs bildirsə də, sonuncu maddi imkanı olmadığını bildirərək onu müalicə etdirməkdən yayınmağa başlamışdır. O, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində yerləşən «AzərTürk» Klinikasından çıxaraq, «Xətai» metrostansiyasına getmək üçün S.Vəzirov küçəsini piyada keçidi ilə sağdan sola doğru keçmişdir. O, həmin avtomobilin hərəkətini görməmişdir. Sürücü Təqsirləndirilən şəxs hadisə baş verən gün və ondan sonrakı 1-2 gün ərzində ümumilikdə 950 (doqquz yüz əlli) manat məbləğində həkim müayinələrinə pul xərcləmişdir. Lakin sonrakı dövr ərzində onun müalicəsi ilə bağlı maraqlanmamış və bundan yayınmağa başlamışdır. Bundan əlavə özünün də təxminən 1000 manat xərci çıxmışdır. Həmin zərər ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 08 may 2024-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; (i.v.1-2) - 18 mart 2024-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi ilə üzü «Bakı Əyləncə Mərkəzi» istiqamətində baş vermişdir; (i.v.10-14) - 18 mart 2024-cü il tarixli 2/14861 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur; (i.v.15) - 17 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin 325 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin yüngül dərəcəli əzilməsi, sağ temporal (gicgah) sümüyün xətti sınığı, sağ orbita (göz yuvasının) medial və lateral divarın xətti sınığı, burun sümüklərinin sağ tərəfli sınığı, sağda temporal (gicgah) sümüyünün yerdəyişməmiş xətti sınığı, burun sümüklərində sağ tərəfli, frontal (alın) sümüyünün maksilyar çıxıntısına (sağ orbitanın medial divarına) keçən, ayrıca qonşu etmoidal hücrələrinə uzanan nəzərə çarpan yerdəyişmə göstərməyən sınıqlar, sağ orbitanın (göz yuvasının) lateral divarında (zygomaaotikusda) yerdəyişməmiş sınıq xətti, sağda temporal (gicgah) nahiyədə dərialtı yumşaq toxumalarında posttravmatik ödem-qalınlaşma fonunda apanevrozaltı hematoma, başın sağ alın-gicgah, sağ göz orbitası və gözaltı, hər iki diz oynağı və sol aşıq baldır oynağı nahiyələrində qançırlar, femurmedial kondildə və tibia lateral plato və fibula (bud və baldır sümükləri) başında yayqın sümük iliyi ödemləri, suprapatellar bursada (diz qapağı önü) və diz oynağında yayqın maye artışı, sağ yanaq və sağ diz oynağı nahiyələrində sıyrıqlar bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri ilə əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir. Vətəndaş G.Ş.İsayevanın bədənindəki xəsarətlər qısa müddət ərzindən yetirildiyinə görə xəsarətlərin ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün deyildir. “Döyülmə” məfhumu hüquqi məfhum olub, məhkəmə-tibb ekpertinin səlahiyyətlərinə aid deyildir; (i.v.24-27) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli, 8/1011 saylı ekspert rəyindən görünür ki, «Hyundai Elantra» markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; (i.v.28-31) - 15 may 2024-cü il tarixli cinayət işini icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilib istintaqı aparılmışdır; (i.v.32) - 18 may 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X5 zərərçəkmiş şəxs qismində tanınmışdır;(i.v.35- 36) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 04 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Moskva şəhər Qolovinsk rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə RF CM-in 161-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Yekaterinburq şəhəri Kirov rayonu məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının RF CM-in 264-cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 il şərti sınaq müddəti tətbiq edilməklə 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin cəzalar ödənilmişdir (qeyd olunan hökmlərin tanınması yəni məhkəmə qaydasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsi barədə qərar qəbul edilməmişdir); (i.v. 52-53) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «MTE və PA» ETT Birliyinin 20 iyun 2024-cü il tarixli, T 408/2024 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin yüngül dərəcəli əzilməsi, sağ temporal (gicgah) sümüyün xətti sınığı, sağ orbita (göz yuvasının) medial və lateral divarın xətti sınığı, burun sümüklərinin sağ tərəfli sınığı, sağda temporal (gicgah) sümüyünün yerdəyişməmiş xətti sınığı, burun sümüklərində sağ tərəfli, frontal (alın) sümüyünün maksilyar çıxıntısına (sağ orbitanın medial divarına) keçən, ayrıca qonşu etmoidal hücrələrinə uzanan nəzərə çarpan yerdəyişmə göstərməyən sınıqlar, sağ orbitanın (göz yuvasının) lateral divarında (zygomaaotikusda) yerdəyişməmiş sınıq xətti, sağda temporal (gicgah) nahiyədə dərialtı yumşaq toxumalarında posttravmatik ödem-qalınlaşma fonunda apanevrozaltı hematoma, başın sağ alın-gicgah, sağ göz orbitası və gözaltı, hər iki diz oynağı və sol aşıq baldır oynağı nahinyələrində qançırlar, femurmedial kondildə və tibia lateral plato və fibula (bud və baldır sümükləri) başında yayqın sümük iliyi ödemləri, suprapatellar bursada (diz qapağı önü) və diz oynağında yayqın maye artışı, sağ yanaq və sağ diz oynağı nahiyələrində sıyrıqlar bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri ilə əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların avtomobilin sağ qapısına dəyib yol örtüyünə dəymə nəticəsində deyil, hərəkətdə olan avtomobilin ön tərəfi ilə piyadının vurulması və yol örtüyünə zərblə çırpılması zamanı yaranmağa uyğun gəlir. Belə ki, ilkin zərbə sol aşağı ətrafa olmuş, sonra piyada kontakt ağırlıq mərkəzindən aşağı olduğundan avtomobilin ön hissəsinə, ola bilsin ki, kapota düşmüş, sonrakı etapda piyada zərblə yol örtüyünə dəymiş və ağır kəllə-beyin travmasını almışdır; (i.v. 58-61) - 16 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb odilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir; (i.v. 81-82) - 16 iyul 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, xx.xx.1977-ci il tarixdə Cəlilabad rayonu, Allahverən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, Cəlilabad rayonu, Allahverən kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir; (i.v. 102-103) - Hamarqışlaq kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, 1977-ci ildə Cəlilabad rayonu Allahverən kəndində anadan olmuş, tam orta təhsilli, evli, bitərəf, azərbaycanlı, halhazırda Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs kənddə yaşadığı dövr ərzində özünü kənd ictimaiyyəti arasında mədəni aparmış, özündən böyüklərə həmişə hörmət etmiş, özündən kiçiklərə nəzakətlə davranmışdır. Təqsirləndirilən şəxs haqqında Hamarqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və yaxud şifahi şikayət ərizəsi daxil olmamışdır. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X1 04 iyun 2013-cü il tarixdə 22№-li qeydlə nikahlarını bağlamışlar. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda–iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 263.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - «Hyundai Elantra» markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi vöen **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 28 (iyirmi səkkiz) iş saatına görə 168 (yüz altmış səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - «Hyundai Elantra» markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 28 (iyirmi səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 168 (yüz altmış səkkiz) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-447/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-447/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver