Azərbaycan Respublikası adından Hökm Bakı şəhəri İş № 1(011)-447/2025 06.03.2026 BAKI ŞƏHƏRI XƏTAI RAYON MƏHKƏMƏSI Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2 İlham oğlu, zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – ** saylı Vəkil bürosunun vəkili müdafiəçi1 oğlunun iştirakları ilə ## #### 1995-ci ildə Bakı şəhərində doğulmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş. Bakı şəhəri, Xəzər rayonu, S.Yesenin küçəsi 87, Xəzər RPİ-nin inzibati binasında qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan, barəsində "həbs" növündə qətimkan tədbiri seçilərək ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını qanunsuz və əvəssiz ələ keçirmə məqsədi ilə zərərçəkmiş şəxs1 "Turbo.az” elan saytında özünə məxsus "Mondial 50 ZUN" markalı mopedin satılmasına dair yerləşdirilmiş elanı öyrənib istifadəsində olan 050- 489-18-78 mobil telefon nömrəsindən zərərçəkmiş şəxs1 istifadəsində olan 051-333-66-86 mobil telefon nömrəsi ilə əlaqə yaradıb həmin mopedi alacağını bildirməklə vədələşib ## #### 2025-ci il tarixdə saat 18:30-da ünvan 5 ünvanında "Pizza Locale" restoranının qarşısında zərərçəkmiş şəxs1la görüşmüş və sonuncunun etibarından sui-istifadə edərək guya mopedi sürüb texniki sazlığını yoxlayıb geri qayıdacağı barədə yalan vəd verib aldadaraq ələ keçirdiyi 1.350 manat dəyərində "Mondial 50 ZUN" markalı mopedlə hadisə yerindən sürüb uzaqlaşaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 1.350 (min üç yüz əlli) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəssiz ələ keçirmə məqsədi ilə zərərçəkmiş şəxs2 İlham oğlunun "Lalafo.az" elan saytında özünə məxsus "Zaza Canoe 49CC” markalı mopedi və "LS2" markalı qoruyucu dəbilqə ilə satılmasına dair yerləşdirilmiş elanı öyrənib istifadəsində olan 050-489-18-78 mobil telefon nömrəsindən zərərçəkmiş şəxs2 istifadəsində olan 070-215-21-16 mobil telefon nömrəsi ilə əlaqə yaradıb mopedi və dəbilqəni alacağını bildirməklə vədələşərək ## #### 2025-ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında avtomobillərin təmiri sexində görüşmüş və zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək guya mopedi sürüb texniki sazlığını yoxlayıb geri qayıdacağı barədə yalan vəd verib aldadaraq ələ keçirdiyi 150 manat dəyərində "LS2" markalı qoruyucu dəbilqə ilə üzərində hər birinin qiyməti 5 manat olan 070-215-21-16 GSM nar nömrə, 051-779-80-82 GSM sim nömrə olan 200 manat dəyərində "Xiaomi Mi 8" markalı mobil telefon olmuş 1.100 manat dəyərində "Zaza Canoe 49CC" markalı mopedlə hadisə yerindən sürüb uzaqlaşaraq zərərçəkmiş şaxs zərərçəkmiş şəxs2 İlham oğluna ümumilikdə 1.460 (min dörd yüz altmış) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə zərərçəkmiş şəxs4 "Lalafo.az” elan saytında özünə məxsus "Playstation 5 SLIM" markalı oyun aparatının satılmasına dair yerləşdirilmiş elanı öyrənib istifadəsində olan 055-388-71-26 mobil telefon nömrəsindən zərərçəkmiş şəxs4 istifadəsində olan 099-717-61-31 mobil telefon nömrəsi ilə əlaqə yaradıb aparatı alacağını bildirməklə vədələşərək ## ##### 2025-ci il tarixdə saat 14də ünvan 1 ünvanında görüşmüş və zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək guya aparatın işlək vəziyyətdə olmasını yoxlayıb geri qayıdacağı barədə yalan vəd verib aldadaraq 1.000 manat dəyərində "Playstation 5 SLIM" markalı oyun aparatını ələ keçirib hadisə yerindən uzaqlaşaraq verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 1.000 (min) manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəssiz ələ keçirmə məqsədi ilə zərərçəkmiş şəxs3 "Tap.az" elan saytında özünə məxsus "Playstation 5" markalı oyun aparatının satılmasına dair yerləşdirilmış elanı öyrənib istifadəsində olan 099-388-55-75 mobil telefon nömrəsindən zərərçəkmiş şəxs3 istifadəsində olan 055-762-92-24 mobil telefon nömrəsi ilə əlaqə yaradıb oyun aparatını alacağını bildirməklə vədələşərək ## ### 2025-ci il tarixdə saat 20-də ünvan 1 ünvanında zərərçəkmiş şəxs3lə görüşmüş və sonuncunun etibarından suiistifadə edərək guya aparatın işlək vəziyyətdə olmasını yoxlayıb geri qayıdacağı barədə valan vəd verib aldadaraq 650 manat dəyərində "Playstation 5" markalı oyun aparatını ələ keçirib hadisə yerindən uzaqlaşaraq verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 650 (altı yüz əlli) manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödəməsini və onlarla barışmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, maddi və mənəvi ziyan ödənmiş, təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş ziyan ödənmiş, təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə iclasında videokonfrans vasitəsilə dindirilmiş zərərçəkmiş şəxs2 İlham oğlu ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş ziyan ödənmiş, təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı dindirilməsi mümkün olmamış, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Azərbaycan Respublikası CPM-nin 330.1-ci maddəsinə görə zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ifadəsi elan edilmiş, həmin ifadələrində o bildirmişdir ki, ## ### 2025-ci il tarixdə özünə məxsus olan "PlayStation 5" markalı oyun aparatını satmaq məqsədi ilə 700 manata "Tap az" saytına yerləşdirmiş, istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrədən "WhatsApp" tətbiqi vasitəsi ilə mesaj gəlmiş, mesaj yazan şəxs ona oyun aparatını almaq istədiyini bildirmişdir. Həmin şəxs ondan "PlayStation 5" markalı oyun aparatını son olaraq hansı qiymətə satacağımı soruşmüş, son olaraq 650 manata sata biləcəyini demişdir. Daha sonra həmin şəxs şəxsiyyət vəsiqəsinin surətini ona mobil telefon vasitəsi ilə göndərmiş, vəsiqəyə baxdıqdan sonra həmin şəxsin ## #### 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Razılaşdıqdan sonra həmin şəxs ona Xətai metrosunun yaxınlığında yaşadığını bildirərək onu metronun yanına dəvət etmiş, telefon danı zamanı ona oyun aparatım kuryer vasitəsi ilə göndərəcəyini deyərək əlavə olaraq 20 manat ödəniş etməsini demişdir Təqsirləndirilən şəxs razılaşmışdır. ## ### 2025-ci il tarixdə axşam saatlarında özü Xatai metrosunun yanına gedərək orada Təqsirləndirilən şəxslə görüşmüşdür. Emil evinin yaxında olmasını va oyun konsulunun işləyib-işləməmədiyini yoxlamaq istədiyini bildirmiş, onunla ünvan 6 ünvanının qarşısına getmişlər. Binanın qarşısına çatdıqda Emil oyun aparatını ondan alaraq baxmış, daha sonra evə qalxaraq oyun aparatını yoxlamaq istədiyini bildirmişdir. Onunla birlikdə eva qalxmağı təklif etsə də Emil buna etiraz edərək evdə ailəsinin olmasını demiş, o, da razılaşmış. Emil binanın içərisinə daxil olmuşdur. Emilin gec gəldiyini gördükdə ona "WhatsApp" tətbiqi vasitəsi ilə mesaj yazmış. Emil ona 2 dəqiqəyə gələcəyini bildirmiş, bir neçə dəqiqə keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs həyətə düşməmiş, "WhatsApp" tətbiqi vasitəsi ilə mesaj yazmaq istəsə də onun nömrəsini bloka atmasını görmüşdür. Daha sonra DİN-nin 102 zəng mərkəzinə zəng edib məlumat vermiş, hadisə nəticəsində ona 650 manat maddi ziyan dəymişdir.(cild1, i.v 12-22) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ## #### 2025-ci il tarixli cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması, zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. (cild1, i.v. 1); ## #### 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır.( cild1, i.v 12-13) ## #### 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 məxsus bir adad PlaStation 5" markalı oyun aparatını ünvan 2 ünvanımda yerləşən binanın həyətində ələ keçirmiş, bu barədə hadisə yerinə baxış keçirilməklə fotoşəkillər çəkilərək istintaq materiallarına əlavə edilmişdir.(cild 1, i. v. 23-26) ## #### 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.( cild 1, i. v.31) ## #### 2025-ci il tarixli cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********** nömrəli cinayət işinin başlanması qərara alınmışdır.(cild 1, i.v 50) ## #### 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 İlham oğluna məxsus bir ədəd "Canoe” markalı mopedi, bir ədəd "LS2" markalı dəbilqə ilə bir ədəd "Xiaomi Mis" markalı mobil telefonu ünvan 4 ünvanında yerləşən avtomobillərin təmiri sexində ələ keçirmiş, bu barədə hadisə yerinə baxış keçirilməklə fotoşəkillər çəkilərək təhqiqat materialına əlavə edilmişdir.(cild 1, i. v. 52- 56) ##.##.2025-ci il tarixli əşyanı təqdim etmə haqqında protokoldan görünür ki, “Canoe” markalı moped, “LS2” markalı dəbilqə və “Xiaomi Mİ8” markalı mobi telefon zərərçəkmiş şəxs2 İlham oğluna qaytarılmışdır.(cild 1, i.v 65) ## #### 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, zərərçəkmiş şəxs2 İlham oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild1, i.v 74-75) ## #### 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixində saat 16:10-da tutulmuşdur.(cild 1, i.v 96) ## #### 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.( cild 1, i. v.110) ## #### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və onun saxlandığı Nəsimi RPİ MSY-dən azad edilməsi qərara alınmışdır.(cild 1, i.v 122) ## #### 2025-ci il tarixli cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır. (cild1, i.v 143); ## #### 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məxsus bir ədəd "Mondial 50 ZUN” markalı mopedi ünvan 5 ünvanında yerləşən "Pizza Locale" restoranının qarşısında ələ keçirmiş, bu barədə hadisə yerinə baxış keçirilməklə fotoşəkillər çəkilərək təhqiqat materialına əlavə edilmişdir.(cild 1, i. v. 147-149) ## #### 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixində saat 22:30-da tutulmuşdur.(cild 1, i.v 173) ## #### 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.( cild 1, i. v.183) ## #### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və onun saxlandığı Səbail RPİ MSY-dən azad edilməsi qərara alınmışdır.(cild 1, i.v 184) ## #### 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild1, i.v 188) ##.##.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixində, saat 20:15-də tutulmuşdur.(cild 1, i.v 224) ##.##.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilməsi qərara alınmışdır.(cild 1, i.v 233) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində 01 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli ##.##.2025-ci il tarixdən hesablanması qərara alınmışdır.(cild 1, i.v 254-258) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 ay, ## #### 2025-ci il tarixədək uzadılması qərara alınmışdır. (cild 1, i.v 295) ## #### 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 2, i.v 35) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 ay 20 gün, ## ######## 2025ci il tarixədək uzadılması qərara alınmışdır. (cild 2, i.v 65-74) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə 2 il müddətinə, həmin məcəllənin 180.2.2-ci maddəsi ilə 03 il müddətinə, CM-nin 66.2-ci maddəsi ilə qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.(cild 2, i.v 77-91) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 06 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.(cild 2, i.v 94-95) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış ##.##.2024-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə, sonuncu dəfə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 180.2.2-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cazasına məhkum edilmiş və Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 (altı) ay, 20 (iyirmi) gün vaxtından əvvəl şərti azad edilmiş, ## #### 2025ci il tarixdə cəza müddəti başa çatmışdır.(cild 2, i.v 96-99) ## ###### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi la yeni məzmunlu ittiham elan edilsin və barəsində "həbs" növündə qətimkan tədbirinin seçilməsi nazarə alınması, cinayət işi üzrə aparılmış ibtidai istintaqın obyektiv hallarına uyğun olan ifadələr və digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilməsi, iş üzrə zərərçəkmiş şəxs1 ## #### 2025-ci il tarixdə, zərərçəkmiş şəxs2 İlham oğlunun ## #### 2025-ci il tarixdə, X1 ## #### 2025ci il tarixdə va zərərçəkmiş şəxs4 ## #### 2025-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmələri nəzərə alınması, iş üzrə şahid qismində dindirilmiş Şahid Cəbrail oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət işi başlanılması rədd edilməsi, cinayət işi üzrə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məxsus 1350 manat dəyərində -Mondial 50 ZUN" markalı moped və zərərçəkmiş şəxs2 İlham oğluna məxsus 1100 manat dəyərində Zaza Canoe 49CC" markalı mopedi, 150 manat dəyərində "LS2" markalı qoruyucu dəbilqə və üzərində hər birinin qiyməti 5 manat olan 070-215-21-16 GSM nar nömrə, 051-779-80-82 GSM sim nömrə olan 200 manat dəyərində "Xiaomi MI 8" markalı telefon iş üzrə maddi sübut qismində qınaraq zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınması qərara alınmışdır (cild 2, i.v 100-109) ## ###### 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir.(cild 2, i.v 115-116) zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etmiş olduğu ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş maddi və mənəvi zərəri tam olaraq ödəmişdir. Ona qarşı şikayət və tələbi yoxdur, barışmışdır. zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etmiş olduğu ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur, barışmışdır. zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş ziyan tam olaraq ödənilmiş, heç bir şikayət və tələbi yoxdur, barışmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2- ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən təkrarən dələduzluq etmək - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 180.2.2-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cazasına məhkum edilmiş və Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin tarixdən 02 il müddət keçmədən yenidən cinayət törətdiyindən məhkumluğu ödənilməmiş və götürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal cinayətin residividir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını (59.1.12), zərərçəkmiş şəxslərə vurulmuş zərəri tam olaraq ödəməsini (59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2015-ci il tarixli * nömrəli Qərarının 39cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut- zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 məxsus 1350 manat dəyərində "Mondial 50 ZUN" markalı moped, zərərçəkmiş şəxs2 İlham oğluna məxsus 1100 manat dəyərində "Zaza Canoe 49CC" markalı mopedin, 150 manat dəyərində "LS2" markalı qoruyucu dəbilqə və üzərində hər birinin qiyməti 5 manat olan 070-215-21-16 GSM nar nömrənin, 051-779-80-82 GSM sim nömrə olan 200 manat dəyərində "Xiaomi Mi 8" markalı telefonun istintaq zamanı zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və M.İ.Rzayevə geri verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli ** nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli ** nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında ## ##### 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. İş üzrə məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək və ## #### 2025ci il tarixdən ## #### 2025-ci il tarixədək tutulduğu 03(üç) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli ## ### 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 məxsus 1350 manat dəyərində "Mondial 50 ZUN" markalı moped, zərərçəkmiş şəxs2 İlham oğluna məxsus 1100 manat dəyərində "Zaza Canoe 49CC" markalı mopedin, 150 manat dəyərində "LS2" markalı qoruyucu dəbilqə və üzərində hər birinin qiyməti 5 manat olan 070-215-21-16 GSM nar nömrənin, 051-779- 80-82 GSM sim nömrə olan 200 manat dəyərində "Xiaomi Mi 8" markalı telefonun istintaq zamanı zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və M.İ.Rzayevə geri verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş ** saylı Vəkil bürosunun vəkili müdafiəçi1 15 (on beş) saat üçün nəzərdə tutulan 165 (bir yüz altmış beş) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-447/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-447/2025
06.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver