Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-45/2022 02.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs9, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1984-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Sədərək kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus torpaq sahəsində, 32000 (otuz iki min) manat müqabilində 3 (üç) ay 15 (on beş) iş günü müddətində iki mərtəbəli, beş otaqlı, 120 kvadrat sahəyə malik fərdi yaşayış evi inşa edib tam təmirli vəziyyətdə təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün, 04 aprel 2018-ci ildə təsis etdiyi, hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 22 dekabr 2018-ci il tarixdə ünvan 3 ünvanında Zərərçəkmiş şəxs7la təmir-tikinti müqaviləsi bağlayaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq, hissə-hissə olmaqla, 02 yanvar 2019cu il tarixdə qeyd olunan ünvanda əvvəlcə 5000 (beş min) manat pulunu, 09 yanvar 2019cu il tarixdə həmin ünvanda 5000 (beş min) manat pulunu, 16 yanvar 2019-cu il tarixdə həmin ünvanda 2500 (iki min beş yüz) manat pulunu, 24 yanvar 2019-cu il tarixdə həmin ünvanda 2500 (iki min beş yüz) manat pulunu, 2019-cu ilin fevral ayının əvvəllərində, istintaqa konkret məlum olmayan tarixdə, həmin ünvanda 5000 (beş min) manat pulunu, bir neçə gün sonra, yəni 2019-cu ilin fevral ayının əvvəllərində istintaqa konkret məlum olmayan digər tarixdə isə 5000 (beş min) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs7 ümumilikdə 25000 (iyirmi beş min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək, Göygöl rayonu, Mixaylovka kəndində yerləşən ona məxsus torpaq sahəsində 45000 (qırx beş min) manat müqabilində 90 (doxsan) iş günü müddətində fərdi yaşayış evi inşa edib tam təmirli vəziyyətdə təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün, 04 aprel 2018-ci ildə təsis etdiyi hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 18 aprel 2020-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonu, F.Məmmədov küçəsi, ev 10 ünvanında Zərərçəkmiş şəxs6la təmir-tikinti müqaviləsi bağlayaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissə-hissə olmaqla, həmin gün qeyd olunan ünvanda əvvəlcə 17500 (on yeddi min beş yüz) manat pulunu, 20 may 2020-ci il tarixdə isə ünvan 4 ünvanında 27500 (iyirmi yeddi min beş yüz) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 45000 (qırx beş min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 5 ünvanda yerləşən ona məxsus mənzili 13200 (on üç min iki yüz) manat müqabilində 75 (yetmiş beş) iş günü müddətində tam təmir edib təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün, 04 aprel 2018-ci ildə təsis etdiyi hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 15 may 2020-ci il tarixdə ünvan 6 ünvanında fəaliyyət göstərən “AP Plaza” biznes mərkəzinin birinci mərtəbəsində, 36 nömrəli otaqda yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs2la təmir-tikinti müqaviləsi bağlayaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissə-hissə olmaqla, həmin gün qeyd olunan ünvanda əvvəlcə 4000 (dörd min) manat pulunu, 18 iyun 2020-ci il tarixdə isə həmin ünvanda 8000 (səkkiz min) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 12000 (on iki min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək, ünvan 7 ünvanında yerləşən 17 (on yeddi) mərtəbəli yaşayış binasının mansardında, ona məxsus 105 kvadrat metr sahədə 70000 (yetmiş min) manat müqabilində 120 (bir yüz iyirmi) iş günü müddətində 3 (üç) otaqlı mənzil inşa edib tam təmirli vəziyyətdə təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün, 04 aprel 2018-ci ildə təsis etdiyi hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 10 iyun 2020-ci il tarixdə ünvan 6 ünvanında fəaliyyət göstərən “AP Plaza” biznes mərkəzinin birinci mərtəbəsində, 36 nömrəli otaqda yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs8la təmir-tikinti müqaviləsi bağlayaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissə-hissə olmaqla, həmin gün qeyd olunan ünvanda əvvəlcə 21000 (iyirmi bir min) manat pulunu, 02 iyul 2020-ci il tarixdə isə həmin ünvanda 21000 (iyirmi bir min) manat pulunu alıb, 843 manat dəyərində təmir-tikinti işləri aparıb Zərərçəkmiş şəxs8 ümumilikdə 41157 (qırx bir min yüz əlli yeddi) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ona məxsus mənzili 12600 (on iki min altı yüz) manat müqabilində 60 (altmış) iş günü müddətində tam təmir edib təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün, 04 aprel 2018-ci ildə təsis etdiyi hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 23 iyun 2020-ci il tarixdə ünvan 6 ünvanında fəaliyyət göstərən “AP Plaza” biznes mərkəzinin birinci mərtəbəsində, 36 nömrəli otaqda yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs10 ilə təmir-tikinti müqaviləsi bağlayaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissə-hissə olmaqla, həmin gün qeyd olunan ünvanda əvvəlcə 6300 (altı min üç yüz) manat pulunu, daha sonra isə 07 iyul 2020-ci il tarixdə həmin ünvanda 5040 (beş min qırx) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs10 ümumilikdə 11340 (on bir min üç yüz qırx) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2280A ünvanında yerləşən ona məxsus torpaq sahəsində 67000 (altmış yeddi min) manat müqabilində 210 (iki yüz on) iş günü müddətində iki mərtəbəli fərdi yaşayış evi və həyətyanı sahədə çəpər inşa edib evi tam təmirli vəziyyətdə təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün, 04 aprel 2018-ci ildə təsis etdiyi hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 19 avqust 2020-ci il tarixdə ünvan 6 ünvanında fəaliyyət göstərən “AP Plaza” biznes mərkəzinin birinci mərtəbəsində 36 nömrəli otaqda yerləşən icarəyə götürdüyü ofisdə, Zərərçəkmiş şəxs4 ilə təmir-tikinti müqaviləsi bağlayaraq, həmin gün qeyd olunan ünvanda 20100 (iyirmi min bir yüz) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 20100 (iyirmi min bir yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən ona məxsus torpaq sahəsində 55000 (əlli beş min) manat müqabilində 180 (bir yüz səksən) iş günü müddətində ikimərtəbəli fərdi yaşayış evi inşa edib, tam təmirli vəziyyətdə təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün, 04 aprel 2018-ci ildə təsis etdiyi hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 28 iyul 2020-ci il tarixdə ünvan 6 ünvanında fəaliyyət göstərən “AP Plaza” biznes mərkəzinin birinci mərtəbəsində, 36 nömrəli otaqda yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs3lə təmir-tikinti müqaviləsi bağlayaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissə-hissə olmaqla, həmin gün qeyd olunan ünvanda əvvəlcə 16500 (on altı min beş yüz) manat pulunu, 20 avqust 2020-ci il tarixdə isə həmin ünvanda 10000 (on min) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 26500 (iyirmi altı min beş yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib, Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, ünvan 9 ünvanda yerləşən ona məxsus mənzili 19450 (on doqquz min dörd yüz əlli) manat müqabilində 75 (yetmiş beş) iş günü müddətində tam təmir edib təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün, 04 aprel 2018-ci ildə təsis etdiyi hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 02 avqust 2020-ci il tarixdə ünvan 6 ünvanında fəaliyyət göstərən “AP Plaza” biznes mərkəzinin birinci mərtəbəsində, 36 nömrəli otaqda yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs5 ilə təmir-tikinti müqaviləsi bağlayaraq, ayrıayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissə-hissə olmaqla, həmin gün qeyd olunan ünvanda əvvəlcə 5835 (beş min səkkiz yüz otuz beş) manat pulunu, 24 avqust 2020-ci il tarixdə isə həmin ünvanda 5835 (beş min səkkiz yüz otuz beş) manat pulunu alıb 4558 manat dəyərində təmir-tikinti işləri aparıb, Zərərçəkmiş şəxs5 ümumilikdə 7112 (yeddi min yüz on iki) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, asfalt zavodunun şimal-qərbində yerləşən, ona məxsus torpaq sahəsində 56060 (əlli altı min altmış) manat müqabilində 150 (bir yüz əlli) iş günü müddətində birmərtəbəli, talvarlı, 140 kvadratmetr sahəyə malik fərdi yaşayaş evi inşa edib tam təmirli vəziyyətdə təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün, 04 aprel 2018-ci ildə təsis etdiyi hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 07 sentyabr 2020-ci il tarixdə, ünvan 6 ünvanında fəaliyyət göstərən “AP Plaza” biznes mərkəzinin birinci mərtəbəsində, 36 nömrəli otaqda yerləşən icarəyə götürdüyü ofisdə, Zərərçəkmiş şəxs1 ilə təmir-tikinti müqaviləsi bağlayaraq, ayrı-ayrı vaxtlarda, vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissə-hissə olmaqla, həmin gün qeyd olunan ünvanda əvvəlcə 12600 (on iki min altı yüz) manat pulunu, 2020-ci ilin sentyabr ayının ortalarında qeyd olunan ünvanda 1000 (bir min) manat pulunu, 2020-ci ilin sentyabr ayının sonlarında isə ünvan 6 ünvanında fəaliyyət göstərən “AP Plaza” biznes mərkəzinin qarşısında 2000 (iki min) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 15600 (on beş min altı yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib, Zərərçəkmiş şəxs9 etibarından suiistifadə edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 48, M6, 3 nömrəli ünvanda yerləşən ona məxsus mənzili 12600 (on iki min altı yüz) manat müqabilində 60 (altmış) iş günü müddətində tam təmir edib, təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün, 04 aprel 2018-ci ildə təsis etdiyi hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 16 avqust 2021-ci il tarixdə ünvan 11 ünvanında Zərərçəkmiş şəxs9la təmir-tikinti müqaviləsi bağlayaraq, həmin gün qeyd olunan ünvanda 2520 (iki min beş yüz iyirmi) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs9 ümumilikdə 2520 (iki min beş yüz iyirmi) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 2005-ci ildə yaşadığı Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə köçərək müxtəlif tikinti obyektlərində fəhlə kimi günəmuzd əmək haqqı müqabilində işləməyə başlamışdır. Bir müddət rəngsaz ustası kimi işləsə də, bu işi bacarmadağına görə məcbur olub yenidən fəhləlik etməli olmuşdur. 2018-ci ilədək Bakı şəhərində yerləşən müxtəlif tikinti obyektlərində günəmuzd fəhlə və bir müddət rəngsaz ustası kimi işlədikdən sonra, daha çox pul qazanmaq üçün qərara gəlmişdir ki, rəsmi qaydada şirkət yaradıb qeydiyyatdan keçməklə, inşaat işləri ilə məşğul olsun. Bu məqsədlə 2018-ci ilin aprel ayında müvafiq qaydada Vergilər Nazirliyinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişdir. Həmin cəmiyyətin təsisçisi olmaqla yanaşı, cəmiyyətin qanuni təmsilçisi və direktorudur. "xxxx" MMC təsis etdikdən sonra, internet sosial şəbəkələrində cəmiyyətin adına səhifə açaraq, mobil telefon nömrəsini həmin səhifələrdə əlaqə nömrəsi kimi qeyd etmişdir. Həmçinin, müştəri cəlb etmək üçün qeyd olunan səhifələrdə ölkə ərazisində təmir-tikinti işləri ilə məşğul olmağı, rəhbərlik etdiyi tikinti şirkəti tərəfindən təmir işlərinin 1 kvadrat metri 200 manat müqabilində aparılması və gördüyü işlərin keyfiyyətinə uzun müddətli zəmanət verdiyinə dair reklam xarakterli məlumatlar yerləşdirmişdir. Bir müddət sonra məlumatlarla tanış olan müxtəlif şəxslər istifadəsində olan telefon nömrəsinə zəng vuraraq, apardığı təmir-tikinti işləri ilə maraqlanmağa başlamışdır. O da, müştərilərdə inam yaratmaq və yeni müştərilər cəlb etmək üçün, zəng vuran şəxslərə cəmiyyətin sədri olduğunu, şirkətin fəaliyyətinə şəxsən rəhbərlik etdiyini, tələb olunan bütün inşaat və təmir işlərini öz təmir-tikinti briqadası ilə qısa müddət ərzində yüksək keyfiyyətlə yerinə yetirdiyini bildirmişdir. 2020-ci ilin fevral ayında şirkət rəhbəri kimi müraciət edən müştərilərin inamını qazanmaq üçün, Bakı şəhərində ofis icarəyə götürməyi qərara almışdır. Bir neçə gün axtardıqdan sonra, ünvan 6 ünvanında yerləşən “AP Plaza”nın birinci mərtəbəsindəki 36 nömrəli otağın icarəyə verildiyini öyrənib həmin otağa baxıb bəyənmiş və aylıq 450 manat müqabilində qeyd olunan otağı icarəyə götürmüşdür. Bundan sonra, ona zəng vuran müştərilərə ofisinin ünvan 6 ünvanında yerləşən “AP Plaza”da fəaliyyət göstərdiyini bildirməklə, söhbət aparmaq üçün müştəriləri məhz “AP Plaza”da yerləşən icarəyə götürdüyü həmin ofis otağına dəvət etməyə başlamışdır. Zərərçəkmiş şəxs7 adlı şəxsi 2018-ci ilin noyabr ayından tanıyır, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs7 onun mobil telefona zəng vuraraq, Nərimanov rayonu, Daş karxanası küçəsi 756 ünvanında yerləşən özünə məxsüs köhnə evi söküb yeni iki mərtəbəli ev inşa etdirmək istədiyini demişdir. O da, "xxxx" MMC-nin sədri olduğunu və uzun müddətdən bəri sifariş əsasında müxtəlif rayonlarda, eləcə də Bakı şəhərində fərdi yaşayış evlərinin tikintisi və təmiri ilə məşğul olduğunu demişdir. Elman iki mərtəbəli, beş otaqlı, ümumi yaşayış sahəsi 120 kvadrat metr olan fərdi yaşayış evi inşa etdirmək istədiyini bildirmişdir. O da, öz növbəsində Elmana tikinti ilə əlaqədar müvafiq layihə hazırlayacağını söyləyib, bir neçə gün sonra görüşüb birlikdə bu barədə ətraflı söhbət etməyi təklif etmişdir. Bir neçə gün sonra, 2019-cu ilin dekabr ayının ortalarında Elmanın mobil telefonuna zəng vurub, yalandan layihəni artıq hazırladığını bildirərək, inşaat işlərini müzakirə etmək üçün görüşməyi təklif etmişdir. Elman bu məqsədlə onu evinə dəvət etmişdir. O da, razılaşıb Elmanın yaşadığı Nərimanov rayonu, Daş karxanası küçəsi 756 ünvanına getmişdir. Elman onun təqdim etdiyi layihəyə baxıb bəyənmişdir. O, Elmana 32000 manat müqabilində 3-4 ay müddətində köhnə evini söküb, yerində layihəyə uyğun iki mərtəbəli, 5 otaqlı, ümumi yaşayış sahəsi 120 kvadrat metr olan fərdi yaşayış evi inşa edib, tam təmir etməklə təhvil verəcəyini vəd etmişdir. O, Elmanı inandırmaq üçün inşaat işlərinin gedişatı zamanı 27000 manat verməsini, yerdə qalan 5000 manatı isə inşaat və təmir işləri yekunlaşıb evi təhvil verdikdən sonra verməsini təklif etmişdir. Elman razılaşaraq pulu hissə-hissə verəcəyini demişdir. O da, Elmanla razılaşaraq, arxayın olması üçün rəhbərlik etdiyi şirkətin dövlət qeydiyyatından keçməklə rəsmi qaydada fəaliyyət göstərdiyini və inşaat işləri ilə əlaqədar müqavilə bağlayacağını, aldığı hər məbləğə görə ona mədaxil qəbzi verəcəyini demişdir. 2018-ci ilin dekabr ayının sonlarında yenidən Elmanın evinə gedib sonuncuya təmir-tikinti müqaviləsi təqdim etmişdir. Elman müqavilə ilə tanış olub imzalamışdır. Müqaviləyə əsasən o, 03 ay 15 gün müddətində Elmana məxsus köhnə birmərtəbəli fərdi yaşayış evini söküb 0,015 hektar torpaq sahəsində iki mərtəbəli, beş otaqlı, ümumi yaşayış sahəsi 120 kvadrat metr olan fərdi yaşayış evi inşa edib, yaşayış üçün tam təmirli və hazır vəziyyətdə ona təhvil verməli olmuşdur. Elman müqaviləni imzaladıqdan sonra o, ilkin ödəniş qismində 5000 manatı dərhal verməsini xahiş etmişdir. Elman isə etiraz edərək, söküntü işlərini yekunlaşdıran kimi, ona ilkin ödəniş qismində 5000 manat pul verəcəyini demişdir. O, məcbur olub razılaşmışdır. Növbəti gün səhər saatlarından günəmuzd zəhmət haqqı müqabilində işləyən bir neçə fəhlə ilə danışıb razılaşaraq söküntüyə başlamaq üçün fəhlələri Elmanın evinə aparmışdır. Söküntü işləri bir neçə gün davam etmiş və 2018-ci ilin dekabr ayının sonlarında söküntü işləri yekunlaşmışdır. Bundan sonra, bünövrə işlərinə başlamışdır. Elmanı inandırmaq üçün o, tez-tez həmin ünvana gedib baş çəkmişdir. 2019-cu ilin yanvar ayı ərzində razılaşdıqları kimi, Elmandan həmin ünvanda hissə-hissə olmaqla ümumilikdə 15000 manat pul almışdır. Hər dəfə pulu alarkən şübhələnməməsi üçün Elmana mədaxil qəbzi vermişdir. 2019-cu ilin fevral ayının əvvəllərində yenə də, pul almaq üçün Elmana zəng vuraraq, inşaat işlərinin ləngiməməsi və vaxtında yekunlaşması üçün 10000 manat pul istəmişdir. Elman razılaşaraq həmin ərəfələrdə, yəni 2019-cu ilin fevral ayının əvvəllərində ona əvvəlcə 5000 manat, bir neçə gün sonra isə həmin ünvanda yenə də 5000 manat olmaqla, 10000 manat pul vermidir. O da, hər dəfə bu barədə Elmana qəbz yazıb vermişdir. Bundan sonra daha Elmandan pul ala bilməyəcəyini görüb sonuncu ilə əlaqə və ünsiyyəti kəsərək, telefon zənglərinə cavab verməmişdir. Həmçinin, Elmanın evində işlətdiyi usta və fəhlələrlə də əlaqəni kəsmişdir. Elmandan aldığı ümumilikdə 25000 manat məbləğində pulun bir hissəsini köhnə evin söküntüsünə və yeni evin bünövrəsinə, qalan hissəsini isə öz ehtiyaclarına sərf edib xərcləmişdir. Zərərçəkmiş şəxs6 adlı şəxsi 2020-ci ilin aprel ayından tanımışdır. 2020-ci ilin aprel ayının ortalarında Gəncə şəhər sakini Zərərçəkmiş şəxs6 onun mobil telefon nömrəsinə zəng vuraraq, Göygöl rayonu, Mixaylovka kəndində yerləşən özünə məxsus 0,04 hektar torpaq sahəsində 4 otaqlı bir mərtəbəli fərdi yaşayış evi inşa etdirmək istədiyini bildirmişdir. O, uzun müddətdən bəri sifariş əsasında müxtəlif rayonlarda, eləcə də Bakı və Gəncə şəhərlərində fərdi yaşayış evlərinin tikintisi və təmiri ilə məşğul olduğunu söyləyib, Fuada bir neçə fərdi yaşayış evinin layihəsini göndərmişdir. Fuad həmin layihələrdən birini bəyənib seçərək, bu barədə ona məlumat vermişdir. O, hesablama apardıqdan sonra, Fuada zəng vuraraq, seçdiyi layihəyə uyğun bir mərtəbəli 150 kvadrat metr sahəyə malik fərdi yaşayış evinin tikintisi üçün ümumilikdə 35000 manat pul lazım olduğunu demişdir. Fuad razılaşmış və o, 3 ay müddətində fərdi yaşayış evi inşa edib, yaşayış üçün tam hazır vəziyyətdə təhvil verəcəyini demişdir. Fuad Gəncə şəhərində görüşüb bu barədə ətraflı danışmağı təklif etdikdə, o, razılaşaraq Fuadla görüşmək məqsədi ilə iki-üç gün sonra idarə etdiyi avtomobillə Gəncə şəhərinə getmişdir. Gəncə şəhərində Fuadla yaşadığı ünvanda görüşüb valideynlərinin iştirakı ilə inşa etdirmək istədiyi ev barədə ətraflı danışıb razılığa gəlmişlər. Söhbət əsnasında Fuada ilkin ödəniş qismində əvvəlcədən tələb olunan məbləğin 50 faizini, yəni 17500 manat pul alacağını, yerdə qalan məbləği isə inşaat işlərinin gedişatı zamanı ondan alacağını demişdir. Fuad razılaşaraq, ona 17500 manat pul vermişdir. O, pulu sayıb qəbul edərək, Fuada əvvəlcədən hazırladığı təmir-tikinti müqaviləsi təqdim etmişdir. Fuad müqavilə ilə tanış olub imzalamışdır. Müqaviləyə əsasən o, 90 iş günü, yəni 3 ay müddətində Fuada məxsus Göygöl rayonu, Mixaylovka kəndində yerləşən 0,04 hektar torpaq sahəsində birmərtəbəli, 150 kvadrat metr sahəyə malik fərdi yaşayış evi inşa edib, tam hazır vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra, Fuada 17500 manat pulu qəbul etməyinə dair mədaxil orderi vermişdir. Bir neçə gündən sonra fəhlələri günəmuzd əmək haqqı müqabilində Fuada məxsus Göygöl rayonu, Mixaylovka kəndində yerləşən torpaq sahəsində işə cəlb edib, orada bünövrə qazdıraraq beton tökdürmüşdür. 2020-ci ilin may ayının ortalarında təcili pula ehtiyacı olduğu üçün, Fuada digər fərdi yaşayış evinin layihəsini göndərərək, həmin layihə əsasında ümumilikdə 45000 manat müqabilində daha geniş və rahat yaşayış sahəsinə malik fərdi yaşayış evi inşa etməyi tövsiyə etmişdir. Fuad layihəni bəyənərək razılaşmış və Gəncə şəhərində görüşməyi təklif etmişdir. Bir neçə gündən sonra Gəncə şəhərinə Fuadın yaşadığı ünvana getmişdir. Fuad onu yaşadığı evdə qarşılayaraq, 27500 manat pul vermişdir. O, pulu sayıb qəbul edərək, razılaşdıqları kimi, 3 ay müddətində evin inşasını yekunlaşdıracağını bildirmişdir. Lakin, həmin ərəfələrdə pula kəskin ehtiyacı olduğundan, Fuaddan aldığı ümumilikdə 45000 manat məbləğində puldan bir hissəsini bünövrə işlərinə, qalan hissəsini isə öz ehtiyaclarına sərf edib xərclədiyi üçün, Fuada söz verdiyi evin inşasını davam etdirib yekunlaşdıra bilməmişdir. Bu səbəbdən Fuad bir neçə dəfə ona zəng vuraraq, pulunu qaytarmağını tələb etmişdir. O isə, Fuadın telefon zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs2 adlı şəxsi 2020-ci ilin may ayından tanımışdır. 2020-ci ilin may ayında Zərərçəkmiş şəxs2 mobil telefon nömrəsinə zəng vuraraq, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən üç otaqlı mənzilini təmir etdirmək istədiyini bildirmişdir. O, Rəşadı dinləyib sonuncunu rəhbərlik etdiyi "xxxx" MMC-nin yerləşdiyi ofisə dəvət etmişdir. Rəşad razılaşaraq, 2020-ci ilin may ayının ortalarında “AP Plaza”dakı ofisinə gəlmişdir. O, Rəşadı “AP Plaza”nın önündə qarşılayıb birinci mərtəbədə yerləşən 36 nömrəli ofis otağına aparmışdır. Orada Rəşadla təmir etdirmək istədiyi mənzil barədə ətraflı söhbət etmişlər. Söhbət əsnasında o, Rəşada uzun müddətdən bəri Bakı şəhərində sifariş əsasında inşaat və təmir işləri ilə məşğul olduğunu, bu sahədə böyük təcrübə topladığını söyləmişdir. Həmçinin "xxxx" MMC-yə aid sənədləri Rəşada nümayiş etdirərək, rəhbərlik etdiyi həmin şirkətin Vergilər Nazirliyində dövlət qeydiyyatından keçməklə rəsmi qaydada fəaliyyət göstərdiyini bildirmişdir. Rəşadı ətraflı dinlədikdən sonra hesablama apararaq, ona məxsus mənzilin tam təmiri üçün 13200 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt Rəşadın tərəddüd etdiyini görüb, təmir üçün tələb olunan ümumi vəsaitin ilkin olaraq 30 fazini, yəni 4000 manatını ödəməyi, məbləğin yerdə qalan 9200 manatını isə təmir işlərinin gedişatı zamanı ödəməyini təklif etmişdir. Həmçinin, Rəşada mənzil təmir olunaraq təhvil verildikdən sonra, aparılan təmir işlərinin keyfiyyəti ilə bağlı 5 il müddətinə ona yazılı zəmanət verəcəyini vəd etmişdir. Nəhayət Rəşad razılaşmış və onlar birlikdə mənzilə baxmaq üçün Suraxanı rayonuna gedib, Rəşada məxsus mənzilə baxmışlar. Mənzilə baxdıqdan sonra, Rəşada 75 iş günü müddətində təmir işlərini yekunlaşdıraraq, mənzili təhvil verəcəyini vəd etmişdir. Rəşad razılaşmış və o, Rəşada təmirlə bağlı müqavilə bağlamaq üçün günorta saatlarında ofisinə gəlməsini təklif etmişdir. Həmin gün Rəşad Nərimanov rayonu, M.Araz küçəsi 20 ünvanında yerləşən “AP Plaza”dakı ofisinə gəlib, ona 4000 manat pul təqdim etmişdir. O, pulu qəbul edib saydıqdan sonra, Rəşada təmir-tikinti müqaviləsi və pulu qəbul etməyinə dair mədaxil orderi vermişdir. Rəşad müqavilə və mədaxil orderi ilə tanış olub müqaviləni imzalamışdır. Müqaviləyə əsasən o, 75 (yetmiş beş) iş günü müddətində öz təmir-tikinti briqadası ilə Rəşada məxsus sözügedən mənzili təmir edib tam hazır vəziyyətdə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Növbəti gün səhər saatlarında iki nəfər fəhlə tapıb günəmuzd iş gördürmək istədiyini bildirərək, həmin fəhlələrlə birlikdə Rəşada məxsus Sabunçu rayonu, ünvan 14 ünvanına getmişdir. Orada Rəşad onları qarşılamış və o, fəhlələri Rəşada təqdim edərək, onların təmir məqsədi ilə söküntü işləri aparacaqlarını bildirmişdir. Həmin gündən etibarən Rəşadın mənzilində söküntü işlərinə başlamışdır. 2020-ci ilin iyun ayında Rəşada zəng vuraraq, təmir işlərinin ləngiməməsi üçün ona 8000 manat məbləğində pul verməsini, yerdə qalan 1200 manatı isə təmir işləri yekunlaşdıqdan sonra verməyini təklif etmişdir. Rəşad razılaşmış və elə həmin gün Nərimanov rayonu, M.Araz küçəsi 20 ünvanında yerləşən “AP Plaza”-dakı ofisinə gəlib, ona 8000 manat pul vermişdir. Rəşad ona ümumilikdə 12000 manat pul vermişdir. O, pulu sayıb Rəşada bu barədə mədaxil qəbzi vermişdir. Rəşaddan aldığı ümumilikdə 12000 manat məbləğində pulun bir qismini Rəşadın mənzilinin təmirinə, qalan hissəsini isə öz şəxsi ehtiyaclarına sərf edib xərcləmişdir. Bu səbəbdən, 2020-ci ilin avqust ayında Rəşada məxsus mənzilin təmir işlərinə davam edə bilməmişdir. Rəşada nə cavab verəcəyini bilmədiyi üçün, sonuncu ilə əlaqə və ünsiyyəti də kəsərək, telefon zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs8 adlı şəxsi 2020-ci ilin iyun ayından tanıyır. Təxminən 2020-ci ilin iyun ayında Zərərçəkmiş şəxs8 onun mobil telefon nömrəsinə zəng vurub, Yasamal rayonu, Lətif İmanov küçəsi, 35/37 ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasının mansardında iki və ya üç otaqlı mənzil inşa etmək istədiyini bildirmişdir. Elvinə rəhbərlik etdiyi tikinti şirkətinin Nərimanov rayonu, M.Araz küçəsi 20 ünvanında yerləşən “AP Plaza”-da fəaliyyət göstərdiyini söyləyib, bu barədə ətraflı söhbət etmək üçün öz ofisinə dəvət etmişdir. Bir neçə gündən sonra Zərərçəkmiş şəxs8 Şahin adlı qardaşı ilə birlikdə ofisinə gəlmiş və orada ətraflı danışmışlar. Elvinin onunla barəsində maraqlandığını görüb, Elvində inam yaratmaq üçün, uzun illərdən bəri peşəkar səviyyədə ölkə ərazisində sifariş əsasında inşaat və təmir işləri ilə məşğul olduğunu və rəhbərlik etdiyi şirkətin Vergilər Nazirliyindən müvafiq dövlət qeydiyyatından keçməklə, rəsmi qaydada fəaliyyət göstərdiyini demişdir. Söhbət əsnasında Elvinə 70000 manat müqabilində istədiyi layihəyə uyğun mənzil inşa edib tam təmirli vəziyyətdə təhvil verəcəyini vəd etmişdir. Elvin 70000 manat məbləğində vəsaiti dərhal ödəyə bilməyəcəyini dedikdə, Elvini arxayın salmaq üçün narahatçılığa əsas olmadığını söyləyib, təmir üçün tələb olunan ümumi vəsaitin ilkin olaraq 30 fazini, yəni 21000 manatını ödəməyi, məbləğin qalan 49000 manatı isə hissə-hissə olmaqla, inşaat və təmir işlərinin gedişatı zamanı ödəməyi təklif etmişdir. Həmçinin, Elvinə yalandan apardığı bütün təmir-tikinti işlərinin keyfiyyətinə 5 il müddətinə yazılı zəmanət verdiyini demişdir. Elvin razılaşmış və o, Elvinlə elə həmin gün ofisində təmir-tikinti müqaviləsi bağlamışdır. Elə həmin gün Elvin danışdıqları kimi, ofisində ona 21000 manat pul gətirib vermişdir. O da, pulu qəbul edib Elvinə mədaxil qəbzi vermişdir. Elvin və qardaşı Şahinlə birlikdə bir gün sonra görüşüb Yasamal rayonu, Lətif İmanov küçəsi, 35/37 ünvanında inşa olunmuş 17 mərtəbəli yaşayış binasına getmişlər. Orada o, yaşayış binasının mansardını gözdən keçirib dərhal işə başlayacağını demişdir. Növbəti gün Elvini arxayın salmaq üçün günəmuzd işləyən bir neçə fəhlə və usta tapıb həmin ünvana aparmış və təxminən 2000 manat dəyərində kərpic və sement alıb həmin ünvana apararaq, hörgü işlərinə başlamışdır. 2020-ci ilin iyul ayının əvvəllərində Elvindən icarəyə götürdüyü ofisdə inşaat işlərini vaxtında yekunlaşdırmaq bəhanəsi ilə 21000 manat da pul almışdır. Həmin gündən sonra Elvin və qardaşı Şahinlə əlaqəni kəsərək, telefon zənglərinə cavab verməmişdir. Həmin ünvanda işləyən usta və fəhlələr də, daha əlaqə saxlamamışdır. Elvindən aldığı ümumilikdə 42000 manat məbləğində pulun əksər hissəsini öz ehtiyaclarına sərf edib xərcləmişdir. Zərərçəkmiş şəxs10 adlı şəxsi 2020-ci ilin mart ayından tanımışdır. 2020-ci ilin mart ayında Zərərçəkmiş şəxs10 onun mobil telefon nömrəsinə zəng vuraraq, Binəqədi rayonu, 7-ci mikrorayonda inşa edilmiş yaşayış binasının 9-cu mərtəbəsində yerləşən bir otaqlı mənzilini təmir etdirmək istədiyini bildirmişdir. Kifayəti dinləyib, rəhbərlik etdiyi tikinti şirkətinin “AP Plaza”-da fəaliyyət göstərdiyini söyləyərək, ətraflı söhbət etmək üçün Kifayəti öz ofisinə dəvət etmişdir. Lakin, bir müddət Kifayətdən xəbər çıxmamışdır. 2021-ci ilin iyun ayında Kifayət xanım ona növbəti dəfə zəng vuraraq, özünə məxsus mənzilin yerləşdiyi binada işlərin yekunlaşdırıldığı söyləyib, təmir işlərinə başlamağını xahiş etmişdir. Bu barədə ətraflı söhbət etmək üçün Kifayət xanımı ofisinə dəvət etmişdir. Həmin gün Kifayət xanım oğlu ilə birlikdə ofisinə gəlmişdir. Kifayət xanım və oğlu təmir etdirmək istədikləri mənzil barədə ətraflı danışıb söhbət etmişlər. Söhbət əsnasında Kifayət xanımın inamını qazanmaq üçün uzun müddətdən bəri peşəkar formada Bakı şəhərində inşaat və təmir işləri ilə məşğul olduğunu və rəhbərlik etdiyi şirkətin dövlət qeydiyyatından keçməklə, rəsmi qaydada fəaliyyət göstərdiyini bildirmişdir. Kifayət xanım öz mənzili barədə ətraflı danışaraq, mənzili tam təmir etdirmək istədiyini bildirmişdir. O da, Kifayəti dinləyib hesablama apararaq, həmin mənzilin tam təmiri üçün 12600 manat pulun tələb olunduğunu söyləmişdir. O, təmir üçün tələb olunan ümumi vəsaitin ilkin olaraq 50 faizini, yəni 6300 manatını ödəməyi, məbləğin yerdə qalan 50 faizini isə bir müddət sonra ödəməyini təklif etmişdir. Eyni zamanda, mənzil təmir olunaraq təhvil verildikdən sonar, aparılan təmir işlərinin keyfiyyəti ilə bağlı 5 il müddətinə yazılı zəmanət verəcəyini vəd etmişdir. Kifayət razılığını bildirdikdən sonar, o, mənzilə baxmaq istədiyini bildirmiş və birlikdə Binəqədi rayonuna gedib həmin mənzilə baxmışlar. Mənzilə baxdıqdan sonar, Kifayət xanıma 60 iş günü, yəni iki ay müddətində təmir işlərini yekunlaşdıraraq, mənzili təhvil verəcəyini vəd etmişdir. Kifayət xanım razılaşmış və elə həmin gün “AP Plaza”-dakı ofisində ona 6300 manat pul vermişdir. O, pulu qəbul edib, Kifayət xanıma təmir-tikinti müqaviləsi və mədaxil qəbzi vermişdir. Kifayət xanım müqavilə ilə tanış olub imzalamışdır. Kifayətlə xanımla ofisində müqavilə bağladıqdan təxminən bir həftə sonra, o, günəmuzd işə cəlb etdiyi iki nəfər usta ilə birlikdə Kifayət xanıma məxsus mənzilin təmirinə başlamışdır. 2020-ci ilin iyul ayının əvvəllərində pula ehtiyacı olduğu üçün, Kifayət xanıma zəng vuraraq, təmir işlərinin ləngiməməsi üçün 5040 manat məbləğində pul verməsini, təmir üçün tələb olunan ümumi məbləğin yerdə qalan 10 faizini isə mənzil hazır olduqdan sonra verməyini təklif etmişdir. Kifayət xanım razılaşaraq, oğlu ilə birlikdə ofisinə gəlib, ona 5040 manat pul vermişdir. O, pulu qəbul edərək, bu barədə Kifayətə mədaxil qəbzi vermişdir. Kifayət xanımdan aldığı ümumilikdə 11340 manat məbləğində pulun bir hissəsini mənzilin təmirinə sərf etmiş, qalan məbləği isə öz şəxsi ehtiyaclarına sərf edib xərcləmiş və Kifayət xanıma məxsus mənzilin təmirini yekunlaşdıra bilməmişdir. Bu səbəbdən də, Kifayət xanımla əlaqə və ünsiyyətdən qaçaraq daha Kifayətin telefon zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs4 adlı şəxsi 2020-ci ilin iyul ayından tanımışdır. 2020-ci ilin iyul ayında Zərərçəkmiş şəxs4 onun mobil telefon nömrəsinə zəng vuraraq, mülkiyyətində olan Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi inşa etdirmək, eləcə də həyətyanı sahənin ətrafına mişar daşından hasar çəkdirmək istədiyini bildirmişdir. O, özünə məxsus şirkət barədə Sveta xanıma ətraflı məlumat verərək, uzun müddətdən bəri inşaat sektorunda çalışdığını bildirmişdir. O, Sveta xanımın istədiyi ölçüdə və layihədə evin inşası və təmiri, habelə həyətyanı sahənin ətrafına mişar daşından hasarın çəkilməsi üçün ümumilikdə 67000 manat pul lazım olduğunu demişdir. Sveta xanım həmin məbləği dərhal verə bilməyəcəyini dedikdə, o, narahat olmamasını söyləyib, evin inşası və təmiri, eləcə də həyətyanı sahənin ətrafına mişar daşından hasarın çəkilməsi ilə əlaqədar tələb olunan pulun ilkin olaraq 30 faizini, yəni 20100 manatını verməli olduğunu bildirmişdir. Sveta xanım razılaşdıqdan sonra o, rəhbərlik etdiyi tikinti şirkətin Nərimanov rayonunda yerləşən “AP Plaza”-da fəaliyyət göstərdiyini söyləyib, bu barədə ətraflı danışmaq və təmir-tikinti müqaviləsi bağlamaq üçün, ofisdə görüşməyi təklif etmişdir. 2020-ci ilin avqust ayının ortalarında Sveta xanıma zəng vuraraq, inşaat işləri ilə əlaqədar torpaq sahəsinə baxmaq istədiyini demişdir. Sveta xanım razılaşmış və həmin gün bu məqsədlə Nərimanov rayonu ərazisindəki “Koroğlu” metrostansiyasının yaxınlığında görüşüb, Sveta xanıma məxsus Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinə getmişlər. Torpaq sahəsinə baxış keçirdikdən sonra o, Sveta xanıma təmir-tikinti müqaviləsi bağlamaq və ilkin ödəniş etmək üçün bir neçə gün sonra ona məxsus ofisdə görüşməyi təklif etmişdir. Bir neçə gündən sonra, Sveta xanım “AP Plaza”-dakı ofisinə gəlmiş və ona 20100 manat pul vermişdir. O, Sveta xanımdan pulu qəbul edib, narahat olmaması üçün bu barədə sonuncuya kassa mədaxil qəbzi vermişdir. Daha sonra Sveta xanıma təmir-tikinti müqaviləsi təqdim etmiş və Sveta xanım müqavilə ilə tanış olub imzalamışdır. Müqaviləyə əsasən o, 7ay müddətində öz təmir-tikinti briqadasi ilə Sveta xanıma məxsus Mərdəkan qəsəbəsindəki torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi tikib təmir etməli, həmçinin həyətyanı sahənin ətrafına mişar daşından hasar çəkməklə, inşaat işlərini yekunlaşdırmalı idi. Bundan sonra, o, bir neçə fəhlə tutub, Sveta xanıma məxsus Mərdəkan qəsəbəsindəki torpaq sahəsinə apararaq, orada söküntü işlərinə başlamış və bu barədə Sveta xanıma zəng vuraraq məlumat vermişdir. Sveta xanımdan aldığı pulun çox hissəsini öz ehtiyaclarına sərf edib xərclədiyi üçün, 2020-ci ilin sentyabr ayının əvvəllərində inşaat işlərinə davam edə bilməmişdir. Hətta fəhlələrin pulunu belə verə bilməmişdir. Bu səbəbdən, Sveta xanım həmin ərəfələrdə ona zəng etdikdə, nə deyəcəyini bilmədiyi üçün, telefon zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs3 adlı şəxsi 2020-ci ilin iyul ayından tanımışdır. 2020-ci ilin iyul ayının sonlarında Zərərçəkmiş şəxs3 onun mobil telefon nömrəsinə zəng vuraraq, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən özünə məxsus torpaq sahəsində inşası yarımçıq qalmış fərdi yaşayış evinin tikinti işlərini yekunlaşdırıb, təmir etdirmək istədiyini bildirmişdir. O, bu barədə ətraflı söhbət etmək üçün Emili ofisinə dəvət etmişdir. Bundan bir neçə gün sonra, Emil növbəti dəfə ona zəng vurduqda, o, həmin tikiliyə baxmaq istədiyini söyləyib, görüşməyi təklif etmişdir. Emil tikilinin yerləşdiyi ünvanı ətraflı şəkildə ona izah etmiş və orada görüşəcəklərinə dair razılaşmışlar. Həmin gün günorta saatlarında onlar Bilgəh qəsəbəsində görüşmüşlər. Tanışlıqdan sonra, Emil ona sözügedən yarımçıq tikilini və həmin tikilinin texniki pasportunu təqdim edərək, evin inşasını yekunlaşdırmağı və tam təmir etdirmək istədiyini bildirmişdir. O, həmin tikilini və tikilinin sənədlərini gözdən keçirib, inşaat işlərini yekunlaşdırmaq üçün 55000 manat vəsait lazım olduğunu bildirmişdir. O, həmin yarımçıq tikilini 6 ay müddətində iki mərtəbəli yaşayış evi kimi tam inşa edib təmir etməklə, yaşayış üçün hazır vəziyyətdə ona təhvil verəcəyini söyləmişdir. Emil razılaşmış və o, Emilin inşaat üçün tələb olunan bütün məbləği dərhal verməyəcəyini düşünüb sonuncudan tələb olunan məbləğin 30 faizini, yəni 16500 manat məbləğində ilkin ödəniş kimi qabaqcadan alacağını söyləyib, rəhbərlik etdiyi tikinti şirkətinin “AP Plaza”-da fəaliyyət göstərdiyini deyərək, müqavilə bağlamaq üçün orada görüşməyi təklif etmişdir. Emil razılaşmış və elə həmin gün bir neçə saat sonra Emillə ofisində görüşmüşlər. Ofisdə Emilə təmir-tikinti müqaviləsi təqdim etmiş və Emil müqavilə ilə tanış olub imzalamışdır. Müqaviləyə əsasən o, 6 ay müddətində inşaat işlərini yekunlaşdırıb, evi tam təmirli vəziyyətdə Emilə təhvil verməli olmuşdur. Emil müqavilə ilə tanış olduqdan sonra, ona 16500 manat pul vermişdir. O, qəbul edərək, bu barədə Emilə mədaxil qəbzi vermişdir. Növbəti gün səhər saatlarında o, 5-6 nəfər tikinti ustası və fəhlə tapıb günəmuzd işə cəlb edərək, Emilin torpaq sahəsinə aparıb orada inşaat işlərinə başlamışdır. 2020-ci ilin avqust ayının ortalarında pula ehtiyacı olduğu üçün, Emillə Bilgəh qəsəbəsində həmin torpaq sahəsində görüşərək, inşaat işlərinin sürətləndirilməsi üçün ona 10000 manat pul verməsini istəmişdir. Emil etiraz etməyərək, bir neçə gün sonra ofisinə gəlib, ona 10000 manat pul vermişdir. O da, pulu qəbul edərək, bununla bağlı Emilə mədaxil qəbzi təqdim etmişdir. 2020-ci ilin avqust ayının sonlarında Emilin inşaat üçün verdiyi ümumilikdə 26500 manat məbləğində pulu xərcləyib qurtardığı üçün, usta və fəhlələrə verməyə pulu qalmadığından, daha inşaat işlərinə davam edə bilməmişdir. Bu səbəbdən Emillə, habelə onun torpaq sahəsində işləmək üçün günəmuzd işə cəlb etdiyi usta və fəhlələrlə əlaqə və ünsiyyəti kəsmişdir. Emilə nə deyəcəyini bilmədiyi üçün onun telefon zənglərinə də cavab verməmişdir. Zərərçəkmiş şəxs5 adlı şəxsi 2020-ci ilin avqust ayından tanımışdır. 2020-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs5 onun mobil telefon nömrəsinə zəng vuraraq, Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində yerləşən üç otaqlı mənzilini təmir etdirmək istədiyini demişdir. Bununla əlaqədar, ətraflı söhbət etmək üçün o, Elvini “AP Plaza”-dakı ofisinə dəvət etmişdir. Həmin gün Elvin atası Şahismayılla birlikdə ofisinə gəlmişdir. Ofisdə söhbət əsnasında Elvinə rəhbəri olduğu tikinti şirkətinin dövlət qeydiyyatından keçməklə, rəsmi qaydada fəaliyyət göstərdiyini və uzun müddətdən bəri peşəkar səviyyədə ölkə ərazisində təmir-tikinti işləri ilə məşğul olduğunu bildirmişdir. Elvin öz mənzili barədə ona ətraflı danışaraq, mənzili tam təmir etdirmək istədiyini bildirmişdir. O, Elvini dinləyib hesablama apararaq, sonuncuya məxsus mənzilin tam təmiri, o cümlədən pəncərələrin dəyişdirilməsi və hamam aksessuarlarının qoyulması üçün 19450 manat pula ehtiyac olduğunu demişdir. Elvin cavabında bu qədər pulunun olmadığını bildirmişdir. O, Elvinə narahat olmamasını söyləyərək, təmir üçün tələb olunan ümumi vəsaitin ilkin olaraq 30 faizini, yəni 5835 manatını ödəməsini, məbləğin qalan hissəsini yenə də, 30 faiz olmaqla iki dəfəyə verməsini, mənzil tam təmir olunub təhvil verildikdən sonra isə yerdə qalan 10 faiz məbləğində pulu ödəməsini təklif etmişdir. Həmçinin Elvinə vəd etmişdir ki, mənzili tam təmir edib ona təhvil verildikdən sonra, aparılan təmir işlərinin keyfiyyətinə 5 il müddətinə yazılı zəmanət verəcəkdir. Nəhayət Elvin razılaşmış və o, Elvinə təmir-tikinti müqaviləsi təqdim etmişdir. Elvin müqavilə ilə tanış olub imzalamışdır. Müqaviləyə əsasən 75 iş günü müddətində o, Elvinə məxsus sözügedən mənzili tam təmir edib yaşayış üçün hazır vəziyyətdə təhvil verməli olmuşdur. Müqavilə bağladıqdan sonra, Elvin pul gətirmək üçün atası ilə birlikdə çıxıb getmişdir. Bir neçə saat sonra, Elvin atası ilə birlikdə ofisə qayıdıb, ona 5835 manat pul vermişdir. O, pulu sayıb qəbul edərək, Elvinə bu barədə mədaxil qəbzi vermişdir. Növbəti gün Elvinlə görüşərək, birlikdə Elvinə məxsus Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində yerləşən mənzilə getmişlər. O, mənzili gözdən keçirib söz verdiyi kimi, 75 iş günü müddətində mənzili tam təmir edib təhvil verəcəyini və dərhal təmir işlərinə başlayacağını bildirmişdir. Usta və fəhlələrin təmirlə əlaqədar mənzilə rahat daxil olub çıxa bilmələri üçün, Elvin mənzilin giriş qapısının bir ədəd açar nüsxəsini ona vermişdir. Bir gün sonra o, bir neçə usta və fəhləni günəmuzd əmək haqqı müqabilində işə cəlb edib, Elvinin mənzilinə aparıb orada təmir işlərinə başlamışdır. Təxminən iki həftə sonra, 2020-ci ilin avqust ayının sonlarında pula ehtiyacı olduğundan, Elvinə zəng vuraraq, təmir işlərinin gedişatını ləngitməmək üçün, ona danışıb razılaşdıqları ümumi məbləğin növbəti 30 faizini, yəni 5835 manat ödəməsini istəmişdir. Elvin razılaşaraq, növbəti gün səhər saatlarında “AP Plaza”-dakı ofisinə gəlib orada ona 5835 manat pul vermişdir. O, pulu qəbul edərək, bu barədə Elvinə mədaxil qəbzi vermişdir. Həmin ərəfələrdə təmir üçün Elvindən aldığı ümumilikdə 11670 manat məbləğində pulun bir qismini günəmuzd işə cəlb etdiyi usta və fəhlələrə əmək haqqı kimi vermiş, yerdə qalan məbləği isə öz ehtiyaclarına sərf edib xərcləmişdir. 2020-ci ilin sentyabr ayından başlayaraq, Elvin tez-tez ona zəng etməyə başlamışdır. O, isə təmir işlərini yekunlaşdırmadığı üçün, Elvinə nə cavab verəcəyini bilməyib, sonuncu ilə əlaqə və ünsiyyətdən qaçaraq telefon zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs1 adlı şəxsi 2020-ci ilin avqust ayından tanımışdır. 2020-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs1 onun mobil telefon nömrəsinə zəng vurub, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən özünə məxsus 0,03 hektar torpaq sahəsində 4 otaqlı fərdi yaşayaş evi inşa etdirmək istədiyini bildirib, bəyəndiyi ev layihələri ona göndərmişdir. O, Şəbnəm xanıma zəng vuraraq, həmin layihələrə uyğun evin inşası və təmiri üçün 56060 manat pul lazım olduğunu demişdir. Şəbnəm xanımı razı salmaq üçün, evin inşası və təmiri üçün tələb olunan 56060 manat məbləğində pulun ilkin olaraq 30 faizini, yəni 16818 manatını alacağını, yerdə qalan məbləği isə sonradan zərurət olduqca, hissə-hissə alacağını bildirmişdir. Şəbnəm xanım da, onun bu təklifi ilə razılaşmışdır. O, Şəbnəm xanıma “AP Plaza”-da fəaliyyət göstərdiyini söyləyib, ətraflı söhbət etmək üçün, ofisində görüşməyi təklif etmişdir. Bir neçə gün sonra, 2020-ci ilin sentyabr ayının əvvəllərində Şəbnəm xanım anası ilə birilkdə ofisinə gəlmişdir. Ofisdə Şəbnəm xanımla inşa etdirmək istədiyi ev barədə ətraflı danışdıqdan sonra, sonuncuya təmir-tikinti müqaviləsi təqdim etmişdir. Şəbnəm xanım müqavilə ilə tanış olub imzalamışdır. Müqaviləyə əsasən o, 5 ay müddətində sözügedən torpaq sahəsində bir mərtəbəli, 140 kvadrat metr sahəyə malik fərdi yaşayış evi inşa edib, tam təmirli vəziyyətdə təhvil verməli olmuşdur. Müqavilə bağladıqdan sonra, Şəbnəm xanım ona 12600 manat pul vermişdir. O, pulu qəbul edərək, Şəbnəm xanıma bu barədə mədaxil qəbzi vermişdir. Bundan sonra, onlar birlikdə Zabrat qəsəbəsinə gedib Şəbnəm xanıma məxsus torpaq sahəsinə baxmışdır. Bir neçə gün sonra bir neçə nəfər fəhlə və ustanı günəmuzd əmək haqqı müqabilində işə cəlb edib, Şəbnəm xanıma məxsus Zabrat qəsəbəsindəki torpaq sahəsinə gətirərək, inşaatla əlaqədar bünövrə qazıb beton tökmələrini tapşırmışdır. 2020-ci ilin sentyabr ayının ortalarında pula ehtiyacı olduğundan, Şəbnəm xanıma zəng vuraraq, ödənişi tam həcmdə ödəməsini istəmiş, əks halda inşaat işlərinin yarımçıq qalacağını bildirmişdir. Bundan sonra, Şəbnəm xanım ofisinə gəlib, ona 1000 manat pul vermişdir. 2020-ci ilin sentyabr ayının sonlarında isə Şəbnəm xanım yenidən ofisinə gəlib, ona 2000 manat da pul vermişdir. Şəbnəm xanımdan inşaat üçün aldığı ümumilikdə 15600 manat məbləğində pulun bir qismini usta və fəhlələrə, habelə bünövrə üçün betona sərf etmişdir. Yerdə qalan pulu isə öz ehtiyaclarına sərf edib xərcləmişdir. Sonradan Zərərçəkmiş şəxs1 bir neçə dəfə ona zəng vuraraq, pulunu geri tələb etmiş, lakin o, pulu xərclədiyi üçün qaytara bilməmişdir. Zərərçəkmiş şəxs9 adlı şəxsi 2021-ci ilin avqust ayından etibarən tanımışdır. 2021-ci ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs9 onun mobil telefon nömrəsinə zəng vuraraq, Xətai rayonu, Gəncə prospektində yerləşən çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindəki özünə məxsus iki otaqlı mənzili təmir etdirmək istədiyini demişdir. O, mənzilə baxmaq istədiyini dedikdə, Bəkir buna etiraz etməyərək, onu həmin mənzilə dəvət etmişdir. Elə həmin gün Bəkirin dediyi ünvana gedib, orada Bəkirlə görüşmüş və birlikdə mənzilə baxıb söhbət etmişlər. Bəkiri inandırmaq üçün uzun müddətdən bəri Bakıda inşaat və təmir işləri ilə məşğul olduğunu, bu sahədə böyük təcrübəsinin olduğunu söyləmidir. Söhbət əsnasında hesablama apararaq, Bəkirə mənzilin tam təmiri üçün 12600 manat pul lazım olduğunu və təmir üçün tələb olunan ümumi vəsaitin ilkin olaraq 20 faizini, yəni 2520 manatını ödəməyini, məbləğin yerdə qalan 10080 manatını isə təmir işlərinin gedişatı zamanı ödəməyini təklif etmişdir. Bəkir ona inanaraq razılaşmış, lakin hər ehtimala qarşı təmir etdiyi hər hansı mənzili ona göstərməsini xahiş etmişdir. O, bir müddət əvvəl Nizami rayonu ərazisində yerləşən “Nazlı” şadlıq evinin yaxınlığındakı çoxmərtəbəli binalardan birində təmir işlərinin aparıldığını gördüyünü xatırlayıb, Bəkirə bu məqsədlə bir-iki gün sonra əlaqə saxlayacağını söyləyib çıxıb getmişdir. 16 avqust 2021-ci il tarixdə, günorta saatlarında Nizami rayonu ərazisində yerləşən yeni inşa olunmuş yaşayış binasına gedib, orada işləyən şəxslərə yalandan iş axtardığını söyləyərək, Bəkirə zəng edib sonuncunu həmin ünvana dəvət etmişdir. Bəkir gəldikdən sonra, sonuncunu təmir işlərinin aparıldığı 15-ci mərtəbəyə qaldırıb, həmin mərtəbədə yerləşən mənzillərdən birində işləyən tanımadığı ustaları göstərərək, hazırda guya, həmin mənzilin təmiri ilə məşğul olduğunu demişdir. Nəhayət Bəkirin ona inandığını görüb, dərhal lazımi materiallar alıb təmirə başlamaq üçün elə həmin gün ona 2520 manat pul verməyini istəmişdir. Bəkir razılaşmış və bu məqsədlə bir neçə saat sonra, Bəkirə məxsus mənzildə görüşüb təmir-tikinti müqaviləsi bağlamaq qərarına gəlmişlər. 16 avqust 2021-ci il tarixdə, saat 17 radələrində Bəkirlə sonuncuya məxsus Xətai rayonu, Gəncə prospektində yerləşən çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindəki mənzildə görüşmüşlər. Orada Bəkir bir nəfər qadının yanında ona 2520 manat pul vermişdir. O, pulu qəbul edərək, Bəkirə təmir-tikinti müqaviləsi və pulu qəbul etməyinə dair mədaxil qəbzi vermişdir. Müqaviləyə əsasən o, 2 ay müddətində sözügedən mənzili təmir edib, tam hazır vəziyyətdə Bəkirə təhvil verməli idi. Növbəti gün səhər saatlarında material alıb gətirərək, öz təmir briqadası ilə təmirə başlayacağını vəd edib, Bəkirlə sağollaşaraq çıxıb getmişdir. Elə həmin gün Bəkirdən aldığı 2520 manat pulun əksər hissəsini öz ehtiyaclarına sərf edib xərcləmişdir. Bundan sonra, Bəkir bir neçə dəfə ona zəng etsə də, Bəkirin telefon zənglərinə cavab verməmişdir. Törətdiyi əməllərdən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, şəxsi mülkiyyətində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, məhəllə 4090/94, ev 2/6 ünvanında yerləşən 3 otaqlı mənzil vardır. Həmin mənzili 2020-ci ilin aprel ayında öz vəsaiti hesabına almışdır. Mənzil təmirsiz vəziyyətdə olduğundan, 2020-ci ilin may ayından başlayaraq, təmir işləri aparmaq məqsədi ilə müvafiq şirkət axtarmağa başlamışdır. 12 may 2020-ci il tarixdə internetdə belə bir təmir-tikinti şirkəti axtararkən, “İnstagram” sosial şəbəkəsində Bakı şəhərində fərdi yaşayış evlərinin, eləcə də mənzillərin tikintisi və təmiri ilə məşğul olan “AZ VİP İnşaat Tikinti” şirkəti barədə məlumatlara rast gəlmişdir. “AZ VİP İnşaat Tikinti” şirkətinə dair məlumatları ətraflı gözdən keçirdikdə, həmin şirkət tərəfindən təmir işlərinin 1 kvadrat metrinin 200 manata aparıldığını və bu qiymətin əlverişli olduğunu düşünüb, istifadəsində olan mobil telefon nömrəsindən həmin şirkətin mobil telefon nömrəsinə zəng vurmuşdur. Telefon zənginə cavab verən Təqsirləndirilən şəxs adlı şəxs özünü həmin şirkətin sahibi kimi təqdim etmişdir. O, 3 otaqlı mənzilini təmir etdirmək istədiyini demişdir. Kamal adlı şəxs onu dinləyib, rəhbərlik etdiyi tikinti şirkətinin Nərimanov rayonu, M.Araz küçəsi 20 ünvanında yerləşən “AP Plaza”-da fəaliyyət göstərdiyini söyləyib, bu barədə ətraflı söhbət etmək üçün, onu öz ofisinə dəvət etmişdir. O, razılaşaraq, 15 may 2020-ci il tarixdə səhər saatlarında “AP Plaza”-ya getmişdir. Orada Kamalla görüşüb, təmir etdirmək istədiyi mənzil barədə ətraflı danışıb, müzakirə aparmışlar. Kamal uzun müddətdən bəri Bakı şəhərində sifariş əsasında inşaat və təmir işləri ilə məşğul olduğunu, bu sahədə artıq böyük təcrübəsinin olduğunu söyləyib, rəhbərlik etdiyi təmir-tikinti şirkətinin Vergilər Nazirliyində dövlət qeydiyyatından keçməklə, rəsmi qaydada fəaliyyət göstərdiyini bildirmişdir. O da, öz növbəsində Təqsirləndirilən şəxs təmir etdirmək istədiyi mənzili barədə ətraflı danışaraq, mənzili tam təmir etdirmək istədiyini demişdir. Kamal onu dinləyib, hesablama apararaq, mənzilin tam təmiri üçün 13200 manat pul lazım olduğunu və təmir üçün tələb olunan ümumi vəsaitin ilkin olaraq 30 faizini, yəni 4000 manatını ödəməyi, məbləğin yerdə qalan 9200 manatını isə təmir işlərinin gedişatı zamanı ödəməyi təklif etmişdir. Kamal söhbət əsnasında həmçinin, mənzil təmir olunaraq təhvil verildikdən sonra, aparılan təmir işlərinin keyfiyyəti ilə bağlı 5 il müddətinə yazılı zəmanət verəcəyini vəd etmişdir. O, razılaşmış və Kamalın təklifi ilə sonuncunun idarə etdiyi “Range Rover” markalı avtomobillə Bakıxanov qəsəbəsinə gedib, ona məxsus mənzilə baxmışlar. Kamal mənzilə baxdıqdan sonra, 75 iş günü müddətində təmir işlərini yekunlaşdıraraq, mənzili ona təhvil verəcəyini vəd etmişdir. O, razılaşmış və Kamalın təklifi ilə təmirlə bağlı müqavilə bağlamaq üçün, həmin gün günorta saatlarında evdən 4000 manat pul götürərək, Kamalın Nərimanov rayonu, M.Araz küçəsi 20 ünvanında yerləşən “AP Plaza”-dakı ofisinə getmişdir. Orada Kamala 4000 manat pul sayıb vermişdir. Kamal pulu qəbul edib ona təmir-tikinti müqaviləsi və pulu qəbul etməsinə dair mədaxil qəbzi vermişdir. O, müqavilə ilə və mədaxil qəbzi ilə tanış olub, müqaviləni imzalamışdır. Müqaviləni diqqətlə oxuduqda, Kamalın rəhbərlik etdiyi şirkətin “AZ VİP İnşaat Tikinti” şirkəti deyil, "xxxx" şirkəti olduğunu görmüş, lakin buna əhəmiyyət verməmişdir. 16 may 2020-ci il tarixdə Kamal iki nəfər tanımadığı fəhlə ilə birilkdə ona məxsus Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən mənzili gəlib fəhlələri ona təqdim edərək, təmir məqsədi ilə söküntü işləri aparacaqlarını bildirmişdir. Həmin gündən etibarən təmir işlərinə başlanılmışdır. O, hər gün axşam mənzilinə gedib, təmir işlərinin gedişatı ilə yerində tanış olurmuş. Bir neçə gün sonra fəhlələrlə yanaşı təmirlə əlaqədar, malyar və elektrik ustaları da mənzilə gəlib təmir işləri aparmağa başlamışlar. 18 iyun 2020-ci il tarixdə Kamal ona zəng vuraraq, təmir işlərinin ləngiməməsi üçün ona 8000 manat məbləğində pul verməsini istəmiş, yerdə qalan 1200 manatı isə təmir işləri yekunlaşdıqdan sonra verməyi təklif etmişdir. O, razılaşmış və 8000 manat pul götürüb, Kamalın ofisinə getmiş və orada Kamalla görüşüb 8000 manat pulu sonuncuya təqdim etmişdir. Kamala ümumilikdə 12000 manat pul vermişdir. Kamal pulu qəbul edərək, bu barədə ona mədaxil qəbzi vermişdir. 2020-ci ilin avqust ayının ortalarında o, təmir işlərinin ləngidiyini, usta və fəhlələrin əvvəlki kimi təmirlə məşğul olmadıqlarını görüb, narahat olaraq bir neçə dəfə Kamala zəng vurmuşdur. Bir neçə cəhdindən sonra, nəhayət Kamal telefon zənglərinə cavab vermişdir. Kamaldan təmir işlərinin ləngiməsinin səbəbini soruşduqda, sonuncu ona konkret bir cavab verməmişdir. Bundan bir neçə gün sonra Kamalı tapıb, pulunu qaytarmasını tələb etmək üçün “AP Plaza”-ya getmişdir. Lakin Kamalı ofisində tapa bilməmiş və sonradan ona məlum olmuşdur ki, Kamal onunla yanaşı eyni üsulla digər şəxsləri də aldatmışdır. Ona görə də, 21 sentyabr 2020-ci il tarixdə Kamalın barəsində Nərimanov Rayon Polis İdarəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan hal-hazıradək ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs10 göstərdi ki, 07 may 2018-ci il tarixdə oğlu üçün «Bolluq» istehlak kooperativi tərəfindən Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən mənzil almış və həmin mənzil onun şəxsi mülkiyyətindədir. Mənzil təmirsiz vəziyyətdə olduğundan, təmir işləri aparmaq məqsədi ilə uzun müddət təmirlə məşğul olan şirkət axtarmışdır. 2020-ci ilin mart ayında “İnstagram” sosial şəbəkəsində Bakı şəhərində fərdi yaşayış evlərinin, habelə mənzillərin tikintisi və təmiri ilə məşğul olan “AZ VİP İnşaat Tikinti” şirkəti barədə məlumatlara rast gəlmişdir. “AZ VİP İnşaat Tikinti” şirkətinə dair məlumatları diqqətlə gözdən keçirdikdə, həmin şirkət tərəfindən təmir işlərinin 1 kvadrat metrinin 200 manata, çox əlverişli qiymətə aparıldığını görüb, şəxsi istifadəsində olan mobil telefon nömrəsindən həmin şirkətin mobil telefon nömrəsinə zəng vurmuşdur. Telefon zənginə cavab verən Təqsirləndirilən şəxs adlı şəxs özünü həmin şirkətin sahibi kimi təqdim etmiş, o da, özünü təqdim edərək, Təqsirləndirilən şəxs Binəqədi rayonu, 7-ci mikrorayonda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən bir otaqlı mənzilini təmir etdirmək istədiyini söyləmişdir. Kamal onu dinləyib, rəhbərlik etdiyi tikinti şirkətinin “AP Plaza”-da fəaliyyət göstərdiyini söyləyərək, bu barədə ətraflı söhbət etmək üçün onu öz ofisinə dəvət etmişdir. Həmn ərəfələrdə mənzilinin yerləşdiyi bina hələ tam inşa edilmədiyindən o, bu barədə Kamala bildirərək, bina tam inşa olunub sakinlərə təhvil verildikdən sonra, təmir işləri aparmaq üçün əlaqə saxlayacağını bildirmişdir. 2020-ci ilin may ayında «Bolluq» istehlak kooperativi tərəfindən həmin bina tam inşa olunaraq sakinlərə təhvil verilmişdir. 20 iyun 2020-ci il tarixdə o, Kamala zəng vuraraq, binada işlərin yekunlaşdırıldığını söyləyib, ona məxsus mənzildə təmir işlərinə başlamasını xahiş etmişdir. Kamal bu barədə ətraflı söhbət etmək üçün, onu ofisinə dəvət etmişdir. O, razılaşıb elə həmin gün oğlu ilə birlikdə Nərimanov rayonu, M.Araz küçəsi 20 ünvanında yerləşən “AP Plaza”-ya getmişdir. Təqsirləndirilən şəxs onları “AP Plaza”-nın önündə qarşılayıb həmin binanın birinci mərtəbəsində yerləşən iş otağına aparmışdır. Orada Kamalla təmir etdirmək istədiyi mənzil barədə ətraflı danışıb müzakirə aparmışlar. Kamal uzun müddətdən bəri peşəkar səviyyədə Bakı şəhərində sifariş əsasında inşaat və təmir işləri ilə məşğul olduğunu söyləyib, rəhbərlik etdiyi şirkətin dövlət qeydiyyatından keçməklə rəsmi qaydada fəaliyyət göstərdiyini bildirmişdir. O, öz mənzili barədə Kamala ətraflı danışaraq, mənzili tam təmir etdirmək istədiyini bildirmişdir. Kamal onu diqqətlə dinlədikdən sonra, hesablama apararaq, mənzilin tam təmiri üçün 12600 manat pula ehtiyac olduğunu və təmir üçün tələb olunan ümumi vəsaitin ilkin olaraq 50 faizini, yəni 6300 manatını ödəməyi, məbləğin yerdə qalan 50 faizini isə bir müddət sonra ödəməyi təklif etmişdir. Eyni zamanda, Kamal mənzil təmir olunaraq təhvil verildikdən sonra, aparılan təmir işlərinin keyfiyyəti ilə bağlı 5 il müddətinə yazılı zəmanət verəcəyini vəd etmişdir. O, razılığını bildirmiş və sonra Kamalın təklifi ilə Binəqədi rayonuna gedib, ona məxsus mənzilə baxmışlar. Kamal mənzilə baxdıqdan sonra, 2 ay müddətində təmir işlərini yekunlaşdıraraq, mənzili ona təhvil verəcəyini vəd etmişdir. O, razılaşmış və Kamalın təklifi ilə təmirlə bağlı müqavilə bağlamaq üçün, 23 iyun 2020-ci il tarixdə, günorta saatlarında oğlu ilə birlikdə evdən 6300 manat pul götürərək, Kamalın ofisinə getmiş və orada Kamala 6300 manat pul vermişdir. Kamal pulu qəbul edib, ona təmir-tikinti müqaviləsi və pulu qəbul etməsinə dair mədaxil qəbzi vermişdir. O, müqavilə ilə tanış olub imzalamışdır. Müqaviləni diqqətlə oxuduqda, Kamalın rəhbərlik etdiyi şirkətin “AZ VİP İnşaat Tikinti” şirkəti deyil, "xxxx" şirkəti olduğunu görmüşdür. Bu səbəbdən, bir qədər narahat olaraq, Kamala notarial qaydada müqavilə bağlamağı təklif etmişdir. Kamal etiraz edərək, tərtib etdiyi müqavilənin hüquqi cəhətdən notarial qaydada tərtib olunmuş müqavilədən üstün olduğunu bildirmişdir. Bundan bir həftə sonra, 2020-ci ilin iyun ayının sonlarında Kamalın rəhbərlik etdiyi tanımadığı iki nəfər usta ona məxsus sözügedən mənzildə təmir işlərinə başlamışlar. O da, təmir işlərinin başladığını görüb, Kamalın səmimiyyətinə heç bir şübhə etməmişdir. 07 iyul 2020-ci il tarixdə, səhər saatlarında Kamal ona zəng vuraraq, təmir işlərinin ləngiməməsi üçün 5040 manat məbləğində pul verməsini istəyib, ümumi məbləğin yerdə qalan 10 faizini isə mənzil hazır olduqdan sonra verməyi təklif etmişdir. O, razılaşmış və 5040 manat pul götürüb, oğlu ilə birlikdə Kamalın ofisinə gedərək, orada Kamala həmin məbləğdə pulu təqdim etmişdir. Kamal pulu qəbul edərək, bu barədə ona mədaxil qəbzi vermişdir. Növbəti gün, yəni 08 iyul 2020-ci il tarixdə təmir işlərinin gedişatı ilə maraqlanmaq üçün, bir neçə dəfə Kamala zəng vursa da, ona cavab verməmişdir. O, bununla əlaqədar narahat olmuş və mənzilinə gedib baxdıqda, orada hər hansı usta və ya fəhlənin olmadığını görmüşdür. Həmin ərəfələrdə dəfələrlə Kamala zəng vurmağına baxmayaraq, Kamal onun telefon zənglərinə bir daha cavab verməmişdir. Bu səbəbdən, 2020-ci ilin iyul ayı ərzində Kamalı tapmaq üçün bir neçə dəfə “AP Plaza”-ya getmişdir. Lakin, Kamalı ofisində də tapa bilməmişdir. Sonuncu dəfə orada olarkən, “AP Plaza”nın qeydiyyat şöbəsində çalışan tanımadığı şəxsdən Kamalı soruşduqda, həmin şəxs Kamalın artıq bir müddət əvvəl “AP Plaza”nı tərk edib getdiyini və onunla yanaşı başqa şəxslərin də, Kamalı axtardıqlarını bildirmişdir. Bütün bunlardan sonra, artıq Kamal tərəfindən aldadıldığını başa düşüb, sonuncunun barəsində şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan hal-hazıradək ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsi 2020-ci ilin iyul ayından tanımışdır. Belə ki, qohumu Şahid1 şəxsi mülkiyyətində Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin bilavasitə qonşuluğunda qohumu Şahid1 məxsus digər torpaq sahəsi olmuşdur. Şahid1 bütün daşınan və daşınmaz əmlakını, o cümlədən ümumi sahəsi təxminən 0,5 hektar təşkil edən həmin torpaq sahəsini vəsiyyətnamə ilə notarial qaydada ona vəsiyyət etmişdir. 1996-cı ildə qohumu Şahid1 sözügedən torpaq sahəsində ikimərtəbəli fərdi yaşayış evi inşa etdirmək istəmiş, lakin sonradan maddi vəziyyəti pisləşdiyindən həmin evin inşası yarımçıq qalmışdır. Qohumu Şahid1 həmin torpaq sahəsini və qeyd olunan yarımçıq tikilini ona vəsiyyət etdiyindən o, 2020-ci ilin may ayından etibarən həmin evin inşasını yekunlaşdırmaq istəmişdir. Bununla əlaqədar, 2020-ci ilin iyul ayının sonlarında sosial şəbəkədə tikinti şirkəti axtaran zaman, Bakı şəhərində fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan “AZ VİP İnşaat Tikinti” şirkəti barədə məlumatlara rast gəlmişdir. Həmin şirkətə aid mobil telefon nömrəsinə zəng vurmuşdur. Telefon zənginə cavab verən şəxs özünü həmin şirkətin sahibi kimi təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən qohumu Şahid1 ona bağışladığı həmin yarımçıq tikili barədə danışaraq, sözügedən evin inşaat işlərini yekunlaşdırıb, təmir etdirmək istədiyini söyləmişdir. Kamal bir qədər sonra zəng vuracağını vəd etsə də, həmin gün ona zəng etməmişdir. Təxminən bir neçə gün sonra, 28 iyul 2020-ci il tarixdə günorta saatlarında yenidən Kamala zəng vuraraq, nəyə görə onunla əlaqə saxlamadığını soruşmuşdur. Kamal isə ona məxsus həmin tikiliyə baxmaq istədiyini deyib, görüşməyi təklif etmişdir. O, etiraz etməyib, tikilinin yerləşdiyi ünvanı ətraflı şəkildə Kamala izah etmiş və orada görüşüb söhbət edəcəklərinə dair razılaşmışlar. Həmin gün günorta saatlarında Kamalla Bilgəh qəsəbəsində yerləşən qohumu Şahid1 ona bağışladığı sözügedən torpaq sahəsində görüşmüşlər. Kamalla görüşüb şəxsən tanış olduqdan sonra o, sözügedən yarımçıq tikilini və tikilinin texniki pasportunu ona təqdim edərək, evin inşasını yekunlaşdırmağı və tam təmir etdirmək istədiyini bildirmişdir. Kamal həmin tikilini və tikilinin sənədlərini gözdən keçirib, tikinti işlərinin tamamlanması və təmiri üçün ondan 80000 manat pul istəmişdir. O, məbləğin düşündüyündən çox olduğunu görüb, razılıq verməyərək, sadə bağ evi inşa etdirmək niyyətində olduğunu demişdir. Buna cavab olaraq, Kamal 55000 manat müqabilində həmin yarımçıq tikilini maksimum 6 ay müddətində iki mərtəbəli yaşayış evi kimi tam inşa edib təmir etməklə, ona təhvil verəcəyini söyləyib, əlavə olaraq hətta evə öz vəsaiti hesabına 1000 manat dəyərində mətbəx mebeli də quraşdıracağını vəd etmişdir. O, razılaşmış və Kamal tələb olunan məbləğin 30 faizini, yəni 16500 manat məbləğində pulu ilkin ödəniş kimi qabaqcadan verməli olduğunu söyləyib, müqavilə bağlamaq üçün ofisində görüşməyi təklif etmişdir. O, razılaşmış və Kamalla görüşmək üçün, Nərimanov rayonunda yerləşən “AP Plaza”-ya getmişdir. “AP Plaza”-nın qarşısında tanımadığı şəxs onu qarşılayıb, Kamalın işçisini olduğunu bildirərək, həmin binanın birinci mərtəbəsində yerləşən otağa aparmışdır. Orada Kamal ona təmirtikinti müqaviləsi təqdim etmiş və o, müqavilə ilə tanış olub imzalamışdır. Müqaviləyə əsasən 6 ay müddətində Kamal öz təmir-tikinti briqadası ilə inşaat işlərini yekunlaşdırıb, evi tam təmirli vəziyyətdə ona təhvil verməli idi. Həmin vaxt müqavilədə Kamalın rəhbərlik etdiyi şirkətin “AZ VİP İnşaat Tikinti” şirkəti deyil, "xxxx" şirkəti olduğunu görüb bir qədər şübhələnərək, Kamaldan bu barədə soruşmuşdur. Kamal atasının adının Aydın olduğu üçün, bir müddət əvvəl "xxxx" şirkəti təsis etdirdiyini demişdir. Müqavilə bağlandıqdan sonra özü ilə götürdüyü 16500 manat pulu sayıb Kamala vermişdir. Kamal da öz növbəsində pulu qəbul edərək, ona bu barədə mədaxil qəbzi vermişdir. Növbəti gün, yəni 29 iyul 2020-ci il tarixdə, səhər saatlarında Kamalın göndərdiyi 5-10 nəfər fəhlə və ustadan ibarət tikinti briqadası ona məxsus həmin torpaq sahəsində inşaat işlərinə başlamışlar. O da, ara-bir ora gedib iş prosesinə nəzarət etmişdir. 2020-ci ilin avqust ayının ortalarında Kamal ona məxsus həmin torpaq sahəsinə getmiş və inşaat işlərinin sürətləndirilməsi üçün, 10000 manat da pul verməyini istəmişdir. Kamala inandığı üçün, etiraz etməmiş və 20 avqust 2020-ci il tarixdə “AP Plaza”-ya gedib, otaqda Kamalla görüşərək, sonuncuya 10000 manat pul vermidir. Kamal pulu qəbul edərək, ona mədaxil qəbzi təqdim etmiş və söz verdiyi kimi, müqavilədə göstərilən müddət ərzində inşaat və təmir işlərini yekunlaşdırıb, evi ona təhvil verəcəyini vəd etmişdir. O da, tamamilə arxayın olmuşdur. 2020-ci ilin avqust ayının sonlarında o, inşaat işləri ilə maraqlandıqda, yalnız iki nəfər ustanın işə davam etdiyini görmüşdür. Bununla əlaqədar, narahat olub Kamala zəng vurmuş və nəyə görə cəmi iki nəfər işçinin işlədiyini soruşduqda, Kamal narahatçılığa əsas olmadığını bildirib, növbəti həftənin birinci günündən etibarən usta və fəhlələrin tam tərkibdə işə davam edəcəyini demişdir. O, Kamala inanıb gözləməyi qərara almış, lakin növbəti həftənin birinci günü ümumiyyətlə usta və fəhlələrin gəlmədiyini görüb, narahat olmuşdur. Həmin ərəfələrdə Kamalın işçisi olan Emil adlı şəxs ona zəng vuraraq, sifariş verdikləri inşaat materiallarının növbəti gün gələcəyini və tezliklə inşaat işlərinin əvvəlki qaydada bərpa olunacağını bildirmişdir. O, bir neçə gün gözləmiş, lakin Kamal heç bir inşaat materialı, habelə usta və fəhlə göndərməmişdir. Artıq Kamalın onu aldatmasından şübhələnməyə başlayıb, Kamala zəng vuraraq, inşaat işlərinin gedişatından narazı olduğunu bildirmiş və pulunu qaytarmasını tələb etmişdir. Lakin, Kamal inşaat işlərini tezliklə bərpa edəcəyini vəd etsə də, bir müddət sonra ümumiyyətlə telefon zənglərinə cavab verməmişdir. Bu səbəbdən, Kamalı tapmaq üçün 2020-ci ilin sentyabr ayının sonlarında bir neçə dəfə “AP Plaza”-ya getmiş, lakin Kamalı orada tapa bilməmişdir. Bundan sonra, Kamalın onu aldatmasını tam əmin olub, sonuncunun barəsində hüquqmühafizə orqanlarına şikayət etməyi qərara almış və 09 oktyabr 2020-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinin 16-cı X7 barəsində şikayət ərizəsi vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan hal-hazıradək ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 göstərdi ki, ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yeni inşa olunmuş yaşayış kompleksində olan mənzilində təmir işləri aparmaq məqsədi ilə, 29 iyul 2020-ci il tarixdə inşaat şirkəti axtararkən, “İnstagram” sosial şəbəkəsində Bakı şəhərində fərdi yaşayış evlərinin, habelə mənzillərin tikintisi və təmiri ilə məşğul olan “AZ VİP İnşaat Tikinti” şirkəti barədə məlumatlara rast gəlmişdir. Həmin səhifəni işlədən tanımadığı şəxsə yazaraq, mənzilini təmir etdirmək niyyətində olduğunu bildirib, əlaqə nömrəsi istəmişdir. Tanımadığı şəxs ona mobil telefon nömrəsini yazaraq, həmin nömrə sahibinin şirkətin rəhbəri olduğunu bildirib, əlaqə saxlamağı tövsiyə etmişdir. Bir neçə gün sonra, 02 avqust 2020-ci il tarixdə istifadəsində olan mobil telefon nömrəsindən həmin şirkətin mobil telefon nömrəsinə zəng vurmuşdur. Telefon zənginə cavab verən Təqsirləndirilən şəxs adlı şəxs özünü həmin şirkətin sahibi kimi təqdim etmişdir. O, özünü təqdim edərək, Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən üç otaqlı mənzilini təmir etdirmək istədiyini söyləmişdir. Kamal onu diqqətlə dinlədikdən sonra, rəhbərlik etdiyi tikinti şirkətinin Nərimanov rayonu, M.Araz küçəsi 20 ünvanında yerləşən “AP Plaza”-da fəaliyyət göstərdiyini söyləyib, bu barədə ətraflı söhbət etmək üçün, onu öz ofisinə dəvət etmişdir. O, razılaşıb elə həmin gün səhər saatlarında atası ilə birlikdə “AP Plaza”-ya getmişdir. Təqsirləndirilən şəxs onları “AP Plaza”-nın önündə qarşılayıb, həmin binanın birinci mərtəbəsində yerləşən iş otağına aparmışdır. Orada Təqsirləndirilən şəxsla təmir etdirmək istədiyi mənzil barədə ətraflı danışıb müzakirə aparmışlar. Təqsirləndirilən şəxs uzun illərdən bəri peşəkar səviyyədə ölkə ərazisində sifariş əsasında inşaat və təmir işləri ilə məşğul olduğunu söyləyib, rəhbərlik etdiyi şirkətin dövlət qeydiyyatından keçməklə rəsmi qaydada fəaliyyət göstərdiyini bildirmişdir. O, öz mənzili barədə Kamala ətraflı danışaraq, mənzili tam təmir etdirmək istədiyini bildirmişdir. Kamal onu diqqətlə dinlədikdən sonra, hesablama apararaq mənzilin tam təmiri, o cümlədən hamam aksessuarlarının qoyulması və pəncərələrin dəyişdirilməsi üçün 19450 manat pula ehtiyac olduğunu demişdir. Bu qədər pulunun olmadığını bildirdikdə, Kamal narahatçılığa əsas olmadığını söyləyib, təmir üçün tələb olunan ümumi vəsaitin ilkin olaraq 30 faizini, yəni 5835 manatını ödəməyi, məbləğin qalan hissəsini iki dəfəyə verməyi, mənzil tam təmir olunub təhvil verildikdən sonra isə, yerdə qalan 10 faiz məbləğində pulu ödəməyi təklif etmişdir. Bundan başqa, mənzil təmir olunaraq ona təhvil verildikdən sonra, aparılan təmir işlərinin keyfiyyətinə 5 il müddətinə yazılı zəmanət verəcəyini vəd etmişdir. O, razılaşmış və Təqsirləndirilən şəxs ona təmir-tikinti müqaviləsi təqdim etmiş və o, müqavilə ilə tanış olub imzalamışdır. Müqaviləyə əsasən 75 gün müddətində Təqsirləndirilən şəxs öz təmir-tikinti briqadası ilə ona məxsus sözügedən mənzili tam təmir edib, yaşayış üçün hazır vəziyyətdə təhvil verməli idi. Həmin vaxt o, müqavilə ilə tanış olduqda, Kamalın rəhbərlik etdiyi şirkətin “AZ VİP İnşaat Tikinti” şirkəti deyil, "xxxx" şirkəti olduğunu görmüş, lakin ciddi əhəmiyyət vermədiyi üçün, bu barədə Kamaldan heç bir söz soruşmamışdır. Müqavilə bağlandıqdan sonra atası ilə birlikdə yaşadığı mənzilə gedib 5835 manat pul götürərək, Kamalın ofisinə qayıdıb, orada atasının yanında Kamala 5835 manat pul vermişdir. Kamal pulu qəbul edib ona bu barədə mədaxil qəbzi vermişdir. Bundan sonra, Kamal mənzilə baxmaq istədiyini bildirmiş və onlar bu məqsədlə növbəti gün, yəni 03 avqust 2020-ci il tarixdə, səhər saatlarında “Həzi Aslanov” metrostansiyasının yaxınlığında görüşmək barədə razılığa gəlmişlər. Razılaşdıqları kimi, növbəti gün Kamalla zəngləşib “Həzi Aslanov” metrostansiyasının yaxınlığında görüşərək, birlikdə ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində yerləşən mənzilə getmişlər. Kamal mənzili gözdən keçirib söz verdiyi kimi, 75 gün müddətində mənzili tam təmir etməklə ona təhvil verəcəyini və dərhal həmin gün təmir işlərinə başlanılacığını bildirmişdir. O da, Kamala inanıb təmir üçün mənzilinin giriş qapısının bir ədəd açarını sonuncuya vermişdir. 08 avqust 2020-ci il tarixdə, axşam satlarında mənzilinə gedib baxdıqda, həqiqətən də, bəzi təmir işlərinin aparıldığını görmüşdür. 23 avqust 2020-ci il tarixdə, axşam tərəfi Kamal ona zəng vuraraq, təmir işlərinin gedişatını ləngitməmək üçün növbəti gün səhər saatlarında təmir üçün nəzərdə tutulmuş ümumi məbləğin növbəti 30 faizini, yəni 5835 manat ödəməyi təklif etmişdir. O, razılaşmış və növbəti gün, yəni 24 avqust 2020-ci il tarixdə, səhər saatlarında evdən 5835 manat pul götürüb, Kamalın “AP Plaza”-dakı ofisinə gedərək, orada Kamalla görüşüb 5835 manat pulu sonuncuya təqdim etmişdir. Kamal pulu qəbul edərək, bu barədə ona mədaxil qəbzi vermişdir. 28 avqust 2020-ci il tarixdə, axşam saatlarında mənzilinə gedib baxdıqda, təmir işlərinin çox zəif və keyfiyyətsiz aparıldığını görmüşdür. Bununla əlaqədar, Kamala zəng vurub narazılığını bildirdikdə, sonuncu yolnəqliyyat hadisəsi törətdiyi üçün təmir işlərinə vaxt ayıra bilmədiyini söyləyib, növbəti həftədən etibarən təmirin davam edəcəyini və söz verdiyi vaxtda təmir işlərinin yekunlaşacağını demişdir. Növbəti həftə, yəni 2020-ci ilin sentyabr ayının əvvəllərində mənzilinə gedib baxdıqda, hər hansı təmir işlərinin aparılmadığını görüb, Kamalın onu aldatdığını başa düşmüşdür. O, Kamala zəng vurub narazılığını bildirdikdə, Kamal səhhətində problem olduğunu, bu səbəbdən işlərin dayandırıldığını söyləyib, növbəti həftədən etibarən təmir işlərinin davam edəcəyini vəd etmişdir. O, nə edəcəyini bilməyib yenə gözləməyi qərara almışdır. Növbəti həftə ərzində bir neçə dəfə mənzilinə gedib baxdıqda, yenə də təmir işlərinin aparılmadığını görmüşdür. Bu səbəbdən, bir neçə dəfə Kamala zəng etsə də, sonuncu onun zənglərinə cavab verməmişdir. Kamalın iş yerinə getməyi qərara almış və 2020-ci ilin sentyabr ayının ortalarında Kamalı tapmaq üçün “AP Plaza”-ya getmişdir. Orada Kamalı ofisində tapa bilməmiş və “AP Plaza”nın qeydiyyat şöbəsində çalışan tanımadığı şəxsdən Kamalı soruşduqda, həmin şəxs Kamalın artıq bir müddət əvvəl “AP Plaza”nı tərk edib getdiyini və onunla yanaşı bir neçə nəfər digər şəxslərin də Kamalı axtardıqlarını bildirmişdir. Bundan sonra Kamal tərəfindən aldadıldığına əmin olub, sonuncu barəsində şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan hal-hazıradək ödənilməmişdir. Bu səbəbdən, hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Təqsirləndirilən şəxs 7100 manat məbləğində pulun alınıb, ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs7 göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşadığı mülkiyyətində olan Nərimanov rayonu, Daş karxanası küçəsində yerləşən fərdi yaşayış evi kifayət qədər köhnəldiyindən, 2018-ci ilin noyabr ayında evi söküb yeni iki mərtəbəli fərdi yaşayış evi inşa etdirmək məqsədi ilə, internet şəbəkəsində müvafiq inşaat şirkəti axtararkən, fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan “AZ VİP İnşaat Tikinti” şirkəti barədə məlumatlara rast gəlmişdir. Bununla bağlı, istifadəsində olan mobil telefon nömrəsindən həmin şirkətin mobil telefon nömrəsinə zəng vurmuşdur. Telefon zənginə cavab verən Təqsirləndirilən şəxs adlı şəxs özünü həmin şirkətin rəhbəri kimi təqdim etmişdir. O, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin köhnəldiyi üçün, söküb həmin ərazidə yeni iki mərtəbəli ev inşa etdirmək istədiyini bildirmişdir. Kamal cavabında uzun müddətdən bəri sifariş əsasında müxtəlif rayonlarda, eləcə də, Bakı şəhərində fərdi yaşayış evlərinin tikintisi və təmiri ilə məşğul olduğunu və bu sahədə böyük iş təcrübəsinin olduğunu söyləyib, necə fərdi yaşayış evi inşa etdirmək istədiyini ondan soruşmuşdur. O, Kamala iki mərtəbəli, 5 otaqlı, ümumi yaşayış sahəsi 120 kvadrat metr olan fərdi yaşayış evi inşa etdirmək istədiyini bildirmişdir. Kamal bir qədər düşünərək, bununla əlaqədar müvafiq layihə hazırlayacağını söyləyib, bir neçə gün sonra görüşüb birlikdə bu barədə ətraflı söhbət etməyi təklif etmişdir. O, razılaşmış və 2019-cu ilin dekabr ayının ortalarında Kamal mobil telefonuna zəng edib, layihəni artıq hazırladığını və inşaat işlərini müzakirə etmək üçün görüşməyi təklif etmişdir. O, razılaşıb Kamalı yaşadığı ünvana dəvət etmiş və bir neçə dəqiqədən sonra Kamal onun yaşadığı ünvana gəlmişdir. O, Kamalı qarşılayıb evə dəvət etmiş və evdə arvadının iştirakı ilə Kamalın gətirdiyi layihəyə baxıb bəyənmişlər. Kamal layihəni bəyəndiklərini görüb, 3-4 ay müddətində evi söküb, yerində layihəyə uyğun iki mərtəbəli, 5 otaqlı, ümumi yaşayış sahəsi 120 kvadrat metr olan fərdi yaşayış evi inşa edib, tam təmir etməklə ona təhvil verəcəyini bildirmişdir. O, Kamaldan layihəyə uyğun evin inşaatının və təmir işlərinin neçəyə başa gələcəyini soruşduqda, sonuncu bir qədər fikirləşərək, bunun üçün ümumilikdə 32000 manat tələb olunduğunu söyləyib, inşaat işlərinin gedişatı zamanı mütləq qaydada 27000 manat ödəməli olduğunu, yerdə qalan 5000 manat məbləğində pulu isə inşaat və təmir işləri yekunlaşıb evi təhvil verdikdən sonra, ondan alacağını bildirmişdir. O, razılaşmış və Kamala hər ehtimala qarşı inşaat işləri ilə əlaqədar pulu hissə-hissə verəcəyini bildirmişdir. Kamal etiraz etməyərək, narahat olmamağını söyləyib, rəhbərlik etdiyi şirkətin müvafiq dövlət qeydiyyatından keçməklə, rəsmi qaydada fəaliyyət göstərdiyini və inşaat işləri ilə əlaqədar onunla müqavilə bağlayacağını bildirmişdir. Həmçinin, Kamal inşaat işləri üçün verəcəyi pul vəsaiti ilə bağlı ona müvafiq mədaxil qəbzi verəcəyini demişdir. O, Kamalın söylədiklərini diqqətlə dinləyib, dürüst və vicdanlı insan olduğuna inanmışdır. Kamal bir neçə gün sonra inşaat işləri ilə əlaqədar müqavilə bağlamaq üçün gələcəyini söyləyib, çıxıb getmişdir. 22 dekabr 2018-ci il tarixdə Kamal onun yaşadığı ünvana gəlmiş, evdə arvadının yanında ona təmir-tikinti müqaviləsi təqdim etmiş və o, müqavilə ilə tanış olub imzalamışdır. Həmin vaxt müqaviləni diqqətlə oxuduqda, Kamalın rəhbərlik etdiyi şirkətin “AZ VİP İnşaat Tikinti” şirkəti deyil, "xxxx" şirkəti olduğunu görmüş, lakin buna əhəmiyyət verməyib, Kamaldan heç bir söz soruşmamışdır. Müqaviləyə əsasən, Kamal 3 ay 15 gün müddətində ona məxsus köhnə bir mərtəbəli fərdi yaşayış evini söküb, yerində iki mərtəbəli, 5 otaqlı, ümumi yaşayış sahəsi 120 kvadrat metr olan fərdi yaşayış evi inşa edib, yaşayış üçün tam təmirli və hazır vəziyyətdə ona təhvil verməli idi. Müqaviləni imzaladıqdan sonra, Kamal ilkin ödəniş qismində 5000 manat pul verməyini istəmişdir. O, Kamala söküntü işlərini yekunlaşdıran kimi, ilkin ödəniş qismində 5000 manat pul verəcəyini bildirmişdir. Kamal bir söz deməyib razılaşaraq, növbəti gün rəhbərlik etdiyi usta və fəhlələrin artıq söküntü işlərinə başlayacağını bildirmişdir. Elə həmin gün o, ünvan 15 ünvana köçmüşdür. Növbəti gün səhər saatlarından etibarən, Kamalın rəhbərlik etdiyi altı nəfər usta və fəhlə ona məxsus köhnə bir mərtəbəli fərdi yaşayış evini sökməyə başlamışlar. Söküntü işləri bir neçə gün davam etmiş və 2018-ci ilin dekabr ayının sonlarında söküntü işləri yekunlaşmışdır. Bundan sonra, Kamalın rəhbərliyi etdiyi altı nəfər usta və fəhlədən ibarət tikinti briqadası ona məxsus sözügedən ünvanda iki mərtəbəli fərdi yaşayış evinin inşası üçün bünövrə qazıb beton tökmüşlər. O, hər gün müntəzəm olaraq inşaat işlərinin gedişatını izləmişdir. Kamal da, hər gün öz növbəsində bir neçə saatlıq həmin ünvana gəlib inşaat işlərinin gedişatını izləmiş, usta və fəhlələrə tapşırıqlarını verib çıxıb getmişdir. 01 yanvar 2019-cu il tarixdə Kamal ona zəng vuraraq, inşaat işləri ilə əlaqədar növbəti gün ilkin ödəniş qismində 5000 manat pul verməyini istəmişdir. O, razılaşmış və növbəti gün, yəni 02 yanvar 2019-cu il tarixdə, səhər saatlarında Nərimanov rayonu, Daş karxanası küçəsi, ev 756 ünvanında Kamalla görüşərək, sonuncuya inşaat işləri ilə əlaqədar ilkin öbdəniş qismində 5000 manat pul vermişdir. Kamal pulu qəbul edərək, ona bu barədə möhürlü mədaxil qəbzi vermişdir. Bu minvalla həmin ünvanda 09 yanvar 2019-cu il tarixdə Kamala 5000 manat, 16 yanvar 2019-cu il tarixdə 2500 manat, 24 yanvar 2019-cu il tarixdə 2500 manat pul vermişdir. Bununla da, 2019-cu ilin yanvar ayının sonlarına kimi o, Kamala inşaat işləri ilə əlaqədar 15000 manat pul vermişdir. Hər dəfə pulu verərkən, Kamal ona müvafiq mədaxil qəbzi vermişdir. 2019-cu ilin fevral ayının əvvəllərində Kamal bir neçə dəfə ona zəng vuraraq, inşaat işlərinin ləngiməməsi və vaxtında yekunlaşması üçün ondan 10000 manat pul istəmişdir. Bununla əlaqədar, 2019-cu ilin fevral ayının əvvəllərində Kamalla görüşərək, əvvəlcə sonuncuya 5000 manat, bir neçə gün sonra isə həmin ünvanda yenə də 5000 manat olmaqla, 10000 manat pul vermişdir. Pulu alarkən Kamal hər dəfə ona mədaxil qəbzi verib, orada tarix qeyd etsə də, 2019-cu ilin fevral ayının əvvəllərində Kamal ondan hər dəfə 5000 manat olmaqla, ümumilikdə 10000 manat pulu alarkən, verdiyi qəbzlərdə tarix qeyd etməmişdir. Bunun elə bir ciddi əhəmiyyət kəsb etmədiyini düşündüyü üçün, Kamaldan səbəbini soruşmamışdır. 2019-cu ilin fevral ayının əvvəllərində sonuncu dəfə 5000 manat pulu Kamala verdikdən bir neçə gün sonra inşaat işlərinin gedişatı ilə maraqlanmaq üçün, Nərimanov rayonu, Daş karxanası küçəsi, ev 756 ünvanına getdikdə, usta və fəhlələrin işləmədiyini görüb, nə baş verdiyini soruşmuşdur. Həmin vaxt usta və fəhlələr Kamalın onların zəhmət haqlarını vermədiklərini söyləyib, zəhmət haqlarını tələb etmək üçün Kamalı gözlədiklərini bildirmişlər. O, narahat olaraq bir neçə dəfə Kamalın mobil telefonuna zəng etsə də, Kamal telefon zənglərinə cavab verməmişdir. Həmin vaxtdan etibarən Kamalla heç bir əlaqə saxlaya bilməmiş və başa düşmüşdür ki, Kamal onu aldadıb, ümumilikdə 25000 manat məbləğində pulunu ələ keçirmişdir. Uzun müddət Kamalı axtarsa da, tapa bilməmişdir. 2020-ci ilin fevral ayında Kamalın barəsində Nərimanov Rayon Polis İdarəsinə şikayət etmişdir. Sonradan məcburiyyət qarşısında qalıb kirayədə yaşamamaq üçün, əlavə xərc çəkərək, tikinti ustaları tapıb, evin inşaat işlərinin yekunlaşması üçün günəmuzd zəhmət haqqı müqabilində işə cəlb etmişdir. Həmin ünvanda öz vəsaiti hesabına inşaat və təmir işlərini davam etdirmişdir. Onun hesablamalarına görə, ona məxsus həmin torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə təxminən 10000 manat məbləğində inşaat işləri aparılmışdır. Sonradan başa düşmüşdür ki, Kamal etibarını qazanmaq və ondan daha çox pul əldə etmək üçün, həmin inşaat işlərini görmüşdür. Həmçinin, sonradan ona məlum olmuşdur ki, Kamal eyni üsulla bir çox digər şəxsi də aldatmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan hal-hazıradək ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs9 göstərdi ki, şəxsi mülkiyyətində Xətai rayonu, Gəncə prospektində yerləşən iki otaqlı, 60,7 kvadrat metr sahəyə malik mənzili vardır. Həmin mənzili 06 avqust 2021-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsinə əsasən öz vəsaiti hesabına almışdır. Mənzil təmirsiz vəziyyətdə olduğundan, mənzili aldıqdan sonra, təmir işləri aparmaq məqsədi ilə müvafiq şirkət axtarmağa başlamışdır. 13 avqust 2021-ci il tarixdə internetdə təmir-tikinti şirkəti axtararkən, “İnstagram” sosial şəbəkəsində Bakı şəhərində fərdi yaşayış evlərinin, eləcə də mənzillərin tikintisi və təmiri ilə məşğul olan “AZ VİP İnşaat Tikinti” şirkəti barədə məlumatlara rast gəlmişdir. Həmin səhifədə “AZ VİP İnşaat Tikinti” şirkəti tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar bir neçə fotoşəkil yerləşdirilmişdir. O, “İnstagram” sosial şəbəkəsində həmin şirkətin fəaliyyəti ilə maraqlanaraq, “AZ VİP İnşaat Tikinti” şirkətinin internet səhifəsində yerləşdirilmiş fotoşəkilləri gözdən keçirib, şirkət tərəfindən keyfiyyətli təmir işlərinin aparılmasına inanaraq elə həmin gün, yəni 13 avqust 2021-ci il tarixdə, günorta saatlarında şəxsi istifadəsində olan mobil telefon nömrəsindən həmin şirkətin mobil telefon nömrəsinə zəng vurmuşdur. Telefon zənginə cavab verən Təqsirləndirilən şəxs adlı şəxs özünü “AZ VİP İnşaat Tikinti” şirkətinin direktoru kimi təqdim etmişdir. O da, Xətai rayonu, Gəncə prospekti 48 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindəki özünə məxsus iki otaqlı, 60,7 kvadrat metr sahəyə malik mənzili təmir etdirmək istədiyini demişdir. Kamal onu dinləyib mənzilə baxmaq istədiyini demişdir. O, etiraz etməyərək, Kamalı özünə məxsus həmin mənzilə dəvət etmişdir. 13 avqust 2021-ci il tarixdə, saat 16 radələrində Kamal ona məxsus mənzilə getmişdir. Orada Kamalla görüşüb, birlikdə ona məxsus mənzilə baxaraq, təmirlə bağlı ətraflı danışıb söhbət etmişlər. Kamal uzun müddətdən bəri Bakı şəhərində sifariş əsasında inşaat və təmir işləri ilə məşğul olduğunu, bu sahədə böyük nüfüz və təcrübəyə malik olduğunu söyləyib, rəhbərlik etdiyi təmir-tikinti şirkətinin Vergilər Nazirliyində dövlət qeydiyyatından keçməklə, rəsmi qaydada fəaliyyət göstərdiyini bildirmişdir. O da, öz növbəsində Təqsirləndirilən şəxs mənzili keyfiyyətli və tam təmir etdirmək istədiyini demişdir. Kamal onu dinləyib hesablama apararaq, mənzilin tam təmiri üçün 12600 manat pul lazım olduğunu və təmir üçün tələb olunan ümumi vəsaitin ilkin olaraq 20 fazini, yəni 2520 manatını ödəməyi, məbləğin yerdə qalan 10080 manatını isə təmir işlərinin gedişatı zamanı ödəməyi təklif etmişdir. Kamal söhbət əsnasında 12600 manat müqabilində mənzili tam təmir etməklə yanaşı, həmçinin mənzilin döşəməsinə palıd ağacından hazırlanmış keyfiyyətli parket döşətdirəcəyini, habelə mənzilin girişinə 1000 manat dəyərində seyf qapısı qoyduracağını vəd etmişdir. O, Kamalı diqqətlə dinləyib, sonuncunu çox əlverişli qiymətə təmir işləri ilə məşğul olduğuna inanaraq, razılaşmışdır. Həmin vaxt hər ehtimala qarşı Kamaldan təmir etdiyi hər hansı mənzili ona göstərməsini xahiş etmişdir. Kamal razılaşaraq, hazırda Nizami rayonu ərazisində yerləşən “Nazlı” şadlıq evinin arxasında yeni inşa olunmuş yaşayış binasında təmirlə məşğul olduğunu bildirib, bu məqsədlə bir-iki gün sonra onunla əlaqə saxlayacağını söyləyib çıxıb getmişdir. 16 avqust 2021-ci il tarixdə günorta saat 14 radələrində Kamal ona zəng vuraraq, sonuncunun apardığı təmir işləri ilə tanış olmaq üçün, onu Nizami rayonu ərazisində yerləşən “Nazlı” şadlıq evinin arxasında yeni inşa olunmuş yaşayış binasına dəvət etmişdir. O, razılaşmış və həmin gün saat 14 radələrində qızı Aytəkin Həsənova ilə birlikdə yaşadığı ünvanı tərk edib, Nizami rayonu ərazisində yerləşən “Nazlı” şadlıq evinin arxasındakı ünvanın inşa olunmuş yaşayış binasına getmişdir. O, qızı Aytəkin Həsənova və Kamalla birlikdə həmin binanın 15-ci mərtəbəsinə qalxmışdır. Orada Kamal ona boş bir mənzil göstərib, hazırda həmin mənzilin təmiri ilə məşğul olduğunu söyləmişdir. O, mənzilə baxan zaman içəridə bir neçə ustanın işlədiyini görmüşdür. Kamal ustaları ona təqdim edərək, həmin şəxslərin onun işçiləri olduğunu demişdir. O, daha Kamalın səmimiyyətinə heç bir şübhə etməmişdir. Bunu görən Kamal 2 ay müddətində təmir işlərini tam yekunlaşdıraraq, mənzili ona təhvil verəcəyini vəd etmişdir. O, razılaşmış və Kamal dərhal müvafiq materiallar alıb təmirə başlamaq üçün, elə həmin gün ona 2520 manat pul verməsini istəmişdir. Bu məqsədlə bir neçə saat sonra, Kamalla ona məxsus mənzildə görüşüb, orada təmir-tikinti müqaviləsi bağlamağı qərara almışlar. Həmin gün, yəni 16 avqust 2021-ci il tarixdə, saat 17 radələrində qızı Aytəkin Həsənovanın iştirakı ilə Kamalla ona məxsus mənzildə görüşmüşlər. Orada Kamala 2520 manat pul vermişdir. Kamal pulu qəbul edib ona təmirtikinti müqaviləsi və pulu qəbul etməsinə dair mədaxil qəbzi vermişdir. O, müqavilə və mədaxil qəbzi ilə tanış olub müqaviləni imzalamışlar. Müqaviləyə əsasən, Kamal vəd etdiyi kimi, 2 ay müddətində öz təmir-tikinti briqadası ilə ona məxsus sözügedən mənzili təmir edib tam hazır vəziyyətdə təhvil verməli olmuşdur. Müqaviləni diqqətlə oxuduqda, Kamalın rəhbərlik etdiyi şirkətin “AZ VİP İnşaat Tikinti” şirkəti deyil, "xxxx" şirkəti olduğunu görmüş, lakin buna əhəmiyyət verməmişdir. Növbəti gün, yəni 17 avqust 2021-ci il tarixdə, səhər saatlarında təmirlə əlaqədar tələb olunan zəruri mal-materialı alıb gətirəcəyini və rəhbərlik etdiyi təmir-tikinti briqadasının ona məxsus mənzilə gəlib təmir işlərinə başlayacağını bildirmişdir. O da, inanıb minnətdarlıq etmiş və növbəti gün, yəni 17 avqust 2021-ci il tarixdə, səhər saatlarında Kamalın rəhbərlik etdiyi təmir-tikinti briqadasını qarşılamaq üçün özünə məxsus binanın 6-cı mərtəbəsindəki 3 nömrəli mənzilə getmişdir. Lakin, günorta saatlarınadək gözləməyinə baxmayaraq, heç kəs gəlməmiş, həmçinin heç bir mal-material gətirilməmişdir. Bu səbəbdən, Kamalın onu aldatmasından şübhələnib, bir neçə dəfə sonuncunun mobil telefonuna zəng vurmuş, lakin Kamal telefon zənglərinə cavab verməmişdir. Kamalın onu aldadaraq 2520 manat məbləğində pulunu ələ keçirdiyini başa düşüb, sonuncunun barəsində şikayət etmək qərarına gəlmişdir. Elə həmin gün ona məlum olmuşdur ki, Kamal əvvəllər bir neçə şəxsi də eyni üsulla aldatdığına görə, Nərimanov Rayon Polis İdarəsi tərəfindən barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan hal-hazıradək ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs8 bildirmişdir ki, 2020-ci ilin may ayında "xxxx" MMC-nin rəhbərliyi ilə aralarında olan razılaşmaya əsasən, şirkət tərəfindən Yasamal rayonu, Lətif İmanov küçəsi, 35/37 ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasının mansardının 105 kvadrat metr sahəyə malik hissəsini satın almışdır. "xxxx" MMC-nin rəhbərliyi ilə aralarında olan qarşılıqlı razılaşmaya əsasən, həmin 105 kvadrat metr sahədə öz vəsaiti hesabına inşa edəcəyi 03 otaqlı mənzilin inşası yekunlaşdıqdan sonra, həmin mənzil binanın ümumi layihəsinə daxil edilərək, müvafiq sənədləşdirmə aparılmaqla, xüsusi mülkiyyəti kimi müvafiq qaydada onun adına rəsmiləşdiriləcəkdir. Mənzilin inşası ilə bağlı "xxxx" MMC-nin rəhbərliyi ilə müvafiq razılaşma əldə etdikdən sonra, 2020-ci ilin iyun ayının əvvəllərində inşaat işlərinə başlamaq məqsədi ilə o, internet şəbəkəsində müvafiq inşaat şirkəti axtarmağa başlamışdır. Həmin ərəfələrdə, yəni 2020-ci ilin iyun ayının əvvəllərində tikinti şirkəti axtararkən, “İnstagram” sosial şəbəkəsində Bakı şəhərində fərdi yaşayış evlərinin, habelə mənzillərin tikintisi və təmiri ilə məşğul olan “AZ VİP İnşaat Tikinti” şirkəti barədə məlumatlara rast gəlmişdir. Ətraflı məlumat əldə etmək üçün həmin səhifədə şirkətin əlaqə nömrəsi kimi qeyd olunmuş mobil telefon nömrəsinə istifadəsində olan mobil telefon nömrəsindən zəng vurmuşdur. Telefon zənginə cavab verən Təqsirləndirilən şəxs adlı şəxs özünü həmin şirkətin sahibi kimi təqdim etmişdr. O, Təqsirləndirilən şəxs Yasamal rayonu, Lətif İmanov küçəsi, 35/37 ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasının mansardında 3 otaqlı mənzil inşa etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onu dinləyərək, rəhbərlik etdiyi tikinti şirkətinin Nərimanov rayonu, M.Araz küçəsi 20 ünvanında yerləşən “AP Plaza”-da fəaliyyət göstərdiyini söyləyib, bu barədə ətraflı söhbət etmək üçün onu öz ofisinə dəvət etmişdir. O, razılaşıb, 10 iyun 2020ci il tarixdə, səhər saatlarında qardaşı Şahid4 ilə birlikdə “AP Plaza”-ya getmişdir. Təqsirləndirilən şəxs onları “AP Plaza”-nın önündə qarşılayıb, həmin binanın birinci mərtəbəsində yerləşən iş otağına aparmışdır. Orada Təqsirləndirilən şəxsla inşa etdirmək istədiyi mənzil barədə ətraflı danışıb müzakirə aparmışlar. Təqsirləndirilən şəxs uzun illərdən bəri peşəkar səviyyədə ölkə ərazisində sifariş əsasında inşaat və təmir işləri ilə məşğul olduğunu söyləyib, rəhbərlik etdiyi şirkətin Vergilər Nazirliyindən müvafiq dövlət qeydiyyatından keçməklə rəsmi qaydada fəaliyyət göstərdiyini bildirmişdir. O, inşa etdirmək istədiyi mənzilin xüsusiyyətləri barədə Kamala ətraflı danışaraq, mənzili yaşayış üçün tam hazır vəziyyətdə təhvil almaq istədiyini demişdir. Kamal ona 105 kvadrat metr sahəli bir neçə mənzil layihəsi təqdim edib, hesablama apararaq, həmin layihələrdən ən optimal variantı üzrə üç otaqlı mənzilin inşası və tam təmiri üçün 70000 manat pula ehtiyac olduğunu demişdir. O, 70000 manat məbləğində vəsaiti dərhal ödəyə bilməyəcəyini dedikdə, Kamal narahatçılığa əsas olmadığını söyləyib, təmir üçün tələb olunan ümumi vəsaitin ilkin olaraq 30 faizini, yəni 21000 manatını ödəməyi, məbləğin qalan hissəsini, yəni 49000 manatı isə hissə-hissə olmaqla, inşaat və təmir işlərinin gedişatı zamanı ödəməyi təklif etmişdir. Kamal həmçinin, mənzil tam təmirli vəziyyətdə ona təhvil verilərkən, aparılan təmir işlərinin keyfiyyətinə 5 il müddətinə yazılı zəmanət verəcəyini vəd etmişdir. O, bu şərtlərin əlverişli olduğunu fikirləşib, Kamalla razılaşmış və bundan sonra Kamal ona təmir-tikinti müqaviləsi təqdim etmişdir. O, müqavilə ilə tanış olub imzalamışdır. Müqaviləyə əsasən 4 ay ərzində Təqsirləndirilən şəxs öz təmir-tikinti briqadası ilə qeyd olunan ünvanda onun üçün 105 kvadrat sahəyə malik üç otaqlı mansard tipli mənzil inşa edib, tam təmirli vəziyyətdə ona təhvil verməli olmuşdur. Müqavilə şərtlərinə görə o, ilkin ödəniş qismində Kamala dərhal tələb olunan məbləğin 30 faizini, yəni 21000 manat pul verməyi, vəsaitin 60 faizini inşaat və təmir işlərinin gedişatı zamanı ödəməyi, tələb olunan vəsaitin 10 faizini isə mənzil ona təhvil verildikdən sonra ödəməyi öz öhdəsinə götürmüşdür. Razılaşmaya görə mənzilin inşası və təmiri üçün bütün tikinti materialları Təqsirləndirilən şəxs tərəfindən təşkil olunmalı idi. Sonradan o, müqaviləni diqqətlə oxuduqda, Kamalın rəhbərlik etdiyi şirkətin sosial şəbəkədə göstərildiyi kimi, “AZ VİP İnşaat Tikinti” şirkəti deyil, "xxxx" şirkəti olduğunu görmüş, lakin bunun elə bir ciddi əhəmiyyət kəsb etdiyini düşünməmişdir. Müqavilə bağlandıqdan sonra, qardaşı Şahid4la birlikdə yaşadığı mənzilə gedib, 21000 manat pul götürərək, Kamalın ofisinə qayıtmışdır. Orada qardaşı Şahinin yanında Kamala 21000 manat pul vermişdir. Kamal pulu qəbul edib, ona bu barədə 10 iyun 2020-ci il tarixli mədaxil qəbzi vermişdir. Bundan sonra Kamal binaya baxmaq istədiyini bildirmiş və onlar bu məqsədlə növbəti gün, yəni 11 iyun 2020-ci il tarixdə, səhər saatlarında görüşərək, ünvan 17 ünvanında inşa olunmuş 17 mərtəbəli yaşayış binasına getmişlər. Orada Kamal yaşayış binasının mansardını gözdən keçirib, söz verdiyi kimi, 4 ay müddətində mənzili tam inşa edib təmir etməklə, ona təhvil verəcəyini və növbəti gündən etibarən inşaat işlərinə başlanılacığını bildirmişdir. O da, Kamala inanıb qardaşı Şahinin inşaat işlərinə nəzarət edəcəyini bildirmişdir. 12 iyun 2020ci il tarixdən etibarən Kamalın rəhbərlik etdiyi 5-6 nəfərdən ibarət fəhlə və usta mənzilin inşasına başlamışlar. İnşaat işləri ilə əlaqədar, Kamal sözügedən binanın mansardına kərpic, sement və qumdan ibarət inşaat materialları gətizdirmişdr. O, bütün bunları müşahidə edib Kamalın həqiqətən də, öz dediyi kimi, inşaat sahəsində böyük təcrübəsinin olduğunu düşünmüşdür. 2020-ci il iyul ayının əvvəlində ustalar müəyyən hörgü işləri görmüşlər. Həmin ərəfədə qardaşı Şahin onunla əlaqə saxlayaraq, inşaat işlərinin ləngiməməsi və vaxtında yekunlaşması üçün, Kamalın 21000 manat pul istədiyini bildirmişdir. O, etiraz etməyib, qardaşı Şahinlə birlikdə Kamalın ofisinə gedib, sonuncuya 21000 manat pul vermişdir. Kamal pulu qəbul edərək, bu barədə ona 02 iyul 2020-ci il tarixli mədaxil qəbzi vermişdir. Bundan bir neçə gün sonra, qardaşı Şahin ona zəng vuraraq, usta və fəhlələrin artıq işə çıxmadığını və inşaat işlərinin yarımçıq qaldığını bildirmişdir. O, narahat olaraq, bir neçə dəfə Kamala zəng vursa da, sonuncu telefon zənglərinə cavab verməmişdir. Bununla əlaqədar, həmin ərəfələrdə qardaşı Şahinlə birlikdə Kamalı tapmaq üçün bir neçə dəfə “AP Plaza”-ya getmişdir. Lakin, Kamalı orada tapa bilməmişlər. Bundan sonra, Kamalın onu aldadaraq, ümumilikdə 42000 manat məbləğində pulunu ələ keçirdiyini başa düşmüşdür. Sonradan eşitmişdir ki, Kamal onunla yanaşı eyni üsulla digər şəxsləri də aldadıb, pullarını ələ keçirmişdir. Ona görə də, Kamalın barəsində polisə şikayət etmişdir. Sonradan sözügedən mansard sahəsinə baxdıqda, Kamalın rəhbərlik etdiyi təmir-tikinti briqadasının keyfiyyətsiz halda hörgü işləri apardığını görmüş və təxmini hesablamalarına görə, Kamalın həmin hörgü işlərinə təxminən 3000 manat pul sərf etdiyini müəyyən etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan hal-hazıradək ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, o, fərdi yaşayış evi inşa etdirmək məqsədi ilə, 2020-ci ilin iyun ayında Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi almışdır. Bir müddət sonra həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək məqsədi ilə, sosial şəbəkələrdə müvafiq inşaat şirkəti axtarmağa başlamışdır. 2020-ci ilin iyul ayında “İnstagram” sosial şəbəkəsində Bakı şəhərində fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan “AZ VİP İnşaat Tikinti” şirkəti barədə məlumatlara rast gəlmişdir. Bununla əlaqədar, həmin şirkətin mobil telefon nömrəsinə zəng vurmuşdur. Telefon zənginə cavab verən şəxs özünü həmin şirkətin sahibi kimi təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmidir. O, Təqsirləndirilən şəxs mülkiyyətində olan Mərdəkan qəsəbəsində yerləşən 0,07 hektar torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi inşa etdirmək, habelə həyatyanı sahənin ətrafına mişar daşından hasar çəkdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs konkret olaraq hansı ölçülərdə fərdi yaşayış evi inşa etdirmək istədiyini soruşduqda, o, bir müddət əvvəl bəyənib seçdiyi iki mərtəbəli fərdi yaşayış evinin layihəsini Kamala göndərmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq, göndərdiyi layihəyə baxdığını və həmin layihəyə uyğun evin inşası və təmiri, habelə həyətyanı sahənin ətrafına mişar daşından hasarın çəkilməsi üçün ümumilikdə 67000 manat pul lazım olduğunu demişdir. O, həmin məbləği dərhal verə bilməyəcəyini dedikdə, Təqsirləndirilən şəxs evin inşası və təmiri, habelə həyətyanı sahənin ətrafına mişar daşından hasarın çəkilməsi ilə əlaqədar tələb olunan 67000 manat məbləğində pulun ilkin olaraq 30 faizini, yəni 20100 manatını verməli olduğunu bildirmişdir. O, bir qədər düşünüb razılığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin rəhbərlik etdiyi tikinti şirkətinin Nərimanov rayonu, M.Araz küçəsi 20 ünvanında yerləşən “AP Plaza”-da fəaliyyət göstərdiyini söyləyib, bu məsələni ətraflı müzakirə etmək və müqavilə bağlamaq üçün, orada görüşməyi təklif etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini ona söyləyib, həmin nömrənin öz şəxsi nömrəsi olduğunu və müntəzəm olaraq aktiv vəziyyətdə olduğunu bildirib, əlaqə saxlamaq üçün həmin nömrəyə zəng vurmağı tövsiyə etmişdir. O, razılaşmış və 17 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng vuraraq, inşaat işləri ilə əlaqədar torpaq sahəsinə baxmaq istədiyini demişdir. O, etiraz etməmiş və həmin gün bu məqsədlə Təqsirləndirilən şəxsla “Koroğlu” metrostansiyasının yaxınlığında görüşüb, Mərdəkan qəsəbəsinə getmişlər. Təqsirləndirilən şəxs torpaq sahəsinə baxış keçirdikdən sonra, təmir-tikinti müqaviləsi bağlamaq və ilkin ödəniş etmək üçün bir neçə gün sonra ona məxsus ofisdə görüşməyi təklif etmişdir. O, razılaşmış və 19 avqust 2020-ci il tarixdə Kamalla görüşmək üçün “AP Plaza”-ya getmişdir. Təqsirləndirilən şəxs onu “AP Plaza”-nın qarşısında qarşılayıb, həmin binanın birinci mərtəbəsində yerləşən iş otağına dəvət etmişdir. Orada Təqsirləndirilən şəxsla inşa etdirmək istədiyi ev barədə ətraflı danışıb, müzakirə aparmışlar. Təqsirləndirilən şəxs uzun müddətdən bəri peşəkar səviyyədə Bakı şəhərində sifariş əsasında fərdi yaşayış evlərinin inşası ilə məşğul olduğunu və bu sahədə böyük təcrübəyə malik olduğunu bildirib, təqdim etdiyi layihəyə uyğun formada tələb olunan müddət ərzində yüksək səviyyədə ev inşa edib təhvil verəcəyini demişdir. O, razılaşmış və özü ilə götürdüyü 20100 manat məbləğində pul vəsaitini Kamala təqdim etmişdir. Kamal da pulu qəbul edib, ona bu barədə mədaxil qəbzi vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təmir-tikinti müqaviləsi təqdim etmiş və o, müqavilə ilə tanış olub imzalamışdır. Müqaviləyə əsasən, 7 ay müddətində Təqsirləndirilən şəxs öz təmir-tikinti briqadası ilə ona məxsus sözügedən torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi tikib təmir etməli, həmçinin həyətyanı sahənin ətrafına mişar daşından hasar çəkməklə, inşaat işlərini yekunlaşdırmalı idi. O, müqaviləni diqqətlə oxuduqda, Kamalın rəhbərlik etdiyi şirkətin “AZ VİP İnşaat Tikinti” şirkəti deyil, "xxxx" şirkəti olduğunu görmüş, lakin bu barədə Kamaldan heç bir söz soruşmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs təmir-tikinti briqadasının rəhbəri kimi təqdim etdiyi Məmməd adlı şəxs də, onların yanında olmuşdur. 22 avqust 2020-ci ildə, səhər saatlarında Təqsirləndirilən şəxs ona zəng vuraraq, fəhlələrin artıq ona məxsus torpaq sahəsində olan köhnə tikilini sökməyə başladıqlarını bildirmişdir. 25 avqust 2020-ci il tarixdə həmin torpaq sahəsini aldığı Mahir adlı şəxs ona zəng vuraraq, bir qrup fəhlənin əmək haqlarını almadıqları üçün narazılıq edərək, ona məxsus torpaq sahəsinin köhnə hasarını söküb-dağıtmaq istədiklərini demişdir. O, buna görə narahat olaraq, Kamala zəng vurub, fəhlələrin narazılıq etdiklərini bildirirək, nəyə görə fəhlələrin zəhmət haqlarını vermədiyini soruşmuşdur. Kamal narahatçılığa əsas olmadığını bildirib, dərhal ona məxsus torpaq sahəsinə gedərək, fəhlələrin zəhmət haqlarını verəcəyini vəd etmişdir. O, narahat olduğu üçün həmin yerə getmişdir. Həmin zaman Kamal həqiqətən də, ora gəlmiş və fəhlələrə onun yanında 1270 manat pul vermişdir. Kamalın bu hərəkətlərini görüb, Kamalın işgüzar və səmimi bir insan olduğuna inanmışdır. Həmin vaxtdan etibarən müntəzəm olaraq, Kamala zəng vurub inşaat işlərinin gedişatı ilə maraqlanmağa başlamışdır. Kamal hər dəfə onu inandırmışdır ki, guya, onun rəhbərliyi ilə usta və fəhlələr mütəmadi olaraq işləmiş və müqavilədə qeyd olunan müddət ərzində inşaat işləri yekunlaşacaqdır. 14 sentyabr 2020-ci il tarixdə Rövşən Gəncəliyev adlı şəxs mobil telefon nömrəsindən zəng vuraraq, ona məxsus torpaq sahəsində fəhlə işlədiyini, lakin Kamalın onun 500 manat məbləğində əmək haqqını vərmədiyini demişdir. O, narahat olub bir neçə dəfə Kamala zəng vurmuş, lakin Kamalın hər iki mobil telefon nömrəsi işləmədiyindən, sonuncu ilə əlaqə saxlaya bilməmişdir. O, Kamalın onu aldatdığını, iş görmək niyyətində olmadığını, pulunu qaytarmamaq üçün, habelə barəsində hüquq-mühafizə orqanlarına şikayət etməkdən yayındırmaq məqsədi ilə bu cür yollara əl atdığını başa düşmüşdür. Həmin ərəfələrdə özünə məxsus torpaq sahəsinə baxış keçirdikdə, Kamalın rəhbərlik etdiyi usta və fəhlələrin ona məxsus torpaq sahəsinin ətrafına yalnız mişar daşından səliqəsiz və keyfiyyətsiz hasar çəkdiklərini görmüşdür. Həmin ərəfələrdə bir neçə dəfə Kamaldan telefon vasitəsilə vəd etdiyi kimi inşaat işlərini yekunlaşdırmasını, yaxud pulunu qaytarmasını tələb etsə də, Kamal müxtəlif bəhanələrlə bundan yayınmışdır. Sonradan isə Kamalla heç cür əlaqə saxlaya bilməmişdir. Ona görə də, Kamalın barəsində 05 oktyabr 2020-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinə şikayət etmişdir. Eyni zamanda, ibtidai istintaq müddətində iddia ərizəsi təqdim edərək, ona dəymiş 20100 manat maddi və 5000 manat mənəvi ziyan olmaqla, cəmi 25100 manat məbləğində pulun Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan hal-hazıradək ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 2015-ci ilin oktyabr ayında fərdi yaşayış evi tikmək üçün anası vasitəsilə o, 22000 manat müqabilində Sabunçu rayonu, X3 qəsəbəsində yerləşən torpaq sahəsi almışdır. O, həmin torpaq sahəsində bir mərtəbəli fərdi yaşayaş evi inşa etdirmək istəmişdir. 2020-ci ilin avqust ayının sonlarında sosial şəbəkədə müvafiq inşaat şirkəti axtararkən, “İnstagram” sosial şəbəkəsində Bakı şəhərində fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan “AZ VİP İnşaat Tikinti” şirkəti barədə məlumatlara rast gəlmişdir. Bununla əlaqədar, şəxsi istifadəsində olan mobil telefon nömrəsindən həmin şirkətin mobil telefon nömrəsinə zəng vurmuşdur. Telefon zənginə cavab verən Təqsirləndirilən şəxs adlı şəxs özünü həmin şirkətin sahibi kimi təqdim etmişdir. Söhbət əsnasında o, Təqsirləndirilən şəxs Zabrat qəsəbəsində torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsində 140 kvadrat metr sahəyə malik, 4 otaqlı fərdi yaşayaş evi inşa etdirmək istədiyini bildirib, bununla əlaqədar bir müddət əvvəl internet şəbəkəsindən bəyənib seçdiyi fərdi yaşayış evinin layihəsini “İnstagram” sosial şəbəkəsi vasitəsilə Kamala göndərmişdir. Həmin layihənin üzərində qeyd etdiyi parametrlərə uyğun fərdi yaşayış evinin inşası və tam təmiri üçün 56060 manat pul tələb olunduğu göstərilmişdir. Növbəti gün Təqsirləndirilən şəxs ona zəng vuraraq, göndərdiyi layihəyə baxdığını və evin inşası və təmiri üçün həqiqətən də, ümumilikdə 56060 manat pul tələb olunduğunu demişdir. Təqsirləndirilən şəxs həmçinin, evin inşası və təmiri üçün tələb olunan 56060 manat məbləğində pulun ilkin olaraq 30 faizini, yəni 16818 manatını verməli olduğumu bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin pulu hissə-hissə verəcəyini dedikdə, sonuncu narahatçılığa heç bir əsas olmadığını söyləyib razılaşmışdır. O, razılaşmış və Təqsirləndirilən şəxs rəhbərlik etdiyi tikinti şirkətinin Nərimanov rayonu, M.Araz küçəsi 20 ünvanında yerləşən “AP Plaza”-da fəaliyyət göstərdiyini söyləyib, inşaat məsələni ətraflı müzakirə etmək və müqavilə bağlamaq üçün, orada görüşməyi təklif etmişdir. O da, razılaşmış və 07 sentyabr 2020-ci il tarixdə, günorta saatlarında evdə olan 12600 manat məbləğində pulu götürüb, anası ilə birlikdə qabaqcadan Təqsirləndirilən şəxs zəng vurub məlumat verməklə görüşmək, üçün Nərimanov rayonunda yerləşən “AP Plaza”-ya getmişdir. Təqsirləndirilən şəxs onları “AP Plaza”-nın yaxınlığında qarşılayıb, həmin binanın birinci mərtəbəsində yerləşən iş otağına aparmışdır. Orada Təqsirləndirilən şəxsla inşa etdirmək istədiyi ev barədə ətraflı danışıb müzakirə aparmışlar. Təqsirləndirilən şəxs bir daha uzun müddətdən bəri peşəkar səviyyədə Bakı və Gəncə şəhərlərində sifariş əsasında fərdi yaşayış evlərinin inşası ilə məşğul olduğunu və bu sahədə böyük təcrübəsinin olduğunu bildirib təqdim etdiyi layihələrə uyğun formada tələb olunan müddət ərzində yüksək keyfiyyətli ev inşa edib təhvil verəcəyini demişdir. O, razılığını bildirmiş və Təqsirləndirilən şəxs ona təmir-tikinti müqaviləsi təqdim etmişdir. O, müqavilə ilə tanış olub imzalamışdır. Müqaviləyə əsasən 5 ay müddətində Təqsirləndirilən şəxs öz təmir-tikinti briqadası ilə ona məxsus sözügedən torpaq sahəsində bir mərtəbəli, 140 kvadrat metr sahəyə malik fərdi yaşayaş evi inşa edib, tam təmirli vəziyyətdə təhvil verməli idi. Həmin vaxt müqaviləni diqqətlə oxuduqda, Kamalın rəhbərlik etdiyi şirkətin “AZ VİP İnşaat Tikinti” şirkəti deyil, "xxxx" şirkəti olduğunu görmüş, lakin bu barədə Kamaldan heç bir söz soruşmamışdır. Müqavilə bağlandıqdan sonra, anasının yanında 12600 manat məbləğində pulu Kamala təqdim etmişdir. Kamal pulu qəbul edib, ona bu barədə mədaxil qəbzi vermişdir. Bundan sonra, Kamal torpaq sahəsinə baxmaq istədiyini bildirmiş və o, anası ilə birlikdə Zabrat qəsəbəsində yerləşən ona məxsus torpaq sahəsinə getmişlər. Orada Kamal torpaq sahəsinə baxıb, yaxın günlərdə inşaat işlərinə başlayacağını vəd etmişdir. Bir neçə gün sonra, həqiqətən də Kamalın rəhbərlik etdiyi fəhlə və ustadan ibarət tikinti briqadası inşaat işlərinə başlayıb, evin bünövrəsini qazaraq, beton tökməyə başlamışlar. Həmin ərəfələrdə, yəni 2020-ci ilin sentyabr ayının ortalarında Kamal ilkin ödənişi tam həcmdə ödəməyi tələb etdiyi üçün, o, “AP Plaza”-ya gedib həmin binanın birinci mərtəbəsində yerləşən iş otağında Kamala 1000 manat pul verib yerdə qalan 2000 manatı isə bir müddət sonra verəcəyini bildirmişdir. 2020-ci ilin sentyabr ayının sonlarında Kamal bir neçə dəfə zəng edərək, inşaat işlərinin intensiv aparılması üçün yerdə qalan 2000 manatı da tələb etdiyi üçün, həmin ərəfələrdə yenidən “AP Plaza”-ya getmiş və Kamalın həmin binanın qarşısında onu gözlədiyini görüb, yaxınlaşaraq özü ilə götürdüyü 2000 manat pulu da sonuncuya vermişdir. Bir neçə gün sonra tanımadığı şəxs mobil telefon nömrəsindən ona zəng vuraraq, Kamalın rəhbərliyi altında ona məxsus torpaq sahəsində aparılan inşaat işlərində fəhlə kimi işlədiyini, lakin ona və digər usta və fəhlələrə heç bir məbləğdə pul ödənilmədiyini bildirmişdir. O, nə deyəcəyini bilməyib, həmin şəxsə Kamalla əlaqə saxlamasını məsləhət görmüşdür. Narahat olduğu üçün, bir neçə gün sonra Zabrat qəsəbəsindəki sözügedən torpaq sahəsinə gedib baxdıqda, yalnız evin bünövrəsinin qazılaraq yarımçıq beton töküldüyünü və digər heç bir iş aparılmadığını görmüşdür. Bununla əlaqədar, Kamala zəng vurub pulunu geri tələb etmiş, lakin Kamal and-aman edərək, narahatçılığa əsas olmadığını, inşaat işlərinin vaxtında yekunlaşdırılacığını bildirmişdir. O da, ona inanıb bir neçə gün gözləməyi qərara almışdır. Lakin, sonradan ona məxsus torpaq sahəsində heç bir inşaat işi aparılmamış və Kamal onun telefon zənglərinə cavab verməmişdir. Başa düşmüşdür ki, Kamal onu aldadaraq, ev inşası üçün verdiyi ümumilikdə 15600 manat məbləğində pulunu ələ keçirmişdir. 12 oktyabr 2020-ci il tarixdə Kamalın barəsində Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə şikayət etmişdir. Araşdırma zamanı ona məlum olmuşdur ki, Kamal eyni üsulla onunla yanaşı digər şəxsləri də aldatmışdır. 2020-ci ilin sentyabr ayının sonlarında tanımadığı şəxs mobil telefon nömrəsindən ona zəng vuraraq, Kamalın rəhbərliyi altında torpaq sahəsində aparılan inşaat işlərində fəhlə kimi işlədiyini, lakin ona, habelə digər usta və fəhlələrə heç bir pulun ödənilmədiyini demişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan hal-hazıradək ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs6 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda, Zərərçəkmiş şəxs6 teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir, ona dəymiş ziyan ödənilməmiş və o, hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs6 göstərmişdir ki, 2020-ci ilin yanvar ayından Gəncə şəhərində fəaliyyət göstərən "xxxx" MMC-də ayılq 570 manat əmək haqqı müqabilində operator vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adlı şəxsi 2020-ci ilin aprel ayından etibarən tanımışdır. 2020-ci ilin aprel ayında fərdi yaşayış evi inşa etmək üçün, öz vəsaiti hesabına Göygöl rayonu, Mixaylovka kəndində 0,04 hektar sahəyə malik torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi inşa etdirmək məqsədi ilə 2020-ci ilin aprel ayının ortalarında internet şəbəkəsində müvafiq inşaat şirkəti axtararkən, “İnstagram” sosial şəbəkəsində fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan “AZ VİP İnşaat Tikinti” şirkəti barədə məlumatlara rast gəlmişdir. Bununla bağlı, şəxsi istifadəsində olan mobil telefon nömrəsindən həmin şirkətin mobil telefon nömrəsinə zəng vurmuşdur. Telefon zənginə cavab verən Təqsirləndirilən şəxs özünü həmin şirkətin sahibi kimi təqdim etmişdir. O, Təqsirləndirilən şəxs Göygöl rayonu, Mixaylovka kəndində 0,04 hektar torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsində 150 kvadrat metr sahəyə malik, 4 otaqlı bir mərtəbəli fərdi yaşayaş evi inşa etdirmək istədiyini bildirmişdir. Kamal cavabında uzun müddətdən bəri sifariş əsasında müxtəlif rayonlarda, eləcə də Bakı və Gəncə şəhərlərində fərdi yaşayış evlərinin tikintisi və təmiri ilə məşğul olduğunu söyləyib, inşa etdirmək istədiyi fərdi yaşayış evi ilə bağlı ona internet vasitəsilə bir neçə layihə göndərəcəyini bildirib, həmin layihələr arasından seçim etməyini istəmişdir. O, razılaşmış və bir neçə dəqiqə sonra Kamal ona “İnstagram” sosial şəbəkəsi vasitəsilə bir neçə fərdi yaşayış evi layihəsini göndərmişdir. O, həmin layihələrdən birini bəyənib seçərək, bu barədə “İnstagram” sosial şəbəkəsində Kamala yazmışdır. Bir neçə dəqiqə sonra Kamal ona zəng vuraraq, seçdiyi layihəyə uyğun bir mərtəbəli, 150 kvadrat metr sahəyə malik fərdi yaşayış evinin tikintisi üçün ümumilikdə 35000 (otuz beş min) manat pul lazım olduğunu demişdir. O, tələb olunan məbləğin əlverişli olduğunu düşünüb razılaşmış və bunu görən Kamal 3 ay müddətində sifariş etdiyi fərdi yaşayış evini inşa edib itistmara tam hazır vəziyyətdə təhvil verəcəyini vəd etmişdir. O, razılığını bildirərək, Gəncə şəhəri, Nizami rayonu, F.Məmmədov küçəsi, ev 10-da yaşadığını söyləyib, ətraflı söhbət etmək üçün Kamala görüşməyi təklif etmişdir. Kamal işləri ilə əlaqədar Bakı şəhərində olduğunu və iki-üç gün sonra Gəncə şəhərinə gələcəyini bildirmişdir. Elə həmin gün bu barədə valideynlərinə bildirmiş və valideyinləri də onunla razılaşmışlar. İki-üç gün sonra, 18 aprel 2020-ci il tarixdə günorta saatlarında yaşadığı evdə olan zaman, Kamal mobil telefon nömrəsindən ona zəng vuraraq onunla görüşmək üçün Bakı şəhərindən Gəncə şəhərinə gəldiyini bildirmişdir. O, Kamalı yaşadığı evə dəvət etmişdir. Kamalla yaşadığı evdə valideynlərinin iştirakı ilə ətraflı söhbət etmişdir. Söhbət əsnasında Kamal uzun müddətdən bəri inşaat işləri ilə məşğul olduğunu, bu sahədə yüksək təcrübə topladığını, artıq bir neçə şəxsin sifarişi əsasında müxtəlif rayonlarda fərdi yaşayış evləri inşa edib təhvil verdiyini bildirmişdir. O, Kamala inanıb razılığını bildirmişdir. Söhbət əsnasında Kamal bir daha 35000 manat müqabilində 3 ay müddətində sifariş etdiyi fərdi yaşayış evini inşa edib istismara tam hazır vəziyyətdə təhvil verəcəyini vəd edərək, ilkin ödəniş qismində ondan dərhal məbləğin 50 faizini, yəni 17500 manat alacağını, yerdə qalan məbləği isə inşaat işlərinin gedişatı zamanı ondan alacağını demişdir. O, etiraz etməyərək valideynlərinin yanında Kamala yüzlük əskinaslardan ibarət 17500 manat pul sayıb vermişdir. Kamal pulu qəbul edib, ona təmir-tikinti müqaviləsi təqdim etmiş və o, müqavilə ilə tanış olub imzalamışdır. Müqaviləyə əsasən 3 ay müddətində Kamal öz təmir-tikinti briqadası ilə ona məxsus sözügedən torpaq sahəsində birmərtəbəli, 150 kvadratmetr sahəyə malik fərdi yaşayaş evi inşa edib tam təmirli və istismara hazır vəziyyətdə təhvil verməli olmuşdur. Həmin vaxt müqaviləni diqqətlə oxuduqda, Kamalın rəhbərlik etdiyi şirkətin “AZ VİP İnşaat Tikinti” şirkəti deyil, "xxxx" şirkəti olduğunu görmüş, lakin buna ciddi əhəmiyyət verməyib, Kamaldan heç bir söz soruşmamışdır. Kamal həmçinin 17500 manat pulu qəbul etməsinə dair ona mədaxil kartı vermişdir. Bundan sonra, Kamal torpaq sahəsinə baxmaq istədiyini bildirmiş və onlar birlikdə Göygöl rayonu, Mixaylovka kəndinə yolu düşmüşlər. Orada Kamal torpaq sahəsinə baxıb yaxın günlərdə inşaat işlərinə başlayacağını vəd etmişdir. Bir neçə gün sonra, həqiqətən də Kamalın rəhbərlik etdiyi fəhlə və ustadan ibarət tikinti briqadası inşaat işlərinə başlayıb evin bünövrəsini qazaraq beton tökmüşlər. Bir müddət sonra, 2020-ci ilin may ayının ortalarında Kamal ona başqa bir fərdi yaşayış evinin layihəsini göndərərək, həmin layihə əsasında ümumilikdə 45000 manat müqabilində fərdi yaşayış evi inşa etməyi tövsiyə etmişlər. O, layihəyə baxıb bəyənərək, razılığını bildirmişdir. Bununla əlaqədar, Kamal 20 may 2020-ci il tarixdə günorta saatlarında Gəncə şəhərində yaşadığı ünvana gəlmişdir. Həmin gün yaşadığı ünvan 19alideynlərinin iştirakı ilə Göygöl rayonu, Mixaylovka kəndində fərdi yaşayış evinin tikintisi üçün Kamala 27500 manat pul sayıb vermişdir. Kamal pulu sayıb qəbul edərək, söz verdiyi kimi, 3 ay müddətində evin inşasını yekunlaşdıracağını bildirmişdir. Həmin vaxtadək Kamalın rəhbərlik etdiyi usta və fəhlədən ibarət tikinti briqadası ona məxsus Göygöl rayonu, Mixaylovka kəndində yerləşən 0,04 hektar torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə əlaqədar yalnız müəyyən bünövrə işləri görüb beton tökmüşlər. Bir neçə gün sonra ona Göygöl rayonu, Mixaylovka kəndinə gedib torpaq sahəsinə baxdıqda fəhlə və ustaların orada olmadığını və inşaat işlərinin aparılmadığını görmüşdür. Bununla əlaqədar Kamala zəng vuraraq narazılığını bildirdikdə sonuncu konkret cavab verməyərək narahatçılığa əsas olmadığını söyləyib inşaat işlərini söz verdiyi vaxtda yekunlaşdıracağını vəd etmişdir. Bir neçə gün sonra Gəncə şəhərində həmin usta və fəhlələri tapıb, nəyə görə ona məxsus fərdi yaşayış evinin inşaatını yarımçıq qoyub getdiklərini soruşduqda, Kamalın onları aldatdığını və vəd etdiyi əmək haqlarını vermədiklərini bildirmişlər. Bununla əlaqədar, bir neçə dəfə Kamala zəng vuraraq inşaat işlərini yekunlaşdırmağı və ya pulunu geri qaytarmasını tələb etsə də, Kamal müxtəlif bəhanələrlə onu aldatmışdır. 2020-ci ilin avqust ayında Kamala növbəti dəfə zəng vuraraq onu aldadıb aldığı ümumilikdə 45000 manat pulunu qaytarmasını istədikdə, Kamal onu hədələyərək bir daha zəng edib pul tələb etməməyini tələb edib, əks təqdirdə özünə xəsarət yetirərərək, onu həbs etdirəcəyi ilə hədələmişdir. Həmin ərəfələrdə əvvəllər tanımadığı X4 onunla əlaqə saxlayıb görüşərək, Kamalın barəsində polisə şikayət etməməyini xahiş edib, Kamalla aralarında olan sözsöhbəti həll edərək, ondan 45000 manat pulunu alıb qaytaracağını vəd etmişdir. Lakin, bir müddət sonra X2 heç bir xəbər çıxmamışdır. Ona görə də o, 2020-ci ilin noyabr ayında Kamalın barəsində Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Təqsirləndirilən şəxs vermiş olduğu 45000 manat məbləğində pul vəsaitini özünə ev tikmək üçün atası Saday ona vermiş və həmin pul vəsaiti onun özünə məxsus olmuşdur. Məhkəmə iclasında dindirilmiş Şahid4 göstərmişdir ki, Zərərçəkmiş şəxs8 onun qardaşıdır. Qardaşı Zərərçəkmiş şəxs8 2020-ci ilin may ayında "xxxx" MMC-nin rəhbərliyi ilə müqavilə bağlayaraq, "xxxx" MMC tərəfindən Yasamal rayonu, Lətif İmanov küçəsində yerləşən 17 mərtəbəli yaşayış binasının mansardının 105 kvadrat metr sahəyə malik hissəsini satın almışdır. "xxxx" MMC-nin rəhbərliyi ilə qardaşı arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, həmin 105 kvadrat metr sahədə öz vəsaiti hesabına inşa edəcəyi üç otaqlı mənzilin inşası yekunlaşdıqdan sonra, həmin mənzil binanın ümumi layihəsinə daxil edilərək, müvafiq sənədləşdirmə aparılmaqla, xüsusi mülkiyyət kimi müvafiq qaydada Elvinin adına rəsmiləşdiriləcəkdir. Elvin 2020-ci ilin iyun ayının əvvəllərində inşaat işlərinə başlamaq məqsədi ilə inşaat şirkəti axtarmağa başlamışdır. Həmin ərəfələrdə Elvin eyni zamanda, bu barədə ondan da xahiş etmiş və o da, öz növbəsində müvafiq inşaat şirkəti axtarırmış. 2020-ci ilin iyun ayının əvvəllərində söhbət əsnasında Elvin ona “İnstagram” sosial şəbəkəsində Bakı şəhərində fərdi yaşayış evlərinin, habelə mənzillərin tikintisi və təmiri ilə məşğul olan “AZ VİP İnşaat Tikinti” şirkəti barədə məlumat əldə etdiyini, şirkətin rəhbəri Təqsirləndirilən şəxs adlı şəxs ilə telefon vasitəsilə əlaqə saxlayıb, Yasamal rayonu, Lətif İmanov küçəsində yerləşən yaşayış binasının mansardında 105 kvadrat metr sahədə üç otaqlı mənzil inşa etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə bu barədə ətraflı söhbət etmək üçün Nərimanov rayonunda yerləşən “AP Plaza”-dakı ofisinə dəvət etdiyini demişdir. Elvin tikinti şirkətinin rəhbəri Təqsirləndirilən şəxsla görüşə birlikdə getməyi xahiş etdiyindən, o, razılaşaraq, Elvinlə birlikdə “AP Plaza”-ya getmişdir. Təqsirləndirilən şəxs onarı “AP Plaza”-nın önündə qarşılayıb, həmin binanın birinci mərtəbəsində olan iş otağına aparmışdır. Orada Elvin onun iştirakı ilə Təqsirləndirilən şəxsla inşa etdirmək istədiyi mənzil barədə ətraflı danışıb müzakirə aparmışdır. Kamal uzun müddətdir ki, peşəkar səviyyədə ölkə ərazisində sifariş əsasında inşaat və təmir işləri ilə məşğul olduğunu söyləyib, rəhbərlik etdiyi şirkətin Vergilər Nazirliyində müvafiq dövlət qeydiyyatından keçməklə, rəsmi qaydada fəaliyyət göstərdiyini bildirmişdir. Onlar Kamalın arxayınlıqla danışmasına və rəhbərlik etdiyi tikinti şirkətinin Vergilər Nazirliyində qeydiyyatdan keçdiyini eşidib, Kamalın həqiqətən də, uzun müddətdən bəri tikinti sektorunda fəaliyyət göstərdiyinə inanaraq, səmimiyyətinə heç bir şübhə etməmişlər. Elvin inşa etdirmək istədiyi mənzilin xüsusiyyətləri barədə Kamala ətraflı danışaraq, mənzili yaşayış üçün tam hazır vəziyyətdə təhvil almaq istədiyini demişdir. Kamal bir qədər düşündükdən sonra, onlara 105 kvadrat metr sahəli bir neçə mənzil layihəsi təqdim edib hesablama apararaq, həmin layihələrdən ən optimal variantı üzrə üç otaqlı mənzilin inşası və tam təmiri üçün 70000 manat pula ehtiyac olduğunu demişdir. Kamal təmir üçün tələb olunan ümumi vəsaitin ilkin olaraq 30 faizini, yəni 21000 manatını ödəməyi, məbləğin qalan hissəsini, yəni 49000 manatı isə hissə-hissə olmaqla, inşaat və təmir işlərinin gedişatı zamanı ödəməyi təklif etmişdir. Eyni zamanda, Kamal mənzili təhvil verərkən, aparılan təmir-tikinti işlərinin keyfiyyətinə 5 il müddətinə yazılı zəmanət verəcəyini vəd etmişdir. Bu şərtlər əlverişli olduğu üçün Elvin Kamalla razılaşmış və bundan sonra Kamal Elvinə təmir-tikinti müqaviləsi təqdim etmişdir. Elvin müqavilə ilə tanış olub imzalamışdır. O da, öz növbəsində müqavilə ilə tanış olduqda, Kamalın 4 ay müddətində öz təmir-tikinti briqadası ilə qeyd olunan ünvanda Elvin üçün 105 kvadrat sahəyə malik üç otaqlı mansard tipli mənzil inşa edib, tam təmirli vəziyyətdə ona təhvil verəcəyinə dair üzərinə öhdəlik götürdüyünü görmüşdür. Müqavilə şərtlərinə görə, Elvin ilkin ödəniş qismində Kamala dərhal tələb olunan məbləğin 30 faizini, yəni 21000 manat pul verməyi, vəsaitin 60 faizini inşaat və təmir işlərinin gedişatı zamanı ödəməyi, tələb olunan vəsaitin 10 faizini isə mənzil təhvil verildikdən sonra ödəməyə razılaşmışdır. Razılaşdıqları kimi, növbəti gün yəni 11 iyun 2020-ci il tarixdə səhər saat 11 radələrində Elvinlə birlikdə Kamalla “Elmlər” metrostansiyasının yaxınlığında görüşərək sonunvunun idarə etdiyi “Range Rover” minik markalı ** AH *** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" MMC tərəfindən Yasamal rayonu, Lətif İmanov küçəsi, 35/37 ünvanında inşa olunmuş 17 (on yeddi) mərtəbəli yaşayış binasına getmişlər. Orada Kamal yaşayış binasının mansardını gözdən keçirib, vəd etdiyi kimi 4 ay iş günü müddətində mənzili tam inşa edib təmir etməklə, Elvinə təhvil verəcəyini və növbəti gündən etibarən inşaat işlərinə başlanılacığını bildirmişdir. 12 iyun 2020-ci il tarixdən etibarən Kamalın rəhbərlik etdiyi 5-6 nəfərdən ibarət fəhlə və usta mənzilin inşasına başlamışlar. İnşaat işləri ilə əlaqədar Kamal sözügedən binanın mansardına kərpic, sement və qumdan ibarət inşaat materialları gətizdirmişdir. O, hər gün inşaat işlərinin gedişatına nəzarət etmiş və bu barədə müntəzəm olaraq Elvini məlumatlandırmışdır. 02 iyul 2020-ci il tarixədək Kamalın rəhbərliki etdiyi usta və fəhlələr müəyyən hörgü işləri görmüşdür. 01 iyul 2020-ci il tarixdə axşamtərəfi Kamal inşaat sahəsinə gəlib onunla görüşərək, inşaat işlərinin ləngiməməsi və vaxtında yekunlaşması üçün 21000 manat pul istəmişdir. O da, öz növbəsində bu barədə qardaşı Elvinə zəng vuraraq bildirmişdir. Elvin razılaşmışdır. Növbəti gün, yəni 02 iyul 2020-ci il tarixdə Elvin özünə məxsus vəsaitdən 21000 (iyirmi bir min) manat pul götürmüş və birlikdə Kamalın “AP Plaza”-dakı ofisinə getmişlər. X10 100-lük əskinaslardan ibarət 21000 (iyirmi bir min) manat pul sayıb vermişdir. Kamal pulu sayıb qəbul edərək bu barədə Elvinə mədaxil orderi vermişdir. Növbəti iki-üç gün ərzində usta və fəhlələr inşaat işlərini davam etdirmişlər. O, işlərin ləng və keyfiyyətsiz şəkildə aparıldığını görüb usta və fəhlələrə irad tutduqda, fəhlələr günəmuzd zəhmət haqqı müqabilində işlədiklərini və Kamalın son günlər fəhlələri də aldadaraq, müxtəlif bəhanələrlə əmək haqlarını vermədiyini söyləmişlər. O, narahat olaraq Kamala zəng vurub usta və fəhlələrin əmək haqlarını nəyə görə vermədiyini soruşmuşdur. Kamala bütün məsələləri həll edəcəyini vəd edib, söz verdiyi kimi müqaviləyə uyğun şəkildə mənzili vaxtında inşa edib təhvil verəcəyini bildirmişdir. Növbəti gün günorta saatlarında o, inşaat sahəsinə getdikdə usta və fəhlələrin artıq işə gəlmədiklərini görmüşdür. Bununla əlaqədar bir neçə dəfə Kamala zəng vursa da, Kamal telefon zənglərinə cavab verməmişdir. Elvinə zəng vuraraq usta və fəhlələrin artıq işə çıxmadığını və inşaat işlərinin yarımçıq qaldığını demişdir. Həmin vaxtdan etibarən nə qədər axtarsalar da, Kamalı tapa bilməmişlər və onlara məlum olmuşdur ki, Kamal insanları məhz bu cür üsulla aldatmaqla pul qazanmaqla məşğul olur. Kamal digər şəxslər kimi, qardaşı Elvini də aldatmış və onun ümümilikdə 42000 manat məbləğində pulunu ələ keçirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid5 göstərmişdir ki, Zərərçəkmiş şəxs10 onun anasıdır. Anası 07 may 2018-ci il tarixdə müqavilə ilə 60000 manat müqabilində onun üçün «Bolluq» istehlak kooperativi tərəfindən Binəqədi rayonu, 7-ci mikrorayonda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzil almış və həmin mənzil anasının şəxsi mülkiyyətindədir. Mənzil təmirsiz vəziyyətdə olduğundan, təmir işləri aparmaq məqsədi ilə, uzun müddət anası ilə birlikdə təmir şirkəti axtarmışlar. 2020-ci ilin mart ayında “İnstagram” sosial şəbəkəsində Bakı şəhərində fərdi yaşayış evlərinin, habelə mənzillərin tikintisi və təmiri ilə məşğul olan “AZ VİP İnşaat Tikinti” şirkəti barədə məlumatlara rast gəlmişdir. “AZ VİP İnşaat Tikinti” şirkəti dair məlumatları anası diqqətlə gözdən keçirdikdə, həmin şirkət tərəfindən təmir işlərinin 1 kvadrat metrinin 200 manata, çox əlverişli qiymətə aparıldığını görüb şəxsi istifadəsində olan mobil telefon nömrəsindən həmin şirkətin mobil telefon nömrəsinə zəng vurmuşdur. Telefon zənginə cavab verən Təqsirləndirilən şəxs adlı şəxs özünü həmin şirkətin sahibi kimi təqdim etmişdir. Anası da özünü təqdim edərək, Təqsirləndirilən şəxs Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən bir otaqlı mənzilini təmir etdirmək istədiyini söyləmişdir. Kamal onun anasını dinləyib, rəhbərlik etdiyi tikinti şirkətinin Nərimanov rayonunda yerləşən “AP Plaza”-da fəaliyyət göstərdiyini söyləyib, bu barədə ətraflı söhbət etmək üçün anasını öz ofisinə dəvət etmişdir. Həmin ərəfələrdə mənzillərinin yerləşdiyi bina hələ tam inşa edilmədiyindən, anası bu barədə Kamala bildirərək, bina tam inşa olunub sakinlərə təhvil verildikdən təmir işləri aparmaq üçün Kamal ilə əlaqə saxlayacağını bildirmişdir. 2020-ci ilin may ayında «Bolluq» istehlak kooperativi tərəfindən həmin bina tam inşa olunaraq, sakinlərə təhvil verilmişdir. 2020-ci ilin iyun ayında anası Kamala zəng vuraraq, binada işlərin yekunlaşdırıldığını söyləyib, onlara məxsus mənzildə təmir işlərinə başlamasını xahiş etmişdir. Kamal bu barədə ətraflı söhbət etmək üçün anasını “AP Plaza”-ya dəvət etmişdir. Anası razılaşıb, elə həmin gün onunla birlikdə “AP Plaza”-ya getmişlər. Təqsirləndirilən şəxs onları “AP Plaza”-nın önündə qarşılayıb, həmin binanın birinci mərtəbəsində yerləşən iş otağına aparmışdır. Orada Kamalla təmir etdirmək istədikləri mənzil barədə ətraflı danışıb müzakirə aparmışlar. Kamal uzun müddətdən bəri peşəkar səviyyədə Bakı şəhərində sifariş əsasında inşaat və təmir işləri ilə məşğul olduğunu söyləyib, rəhbərlik etdiyi şirkətin dövlət qeydiyyatından keçməklə rəsmi qaydada fəaliyyət göstərdiyini bildirmişdir. Onlar öz mənzilləri barədə Kamala ətraflı danışaraq, mənzili tam təmir etdirmək istədiklərini bildirmişlər. Kamal onları diqqətlə dinlədikdən sonra, hesablama apararaq mənzilin tam təmiri üçün 12600 manat pula ehtiyac olduğunu və təmir üçün tələb olunan ümumi vəsaitin ilkin olaraq 50 faizini, yəni 6300 manatını ödəməyi, məbləğin yerdə qalan 50 faizini isə bir müddət sonra ödəməyi təklif etmişdir. Eyni zamanda, Kamal mənzil təmir olunaraq təhvil verildikdən sonra, aparılan təmir işlərinin keyfiyyəti ilə bağlı 5 il müddətinə yazılı zəmanət verəcəyini vəd etmişdir. Anası razılığını bildirmiş və sonra Kamalın təklifi ilə Binəqədi rayonuna gedib, onlara məxsus mənzilə baxmışlar. Kamal mənzilə baxdıqdan sonra 2 ay müddətində təmir işlərini yekunlaşdıraraq, mənzili təhvil verəcəyini vəd etmişdir. Anası razılaşmış və Kamalın təklifi ilə təmirlə bağlı müqavilə bağlamaq üçün evdən 6300 manat pul götürərək, Kamalın ofisinə getmişlər. Orada onun yanında anası Kamala 6300 manat pul vermişdir. Kamal pulu qəbul edib anasına təmirtikinti müqaviləsi və pulu qəbul etməsinə dair mədaxil qəbzi vermişdir. Anası müqavilə ilə tanış olub imzalamışdır. Müqaviləni diqqətlə oxuduqda, Kamalın rəhbərlik etdiyi şirkətin “AZ VİP İnşaat Tikinti” şirkəti deyil, "xxxx" şirkəti olduğunu görmüşlər. Bu səbəbdən, bir qədər narahat olaraq, Kamala notarial qaydada müqavilə bağlamağı təklif etmişlər. Kamal isə etiraz edərək, onun tərtib etdiyi müqavilənin hüquqi cəhətdən notarial qaydada tərtib olunmuş müqavilədən üstün olduğunu bildirmişdir. Bir həftə sonra, 2020-ci ilin iyun ayının sonlarında Kamalın rəhbərlik etdiyi iki nəfər usta onlara məxsus sözügedən mənzildə təmir işlərinə başlamışlar. Onlar təmir işlərinin başladığını görüb, Kamalın səmimiyyətinə heç bir şübhə etməmişlər. Bi müddət sonra Kamal zəng vuraraq, təmir işlərinin ləngiməməsi üçün 5040 manat məbləğində pul verməyini istəyib, ümumi məbləğin yerdə qalan 10 faizini isə mənzil hazır olduqdan sonra verməyi təklif etmişdir. Anası razılaşmış və 5040 manat pul götürüb onunla birlikdə Kamalın ofisinə getmişlər. Orada Kamalla görüşüb 5040 manat pulu təqdim etmişlər. Kamal pulu qəbul edərək, bu barədə anasına mədaxil qəbzi vermişdir. Növbəti gün təmir işlərinin gedişatı ilə maraqlanmaq üçün anası bir neçə dəfə Kamala zəng vursa da, sonuncu anasına cavab verməmişdir. Anası bununla əlaqədar narahat olaraq, mənzilinə gedib baxdıqda, orada hər hansı usta və ya fəhlənin olmadığını görmüşdür. Həmin ərəfələrdə dəfələrlə Kamala zəng vurmağına baxmayaraq, Kamal anasının və onun telefon zənglərinə bir daha cavab verməmişdir. Bu səbəbdən Kamalın iş yerinə getməyi qərara alaraq, 2020-ci ilin iyul ayı ərzində Kamalı tapmaq üçün bir neçə dəfə “AP Plaza”-ya getmişdir. Lakin, anası Kamalı ofisində tapa bilməmişdir. Sonuncu dəfə anası orada olarkən, “AP Plaza”nın qeydiyyat şöbəsində çalışan tanımadığı şəxsdən Kamalı soruşduqda, həmin şəxs Kamalın artıq bir müddət əvvəl “AP Plaza”nı tərk edib getdiyini və anası ilə yanaşı başqa şəxslərin də, Kamalı axtardıqlarını bildirmişdir. Bütün bunlardan sonra, artıq anası Kamal tərəfindən aldadıldığını yəqin edib, Kamalın barəsində şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 anasının xalası oğludur. Emilin şəxsi mülkiyyətində Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin bilavasitə qonşuluğunda ona məxsus təxminən torpaq sahəsi vardır. Həmin torpaq sahəsi ilə bağlı onun adına Daşınmaz əmlakın dövlət reyestri xidmətindən müvafiq çıxarış olsa da, digər torpaq sahəsi ilə bağlı belə bir çıxarış olmamışdır. O, bütün daşınan və daşınmaz əmlakını, o cümlədən 0,5 hektar təşkil edən torpaq sahəsini vəsiyyətnamə ilə notarial qaydada qohumu Zərərçəkmiş şəxs3 vəsiyyət etmişdir. 1996-cı ildə o, sözügedən torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi inşa etdirmək istəmiş, lakin sonradan maddi vəziyyətim pisləşdiyindən həmin evin inşası yarımçıq qalmışdır. O, həmin torpaq sahəsini və qeyd olunan yarımçıq tikilini Zərərçəkmiş şəxs3 vəsiyyət etdiyindən, Emil 2020-ci ilin may ayından etibarən həmin evin inşasını yekunlaşdırmaq istəmişdir. Bununla əlaqədar, Emil ona bildirmişdir ki, tikinti işi ilə məşğul olan şəxs tapmışdır. Həmin şəxslə aralarında olan razılaşmaya əsasən, tikinti işlərini tamamlayacaq Emil də pulu hissə-hissə verəcəkdir. Sonradan ona məlum olmuşdur ki, Emil sonradan Təqsirləndirilən şəxs adlı şəxsə hissəhissə olmaqla, ümumilikdə 26500 manat pul vermiş, lakin həmin şəxs həmin pulu Zərərçəkmiş şəxs3 etibarından istifadə etməklə, ələ keçirmiş və heç bir tikinti işi görməmişdir. Sonradan Emil həmin faktla bağlı aidiyyəti üzrə polis orqanlarına müraciət etmişdir. İş üzrə şahidlər Şahid2, Şahid3, Şahid6, Şahid7 və Şahid8 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs6 2020-ci ilin yanvar ayından Gəncə şəhərində fəaliyyət göstərən "xxxx" MMC-də operator vəzifəsində işləyir. 2020-ci ilin aprel ayında oğlu Zərərçəkmiş şəxs6 özünə fərdi yaşayış evi inşa etmək üçün, öz vəsaiti hesabına Göygöl rayonu, Mixaylovka kəndində torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi inşa etdirmək məqsədi ilə 2020-ci ilin aprel ayının ortalarında Fuad “İnstagram” sosial şəbəkəsində özünü inşaat şirkətinin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuş və Təqsirləndirilən şəxs Göygöl rayonu, Mixaylovka kəndində torpaq sahəsində 150 kvadrat metr sahəyə malik, 4 otaqlı bir mərtəbəli fərdi yaşayış evi inşa etdirmək niyyətinin olduğunu bildirmişdir. Bununla əlaqədar, Fuad həmin ərəfələrdə onunla ətraflı danışaraq, Təqsirləndirilən şəxs Bakı və Gəncə şəhərlərində fərdi yaşayış evlərinin tikintisi və təmiri ilə məşğul olduğunu və Kamal layihə göndərərək, bəyənib seçdiyi layihəyə uyğun 35000 manat müqabilində 3 ay müddətində bir mərtəbəli 150 kvadrat metr sahəyə malik fərdi yaşayış evi inşa edib, yaşayış üçün istismara tam hazır vəziyyətdə təhvil verəcəyini vəd etdiyini demişdir. Oğlu Fuadla bu barədə söhbətlərindən bir neçə gün sonra Kamal Fuadın dəvəti ilə ev inşası ilə bağlı ətraflı söhbət etmək üçün Bakı şəhərindən Gəncə şəhərinə, yaşadıqları ünvana getmişdir. Yaşadıqları evdə Kamal onun və arvadı Şahid3 yanında oğlu Fuadla söhbət edərək, uzun müddətdən bəri inşaat işləri ilə məşğul olduğunu, bu sahədə yüksək təcrübə topladığını, bir çox şəxsin sifarişi ilə müxtəlif rayonlarda yüksək keyfiyyətli fərdi yaşayış evləri inşa edib təhvil verdiyini bildirmişdir. Söhbət əsnasında Kamal həmçinin, 35000 manat müqabilində 3 ay müddətində Fuadın sifariş etdiyi fərdi yaşayış evini inşa edib istismara tam hazır vəziyyətdə təhvil verəcəyini vəd edərək, ilkin ödəniş qismində dərhal məbləğin 50 faizini, yəni 17500 manat alacağını, yerdə qalan məbləği isə inşaat işlərinin gedişi zamanı alacağını demişdir. Fuad razılaşaraq, Kamala 17500 manat pul vermişdir. Kamal pulu qəbul edib, Fuada təmir-tikinti müqaviləsi təqdim etmiş və Fuad müqavilə ilə tanış olub imzalamışdır. O da, öz növbəsində hər ehtimala qarşı həmin müqaviləni oxuyub tanış olmuşdur. Müqaviləyə əsasən 3 ay müddətində Kamal öz təmir-tikinti briqadası ilə Fuada məxsus Göyğöl rayonu, Mixaylovka kəndində yerləşən torpaq sahəsində bir mərtəbəli, 150 kvadratmetr sahəyə malik fərdi yaşayaş evi inşa edib, tam təmirli və istismara hazır vəziyyətdə təhvil verməli olmuşdur. Eyni zamanda, Kamal 17500 manat pulu qəbul etməsinə dair Fuada möhürlü kassa mədaxil qəbzi vermişdir. Bundan sonra, Kamal torpaq sahəsinə baxmaq istədiyini bildirərək, oğlu Fuadla birlikdə Göygöl rayonu, Mixaylovka kəndinə getmişdir. Bir neçə gün sonra həqiqətən də, Kamalın rəhbərlik etdiyi fəhlə və ustadan ibarət tikinti briqadası Fuada məxsus torpaq sahəsində inşaat işlərinə başlayıb, evin bünövrəsini qazaraq beton tökmüşlər. Bir müddət sonra, 2020-ci ilin may ayının ortalarında Fuad Kamalın başqa bir fərdi yaşayış evinin layihəsini göndərərək, həmin layihə əsasında ümumilikdə 45000 manat müqabilində daha geniş və təmtəraqlı fərdi yaşayış evi inşa etməyi tövsiyə etdiyini demişdir. Fuad bu barədə onunla məsləhətləşdikdə o, Kamalın göndərdiyi yeni layihəyə baxıb bəyənərək, razılığını bildirib sonuncunu əlavə xərc çəkməsinə etiraz etməmişdir. Fuad da öz növbəsində Kamalla danışıb razılığını bildirmişdir. Bununla əlaqədar, Kamal 20 may 2020-ci il tarixdə Gəncə şəhərinə yaşadıqları ünvana gəlmişdir. Həmin gün yaşadıqları evdə oğlu Fuad Göygöl rayonu, Mixaylovka kəndində fərdi yaşayış evinin tikintisi üçün Kamala 27500 manat pul vermişdir. Kamal pulu qəbul edərək, söz verdiyi kimi, 3 ay müddətində evin inşasını yekunlaşdıracağını vəd etmişdir. Həmin vaxtadək Kamalın rəhbərlik etdiyi 3-4 nəfər usta və fəhlədən ibarət tikinti briqadası Fuada məxsus Göygöl rayonu, Mixaylovka kəndində yerləşən 0,04 hektar torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə əlaqədar ancaq müəyyən bünövrə işləri görüb beton tökmüşlər. Bir neçə gün sonra oğlu Fuad inşaat işlərinin gedişatı ilə maraqlanmaq üçün Göygöl rayonu, Mixaylovka kəndinə gedib torpaq sahəsinə baxdıqda, fəhlə və ustaların orada olmadığını və inşaat işlərinin aparılmadığını aşkar edib, bu barədə zəng edərək, ona məlumat vermişdir. O, Fuaddan bununla bağlı Kamalla danışıb-danışmadığını soruşduqda, Fuad Kamala zəng vuraraq narazılığını bildirdiyini, lakin Kamalın konkret cavab verməyərək narahatçılığa əsas olmadığını söyləyib, inşaat işlərini söz verdiyi vaxtda yekunlaşdıracağını vəd etdiyini demişdir. Həmin vaxtdan Kamalın səmimiyyətinə qarşı onda müəyyən şübhələr yaranmışdır. Bir neçə gün sonra isə, Fuad Gəncə şəhərində təsadüfən Kamalın usta və fəhlələri ilə qarşılaşıb söhbət etdiyini və Kamalın həmin şəxsləri də aldadaraq, əmək haqlarını vermədiyini demişdir. Bununla əlaqədar, bir neçə dəfə Fuad Kamala zəng vuraraq, inşaat işlərini yekunlaşdırmağı və ya pulu geri qaytarmasını tələb etmiş, lakin Kamal müxtəlif bəhanələrlə Fuadı aldatmışdır. 2020-ci ilin avqust ayında isə Fuad Kamala növbəti dəfə zəng vuraraq, aldığı ümumilikdə 45000 manat pulu geri qaytarmasını tələb etdikdə, Kamal Fuadı hədələyərək bir də ona zəng edib pul tələb edəcəyi təqdirdə, özünə xətər yetirərərək, Fuadı şərləyəcəyi ilə hədələmişdir. Bir müddət sonra Fərid adlı şəxs oğlu Fuadla əlaqə saxlayaraq, Kamaldan 45000 manat pulu alıb qaytaracağını vəd etsə də, həmin şəxsdən də bir xəbər çıxmamışdır. Bütün bunlara görə, 2020-ci ilin noyabr ayında oğlu Fuad Kamalın barəsində Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid6 göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onun kiçik oğludur. Oğlu 2014-cü ildən əmək müqaviləsi ilə "xxxx" MMC-də mühasib vəzifəsində işləyir. "xxxx" MMC-nin direktoru X5 ilə oğlu Elvin arasında olan şifahi razılaşmaya əsasən, 2020-ci ilin iyul ayının sonlarında X5, ünvan 23 ünvanında yerləşən şəxsi mülkiyyətində olan üç otaqlı mənzilini daxili kredit yolu ilə oğlu Elvinə satmışdır. Bununla əlaqədar onların arasında hələlik hər hansı müqavilə bağlanmamışdır. Mənzil təmirsiz vəziyyətdə olduğundan, təmir işləri aparmaq məqsədi ilə, oğlu 29 iyul 2020-ci il tarixdə internet şəbəkəsində müvafiq inşaat şirkəti axtararkən, “İnstagram” sosial şəbəkəsində Bakı şəhərində fərdi yaşayış evlərinin, habelə mənzillərin tikintisi və təmiri ilə məşğul olan “AZ VİP İnşaat Tikinti” şirkəti barədə məlumatlara rast gəlmişdir. Oğlu həmin səhifəni işlədən tanımadığı şəxsə yazaraq, mənzilini təmir etdirmək niyyətində olduğunu bildirib, əlaqə nömrəsi istəmişdir. Tanımadığ şəxs oğluna mobil telefon nömrəsini yazaraq, həmin nömrə sahibinin şirkətin rəhbəri olduğunu bildirib, əlaqə saxlamağı tövsiyə etmişdir. Bir neçə gün sonra oğlu 02 avqust 2020-ci il tarixdə şəxsi istifadəsində olan mobil telefon nömrəsindən həmin şirkətin mobil telefon nömrəsinə zəng vurmuşdur. Telefon zənginə cavab verən Təqsirləndirilən şəxs özünü həmin şirkətin sahibi kimi təqdim etmişdir. Oğlu özünü təqdim edərək, Təqsirləndirilən şəxs ünvan 23 ünvanında yerləşən üç otaqlı mənzilini təmir etdirmək istədiyini söyləmişdir. Kamal oğlunu diqqətlə dinlədikdən sonra, rəhbərlik etdiyi tikinti şirkətinin “AP Plaza”-da fəaliyyət göstərdiyini söyləyib, bu barədə ətraflı söhbət etmək üçün oğlunu öz ofisinə dəvət etmişdir. Oğlu Elvin razılaşıb elə həmin gün onunla birlikdə “AP Plaza”-ya getmişdir. Təqsirləndirilən şəxs onları “AP Plaza”-nın önündə qarşılayıb, həmin binanın birinci mərtəbəsində yerləşən iş otağına aparmışdır. Orada Təqsirləndirilən şəxsla təmir etdirmək istədikləri mənzil barədə ətraflı danışıb müzakirə aparmışlar. Təqsirləndirilən şəxs uzun illərdən bəri peşəkar səviyyədə ölkə ərazisində sifariş əsasında inşaat və təmir işləri ilə məşğul olduğunu söyləyib, rəhbərlik etdiyi şirkətin dövlət qeydiyyatından keçməklə rəsmi qaydada fəaliyyət göstərdiyini bildirmişdir. Oğlu öz mənzili barədə Kamala ətraflı danışaraq, mənzili tam təmir etdirmək istədiyini bildirmişdir. Kamal oğlunu diqqətlə dinlədikdən sonra, hesablama apararaq, mənzilin tam təmiri, o cümlədən hamam aksessuarlarının qoyulması və pəncərələrin dəyişdirilməsi üçün 19450 manat pula ehtiyac olduğunu demişdir. Bu qədər pulları olmadığını bildirdikdə, Kamal sözünü kəsərək narahatçılığa əsas olmadığını söyləyib, təmir üçün tələb olunan ümumi vəsaitin ilkin olaraq 30 faizini, yəni 5835 manatını ödəməyi, məbləğin qalan hissəsini yenə də 30 faiz olmaqla, iki dəfəyə verməyi, mənzil tam təmir olunub təhvil verildikdən sonra isə, yerdə qalan 10 faiz məbləğində pulu ödəməyi təklif etmişdir. Bundan başqa, mənzil təmir olunaraq onlara təhvil verildikdən sonra, aparılan təmir işlərinin keyfiyyətinə 5 il müddətinə yazılı zəmanət verəcəyini vəd etmişdir. O və oğlu sevinib razılaşmış və bundan sonra Təqsirləndirilən şəxs oğluna təmir-tikinti müqaviləsi təqdim etmiş, oğlu müqavilə ilə tanış olub imzalamışdır. Müqaviləyə əsasən 75 gün müddətində Təqsirləndirilən şəxs öz təmir-tikinti briqadası ilə oğluna məxsus sözügedən mənzili tam təmir edib, yaşayış üçün hazır vəziyyətdə təhvil verməli olmuşdur. Həmin vaxt oğlu müqavilə ilə tanış olduqda, Kamalın rəhbərlik etdiyi şirkətin “AZ VİP İnşaat Tikinti” şirkəti deyil, "xxxx" şirkəti olduğunu görmüş, lakin ciddi əhəmiyyət vermədiyi üçün bu barədə Kamaldan heç bir söz soruşmamışdır. Müqavilə bağlandıqdan sonra oğlu onunla birlikdə yaşadıqları mənzilə gedib 5835 manat pul götürərək, Kamalın “AP Plaza”dakı ofisinə qayıtmışlar. Orada iş otağındakı ofisində onun yanında oğlu Elvin Kamala 5835 manat pul vermişdir. Kamal pulu qəbul edib oğluna bu barədə mədaxil qəbzi vermişdir. Bundan sonra, Kamal mənzilə baxmaq istədiyini bildirmiş və onlar bu məqsədlə növbəti gün, yəni 03 avqust 2020-ci il tarixdə səhər saatlarında Həzi Aslanov metrostansiyasının yaxınlığında görüşmək barədə razılığa gəlmişlər. Razılaşdıqları kimi növbəti gün, yəni 03 avqust 2020-ci il tarixdə, səhər saat 10 radələrində Kamalla oğlu zəngləşib Həzi Aslanov metrostansiyasının yaxınlığında görüşərək, birlikdə oğluna məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində yerləşən mənzilə getmişlər. Kamal mənzili gözdən keçirib söz verdiyi kimi, 75 gün müddətində mənzili tam təmir etməklə oğluna təhvil verəcəyini və dərhal həmin gün təmir işlərinə başlanılacığını bildirmişdir. Oğlu da Kamala inanıb təmir üçün mənzilinin giriş qapısının bir ədəd açar nüsxəsini Kamala vermişdir. 08 avqust 2020-ci il tarixdə oğlu mənzilinə gedib baxdıqda, həqiqətən də bəzi təmir işlərinin aparıldığını görmüşdür. 23 avqust 2020-ci il tarixdə Kamal oğluna zəng vuraraq, təmir işlərinin gedişatını ləngitməmək üçün növbəti gün səhər saatlarında təmir üçün nəzərdə tutulmuş ümumi məbləğin növbəti 30 faizini, yəni 5835 manat ödəməyi təklif etmişdir. Oğlu razılaşmış və növbəti gün, yəni 24 avqust 2020-ci il tarixdə evdən 5835 manat pul götürüb, Kamalın “AP Plaza”-dakı ofisinə getmişdir. Orada iş otağında Kamalla görüşüb 5835 manat pulu Kamala təqdim etmişdir. Kamal pulu qəbul edərək, bu barədə oğluna mədaxil orderi vermişdir. 28 avqust 2020-ci il tarixdə oğlu mənzilinə gedib baxdıqda, təmir işlərinin çox zəif və keyfiyyətsiz aparıldığını görmüşdür. Bununla əlaqədar, Kamala zəng vurub narazılığını bildirdikdə Kamal, yolnəqliyyat hadisəsi törətdiyi üçün təmir işlərinə vaxt ayıra bilmədiyini söyləyib, növbəti həftədən etibarən təmirin davam edəcəyini və söz verdiyi vaxtda təmir işlərinin yekunlaşacağını demişdir. Növbəti həftə, yəni 2020-ci ilin sentyabr ayının əvvəllərində oğlu mənzilinə gedib baxdıqda, hər hansı təmir işlərinin aparılmadığını görüb Kamalın onu aldatdığını yəqin edərək, narahat olmuşdur. Bununla əlaqədar Kamala zəng vurub narazılığımı bildirdikdə, Kamal and-aman edərək səhhətində problem olduğunu, bu səbəbdən işlərin dayandırıldığını söyləyib, növbəti həftədən etibarən təmir işlərinin davam edəcəyini vəd etmişdir. Oğlu nə edəcəyini bilməyib, yenə gözləməyi qərara almışdır. Növbəti həftə ərzində bir neçə dəfə mənzilinə gedib baxdıqda, yenə də təmir işlərinin aparılmadığını görüb bir neçə dəfə Kamala zəng etsə də, Kamal oğlunun zənglərinə cavab verməmişdir. Oğlu Kamalın iş yerinə getməyi qərara alaraq, 2020-ci ilin sentyabr ayının ortalarında Kamalı tapmaq üçün “AP Plaza”-ya getmişdir. Orada Kamalı ofisində tapa bilməmiş və “AP Plaza”nın qeydiyyat şöbəsində çalışan tanımadığı şəxsdən Kamalı soruşduqda, həmin şəxs Kamalın artıq bir müddət əvvəl “AP Plaza”nı tərk edib getdiyini və oğlu ilə yanaşı bir neçə nəfər digər şəxslərin da Kamalı axtardıqlarını bildirmişdir. Bundan sonra oğlu Kamal tərəfindən aldadıldığını başa düşərək, sonuncunun barəsində şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid7 göstərmişdir ki, anası özü üçün fərdi yaşayış evi inşa etdirmək məqsədi ilə, 2020-ci ilin iyun ayında Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,07 hektar torpaq sahəsi almışdır. Bir müddət sonra, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək məqsədi ilə, internet şəbəkəsində müvafiq inşaat şirkəti axtarmağa başlamışdır. 2020-ci ilin iyul ayında “İnstagram” sosial şəbəkəsində Bakı şəhərində fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan “AZ VİP İnşaat Tikinti” şirkəti barədə məlumatlara rast gəlmişdir. Bununla əlaqədar həmin şirkətin mobil telefon nömrəsinə zəng vurmuşdur. Telefon zənginə cavab verən şəxs özünü həmin şirkətin sahibi kimi təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Anası Təqsirləndirilən şəxs şəxsi mülkiyyətində olan Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,07 hektar torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi inşa etdirmək, habelə həyətyanı sahənin ətrafına mişar daşından hasar çəkdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs konkret olaraq hansı ölçülərdə fərdi yaşayış evi inşa etdirmək istədiyini anasından soruşduqda, anası bir müddət əvvəl internet şəbəkəsindən bəyənib seçdiyi iki mərtəbəli fərdi yaşayış evinin layihələrini Kamala göndərmişdir. Bir neçə dəqiqə sonra, Təqsirləndirilən şəxs anasına zəng vuraraq, göndərdiyi layihələrə baxdığını və onlara uyğun evin inşası və təmiri, habelə həyətyanı sahənin ətrafına mişar daşından hasarın çəkilməsi üçün ümumilikdə 67000 manat pul lazım olduğunu demişdir. Anası həmin məbləği dərhal verə bilməyəcəyini dedikdə, Təqsirləndirilən şəxs narahatçılığa əsas olmadığını söyləyib, evin inşası və təmiri, habelə həyətyanı sahənin ətrafına mişar daşından hasarın çəkilməsi ilə əlaqədar tələb olunan 67000 manat məbləğində pulun ilkin olaraq 30 faizini, yəni 20100 manatını verməli olduğunu bildirmişdir. Anası bir qədər düşünüb razılığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin, rəhbərlik etdiyi tikinti şirkətinin “AP Plaza”-da fəaliyyət göstərdiyini söyləyib, bu məsələni ətraflı müzakirə etmək və müqavilə bağlamaq üçün orada görüşməyi təklif etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini anasına söyləyib, həmin nömrənin öz şəxsi nömrəsi olduğunu və müntəzəm olaraq aktiv vəziyyətdə olduğunu bildirib əlaqə saxlamaq üçün həmin nömrəyə zəng vurmağı tövsiyə etmişdir. 17 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs anasına zəng vuraraq, inşaat işləri ilə əlaqədar torpaq sahəsinə baxmaq istədiyini demişdir. Anası etiraz etməmiş və həmin gün bu məqsədlə Təqsirləndirilən şəxsla Nərimanov rayonu “Koroğlu” metrostansiyasının yaxınlığında görüşüb Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən anasına məxsus torpaq sahəsinə getmişlər. Təqsirləndirilən şəxs torpaq sahəsinə baxış keçirdikdən sonra təmir-tikinti müqaviləsi bağlamaq və ilkin ödəniş etmək üçün bir neçə gün sonra Kamala məxsus ofisdə görüşməyi təklif etmişdir. Kamal da razılaşmışdır. Anası 19 avqust 2020-ci il tarixdə "xxxx" ASC-də olan bank hesabından 20100 manat pul çıxarıb həmin gün günorta saatlarında qabaqcadan Təqsirləndirilən şəxs zəng vurub məlumat verməklə, Kamalla görüşmək üçün “AP Plaza”-ya getmişdir. Təqsirləndirilən şəxs anasını “AP Plaza”nın qarşısında qarşılayıb, həmin binanın birinci mərtəbəsində yerləşən otağa aparmışdır. Orada Təqsirləndirilən şəxsla inşa etdirmək istədiyi ev barədə ətraflı danışıb müzakirə aparmışlar. Təqsirləndirilən şəxs uzun müddətdən bəri peşəkar səviyyədə Bakı şəhərində sifariş əsasında fərdi yaşayış evlərinin inşası ilə məşğul olduğunu və bu sahədə böyük təcrübəyə malik olduğunu bildirib, anasının təqdim etdiyi layihələrə uyğun formada tələb olunan müddət ərzində yüksək səviyyədə ev inşa edib təhvil verəcəyini demişdir. Anası sevinib razılaşmış və özü ilə götürdüyü 20100 manat məbləğində pul vəsaitini Kamala təqdim etmişdir. Kamal da pulu qəbul edib anasına bu barədə mədaxil qəbzi vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təmir-tikinti müqaviləsi təqdim etmiş və anası müqavilə ilə tanış olub imzalamışdır. Müqaviləyə əsasən 7 ay müddətində Təqsirləndirilən şəxs öz təmir-tikinti briqadası ilə anasına məxsus sözügedən torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi tikib təmir etməli, həmçinin həyətyanı sahənin ətrafına mişar daşından hasar çəkməklə inşaat işlərini yekunlaşdırmalı olmuşdur. Anası müqaviləni diqqətlə oxuduqda, Kamalın rəhbərlik etdiyi şirkətin “AZ VİP İnşaat Tikinti” şirkəti deyil, "xxxx" şirkəti olduğunu görmüş, lakin bu barədə Kamaldan heç bir söz soruşmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs təmir-tikinti briqadasının dizayneri kimi təqdim etdiyi soyadını və atasının adını bilmədiyi Məmməd adlı şəxs də onların yanında olmuşdur. 22 avqust 2020-ci ildə səhər saatlarında Təqsirləndirilən şəxs anasına zəng vuraraq, fəhlələrin artıq torpaq sahəsində olan köhnə tikilini sökməyə başladıqlarını bildirmişdir. 25 avqust 2020-ci il tarixdə həmin torpaq sahəsini aldığı soyadını və atasının adını bilmədiyi Mahir adlı şəxs anasına zəng vuraraq, bir qrup fəhlənin əmək haqlarını almadıqları üçün narazılıq edərək anasına məxsus torpaq sahəsinin köhnə hasarını söküb-dağıtmaq istədiklərini demişdir. Anası bununla əlaqədar narahat olaraq, Kamala zəng vurub fəhlələrin narazılıq etdiklərini bildirirək, nəyə görə fəhlələrin zəhməthaqlarını vermədiyini soruşmuşdur. Kamal narahatçılığa əsas olmadığını bildirib dərhal anasına məxsus torpaq sahəsinə gedərək, fəhlələrin zəhməthaqlarını verəcəyini vəd etmişdir. Anası narahat olduğu üçün idarə etdiyi avtomobillə öz torpaq sahəsinə getmişdir. Kamalın həqiqətən də, ora gəlmiş və fəhlələrə anasının yanında 1270 manat pul vermişdir. Kamalın bu hərəkətlərini görüb sonuncunun işgüzar və səmimi bir insan olduğuna inanmışdır. Həmin vaxtdan etibarən müntəzəm olaraq, Kamala zəng vurub inşaat işlərinin gedişatı ilə maraqlanmağa başlamışdır. Kamal hər dəfə anasını inandırmışdır ki, guya, onun rəhbərliyi ilə usta və fəhlələr mütəmadi olaraq işləyirlər və müqavilədə qeyd olunan müddət ərzində inşaat işləri yekunlaşacaqdır. 14 sentyabr 2020-ci il tarixdə Rövşən Gəncəliyev adlı şəxs mobil telefon nömrəsindən zəng vuraraq, anasına məxsus torpaq sahəsində fəhlə işlədiyini, lakin Kamalın onun 500 manat məbləğində əmək haqqını vərmədiyini demişdir. Anası narahat olub bir neçə dəfə Kamala zəng vurmuş, lakin Kamalın hər iki mobil telefon nömrəsi deaktiv olduğundan anası Kamalla əlaqə saxlaya bilməmişdir. 21 sentyabr 2020ci il tarixədək anası Kamalla heç cür əlaqə saxlaya bilməmişdir. Həmin vaxt Kamalın onun anasını aldatdığını, iş görmək niyyətində olmadığını, pulunu qaytarmamaq üçün, habelə barəsində hüquq-mühafizə orqanlarına şikayət etməkdən yayındırmaq məqsədi ilə bu cür yollara əl atdığını başa düşmüşdür. Həmin ərəfələrdə torpaq sahəsinə baxış keçirdikdə isə, Kamalın rəhbərlik etdiyi usta və fəhlələrin yalnız anasına məxsus torpaq sahəsinin ətrafına mişar daşından səliqəsiz və keyfiyyətsiz hasar çəkdiklərini görmüşdür. Həmin ərəfələrdə bir neçə dəfə Kamaldan telefon vasitəsilə vəd etdiyi kimi inşaat işlərini yekunlaşdırmasını, yaxud pulunu qaytarmasını tələb etsə də, Kamal müxtəlif bəhanələrlə bundan yayınmışdır. Sonradan isə Kamalla heç cür əlaqə saxlaya bilməmişdir. Ona görə də, Kamalın barəsində 05 oktyabr 2020-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinə şikayət etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid8 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. 2015-ci ilin oktyabr ayında qızı Şəbnəm fərdi yaşayış evi tikmək üçün onun vasitəsi ilə 22000 manat müqabilində Sabunçu rayonu, X3 qəsəbəsində yerləşən 0,03 hektar torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi faktiki olaraq qızı Şəbnəmə məxsusdur. Lakin, qızının xahişi ilə sənədləşdirmə işləri üçün Zabrat Bələdiyyəsinə o, gedərək müvafiq sənədləşdirmə işlərinin aparılmasında iştirak etmiş və torpaq sahəsi Zabrat Bələdiyyəsi tərəfindən onun adına rəsmiləşdirilmişdir. Həmin vaxtdan etibarən sözügedən torpaq sahəsində qızı bir mərtəbəli, 140 kvadratmetr sahəyə malik fərdi yaşayaş evi inşa etdirmək istəmişdir. 2020-ci ilin avqust ayının sonlarında internet şəbəkəsində qızı müvafiq inşaat şirkəti axtararkən, “İnstagram” sosial şəbəkəsində Bakı şəhərində fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan “AZ VİP İnşaat Tikinti” şirkəti barədə məlumatlara rast gəlmişdir. Bununla əlaqədar qızı şəxsi istifadəsində olan mobil telefon nömrəsindən həmin şirkətin mobil telefon nömrəsinə zəng vurmuşdur. Telefon zənginə cavab verən Təqsirləndirilən şəxs onun qızına özünü həmin şirkətin sahibi kimi təqdim etmişdir. Söhbət əsnasında qızı Təqsirləndirilən şəxs Zabrat qəsəbəsində yerləşən 0,03 hektar torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsində 140 kvadratmetr sahəyə malik, 4 otaqlı fərdi yaşayaş evi inşa etdirmək istədiyini bildirib, bununla əlaqədar bir müddət əvvəl internet şəbəkəsindən bəyənib seçdiyi fərdi yaşayış evinin layihəsini “İnstagram” sosial şəbəkəsi vasitəsilə göndərmişdir. Həmin layihələrin üzərində qızının qeyd etdiyi parametrlərə uyğun fərdi yaşayış evinin inşası və tam təmiri üçün 56060 manat pul tələb olunduğu göstərilmişdir. Növbəti gün Təqsirləndirilən şəxs qızına zəng vuraraq, göndərdiyi layihələrə baxdığını və həmin layihələrə uyğun evin inşası və təmiri üçün həqiqətən də ümumilikdə 56060 manat pul lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs həmçinin, evin inşası və təmiri üçün tələb olunan 56060 manat məbləğində pulun ilkin olaraq 30 faizini, yəni 16818 manatını verməli olduğunu bildirmişdir. Qızı Təqsirləndirilən şəxs həmin pulu hissə-hissə verəcəyini dedikdə, Kamal narahatçılığa heç bir əsas olmadığını söyləyib razılaşmışdır. Qızı razılaşmış və Təqsirləndirilən şəxs rəhbərlik etdiyi tikinti şirkətinin ünvan 6 ünvanında yerləşən “AP Plaza”-da fəaliyyət göstərdiyini söyləyib, inşaat məsələni ətraflı müzakirə etmək və müqavilə bağlamaq üçün orada görüşməyi təklif etmişdir. Qızı da Kamalın təklifi ilə də razılaşmışdır. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs qızına bir neçə hazır fərdi yaşayış evlərinin fotoşəkillərini göndərərək, nəinki Bakı şəhərində, hətta Gəncə şəhərində də sifariş əsasında fərdi yaşayış evlərinin tikintisi və təmiri ilə məşğul olduğunu və hazıradək artıq 30-a yaxın şəxsin sifarişi əsasında ev inşa edib təhvil verdiyini bildirmişdir. 07 sentyabr 2020-ci il tarixdə qızı evdə olan zaman 12600 manat məbləğində pulu götürüb onunla birlikdə qabaqcadan Təqsirləndirilən şəxs zəng vurub məlumat verməklə, Kamal ilə görüşmək üçün “AP Plaza”-ya getmişlər. Təqsirləndirilən şəxs onları “AP Plaza”-nın yaxınlığında qarşılayıb, həmin binanın birinci mərtəbəsində yerləşən iş otağına aparmışdır. Orada Təqsirləndirilən şəxsla inşa etdirmək istədikləri ev barədə ətraflı danışıb müzakirə aparmışlar. Təqsirləndirilən şəxs bir daha uzun müddətdən bəri peşəkar səviyyədə Bakı və Gəncə şəhərlərində sifariş əsasında fərdi yaşayış evlərinin inşası ilə məşğul olduğunu və bu sahədə böyük təcrübəsinin olduğunu bildirib, qızının təqdim etdiyi layihələrə uyğun formada tələb olunan müddət ərzində yüksək keyfiyyətli ev inşa edib təhvil verəcəyini demişdir. Qızı razılığını bildirmiş və bundan sonra Təqsirləndirilən şəxs qızına təmir-tikinti müqaviləsi təqdim etmiş və qızı müqavilə ilə tanış olub imzalamışdır. Müqaviləyə əsasən 5 ay müddətində Təqsirləndirilən şəxs öz təmir-tikinti briqadası ilə qızına məxsus sözügedən torpaq sahəsində bir mərtəbəli, talvarlı, 140 kvadrat metr sahəyə malik fərdi yaşayaş evi inşa edib tam təmirli vəziyyətdə təhvil verməli olmuşdur. Həmin vaxt qızı müqaviləni diqqətlə oxuduqda, Kamalın rəhbərlik etdiyi şirkətin “AZ VİP İnşaat Tikinti” şirkəti deyil, "xxxx" şirkəti olduğunu görmüş, lakin bu barədə Kamaldan heç bir söz soruşmamışdır. Müqavilə bağlandıqdan sonra qızı onun 12600 manat məbləğində pulu Kamala təqdim etmişdir. Kamal pulu qəbul edib, qızına bu barədə mədaxil qəbzi vermişdir. Bundan sonra Kamal torpaq sahəsinə baxmaq istədiyini bildirmiş və qızı onunla birlikdə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən qızına məxsus torpaq sahəsinə getmişlər. Orada Kamal torpaq sahəsinə baxıb yaxın günlərdə inşaat işlərinə başlayacağını vəd etmişdir. Bir neçə gün sonra həqiqətən də, Kamalın rəhbərlik etdiyi tanımadığı 3-4 nəfər fəhlə və ustadan ibarət tikinti briqadası inşaat işlərinə başlayıb evin bünövrəsini qazaraq, beton tökməyə başlamışlar. Həmin ərəfələrdə, yəni 2020-ci ilin sentyabr ayının ortalarında Kamal ilkin ödənişi tam həcmdə ödəməyi tələb etdiyi üçün, qızı Nərimanov rayonu, M.Araz küçəsi 20 ünvanında yerləşən “AP Plaza”-ya gedib, həmin binanın birinci mərtəbəsində yerləşən iş otağında Kamala 1000 manat pul verib, yerdə qalan 2000 manatı isə bir müddət sonra verəcəyini bildirmişdir. 2020-ci ilin sentyabr ayının sonlarında Kamal bir neçə dəfə zəng edərək, inşaat işlərinin intensiv aparılması üçün yerdə qalan 2000 manatı da, tələb etdiyi üçün həmin ərəfələrdə yenidən qızı Nərimanov rayonu, M.Araz küçəsi 20 ünvanında yerləşən “AP Plaza”-ya getmiş və Kamalın həmin binanın qarşısında onu gözlədiyini görüb yaxınlaşaraq, qızı özü ilə götürdüyü 2000 manat pulu da Kamala vermişdir. Bir neçə gün sonra tanımadığı şəxs mobil telefon nömrəsindən qızına zəng vuraraq, Kamalın rəhbərliyi altında qızına məxsus torpaq sahəsində aparılan inşaat işlərində fəhlə kimi işlədiyini, lakin ona və digər usta və fəhlələrə heç bir pul ödənilmədiyini bildirmişdir. Qızı nə deyəcəyini bilməyib həmin şəxsə Kamalla əlaqə saxlamasını məsləhət görmüşdür. Narahat olduğu üçün qızı bir neçə gün sonra, Zabrat qəsəbəsindəki sözügedən torpaq sahəsinə gedib baxdıqda, yalnız evin bünövrəsinin qazılaraq yarımçıq beton töküldüyünü və digər heç bir iş aparılmadığını görmüşdür. Bununla əlaqədar, qızı Kamala zəng vurub pulunu geri tələb etmiş, lakin Kamal and-aman edərək narahatçılığa əsas olmadığını, inşaat işlərinin vaxtında yekunlaşdırılacığını bildirmişdir. Qızı da Kamala inanıb, bir neçə gün gözləməyi qərara almışdır. Lakin, sonradan qızına məxsus torpaq sahəsində heç bir inşaat işi aparılmamış və Kamal onun telefon zənglərinə cavab verməmişdir. Qızı başa düşmüşdür ki, Kamal qızını aldadaraq, ev inşası üçün Kamala verdiyi ümumilikdə 15600 manat məbləğində pulunu ələ keçirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan kassa mədaxil qəbzlərinin surətindən görünür ki, təmir-tikinti işlərinin aparılması üçün hazırki iş üzrə zərərçəkmiş şəxslər tərəfindən Təqsirləndirilən şəxs rəhbəri olduğu "xxxx" MMC-nin hesabına müxtəlif məbləğlərdə vəsaitlər ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2021-ci il tarixli, 10/5982 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilmiş “Yeni Bakı” yaşayış kompleksində yerləşən 1H saylı evin 113 saylı mənzili üzrə aparılmış təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4558 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs8 məxsus ünvan 7 ünvanında yerləşən 17 (on yeddi) mərtəbəli yaşayış binasının mansard mərtəbəsi üzrə aparılmış təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 843 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldığı pulları təsdiq edən 530574 və 530580 saylı qəbzlər, Zərərçəkmiş şəxs10 aldığı pulları təsdiq edən 530577 və 530578 saylı qəbzlər, Zərərçəkmiş şəxs4 aldığı pulları təsdiq edən 530581 saylı qəbz, Zərərçəkmiş şəxs5 aldığı pulları təsdiq edən 530579 və 530582 saylı qəbzlər, Zərərçəkmiş şəxs1 aldığı pulları təsdiq edən 530584 saylı qəbz, Zərərçəkmiş şəxs8 aldığı pulları təsdiq edən 530576 və 530578 saylı qəbzlər, Zərərçəkmiş şəxs6 aldığı pulları təsdiq edən 530571 saylı qəbz, Zərərçəkmiş şəxs8 aldığı pulları təsdiq edən 530522, 530523, 530526, 530521 və 530529 saylı qəbzlər və Zərərçəkmiş şəxs9 aldığı pulları təsdiq edən 530546 saylı qəbzlər iş üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, "xxxx" MMC-dən götürülmüş bir ədəd disk və "xxxx" MMC-dən götürülmüş bir ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, istintaqdan gizləndiyindən, 07 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 11 mart 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 mart 2021ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməyərək, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. İş materiallarından görünür ki, 13 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq, istintaqdan gizləndiyindən, 05 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2010 və 2014-cü il təvəllüdlü uşaqları vardır. İş materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs5 mülki iddia ilə məhkəməyə müraciət edərək, cinayət işi üzrə onun mülki iddiaçı qismində tanınmasını və dəymiş maddi ziyana görə 7100 (yeddi min bir yüz) manat məbləğində pulun Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını xahiş etmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, ibtidai istintaq dövründə iş üzrə Zərərçəkmiş şəxs4 mülki iddia ilə müraciət edərək, cinayət işi üzrə onun mülki iddiaçı qismində tanınmasını və dəymiş maddi ziyana görə 20100 (iyirmi min bir yüz) manat və mənəvi ziyana görə 5000 (beş min) manat olmaqla, ümumilikdə 25100 (iyirmi beş min bir yüz) manat məbləğində pulun Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını xahiş etmişdir. Həmçinin, iş materiallarından görünür ki, ibtidai istintaq dövründə iş üzrə Zərərçəkmiş şəxs6 mülki iddia ilə müraciət edərək, cinayət işi üzrə onun mülki iddiaçı qismində tanınmasını və dəymiş maddi ziyana görə 45000 (qırx beş min) manat məbləğində pulun Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsnın hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxsnın barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxsnın təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, ona əlavə cəza kimi təmir-tikinti sahəsində fəaliyyət ilə məşğul olma hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun 11 mart 2021-ci il tarixdən 13 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 17 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, iş üzrə Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə iş üzrə mövcud sübutlara cinayət-prosessual, mülki və mülki-prosessual qanunvericiliyin müvafiq normaları əsasında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs5 maddi ziyan vurulduğu sübut olunduğundan və hazırda Zərərçəkmiş şəxs5 iş üzrə Təqsirləndirilən şəxs 7100 (yeddi min bir yüz) manat maddi ziyanın əvəzini tələb etdiyindən, mülki iddia təmin olunmalı, həmin məbləğdə pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs5 xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Həmin Məcəllənin 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda, məhkəmə iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 təqdim etdiyi mülki iddialarına aşağıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, həmin ərizələrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından, həmin mülki iddialar baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericilyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülkiprosessual qanunvericiliyn normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hisssində mülki iddianın həlli göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 mülki iddiaları baxılmamış saxlanmalı, onlara cinayət əməli nəticəsində vurulmuş zərərin tələb edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldığı pulları təsdiq edən 530574 və 530580 saylı qəbzlər, Zərərçəkmiş şəxs10 aldığı pulları təsdiq edən 530577 və 530578 saylı qəbzlər, Zərərçəkmiş şəxs4 aldığı pulları təsdiq edən 530581 saylı qəbz, Zərərçəkmiş şəxs5 aldığı pulları təsdiq edən 530579 və 530582 saylı qəbzlər, Zərərçəkmiş şəxs1 aldığı pulları təsdiq edən 530584 saylı qəbz, Zərərçəkmiş şəxs8 aldığı pulları təsdiq edən 530576 və 530578 saylı qəbzlər, Zərərçəkmiş şəxs6 aldığı pulları təsdiq edən 530571 saylı qəbz, Zərərçəkmiş şəxs8 aldığı pulları təsdiq edən 530522, 530523, 530526, 530521 və 530529 saylı qəbzlər və Zərərçəkmiş şəxs9 aldığı pulları təsdiq edən 530546 saylı qəbzlər, həmçinin, "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, 2 (iki) il müddətinə təmir-tikinti sahəsində fəaliyyət ilə məşğul olma hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 17 avqust 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs5 mülki iddiası təmin edilsin. Dəymiş maddi ziyana görə Təqsirləndirilən şəxs 7100 (yeddi min bir yüz) manat məbləğində pul Zərərçəkmiş şəxs5 xeyrinə tutulsun. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 mülki iddiaları baxılmamış saxlansın; Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 cinayət əməli nəticəsində onlara vurulmuş zərərin tələb edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldığı pulları təsdiq edən 530574 və 530580 saylı qəbzlər, Zərərçəkmiş şəxs10 aldığı pulları təsdiq edən 530577 və 530578 saylı qəbzlər, Zərərçəkmiş şəxs4 aldığı pulları təsdiq edən 530581 saylı qəbz, Zərərçəkmiş şəxs5 aldığı pulları təsdiq edən 530579 və 530582 saylı qəbzlər, Zərərçəkmiş şəxs1 aldığı pulları təsdiq edən 530584 saylı qəbz, Zərərçəkmiş şəxs8 aldığı pulları təsdiq edən 530576 və 530578 saylı qəbzlər, Zərərçəkmiş şəxs6 aldığı pulları təsdiq edən 530571 saylı qəbz, Zərərçəkmiş şəxs8 aldığı pulları təsdiq edən 530522, 530523, 530526, 530521 və 530529 saylı qəbzlər və Zərərçəkmiş şəxs9 aldığı pulları təsdiq edən 530546 saylı qəbzlər, həmçinin, "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-45/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-45/2022
02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver