Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-45/2023 10.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi ev 52-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yerləşən 288 saylı baxçada məskunlaşmış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1,202 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən binanın yaxınlığında həmin narkotik vasitə olan heroindən 01 ədəd bükümdə 0,327 qram çəkidə olan hissəsini Şahid1 10 manat müqabilində satmış, həmin tarixdə Şahid1 Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 21:20-də Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanın qarşısında saxlanılıb, ünvan 3şən Xətai RPİ-nin 34cü PŞ-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan göy rəngli şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 0,875 qram olan açıq qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, təxminən 5 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri əsasən Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində yaşayan “İsi” adlı şəxsdən əldə edirmiş. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə “İsi” ilə Kənd Əhmədli qəsəbəsində görüşdükdən sonra ona 35 manat pul vermiş və ondan şəxsi istifadəsi üçün narkotik vasitə istəmişdir. “İsi” də öz növbəsində narkotik vasitəni Kənd Əhmədli qəsəbəsində hamamın yaxınlığında zibil qabları olan bir yerə atdığını bildirmişdir. Həmin yerə gedib çatdıqdan sonra şəffaf sellofana bükülmüş 02 ədəd bükümdə “kakos” yəni, heroinin olmasını görmüş, onu götürərək əynində olan göy rəngli şalvarın sol yan cibinə qoymuş və oradan uzaqlaşaraq yaşadığı ünvana getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 288 saylı baxçada olan zaman Şahid1 istifadəsində olan mobil nömrəyə zəng vurmuş və ondan “kakos”, yəni heroin istəmişdir. O, Şahid1 heç bir bir problemin olmadığını, ona heroin təşkil edə biləcəyini söyləmiş və onu bir saata yaxın müddətdə yaşadığı məhəlləyə dəvət etmişdir. Təxminən bir saat sonra onunla Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanın qarşısında görüşmüş və üzərində olan bükümlərdən 01 ədədini 10 manata Rəşada satmış, qalan 01 ədəd bükümü isə özü üçün saxlamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 21:20 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 88 ünvanının yaxınlığında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmiş, onu Xətai RPİ-nin 34-cü Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunaraq şöbəyə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, bu təklifdən sonra o, əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan heroini çıxarıb təqdim etmişdir. Həmin narkotiki təqdim edən zaman onu şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin Rəşada 10 manat müqabilində “kakos”, yəni heroin satdığını bildirmişdir. Daha sonra əməlindən peşman olduğunu qeyd edərək bir azyaşlı uşağına görə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, bir müddətdir narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. Narkotik vasitələri adətən tanımadığı şəxslərdən əldə etmişdir. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində Təqsirləndirilən şəxs adlı şəxsin olmasını və onun da narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmişdir. Onun mobil nömrəsini öyrənib ondan bir dəfə 10 manat pul müqabilində özü üçün 01 büküm narkotik vasitə olan “kakos”, yəni heroin almışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış və ondan özü üçün “kakos”, yəni heroin istəmişdir. Nurlan bir saatdan sonra təşkil edəcəyini ona bildirmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 18:40 dəqiqədə Təqsirləndirilən şəxs narkotik vasitəni almaq məqsədi ilə onun yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanın yaxınlığına getmiş, Nurlanla görüşdükdən sonra ondan 10 manat qarşılığında 01 ədəd şəffaf rəngli bükümdə olan heroini alıb oradan uzaqlaşmışdır. 07 sentyabr 2022-ci il tarixdə saat 18:50 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmişdirlər. Bundan sonra o Xətai RPİ-nin 34-cü Polis şöbəsinə dəvət edilmiş, polis şöbəsində ona hüquq və vəzifələri izah olunaraq şöbəyə müdafiəçi dəvət olunmuşdur. Sonra üzərində videoçəkilişlə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, bu təklifdən sonra o əynində olan tünd qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofanda olan “kakos”, yəni heroini çıxarıb könüllü şəkildə təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərində imzalar çəkilmişdir. Həmin vaxt narkotik vasitənin orada təqsirləndirilən şəxs kimi əyləşən bu Nurlandan 10 manat müqabilində aldığını polislərə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru rütbəsini daşıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün şöbə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, digər üzvü isə Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə sahə inspektoru, polis leytenantı Şahid3 olmuşdur. 07 sentyabr 2022-ci il tarixdə saat 21:20 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlamışlar. Özlərini ona təqdim edib 34-cü polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, şöbəyə Bakı şəhəri 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru Şahid3 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan etmişdir. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş heroinə bənzər kütlə olan bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçı narkotik vasitəyə bənzər maddələri haradan və hansı məqsədlə əldə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə heroin olduğunu həmin narkotik vasitəni anket məlumatlarını bilmədiyi şəxsdən 35 manata şəxsi istifadəsi və satışı üçün əldə etdiyini söyləmişdir. Təhqiqatçının verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin gün bir büküm heroini tanıdığı Rəşad adlı şəxsə 10 manata satdığını söyləmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş, sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim olunan narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş və protokollaşdırılmışdır. Daha sonra protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında dindirilən Şahid3 ondan öncə dindirilmiş Şahid2 ifadəsinə oxşar ifadə verərərək işin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 07 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 34-cü PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 ədəd bükümdə olan maddəni təqdim edir və həmin maddənin heroin olduğunu kənd Əhmədli qəsəbəsindən üzdən tanıdığı şəxsdən 35 manata aldığını və bir qismini 10 manat müqabilində Rəşad adlı şəxsə satdığını bildirir. Keçirilmiş istintaq hərəkətinin görüntüsü elektron daşıyıcıya köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan (iş vərəqi 36) xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan məlum olur ki, 07 sentyabr 2022-ci il tarixdə Şahid1 üzərinə Xətai RPİ-nin 34-cü PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümdə olan qəhvəyi rəngli tozşəkilli naskotik vasitə hesab olunan heroini təqdim edir. Həmin maddəni xx.xx.2022-ci il tarixdə tanıdığı Nurlan adlı şəxdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını etiraf edir. Aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan (iş vərəqi 135) diskə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,875 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2022-ci il tarixli 6/4887 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №-152” dairəvi möhür əksi olan, Mehdiyev.N ..” sözləri soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,875 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq 0.825 qram. Bundan başqa iş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2022-ci il tarixli 6/4886 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №-152” dairəvi möhür əksi olan, Şahid1-imza .. tərtib etdi A.Abdullayev-imza” sözləri soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,327 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq 0.277 qram. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5214 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitə heroin ilə, Şahid1 aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında eynilik təşkil edirlər (Tədqiqatdan sonra Mehdiyevdən aşkar edilmiş narkotik vasitə heroindən qalıq - 0.775 qram heroin, Şahid1 aşkar edilmiş narkotik vasitə heroindən qalıq - 0.227 qram heroin). İş materiallarında olan “Bakcell MMC”-dən daxil olmuş 18 oktyabr 2022-ci il tarixli 12694 nömrəli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrə kartına müxtəlif telefon nömrələrindən SMS-lər yazılaraq ondan müxtəlif növ narkotik maddələr istənilir. SMS yazışmalara baxış keçirilən zaman narkotik vasitələrin satışı ilə bağlı mətnlərin olması müəyyən edilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 5393 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 239-240). 26 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,875 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, qalıq qalmış 0,775 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Axtarış və götürməni əks etdirən və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (iş vərəqi 280). 07 sentyabr 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 60). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 07 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 168-171). Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tələbnamədən və Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. AZ-İV 399197 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2020-ci il təvəllüdlü azyaşlı uşağı var (iş vərəqi 252). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin verdikləri ifadələri ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşıması və qanunsuz olaraq narkotik vasitə heroin satması cinayətlərini törətmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli isə ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun səmimi etirafını, himayəsində azyaşlı uşağının olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət üzrə cəza çəkib azadlığa çıxdığı gündən yeni cinayət törətdiyi günə qədər 02 il müddət keçməmiş və məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin resedivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzaları təyin olunmalıdır. Ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 07 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsininnin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını və ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Maddi sübut kimi tanınaraq Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalmış 0,775 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış axtarış və götürməni əks etdirən və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış 08 sentyabr 2022-ci il tarixli 6/4887 saylı və xx.xx.2022-ci il tarixli 6/5214 saylı məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalmış 0,775 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış 2 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-45/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-45/2023
10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver