Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-45/2024 19.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1987-ci ildə Qazax rayonu, Marksovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə, xx.xx.1990-cı ildə Bərdə rayonu, Yeni Əyricə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki o, kirayə yaşadığı evin kirayə haqqını gecikdirdiyinə görə ev sahibi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış narazılığa aydınlıq gətirilməsi üçün tanışı Təqsirləndirilən şəxs2 ilə 25 fevral 2023-cü il tarixdə saat 16:55-də ünvan 4 ünvanda yerləşən “Afrodita” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxsla görüşərkən yuxarıda qeyd olunan cuzi səbəbdən yaranmış mübahisə zamanı bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunan qərəzli hərəkətlərlə Təqsirləndirilən şəxs2 əlindəki əsa ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə iki dəfə vuraraq ona başın sağ təpə nahiyəsinin əzilmiş yarası, hər iki gözaltı nahiyənin dərialtı hematomaları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər, o isə sonuncunun sifət nahiyəsinə yumruq, təpiklə də ayaq nahiyəsinə vuraraq zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin Zərərçəkmiş şəxs burun sümüyünün qapalı qəlpəli sınığı, hər iki burun dəliyi vasitəsilə tənəffüs pozulması kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən az ağır zərər, sol budun və sağ əlin qançırları kimi sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki o, tanışı Təqsirləndirilən şəxs1 yaşadığı evin kirayə haqqını gecikdirdiyinə görə ev sahibi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış narazılığa aydınlıq gətirilməsi üçün Təqsirləndirilən şəxs1 ilə 25 fevral 2023-cü il tarixdə saat 16:55-də ünvan 4 ünvanda yerləşən “Afrodita” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxsla görüşərkən yuxarıda qeyd olunan cuzi səbəbdən yaranmış mübahisə zamanı bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunan qərəzli hərəkətlərlə silah qismində istifadə etdiyi aluminium əsa ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə iki dəfə vuraraq ona başın sağ təpə nahiyəsinin əzilmiş yarası, hər iki gözaltı nahiyənin dərialtı hematomaları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruq, təpiklə də ayaq nahiyəsinə vuraraq zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmaya, lakin Zərərçəkmiş şəxs burun sümüyünün qapalı qəlpəli sınığı, hər iki burun dəliyi vasitəsilə tənəffüs pozulması kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən az ağır zərər, sol budun və sağ əlin qançırları kimi sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Turalın Qaraçuxur qəsəbəsində yerləşən evində ailəsi ilə birlikdə kirayə yaşayır. Vətən müharibəsində iştirak etiyinə görə dövlət tərəfindən ona evin kirayə pulunun ödənməsi üçün təqaüd köçürülür. Hər ay Turalın kirayə pulunu ödəyir. 2023-cü ilin fevral ayında təqaüd pulu gec köçdüyü üçün o, Turalla danışıb pulun bir az gecikəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Tural ona zəng edib kirayə pulunu istəmişdir. Daha sonra onun yaşadığı evə gedib ailəsindən onun harada olmağını soruşmuşdur. Bununla bağlı ailəsi ona məlumat verdikdə o, Turalın bu hərəkətinə əsəbləşmişdir. Tural ona zəng etdikdə harada olmasını soruşmuş və onun yanına gələcəyini gözləməsini demişdir. Yolda olan zaman onunla birlikdə müharibədə iştirak etmiş Təqsirləndirilən şəxs2 zəng edib Turalla görüşməyə getdiyini, onunla gəlməsini demişdir. O, İsmayılla 16:50 radələrində Turalın yaşadığı G.Şıxlinski küçəsinə getmişdir. Orada Turala yaxınlaşıb əl verib salamlaşmış və demişdir ki, “Tural mən sənin pulunu gecikdirməmişəm ayıb deyilmi sən pula görə mənim evimə gedib ailəmi narahat etmisən”. Bu zaman Tural ona demişdir, ki, evinə pul götürmək üçün getmişdir. Bu zaman onunla birlikdə gələn İsmayıl adlı tanışı Turala demişdir ki “bu nə danışıqdır”. Həmin vaxt Tural İsmayılın yaxasında tutub onu itələyib ona bu işə qarışmamasını demişdir. O əsəbləşib Turalın üzünə kəllə ilə bir dəfə, təpiklə isə ayaq nahiyəsinə zərbə endirmişdir. Ondan sonra İsmayıl da əlindəki əsa ilə Turalın baş nahiyəsinə vurmuşdur. Bu zaman Turalın atası Fəxrəddin onların yanına gəlmiş və onlar aralaşmışlar. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə evdə olduğu zaman Sənan ona zəng edib bildirmişdir ki, Turalla görüşməyə gedir, onunla bir yerdə getsin. xx.xx.2023-cü il tarixdə saat 16:50 radələrində Turalın yaşadığı G.Şıxlinski küçəsinə getmişlər. Tural yolun kənarında dayanmış və onları gördükdə yanlarına gəlmişdir. Sənan Turala əl verib salamlaşmış və demişdir ki, “Tural mən sənin pulunu gecikdirməmişəm ayıb deyilmi sən pula görə mənim evimə gedib ailəmi narahat etmisəm”. Bu zaman Tural Sənana demişdir ki, “düz edirəm”. O, Turalın bu sözündən sonra əsəbləşib demişdir ki, “bu nə danışıqdır”. Həmin vaxt Tural onu itələmiş və bu işə qarışmamağını demişdir. Həmin vaxt Sənan əsəbləşib Turalın üzünə kəllə ilə zərbə endirmişdir. O da əlindəki əsa ilə Turalın baş nahiyəsinə vurmuşdur. Bu zaman Turalın atası Fəxrəddin gəlmiş və onları aralamışdır. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təxminən iki ildir ki, tanıyır. Atası Fəxrəddinin ünvan 5 ünvanında yerləşən evi vardır. Həmin evin kirayə verilməsi məsələsi ilə atası yaşlı olduğundan özü məşğul olmuşdur. Sənan və İsmayıl da evi kirayə olaraq tutmaq istəyən zaman onlarla görüşüb rəsmi olaraq müqavilə bağlayıb evi ilk öncə onlara kirayə olaraq vermişdir. İlk başlarda Sənan və İsmayıl evdə birlikdə otaqları bölüşərək ailələri ilə birlikdə qalsalar da sonradan onun bildiyinə görə aralarında olan mübahisə nəticəsində İsmayıl evdən çıxmışdır. Sonradan isə Təqsirləndirilən şəxs1 evdə kirayə yaşamağa davam etmişdir. Sənan vətən müharibəsi iştirakçısı olduğu üçün dövlət tərəfindən ona müvafiq təqaüd verilir ki, kirayə yaşadığı evin pulunu ödəsin. Həmin təqaüd hər ayın 23-də köçürüldüyündən o, müqavilə üzrə ayın 14-də evin kirayə pulunu almalı olsa da Sənana hörmətlə yanaşıb onun təqaüdü köçdüyü günə qədər yəni ayın 23nə kimi gözləmişdir. xx.xx.2023-cü il tarixdə o, evin kirayə pulunun köçürüldüyünü bildiyindən Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamağa çalışsa da Sənan gün boyunca mobil telefonuna cavab verməmişdir. Daha sonra o, “Whatsapp” sosial şəbəkəsində də Sənana sms yazsa da Sənan sms-lərə baxıb ona cavab verməmişdir. O, saat 13 radələrində Sənanı tapmaq üçün Sənanın yaşadığı evə getmişdir. Lakin Sənanın evdə olmadığını müəyyən edib yenidən evinə qayıtmışdır. Həmin gün saat 16 radələrində Sənan onun telefon zənginə cavab verib ona evin kirayə pulunu ödəməsi ilə bağlı verdiyi suala qərəzli olaraq “mən sənin telefonuna cavab vermək məcburiyyətində deyiləm” ifadəsini bildirmişdir. Sənan ondan harada olmasını soruşduqda o, Sənana Xətaidə yaşadığı evində olduğunu bildirmişdir. Sənan ona demişdir ki, “düş aşağı mən də beş dəqiqəyə çatacam”. O, üzərini dəyişib evin yaxınlığına yaşadığı evin qarşısında yolun kənarına çıxıb Sənanın gəlməsini gözləmişdir. O, Sənanın evin kirayə pulunu ödəməsi üçün gəlməsini düşünsə də təxminən 35 dəqiqə sonra saat 16:50 radələrində Sənan idarə etdiyi “Toyota Prius” markalı nömrəsini dəqiq xatırlamadığı maşınla gəlmişdir. O, yolu keçib qarşı tərəfə Sənanın yanına getmiş və yaxınlaşıb Sənana əl uzadıb kirayə pulunu nə üçün ödəmədiyini soruşmuşdur. Sənan ona yenidən demişdir ki, “mən sənin telefon zənglərinə cavab vermək məcburiyyətində deyiləm”. Bu zaman Sənanın yanında İsmayılda olmuşdur. İsmayıl ona yaxınlaşıb nə qayda qanundan danışmağını qərəzli formada ona sual edib əlində olan əsa vasitəsi ilə onun başının təpə nahiyəsinə vurmuşdur. Bundan əlavə Sənan onu bir neçə dəfə vurmuşdur. Bu zaman yoldan keçən tanımadığı şəxslər onlara yaxınlaşmış və onları ayırmışlar. Həmin vaxt atası Fəxrəddin də xəstəliyi ilə bağlı yürüş etdiyindən təsadüfən oradan keçdiyi üçün onları görüb oraya yaxınlaşmışdır. İsmayıl atasının sinəsindən əli ilə itələyərək bu məsələyə qarışmamasını bildirdikdə o, dərhal atasını qucaqlayıb onu bu məsələdən kənar tutmağa çalışmışdır. Bundan sonra o, üz-gözü qanın içərisində olduğu üçün qışqırıb Sənana ona qanını silmək üçün dəsmal verməsini bildirmişdir. O, dərhal 35-ci Polis Bölməsinə məlumat vermişdir cə təcili tibbi yardım maşını ilə Sabunçu xəstəxanasına getmişdir. Beləliklə o, əməlindən peşman olduğunu, halhazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barələrində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Tural ona, Sənanla telefon əlaqəsi yaratdığını və birazdan görüşəcəyini, Sənanın yaşadıqları evin yanma gələcəyini demişdir. Tural çıxdqdan sonra o da Turalın arxasınca evdən çıxmışdır. 16:50 radələrində yaşadığı evin yaxınlığında olarkən yolun kənarında səs-küy olmasını eşitmişdir. Yaxınlaşan zaman oğlu Turalın Sənan və İsmayıl adlı şəxslərlə mübahisə etdiklərini görmüşdür. Bu zaman İsmayıl əlində olan dəmir əsa ilə oğlu Turalın baş nahiyəsinə bir neçə dəfə vurmuş, Sənan da Turalı vurmuşdur. Onları aralamaq istəyən zaman İsmayıl onun sinə nahiyəsindən əli ilə itələyib bu məsələyə qarışmamağını demişdir. Həmin vaxt Tural Sənanın yanından qaçıb onu qucaqlamışdır. Həmin vaxt Turalın üzü qanın içərisində olduğu üçün o, narahat olmuşdur. Mübahisə sona çatdığı üçün onlar yoldan keçən taksini saxlayıb Xətai RPİ-nin 35-ci Polis Bölməsinə getmişlər. Bölmədə olan zaman təcili yardım maşını gəlib Turalı Sabunçu rayonundakı xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Turalla görüşmək üçün zəng edib harada olmasını soruşmuşdur. Tural ona 35-ci Polis Bölməsində olmasını demişdir. O, Turaldan sorumuşdur ki, “nə olub nə məsələdir”. Tural ona Sənan və İsmayıl adlı şəxslər tərəfindən döyüldüyünü, Sabunçu xəstəxanasına aparıldığını demişdir. O, dərhal Sabunçu xəstəxanasına getmişdir. Turalın qan içində olduğunu görüb dərhal ona yaxınlaşmışdır. Turalın baş nahiyyəsindən və burnundan qan axdığı üçün onun qanını dayandırmağa çalışmışdır. Qohumu Fəxrəddin də orada olmuş, yaşlı olduğundan və səhhətində problemlər olduğundan onu sakitləşdirməyə çalışmışdır. Orada bildirmişdir ki, Turalın burnu sınıb, baş nahiyəsinə tikiş atılıbdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman saat 16:50 radələrində evin eyvanına hava almaq üçün çıxmışdır. Eyvandan yola baxan zaman qonşusu Turalın yol kənarında iki nəfər şəxslə dayanmasını görmüşdür. O, buna əhəmiyyət verməmiş və evə daxil olmaq istəyən zaman qəfildən qışqırıq səsləri eşitdiyi üçün dərhal geriyə qayıtmışdır. Səsin haradan gəlməsinə diqqətini yönəldən zaman Turalın bir qədər əvvəl yol kənarında dayandığı iki nəfər şəxslə mübahisə etməsini görmüşdür. Həmin şəxslər mülki geyimli və birinin əlində əsası olmuşdur. Əlində əsa olan tanımadığı şəxs Turalın baş nahiyəsinə qəflətən əsa ilə vurmuş və Tural başını tutaraq bir qədər geriyə çəkilib həmin şəxsin üzərinə getmək istədikdə kənarda dayanmış ikinci şəxs Turala yumruqla vurmuşdur. Bunu gördükdə dərhal evdən çıxıb hadisənin hansı səbəbdən baş verməsini müəyyən etmək üçün oraya getmişdir. O, hadisə yerinə çatanda artıq mübahisə sona çatmış və oraya toplaşmış şəxslər çıxıb getmişlər. Növbəti gün Turalı evin qarşısında görmüşdür. Turalın başı sarğıda və üz gözü şiş vəziyyətdə olmuşdur. O, Turaldan dünən nə üçün hadisə baş verməsini soruşduqda Tural ona bildirmişdir ki, evlərində kirayə qalan şəxslərlə aralarında mübahisə yarandığından onlar Turalı qəflətən döymüşlər. O, Turala hadisəni evin eyvanından gördüyünü hər hansı bir köməklik lazım olarsa ona bildirməsini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 15 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün Xətai RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 1); hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında 26 fevral 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanının qarşısına baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş, hadisə yerinin və Zərərçəkmiş şəxs fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 9-13); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X18 tərəfindən verilmiş 24 may 2022-ci il tarixli, 5306 saylı məktubundan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 21 noyabr 2022-ci il tarixli ambulator kitabçadan çıxarışından görünür ki, Təqsirləndirilən şəxs1 üzvi mənşəli emosional-labil pozuntu (F 06.6), posttravmatik stress pozuntusu (F 43.1), şəxsiyyətin səciyyəvi xüsusiyyətləri diaqnozu qoyulmuşdur (Z 73.1) (i.v. 25, 27); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 haqqında xx.xx.2022-ci il tarixli arayışından və Respublika Diaqnostika Mərkəzinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 üçüncü dərəcəli əlillik təyin edilmiş, həmçinin uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları psixopatiyalar (F60.0-F62.9, F45- F45.9, F48-F48.9), hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması, keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər, çanaq orqanlarının funksiya pozulması ilə müşayiət olunan postravmatik ensefalopatiya, barotravma iki tərəfli xroniki koxlear nevrit, iki tərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda eşitməməsi, sol qulaqda 4.5 metr məsafədən eşitməsi ilə diaqnozu qoyulmuşdur (i.v. 26, 28); X5 ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi haqqında kirayə müqaviləsindən görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 119.5 kv.m olan mənzil 03 il müddətinə Təqsirləndirilən şəxs1 kirayəyə verilmişdir (i.v. 29); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 üçüncü dərəcəli əlillik təyin edilmiş, həmçinin hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silah yaralanması, sol sağrı, hər iki aşıq baldır oynağı nahiyyəsinin yumşaq toxumalarını dəlib keçən güllə yaralanmasına görə aparılmış yaraların birincili işlənməsindən sonrakı bərkimiş dəri çapıqları, sol bud çanaq, diz, aşıq baldır oynağının neyrogen kontrakturası, oynaqların kontrakturası, sol bud çanaq, diz, aşıq baldır oynağının neyrogen kontrakturası diaqnozu qoyulmuşdur (i.v. 33); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X18 tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli, 9818 saylı məktubundan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 05 noyabr 2022-ci il tarixli ambulator kitabçadan çıxarışından görünür ki, Təqsirləndirilən şəxs2 posttravmatik stress pozuntusu davranış pozuntuları ilə (F 43.1) diaqnozu qoyulmuşdur (i.v. 34-37); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 27 fevral 2023-cü il tarixli 197 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs burun sümüyünün qapalıqəlpəli sınığı, hər iki burun dəliyi vasitəsilə tənəffüs pozulması, başın sağ təpə nahiyəsinin əzilmiş yarası, hər iki gözaltı nahiyənin dərialtı hematomaları, sol budun və sağ əlin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə burun sümüyünün qapalıqəlpəli sınığı, hər iki burun dəliyi vasitəsilə tənəffüs pozulması sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR, başın sağ təpə nahiyəsinin əzilmiş yarası, hər iki gözaltı nahiyənin dərialtı hematomaları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir, sol budun və sağ əlin qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə öz-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 38-40); zərərçəkmiş şəxs qismində tanınma haqqında 21 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 65-66); xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (i.v. 94-97); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Füzuli Hərbi Məhkəməsinin xx.xx.N3-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 300 manat məbləğində cərimə cəzasına məhkum edilmiş; Gəncə Hərbi Məhkəməsinin xx.xx.N8-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 15% pul dövlət nəfinə tutulmaqla 01 il 06 ay hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir (i.v. 102-103); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 15 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3, 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir (i.v. 104); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 106); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 N iyul 2023-cü il tarixli 2724 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda üzvi şəxsiyyət pozuntusu formasında psixi pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs2 müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o qərarda göstərilən əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 aşkar edilən üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozlu psixi xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir (i.v. 107-110); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 N iyul 2023-cü il tarixli 2725 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda üzvi şəxsiyyət pozuntusu formasında psixi pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs1 müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o qərarda göstərilən əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs1 qərarda göstərilən hallar barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 aşkar edilən üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozlu psixi xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir (i.v. 111- 114); sübutların qiymətləndirilməsi haqqında 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs2 CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edilmiş, xx.xx.2023-cü il tarixli, 196 saylı məhkəmə-tibbi ekspertiza rəyi üzrə bədən səthində xəsarət aşkar edilmədiyindən Şahid3 müraciəti üzrə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd metal materialdan olan əsa maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün Təqsirləndirilən şəxs2 təhvil verilmiş, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə haqqında protokol, hadisə yerinə baxış protokolu, məhkəmə-tibbi ekspert rəyi, psixi ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 121-128); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 139-140); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (i.v. 156-158); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 168-169); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (i.v. 185-187); 02 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 ********* saylı cinayət işi üzrə maddi sübut 01 ədəd aluminium əsanı təhvil almışdır (i.v. 188); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəymiş ziyanın tərəflərindən tam şəkildə ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barələrində yüngül cəza təyin edilməsini xahiş etmişdir; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.N8-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 aylıq pul təminatından 15 faiz məbləğində pul tutulmaqla 18 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N9-cu il tarixli 634 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs1 pul təminatından N9-cu ilin iyul ayından başlayaraq 12 ay 15 faiz olmaqla 2020-ci ilin iyun ayınadək pul tutularaq dövlət nəfinə köçürülmüşdür. Borclu Təqsirləndirilən şəxs1 20 iyun 2020-ci il tarixindən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə köçürüldüyünə görə tərəflərindən tutulmanın tam icrası mümkün olmamışdır; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.N8-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 aylıq pul təminatından 6 ay 15 faiz məbləğində pul tutulmaqla, ümumilikdə 594 manat məbləğində pul dövlət nəfinə ödənilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beyləqan rayon İcra Bölməsinin sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Füzuli Hərbi Məhkəməsinin 1(97)- 123/N3 saylı, xx.xx.N3-cü il tarixli hökmü üzrə 300 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Hazırda məhkum Təqsirləndirilən şəxs1 hökm üzrə təyin edimiş 300 manat məbləğində cərimə cəzasını ödədiyindən bölmənin qeydiyyatından çıxarılmışdır; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikası medalının İ-62441 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikası medalının İ-2219 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N3-cü il tarixli 0107t nömrəli əmri ilə təsdiqlənmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs2 “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif olunmuşdur; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N8-ci il tarixli 0178t nömrəli əmri ilə təsdiqlənmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs2 “Azərbaycan ordusunun 100 illiyi (1918-N8) Yubiley” medalı ilə təltif olunmuşdur; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikası medalının İ-78307 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyun tarixli 2711 nömrəli sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikası medalının İ-16001 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur; Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 569950 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.N0-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası X2r; 4 saylı Bakı “Asan xidmət mərkəzi”nin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 742816 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.N6-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası X3r; 4 saylı Bakı “Asan xidmət mərkəzi”nin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 013065 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.N7-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası X3r. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 5-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsinəməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizliketməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Həmin qərarın 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Həmin qərarın 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl CM-nin 127.2.3 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi əməl isə CM-nin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral N7-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 03 azyaşlı övladının olmasını (CM- 59.1.4), anlaqlılığını istisna etməyən psixi pozuntusunun olmasını (CM-59.1.9), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.12-59.1.13), Vətən müharibəsi iştirakçısı olmasını, 3-cü qrup əlil olmasını, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Füzuli Hərbi Məhkəməsinin xx.xx.N3-cü il tarixli və Gəncə Hərbi Məhkəməsinin xx.xx.N8-ci il tarixli hökmləri üzrə olan məhkumluqları azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqları ödənildiklərindən və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar olduqlarından CM-nin 18.4.3 və 18.4.4-cü maddələrinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 anlaqlılığını istisna etməyən psixi pozuntusunun olmasını (CM-59.1.9), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.12-59.1.13), Vətən müharibəsi iştirakçısı olmasını, 3-cü qrup əlil olmasını, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinə əsasən anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Habelə, məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 N iyul 2023-cü il tarixli 2724 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 və N iyul 2023-cü il tarixli 2725 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyyacları olmamasını nəzərə alaraq barələrində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac olmaması qənaətinə gəlir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin islah olunması onu cəmiyyətdən təcrid etmədən mümkün olduğuna görə ona müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini, “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan ordusunun 100 illiyi (1918-N8) Yubiley” medalları ilə təltif olunmasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-60), məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 01 ədəd metal materialdan olan əsa Təqsirləndirilən şəxs2 geri qaytarılmalı və həmin əsanın ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 saxlanılması üçün verilməsi nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanını saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 01 ədəd metal materialdan olan əsa Təqsirləndirilən şəxs2 geri qaytarılsın və həmin əsanın ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 saxlanılması üçün verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-45/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-45/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver