Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-45/2025 09.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,271 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə edib, üzərində daşımaqla saxlamış və 26 aprel 2024-cü il tarixdə saat 18:00-da Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 3 ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0.271 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dörd ildən çoxdur narkotik vasitədən və psixotrop maddədən istifadə edir, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, narkotik maddəni Keşlə qəsəbəsindən adını bilmədiyi və tanımadığı şəxsdən almışdır. 26 aprel 2024-cü il tarixdə saat 14:00-da Keşlə qəsəbəsinə gedərək həmin şəxsdən psixotrop maddə olan metamfetamini 10 manata almış və istifadə etməsi üçün üzərində saxlamış, həmin günü saat 18 radələrində ünvan 5 ünvanının qarşısında olarkən polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra ondan üzərində narkotik vasitə olub-olmamasını soruşduqda cibində bir büküm psixotrop maddə metamfetamin olmasını bildirmiş, sonra polis əməkdaşları onu Xətai RPİ-nin 37-ci PŞ-nə apararaq orada hüquq və vəzifələri izah olunaraq dövlət hesabına müdafiəçi ilə təmin edilmiş və üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl isə ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli falqasına bükülmüş 01 ədəd bükülünü çıxarıb təqdim etmiş, həmin bükümdəki maddənin psixotrop maddə olan metamfetamin olmasını və şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə Keşlə qəsəbəsindən tanımadığı şəxsdən 10 manata almasını bildirmiş, sonra həmin bükülü elektron tərəzidə çəkilərək 0.45 qram olması müəyyən edilmişdir. Polis əməkdaşları ondan, başqa harada qanunsuz əşya saxlayıb-saxlamadığını soruşduqda təqdim etdiyi psixotrop maddədən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Sona polis əməkdaşlarının və vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin isə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olsa da satışı ilə məşğul olmamış, heç kəsə hədiyyə verməmiş, psixotrop maddəni aldığı şəxsin soyadını və ünvanını bilməmiş və hazırda həmin şəxsin xarici görünüşü və xüsusi əlamətlərini xatırlamır, polis əməkdaşları tərəfindən saxlanılan və şöbəyə aparılan zaman ona qarşı hər hansı bir formada təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru vəzifəsində xidmət edir, hazırda polis leytenantı rütbəsindədir. Xidmət etdiyi şöbəyə etimad doğuran, məlum və qərəzsiz mənbədən ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs oğlunun qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində saxlayıb daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs oğlunun cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə şöbənin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən şöbə rəisinə məruzə olunmuş, sonra Şahid1 rəhbərliyi və özünün iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 26 aprel 2024-cü il tarixdə saat 18:00-da tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs oğlu Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz küçəsi 25 ünvanının qarşısında saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların intensiv olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədilə Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edilmişdir. Şöbədə Aslanov X1 barədə əməliyyat müvəkkili Şahid1 tərəfindən rəhbərliyə raportla məruzə olunduqdan sonra onu şöbənin təhqiqatçısı, polis leytenantı X14 təhvil vermişlər. Sonra təhqiqatçı Sənan Bədəlov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs oğluna hüquq və vəzifələri izah olunaraq ona hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs oğlunun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarş keçirilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs oğluna üzərində olan qeyri-qanuni əşyaları könüllü olaraq çıxarıb masanın üzərinə qoyması təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə içərisində spesifik iyə malik, ağ rəngli, kristal şəkilli maddəni çıxardıb təqdim etmiş və həmin bükülünün içərisindəki maddənin "patı kimi" tanıdığı psixotrop maddə olan metamfetamin olmasını, şəxsi istifadəsi üçün Keşlə qəsəbəsindən tanımadığı şəxsdən 10 manata almasını bildirmiş, sonra videoçəkiliş zamanı təhqiqatçı Sənan Bədəlov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs oğluna başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığı soruşulduqda başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı aşkar edilmiş 01 büküm psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin 0.45 qram olması müəyyən edilmiş, daha sonra həmin bükülü kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış və götürmə prosesini əks etdirən 01 ədəd CD disk isə protokola əlavə edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu tərəflərindən saxlanılarkən və şöbəyə aparılarkən ona hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, hazırda polis mayoru rütbəsindədir. Xidmət etdiyi şöbəyə etimad doğuran, məlum və qərəzsiz mənbədən ünvan 5 ünvanında yaşayan X4 qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində saxlayıb daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, X4 cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə şöbə rəisinə məruzə etmiş, sonra özünün rəhbərliyi və şöbənin polis sahə inspektoru, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 26 aprel 2024-cü il tarixdə saat 18:00-da tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı X8 Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz küçəsi 25 ünvanının qarşısında saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların intensiv olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədilə Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edilmiş, şöbədə Aslanov X2 barədə rəhbərliyə raportla məruzə etdikdən sonra onu şöbənin təhqiqatçısı, polis leytenantı X14 təhvil vermiş, təhqiqatçı Sənan Bədəlov tərəfindən şübhəli şəxs X6 hüquq və vəzifələri izah olunaraq ona hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə X4 üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarş keçirilmiş, həmin vaxt təhqiqatçı tərəfindən X6 üzərində olan qeyri-qanuni əşyaları könüllü olaraq çıxarıb masanın üzərinə qoyması təklif edilmiş, bu təklifdən sonra Hüseyn Aslanov əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə içərisində spesifik iyə malik, ağ rəngli, kristal şəkilli maddəni çıxardıb təqdim etmiş və həmin bükülünün içərisindəki maddənin "patı kimi" tanıdığı psixotrop maddə olan metamfetamin olmasını, şəxsi istifadəsi üçün Keşlə qəsəbəsindən tanımadığı şəxsdən 10 manata almasını bildirmiş, sonra videoçəkiliş zamanı təhqiqatçı Sənan Bədəlov tərəfindən şübhəli şəxs X6 başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığı soruşulduqda başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə X4 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı aşkar edilmiş 01 büküm psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin 0.45 qram olması müəyyən edilmiş, daha sonra həmin bükülü kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış və götürmə prosesini əks etdirən 01 ədəd CD disk isə protokola əlavə edilmişdir. Şübhəli şəxs X8 tərəflərindən saxlanılarkən və şöbəyə aparılarkən ona hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 26 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 26 aprel 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən siqaret qutusunun gümüşü rəngli falqasına bükülmüş 1 ədəd bükümü çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin psixotrop maddə olan patı adı ilə bildiyi “metamfetamin” olmasını bildirmişdir. Həmin bükülü açıldıqda, içərisində ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkildikdə həmin bükümdə olan ağ rəngli maddənin çəkisinin 0.45 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən bir il olar ki, narkotik maddələrdən istifadə edir. Üzərindən aşkar edilmiş həmin maddəni 26 aprel 2024-cü il tarixdə Keşlədən adını bilmədiyi və tanımadığı şəxsdən 10 manata özü qəbul etmək üçün alıb. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan xalis çəkisini müəyyən etmək üçün təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 29-30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/2312 nömrəli, 27 aprel 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №153” dairəvi möhür əksi “Aslanov (imza)” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,271 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir (i.v. 39-42); bir ədəd “DVD-R” diskə baxış keçirilməsi haqqında 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, diskdə olan həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 26 aprel 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 52); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 53-54); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad olunmuşdur (i.v. 72-73); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 28 aprel 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 74-76); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən CM-nin 207.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində tibbi xarakterli məcburi müalicə təyin edilməklə 1 nömrəli psixiatriya xəstəxanasına göndərilmişdir (i.v. 82-83); axtarışda olan şəxsin tutulması haqqında 16 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:05 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində tutulmuşdur (i.v. 104a); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanması barədə 18 iyul 2024-cü il tarixli qərardan görünür ki, Aslanov X3 Xətai RPİ-nin MSY-dən azad edimiş və barəsində 28 aprel 2024-cü il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır (i.v. 108-109); Bakı şəhəri Xətai RPİ tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdə, saat 09:00-da Xətai RPİ-nin MSY-dən buraxılmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsinin xx.xx.2024-cü il tarixli, 4891 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 120-121); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 xx.xx.2024-cü il tarixli, 2317 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs "X12, X9" aşkar olunur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman "X12, X9" müəyyən edilir. H.Z.Aslanovda ictimai təhlükəli əməli törətdiyi zaman onda müəyyən edilən psixi xəstəlik remissiya vəziyyətində olduğundan o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də H.Z.Aslanov ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Zəki oğlunda “X12, X9" müəyyən edilir. H.Z.Aslanov anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. H.Z.Aslanovun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. H.Z.Aslanovun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (i.v. 122-125); sübutların qiymətləndirilməsi haqqında 23 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0.271 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.221 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək Bakı şəhəri Xətai RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı qeydə alınmış videogörüntü olan 01 ədəd “DVD-R” formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə olunmuş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və ambulator məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmin prosesi əks etdirən videogörüntünün olduğu 01 ədəd disk və həmin diskə baxış protokolu sübut növü kimi qiymətləndirilmişlər (i.v. 131- 139); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-499/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, tutulduğu təqdirdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Xətai RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən siqaret qutusunun gümüşü rəngli falqasına bükülmüş 1 ədəd bükümü çıxardıb təqdim edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin psixotrop maddə olan patı adı ilə bildiyi “metamfetamin” olmasını, həmin maddəni nə vaxt və haradan alması soruşulduqda isə təxminən bir il olar ki, narkotik maddələrdən istifadə etdiyini, üzərindən aşkar edilmiş həmin maddəni 26 aprel 2024-cü il tarixdə Keşlədən adını bilmədiyi və tanımadığı şəxsdən 10 manata özü qəbul etmək üçün aldığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.271 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs anlaqlılığını istisna etməyən psixi pozuntusunun olmasını (CM-59.1.9), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2) əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 26 aprel 2024-cü il tarixdən 28 aprel 2024-cü il tarixədək, 16 iyul 2024-cü il tarixdən 18 iyul 2024-cü il tarixədək, 13 noyabr 2024-cü il tarixdən 09 yanvar 2025-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 01 (bir) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.271 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.221 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2vanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdən 28 aprel 2024-cü il tarixədək, 16 iyul 2024-cü il tarixdən 18 iyul 2024cü il tarixədək, 13 noyabr 2024-cü il tarixdən 09 yanvar 2025-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2vanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.271 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.221 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-45/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-45/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver