Məhkəmə qərarları › İş №1(011)-451/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-451/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-451/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzinin X11 “Reabilitasiya mütəxəssisi” vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Tibb Mərkəzi ilə "xxxx" MMC arasında bağlanmış “qeyri-tibbi xidmətlərin göstərilməsi haqqında” müqavilə əsasında, habelə, "xxxx" MMC-nin təmizlik, porter, xəstə baxımı, inzibati işlər və X15 digər xidmətlərlə məşğul olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə 1 iyul 2020-ci il tarixdə bağladığı “İnzibati işlərin və digər xidmətlərin göstərilməsi haqqında” müqavilə əsasında Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən X12 "xxxx" QSC ilə 31 oktyabr 2020-ci il tarixdə bağladığı əmək müqaviləsinə əsasən, 31 oktyabr 2020-ci il tarixli, TM-1150 nömrəli əmrlə təhkim edilməklə, həmin Cəmiyyətin “Reabilitasiya mütəxəssisi” vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2021-ci ilin mart ayının sonu, aprel ayının əvvəllərində özünə yeni növ “Covid-19” virusuna yoluxaraq həmin xəstəlikdən əziyyət çəkən Gəncə şəhər sakinləri Şahid4 və Şahid5 özünün işlədiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzinin Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən X12 yerləşdirilməklə daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsində köməklik göstərilməsinə dair 2021-ci ilin aprel ayının əvvəllərində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil nömrədən müraciət edən cinayətdən xəbərsiz tanışı Şahid2 telefon əlaqəsi zamanı özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzinin Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən X11 “Covid 19” virusuna yoluxmuş xəstələrin yerləşdirilməsi üçün korpuslarda yerlərin məhdud olmasını, daha sonra isə həmin Hospitalın rəhbər vəzifəli şəxsləri ilə yaxın əlaqələrinin olmasını, yaxın münasibətdə olduğu həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 və Şahid5 xeyrinə edəcəkləri hərəkətə, yəni sonuncuların həmin Hospitala yerləşdirilməklə onlara zəruri tibbi yardımın göstərilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özü barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Şahid2 yalandan bildirib, sonuncu vasitəsi ilə Şahid4 və Şahid5 razılığını almaqla onlarla sövdələşib, həmin adla 10 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində Şahid4 və Şahid5 sonunculara məxsus 3.000 (üç min) manat məbləğində pul vəsaitini həmin Hospitalda usta kimi çalışan cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə alıb, "xxxx" MMC-yə məxsus X23 avtomobilləri vasitəsi ilə gətirilən xəstələrin Hospitala qəbulunun hər hansı ləngimə olmadan birbaşa həyata keçirilməsini bildiyindən, əldə etdiyi həmin pul vəsaitinin 600 manatını "xxxx" MMC-yə məxsus X23 avtomobilləri vasitəsi ilə həmin şəxslərin Hospitala daşınması üçün xidmət haqqı qismində ödəyərək, Şahid4 və Şahid5 Hospitala gətirilməklə 20-ci korpusda yerləşdirilməsinə nail olub, qalan 2.400 (iki min dörd yüz) manat məbləğində pul vəsaitini özünün şəxsi ehtiyyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə Şahid4 və Şahid5 məxsus cəmi 2.400 (iki min dörd yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 və Şahid5 xeyrinə edəcəkləri hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid2 vasitəsilə Şahid4 və Şahid5 vahid niyyətlə təhrik etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, evlidir, bir övladı vardır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə 31 oktyabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlamış və “Reabilitasiya mütəxəssisi” vəzifəsinə təyin edilmiş, bundan sonra isə həmin vəzifənin icrası üçün Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən X12 göndərilmişdir. "xxxx" QSC-də təmizlik, porter, xəstə baxımı, inzibati işlər və X15 digər xidmətlərlə məşğul olan bir cəmiyyətdir. O, orada – X15 həmin vəzifədə 25 iyun 2021-ci il tarixə kimi çalışmış, daha sonra “Covid 19” virus xəstələrinin sayının azalması ilə əlaqədar ərizəsi ilə işdən ayrılmışdır. Lakin yenidən 13 avqust 2021-ci il tarixdən bir daha “Reabilitasiya mütəxəssisi” vəzifəsinə qəbul edilmiş və hazırda həmin işdə çalışır. 2020-ci ilin mart ayının sonu, aprel ayının əvvəllərində əvəllər tanıdığı sinif yoldaşı Şahid2 zəng edərək qohumluq əlaqələrində olduğu Şahid5 və sonuncunun arvadı Şahid4 “Covid 19” virusuna yoluxduqlarını, evdə aparılan müalicənin xeyrinin olmadığını, ona görə də onları xəstəxanaya yerləşdirmək istədiklərini bildirmişdir. O xəstələrin pul qarşılığında hospitala yerləşdirildiyini bildiyi üçün düşünmüşdür ki, onsuz da xəstələrdən pul alınır, rahat şəkildə X19 yerləşirlər, ona görə də qərara gəlmişdir ki, bu iki xəstədən də yerləşmələri üçün özü pul alar, Ceyran və Şahid5ları hospitala yollar tapıb yerləşdirər, kimsənin də bundan xəbəri olmaz. Ona görə də telefonla danışan zaman Teymuraza məsələnin çətin həll olunacağını anlaması üçün demişdir ki, hazırda hospitalda korpuslarda yerlər məhduddur, lakin çalışıb köməlik edə bilər. Köməklik edə biləcəyini bildirmiş və qeyd etmişdir ki, bu işin müqabilində 3.000 manat pul verilməli olacaqdır. Teymuraz da ona demişdir ki, xəstələr Gəncə şəhərində yaşayırlar, xəstələrə bu barədə məlumat verib, daha sonra onunla danışacaqdır. Beləcə də, bundan sonra o, hospitala xəstə salmaq üçün vasitələr axtarmağa başlamışdır. Sonradan o müəyyənləşdirmişdir ki, Medi Style” MMC-nin tibbi maşınları ilə gətirilən koronavirus xəstələrini geri qaytarmırlar, dərhal hospitala keçirərək korpuslara yerləşdirirlər. O, hospitalda usta kimi çalışan Şahid1 ilə söhbət edən zaman 2 nəfər qohum xəstənin olduğunu, hospitala yerləşdirilməsi üçün çalışdığını demişdir. Səraslan da ona demişdir ki, "xxxx" Hospitalın təcili yardım maşınları ilə hospitala xəstələri salıb yerləşdirmək olur, bu barədə onsuz da hamı bilir. Daha sonra qeyd etmişdir ki, hospitalda işləyən baş həkimə yaxın olan Qulu Orucovu, eyni zamanda "xxxx" MMC-nin əməkdaşı, həmin MMC-dən gələn tibb maşınlarına nəzarət edən Lamiə Əzizovanı tanıyır, həmin şəxslərlə bu barədə söhbət edə bilər. O da razılaşmış, Səraslandan Ceyran və Şahid5ların yerləşdirilməsində köməklik etməyini xahiş etmişdir. Bundan sonra sinif yoldaşı Teymuraz onunla əlaqə saxlayaraq demişdir ki, həmin xəstələr deyilən məbləğə, yəni 3.000 manat pul verməyə razıdırlar, təcili olaraq hospitala yerləşmək istəyirlər. Səraslan da bir müddət sonra ona demişdir ki, xəstələr Bakı şəhərinə gələr, ordan da "xxxx" MMC-nin tibb maşını ilə X19 gələrlər. O, Qulu Orucov və Lamiə Əzizova ilə danışmışdır, Lamiə demişdir ki, bir nəfər xəstənin aparılması üçün 300 manat "xxxx" MMC-yə tibbi maşınına görə ödənilməlidir. O da Teymuraza demişdir ki, xəstələrlə əlaqə saxlasın, gəlsinlər Bakı şəhərinə, tibb maşını həmin şəxsləri götürüb Modul Hospitala gətirəcək. Səraslandan isə xahiş eləmişdir ki, özü xəstələri qarşılasın, yerləşmələrinə kömək etsin. Həmçinin o Səraslana demişdir ki, ona 3.000 manat pul veriləcəkdir, həmin pulu da qəbul etsin, 3000 manat puldan 600 manat pulu isə "xxxx" MMC-nin tibb maşınına versin. Səraslan da razılaşmışdır. 10 aprel 2021-ci il tarixdə Şahid4 və əri Şahid5 "xxxx" MMC-nin tibbi maşını ilə modul hospitala gətirilmişlər, xəstələri Şahid1 hospitalın qarşısında qarşılamış, pulu da qəbul etdikdən sonra yerləşmələrinə də köməklik etmişdir. O, şəxsən Niyazovları görməmiş, həmin şəxslərlə əlaqə saxlamamışdır. Bundan sonra, Səraslan xəstələrin yerləşməsinə kömək etdikdən sonra hospitalda 10 aprel 2021-ci il tarixdə onun yanına gələrək 600 manat pulu tibbi maşınına verdiyini demiş, qalan 2.400 manat pulu isə ona təqdim etmişdir. Pul barədə Səraslan ondan heç nə soruşmamış, özü bu barədə Səraslana da heç nə deməmişdir. Onun pulu götürməyindən hospitalın rəhbər şəxslərinin xəbəri olmamışdır, pulu özü üçün almışdır. Həmçinin o, qeyd etmişdir ki, təxminən iki gün sonra 12 aprel 2021-ci il tarixdə Şahid1 ona müraciət edərək bildirmişdir ki, Məmməd Bağırzadənin işçisi mühafizə şöbəsinin bölmə rəhbəri olan Şahid3 əlaqə saxlayıb xəstələrdən aldığı pulun Məmməd vasitəsi ilə geri xəstələrə qaytarılması üçün özlərinə verməli olduğunu bildirmişlər. Səraslan bu barədə ona məlumat verdikdən sonra Şahid3 onunla görüşüb pulun ona çatdığını bildirib həmin pulun Məmməd Bağırzadəyə verilməli olduğunu, pulun xəsətələrə geri qaytarılacağını bildirmişdir. Bütün bunlardan sonra o, məcbur qalıb 3.000 manat pulu aparıb X15 oksigen məntəqələrinin şöbə rəhbəri olan Şahid7 təhvil vermişdir. Şahid7 da pulu Sədiyə vermiş, beləcə pul xəstələrə, yəni Şahid4 və Şahid5ya geri qaytarılmışdır. Bu barədə də xəstələrdən ərizə alınmışdır. Hospitalın rəhbərliyi xəstələrdən onun tərəfindən pul alındığı üçün xəstələrin könlünü xoş etmələri üçün həmin şəxslərə diqqəti artırmış, yerləşdirildikləri 20-ci korpusdan daha yaxşı korpus hesab olunan 16-cı korpusa köçürülmüşlər. Beləliklə o, əməlindən səmimi peşman olduğunu, cinayət əməli nəticəsində vurulmuş ziyanı tam ödədiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2021-ci ilin əvvəllərindən etibarən Zığ qəsəbəsində yerləşən X15 usta kimi çalışmışdır. 2021-ci ilin aprel ayının əvvəllərində işlədiyi X15 “Reabilitasiya mütəxəssisi” vəzifəsində çalışan Təqsirləndirilən şəxs ilə ümumi söhbət zamanı Səbuhi ona demişdir ki, 2 nəfər “Covid 19” virusundan əziyyət çəkən qohum xəstələr vardır, həmin xəstələrin vəziyyəti ağır olduğu üçün X19 yerləşdirilməsinə çalışır. O Səbuhiyə demişdir ki, "xxxx" Hospitalın X23 maşınları ilə xəstələr gətirildikdə X19 yerləşdirmək olur. Daha sonra Səbuhiyə söhbət zamanı demişdir ki, Modul hospitalda işləyən baş həkimə yaxın olan, hospitalda qeydiyyatçı vəzifəsində işləyən Qulu Orucovu, eyni zamanda "xxxx" MMC-nin əməkdaşı, həmin MMC-dən gələn tibb maşınlarına nəzarət edən Lamiə Əzizovanı tanıyır, həmin şəxslərlə bu barədə söhbət edib xəbər verər. Səbuhi də razılaşmış, ondan Ceyran və Şahid5ların Hospitala yerləşdirilməsində köməklik etməsini xahiş etmişdir. Daha sonra Lamiə Əzizovanın telefon nömrəsini öyrənərək əlaqə saxlamış, hospitalda işlədiyini bildirmiş, yaxın dostunun qohumları - Şahid5 və Şahid4 adlı xəstələrin olduğunu, həmin şəxslərin X19 yerləşdirilməsinə köməklik etməsini xahiş etmişdir. Xəstələrin şəxsiyyət vəsiqələrinin şəkillərini də göndərmişdir. Lamiə xanım isə ona demişdir ki, bu məsələlərlə bağlı hospitalın əməkdaşı Qulu Orucovla əlaqə saxlasın, ümumi vəziyyət isə belədir ki, 1 nəfər xəstə şəxsin hospitala aparılması üçün "xxxx" MMC-nin X23 maşınına 300 manat ödənilməlidir. Daha sonra o, Qulu Orucovla da əlaqə saxlayaraq olanları izah etmiş, demişdir ki, yaxın dostunun qohumları Şahid5 və Şahid4 karona xəstəsidirlər, vəziyyətləri də ağırdır, Gəncə şəhərində yaşayırlar, ailə şəklində Hospitala yerləşdirilməsinə köməklik etməsini xahiş etmişdir. Hospitalda gəzən söz-söhbətlərdən bilirdi ki, Qulu müxtəlif məbləğlərdə pul qarşılığında baş həkimin tapşırığı ilə korona xəstələrini korpuslara yerləşdirir. Lakin bildirir ki, bu söhbətləri eşitsə də, konkret bu hadisənin şahidi olmamışdır, yəni göstərilənlər barədə sübutu yoxdur. O, Qulunu razı salmaq üçün hətta demişdir ki, xəstələr artıq rayondan da çıxıblar, səhərə yaxın saat təxmini 5 üçün Bakı şəhərinə çatarlar. Qulu da ona demişdir ki, gecə 103 təcili yardım çağıra bilməyəcəkdir, səhərin açılmasını gözləsinlər, daha sonra təkrar bu məsələni danışarlar. O da demişdir ki, vaxt yoxdur, daha sonra bildirmişdir ki, Lamiə xanımla da əlaqə saxlamışdır, Lamiə də izah etmişdir ki, "xxxx" MMC-nin tibbi maşınları ilə xəstələri gətirmək olar. Qulu da ona demişdir ki, daha danışıbsa, özləri bilərlər. Bundan sonra düşünmüşdür ki, Qulu da, Lamiə də bu barədə bilmişdir, "xxxx" MMC-nin tibb maşını ilə X19 aparılan xəstəni onsuz da qəbul edirlər. Ona görə də Təqsirləndirilən şəxs demişdir ki, xəstələrin vəziyyəti onsuz da ağırdır, xəstələrə desin ki, gecə ilə Bakı şəhərinə gəlsinlər, ordan da "xxxx" MMC-nin tibb maşını ilə danışacaq, X19 aparılacaqlar. Qulu Orucov və Lamiə Əzizova ilə də danışdığını demiş, bildirmişdir ki, Lamiə xanım demişdir ki, bir nəfər xəstənin aparılması üçün 300 manat "xxxx" MMC-yə tibbi maşınına görə ödənilməlidir. Səbuhi də qohum xəstələrə məlumat verəcəyini demişdir. Daha sonra Səbuhi ondan xahiş etmişdir ki, Ceyran və Şahid5ları o, özü qarşılasın, yerləşmələrinə də kömək etsin. Həmçinin xəstələr 3.000 manat pul verəcəklər, həmin pulu qəbul etsin, oradan 600 manat pulu isə "xxxx" MMC-nin tibb maşınına versin. O da Səbuhini tanıdığı üçün razılaşmış, pul məsələsi ilə bağlı isə Səbuhidən heç nə soruşmamış, düşünmüşdür ki, qohumlarıdır, özləri öz aralarında olan məsələdir, özləri bilər. Beləcə, Ceyran və Şahid5lar Bakı şəhərinə gəlib çatdıqdan sonra hazırda xatırlamadığı yerdə "xxxx" MMC-nin X23 maşını həmin şəxsləri götürüb X19 gətirmişdir. Hazırda xatırlamadığı "xxxx" MMC-nin çağrı mərkəz nömrəsinə yığaraq tibbi maşın çağırmışdır. O, həmin günü, yəni 10 aprel 2021-ci il tarixdə hospitalda olmuşdur. Həmin tarixdə xəstələr Zığ qəsəbəsində yerləşən X19 gətirilmişlər, xəstələri şəxsən o, Səbuhi xahiş etdiyi üçün qarşılamış, hospitalın qarşısında salamlaşmış, Şahid5 ona 3.000 manat pul vermiş, o da pulu qəbul etmişdir. Amma Şahid5 ilə onun arasında bu pul məsələsi ilə bağlı heç bir söhbət olmamışdır. Daha sonra Səbuhinin dediyi kimi hər bir xəstə üçün 300 manat olmaqla, cəmi 600 manat pulu ona verilən pulun üstündən götürüb X23 maşınının tanımadığı əməkdaşına vermişdir. Daha sonra xəstələri Modul tipli hospitalın hazırda xatırlamadığı, tanımadığı əməkdaşları hospitalın 20-ci korpusuna yerləşdirmişlər. O da bir neçə saat sonra, yəni 10 aprel 2021-ci il tarixdə hospitalda Təqsirləndirilən şəxslə görüşərək 600 manat pulu dediyi kimi "xxxx" MMC-nin tibbi maşınına verdiyini demiş, qalan 2.400 manat pulu isə Səbuhiyə təqdim etmişdir. Bir daha qeyd edir ki, pul barədə Səbuhidən heç nə soruşmamışdır. Düşünmüşdür ki, qohumdurlar, özləri bilər. O, sadəcə bir iş yoldaşı kimi xəstələrin ölməməsi üçün bir insan kimi köməklik etmişdir. Daha sonra sağollaşıb ayrılmışlar. Həmçinin o, ifadəsində qeyd etmişdir ki, bu hadisədən bir neçə gün sonra, 12 aprel 2021-ci il tarixdə hospitalın rəhbər heyətindən Məmməd Bağırzadənin köməkçisi, hospitalın Mühafizə şöbəsinin bölmə rəhbəri olan Şahid3 onu yanına çağırmış və onun vasitəsi ilə X19 yerləşdirilən Şahid4 və əri Şahid5 ümumilikdə 3.000 manat pul vəsaiti alındığını və həmin pulu təcili olaraq özünə verməyini və pulun xəstəyə geri qaytarılacağını bildirmişdir. Əvvəlki ifadəsində səhvən hospitalın əməkdaşı Maqsud Abdinbəyovun da bu proseslərdə iştirak etdiyini bildirmişdir. Onunla Şahid3 danışmışdır. Sədi onunla danışdıqdan sonra o, əvvəlcə qorxmuş, bu barədə etiraf etməmişdir. Daha sonra onu X1 rəhbəri Şahid6 və hospitalda oksigen məntəqələrinin şöbə rəhbəri, həm də onun rəisi olan Şahid7 qəbul etmişlər, təcili olaraq pulun vətəndaşa qaytarılmasını tələb etmişlər. O da bundan sonra olanları olduğu kimi açıb hamısına danışmış, bildirmişdir ki, onun xəstələrdən götürülmüş pulun hansı məqsədlə götürülməsindən qətiyyən xəbəri olmamışdır, düşünmüşdür ki, həmin xəstələr Səbuhinin qohumlarıdır. Ona görə də bu barədə maraqlanmamışdır. Daha sonra isə o, Təqsirləndirilən şəxs zəng edərək onu niyə pis vəziyyətə saldığını soruşmuş, baş verənləri izah etmişdir. Səbuhi həmin vaxt hospitaldan kənarda olmuş, demişdir ki, hospitala gəlib məsələni özü qaydasına qoyacaqdır. Biraz sonra Səbuhi gəlmiş, sonuncu ilə görüşərək ona verdiyi 100 manat pulu Səbuhiyə qaytarmış, nəyə görə onun adını belə işlərə qatdığını soruşmuşdur. Səbuhi də üzr istəyərək, daha heç nə deməmiş, çıxıb getmişdir. Sonradan Səbuhidən öyrənmişdir ki, sonuncu 3.000 manat pulu tam düzəldərək aparıb X15 oksigen məntəqələrinin şöbə rəhbəri olan Şahid7 təhvil vermişdir. Bildiyinə görə də Şahid7 da pulu Sədiyə vermiş, beləcə pul Şahid3 tərəfindən xəstələrə, yəni Şahid4 və Şahid5ya qaytarılmışdır. Bu barədə də xəstədən ərizə alınmışdır. Həmin gün xəstələrə qarşı belə münasibət göstərildiyi üçün xəstələrin qaldığı korpus dəyişdirilərək 20-ci korpusdan daha şəraitli korpusa təmannasız şəkildə köçürülmüşlər. Əlavə olaraq onu da qeyd edir ki, Qulu Orucov və Lamiə Əzizovanın qeyd olunan xəstələrin yerləşdirilmələri üçün Təqsirləndirilən şəxs həmin şəxslərdən 3.000 manat pul almağından qətiyyən xəbərləri olmamışdır. Qulu və Lamiə sadəcə ona xəstələrin hospitala yerləşməsi üçün istiqamət vermişlər. Bundan başqa Təqsirləndirilən şəxs ona 700 manat pul verməmiş, qeyd olunan 2 nəfər xəstə şəxsin təcili yardımla gətirilməsi üçün 600 manat pulu təcili yardım işçilərinə verməyini, 100 manat pulun isə ona qalmasını deməmişdir. O, ifadəsində dediyi kimi əvvəlki istintaqa verdiyi ifadəsində məsələləri ümumi qısa şəkildə təsvir etmişdir. Ona görə də fikirlərini tam izah edə bilməmişdir. Əslində isə hal-hazırda ifadəsində dediyi kimi hadisələr baş vermişdir. Yəni, xəstələri Səbuhinin xahişi ilə o, qarşılamış, qəbul edilmiş 3.000 manat puldan 600 manat pulu X23 maşınına vermiş, qalan pulu isə Səbuhiyə təqdim etmişdir. Onun həmin vaxt Səbuhinin xəstələri pul qarşılığında hospitala yerləşdirməsindən xəbəri olmamışdır və həmin puldan ona heç bir məbləğ verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Gəncə şəhərində yaşayan Şahid4 ilə uzaq qohumluq əlaqələri vardır. Təqsirləndirilən şəxs ilə isə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 42 saylı tam orta məktəbdə eyni sinifdə təhsil almışlar. Qeyd olunan şəxslərin heç biri ilə ədavəti yoxdur. 2021-ci ilin aprel ayının əvvəllərində Ceyran xanım öz istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng edərək özü və əri Şahid5 Covid-19 virusuna yoluxduğunu bildirib ixtisaslı müalicə müəssisəsinə yerləşdirilmələri üçün hər hansı tanışının olub-olmamasını ondan soruşaraq köməklik etməyini xahiş etmişdir. Ceyran xanımın xahişi ilə əlaqədar Covid-19 xəstələri üçün xüsusi olaraq inşa edilmiş və Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən X13 həkim işləyən sinif yoldaşı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən sonuncunun istifadə ediyi ***-***-**-** nömrəsinə zəng edərək Gəncə şəhərində yaşayan Covid-19 xəstəsi olan 2 tanışının işlədiyi xəstəxanaya yerləşdirilməsində köməklik etməsini xahiş etmişdir. Səbuhi əvvəlcə yerlərin məhdud olmasını bildirsə də, sonradan 3.000 manat pulun müqabilində həmin xəstələrin xəstəxanaya yerləşdirilməsini təşkil edə biləcəyini demişdir. Bu barədə Ceyran xanımla danışıb razılığını aldıqdan sonra Səbuhiyə yenidən zəng edərək xəstələr üçün xəstəxanada yer hazırlamasını xahiş etmişdir. Lakin Səbuhi ona izah etmişdir ki, xəstələr həmin xəstəxanaya yerləşdirilməsi üçün mütləq "xxxx" Hospitalının təcili tibbi maşınları ilə xəstəxanaya gətirilməlidirlər. Qeyd olunanlardan sonra Səbuhinin ona izah etdiyi kimi o, bütün məlumatları Ceyran xanıma bildirmişdir. Sonradan öyrənmişdir ki, Ceyran xanım əri Şahid5la əvvəlcə Gəncə şəhərindən Bakı şəhərinə getmiş, orada isə "xxxx" Hospitalının təclili tibbi maşınları həmin şəxsləri götürüb X14 aparmışdır. Xəstəxanada yerləşdirilməsi üçün tələb olunan 3.000 manat pulu Səbuhinin adını ona dediyi, lakin hazırda unutduğu şəxs qəbul etdikdən sonra Ceyran və Şahid5lar xəstəxanaya yerləşdirilmişlər. Lakin həmin şəxslər göstərilən tibbi xidmətdən narazı olduqları üçün xəstəxanaya yerləşdirilmələri üçün pul verdiklərini xəstəxananın rəhbərliyinə bildirmişlər. Bundan sonra, alınan 3.000 manat pul xəstəxananın rəhbərliyi tərəfindən Səbuhidən alınıb xəstələrin özlərinə qaytarılmış və sonadək xəstələrə tibbi xidmət göstərib 2021-ci ilin may ayında xəstəxanadan evə buraxmışlar. Bildiyi qədəri pul qaytarıldığı üçün Ceyran və Şahid5ların hazırda heç bir tələb və şikayətləri yoxdur. Həmçinin o, ifadəsində göstərmişdir ki, pulun alınmasında və qaytarılmasında iştirak etməmişdir. Lakin Ceyran və Səbuhi arasında əlaqəni o yaratmışdır. Onun həmin vaxt niyyyəti tanışı Ceyrana və əri Namikə ixtisaslı tibbi müalicənin təşkil edilməsində köməklik etmək olmuşdur. Təqsirləndirilən şəxs Ceyran və Şahid5ların Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən X13 yerləşdirilməsi üçün 3.000 manat pul istəyən zaman onun həmin pulun kimə və ya kimlərə veriləcəyi barədə Səbuhi ilə söhbəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2020-ci ilin iyun ayından Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Zığ qəsəbəsində yerləşən X8 Mühafizə şöbəsinin bölmə rəhbəri vəzifəsində işləyir. Bölmə rəhbəri kimi vəzifələrinə xəstələrin və əşyaların qəbul edilməsi, hospitala daxil olan şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və hospitala buraxılması, hospitala daxil olan avtomaşınların inzibati həyətə daxil olma prosesini tənzimləmək və sair məsələlər daxildir. Onun bölməsində təxminən 15-24 nəfər mühafizəçi olmuşdur. O isə mühafizə bölməsinin rəhbəri kimi X1 Rəhbəri Şahid6 Asif oğluna tabe olmuşdur və göstərişlərini tabeçiliyində olan mühafizəçilərə çatdırmışdır. O, özü 21 iyun 2020-ci il tarixdən 2020-ci ilin oktyabr ayının əvvəllərinədək həmin hospitalda mühafizəçi, 2020-ci ilin oktyabr ayından sonra isə bölmə rəhbəri işləmişdir. Şahid6la isə heç bir qohumluğu və ədavəti olmamışdır. Şahid1 hospitalda işləyən usta, Təqsirləndirilən şəxs isə həkim kimi tanımışdır. Həmin şəxslərin heç biri ilə qohumluğu və ədavəti olmamışdır. Həmçinin o, ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayının sonu, aprel ayının əvvəllərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbində yerləşən X8 müalicə olunan “COVİD-19” xəstələri olan Ceyran və Namiq Niyazovları tanımır. 2020-ci ilin mart ayının sonu, aprel ayının əvvəllərində şöbə rəisi olan Şahid6 onu yanına dəvət edib bildirmişdir ki, hospitalda müalicə olunan Ceyran adlı şəxsin sözlərinə görə sonuncu əri Namiq ilə birlikdə müalicə olunmaları üçün hospitala yerləşdirilmələrinə görə Şahid1 3.000 manat pul vermişlər. Bundan sonra onlar Səraslanın rəhbəri olan Fərid müəllimi Elçin müəllimin otağına dəvət etmişlər. Fərid hadisədən xəbərsiz olduğunu bildirdikdən sonra, Səraslanı dəvət etmişlər. Səraslan əvvəlcə etiraf etməsə də, təkrar soruşduqda etiraf etmiş və sonradan Fərid müəllimlə kənara çəkilib nə isə söhbət etmişlər. Fərid isə onunla Elçinə yaxınlaşıb pulun Səbuhi həkim tərəfindən götürüldüyünü bildirmişdir. Bundan sonra onlar pulu mütləq şəkildə xəstəyə geri qaytarmaq lazım olduğunu bildirmişlər. Təxminən bir-iki saatdan sonra Səbuhi pulu gətirib Fəridə, Fərid isə ona vermişdir. O bu barədə Şahid6 məruzə etdikdən sonra, sonuncunun tapşırığı ilə pulu xəstə Şahid4 qaytarmışdır və sonuncudan pulunun qaytarılması və şikayətinin olmaması barədə ərizə almışdır. Həmçinin vətəndaşın şikayəti barədə Şahid6 kimin məlumat verməsini bilmir. Hospitalda işlədiyi vaxt bu kimi halla yalnız bir dəfə rastlaşmışdır. Qeyd etdiyi hadisədən başqa heç bir xəstəyə pul qaytarılması və xəstədən pul alınmasında iştirak etməmişdir. Şahid4 pul qaytarılması prosesində X5 və X2 iştirakı barədə bildirmişdir ki, Məmməd Bağırzadə hospitalın baş həkiminin müavini, Maqsud isə adi mühafizəçi işləmişdir və ona heç bir tabeçiliyi də olmamışdır. Hər iki şəxslə normal münasibəti olmuş, ədavəti və düşmənçiliyi yoxdur. Adları qeyd olunan şəxslərin heç biri Ceyran xanıma pul qaytarılmasında iştirak etməmişlər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbində yerləşən X14 pul müqabilində hər hansı şəxsin yerləşdirilməsi, eləcə də hər hansı başqa hadisə barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, 2020-ci ilin iyul ayından hal-hazıradək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən X8 oksigen məntəqələrinin şöbə rəisi vəzifəsində işləyir. Vəzifəsi xəstəxanada müalicə olunan xəstələrin oksigenlə təmin olunmasını təşkil etməkdən ibarətdir. 12 aprel 2021-ci il tarixdə xəstəxananın təhlükəsizlik şöbəsinin rəhbəri olan Şahid6 ona məlumat verib bildirmişdir ki, xəstəxanada müalicə olunan Şahid4 müraciət edərək əri və özünün 10 aprel 2021-ci ildə xəstəxanaya qəbul edilməsi üçün Aslan adlı şəxsə 3.000 manat pul verdiyini bildirib, göstərilən tibbi xidmətdən narazı olduğunu demişdir. Bununla bağlı aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xəstəxanada usta kimi işləyən Şahid1 xəstəxananın həkim-reabitoloqu olan Təqsirləndirilən şəxs sözləri əsasında 10 aprel 2021-ci ildə Ceyran və Şahid5ları xəstəxanaya yerləşdirilməsində köməklik edib göstərdiyi “xidmət” müqabilində 3.000 manat pul almış və həmin pulu Səbuhi ilə bölmüşdür. Bundan sonra o, təhlükəzlik şöbəsinin əməkdaşı Şahid3 və Şahid6 Səraslandan tələb etmişlər ki, təcili olaraq pulun vətəndaşa qaytarılmasını təmin etsin. Təxminən bir-iki saat sonra Səbuhi həkim özü 3.000 manat pulu gətirib ona vermiş, o isə həmin pulu Sədiyə vermişdir. Bildiyi qədəri ilə Sədi həmin pulu Şahid6 tapşırığı ilə xəstəyə qaytararaq şikayətinin olmaması barədə ərizəsini almışdır. Həmçinin, o, ifadəsində təhlükəsizlik şöbəsinin rəhbəri olaraq Təqsirləndirilən şəxs və Şahid1 törətdikləri cinayət əməli barəsində hüquq mühafizə orqanlarına məlumat verilməsi barədə bildirmişdir ki, Elçin müəllim xəstəxananın baş həkimi İmran Ağayevə məlumat vermişdir. O isə oksigen məntəqələrinin rəhbəri olduğu üçün bu kimi hallar barədə müstəqil qərar qəbul etmək hüququ yoxdur. Habelə o, göstərmişdir ki, Ceyran və Şahid5lardan pul alınması və geri qaytarılması proseslərinin heç birində özü şəxsən iştirak etməmişdir. Pul vətəndaşlardan Səbuhinin tapşırığı əsasında Səraslan tərəfindən 10 aprel 2021-ci il tarixdə alınmış və 12 aprel 2021-ci il tarixdə isə Şahid3 tərəfindən vətəndaşlara geri qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 2020-ci ilin iyul ayından hal-hazıradək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən X8 təhlükəsizlik şöbəsinin rəhbəri vəzifəsində işləyir. Vəzifələrinə xəstəxananın təhlükəsizliyini təmin etmək, nəzarət buraxılış rejimini təşkil etmək və təhlükəsizlik kameralarının müşahidəsi daxildir. 12 aprel 2021-ci il tarixdə xəstəxanada müalicə olunan Şahid4 müraciət edərək əri və özünün 10 aprel 2021-ci ildə xəstəxanaya qəbul edilməsi üçün Aslan adlı şəxsə 3.000 manat pul verdiyini bildirib, göstərilən tibbi xidmətdən narazı olduğunu demişdir. Xəstəxanaya pul müqabilində xəstə qəbul edilməsi yolverilməz hal olduğu üçün o, xəstəxananın mühafizə şöbəsinin bölmə rəhbəri olan Şahid3 tapşırıq verərək məsələni aydınlaşdırmasını tələb etmişdir. Bundan sonra Sədi araşdırma aparıb müəyyən etmişdir ki, xəstəxanada usta kimi işləyən Şahid1 xəstəxananın həkim-reabitoloqu olan Təqsirləndirilən şəxs sözləri əsasında 10 aprel 2021-ci ildə Ceyran və Şahid5ların xəstəxanaya yerləşdirilməsində köməklik edib göstərdiyi “xidmət” müqabilində sonunculardan 3.000 manat pul almış və həmin pulu Səbuhi ilə bölmüşdür. Bundan sonra o, Sədi və Səraslanın birbaşa rəhbəri olan xəstəxananın oksigen məntəqələrinin şöbə rəisi Şahid7 Səraslandan tələb etmişlər ki, təcili olaraq pulun vətəndaşa qaytarılmasını təmin etsin. Təxminən bir-iki saat sonra Sədi onunla əlaqə saxlayıb bildirmişdir ki, Səbuhi həkim pulu tam şəkildə Şahid7 vermişdir. Daha sonra Fərid isə həmin pulu Sədiyə təqdim etmişdir. Bundan sonra onun tapşırığı əsasında Sədi həmin pulu Şahid4 qaytararaq müvafiq yazılı ərizəsini almışdır. Həmçinin xəstənin xahişi nəzərə alınaraq xəstələr ilkin olaraq yerləşdirildikləri 20-ci korpusdan 16-cı korpusa keçirilmişlər. Ceyran və Şahid5lardan 3.000 manat pul Səbuhinin tapşırığı əsasında Səraslan tərəfindən 10 aprel 2021-ci il tarixdə alınmış və 12 aprel 2021-ci il tarixdə isə Şahid3 tərəfindən vətəndaşlara geri qaytarılmışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində Şahid5 bildirmişdir ki, 2021-ci ilin aprel ayının əvvələrində o və arvadı Şahid4 “Covid-19” virusuna yoluxmuşlar. Gəncə şəhərində müalicə olunmalarına baxmayaraq vəziyyətləri getdikcə ağırlaşdığı üçün məcbur olub ixtisaslaşmış müalicə müəssisəsi axtarmağa başlamışlar. Həmin ərəfədə uzaq qohumları olan Şahid2 bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, Zığ qəsəbində yerləşən məhz “Covid-19” xəstələri üçün təşkil edilmiş X11 Səbuhi adlı tanışı işləyir. Bundan sonra onların xahişi ilə Teymuraz Səbuhi ilə əlaqə saxlayıb onların həmin hospitala yerləşdirilməsini təşkil etməsini xahiş etmişdir, Səbuhi isə yerlərin məhdud olduğunu bildirərək iki nəfərin yerləşdirilməsi üçün 3.000 manat məbləğində pul istəmişdir. Hospitalın pulsuz olduğunu bilsələr də, səhhətlərinə görə narahat olduqlarından həmin pulu verməyə razı olduqlarını bildirmişlər. Bundan sonra 2021-ci ilin aprel ayının təxminən 10-u ərəfəsində onlar Gəncə şəhərindən Bakı şəhərinə gəldikdən sonra, Teymurazın Səbuhi ilə danışıb izah etdiyi qaydada Bakı şəhərində hazırda konkret olaraq xatırlamadığı ərazidə üzərində "xxxx" Hospital sözləri yazılmış X23 maşınına əyləşərək həmin avtomaşınla Zığ qəsəbində yerləşən X12 getmişlər. Hospitalda onları əvvəllər tanımadığı sonradan özünü Aslan və ya Səraslan kimi təqdim edən şəxs onları qarşılayıb ondan arvadı Ceyranın yanında 3.000 manat pul almış, daha sonra onlar hospitalın 20-ci korpusuna eyni palatada yerləşdirilmişlər. Lakin sonradan tibbi qulluq zəif olduğundan arvadı Ceyran şikayətlənərək özünü mühafizə şöbəsinin rəhbəri kimi təqdim edən Şahid6 bildirmişdir ki, əslində pulsuz xidmət göstərməli olan hospitala pul müqabilində yerləşdirilmişlər, lakin buna baxmayaraq heç bir lazımi tibbi xidmət göstərilmir. Bu söhbətdən təxminən 1-2 gün sonra Elçin adlı şəxs 3.000 manat pulun arvadı Ceyrana qaytarılmasını təşkil edərək, pulu ondan almış şəxsi də cəzalandırdığını bildirmişdir. Pulu aldıqdan sonra arvadı Ceyran heç bir şikayətlərinin olmaması barədə ərizə yazaraq Şahid3 vasitəsi ilə Elçinə təqdim etmişdir. Bundan başqa, həmin gün onu və Ceyranı hospitalın daha şəraitli korpusu hesab olunan 16-cı korpusa yerləşdirmişlər. Onlar həmin korpusda 2021-ci ilin may ayının təxminən 1-2nə kimi müalicə olunmuşlar. Ona və arvadına həmin vaxt yüksək tibbi xidmət göstərilmişdir. Pulu özünə qaytarıldığından şikayəti yoxdur. Həmçinin o, bildirmişdir ki, Şahid3, X3 və X4 ümumiyyətlə tanımır. Təqsirləndirilən şəxs qohumu Teymurazın sözləri əsasında tanımışdır, əyani tanışlığı olmamışdır. Şahid1 hospitalın işçisi kimi tanıyır. Həmin şəxsi birinci və sonuncu dəfə 2021-ci ilin aprel ayının təxminən 10-da ondan pul alan zaman görmüşdür. Səraslan pul alan zaman orada o, arvadı Ceyran və Səraslan özü olmuşdur. Həmin vaxt yanlarında başqa adam olmamışdır. Hospitalda müalicə olunduğu müddət ərzində Səraslanı təkrar olaraq görməmişdir. Elçini isə mühafizənin rəisi kimi tanımışdır. Məhz Elçinin sayəsində hospitalda yerləşdirilmələri üçün qanunsuz olaraq onlardan alınmış 3.000 manat pul özlərinə geri qayıtmışdır. Həmin şəxslərin heç biri ilə qohumluğu və ədavəti olmamışdır. Habelə o, göstərmişdir ki, onun və arvadının xahişi ilə Teymuraz Səbuhi ilə əlaqə saxlayıb həmin hospitala yerləşdirilmələrini təşkil etməsini xahiş etmişdir, Səbuhi isə yerlərin məhdud olduğunu bildirib, iki nəfərin yerləşdirilməsi üçün 3.000 manat pul lazım olduğunu bildirmişdir. Onlar hospitalın pulsuz olduğunu bilsələr də, səhhətlərinə görə narahat olduqlarından həmin pulu verməyə razılaşmışlar. Həmin vaxt vəziyyətləri ağır olduğundan heç bir əlavə sual vermədən həmin pulu verməyə razı olduqlarını bildirmişlər. Həmin pulun kimə və ya kimlərə çatmalı olduğunu bilmirlər. Bu barədə nə Teymurazla, nə pulu alan şəxs Səraslanla, nə də pulu qaytaran şəxslə söhbətləri olmamışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində Şahid4 da Şahid5 göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında 07 avqust 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından fakta görə CM-nin 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə başqa cinayət işi ayrılmış və ibtidai istintaq aparılması üçün icraatına qəbul edilmişdir (i.v. 1- 3); cinayət işinin başlanılması haqqında 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə cinayət işi başlanmışdır (i.v. 6); cinayət işinin icraata qəbul edilməsi haqqında 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraatına qəbul edilərək istintaqı aparılmışdır (i.v. 7-8); telefona baxış keçirilməsi barədə 15 may 2021-ci il tarixli protokoldan görünür ki, X9 istifadəsində olmuş “Honor 8X” markalı, JSN-L21 modelli mobil telefon aparatına və onun yaddaş kartına baxış keçirilmişdir (i.v. 37-38); "xxxx" MMC tərəfindən təqdim olunmuş 19 ədəd ciddi hesab blankı mədaxil qəbzi və 121 ədəd ödəniş qəbzinin siyahısı əks olunmuş cədvəldən görünür ki, Şahid4 və Şahid5 10.04.2021-ci il tarixdə 300 manat məbləğində ödəniş etməklə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən FHN-nin X12 yerləşdirilmişlər (i.v. 49-52); 01 iyul 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə "xxxx" QSC arasında inzibati işlərin və digər xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır (i.v. 141-144); 31 oktyabr 2020-ci il tarixli TM-1150 nömrəli əmrin və müqavilənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən Reabilitasiya mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır (i.v. 154-160); 25 iyun 2021-ci il tarixli TM-3362/X nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir (i.v. 161); 13 avqust 2021-ci il tarixli TM-4117 nömrəli əmrin və müqavilənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən Reabilitasiya mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır (i.v. 162-174); Fövqəladə Hallar Nazirliyinin X20 Hospitalı tərəfindən verilmiş 22.09.2021-ci il tarixli 048 saylı arayışdan görünür ki, Şahid4 həqiqətən də 10.04.2021-ci il tarixində FHN-nin X20 Tipli Hospitalının stasionar şöbəsinə “Covid-19 pozitiv” diaqnozu ilə daxil olmuş, 07.05.2021ci il tarixində “Sağalma” ilə evə yazılmışdır (i.v. 178); Fövqəladə Hallar Nazirliyinin X20 Hospitalı tərəfindən verilmiş 22.09.2021-ci il tarixli 049 saylı arayışdan görünür ki, Şahid5 həqiqətən də 10.04.2021-ci il tarixində FHN-nin X20 Tipli Hospitalının stasionar şöbəsinə “Covid-19 pozitiv” diaqnozu ilə daxil olmuş, 07.05.2021ci il tarixində “Sağalma” ilə evə yazılmışdır (i.v. 179); "xxxx" QSC-nin 22 sentyabr 2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs çalışdığı müddət ərzində heç bir pozuntuya yol verməmiş və iş yeri üzrə müsbət xarakterizə olmuşdur (i.v. 181); Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 901325 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 25.03.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X6r (i.v. 184); sübutların qiymətləndirilməsi haqqında 22 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.2ci maddələrindən həmin Məcəllənin 178.2.3, 308.2, 311.3.1, 311.3.2 və 32.4, 312.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmış, Şahid4 və Şahid5 barəsində CM-nin 312.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və onlar zərərçəkmiş şəxs qismində tanınmışlar, Şahid1 barəsində CM-nin 178, 32.4, 312.1ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, X18 və X7 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmiş, ********* nömrəli cinayət işindən fakta görə CM-non 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmış, iş üzrə şahid ifadələri, telefon məlumatlarına baxış protokolu sübut növü kimi qiymətləndirilmiş, 19 ədəd ciddi hesab blankı mədaxil qəbzi və 121 ədəd ödəniş qəbzinin siyahısı əks olunmuş cədvəl maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.185-204); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsiləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (i.v. 219-221); qətimkan tədbirinin seçilməsi haqqında 23 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 234-236); Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin 23.09.2021ci il tarixli, ********* nömrəli müraciətinə cavab məktubundan görünür ki, keçirilmiş tədbirlər zamanı mövcud informasiya resurslarında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 246). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Həmin Məcəllənin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi – beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 25.03.2013-cü il təvəllüdlü azyaşlı övladının olmasını (CM-59.1.4), tərəfindən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının təyin ediləcəyi təqdirdə Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədləri təmin olunacağından onun barəsində məhz cərimə cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyalarında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - 19 ədəd ciddi hesab blankı mədaxil qəbzinin və 121 ədəd ödəniş qəbzinin siyahısı əks olunmuş cədvəlin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347,349,351- 353,356,358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsili bilinsin və ona 4000 (dörd min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5000 (beş min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş az ciddi cəza daha ciddi cəza ilə əhatə olunmaqla Təqsirləndirilən şəxs qəti olaraq 5000 (beş min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - 19 ədəd ciddi hesab blankı mədaxil qəbzinin və 121 ədəd ödəniş qəbzinin siyahısı əks olunmuş cədvəlin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar