Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-452/2025 24.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Şahid, müdafiəçi – Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xırdalan şəhəri, Quşçuluq massivi nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penilensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda yəni, ümumilikdə 21.799.92 (iyirmi bir min yeddi yüz doxsan doqquz manat doxsan iki qəpik) manat ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə 21 iyun 2025-ci il tarixdə saat 03:55də ünvan 2 ünvanında "xxxx" MMC-yə məxsus “Elite Optimal” elektronik məişət əşyalarının satışı mağazasının şüşəli plastik giriş qapısını təpiklə vurub açaraq mağazaya qanunsuz daxil olaraq oradan satış qiyməti 2.499.99 manat olan 01 ədəd “İphone 15 plus 256GB Blue MU 1F3HX/A” markalı, imei 1-**********61887 imei, 2-**********82406 kodlu; satış qiyməti 2099.99 manat olan 01 ədəd “İphone 15 128GB Green MTP53HX/A” markalı, imei 1- **********29298, İmei 2-**********61089 kodlu; satış qiyməti 2299.99 manat olan 01 ədəd “İphone 16 128GB White MYE93HX/A” markalı, imei 1- **********36544, imei 2- **********67258 kodlu; salış qiyməti 3.349.59 manat olan 01 ədəd “İphone 16 Pro Max 256GB Black Titan AE.MYWG3J/A” markalı, imei 1-**********50625, imei 2-**********74623, imei 2-**********74623 kodlu; satış qiyməti 3.349.99 manat olan 01 ədəd “İphone 16 Pro Max 256GB Natural Titan MYWY3HX/A” markalı, imei 1-**********75891, imei 2- **********09920 kodlu; satış qiyməti 2.899.99 manat olan 01 ədəd “İphone 16 Pro 128GB Black Titan MYND3HX/A“ markalı, imei 1-**********80062, imei 2-**********22069 kodlu; satış qiyməti 2.899.99 manat olan 01 ədəd “İphone 16 Pro 128GB Black Titan MYND3HX/A” markalı, imei 1- **********18696, imei 2-**********07605 kodlu; satış qiyməti 2.399.99 manat olan 01 ədəd “İphone 16 Plus 128GB Teal MXVY3HX/A” markalı, imei 1- **********31727, imei 2- **********44295 kodlu mobil telefon cihazlarını gizli olaraq talamaqla zərərçəkmiş şəxs "xxxx" MMC-yə cəmi 21.799.92 (iyirmi bir min yeddi yüz doxsan doqquz manat doxsan iki qəpik) manat xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında, ifadənin yerində yoxlanılması haqqında, axtarış və götürmə haqqında, əşyanın tanımaya təqdim edilməsi haqqında istintaq hərəkəti protokolları və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xırdalan şəhəri, Quşçuluq massivi nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə kirayə yaşayır. Evlidir, 2 azyaşlı övladı var, əvvəllər məhkum olunmuşdur, işsizdir. 08 iyun 2024-cü il tarixdə cəza çəkmə müəssisəsindən azad edilmişdir. Maddi vəziyyəti yaxşı olmadığından 20 iyun 2025-ci ¡1 tarixdə gecə saatlarında oğurluq edib gəlir əldə etmək qərarına gəlmiş və yaşadığı ünvandan çıxıb Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Əhmədli” stansiyasına gəlmişdir. Həmin ərazidə oğurluq etməsi üçün münasib obyekt axtarmaq məqsədilə piyada gəzinməyə başlamışdır. Həmin tarixdə saat 03 radələrində Xətai rayonu M.Hadi küçəsində yerləşən "Elite Optimal" mağazasına şüşə pəncərələrindən içərisinə baxmışdır. Bundan əvvəl digər mağazalara da baxdığı üçün oraya daxil olmağın daha rahat ola biləcəyini görünmüşdür. Belə ki, dəyərli mobil cihazlar mağazanın giriş qapısına yaxın məsafədə imiş. Lakin, həmin vaxt sözü gedən mağazada oğurluq etməyə hər hansı bir cəhd etməyərək, növbəti gün gecə saatlarında oradan oğurluq edəcəyini qərarlaşdırmışdır. 21 iyun 2025-ci il tarixdə saat 02 radələrində yaşadığı Xırdalan şəhərindən Bakı şəhəri ərazisində yerləşən metronun "20 Yanvar" stansiyasına manatlıq taksi ilə gəlmiş, metrostansiyanın yaxınlığında adını xatırlamadığı aptekə daxil olub oradan oğurluq zamanı tanınmamaq, iz buraxmamaqdan ötrü 01 ədəd tibbi maska və 01 cüt tibbi əlcək alıb manatlıq taksiyə əyləşərək Xətai rayonu ərazisində yerləşən metronun "Əhmədli” stansiyasına gəlmişdir. Orada taksidən düşüb piyada gedərək “Ukrayna dairəsi" adlanan əraziyə, yəni Xətai rayonu, M.Hadi küçəsində yerləşən "Elit Optimal" adlı elektrik məişət əşyalarının satışı mağazasının qarşısına çatmışdır. Tanınmaması üçün aldığı tibbi maskanı üzümə taxmış, hadisə yerində əl izləri qalması üçün tibbi əlcəyi əllərinə geyinmişdir. Mağazaya yaxınlaşmamış yolun kənarından əlinə mağazanın qapısını sındırmaqdan ötrü daş parçası götürmüşdür. Saat 03.50-də ünvan 2 ünvanında yerləşən “Elite Optimal” mağazanın şüşədən olan giriş qapısına yaxınlaşmış, əlindəki daş parçası ilə qapıya vursada qapı açılmamışdır. Bundan sonra əlləri və bədəni ilə güc verib qapını sındırıb açmağa çalışmışdır. Nəticə olmadığını görüb sağ ayağı ilə giriş qapısının alt hissəsindən təpiklə vurub qapının bir tayını sındıraraq içəri daxil olmuşdur. Həmin anda mağazadan siqnal səsləri gəldiyi üçün tələsik qapıya yaxın yerdən baha dəyərdə olan “Apple İphone” markalı mobil cihazlar yerləşən vitrinə yaxınlaşmışdır. Vitrində olan 08 (səkkiz) ədəd “İphone” markalı mobil telefon cihazlarını naqillərindən qoparıb əllərinə yığıb mağazadan çıxan kimi sol tərəf istiqamətdə qaçmağa başlamışdır. Qaçarkən oğurladığı mobil telefonları cibində gətirdiyi sellofan torbaya yığmağa başlamışdır. Bir qədər uzaqlaşdıqdan sonra “Al Market" adlı mağazanın yaxınlığında dayanıb “Bolt Taxi” mobil tətbiqi ilə taksi sifariş verib sifarişi əsasında olduğu yerə yaxınlaşan dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli “Chevrolet Cobalt” markalı avtomobillə Yasamal rayonu Yeni Yasamal qəsəbəsindəki 77 nömrəli avtobusun son dayanacağına qədər getmişdir. Həmin taksi ilə gedərkən sellofan torbaya yığdığı oğurladığı mobil telefonları saydıqda cəmi 05 ədəd “İphone” markalı mobil cihazlar olduğunu görmüş, torbaya yığan zaman 03 ədədinin əlindən yerə düşürdüyünü düşünmüşdür. Lakin, həmin an qaçdığından və həyəcanlı olduğundan 03 ədəd cihazları əlindən yerə düşürdüyünü hiss etməmişdir. Yeni Yasamal qəsəbəsi ərazisində çatdıqda izini itirməkdən ötrü yoldan keçən markasını, rəngini və dövlət qeydiyyat nişanını xatırlamadığı başqa bir taksi saxladıb metronun "20 Yanvar" stansiyasının yaxınlığına getmiş, oradan da marka və dövlət qeydiyyat nişanını xatırlamadığı başqa bir manatlıq taksiyə əyləşib yaşadığı ünvana getmiş və səhərə yaxın evinə çatmışdır. Bir neçə saat sonra isə yaşadığı ünvanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 36-cı PŞ-nə gətirilmiş və orada törətdiyi əməlini etiraf etməklə oğurladığı mobil telefon cihazları təhqiqata təqdim etmişdir. Törətdiyi əməldən səmimi peşmandır, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2018-ci ildən etibarən "xxxx" MMC-də, 2022-ci ildən isə Zərərçəkmiş şəxs MMC-də işləyir. 10 aprel 2025-ci il tarixdən isə Zərərçəkmiş şəxs MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən mağaza filialının direktoru, yəni meneceri kimi xidmət göstərir. 21 iyun 2025-cü il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən mağaza filialından oğurluq olduğunu öyrənmişdir. Mağazaya gəldikdə giriş qapısının sındırılmaqla içəridəki vitrin masasından olan 08 ədəd birinci əl “Apple İphone” markalı mobil telefonların oğurlandığını öyrənmiş baş vermiş hadisə barədə şirkətin təhlükəsizlik departamentinə, daha sonra isə DİN-in 102 xidmətinə məlumat vermişdir. Mağazaya baxış keçirdikdə vitrinindən yeni vəziyyətdə 01 ədəd satış qiyməti 2.499.99 manat olan “İphone 15 plus 256GB Blue MU1F3HX/A” markalı, 01 ədəd satış qiyməti 2099.99 manat olan “İphone 15 128GB Green MTP53HX/A” markalı, 01 ədəd satış qiyməti 2.299.99 manat olan “İphone 16 128GB White MYE93HX/A” markalı, 01 ədəd satış qiyməti 3.349.99 manat olan “İphone 16 Pro Max 256GB Black Titan AE.MYWG3J/A” markalı, 01 ədəd satış qiyməti 3.349.99 manat olan “İphone 16 Pro Max 256GB Natural Titan MYWY3HX/A” markalı, 01 ədəd satış qiyməti 2.899.99 manat olan “İphone 16 Pro 128GB Black Titan MYND3HX/A” markalı, 01 ədəd salış qiyməti 2.899.99 manat olan “İphone 16 Pro 128GB Black Titan MYND3HX/A” və 01 ədəd satış qiyməti 2.399.99 manat olan “İphone 16 Plus 128GB Teal MXVY3HX/A” markalı mobil telefon cihazlarının oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində şirkətə ümumilikdə 21.799.92 (iyirmi bir min veddi yüz doxsan doqquz manat doxsan iki qəpik) manat maddi ziyan dəymişdir. Hadisə ilə bağlı DİN-in 102 xidmətinə məlumat verərkən mağazadan 9-10 ədəd “İphone” markalı mobil telefonların oğurlandığını bildirsə də sonradan yoxladıqda cəmi 08 ədəd ədəd “Apple İphone’' markalı mobil cihazların oğurlandığını müəyyən etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 01); Şahid 21 iyun 2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 03:56-da "xxxx" MMC-yə məxsus, ünvan 5 ünvanında yerləşən "Elite Optimal" elektrik malları mağazasından hər biri 2800 manat olan 2 ədəd "İphone 16 pro" (128 mb) markalı, hər biri 3350 manat olan ədəd "İphone 16 pro max" (256 mb) markalı, ədəd 2300 manat dəyərində "İphone 16" (128 mb) markalı, ədəd 2400 manat dəyərində "İphone 16+" (128 mb) markalı, ədəd 2100 manat dəyərində "İphone 15" (128 mb) markalı və 1 ədəd 2500 manat dəyərində "İphone 15 +" (256 MB) markalı mobil telefon naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir.(i.v 5) 21 iyun 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 5 yerləşən "Elite Optimal" elektrik malları mağazasına Şahid, hal şahidləri Şahid Rabil oğlunun və X2 iştirakları ilə hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.(i.v.7-9); 22 iyun 2025-ci il tarixli könüllü təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq təhqiqata 01 ədəd “İphone 15 plus 256GB Blue MU1E3HX/A” markalı imei 1-**********61887 imei, 2-**********82406 kodlu; 01 ədəd “İphone 15 128GB Green MTP53HX/A” markalı, imei 1-**********29298, İmei 2- **********61089 kodlu, 01 ədəd “İphone 16 128GB White MYE93HX/A” markalı, imei 1- **********36544, imei 2- **********67258 kodlu, 01 ədəd “İphone 16 Pro 128GB Black Titan MYND3HX/A” markalı, imei 1-**********80062, imei 2-**********22069 kodlu, 01 ədəd “İphone 16 Plus 128GB Teal MXVY3İİX/A” markalı imei 1-**********31727, imei 2- **********44295 kodlu -cəmi 05 ədəd mobil telefon cihazları təqdim edərək 21 iyun 2025-ci il tarixdə saat 03:50 radələrində ünvan 2 ünvanında yerləşən “Elite Optimal” mağazanın şüşədən olan giriş qapısına güc tətbiq edərək sındırmaqla içəri daxil olub “Apple İphone” markalı mobil cihazlar yerləşən vitrindən 08 (səkkiz) ədəd “İphone” markalı mobil cihazları naqillərindən qoparıb əllərinə yığıb mağazadan qaçaraq çıxdıqdan sonra həmin mobil telefonların 03 ədədini yolda itirdiyini, qalan 05 ədədini könüllü olaraq təqdim etmək isidiyini bildirmiş, təqdim edilən 05 ədəd 01 ədəd mobil telefon cihazları maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür.(i.v.13-15); Hüquqi şəxsi zərərçəkmiş şəxs qismində tanımaq haqqında 22 iyun 2025-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs Zərərçəkmiş şəxs MMC ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, Şahid zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tanınmışdır.(i.v. 34-36); 22 iyun 2025-ci il tarixli götürmə aparılması haqqında qərardan görünür ki, zərərçəkmiş hüquqi şəxs «ELİT.EO" MMC-nin nümayəndəsi Şahid istintaqa təqdim etdiyi 21 iyun 2025-ci il tarixdə saat 03:55-də ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus "Elite Optimal" elektronik məişət əşyalarının satışı mağazasında baş vermiş oğurluq hadisəsinin mağazada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı görüntülərinin olduğunu 01 ədəd DVD-R diski cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən götürülərək cinayət işinə əlavə edilmişdir.(i.v.42-43); Təqdim etmə və baxış keçirilməsi barədə 22 iyun 2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş hüquqi şəxs «ELİT.EO" MMC-nin nümayəndəsi Şahid təqdim etdiyi 21 iyun 2025-ci il tarixdə saat 03:55-də ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus "Elite Optimal" elektronik məişət əşyalarının satışı mağazasında baş vermiş oğurluq hadisəsinin mağazada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı görüntülərinin olduğunu 01 ədəd DVD-R diskidir. Həmin "DVD-R" disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür.(i.v.45-46) Şübhəli şəxsin tutulması haqqında 22 iyun 2025-ci il tarixli protokolda görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 22 iyun 2025-ci il tarixdə, saat 13:25-də Xətai RPİ-də tutulmuşdur (i.v.61-62); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.(24 iyun 2025-ci il, saat 09:10)(i.v.75-76) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(011)-354/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 97-100); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1, 69.3-cü maddəsinə əsasən təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasına, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Rsespublikası CM-nin 177.2.3, 69.3-cü maddəsinə əsasən 02 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Abşeron Rayon Məhkəməsinin 29,177.2.3-cü, 67.1, 68.1-ci maddələrinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 06 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.(i.v 111-112) Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-514/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin məcəllənin 67.1-ci maddəsinə əsasən hazırkı höküm ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan qalan 02 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşidirilməsi, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabət tutulmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümum rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanması höküm olunmuşdur.(i.v 114-120) Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2025-ci il təvəllüdlü X3 adlı övladları vardır (i.v. 125-128); Təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanılması haqqında 28 avqust 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2025-ci il tarixdə saat 18:40 radələrində təkrarən həmin ünvana gətirilmiş və o, mağazaya piyada gələrkən tanınmaqdan ötrü tibbi maskanı üzünə taxdığını və əl izləri qalmasından ötrü tibb əlcəyi geyindiyini, mağazaya yaxınlaşmamış yolun kənarından mağazanın qapısını sındırmaqdan ötrü əlinə daş parçası götürdüyünü, saat 03.50-də "Elite Optimal" mağazasının şüşədən olan giriş qapısına yaxınlaşdığını, əlindəki daş parçası ilə qapıya vurduqda açılmadığını gördüyünü, bundan sonra iki əli və bədəni ilə güc verib qapını sındırıb açmağa çalışdığını, nəticə olmadığını görüb sağ ayağı ilə qapının alt hissəsindən təpiklə vurub qapının bir tayını sındıraraq içəri daxil olduğunu, həmin vaxt mağazadan siqnal səsləri gəldiyi üçün tələsərək qapıya yaxın yerdən baha dəyərdə olan "Apple İphone" markalı mobil cihazlar yerləşən vitrin masasına yaxınlaşdığını və həmin dəyirmi olan 08 (səkkiz) ədəd "İphone" markalı mobil cihazları naqillərindən qoparıb əllərinə yığaraq mağazadan qaçıb çıxdığını bildirmişdir. (i.v 133-135) DVD diskə baxış haqqında 28 avqust 2025-ci il tarixli protokolundan görünür ki, «ELİT.EO” MMC-nin nümayəndəsi Şahid istintaqa təqdim etdiyi 01 ədəd DVD-R formatlı diskə baxış keçirilmiş və baxış zamanı başında açıq qəhvəyi rəngli papaq, ağzında tibbi maska, əllərində əlcək, əynində sarı rəngli küləklik, tünd göy rəngli cins şalvar və qara rəngli ayaqqabı, orta bədən quruluşlu kişi cinsindən olan şəxsin sağ ayağı ilə ünvan 2 ünvanında yerləşən “Elite Optimal” adlı mağazanın şüşədən olan giriş qapının alt hissəsindən təpiklə vurub qapının bir tayını sındıraraq içəri daxil olduğu, daxil olduqdan sonra salondakı dəyirmi vitrin masasının üzərində olan 08 ədəd mobil telefon cihazlarını bağlandıqları elektrik cərəyanından çıxarıb əllərinə yığmaqla qaçaraq giriş qapısından çıxması görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntülərdəki başında açıq qəhvəyi rəngli papaq, ağzında tibbi maska, əllərində əlcək, əynində sarı rəngli küləklik, tünd göy rəngli cins şalvar və qara rəngli ayaqqabı, orta bədən quruluşlu şəxsin həqiqətəndə özü olduğunu, həqiqətəndə 21 iyun 2025-ci il tarixdə saat 04 radələrində ünvan 2 ünvanında yerləşən “Elite Optimal” elektronik əşyalarının mağazasına giriş qapısını təpiklə vurub açaraq satış zalına daxil olaraq orada dəyirmi vitrin masasından 08 ədəd “İphone” markalı mobil telefonları oğurlayaraq qaçdığını bildirmişdir. (i.v 136) 28 avqust 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılsın və barəsində Xətai rayon məhkəməsinin hakimi X1 qərarı ilə 03 (üç) ay müddətinə seçilmiş həbs növündə qətimkan tədbirinin qüvvədə olduğu nəzərə alınması, "ELİT.EO” MMC-nin zərərçəkmiş hüquqi şəxs, ünvan 2 ünvanında yerləşən "Elit Optimal” mağazasının direktoru (menecer) Şahid iş üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınması barədə qərar öz qüvvəsində saxlanılması, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə dəymiş maddi zərər cəmi 21.799.92 (iyirmi bir min yeddi yüz doxsan doqquz manat doxsan iki qəpik) manat hesab edilsin, cəmi dəyəri 12.199, 95 manat olan 05 ədəd mobil telefin cihazlarının zərərçəkmiş şəxsə qaytarılacağı nəzərə alınmaqla (dəymiş zərərin 12.199, 95 (on iki min yüz doxsan doqquz manat, 95 qəpik) manatının zərərçəkmiş şəxsə ödənildiyi hesab edilsin, qalan 03 ədəd mobil telefon cihazlarını dəyəri olan - 9.599,97 (doqquz min doxsan doqquz manat 97 qəpik) manatın ödənilmədiyi nəzərə alınması, iş üzrə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etirafedici ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, "hadisə yerinə baxış keçirilməsi" haqqında protokol, baxış keçirmə və götürmə protokolu, diskə baxış protokolu, ifadənin yerində yoxlanması haqqında protokol işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilsin və cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs 22 iyun 2025-ci il tarixdə təhqiqata könüllü təqdim etdiyi 01 ədəd "İphone 15 plus 256GB Blue MUİF3HX/A" markalı imei 1- **********61887 imei, 2-**********82406 kodlu; 01 ədəd “İphone 15 128GB Green MTP53HX/A" markalı, imei 1-**********29298, İmei 2-**********61089 kodlu, 01 ədəd "İphone 16 128GB White MYE93HX/A" markalı, imei 1- **********36544, imei 2- **********67258 kodlu, 01 ədəd “İphone 16 Pro 128GB Black Titan MYND3HX/A" markalı, imei 1-**********80062, imei 2- **********22069 kodlu, 01 ədəd "İphone 16 Plus 128GB Teal MXVY3HX/A" markalı imei 1- **********31727, imei 2-**********44295 kodlu cəmi 05 ədəd mobil telefon cihazları cihazları maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün iş üzrə maddi sübut olaraq tanınması və təqsirləndirilən şəxs cinayət işinin materiallan etdiyini zərçəkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılması, Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Şahid tərəfindən istintaqa təqdim edilmiş ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus "Elite Optimal" elektronik məişət əşyalarının satışı mağazasında mövcud video müşahidə kamerlarından götürülmüş video məlumatlar olan diskə baxış keçirilməsi haqqında protokol sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınsın və istintaq materiallarına əlavə edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs hadisə yerindən qaçarkən düzürdüyü bildirdiyi cəmi 03 ədəd olmaqla, satış qiyməti 3.349.99 manat olan 01 ədəd "İphone 16 Pro Max 256GB Black Titan AE.MYWG3J/A" markalı, imei 1- **********50625, imei 2-**********74623 kodlu, satış qiyməti 3.349.99 manat olan 01 ədəd “İphone 16 Pro Max 256GB Natural Titan MYWY3HX/A" markalı, imei 1-**********75891, imei 2-**********09920 kodlu, satış qiyməti 2.899.99 manat olan 01 ədəd "İphone 16 Pro 128GB Black Titan MYND3HX/A" markalı, imei 1-**********18696, imei 2-**********07605 kodlu ümumi dəyərləri - 9.599,97 ( doqquz min beş yüz doxsan doqquz manat 97 qəpik) manat təşkil edən mobil telefon cihazların aşkar edilməsi mümkün olmadığını nəzərə alaraq həmin xüsusat üzrə cinayət işindən material ayrılsın və əməliyyat tədbirlərinin davam etdirilməsi üçün Xətai RPİ-nin 36-cı PŞ-nə göndərilməsi, qərarın surəti nəzarət üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır. (i.v 137-145) Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Şahid məhkəməyə təqdim etmiş olduğu mülki iddia ərizəsindən görünür ki, onlara vurulmuş zərərin əvəzi olaraq 9.599 manat 97 qəpik pul və dövlət rüsumu kimi ödədiyi 116 manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq xeyli miqdarda talama – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2.-ci cü maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması (CM 59.1.4), vurulmuş zərərin qismən ödənilməsi (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)- 514/2022 saylı hökmü ilə təyin edilmiş cəzasından şərti olaraq vaxtından əvvəl azad edildiyi xx.xx.2024-cü il tarixdən 02 il müddət keçmədən yenidən cinayət törətdiyindən o əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs hesab edilməli və məhkumluğunun ödənilməməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran cinayətin residivi (CM61.1.1)müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırllaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.4.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və dərhal məhkəmə iclas zalından həbs edilməli, iş üzrə maddi sübut – 01 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılmalıdır. (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC tərəfindən Təqsirləndirilən şəxs vurduğu zərərə görə mülki cavabdeh kimi tanınması və ona vurulmuş maddi zərərə görə 9599 manat 97 qəpik pul və dövlət rüsumu kimi ödədiyi 116 manat pulun tutularaq ona ödənilməsi barədə mülki iddiası dövlət rüsumunun ödənilməsi barədə qəbz məhkəməyə təqdim edilmədiyindən hazırkı mərhələdə baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxsə mülki qaydada iddia vermək hüququ izah edilməlidir. İş üzrə müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 22 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 05 ədəd mobil telefon cihazının zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınsın. Maddi sübut - "Elite Optimal" elektronik məişət əşyalarının satışı mağazasında mövcud video müşahidə kamerlarından götürülmüş video məlumatlar olan 01 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC tərəfindən Təqsirləndirilən şəxs vurduğu zərərə görə mülki cavabdeh kimi tanınması və ona vurulmuş maddi zərərə görə 9599 manat 97 qəpik pul və dövlət rüsumu kimi ödədiyi 116 manat pulun tutularaq ona ödənilməsi barədə mülki iddiası dövlət rüsumunun ödənilməsi barədə qəbz məhkəməyə təqdim edilmədiyindən hazırkı mərhələdə baxılmamış saxlanılsın və zərərçəkmiş şəxsə mülki qaydada iddia vermək hüququ izah edilsin. Təqsirləndirilən şəxs 20 (iyirmi) saat ərzində hüquqi yardım göstərdiyinə görə Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-452/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-452/2025
24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver