Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-454/2021 04.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi ev 12 mənzil 25-də qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu E.Mehdiyev küçəsi döngə 4 ev 12-də yaşamış, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzaibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, yaşayış sahəsinə qanunsuz daxil olaraq qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 iyun 2021-ci il tarixdə saat 13:16 radələrində Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsi 13A, 3 saylı mənzilin giriş qapısının qıfilını qırıb qanunsuz yaşayış sahəsinə daxil olaraq mənzilin yataq otağında yerləşən saxlanc yeri hesab edilən kamotun çəkəcəyindən Zərərçəkmiş şəxs məxsus 44 manat dəyərində 1 ədəd gümüşü rəngli, 11,05 qram kütləli, 925 əyarlı gümüşdən hazırlanmış, üzərində 1 ədəd yaşıl rəngli və çoxsaylı qara rəngli daşlar olan üzüyü, 203 manat dəyərində, 1 ədəd gümüşü rəngli, 2,39 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində rəngsiz, şəffaf qaşlar olan üzüyü, 4 manat dəyərində 1 cüt gümüşü rəngli, 2,53 qram kütləli, mis və sink əsaslı ərintidən hazırlanmış, üzərində rəngsiz, şəffaf qaşlar olan sırğanı, 8 manat dəyərində 1 ədəd, 20,82 qram kütləli, titan, xrom və dəmir əsaslı ərintidən hazırlanmış, üzərində ərəb və ya fars dilində yazılar olan, gümüşü və sarı rənglərlə kombinə olunmuş kulonlu boyunbağını, 150 manat dəyərində, 1 ədəd, 1,77 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində “Aylin” yazısı və müxtəlif rəngli qaşlar olan, qırmızımtıl-sarı rəngli qolbağı, 60 manat nağd pulu, dolabdan 35 manat dəyərində 1 ədəd istifadədə olmuş, “Stefano Ricci” yazıları olan, qara rəngli, ön hissəsi zəncirbəndlə (zamok) açılıb-bağlanan, iki yan cibli, süni dəri materiallı kişi gödəkçəsini, 10 manat dəyərində 1 ədəd istifadədə olmuş, qara rəngli üzərində “Adidas” yazıları olan sport çantasını, 12 manat dəyərində 1 ədəd istifadədə olmuş, sarı rəngli üzərində “İXA” yazıları olan əl çantasını, 10 manat dəyərində 1 ədəd istifadədə olmuş, qara rəngli sünii dəri materiallı olan balaca əl çantasını, 6 manat dəyərində 1 ədəd istifadədə olmuş, ağgümüşü rəngli, “Kernei” markalı üz qırxan aparatı və 1 ədəd qara rəngli adaptorunu, 8 manat dəyərində 1 ədəd istifadədə olmuş, “Gernei” markalı, GM-589 modelli üz qırxan aparatı 1 ədəd cərəyan qidalandırıcı ilə birlikdə, 11 manat dəyərində 1 ədəd istifadədə olmuş, qırmızı-ağ rəngli, üzərində “İnfrared massanfer” yazıları olan massaj aparatını, 13 manat dəyərində 1 ədəd istifadədə olmuş, qara rəngli, “A4TECH” markalı personal kompyuter üçün nəzərdə tutulmuş kameranı, 60 manat dəyərində 1 ədəd istifadədə olmuş, qara rəngli “Olympus” markalı “VG-120” modelli fotoaparatı, 5 manat dəyərində 1 ədəd istifadədə olmuş, qəhvəyi rəngli bel kəmərini, 4 manat dəyərində, ümumilikdə 8 manat olmaqla 2 ədəd istifadədə olmuş, qara rəngli bel kəmərlərini, 300 manat dəyərində 1 ədəd istifadədə olmuş, qara rəngli «HP» markalı notbuku, 13 manat dəyərində 1 ədəd istifadədə olmuş, qara rəngli “HP” markalı notbuk üçün nəzərdə tutulmuş cərəyan qidalandırıcını, mətbəxtdə yerləşən dolabdan 1,50 qəpik dəyərində 1 ədəd istifadədə olmuş ağ rəngli üzərində “X5” markalı yapışdırıcı aləti, 2 manat dəyərində 1 ədəd istifadədə olmuş qara rəngli fanarı, 0,50 qəpik dəyərində 1 ədəd istifadədə olmuş, göy rəngli vint açanı, 0,60 qəpik dəyərində 1 ədəd istifadədə olmuş yaşıl rəngli vint açanı, 0,50 çəpik dəyərində 1 ədəd istifadədə olmuş narıncı rəngli vint açanı, 0,60 qəpik dəyərində 1 ədəd istifadədə olmuş, göy rəngli vint açanı, 0,60 qəpik dəyərində 1 ədəd istifadədə olmuş narıncı rəngli vint açanı, 0,50 qəpik dəyərində 1 ədəd istifadədə olmuş qırmızı rəngli vint açanı, 0,40 qəpik dəyərində 1 ədəd istifadədə olmuş ağ rəngli vint açanı, 5 manat dəyərində 1 ədəd istifadədə olmuş qırmızı-qara rəngli kəlbətini, 3 manat dəyərində 1 ədəd istifadədə olmuş çəkici, 3 manat dəyərində 1 ədəd istifadədə olmuş sarı rəngli üzərində “Garadağlı Tools 5X16FT” yazdarı olan metrəni, 0,40 qəpik dəyərində 1 ədəd istifadədə olmuş qırmızı rəngli rezakı, 0,50 qəpik dəyərində 1 ədəd istifadədə olmuş gümüşü rəngli rezakı, 0,90 qəpik dəyərində 1 ədəd istifadədə olmuş qara rəngli cərəyan yoxlayanı, 0,70 qəpik dəyərində 1 ədəd istifadədə olmuş qırmızı rəngli cərəyan yoxlayanı gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 980 manat 70 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin ifadələri, videogörüntü, maddi sübutların götürülməsi protokolu, ekspertiza rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xəstəliyi ilə bağlı müailcə aldığı üçün heç bir yerdə işləməmişdir. 29 iyun 2021-cı il tarixdə təxminən saat 13 radələrində o, Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsində yerləşən «Kapital Bank» dan türmədən çıxmağı ilə bağlı pulunu almağa gəlmişdir. Həmin vaxt bankın qarşısında növbə olduğundan o, növbəni tutub səkinin üzərində oturaraq gözləməyə başlamışdır. Oturduğu yerlə üzbəüz olan Sarayevo küçəsi 13A ünvanında yerləşən binaya baxıb oradan oğurluq etmək qərarına gəlmişdir. O, ayağa qalxıb binaya yaxınlaşmış, binanın blokuna daxil olmuş və mərtəbələri pilləkənlərlə qalxaraq bir-bir qapılara baxıb oğurluq etmək üçün münasib mənzil axtarmışdır. 2-ci mərtəbədə yerləşən 3 saylı mənzilin giriş qapısının arasında işıq qəbzinin olduğunu, heç kimin həmin qəbzi götürmədiyini görüb, həmin mənzildə ev sahibinin olmamasını başa düşmüşdür. O, həmin qapıya yaxınlaşmış, ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra cibində saxladığı kiçik dəmir parçasını 3 saylı mənzilin giriş qapısının kilitinə salıb o tərəfə, bu tərəfə fırlatmağa başlamışdır. Həmin vaxt kilit açılmış və o, qapını açıb içəri daxil olmuşdur. Mənzildən qızıl zinyət əşyaları, 60 manat nəğd pulu və digər əşyaları oğurlayıb mənzildən tapdığı qara rəngli iri idman çantasına yığmış, evə daxil olduğu giriş qapısından çıxıb oradan uzaqlaşmışdır. 31.07.2021-ci il tarixdə özü könüllü Xətai RPİ-nin 34- cü PŞ-nə gələrək təslim olmuş, etdiyi oğurluq cinayət əməlini səmimi etiraf etmiş və oğurluq etdiyi əşyaları könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkən şəxslə barışdığını, zərəri ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsi ev 13A mənzil 3-də ailəsi və valideynləri ilə birlikdə yaşayır. 26 iyun 2021-ci il tarixdə valideynləri və ailəsi istirahət etmək üçün Lənkəran şəhərinə getmiş, o, isə evdə tək qalmışdır. 29 iyun 2021-ci il tarixdə saat təxminən 10-11 radələrində işləri ilə əlaqədar evdən çıxmış, saat təxminən 17:50 radələrində işlərini bitirib evə qayıtmışdır. O, açarı evin giriş qapısını açmaq üçün saldıqda açar yerində fırlanmış və qapının dəstəyini tutduqda qapı açılmışdır. O, evə daxil olmuş və evin əşyalarının dağınıq vəziyyətdə olduğunu görmüş, evdən oğurluq olduğunu başa düşmüşdür. DİN-nin 102 xidmətinə zəng vuraraq yaşadığı evdən oğurluq olması barədə məlumat vermişdir. Təxminən bir qədər keçmiş hadisə yerinə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları gəlmişlər və hadisəni sənədləşdirmişlər. Bundan sonra o, evə baxış keçirmiş və ona məlum olmuşdur ki, yataq otağında yerləşən kamotun çəkəcəyindən bir ədəd üzərində dua yazılmış klonu olan boyunbağı, bir ədəd üzərində «Aylin» yazısı olan sünbül şəkilli bilərzik, bir ədəd üzərində qaşları olan qadın üzüyü, bir cüt yarpaq şəkilli sırğaları, 60 manat nəğd pulu, dolabdan 01 ədəd «Stefano Ric» markalı dəri gödəkcə, 01 ədəd qara rəngli «Adıdas» markalı sport çantası, 01 ədəd sarı rəngli əl çantası, 01 ədəd qara rəngli balaca əl çantası, 02 ədəd «Kemei» markalı üz qırxan və 02 ədəd adaptorları, 01 ədəd qırmızı rəngli massaj aparatı, 01 ədəd «A4TECH» markalı personal kompyuter üçün kamera, 01 ədəd «Olympus» markalı fotoaparat, 03 ədəd bel kəməri, 01 ədəd nootboka məxsus adaptor, 01 ədəd yapışdırıcı alət, 01 ədəd fanar, 07 ədəd müxtəlif ölçülü vint açanlar, 01 ədəd kəlbətin, 01 ədəd çəkic, 02 ədəd «Garadağlı Tools» markalı 5XJ6FT metrə, 02 ədəd rezak və 02 ədəd cərəyan ölçmək üçün cihazlar və 01 ədəd «HP» markalı notbok oğurlanmışdır. Əşyaların bir hissəsi geri qaytarılmış, qalan hissəsinin isə dəyəri ödənilmişdir. Hazırda təqsirəndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 05 iyul 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); baxış keçirilməsi haqqında 29.06.2021-ci il tarixli protokolundan görünür ki, hadisənin baş verdiyi ünvan 1 ünvanına baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 5- 10); götürmə aparılması haqqında protokoldan görünür ki, oğurluq hadisəsini əks etdirən görüntülər 1 ədəd CD diskə köçürülərək götürülmüşdür (i.v. 12); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05.07.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 22); məktubdan görünür ki, əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanından oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (i.v. 22); təqsirini boynuna almaqla könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü PŞ-nə gələrək ünvan 1 ünvanından qızıl-zinət və məişət əşyalarını oğurladığını bildirmiş və həmin əşyaları təqdim etmişdir (i.v. 48); götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi qızılzinət və məişət əşyaları götürülmüşdür (i.v. 50); müayinə və analiz nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif xəstəliklərdən əziyyət çəkir (i.v. 58-67); ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir ( i.v. 68-74); maddi sübut kəsb edə biləcək əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə əşyalara baxış keçirilmiş, sonuncu 01 ədəd «Stefano Ric» markalı dəri gödəkcəni, 01 ədəd qara rəngli «Adidas» markalı sport çantanı, 01 ədəd sarı rəngli əl çantanı, 01 ədəd qara rəngli balaca əl çantanı, 02 ədəd «Kemei» markalı üz qırxanı və 02 ədəd adaptorları, 01 ədəd qırmızı rəngli massaj aparatını, 01 ədəd «A4TECH» markalı personal kompyuter üçün kameranı, 01 ədəd «Olympus» markalı fotoaparatı, 03 ədəd bel kəmərini, 01 ədəd nootboka məxsus adaptorunu, 01 ədəd yapışdırıcı aləti, 01 ədəd fanarı, 07 ədəd müxtəlif ölçülü vint açanları, 01 ədəd kəlbətini, 01 ədəd çəkici, 02 ədəd «Garadağlı Tools» markalı 5X16FT metrəni, 02 ədəd rezakı və 02 ədəd cərəyan ölçmək üçün cihazları, 01 ədəd üzərində dua yazılmış klonu olan boyunbağını, 01 ədəd üzərində «Aylin» yazısı olan sünbül şəkilli bilərziyi, 01 ədəd üzərində qaşları olan qadın üzüyünü, 01 cüt yarpaq şəkilli sırğaları və 01 ədəd üzərində yaşıl qaşı olan kişi üzüyünü tanıyaraq ünvan 1 ünvanından oğurlanan əşyalarının olduğunu bildirmişdir ( i.v. 75-78); şübhəli şəxsin tutulması haqqında 31 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdə saat 17-00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 87); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 02 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (i.v. 98-99); qətimkan tədbiri seçilməsi barədə 02 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, Xətai RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 115-116); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 07 sentyabr 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26 mart 2004-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin 04.02.2005-ci il tarixli qərarı ilə 05 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 07 fevral 2006-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.3.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317.2.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 10 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 20 iyul 2011ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317.2.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qərarı ilə əməli Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edimiş, Cinayət Məcəlləsinin 317.2.2-ci maddəsi Cinayət Məcəlləsinin 317.2.1-ci maddəsinə tövsif edimiş, cəzası 12 il 06 ay 21 gün müəyyən edilərək cəzasının sonu ilə azad edilmiş, Binəqədi Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 132-133); Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qərarından görünür ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 07 fevral 2006-cı il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hazırda qüvvədə olan normalarına uyğunlaşdırılmış, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edimiş, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təyin edilmiş 11 il müddətə azadlıqdan məhrum etmə cəzası 05 ilə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 10 il müddətə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılmış, təyin edilmiş cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317.2.1-ci maddəsi ilə ona təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılmış, Qaradağ Rayon Məhkəməsinin 20 iyul 2011-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hazırda qüvvədə olan normalarına uyğunlaşdırılmış, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Cinayət Məcəlləsinin 317.2.2-ci maddəsindən Cinayət Məcəlləsinin 317.2.1-ci maddəsinə tövsif edimiş, Cinayət Məcəlləsinin 317.2.2-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 ay müddətinə azaldılmış, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən birləşdirilməklə qəti olaraq Təqsirləndirilən şəxs üzərində 12 il 06 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəlinin 15 sentyabr 2005-ci il tarixdən hesablandığından təyin edilmiş cəzanı çəkib qurtardığından azad edilmişdir (i.v. 136-139); Binəqədi Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejmli cəza çəkmə müəssisəsində çəkməklə əvvəli 23 avqust 2018-ci il tarixdən hesablanmışdır (i.v. 140-150); 24.09.2021-ci il tarixli, 9/6241 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 209,70 (iki yüz doqquz manat, yetmiş qəpik) müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (i.v. 151-156); 01.10.2021-ci il tarixli, 6/3920-9/6359 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti - 11,05 qram kütləlı, 925 əyarlı gümüşdən hazırlanmış, üzərində 1 ədəd yaşıl rəngli və çoxsaylı qara rəngli daşlar olam gümüşü rəngli 1 ədəd üzük-44,00 manat; 2,39 qram kütləlı, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd üzük-203,00 manat; 2,53 qram kütləli, mis və sink əsaslı ərintidən hazırlanmış, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli sırğa cütü -4,00 manat; 20,82 qram kütləli, titan, xrom və dəmir əsaslı ərintidən hazırlanmış, üzərində ərəb və ya fars dilində yazılar olan, gümüşü və san rənglərlə kombinə olunmuş 1 ədəd kıılonlu boyunbağı- 8,00 manat; 1,77 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində “Aylın” yazısj və müxtəlif rəngli qaşlar olan, qırmızımtıl-sarı rəngli 1 ədəd qolbaq-150,00 manat müəyyən edilir (i.v. 158-163); maddi sübut kimi tanınma haqqında qərardan və qəbzdən görünür ki, 01 ədəd «Stefano Ric» markalı dəri gödəkcəni, 01 ədəd qara rəngli «Adidas» markalı sport çantanı, 01 ədəd sarı rəngli əl çantanı, 01 ədəd qara rəngli balaca əl çantanı, 02 ədəd «Kemei» markalı üz qırxanı və 02 ədəd adaptorları, 01 ədəd qırmızı rəngli massaj aparatını, 01 ədəd «A4TECH» markalı personal kompyuter üçün kameranı, 01 ədəd «Olympus» markalı fotoaparatı, 03 ədəd bel kəmərini, 01 ədəd nootboka məxsus adaptorunu, 01 ədəd yapışdırıcı aləti, 01 ədəd fanarı, 07 ədəd müxtəlif ölçülü vint açanları, 01 ədəd kəlbətini, 01 ədəd çəkici, 02 ədəd «Garadağlı Tools» markalı 5X16FT metrəni, 02 ədəd rezakı və 02 ədəd cərəyan ölçmək üçün cihazları, 01 ədəd üzərində dua yazılmış klonu olan boyunbağını, 01 ədəd üzərində «Aylin» yazısı olan sünbül şəkilli bilərziyi, 01 ədəd üzərində qaşları olan qadın üzüyünü, 01 cüt yarpaq şəkilli sırğaları və 01 ədəd üzərində yaşıl qaşı olan kişi üzüyü maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilmişdir (i.v. 170-173); sübutların qiymətləndirilməsi barədə 04 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan olunması, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə cinayət təqibinin rədd edilməsi, əşyaların maddi sübut kimi tanınması və saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilməsinin nəzərə alınması, 1 ədəd CD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, ifadələrin, görüntünün, ekspert rəylərinin sübut kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 174-182); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 05 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (i.v. 184-185); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdən görünür ki, bir nəfər kişi cinsli arıq bədən quruluşlu, başının ortası keçəl, üzü tüksüz, əynində açıq mavi rəngli uzunqol köynək, boz rəngli şalvar və ayağında qara rəngli çəkməsi olan şəxs binanın blokuna girərək pilləkənlərlə asta-asta ikinci mərtəbəyə qalxır, təxminən bir az keçmiş həmin şəxs əlində bir ədəd qara rəngli sport çantası və digər əlində bir ədəd qara rəngli sellofan torba ilə pilləkənlərlə birinci mərtəbəyə düşərək oradan uzaqlaşır. Təqsirləndirilən şəxs videogörünlülərdə olan şəxsin özü olduğunu bir daha təsdiq etmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6— 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, xəstəliyini (59.2), könüllü gəlib təqsirini boynuna almasını (CM 59.1.10), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (CM 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin təhlükəli residivi nəzərə alınmalı, şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübutlar - əşyaların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 03 (üç) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd «Stefano Ric» markalı dəri gödəkcənin, 01 ədəd qara rəngli «Adidas» markalı sport çantanın, 01 ədəd sarı rəngli əl çantanın, 01 ədəd qara rəngli balaca əl çantanın, 02 ədəd «Kemei» markalı üz qırxanın və 02 ədəd adaptorların, 01 ədəd qırmızı rəngli massaj aparatının, 01 ədəd «A4TECH» markalı personal kompyuter üçün kameranın, 01 ədəd «Olympus» markalı fotoaparatın, 03 ədəd bel kəmərinin, 01 ədəd nootboka məxsus adaptorun, 01 ədəd yapışdırıcı alətin, 01 ədəd fanarın, 07 ədəd müxtəlif ölçülü vint açanların, 01 ədəd kəlbətinin, 01 ədəd çəkicin, 02 ədəd «Garadağlı Tools» markalı 5X16FT metrənin, 02 ədəd rezakın və 02 ədəd cərəyan ölçmək üçün cihazların, 01 ədəd üzərində dua yazılmış klonu olan boyunbağının, 01 ədəd üzərində «Aylin» yazısı olan sünbül şəkilli bilərziyin, 01 ədəd üzərində qaşları olan qadın üzüyünün, 01 cüt yarpaq şəkilli sırğaların və 01 ədəd üzərində yaşıl qaşı olan kişi üzüyünü Zərərçəkmiş şəxsn oğluna qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-454/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-454/2021
04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver