Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-454/2024 20.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Abşeron Rayon Məhkəməsinin hökmü ilə xx.xx.2024-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün muddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək guya sonuncu uçün X3 hərracda əldə etdiyi "Chevrolet Malibu markalı avtomobili gətizdirəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görulməsi marağında olmadan bu məqsədlə 17 avqust 2020-ci il tarixdə ünvan 2 ünvanındakı atpekdə Zərərçəkmiş şəxs tərəfindən onun atası Şahid1 verilmiş 3.000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 5.100 manat pul vəsaitini sonuncu öz adından Təqsirləndirilən şəxs sifarişi ilə həmin tarixdə ünvan 3 ünvanında "Kapital bank MMC-nin "Zolotaya Korona" KoronaPay vasitəsi ilə ********* nömrəli köçürmə sənədi əsasında Omarı Mesablişvili adına 1.000 ABŞ dolları, Şahid1 tanışları X6 adından həmin tarixdə həmin ünvandan ********* nömrəli köçürmə sənədi əsasında Akaki Mesablişvili adına 1.000 ABŞ dolları və Şahid2 adından ********* nömrəli köçürmə sənədi əsasında Dimitri Asoev adına köçurulmuş 1.000 ABŞ dollarını və 2020-ci ilin avqust ayının sonunda Xətai rayonu, S.Orucov küçəsi 45 unvanının yaxınlığında onun göstərişi ilə Zərərçəkmiş şəxs tərəfindən istintaqla müəyyən edilməyən şəxs vasitəsi ilə verilmiş 2.300 ABŞ dolları, cami 5.300 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 9010 (doqquz min on) manat pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs Böyükağa oğluna ümumilikdə 5.300 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 9010 (doqquz min on) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildən Gürcüstan Respublikasında yaşayır və yaşadığı dövür ərzində Amerikadan hərracdan avtomobil sifarişlə alaraq satır. Həmin dövür ərzində İradə adlı qadınla tanış olmuşdur. Belə ki, 2019-cü ilin təxminən avqust ayında İradə ona telefon zəngi edərək tanışı Araz adlı şəxs özünə "Chevrolet Malibu markalı maşın almaq istədiyini üçün telefon nömrəsini həmin şəxsə verməsinin icazəsini almışdır. İradə ilə danışığından sonra Araz adlı şəxs ona telefon zəngi edərək hərracdan "Chevrolet Malibu markalı maşın almasını xahiş etmişdir. Arazın xahişindən sonra hərracdan umumi qiyməti 3800 dollara Arazın istədiyi "Chevrolet Malibu" markalı maşını udaraq maşının şəkilini "votsap" vasitəsi ilə Araza göndərmişdir. Araz avtomobilə axaraq bəyəndikdən sonra 3800 dollar maşının qiyməti 1500 dollar isə Amerikadan Gürcüstana oradan isə Azərbaycana gətirilmə haqqı ümumilikdə 5300 dollar pul lazım olduğunu Araza bildirmişdir. Məsələni Araza dedikdən sonra qeyd etmişdir ki, pulu onun uçun göndərmək üçün atası Böyükağa ilə görüşüb pulu ona verməsini bildirmişdir. Arazda öz növbəsində atası Böyükağa ilə görüşüb 3000 dollar pulu verdikdən sonra atası həmin pulu bank vasitəsi ilə onun üçün Gürcüstan Respublikasına göndərmişdir. Bundan bir neçə gün sonra Arazla əlqə saxlayaraq əlavə olaraq 2300 dollar puluda göndərməsini bildirdikdən sonra Araz bank vasitəsi ilə qeyd edilən məbləği göndərmişdir. Beləliklə Araz üçün Amerikadan aldığı avtomaşın gəmi vasitəsi ilə Gürcüstan Respublikasının Poti limanına gəlmiş və maşın gələndə yüngül cızığı olduğu üçün təmir etdirmişdir. Həmin ərəfədə Amerikadan Gürcüstana avtomobil gətizdirərək oradan Ukraina Respublikasına göndərməklə satıb pul qazandığına görə Araz üçun aldığı avtomobil Gürcüstana çatandan sonra Arazla əlaqə saxlayaraq sənin maşının gəlib istəyirsənsə sənində maşınını Ukrainaya göndərim orada baha qiymətə satıb pul qazanaq təklifini etmişdir. Bu təkliflə razılaşan Araz heç bir problemin olmadığını bildirmişdir. Razılıqdan sonra Arazın avtomobilindən savayı dörd ədəd avtomobili Ukraniyada daimi alver elədiyi Ukraniya vətəndaşının adına göndərmiş və özüdə Ukraniyaya gedərkən həmin şəxsi tapa bilməyəndə külli miqdarda ziyan etdiyini bildirmişdir. Bundan sonra Araz özü uçün "Chevrolet Malibu" avtomobili almaq üçün verdiyi 5300 dollar pulu geri tələb etməyə başlamasına baxmayaraq maddi vəziyyəti yaxşı olmadığına görə Arazın pulunu qaytara bilməmişdir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün hər hansı bir dəlil gətirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2020-cı ildə tanışı İradə adlı xanımla söhbət edən zaman ona xaricdən avtomaşın almaq fikirində olduğunu və bu zaman İradə ona Ceyhun adlı tanışı Amerikadan avtomaşın gətirməklə məşğul olduğunu demişdir. Bundan sonra İradə onun yanında Ceyhuna zəng edərək tanış olduğunu və ona köməklik göstərməsini xahiş etdikdən sonra o, İradədən Ceyhunun mobil nömrəsini alaraq artıq özu Ceyhunla əlaqə saxlamağa başlamışdır. Belə ki, 2020-ci ilin avqust ayında Ceyhunun gürcü nömrəsinə yəni +**********75 saylı mobil nömrəsinə zəng edərək əlaqə saxlamışdır. Söhbət əsasında Ceyhuna bildirmişdir ki, özünə "Chevrolet Malibu" markalı avtomobil almaq istəyir. Cavabında Ceyhun bildirmişdir ki, heç bir problem yoxdur hərracda oynamaqla udmaq olar. Belə ki, Ceyhun onun əvəzindən hərracda oynayaraq zəng edərək demişdir ki, sənin üçün 3000 AbŞ dollarına "Chevrolet Malibu markalı maşın udmuşam ona görədə təcili pul göndər". O da mən pulu sənin üçün göndərə bilmərəm ona görədə Bakıda yaxın qohumun kim varsa görüşüb pulu ona verməsini dedikdən sonra Ceyhunun dediyi kimi atası Böyükağaya zəng edib görüşərək pulu verməsini və atası pulu onun üçun Gurcüstana göndərəcəyini demişdir. Bundan sonra İradə adlı xanımla birlikdə Ceyhunun atası Böyükağa adlı şəxslə Bakı şəhəri, Xətai rayonu Sadıqcan küçəsində görüşərək 3.000 dollar pulu sayaraq İradənin yanında Böyükağaya vermişdir. Bir neçə gün sonra Ceyhun onunla telefon əlaqəsi saxlayaraq maşının artıq Gürcüstana və Gürcüstandan Azərbaycana gəlmək üzərə olduğunu bunun üçun əlavə 2300 dollar lazım olduğunu bildirmişdir. Buna baxmayaraq yenədə Ceyhunun bir başa özunə pul verməyərək özünü Ceyhunun oğlu kimi təqdim edən adını xatırlamadığı şəxslə Xətai metrosunun yaxınlığında görüşərək 2300 dollar pulu Ceyhunun oğluna vermişdir. Pulu verdiyindən bir müddət sonra Ceyhunla əlaqə saxlamaq istəməsinə baxmayaraq əlaqə yarada bilməmişdir. Bir neçə dəfə zəng vurmasına baxmayaraq əlaqə yarada bilmədikdən sonra Ceyhunun atası Böyükağanın yanına gedərək Ceyhunun oğlunun vasitəsi ilə 5300 dollar pulu Ceyhuna maşın almaq üçun göndərməsini lakin buria baxmayaraq əlaqə saxlaya bilməməsini demişdir. Ceyhunun atası ilə görüşündən sonra Ceyhun onunla əlaqə saxlayaraq avtomobilin Gurcüstanda olmasını və Bakı şəhərinə yola salması uçün əlavə 1370 dollar pul lazım olduğunu bildirmişdir. Lakin buna baxmayaraq o, cavabında Ceyhuna avtomobili Bakıda ona təhvil verdikdən sonra qalan pulu verə biləcəyini dedikdən sonra bir daha Ceyhunla əlaqə saxlaya bilməmiş və nəticədə aldığı ümumilikdə 5300 ABŞ dollar pulunu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2018-2019cu illərdə oğlu Ceyhunun borclarına görə özünə məxsus olan mənzilini sataraq borclarını ödədiyi üçün aralarında münasibətlərin pozulduğunu və Ceyhunun köçərək Gürcüstan Respublikasına gedib orada yaşadığını bildirmişdir. Belə ki, 2019-cu ilin avqust ayında oğlu Ceyhun ona telefon zəngi edərək Araz adlı şəxs yanına gələcəyini və ona verəcəyi 3.000 dollar pulu Gurcüstana göndərməsini xahiş etmişdir. Ceyhundan soruşanda kı, nə işlə məşquldur cavabında bildirmişdir ki, Gürcüstan Respublikasında maşın alış satışı ilə məşqul olur və ona veriləcək pulda hansı ki. Araz adlı şəxsin özünə maşın alması üçün verdiyi puldur. Beləliklə Araz adlı şəxs yanında İradə adlı qadınla onun ünvan 2 ünvanında fəaliyyət göstərən aptekinə gələrək Araz ondan Ceyhunun atası olub olmaması sualını vermiş və cavabında həqiqətəndə Ceyhunun atası olduğunu etiraf etmişdir. Bundan sonra Araz sayaraq ona 3.000 dollar pul verərək çıxıb getmişdir. Bundan sonra Arazdan aldığı 3.000 ABŞ dollar pulu tanışları olan X2 adından 1000 ABŞ dolları, X4 adından 1000 ABŞ dolları və öz adından 1000 ABŞ dolları olmaqla ümumilikdə 3.000 ABŞ dolları pulu bank yolu ilə oğlu Ceyhun üçun Gürcüstana göndərmişdir. Təxminən pulu aldığı vaxtdan 2-3 il sonra Araz onun iş yerinə gedərək Ceyhun onun uçun maşın alması uçun 3.000 dollar pulu ona verdiyini və Ceyhunun onu aldatdığını qeyd etmişdir. Cavabında Araza bildirmişdir ki, ümumiyyətlə "sizi tanımıram və özünüz gələrək pulu vermisiniz ki, Ceyhuna çatacaq. Bu səbəbdən aldığı pulu Ceyhun uçün Gürcüstana göndərdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd etmişdir ki, uzun illərdir ki, Xətai rayonu ərazisində ev alqı satqısı və kirayə verilməsi ilə məşğul olur və işi ilə əlaqədar olaraq Şahid1 tanıyır. Belə ki, təxminən 2020-ci ilin avqust ayında Böyükağa ona müraciət edərək bildirmişdir ki, adından Gürcüstanda yaşayan oğlu Ceyhun üçün 1.000 ABŞ dollar pul göndərsin. O da Böyükağaya razılıq verərək birlikdə xatırlamadığı banka gedərək öz adından X1 göndərdiyi şəxsin adına 1.000 dollar pul göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında 07 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* cinayət işi başlanmışdır (i.v.1); Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Ceyhun adlı şəxs 5300 ABŞ dolları məbləğində dəyərində maddi zərər vurmuşdur, qanuni tədbir görülməsini xahiş etmişdir.( i.v 10) zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 29); 13 may 2024-cü il tarixli təqdim etmə və götürmə barədə protokoldan görünür ki, Şahid1 xx.xx.2020-ci il tarixdə Kapital bank vasitəsi ilə öz adından Gürcüstan Respublikasının vətəndaşı Mesablishvili Omarı adlı şəxsin adına 1.000 ABŞ dolları. X6 xx.xx.2020-ci il tarixdə Kapital Bank vasitəsi ilə Mesablishvili Akakı adlı şəxsin adına 1.000 ABŞ dolları və Şahid2 xx.xx.2020-ci il tarixdə Kapital bank vasitəsi ilə Asoev Dimitrii adlı şəxsin adına 1.000 ABŞ dolları göndərilmişdir.(i.v 46-49) 13 may 2024-cü il tarixli tutma protokolundan görünür ki, 13 may 2024-cü il tarixdə saat 18:00 da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (i.v 63-64) 13 may 2024-cü il tarixli fotoşəkil əsasında şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki,Zərərçəkmiş şəxs tanınma üçün ona təqdim edilmiş fotoşəkilləri nəzərdən keçirərək özünü Təqsirləndirilən şəxs oğlu kimi təqdim edən şəxsin təqdim edilmiş şəkillərdə olmadığını bildirdi. (i.v 76-77) 15 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v 78-79) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-376/2024 saylı,xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlama müddəti 02 ay həddinə müəyyən edilməklə əvvəli 13 may 2024-cü il tarixdən hesablanmışdır. (i.v 94-100) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-505/2024 saylı,xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlama müddəti 25 gün olmaqla,ümumillikdə 02 ay 25 gün müddətinə, yəni 7 avqust 2024-cü ilədək uzadılmışdır (i.v 107-110) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış 15 iyul 2024-cü il tarixli tələbnəmədən və cinayət işinin materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cu maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gun müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. (i.v. 111-112); Abşeron Rayon Məhkəməsinin 1(012)-360/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gun müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur.(i.v 113-122) Sübutların qiymətləndirilməsi haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş itiham və barəsində seçilmiş ev dustaqlığı həbs qətimkan tədbirinin dəyişdirilməməsinin nəzərə alınmas, Təqsirləndirilən şəxs əsaslı olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə ittiham edilməsi, 178.2.2-ci naddəsilə cinayət işinin başlanmasının rədd edilməsi cinayət işi üzrə istintaqa təqdim edilmiş xx.xx.2020-ci il tarixli 930705684, ********* və ********* nömrəli qəbzlər sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi,cinayət işi üzrə Şahid1 və Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi qərara alınmışdır. (i.v.123-128); Zərərçəkmiş şəxs tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli, **********103 nömrəli notarial ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilmiş, barışmışdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 28933 nömrəli qəbzindən görünür ki, 1600 manat pul ödəniş edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 3450 nömrəli qəbzindən görünür ki, 655 manat pul ödəniş edilmişdir. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb ona dəymiş zərəri ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli plenum qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 3 ədəd qəbz cinayət işi materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-454/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-454/2024
20.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver