Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-456/2024 10.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan , barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmə məqsədi ilə qohumu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib kripto valyuta alış-satışı ilə məşğul olduğunu qazanc əldə etdiyini bildirərək sonuncunun da nağd pul yatırımı etməsini və bundan əlavə pul əldə edəcəyinə inandırmaqla yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə onun anası Şahid2 adına "xxxx" ASC-nin 5522-0993-5470-2516 nömrəli kart hesabına Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında “BirBank” və “LeoBank” mobil tətbiqi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 19:20-də köçürülmüş 660 manat, xx.xx.2023-cü il tarixdə saat 19:23-də həmin ünvandan həmin tətbiq vasitəsi ilə 300 manat, xx.xx.2023-cü il tarixdə saat 17:40-da 240 manat, xx.xx.2023-cü il tarixdə saat 18:36-da 100 manat, xx.xx.2023-cü il tarixdə saat 00:07-də 340 manat, xx.xx.2023-cü il tarixdə saat 10:13-də 1050 manat, xx.xx.2023-cü il tarixdə saat 19:17-də 300 manat, xx.xx.2023-cü il tarixdə saat 19:18-də 200 manat, xx.xx.2023-cü il tarixdə saat 01:03-də 120 manat, xx.xx.2023-cü il tarixdə saat 01:04-də 74 manat, xx.xx.2023-cü il tarixdə saat 16:34-də 500 manat, xx.xx.2023-cü il tarixdə saat 23:12-də 290 manat, xx.xx.2023-cü il tarixdə saat 18:27-də 210 manat, xx.xx.2023-cü il tarixdə saat 21:35-də 3000 manat, xx.xx.2023-cü il tarixdə saat 21:59-da 1000 manat, xx.xx.2023-cü il tarixdə saat 22:08-də 3950 manat, xx.xx.2023-cü il tarixdə saat 22:28-də 2000 manat, xx.xx.2023-cü il tarixdə saat 22:29-də 1040 manat, xx.xx.2023-cü il tarixdə saat 16:53-də 50 manat, xx.xx.2023-cü il tarixdə saat 16:57-də 30 manat, xx.xx.2023-cü il tarixdə saat 16:59-də 200 manat, xx.xx.2023-cü il tarixdə saat 12:24-də 140 manat, xx.xx.2023-cü il tarixdə saat 13:56-də həmin ünvandan həmin tətbiq vasitəsi ilə 33 manat, xx.xx.2023-cü il tarixdə saat 07:52-də ünvan 3 ünvanında yerləşən “Araz” marketdə olan terminal vasitəsi ilə 1100 manat, xx.xx.2023-cü il tarixdə saat 07:36-də Bakı şəhəri, Xətai rayonu, M.Hadi 159 ünvanında yerləşən “Araz” marketdə olan terminal vasitəsi ilə 2000 manat, xx.xx.2023-cü il tarixdə saat 07:50-də Bakı şəhəri, Ə.Şıxlinski küçəsi 2 ünvanında yerləşən “Megastore” marketdə olan terminal vasitəsi ilə 409 manat, xx.xx.2023-cü il tarixdə saat 23:30-da Xətai rayonu, Gəncə prospekti ev 54, mənzil 61 ünvanında “BirBank” və “LeoBank” mobil tətbiqi vasitəsi ilə 280 manat, xx.xx.2023-cü il tarixdə saat 14:30-da həmin ünvanda həmin mobil tətbiq vasitəsi ilə 800 manat, xx.xx.2023-cü il tarixdə saat 15:04-də 50 manat, xx.xx.2023-cü il tarixdə saat 18:47-də həmin ünvandan həmin mobil tətbiq vasitəsi ilə 55 manat, xx.xx.2023-cü il tarixdə saat 17:26-də Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2930 “Panarama Park” Yaşayış Kompleksində yerləşən “Bazar Store” marketdə olan terminal vasitəsi ilə 1600 manat, xx.xx.2023-cü il tarixdə saat 16:34-də Xətai rayonu, Gəncə prospekti ev 54, mənzil 61 ünvanında “BirBank” və “LeoBank” mobil tətbiqi vasitəsi ilə 200 manat, xx.xx.2023-cü il tarixdə saat 13:07-də həmin ünvandan həmin mobil tətbiq vasitəsi ilə 300 manat, xx.xx.2023-cü il tarixdə saat 13:19-də ünvan 5 ünvanında olan “Araz Fidan” marketdə olan terminal vasitəsi ilə 1300 manat, xx.xx.2023-cü il tarixdə saat 14:11-də Xətai rayonu, Gəncə prospekti ev 54, mənzil 61 ünvanında “BirBank” və “LeoBank” mobil tətbiqi vasitəsi ilə 300 manat, xx.xx.2023-cü il tarixdə saat 14:39-də həmin ünvandan həmin mobil tətbiq vasitəsi ilə 100 manat, xx.xx.2023-cü il tarixdə saat 13:44-də 90 manat və Şahid2 adına "xxxx" ASC-nin 5522-0993-4836-3458 nömrəli kart hesabına xx.xx.2023cü il tarixdə saat 12:58-də Zərərçəkmiş şəxs yaşadığı Xətai rayonu, Gəncə prospekti ev 54, mənzil 61 ünvanında “BirBank” və “LeoBank” mobil tətbiqi vasitəsi ilə 420 manat, xx.xx.2023-cü il tarixdə saat 16:25-də həmin ünvandan həmin mobil tətbiq vasitəsi ilə 700 manat, xx.xx.2023-cü il tarixdə saat 19:31-də 160 manat, xx.xx.2023-cü il tarixdə saat 21:58-də 20 manat, xx.xx.2023-cü il tarixdə saat 21:23-də 100 manat, xx.xx.2023-cü il tarixdə saat 14:55-də 173 manat, xx.xx.2023-cü il tarixdə saat 22:30-də 23 manat, xx.xx.2023-cü il tarixdə saat 07:31-də 7 manat, xx.xx.2023-cü il tarixdə saat 12:38-də 600 manat, xx.xx.2023-cü il tarixdə saat 12:35-də 5 manat, xx.xx.2023-cü il tarixdə saat 20:39da 1100 manat, xx.xx.2023-cü il tarixdə saat 12:45-də 180 manat, xx.xx.2023-cü il tarixdə saat 11:16-da 10 manat, xx.xx.2023-cü il tarixdə saat 10:58-də 600 manat, xx.xx.2023-cü il tarixdə saat 11:01-də 300 manat, xx.xx.2023-cü il tarixdə saat 16:50-də 620 manat, xx.xx.2023-cü il tarixdə saat 10:07-də 130 manat, xx.xx.2023-cü il tarixdə saat 16:37-də 100 manat, xx.xx.2023-cü il tarixdə saat 14:04-də 3,46 manat, xx.xx.2023-cü il tarixdə saat 16:01-də 600 manat, xx.xx.2023-cü il tarixdə saat 16:56-də 300 manat, xx.xx.2023-cü il tarixdə saat 20:23-də 25 manat, xx.xx.2023-cü il tarixdə saat 15:44-də 130 manat, xx.xx.2023-cü il tarixdə saat 20:45-də 875 manat, xx.xx.2023-cü il tarixdə saat 21:23-də 1268 manat və xx.xx.2023-cü il tarixdə saat 21:26-də həmin ünvandan həmin mobil tətbiq vasitəsi ilə köçürülmüş 4 manat, cəmi 32870,46 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 32864,46 (otuz iki min səkkiz yüz altmış dörd) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, təxminən 7 ilə yaxındır “block chain” saytında kripto valyutanın alqı-satqısı ilə məşğul olurmuş. İradə ilə qohumluq əlaqələri olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. İradə ona zəng edərək, bacısı Nərgizin yaşadığı ünvana çağırmışdır. O, həmin ünvana getmiş və İradə ilə görüşmüşdür. İradə ona kriptovalyuta ilə işləməyi öyrətməyini xahiş etmiş, o da İradəyə razılığını bildirmişdir. İradə ona öyrənənə kimi vaxt gedəcəyini, ilkin olaraq ona pul verməyi və özünə aldığı kripto valyutadan ona da almağını xahiş etmişdir. İradə ona 900 manat pulunun olduğunu bildirmişdir. Həmin gün ilk olaraq İradə ona təxminən avqustun sonunda anası Zəmilə Kərimovanın kartına 900 azn pul göndərmişdir. Onun şəxsiyyət vəsiqəsi olmadığından hər hansı bir bank kartı əldə edə bilmirmiş, buna görə də pul anasının kart hesabına göndərilmişdir, həmin məbləğ anası Zəmilə Kərimovanın kart hesabına köçdükdən sonra o 900 azn pulu elə həmin kartdan M10 vasitəsilə “Block chain” saytına köçürmə etmiş, bir həftə müddətinə həmin saytdan təxminən 700 azn pul qazanmış və İradənin kartına 1600 azn pul göndərmiş, İradə bu barədə ona öz təşəkkürünü bildirmiş və bir neçə gün sonra həmin pulu, yəni 1600 azn pulu ona geri göndərmiş və yenidən qazanc əldə etmək istədiyini bildirmişdir. O, yenidən İradənin ona göndərdiyi 1600 azn pulu həmin saytda olan balansına yükləmiş, balansdan isə kriptovalyutaya yükləmiş, İradə ona yenidən zəng edərək, ona 3500 azn pul göndərmək istədiyini və həmin məbləği göndərərsə nə qədər qazanc əldə edə biləcəyini soruşmuş, lakin həmin pulu başqa bir şəxsin göndərəcəyini bildirmişdir. O İradəyə başqa şəxslər ilə iş görmək istəmədiyini demiş, İradə həmin pul başqa şəxsə məxsus olsa da, özü verəcəyini, heç bir narahatçılıq olmayacağını bildirmişdir. Bir müddət sonra İradə onun kart hesabına 3500 azn pul göndərmiş, o, həmin 3500 azn pulu yenidən saytda olan balansına yükləmiş və sonradan kripto valyuta almışdır. Bir müddət sonra İradə ona zəng edərək, qayınanasında 11000 azn pul olduğunu, həmin pulu ona vermək istədiyini, həmin pulla da kripto valyuta alıb qazanc əldə etmək istədiyini, lakin qayınanasının hər ay 2000 manat pul istədiyini demişdir. O da İradəyə başqa şəxslərlə iş görmək istəmədiyini demişdir, lakin İradə özünün cavabdeh olduğunu narahat olmamağını, hər ay 2000 manat onlara verməyini 2000 manat isə özünə verməyini demiş, o da İradəyə razılığını bildirmişdir. İradə ona 11000 azn pulu göndərmişdir. O, həmin pulun hamısına “Block chain” saytına köçürmə etmişdir. Sonradan müxtəlif vaxtlarda hissə-hissə olaraq ümumilikdə 21780 AZN pul göndərmişdir, bundan əlavə sayta komissiya kimi 3200 azn pul vermişdir. İradə 1000 ABŞ dolları isə saytda əlavə bankdan kart açmaq üçün göndərmişdir. Qazandığı ( 70000 manat) vəsaiti bir müddət sonra “top.az”a qoymuş və hamısını uduzmuşdur.Həmin məbləğin bir qismi İradəyə məxsus olmuşdur. Noyabr ayının sonunda İradə ona verdiyi pulları qaytarıb qaytarmayacağını soruşduqda, o, xx.xx.2023-cü il tarixədək qaytaracağını bildirmiş, lakin həmin tarixdə qaytara bilməmişdir. Xəstəliyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Asiflə uzaq qohumdur. Asifin bacısı ona demişdir ki, Asif 15 ildir kripto valyuta ilə məşğuldur. O da əslində kripto valyutanı öyrənmək istəmişdir. Asif ona öyrənməyin çətin olacağını, pulunu onun yerinə işlədəcəyini demişdir. İlk öncə Asifə 200 manat pul vermiş, üstündə əlavə 120 manatla ona geri qaytarmışdır. Sonradan demişdir ki, aksiya var, 3000 manat qoyursan, üstünə pul gəlir. O da gecə vaxtı pulu göndərmişdir. Sonra Asif ona pul verməmişdir. Pulu çıxartmaq istəyəndə Asif bildirmişdir ki, pul çıxartmaq üçün əlavə pul qoymaq lazımdır. Daha sonra 11000 manat istəmişdir, o da bir günün içində həmin məbləği Zamila xanımın kartına göndərmişdir. Bundan başqa aylıq ödəniş kimi pulunu çıxartmaq üçün ona pul vermişdir. Çeklərin hamısını təqdim etmişdir. Hər dəfə bəhanələrlə pulu ödəməkdən imtina etmişdir. Dekabrın 13-də Zamila xanımla telefonla danışarkən Zamila ona Asifin pulu Topazda uduzduğunu demişdir.Nəticədə ona 33000-manata yaxın zərər vurmuşdur. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını bildirmiş, ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Oğlu Asif “forex birja ilə məşğul olurmuş sonradan isə kripto alış satışı ilə məşğul olması barədə məlumatı omuşdur.. Asifin bu işdə konkret nə qədər qazandığını bilməmişdir. Lakin evin xərclərini Asifin ödədiyini, evi təmir etdirdiyini göstərmişdir. və digər xərcləri ödəyirmiş. Asif kompüterdə pulları köçürmək üçün onun adına bank kartları almışdır. Asifin özünün şəxsiyyət vəsiqəsinin müddəti keçdiyi üçün bank kartlarını onun adına almışdır. 2023-cü ilin iyul ayının ortalarında İradə qızı Nərgizə müraciət edərək Asifi onunla görüşdürməyi və özünün də kripto valyuta alış satışını öyrənmək istədiyini demişdir. Buna görə də X3 görüşdürmüşdür. Bundan sonra İradə Asifə pul göndərməyə və onlar birlikdə iş görməyə başlamışlar. 17 dekabr 2023-cü il tarixdə Asif pulların hamısını uduzduğu üçün dərman içərək intihar etmək istəmişdir. Bu vaxt qızı İradə evdə olmuş və təcili tibbi yardım çağırmışdır. Təcili Tibbi yardım Asifi 1 saylı kliniki tibbi mərkəzə aparmışdır. Daha sonra İradənin Asifdən şikayət etdiyini öyrənmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs uzaq qohumlarıdı. Qardaşı Asifin birja ilə məşğul olduğunu, hazırda isə kripto alış satışı ilə məşğul olmasl barədə İradə ondan maraqlanmışdır. İradə Asifin nə qədər qazandığını soruşmuş sonra Asiflə bu barədə danışmaq istədiyini və onları görüşdürməyini ondan xahiş etmişdir. 2023-cü ilin iyul ayının ortalarında Asif onların evdə qonaq olan zaman o, İradəni də çağırmış və İradə onların evlərinə gəlmişdir. Söhbət zamanı İradə Asifdən kripto valyuta alış satışını başa salmağını xahiş etmişdir. Asif də evdə olan kompüter vasitəsi ilə İradəyə bir az kripto valyuta alış satışını başa salmışdır. Bir müddət sonra İradə ondan Asifin nömrəsini almış və bu minvalla İradə Asif vasitəsi ilə kripto valyuta alış satışı ilə məşğul olmağa başlamışdır. İradə bir neçə dəfə ona zəng edərək öz təşəkkürünü bildirmişdir. 15 noyabr 2023-cü il tarixdə İradə Asifin yaşadığı evə gəlmiş, burada yenə də Asiflə danışıb getmişdir. 17 dekabr 2023-cü il tarixdə İradə onun mobil telefonuna zəng edərək, Asifin telefona cavab vermədiyini, Asifdən hesabdan çıxarış olub-olmayacağını soruşmağını xahiş etmişdir. O, Asifin yanına getmiş və İradənin dediyini soruşmuşdur. Bu zaman Asif pulları uduzduğunu, bu səbəbdən intihar etmək üçün dərman içdiyini bildirmişdir. O dərhal təcili tibbi yardım avtomobili çağırmış və X4 yardım avtomobili 1 saylı kliniki tibbi mərkəzə aparmışdır. Həmin xəstəxanada Asifə ilkin tibbi yardım göstərib evə buraxmışlar. İradə bundan sonra onunla əlaqəni kəsmişdir. İş materiallarında olan 63 ədəd qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs anası Şahid2 adına olan 5522-0993-5470-2516 nömrəli və 5522- 0993-4836-3458 nömrəli kart hesablarına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif məbləğlərdə pul göndərmişdir. İş materiallarında olan siyahıdan görünür ki, Təqsirləndirilən şəxs anası Şahid2 adına olan 5522-0993-5470-2516 nömrəli və 5522-0993-4836-3458 nömrəli "xxxx" ASC-yə aid bank hesabına xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində aparılmış əməliyyatların siyahısı göstərilmiş 23 ədəd vərəqədə sənədləri istintaqa təqdim etmişdir. İş materiallarında olan 14 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qəbzlərin surəti olan 63 ədəd “A4” formatlı kağız və Şahid2 təqdim etdiyi 5522-0993-5470-2516 nömrəli və 5522-0993-4836-3458 nömrəli "xxxx" ASC-nin kart hesabına aparılmış əməliyyatların siyahısı göstərilmiş 23 ədəd vərəqədə sənədlər sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-471/2024 nömrəli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs ibtidai istintaq, həmçinin məhkəmə baxışı zamanı dələduzluq niyyətinin olmadığını bildirməsi özünü müdafiə xarakteri və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Onun niyyəti əmlakı ələ keçirərkən kripto valyuta alış-satışı ilə zərərçəkmiş şəxs üçün əlavə pul əldə etməyə yox, onun əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin verdiyi pul ilə qazanc etməsinə baxmayaraq verdiyi vədə əməl etməmiş, ona heç bir əlavə pul verməmiş, aldığı pulları da geri qaytarmamışdır. Əksinə qazandığı pulları Topazda uduzmuşdur. Bu da onun zərərçəkmiş şəxsi aldatdığını, bununla da dələduzluq niyyətinin olduğunu təsdiq edir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və ödəniş qəbzləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Ədalətli cəza cinayətə uyğun olduğu və təqsirləndirilən şəxsə törətdiyi cinayətin səbəb olduğu nəticələrinə uyğun hökm oxunduğu zaman bərpa olunur. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkəmə iclasında ona CM-nin 73- 1.2-ci maddəsində nəzərdə tutulmuş hüququnun izah edilməsinə baxmayaraq zərərçəkmiş şəxsə vurduğu ziyandan ödəniş etməməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış 5522-0993-5470-2516 nömrəli və 5522-0993-4836-3458 nömrəli "xxxx" ASC-nin kart hesabına aparılmış əməliyyatların siyahısı göstərilmiş 23 ədəd vərəqədə sənədlər və qəbzlərin surəti olan 63 ədəd “A4” formatlı kağız cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 5522-0993-5470-2516 nömrəli və 5522-0993-4836-3458 nömrəli "xxxx" ASC-nin kart hesabına aparılmış əməliyyatların siyahısı göstərilmiş 23 ədəd vərəqədə sənədlər və qəbzlərin surəti olan 63 ədəd “A4” formatlı kağız cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-456/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-456/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver