Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-457/2021 02.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Namazova Günel Vladimir qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta ixtisas təhsilli, evli, X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətində inşaat mühəndisi vəzifəsində işləyən, Bakı şəhəri Xətai rayonu M.Rüstəmov küçəsi ev 14 mənzil 32-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzabati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05.08.2019-cu il tarixli əmək müqaviləsinə əsasən “X3 and Engineering Group” Məhdud Məsuliyyətli Cəmiyyətində iş icraçısı vəzifəsinə qəbul olunduqdan sonra tikinti işlərinin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması nəticəsində, yəni Bakı şəhəri, Xətai rayonu, “Bakı Ağ Şəhər” layihəsi “Passac” obyektinin «C» blokunda İİ mərtəbə ilə İİİ mərtəbənin arasındakı pilləkən qəfəsinin tavanının qəlibinin sökülməsi işləri ilə əlaqədar əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinin öyrənilməsini və biliklərinin yoxlanılmasını keçirməyərək, hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metod və üsulları öyrədilməmiş Zərərçəkmiş şəxs hündürlükdə işlərin görülməsinə cəlb edərək, işçinin yüksəklikdə görülən işlər zamanı əsas mühafizə vasitəsi olan qoruyucu kəmərdən istifadə etmədən işləməsinə yol verərək və sökmə işlərinin görülməsi zamanı işçilərin döşəməsinin etibarlı bərkidilmiş ayaqaltının üzərində işləmələrini təmin etməyərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 24.10.2016-cı il tarixli, 20/01-005 №-li qərarı ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.3, 2.4.2, 2.4.3, 3.1, 5.44, 5.45.1, 5.45.2 və 5.45.3-cü bəndlərinin tələblərinin, habelə sahədə bütün işçiləri xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin etməlidir; yeni işə götürülənlərin hər biri ilə bilavasitə iş yerində avadanlığın texniki istismarı, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi haqda faktiki təlimat aparmalı və xüsusi jurnalda qeyd etməlidir; xüsusi hazırlıq keçməmiş və tarif kvalifikasiya tələblərinə cavab verməyən işçilərə avadanlıqlardan inventarda sərbəst işləməyə yol verməməlidir barədə “X3 and Engineering Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru tərəfindən 01.07.2020-ci il tarixində təsdiq edilmiş baş iş icraçısının (iş icraçısının) vəzifə təlimatının 2 və 3-cü bəndlərinin tələblərinin onun tərəfindən pozulması nəticəsində ehtiyatsızlıqdan “X3 and Engineering Group” MMC-də usta vəzifəsinə işləyən Zərərçəkmiş şəxs 01.09.2020-ci il tarixində saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, “Bakı Ağ Şəhər” layihəsi “Passac” obyektinin «C» blokunda İİ mərtəbə ilə İİİ mərtəbənin arasındakı pilləkən qəfəsində 4 metr hündürlükdə quraşdırılmış ayaqaltıdan yıxılaraq ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sol diz oynağında 175 dərəcə açıcı və 70 dərəcə bükücü kontraktura vəziyyəti ilə qeyd olunan sol bud və sağ daban sümüklərinin qapalı sınıqları və sol diz oynağında əzilmiş səthi dəri yarası xəsarətləri almasına səbəb olmaqla, tikinti işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayından “X3 and Engineering Group” MMC-nin Bakı şəhəri Xətai rayonu “Ağ şəhər” layihəsində “Passac” adlanan tikinti sahəsində iş icraçısı vəzifəsində çalışır. Qüvvədə olan vəzifə təlimatına əsasən onun vəzifə borcu tikintində dəmir qəliblərin yığılmasına nəzarət etmək, həmin işi briqadadan təhvil almaq və sifarişçiyə təhvil verməkdir. Zərərçəkmiş şəxs 28.08.2020-ci il tarixdə usta-qəlibçi kimi rəsmi əmək müqaviləsi ilə işə qəbul olunmuş, o, Fizuliyə ilkin və dövrü təlimat keçərək imza etdirmiş və bundan sonra işə buraxmışdır. İşçi kimi Füzuliyə ilk işə başlayan gün SƏTƏM mühəndisi Şahid5 rəsmi qaydada məzuniyyətdə olduğundan sahə rəisi Şahid3 tərəfindən digər işçilər kimi vəzifələrinə dair giriş təlimatı verilmişdir. Daha sonra isə hər gün briqadir tərəfindən təhlükəsizliklə bağlı təlimatlandırılmışdır. Fizulinin işi quraşdırılmış taxta qəlibləri sökmək, ümumi söküntü işləri görmək, qəlib yığmaq və s. olmuşdur. 01.09.2020-ci il tarixdə o, tikinti ərazisində olmuş, günortadan sonra eşitmişdir ki, Fizuli Hüseyov “Passac” adlanan obyektdə «C» blokunda qəlib işləri görərkən isgənənin üstündən yıxılmışdır. Məlum olmuşdur ki, 01.09.2020ci il tarixində, saat 11 radələrində Fizuli təxminən 4 metr hündürlüyündə olan isgələnin üstünə çıxmış, həmin hündürlükdə quraşdırılmış taxta ayaqaltının üzərində duraraq işləməyə başlamış, həmin taxtaların sürüşməsi və qoruyucu kəmərdən istifadə etməməsi nəticəsində Fizuli 4 metr hündürlükdən yerə yıxılaraq xəsarət almışdır. Taxta ayaq altı 5-6 taxta löhvə yanbayan yığılmaqla isgələnin borularına bərkidilməlidir, bütün bu işi Fizuli özü görməlidir və bundan sonra həmin taxtalardan ayaqaltı kimi istifadə edib üstünə çıxmaq olar. Qüvvədə olan vəzifə təlimatına əsasən o, tikintində dəmir qəliblərin yığılmasına nəzarət edir, həmin işi briqadadan təhvil alır və sifarişçiyə təhvil verir. Taxta ayaqaltı 5-6 taxta löhvə yanbayan yığılmaqla isgələnin borularına bərkidilməli və bundan sonra həmin taxtalardan ayaqaltı kimi istifadə edib üstünə çıxmaq olar. Bütün bu işi fəhlə, hazırki halda isə Fizuli özü görməlidir. Özünü təqsirli bilir, əməlini etiraf edir və əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 28.08.2020-ci il tarixindən Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” yaşayış kompleksində "xxxx" MMC-də usta-qəlibçi kimi işə başlamış, əsas işi quraşdırılmış taxta qəliblərini sökməkdən ibarət olmuşdur. Belə ki, o, usta olaraq binanın içərisində ayaqaltı kimi istifadə olunan metal-dəmir konstruksiyaların üstünə çıxaraq tavanlarda quraşdırılmış taxta qəlibləri sökürmüş. O, hər gün saat 08.00-da işə başlayaraq saat 18.00 radələrində işini bitirib evə gedirmiş. O, işə daxil olanda xatırlamadığı tarixdə bir dəfə texniki təhlükəsizlik əməkdaşları tərəfindən təlimatlandırılmış, yoxlama vərəqəsinə və təlimat sənədinə özü imza etmişdir. Hadisə baş verdiyi 01.09.2020-ci il tarixdə, saat 08 radələrində o, işə başlamış, işdən öncə o, müvafiq qaydada texniki təhlükəsizlik əməkdaşları tərəfindən təlimatlandırılmamış, yoxlama vərəqəsinə və təlimat sənədinə imza etməmişdir. Həmin gün işlədiyi bina qeyri-yaşayış binası kimi 3 mərtəbəli olub, ilk 2 mərtəbəsi qaraj, 3-cü mərtəbə isə üstü bağlı meydança formasındadır. Mərtəbələr bir-birinə içəridən tikilmiş beton materialdan olan pilləkənlərlə bağlıdır. Saat 08 radələrində işə başlamış, həmin gün ona təhlükəsizlik papağı (kaska), xüsusi ayrılmış paltar və ayaqqabı verilmiş, o, buna dair sənədləri imzalamışdır. Həmin vaxt ona təhlükəsizlik kəməri verilməmiş və o, həmin kəməri almağı ilə bağlı heç bir sənədə qol çəkməmişdir. Hər gün Mahirin və İlkinin köməkçisi Fəqani adlı şəxs işçilər arasında görüləcək işləri tapşırmış və buna dair göstərişlər vermişdir. Həmin gün də Fəqaninin göstərişi ilə “Piramida” adlandırdıqları binanın 3-cü mərtəbəsində yerləşən meydançanın içərisində olan tavandakı taxta qəlibləri çıxarmaq məqsədilə ora qalxmaq üçün nəzərdə tutulan, aralarında “lesa” adlanan isgələ, yəni ayaqaltı kimi istifadə olunan metal-dəmir konstruksiyaların üstünə çıxaraq taxtanı çıxarmaq istəyəndə ayağının altındakı taxta tərpənmiş və ayağı sürüşüb təxminən 10-12 metrdən qarajla meydançanı bağlayan beton pilləkənin üstünə düşərək huşunu itirmişdir. Onun təhlükəsizlik kəməri olmadığından o, həmin hündürlükdən yıxılmışdır. O, yıxılan zaman onunla orada işləyən İlqar və Vüsal adlı fəhlələr bunun şahidi olmuşlar. Huşu özünə gələn zaman sahə rəisi Tofiqin və texnikitəhlükəsizliyə nəzarət edən Raminin ona kömək etdiklərini görmüşdür. Daha sonra orada fəhlə Samir və briqadir Mahir onu dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı avtomobillə Elmi- Tədqiqat Travmatologiya və Ortopediya xəstəxanasına gətirmişdirlər. Orada müayinə zamanı müəyyən edilmişdir ki, sol ayağında diz qapağı, sağ ayağında isə daban və topuğu sınmışdır. Orada stasionar qaydada təxminən 20 gün qalmış və müalicə olunmuş, iki dəfə xatırlamadığı tarixlərdə orada müalicə olunan vaxt sol ayağından əməliyyat olunmuş, daha sonra evə buraxılmışdır. Sol ayağına mil qoyulmuşdur. Xəstəxanaya daxil olarkən Mahir və Ramin onu aldadaraq guya evində yıxılmağını bildirməyi, polis çağırmamağı, onun xəsarətinə görə maddi köməklik edəcəklərini bildirmişlər. O, da onlara inanıb xəstəxanada guya evdə yıxılmağını bildirib şikayət etməmişdir. Ona həmin vaxtdan sonra işlədiyi 6 günə görə 150 manat və hər ay 500 manat olmaqla 4 ay ödəniş olmuşdur. İşə qəbul olunduqda ona texniki təhlkəsizlik qaydalarına dair təlimat keçirilmişdir. Prorab kimi tanıdığı Tofiq və texniki-təhlükəsizliyə nəzarət edən Ramin ona təlimat keçmişlər, müvafiq sənəd tərtib olunmuş və o, öz xətti ilə bununla bağlı həmin sənədlərə imza etmişdir. Onun işinə bilavasitə Ramin nəzarət etməmiş, lakin o, 01.09.2020-ci il tarixdə tapşırığı Fəqan vermiş, işini görən zaman yıxıldığı vaxt heç kim işinə nəzarət etməmişdir. Hadisə vaxtı üzərinə çıxdığı ayaqaltı dəmir materialdan olmuş, üzərinə çıxdığı list (döşəmə) isə taxta materialdan olmuşdur. Üzərinə çıxdığı listin (isgələnin) sağında və solunda heç bir məhəccər olmamışdır. Hesab edir ki, Təqsirləndirilən şəxs yox digər şəxslər məsuliyyətə cəlb edilməlidir. Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxudur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2013-cü ilin fevral ayından əvvəlki adı "xxxx" MMC, hazırki adı “X3 and Engineering Group” MMC-nin Bakı şəhəri Xətai rayonu “Ağ şəhər” layihəsində “Passac” adlanan tikinti sahəsində sahə rəisi vəzifəsində çalışır. Həmin tikintisi aparılan “Passac” adlanan bina Bakı şəhəri, Xətai rayonu, «Bakı Ağ Şəhər», 2-ci Yaşıl Ada küçəsindəki Fəvvarələr Meydanında yerləşir, qeyri-yaşayış sahəsidir, yerüstü səviyyəsi 3 mərtəbədən ibarətdir, ticarət və əyləncə mərkəzinin olması nəzərdə tutulmuşdur, 2 mərtəbə isə zirzəmi hissədə maşınların dayanması üçün nəzərdə tutulmuşdur. Qüvvədə olan vəzifə təlimatına əsasən sahənin istehsalat təsərrüfat fəaliyyətinə, tabeçilikdə olan iş icraçılarına və digər mühəndislərə rəhbərlik edir. SƏTƏM mühəndisi isə işçilər üçün sağlam əmək şəraitinin yaradılması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət etmək və sair daxildir. Bir qayda olaraq şəxs işə qəbul olunduqda SƏTƏM mühəndisi ona əməyin mühafizəsi üzrə giriş təlimatı keçir, bu barədə müvafiq “X1 Qeydiyyat jurnalı – “Giriş təlimatı” jurnalında qeydiyyat aparır, özü və həmin işçi imza edir, sonra işə qəbul olunan işçi gedir iş icraçısının, iş rəhbərliyinin yanına, iş icraçısı, tərəfindən də təhlükəsizliklə bağlı ilkin təlimatlandırıldıqdan sonra X1 Qeydiyyat jurnalında, “İlkin və dövri təlimat qeydiyyat” jurnalında imzalar çəkildikdən sonra anbardar tərəfindən ona fərdi mühafizə vasitələri verilir, briqadir tərəfindən iş sahəsi ilə tanış edilir, işin gedişatı, görəcəyi iş ona bildirilir. Sonra hər iş gününün əvvəlində, işə başlamazdan əvvəl briqadir tərəfindən şifahi qaydada əməyin mühafizəsi üzrə təlimatlandırılır, hər gün şifahi təlimatlandırma barədə şirkətdə hər hansı jurnal tərtib olunması nəzərdə tutulmamışdır. İşçi işə ilk dəfə daxil olanda Giriş jurnalına SƏTƏM mühəndisi, “İlkin və dövri təlimat qeydiyyat” jurnalına isə iş icraçısı təlimat verib qeydlər aparıblar. İş icraçısı işçi ilk dəfə işə girəndə, daha sonra isə rüblük, yəni üç aydan bir işçilərə dövri təlimat verir. SƏTƏM mühəndisi işə başlayan işçilərin təhlükəsizlik texnikası qaydalarına uyğun şəraitdə işləmələrinə, iş şəraitinin təhlükəsizlik texnikası qaydalarına uyğun təşkil edilməsinə, iş görülən sahənin çəpərlənməsinə, işçilərin fərdi mühafizə vasitələrindən istifadə edərək işləmələrinə və geyim qaydalarına riayət edilməsinə nəzarət edir ki, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları pozulmasın. Əgər işçilər tərəfindən pozuntu aşkar edərlərsə SƏTƏM mühəndisi şirkət daxili işçi cərimə edilir və ya digər tədbir vasitələri görür. Bundan əlavə, şirkətdə işləyən işçilər briqadirlərdən görəcəkləri işlərlə bağlı konkret göstərişlər alırlar. Tikinti gedən və hadisə baş verən ərazinin sahə rəisi kimi o, iş icraçısı Təqsirləndirilən şəxs, briqadirlər Şahid1 və qardaşı Şahid6, həmçinin qəlibçilərə nəzarəti Şahid2 həyata keçirirlər. X4 28.08.2020-ci il tarixdə rəsmi əmək müqaviləsi ilə usta-qəlibçi kimi işə götürülmüş, əvəllərki illərdə onların apardıqları tikintilərdə usta kimi işləmişdir. Usta qəlibçi kimi Füzuli Hüseynovun əsas işi qəlibləri quraşdırmaq, qəlibləri sökmək, qəlibləri daşımaq, ümumi söküntü işləri görmək və qəlibə aid bütün işləri görməkdir. Fizuli işə qəbul olunduğu vaxt SƏTƏM mühəndisi Şahid5 rəsmi qaydada məzuniyyətdə olduğundan onun vəzifəsinin icrası direktorun rəsmi əmri ilə ona tapşırılmışdır. Ona görə də, Fizüli işə qəbul olunduqdan sonra 01.09.2020-ci il tarixində tərəfindən ona texniki təhlükəsizlik üzrə giriş təlimatı keçirilmiş, Fizuli bu barədə qeydiyyat jurnalında imza etmiş, jurnalda bir başa yazılıb ki, yüksəklikdə iş zamanı təhlükəsizlik kəmərindən istifadə etməlidir. 01.09.2020-ci il tarixdə Füzuli saat 08 radələrində işə başlamışdır. Hadisə baş verən zaman o, hadisə yerindən olmamış, tikintinin geniş sahəni əhatə etdiyindən konkret olaraq kimin nə işlə məşğul olmasını bilməmişdir. Həmin gün saat 11:40 radələrində səs-küy gəldiyini eşidib səs gələn tərəfə gəlmişdir və görmüşdür ki, «Passac» tikinti sahəsinin «C» bloku, 12-13 oxu şərti olaraq İİ və İİİ mərtəbələri arasında pilləkən qəfəsində Fizuli arxası üstə yerdə uzanmış, orada İlkin, Fəqan və qəlibçi Vüsal olmuşlar. Fizulidən soruşduqda demişdir ki, iskələnin üstündə quraşdırılmış DOKA adlanan taxta konstruksiyasının üstündə durub qəlibləri sökərkən, həmin taxtalar ayağının altından sürüşmüş və yerə yıxılmışdır, hazırda da ayağı ağrıyır. Təhlükəsizliklə bağlı məsuliyyət iş icraçısının üzərində olmuşdur. Fizulidə təhlükəsizlik kəməri olmamışdır. Fizulinin yıxıldığı yer təxminən 4, 4,4 metr olmuşdur. İşçilərə işin görülməsi ilə bağlı göstərişləri briqadir tapşırmışdır. Təqsirləndirilən şəxs fəhləyə yox, birqadirə tapşırıq verə bilərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2011- 2012-ci ildən əvvəlki adı "xxxx" MMC, hazırki adı “X3 and Engineering Group” MMC-nin Bakı şəhəri Xətai rayonu “Ağ şəhər” layihəsində “Passac” adlanan tikinti sahəsində briqadir vəzifəsində çalışır. Həmin “Passac” adlı bina qeyri-yaşayış binası kimi 3 mərtəbəli tikilidir. Oranın ilk 2 mərtəbəsi qaraj, 3-cü mərtəbəsi isə ticarət mərkəzi kimi istifadə edilməsi nəzərdə tutulmuşdur. MMC həmin ərazidə podratçı şirkət kimi bina tikintisi ilə məşğuldur. Qüvvədə olan vəzifə təlimatına əsasən briqadir olaraq tikinti sahəsində tikinti-quraşdırma işləri üzrə sahə rəislərinin tapşırıqlarının icrasını təmin edir, sahədə briqadalar və fəhlələr arasında görüləcək işləri bölüb, onların həmin işləri düzgün görməsinə nəzarət edir. SƏTƏM mühəndisi isə işçilər üçün sağlam əmək şəraitinin yaradılması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edir. Bir qayda olaraq şəxs işə qəbul olunduqda SƏTƏM mühəndisi ona əməyin mühafizəsi üzrə giriş təlimatı keçir, bu barədə müvafiq “X1 Qeydiyyat jurnalı - Giriş təlimatı” jurnalında qeydiyyat aparır, özü və həmin işçi imza edir, sonra işə qəbul olunan işçi gedir iş icraçısının, iş rəhbərliyinin yanına, iş icraçısı tərəfindən də təhlükəsizliklə bağlı ilkin təlimatlandırıldıqdan sonra X1 Qeydiyyat jurnalında - “İlkin və dövri təlimat qeydiyyat” adlı jurnalında imzalar çəkildikdən sonra anbardar tərəfindən işçi fərdi mühafizə vasitələri ilə təmin olunur, briqadir tərəfindən iş sahəsi ilə tanış edilir, işin gedişatı, görəcəyi iş ona bildirilir. Sonra hər iş gününün əvvəlində, işə başlamazdan əvvəl briqadir tərəfindən şifahi qaydada əməyin mühafizəsi üzrə təlimatlandırılır, ancaq hər gün şifahi təlimatlandırma barədə şirkətdə hər hansı jurnalın tərtib olunması nəzərdə tutulmamışdır. İşçi işə ilk dəfə daxil olanda «Giriş jurnalına SƏTƏM mühəndisi, “İlkin və dövri təlimat qeydiyyat” jurnalına isə iş icraçısı təlimat verib qeydlər aparıblar. İş icraçısı işçi ilk dəfə işə girəndə, daha sonra isə rüblük, yəni üç aydan bir işçilərə dövri təlimat verir. SƏTƏM mühəndisi işə başlayan işçilərin təhlükəsizlik texnikası qaydalarına uyğun şəraitdə işləmələrinə, iş şəraitinin təhlükəsizlik texnikası qaydalarına uyğun təşkil edilməsinə, iş görülən sahənin çəpərlənməsinə, işçilərin fərdi mühafizə vasitələrindən istifadə edərək işləmələrinə və geyim qaydalarına riayət edilməsinə nəzarət edir ki texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları pozulmasın. Əgər işçilər tərəfindən pozuntu aşkar edərlərsə SƏTƏM mühəndisi şirkət daxili işçiyə cərimə və digər tədbir vasitələri görür. Bundan əlavə, şirkətdə işləyən işçilər briqadirlərdən görəcəkləri işlərlə bağlı konkret göstərişlər alır və briqadirlərin birbaşa işçilərin təhlükəsizliyinə nəzarət etmək vəzifələri vardır. Tikinti gedən və hadisə baş verən ərazinin sahə rəisi kimi Şahid3, iş icraçısı Təqsirləndirilən şəxs, briqadiri o, köməkçiləri isə Fəqan və qardaşı Şahid6 olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər onların tikintisində işləmiş, sonradan onu işdən çıxartmışdılar və 28.08.2020-ci il tarixdə Fizuli yenidən usta-qəlibçi kimi rəsmi olaraq əmək müqaviləsi ilə işə götürülmüş, əsas işi quraşdırılmış taxta qəlibləri sökmək, ümumi söküntü işləri görmək, qəlib yığmaq və s. olmuşdur. Həmin vaxtlar SƏTƏM mühəndisi Şahid5 rəsmi qaydada məzuniyyətdə olduğundan onun vəzifə və təlimatları direktorun rəsmi əmri ilə sahə rəisi Şahid3 verilmişdir. 01.09.2020-ci il tarixdə Fizuli saat 08 radələrində işə gəlmiş, görüləcək işlərlə bağlı o, köməkçisi Fəqana müvafiq tapşırıqlar vermiş, Fəqan da işçiləri onun göstərişinə əsasən sahəyə aparıb görəcəyi işləri göstərmişdir. Göstərşinə əsasən Fizuli Vüsal adlı işçi ilə “Passac” adlanan binada İİ və İİİ mərtəbələr arasında pilləkən qəfəsində hündürlükdə olan taxta qəlibləri sökməli idi, həmin vaxt o, ərazidə olmuşdur. Fəqanın ona deməsinə görə, Fizuliyə hündürlükdə işləməyinə görə təhlükəsizlik kəməri taxmasını tələb etmiş, daha sonra isə Fizulinin həmin yerdə taxta qəlibləri təhlükəsizlik kəməri olmadan sökməsini görmüşdür. Fizuli həmin işi görərkən təhlükəsizlik kəmərini vurmamasına görə hündürlükdən, təxminən 4-5 metrdən sürüşüb yıxılmışdır. Həmin vaxtı taxta döşəmə ayaqının altından sürüşdüyündən Fizuli yıxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2012-ci ildən qəlibçi işlədiyi “X3 and Engineering Group” MMC Bakı şəhəri Xətai rayonu “Ağ şəhər” layihəsində “Passac” adlanan tikintinin inşasını aparır. Onun və daha 50-yə yaxın işçinin briqadiri Şahid1, digər briqadir isə Mahirin qardaşı İlkindir. Ümumilikdə isə tikinti gedən ərazinin sahə rəisi Şahid3, iş icraçısı Təqsirləndirilən şəxs, SƏTƏM mühəndisi isə Şahid5dur. Amma Şahid5 məzuniyyətdə olduğundan vəzifəsini sahə rəisi Şahid3 icra edirdi. 01.09.2020-ci il tarixdə Mahir ona demişdir ki, fəhlələr tavanda olan qəlibləri süksünlər, o, Vüsal ilə Fizuliyə bu işləri görəcəklərini demiş, onlar C blokun İİ və İİİ mərtəbələri arasındakı pilləkən qəfəsinə gəlmiş, o, onsuz işə başlanmamasını deyib getmiş və saat 11-12 radələrində tikintidə fəhlə işləyən Vüsal onu səslə çağırdıqda o, C blokun İİ və İİİ mərtəbələri arasındakı pilləkən qəfəsinə gəlmiş, Fizulinin arxası üstə beton döşəmənin üzərində uzandığını görmüşdür. Fizuli bildirmişdir ki, iskələ adlanan DOKA-nın üstündə durub qəlibləri sökərkən taxtalar yerindən tərpənib və təxminən 4 metr hündürlükdən yerə yıxılmışdır. Onlara həmin işin görülməsini Şahid1 tapşırmış, Təqsirləndirilən şəxs həmin gün onlara hər hansı tapşırıq verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əvvəlki adı "xxxx" MMC, hazırki adı “X3 and Engineering Group” MMC-nin Bakı şəhəri Xətai rayonu “Ağ şəhər” layihəsində “Passac” adlanan tikinti sahəsində əmək müqaviləsinə əsasən qəlibçi kimi işləyir. Tikintində onların briqadiri Şahid1dir, Şahid6 və Şahid2 isə Mahirə kömək edirlər. Tikintidə sahə rəisi Şahid3, iş icraçısı isə Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs 28.08.2020-ci il tarixdə ustaqəlibçi kimi işə daxil olmuş, əsas işi quraşdırılmış taxta qəlibləri sökmək, ümumi söküntü işləri görmək, qəlib yığmaq və sair işlər olmuşdur. 01.09.2020-ci il tarixdə Fizuli saat 08 radələrində işə gəlmiş, həmin gün hansı işi görəcəklərini onlara Mahirin köməkçisi Fəqan demişdir. Belə ki, o, Fizuli və Samir “Passac” adlanan binada İİ və İİİ mərtəbələri arasında pilləkən qəfəsində taxat ayaqıltıların üstündə durub, hündürlükdə olan taxta qəlibləri sökməli idilər. Saat təxminən 11-12 radələrində Fəqan həmin yeri göstərmiş və gəlməmiş işə başlamamaqlarını deyib getmişdir. Amma Fizuli buna məhəl qoymayıb həmin taxta ayaqaltının üstünə çıxaraq işə başlamış, Fizuli üstündə durduğu ayaqltının taxtası qəfildən sürüşmüş, Fizuli də, özünü saxlaya bilməyib təxminən 4 metr hündürlükdən yerə yıxılaraq sol ayağının dizindən xəsarət almışdır. Onlara təhlükəsizlik kəməri verilməmiş, onlara həmin işin görülməsini Şahid1 tapşırmış, Təqsirləndirilən şəxs həmin gün onlara hər hansı tapşırıq verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən "X3 and Engineering Group” MMC-nin Ağ Şəhərdə apardığı tikintilərdə işləyir. MMC-nin əvvəlki adı "xxxx" MMC olmuşdur. İşə fəhlə kimi qəbul olunmuş, təxminən 7-8 il olar ki, briqadir vəzifəsində işləyir. Hazırda MMC-nin “Bakı Ağ şəhər” layihəsində “Passaj” adlanan tikinti sahəsində inşa işləri aparır. Həmin tikinti «Bakı Ağ Şəhər», 2-ci Yaşıl Ada küçəsindəki Fəvvarələr Meydanında yerləşir, qeyri-yaşayış sahəsidir, yerüstü səviyyəsi 3 mərtəbədən ibarətdir, həmin üç mərtəöbədə ticarət və əyləncə mərkəzinin olması nəzərdə tutulub, 2 mərtəbə isə zirzəmi hissədə maşınların dayanması üçün nəzərdə tutulub. Qüvvədə olan vəzifə təlimatına əsasən briqadir olaraq tikinti sahəsində tikinti-quraşdırma işləri üzrə sahə rəislərinin tapşırıqlarının icrasını təmin edir, sahədə briqadalar və fəhlələr arasında görüləcək işləri bölüb, onların həmin işlərin düzgün görməsinə nəzarət edir. Tikintisi aparılan ərazinin sahə rəisi Şahid3, iş icraçısı Təqsirləndirilən şəxs, briqadir isə o və qardaşı Şahid1dir. Mahir ilə onun arasında bölgü elə aparılıb ki, əsas nəzarəti Mahir həyata keçirir, o isə ancaq taxta qəliblərin quraşıdırılmasına və sökülməsinə nəzarət edir. Həmçinin işə başlamamışdan əvvəl gündəlik şifahi təlimatı o və Mahir işçilərə keçirirdi. Zərərçəkmiş şəxs əvvəllər onların tikintidə işləmiş, sonradan onu işdən çıxartmışlar və 28.08.2020-ci il tarixdə o, yenidən usta-qəlibçi kimi işə qəbul olunmuşdur. Onun əsas işi quraşdırılmış taxta qəlibləri sökmək, ümumi söküntü işləri görmək və qəlib yığmaq olmuşdur. 01.09.2020-ci il tarixdə Fizuli saat 08 radələrində işə gəlmişdir. Ona hansı işi görməsini o tapşırmış, belə ki, həmin gün Fizuli «C» blokunda binada İİ və İİİ mərtəbələri arasında pilləkən qəfəsində hündürlükdə olan taxta qəlibləri sökməli idi. Bundan ötrü Fizuli dəmrdən yığılmış iskənənin arasına DOKA taxtalarından ayaqaltı düzəltməli idi və həmin ayaqaltmm üstündə durub qəlibləri sökməli idi. Fizuli həmin işə başlayanda Vüsal da onun yanıda idi, o həyətdə idi. Saat 11-12 arası olardı, Fəqan ona zəng edib demişdir ki, Fizuli yıxılıb, o tez Fəqan dediyi yerə gəlmiş, Fizuli beton döşəmənin üstündə uzanmış, ayağının ağrıdığını demişdir. Fizuli dedi ki, DOKA taxtası onun ayağının altından sürüşdü və o, 4 metr hündürlükdən yerə yıxıldı. Onlar kömək etmiş, Fizuli Mahirin maşını ilə xəstəxanaya aparılmışdır. Bildirir ki, Fizuli təhlükəsizlik kəmərini taxsaydı bu hadisə baş verməzdi. Həmin ayaqaltı işçinin özü tərəfındən yığılır, nəzarəti isə briqadir olaraq o həyata keçirirdi, amma ümumi briqadir Mahirdir. Fizuli fərdi mühafizə vasitləri ilə təmin olunmuşdu, o, bu barədə imza etməklə fərdi mühafizə vasitələrini qəbul edibdir. Həmin iskələlər yığılma olduğu üçün istənilən hündürlükdə olur. Həmin iskələnin məhəccəri olmur, ayaqaltısı isə DOKA taxtalardan yığılır. Bəli, bu işə briqadirlər nəzarət etməlidir, amma o, bu işi Fəqana demişdir ki, Fizuliyə nəzarət etsin. Çünki işçilərin sayı çox olduğuna görə Fəqan onun və Mahirin köməkçisi kimi işləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2017-ci ilin aprel ayından “X3 and Engineering Group” MMC-nin Bakı şəhəri Xətai rayonu “Ağ şəhər” layihəsində “Passaj” adlanan tikinti sahəsində SƏTƏM - (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit) üzrə mühəndis vəzifəsində çalışır. Həmin “Passaj” adlanan bina qeyri-yaşayış sahəsidir, 5 mərtəbədən ibarət tikilməsi nəzərdə tutulub, üstdə 3 mərtəbə ticarət mərkəzi, alt hissəsi isə 2 mərtəbə qaraj olacaq. Bildirir ki, ondan başqa SƏTƏM üzrə mühəndis yoxdur, həmin vəzifəni o, tək icra edir. Qüvvədə olan vəzifə təlimatına əsasən onun vəzifə öhdəlikləri işçilər üçün sağlam əmək şəraitinin yaradılması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət etmək və sair daxildir. MMC-də tikintidə ümumi rəhbərlik sahə rəisi tərəfindən həyata keçirilir - Şahid3, sonra iş icraçısı - Təqsirləndirilən şəxs, sonra isə briqadirlər Şahid6 və Şahid1 tərəfindən rəhbərlik və nazarət həyata keçirilir. Bir qayda olaraq şəxs işə qəbul olunduqda mən ona əməyin mühafizəsi üzrə giriş təlimatı keçir, bu barədə müvafiq “Giriş təlimatı” jurnalında qeydiyyat aparır, özü və həmin işçi imza edir, sonra işə qəbul olunan işçi iş icraçısının, sahə rəisinin, iş rəhbərinin yanına gedir, o, iş icraçısı tərəfindən də təhlükəsizliklə bağlı ilkin təlimatlandırıldıqdan sonra “İlkin və dövri təlimat qeydiyyat” jurnalında imzalar çəkildikdən sonra anbardar tərəfindən ona fərdi mühafizə vasitələri ilə təmin olunur, briqadir tərəfindən iş sahəsi ilə tanış edilir, işin gedişatı, görəcəyi iş ona bildirilir. Sonra hər iş gününün əvvəlində, işə başlamazdan əvvəl briqadir tərəfindən şifahi qaydada əməyin mühafizəsi üzrə təlimatlandırılır, hər gün şifahi təlimatlandırma barədə şirkətdə hər hansı jurnal tərtib olunması nəzərdə tutulmamışdır. O, işə başlayan işçilərin təhlükəsizlik texnikası qaydalarına uyğun şəraitdə işləmələrinə, iş şaraitinin təhlükəsizlik texnikası qaydalarına uyğun təşkil edilməsinə, iş görülən sahənin çəpərlənməsinə, işçilərin fərdi mühafizə vasitələrindən istifadə edərək işləmələrinə və geyim qaydalarına riayət edilməsinə nəzarət edir ki, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları pozulmasın. Əgər, işçilər tərəfindən pozuntu aşkar edirsə şirkət daxili işçiyə cərimə və digər tədbir vasitələri görür. Bundan əlavə, şirkətdə işləyən işçilər briqadirlərdən görəcəkləri işlərlə bağlı konkret göstərişlər alır və briqadirlər birbaşa işçilərin təhlükəsizliyinə nəzarət etmək vəzifələri vardır. Bildirir ki, 17.08.2020-ci il tarixli 498M nömrəli əmrə əsasən o, 16.09.2020-ci il tarixə qədər məzuniyyətdə olmuşdur. X4 28.08.2020-ci il tarixdə usta-qəlibçi kimi işə rəsmi əmək müqaviləsi ilə qəbul olunmasından xəbəri olmayıb, onu ilkin olaraq o təlimatlandırmamış, o məzuniyyətə çıxdığı vaxt onun səlahiyəti sahə rəisi Şahid3 tapşırılmışdır. 01.09.2020-ci il tarixdə səhər saat 10 radələrində ərazi koronovirus ilə əlaqədar dezinfeksiya edilmişdir, buna dair görülən işlərin hesabatını tərtib etmək üçün bir gün əvvəldən ondan işə gəlməyi xahiş edilmiş, o, qeyri-rəsmi qaydada işə gələrək hesabatı hazırlamış, saat 10 radələrində işdən çıxarkən sahə rəisi Şahid3 ona zəng edərək bir ustanın “Passaj” adlanan obyektdə qəlib işləri görərkən hündürlükdən yıxıldığını bildirmiş, o, dərhal geri işə qayıdıb görmüşdür ki, Füzuli Hüseynov adlı işə təzə qəbul olunan şəxs İİ və İİİ mərtəbələrin arasında quraşdırılmış ayaqaltı isgələdə taxtaların üstündə durub işləyərək taxta qəlibləri sökərkən oradan yerə yıxılıb. O, telefonu ilə hadisə yerinin şəkillərini çəkmiş, həmin şəkilləri əmək müfəttişliyi araşdırma aparan zaman təqdim etmiş, həmin şəkildə quraşdırılmış dəmir isgələ və Fizulini quçaqlarında aparan işçilər əks olunub. Füzuli demişdir ki, ayaqaltı döşəməsi bərkidilmiş olmayıb, kəməri olmayıb, taxta qəlibləri sökərkən ayağının altındakı taxta yerindən tərpənib və o, yerə yıxılıb. Daha sonra ona kömək etmişlər və briqadir Şahid1 öz avtomobili ilə fəhlə Məmmədov Samirlə birlikdə onu Travmatologiya xəstəxanasına aparmışlar. Daha sonra o da həmin xəstəxanaya getmiş, ora çatdıqda Füzulinin artıq əməliyyat olunduğunu və ayağına mil qoyulduğunu bilmişdir. Həmin vaxtdan sonra da Füzuli işə çıxmasa da aylıq olaraq ona təxminən 550 manat aylıq maaş ödənilmişdir. İşçilər fərdi mühafizə vasitələri ilə işə qəbul olunanda təmin olunurlar, 6 ayda bir dəfə və ya korlandıqda yenisi ilə təmin olunurlar. Ona görə də Füzuliyə işə girəndə ilk dəfə xüsusi qoruyucu ayaqqabı, uniforma, qoruyucu dəbilqə və kəmər verilmişdir. O da digər işçilər kimi həmin vasitələri özündə saxlayıb. O, hadisə yerinə çatdıqda Fizulinin belində təhlükəsizlik kəməri olmayıb. Xəstəxanaya çatanda Fizulinin nə deyib-deməmsindən xəbəri yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 19.04.2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 222.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır ( i.v. 1); 01.07.2020-ci il tarixdə “X3 and Engineering Group” MMC-nin direktoru Ə.B.Orucov tərəfindən təsdiq edilmiş “Baş iş icraçısının (iş icraçısının) vəzifəsi»nin 2 və 3-cü bəndlərində göstərilmişdir ki, «sahədə bütün işçiləri xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin edilməlidir; yeni işə götürülənlərin hər biri ilə bilavasitə iş yerindən avadanlığın texniki istismarı, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi haqda faktiki təlimat aparması və xüsusi jurnalda qeyd edilməlidir. Xüsusi hazırlıq keçməmiş və tarif kvalifikasiya tələblərinə cavab verməyən işçilərə avadanlıqlardan inventarda sərbəst işləməyə yol verməməlidir; hər tikinti sahəsinin personalını texniki istismar, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına, yanğın təhlükəsizliyi qaydalarına əməl etmələrini təmin etməlidir; sahədə təhlükəsizlik texnikasının vəziyyətini yoxlayın və üzə çıxarılan qüsurların aradan qaldırılması, istehsalat sanitariyası qaydalarının pozulması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görülməlidir ( i.v. 24-26); 19.02.2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri “X3 and Engineering Group” MMC-nin Bakı şəhəri Xətai rayonu “Ağ şəhər” layihəsində inşa etdirdiyi “Passac” adlanan tikinti sahəsidir. Həmin protokolla Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai rayonu “Ağ şəhər” layihəsində “Passac” adlanan tikinti sahəsində “X3 and Engineering Group” MMC-də qəlibçi işləyərkən tikinti işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması nəticəsində yıxılıb bədən xəsarətlərini alması təsdiq olunur ( i.v. 42-47); məhkəmə-tibbi ekspertizasının 97 nömrəli 12.03.2021-ci il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sol diz oynağında 175 dərəcə açıcı və 70 dərəcə bükücü kontraktura vəziyyəti ilə qeyd olunan sol bud və sağ daban sümüklərinin qapalı sınıqları və sol diz oynağında əzilmiş səthi dəri yarası bərk küt əşyanın (əşyaların) qüvvəti təsirindən törənmişlər, qərarın təsviri hissəsində və xəstəlik tarixində qeyd olunan 01.09.2020-ci il tarixdə və şəraitdə yəni işlədiyi yerdə hündürlükdən yıxılma nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (i.v. 50-52); “X3 and Engineering Group” MMC-nin direktorunun 11.03.2020-ci il tarixli, 57/K nömrəli əmrində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müəssisənin ad dəyişikliyi ilə əlaqədar 19.06.2020-ci il tarixdən “X3 and Engineering Group” MMC-nə iş icraçısı vəzifəsinə işə keçirilsin. Zərərçəkmiş şəxs 28.08.2020-ci il tarixli ərizəsinə əsasən MMC-nin direktorunun 28.08.2020-ci il tarixli, 512/K nömrəli əmri ilə Zərərçəkmiş şəxs 28.08.2020-ci il tarixdən “X3 and Engineering Group” MMC-nə usta-qəlibçi peşəsinə işə qəbul edilmişdir ( i.v. 98, 114); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Nazirliyi yanında X7 xidmətinin 06.04.2021-ci il tarixli **********2 nömrəli məktubu ilə göndərilmiş tədqiqat materialları ilə “X3 and Engineering Group” MMC-də qəlibçi işləmiş Zərərçəkmiş şəxs iş yeri olan Bakı şəhəri Xətai rayonu “Ağ şəhər” layihəsində “Passac” adlanan tikinti sahəsində ayaqaltı konstruksiyanın üstünə çıxıb taxta qəlibləri sökərkən təhlükəsizliyi qaydalarının pozulması nəticəsində yıxılaraq bədən xəsarətləri alması faktı təsdiqini tapmışdır( i.v. 78, 174); şəxsin zərərçəkmiş qismində tanınması barədə 20.04.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır (i.v.177); İN/L-261/2020 qeydiyyat nömrəli, 20.07.2020-ci il tarixli «Lisenziya»da göstərilmişdir ki, «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirməyə icazə verir. Lisenziya verilib "X3 and Engineering Group” MMC-yə». Həmin lisenziya əsasında “X3 and Engineering Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 52, mənzil 20, VÖEN **********) tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə görülməsinə icazə verilən işlərin siyahısında beton və dəmir-beton konstruksiyaların quraşdırılması; metal konstruksiyaların quraşdırılması; ağac konstruksiyaların quraşdırılması; fasad işləri; svay işləri; mühəndis-kommunikasiya və şəbəkələrin qurulması işləri; hidrotexniki işlər; su anbarları; yol tikintisi; avtomobil yolları; nəqliyyat tunelləri və metropolitenlər; dəmiryol xətləri; körpülərin, estakadaların və yol-ötürücülrin tikintisi; xüsusi qurğuların tikintisi və quraşdırılması; rezervuarlar və qazholderlər; elektrik ötürücü xətləri; sənaye və mülki obyektlərin tikintisi, habelə aşırımı 24 metr və daha çox olan işlər göstərilmişdir ( i.v. 142-143); 06.09.2021-ci il tarixli, 09-06/01 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin adı dəyişdirilərək 19.06.2021-ci il tarixindən «X3 and Engineering Group» MMC olmuşdur ( i.v. 220); məhkəmə texniki təhlükəsizlik ekspertizasının 10/2628 nömrəli 07.07.2021-ci il tarixli rəyində göstərilmişdir ki, «əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinin öyrədilməsi və biliklərinin yoxlanılması keçirilməmiş, hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metod və üsulları öyrədilməmiş şəxslər (konkret olaraq Zərərçəkmiş şəxs) hündürlükdə işlərin görülməsinə cəlb edildiyinə, işçilərin yüksəklikdə görülən işlər zamanı əsas mühafizə vasitəsi olan qoruyucu kəmərdən istifadə etmədən işləmələrinə yol verildiyinə və sökmə işlərinin görülməsi zamanı işçilərin döşəməsi etibarlı bərkidilmiş ayaqaltının üzərində işləmələri təmin edilmədiyinə görə, baş vermiş hadisə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.3, 2.4.2, 2.4.3, 3.1, 5.27.3, 5.27.4 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin bilavasitə texniki səbəbi olmuşdur. Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinin öyrənilməsi və biliklərinin yoxlanılması keçirilməmiş, hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metod və üsulları öyrədilməmiş Zərərçəkmiş şəxs hündürlükdə işlərin görülməsinə cəlb etdiyinə, işçinin yüksəklikdə görülən işlər zamanı əsas mühafizə vasitəsi olan qoruyucu kəmərdən istifadə etmədən işləməsinə yol verdiyinə və sökmə işlərinin görülməsi zamanı işçilərin döşəməsi etibarlı bərkidilmiş ayaqaltının üzərində işləmələrini təmin etmədiyinə görə, vəzifə təlimatının 2, 3 bəndlərinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.3, 2.4.2, 2.4.3, 3.1, 5.44., 5.45.1, 5.45.2, 5.45.3 bəndlərinin tələbləri “X3 and Engineering Group” MMC-nin iş icraçısı tərəfindən pozulmuşdur. Ekspertizanın təyini haqqında qərarın təsviri hissəsində və təqdim olunmuş materiallarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, baş vermiş hadisə ilə əlaqədar, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması müəyyən edilmir» ( i.v. 223-225); arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur ( i.v. 232); doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü il təvəllüdlü Abdurauf və 2016-cı il təvəllüdlü Ayla adlı iki övladı var ( i.v. 233-234); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-in 222.2-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur ( i.v. 259); qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir ( i.v. 269); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 222.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə təqsirli bilərək əməlindən peşman olduğunu, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının barəsində tətbiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 CPMin 39.1.12-ci maddəsinə əsasən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs oğu Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsinə və cinayət təqibinə xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 222.1-ci maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda - bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 222.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1, 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının: 9-cu bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1- 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 10 və 11-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan iki övladı vardır və yuxarıda qeyd edilən amnistiya qərarının 9-cu bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə hesab edir ki, CPM-in 39.1.12-ci maddəsinə əsasən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 132, 198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-457/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-457/2021
02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver