Məhkəmə qərarları › İş №1(011)-457/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-457/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-457/2022 06.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2anın 177-ci mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə saat 02 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni sürücülük hüququ olmadan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə «Nargilə dairəsi» istiqamətində texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında X1 məxsus tünd göy metallik rəngli “Mercedes Benz E-280” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili 40-50 km/saat sürətlə idarə edərək 8 Noyabr prospekti 15 ünvanında yerləşən “Meqafan” əyləncə mərkəzinin yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3- cü bəndinin tələblərini pozaraq, yəni hərəkət hissəsinin kənarında piyadanın dayanmasını nəzərə almalı və əvvəlcədən dayanmış piyada ilə təhlükəsiz yan məsafəni təmin etmək üçün zəruri tədbir görməli olduğu halda, sürücü Təqsirləndirilən şəxs həmin qaydanın tələblərini pozmaqla, idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə piyada Zərərçəkmiş şəxs vuraraq, ehtiyatsızlıqdan sonuncuya qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, fəqərə cisimlərinin spinal çıxıntılarının yerdəyişməyən sınıqları, soldan 1 qabırğanın yerdəyişməyən sınığı, sağ köndələn çıxıntısının xətti yerdəyişməyən sınığı, sağ qamış sümüyünün bayır kondilusunun kənarı qopması və bayır yan bağın tam qopması, sağ diz oynağının çıxığı, C6-C7 səviyyəsinə milopatiya və təpə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan, ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuşdur. Avtomobil idarə etmək üçün BC dərəcəli sürücülük vəsiqəsi vardır, lakin 30 yanvar 2022-ci il tarixdə sürücülük vəsiqəsinin müddəti bitmişdir. O, 2019cu ildən etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı İbrahimov Ülviyə məxsus avtomobili kreditlə almış və avtomobilə görə ilkin ödəniş olaraq 3.000 manat pul ödəmiş, qalan məbləği isə borcu qurtaranadək gündəlik olaraq 25 manat pul ödəyəcəyi şərti ilə razılaşmışdırlar. O, avtomobili aldıqdan sonra “Bolt” taksi şirkətdən qeydiyyatdan keçmiş və şirkətin verdiyi müştəriləri ünvanlardan götürüb sifariş olan ünvanlara çatdırmaqla taksi kimi fəaliyyət göstərmişdir. xx.xx.2022-ci il tarixdə sonuncu sərnişini ünvana çatdırdıqdan sonra evə qayıdan zaman gecə saat təxminən 02 radələrində idarə etdiyi avtomobillə 8 Noyabr prospekti ilə üzü “Nargilə” dairəsi istiqamətində yolun sağdan 2-ci zolağı ilə təxminən saatda 40-50 km/saat sürətlə hərəkətdə olan zaman yolun sağından orta yaşlı kişi cinsindən olan bir nəfər yola daxil olmuşdur.Avtomobilin qabaq sağ hissəsi piyadaya dəymiş və piada avtomobilin qabaq şüşəsinin üzərinə düşmüşdür. Dərhal avtomobildən düşərək həmin şəxsə yaxınlaşmış, ilkin olaraq həmin şəxsin yaxasını açmışdır ki, həmin şəxs hava qəbul edə bilsin. Bundan sonra təcili tibbi yardıma müraciət edərək bu barədə məlumat vermiş və hadisə yerinə təcili tibbi yardım maşını dəvət etmiş, təcili tibbi yardım maşını təxminən 15 dəqiqə sonra hadisə yerinə yaxınlaşmış və həmin şəxsi müayinə etmək məqsədilə 1 saylı şəhər kliniki xəstəxanasına yerləşdirmişlər. O mütəmadi olaraq köməklik məqsədi ilə xəstaxanaya gedərək adını sonradan oyrəndiyi Ceyhuna baş çəkmiş və bundan sonra Ceyhunun müalicəsi üçün ona imkanı daxilində kömək etmişdir. Daha sonra əməlindən səmimi peşman olduğunu, ilk məhkumluğunu, zərərçəkmiş şəxslə barışmasını, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbin olmamasını, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə yardım etdiyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün səmimi etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 13 fevral 2022-ci il tarixdə dostları ilə birlikdə görüşmək məqsədilə Xətai rayonu ərazisində yerləşən “Bibi” restoranına yollanmış, orada təxminən 4 saat dostları ilə vaxt keçirərək yeyib-içmiş, orada spirtli içki araq qəbul etmişdir. Yığıncaqları 14 fevral 2022-ci il tarixinə keçən gecə saat 01.40-da başa çatdıqdan sonra Fatmayı kəndinə getməyi qərara almışdır. Restoranı tərk etdikdən sonra taksi tapmaq üçün piyada hərəkət etməyə başlamış, gecə saatları olduğu üçün taksi tapmaması səbəbindən piyada «Meqafan» əyləncə mərkəzinin qarşısına qədər gəlib çıxmış, orada üzü «Nargilə dairəsi» istiqamətində yolun kənarında taksi gözləmiş, bu zaman həmin istiqamətdə hərəkət edən «Mercedes» markalı avtomobilin onun üzərinə doğru gəldiyini görüb, onu çaşdırmamaq üçün hərəkət etməmiş, lakin dayandığı yerdə avtomobil onu vurmuşdur. Daha sonra isə olanları xatırlamadığını bildirmişdir. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən barışıq ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizası üzrə Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi X2 29 aprel 2022-ci il tarixli 34 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, C6-C7 (Vİ-Vİİ boyun) və Th1 (İ döş) fəqərə cismlərinin spinal çıxıntılarının yerdəyişməyən sınıqları, soldan 1 qabırğanın yerdəyişməyən sınığı, L1-L2 sağ köndələn çıxıntısının xətti yerdəyişməyən sınığı, sağ qamış sümüyünün bayır kondilusunun kənarı qopması və bayır yan bağın tam qopması, sağ diz oynağının çıxığı, C6-C7 səviyyəsinə milopatiya və təpə nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixinin kserosurətində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizası üzrə 04 may 2022-ci il tarixli 8/974 saylı rəyindən məlum olur ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz E280” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısın almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai RPİ-nin X4 Şöbəsinin xx.xx.2022-ci il tarixli 278 nömrəli məktubundan görünür ki, xx.xx.1990-ci il təvəllüdlü Təqsirləndirilən şəxs AR DİN Baş X4i İdarəsinin Mərkəzi Məlumat Bazasından alınmış məlumata əsasən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş AB 457597 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək BB 021225 nömrəli B1, B, C1, C kateqoriyalı və sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 11 avqust 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan 15 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, “Mercedes Benz E-280” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə baxışı zamanı təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxsnın ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbini, yəni sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozması, yəni yol hərəkəti üçün təhlükəli şərait yaradaraq öz hərəkəti ilə digər hərəkət iştirakçısına zərər vurması tamamilə sübuta yetirilmişdir. Həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqə mövcuddur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayətləri törətməsi özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs səmimi etirafını, ilk məhkumluğunu, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam olaraq ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müsəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş “Mercedes Benz E-280” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş “Mercedes Benz E-280” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə mülki və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar