Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-457/2025 05.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Mustafayev İlkin Nizami oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi – 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1968-cı ildə Kürdəmir rayonu, Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli işləməyən, məhkumluğu ödənilmiş, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə guya məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək nu "BP" şirkətinə mühafizə rəisi vəzifəsinə təyin edilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 09 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 45 ünvanında yerləşən "Viktoriya"şadlıq sarayının qarşısında 30.000 manat pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 30.000 (otuz min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncuya məxsus Bakı şəhəri, Xəzər rayonu, "Albalılıq" yaşayış massivində yerləşən 150 sot torpaq sahəsinə guya çıxarış alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2024-cü ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu metronun "Neftçilər" stansiyası yaxınlığındakı istirahət parkında 2.000 manat, 2025-ci ilin fevral ayının əvvəllərində ünvan 2 ünvanında metronun "Əhmədli" stansiyası yaxınlığında 10.000 manat, cəmi 12.000 manat nağd pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 12.000 manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək verilən ittihamda özünü tam təqsirli bilir, və ibtidai istintaq zamanı ondan tələb edilən məbləğlərlə bağlı olan ziddiyyətin aradan qalxdığını, Zərərçəkmiş şəxs1 12.000 manat dəymiş ziyanı tam şəkildə ödədiyini, digər zərərşəkmiş Zərərçəkmiş şəxs2 dəymiş 30.000 manat pulu hal-hazırda ödəmək imkanı olmadığını, pulu Zərərçəkmiş şəxs2 şəxsən özü aldığını beləliklə də özünü hər iki epizod üzrə verilmiş ittihamda tam təqsirli bilir. Ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, 30.000 manat pulu Zərərçəkmiş şəxs2 şəxsən almış, lakin həmin pul əslində başqa şəxsə aiddir. Özünü tam təqsirli bilməsini bir daha təsdiq edərək, ona az cəza verilməsinin xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, "Albalılıq" yaşayış massivində ona məxsus 150 sot torpaq sahəsi olmuş və həmin torpa sahəsinə çıxarış almaq istəyirmiş. Bununla əlaqədar adını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt Şirin ona demişdir ki, torpaq sahəsinə çıxarış düzəlməsində köməklik göstərə bilər. Şirin gördüyü işin müqabilində 20.000 manat pul istəmişdir. Sonra isə 15.000 manata razılaşmışlar. 2024-cü ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxslə Nefçilər metro stansiyası yaxınlığında olan parkda görüşüb ilkin olaraq 2.000 manat pulu Təqsirləndirilən şəxs vermiş və razılaşmışdılar ki, çıxarışı alandan sonra 13.000 manat pul verəcək. Bundan sonra Təqsirləndirilən şəxslə mütamadi əlaqə saxlayırmış. Şirin demişdir ki, çıxarışı tanışı Dilşad adlı qadının köməkliyi ilə düzəldəcək. 2025-ci ilin fevral ayının əvvəllərində Şirin zəng vurub işin tezliklə düzələcəyini bildirib əlavə olaraq 10.000 manat pul istəmişdir. O, da 2025-ci ilin fevral ayının əvvəllərində (tarixi dəqiq yadında qalmayıb) Şirinlə Əhmədli metrostansiyasının yaxınlığında görüşüb 10.000 manat pulu Şirinə vermişdir. Şirinə pul verən zaman yanında oğlu X3 da olmuşdur. Şirin pulu götürüb bildirmişdir ki, məsələni 15-20 gün ərzində həll edəcək. Lakin buna baxmayaraq Şirin dediyi vaxta işi düzəltməmişdir. Hal-hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə atasının vasitəsi ilə tanış olmuşdur. Şirin ilə yaxın münasibətləri 2024-cü ilin sentyabr ayından etibarən başlamışdır. O, əvvəllər X2 işləyib təqaüdə çıxdığı üçün işsiz qalmış və iş axtarırmış. Həmin ərəfələrdə söhbət əsnasında Şirinə bildirmişdir ki, ətrafı genişdir, iş tapmaqda köməklik göstərsin. Şirin yaxşı tanışları olduğunu bildirərək, işə düzəldə biləcəyini demişdir. Lakin normal vəzifəli işə düzəlmək üçün pul lazım olduğunu bildirmişdir. O, da Təqsirləndirilən şəxslə yaşadığı evin yaxınlığında yerləşən "Viktoria" şadlıq sarayının qarşısında görüşmüşdür. Şirin onu "BP" şirkətinə mühafizə rəisi vəzifəsinə işə düzəldəcəyi adı ilə30.000 (otuz min) manat pul istəmişdir. O, da Şirinlə razılaşmış və Şirin qısa müddətə sənədləri düzəldərək, işi həll edəcəyini vədd vermişdir. 09 sentyabr 2024-cü il tarixdə həmin ünvanda yəni ünvan 3arayının qarşısında Şirinlə görüşüb 30.000 manat pulu sonuncuya vermişdir. Şirin isə tez bir zamanda işin həll olunacağını bildirmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs dələduz olduğunu bilib, pulunu geri tələb etmişdir. Şirin isə müxtəlif bəhanələr gətirməklə, onu aldatmış və pulu geri qaytarmamışdır.Təqsirləndirilən şəxsdən şikayətçidir, ona vurulmuş zərər ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 iyun 2025-ci il tarixli cinayət işi başlanılması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır. (i.v. 1); Zərərçəkmiş şəxs1 tərəfindən Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü PŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Şirin adlı şəxslin onun 12.000 manat plunu ələ keçirməsini və qaytarmadığını bildirərək, qanuni tədbir görülməsini xahiş etmişdir(i.v 4) xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 18-19) 28 iyun 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs1 səs yazılarını göndərərk aldığı pulu tezliklə qaytaracağını bildirir, həmçinin yük avtomaşınının buğda yükünü boşaltmasını özündə əks etdirən videogörüntünü göndərib Zərərçəkmiş şəxs1 inandırmaq istəyirki həmin buğdanı satıb sonuncudan aldığı pulu qaytaracaq. Zərərçəkmiş şəxs1 qeyd etmişdir ki, həmin səs yazıları Təqsirləndirilən şəxs məxsusdur. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pul alması tam sübuta yetirilmişdir. Lakin qeyd edilmiş səs yazılarında və sms mətnlərində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 neçə manat pul alması barədə heç bir söz deməmişdir. (i.v 58) Zərərçəkmiş şəxs2 tərəfindən Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü PŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Şirin adlı şəxslin onun 30.000 manat plunu ələ keçirməsini və qaytarmadığını bildirərək, qanuni tədbir görülməsini xahiş etmişdir(i.v 78) xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 92-93) xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 götürülmüş, elektron maqnit daşıyıcısı olan səs yazılarını özündə əks etdirən CD diskə "HP" markalı noutbukda baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs2 səs yazılarını göndərərək aldığı pulu tezliklə qaytaracağını bildirir. Zərərçəkmiş şəxs2 qeyd etmişdir ki, həmin səs yazıları Təqsirləndirilən şəxs məxsusdur. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 30.000 manat pul alması tam sübuta yetirilmişdir.(i.v 105) 16 iyul 2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində tutulmuşdur.(i.v 111) xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Balaca oğlundan aldığı 30.000 manat pulu tezliklə qaytaracağını bildirməsi özündə əks etdirən səsli danışıqlar qeyd edilmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin səs yazıları ona məxsusdur. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 30.000 manat pul alması tam sübuta yetirilmişdir.(i.v 134) xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı pulu tezliklə qaytaracağını bildirməsi özündə əks etdirən səsli danışıqlar qeyd edilmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin səs yazıları ona məxsusdur, lakin o, Zərərçəkmiş şəxs1 12.000 manata deyil, 2.000 manat pul almışdır. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pul alması tam sübuta yetirilmişdir.(i.v 133) 17 iyul 2025-ci il tarixli cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (i.v 135-136) 18 iyul 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.( i.v 138) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 12 gün həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır.(i.v 159-163) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Kürdəmir rayon Məhkəməsinin 1(041)-06/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2.000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Kürdəmir rayon Məhkəməsinin qərarı ilə Respublika günü münasibəti ilə Aministiya qərarına əsasən cərimədən azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-nin İş-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatına xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir.(i.v 164-165) Kürdəmir rayon Məhkəməsinin 1(041)-06/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4.000 manat cərimə cəzasına məhkum edilmiş, həmin məcəllənin 69.4-cü maddəsinə əsasən həbsdə olduğu müddət nəzərə alınmaqla qəti olaraq 2.000 manat cərimə cəzasına məhkum edilmişdir.(i.v 167-172) xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünrü ki, Zərərçəkmiş şəxs1 ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir.(i.v 191-193) 02 sentyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə tərəlimdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2 va 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, xx.xx.2025-ci il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 02 adad CD disk, "WhatsApp" ani mesajlaşma proqramı vasitəsilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 göndərdiyi smslərdən çıxarışlar maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinin tərkibi olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanması rədd edilməsi və material ayrılaraq Xətai rayon prokurorluğuna göndərilməsi, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanması rədd edilməsi və material ayrılaraq Xətai rayon prokurorluğuna göndərilməsi, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.4.312-ci maddəsinin tərkibi olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanması rədd edilməsi və material ayrılaraq Xətai rayon prokurorluğuna göndərilməsi, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 29,312-ci maddəsinin tərkibi olmadığından həmin xüsusatlar üzrə barələrində cinayət təqibinin başlanması rədd edilsin və material ayrılaraq Xətai rayon prokurorluğuna göndərilməsi, iş üzrə təqsirləndirilən şəxs Mehdiyev X1" yaşayış massivində yerləşən 150 sot torpaq sahəsinə çixarış çıxarılmasına köməklik göstərməsi üçün Zərərçəkmiş şəxs1 ümumilikdə 2.000 manat pul almasını özünün müdafiəsi üçün dəlil gətirmiş, lakin onun tərəfindən ictimai təhlükəli əməlin təqsirliyi olaraq törədilməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolu, maddi sübut və digər zəruri istintaq sənədləri ilə təsdiq edildiyindən onun göstərdiyi xüsusat vəsatət kimi qəbul edilib rədd edilməsi, iş üzrə qeyd olunan ilkin materiallar, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə protokolu sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır.(i.v 194-201) Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, barışmışdır. Odur ki, yuxarıda qeyd olunan xüsusatlardan, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələrindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək onlara maddi ziyan vurması, bununla da əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin mövcud olması tam olaraq sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 30.000 manat pul almasını etiraf etmişdir. Daha sonra Ehtiramdan pul alsa da, əsil həqiqətdə pulun başqa şəxsə aid olması ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin xüsusat ilə əlaqədar heç bir dəlil gətirmədiyindən işin lüzumsuz uzanmasına və təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək niyyəti kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurulmuş zərəri tam olaraq ödəməsi, onunla barışmasını (CM 59.1.14) onun vəziyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmasını və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut- 02 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. İş üzrə məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03(üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 16 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- 02 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılsın Təqsirləndirilən şəxs 25 (iyirmi beş) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 275 (iki yüz yetmiş beş) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-457/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-457/2025
05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver