Məhkəmə qərarları › İş №1(011)-459/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-459/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-459/2023 13.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Mənzil X5 nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1997-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı məhkum olunmamış, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs hüququ olmadan kompüter məlumatlarını tamah və sair şəxsi niyyətlə qəsdən təkrar dəyişdirməklə kompüter sisteminə və kompüter məlumatlarına qanunsuz müdaxilə edərək əhəmiyyətli zərər vurulmasına səbəb olan hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Mənzil X7 "Güzəştli mənzil" informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid3 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə www.fiverr.com saytından xüsusi "BOT" proqram təminatını əldə edərək Mənzil X7 "Güzəştli mənzil" informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş "Captcha" mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "Game House" oyun zalında "Güzəştli mənzil" informasiya sistemində "Captcha" mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını qəsdən dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil X9 tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil X5 normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Mənzil X7 "Güzəştli mənzil❞ informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid4 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə www.fiverr.com saytından xüsusi "BOT" proqram təminatı əldə edərək Mənzil X7 "Güzəştli mənzil❞ informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş "Captcha" mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "Game House" oyun zalında "Güzəştli mənzil" informasiya sistemində "Captcha" mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını sonuncudan aldığı 3000 manat məbləğində pul müqabilində qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil X9 tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmek hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil X5 normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Mənzil X7 "Güzəştli mənzil" informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciet etmiş Şahid5 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə www.fiverr.com saytından xüsusi "BOT" proqram təminatı əldə edərək Mənzil X7 "Güzəştli mənzil" informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş "Captcha" mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "Game House" oyun zalında "Güzəştli mənzil" informasiya sistemində "Captcha" mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil X9 tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil X5 normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Mənzil X7 "Güzəştli mənzil" informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid8 Nərbala qızının güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə www.fiverr.com saytından xüsusi "BOT" proqram təminatı əldə edərək Mənzil X7 "Güzəştli mənzil" informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş "Captcha" mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "Game House" oyun zalında "Güzəştli mənzil" informasiya sistemində "Captcha" mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil X9 tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil X5 normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Mənzil X7 "Güzəştli mənzil" informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid13 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə www.fiverr.com saytından xüsusi "BOT" proqram təminatı əldə edərək Mənzil X7 "Güzəştli mənzil" informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş "Captcha" mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "Game House" oyun zalında "Güzəştli mənzil" informasiya sistemində "Captcha" mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil X9 tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil X5 normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Mənzil X7 "Güzəştli mənzil" informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid7 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə www.fiverr.com saytından xüsusi "BOT" proqram təminatı əldə edərək Mənzil X7 "Güzəştli mənzil" informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş "Captcha" mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da ünvan 3 ünvanında "Güzəştli mənzil" informasiya sistemində "Captcha" mühafizə tədbirini avtomatik keçməklə kompüter melumatlarını gesdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil X9 tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil X5 normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 273.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsiri çoxsaylı şahid ifadələri, əməliyyat orqanından daxil olmuş materiallar, ekspertiza rəyləri və arayışı, baxış protokolları və işin digər faktiki materialları ilə biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə bir daha tam təsdiq olunur və sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə elan olunmuş ittihamda ilkin olaraq özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2014-cü ildə Lənkəran Dövlət Universitetinə daxil olduğu zaman Şahid12 və Anar Malik oğlu ilə tanış olmuşdur. Həmin vaxtdan dostluq münasibətləri yaranmışdır və hazırda da yaxın dostdurlar. Rəşad Əliheydərzadə ilə 2020-ci ildən ortaq dostları vasitəsilə tanış olmuşdur. Rəşad polis orqanlarında (çevik polis alayında) serjant olaraq xidmət edir. Sosial şəbəkələrdə MİDA-da güzəştli mənzillərin alışı üçün qeydiyyatdan keçmə prosesində çətinliklərin yarandığı barədə yazılar oxumuşdur. MİDA-nın www.mida.az vebsaytına daxil olub "auto-click" vasitəsilə qeydiyyatın 8-9 saniyə başa çatdığını müəyyənləşdirmişdir. Bundan sonra özündə müəyyən etmişdir ki, qeydiyyatı sürətləndirmək üçün avtomatlaşdırma proqramından istifadə edə bilər. Belə bir boşluğun olması barədə o, ilk olaraq Rəşada, Anara, Kənana və köhnə tanışı Şahid4 bildirmişdir. Hazırda hər kəs elektron avtomatlaşdırma proqramlarını www.fiverr.com vebsaytından rahat şəkildə əldə edə bilər. Bunun üçün həmin veb səhifəyə daxil olaraq satınalma müqaviləsi bağlayıb və müvafiq hesaba pul köçürdükdən sonra proqram əldə etmək mümkündür. Həmin veb səhifədə müqavilə bağlanması üçün danışıqlar ingilis dilində aparılırmış. Onun ingilis dili bilikləri zəif olduğu üçün danışıqları aparmağı dostu Şahid11 xahiş etmişdir. O, 18 mart 2022-ci ildə dostu Rəvan ilə birlikdə şəxsi istifadəsində olan "ACER" markalı noutbukdan istifadə edərək www.fiverr.com daxil olaraq çinli şəxsdən 150 ABŞ dolları müqabilində proqramı əldə etmişdir. Çinli şəxs həmin proqramı "Any Desk" (kompüterə digər kompüterdən bir başa müdaxilə etməklə) vasitəsi ilə ona göndərmişdir. 30 mart 2022-ci ildə MİDA-nın vebsaytında güzəştli mənzillər satışa təqdim olunacaqmış. O, www.fiverr.com saytından əldə etdiyi "BOT" programından istifadə etməklə MİDA-nın vebsaytında kompüter məlumatlarına qanunsuz müdaxilə edərək mənzillər əldə etmək üçün ona uyğun internet klubu axtarmış və Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında yerləşən internet klubunu tapmış və ora gedərək hər stola görə 100 manat pul verəcəyini bildirǝrǝk ümumilikdə 4 kompüteri 30 mart 2022-ci il üçün rezerv etmişdir. 30 mart 2022-ci il tarixdə saat 10:00-da əvvəlcədən kompüterlərini rezerv etdiyi internet klubuna daxil olmuş və həmin rezerv etdiyi kompüterlərə www.fiverr.com saytından əldə etdiyi avtomatlaşdırma programını flǝşkart vasitəsi ilə quraşdırmışdır. Bundan sonra MİDA-da mənzillərin satışı prosesinə ona müraciət etmiş şəxslərin adından qoşulmuşdur. O, mənzil seçimini ona müraciət etmiş şəxslərin adından həm dostluq münasibətlərinə görə, həm də maddi durumuna kömək etmək məqsədilə tamamlamağa qərar vermişdir. Ona müraciət etmiş şəxslərdən yalnız Şahid4 3000 manat məbləğində pul vəsaitləri almışdır. Həmin vəsaitlərdən müəyyən hissəsini o, internet klubun xərclərinə vermişdir. Digər şəxslərin bir neçəsi ilə mənzil seçimini uğurla tamamlayacağı təqdirdə şirinlik kimi pul vəsaitləri alacaqmış, lakin mənzil seçimi ləğv edildiyi üçün həmin şəxslərdən pul vəsaitlərini almamışdır. Şahid4 aldığı pul vəsaitlərinin böyük hissəsini geri qaytarmış, qalan vəsaitləri hissə-hissə ona qaytaracaqdır. Adlarına mənzil seçimini tamamladığı şəxslərin əvəzinə yalnız Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "Game House" oyun zalından müsabiqədə iştirak etmişdir. Yalnız Şahid7 adından mənzil seçiminin başqa İP ünvandan tamamlanmışdır. Bəhruz ona müraciət etdikdə o, Bəhruzun öz kompüterinə əldə etdiyi "BOT" proqram təminatını yükləyərək İşlək vəziyyətə gətirmişdir. Bundan sonra Bəhruza həmin proqramdan sadəcə bir düyməyə basmaqla işə salmaq qalırdı. Ona müraciət edən şəxslər çox olduğu üçün o, Bəhruzdan özümün oynamağını xahiş etmiş və bildirmişdir ki, yüksək internet olan məkan taparaq mənzil seçimini rahat tamamlayacaqdır. Mənzil X9 tərəfindən satışa çıxarılan "Güzəştli Mənzil" sistemi, "Yasamal-2" layihəsi üzrə keçirilmiş mənzil seçimi mərhələsində istifadə etdiyi proqram təminatı proqram təminatı sistemə uyğunlaşdırıldığı halda "Captcha" mühafizə tədbirlərini pozmaqla insan əli dəymədən avtomatik sətirlərin doldurulmasını həyata keçirir. Bu proqram təminatını o, www.fiverr.com saytından tanımadığı çin milliyyətli şəxsə sifariş verərək əldə etmişdir. "BOT" proqram təminatıdır. Adlarına mənzil seçimini tamamladığı şəxslərlə bağlı bildirmişdir ki, ona "Mida"-nın "Yasamal-2" layihəsi üzrə mənzil seçimini həyata keçirmək üçün ümumilikdə 6 nəfər müraciət etmişdir. O, həmin şəxslər üçün mənzil seçimini uğurla tamamlamışdır. Belə ki, tanışı Şahid12 Şahid3 adından mənzil seçimini tamamlaması üçün ona müraciət etmişdir. O, buna razılıq verdikdən sonra Ravil ona e- gov.az portalında qeydiyyatdan keçdiyi asan imza olan nömrəsini təqdim etmişdir. 30 mart 2022-ci il tarixdə saat 11:00 da o, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "Game House" oyun zalında, əvvəlcədən əldə etdiyi xüsusi "Bot" proqramını tətbiq etməklə Şahid3 adından müsabiqəyə qatılaraq 2 otaqlı mənzilin nağd alınmasında qalib olmuşdur. Bunun qarşılığında o, Ravildən hər hansı vəsait almamışdır. Bundan başqa, Şahid4 öz adından mənzil seçimini tamamlaması üçün ona müraciət etmişdir. O, mənzil seçimini uğurla tamamlayacağı təqdirdə Ramiddən 3000 manat məbləğində pul vəsaitləri istəmişdir. Onlar məbləğ barədə razılığa gəldikdən sonra Ramid ona adına verilmiş asan imza olan nömrəsini təqdim etmişdir. 30 mart 2022-ci il tarixdə saat 11:00 da o, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "Game House" oyun zalında, əvvəlcədən əldə etdiyi xüsusi "Bot" proqramını tətbiq etməklə Şahid4 adından müsabiqəyə qatılaraq 3 otaqlı mənzilin nağd alınmasında qalib olmuşdur. Oyun vaxtı Ramid özü onunla birlikdə imiş. Ona müraciət edən şəxslər çox olduğu üçün o, Ramiddən öz adından özünün oynamasını xahiş etmişdir. O, proqramı kompüterə yükləyərək işlək vəziyyətə gətirmişdir. Bundan sonra Ramidə bir düyməyə basmaqla proqramı start vermək qalırdı. Mənzil seçimi uğurla tamamlandıqdan sonra Ramid ona 400 manat pul vəsaitləri vermişdir. Qalan məbləği isə, yəni 2600 manatı Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında yerləşən "Ağ çiçəyim" gül salonun yanında Ramidlə görüşərək qəbul etmişdir. Bundan başqa, tanışı Şahid6 həyat yoldaşı Şahid5 adından mənzil seçimini tamamlaması üçün ona müraciət etmişdir. O, mənzil seçimini uğurla tamamlayacağı təqdirdə Şahindən müəyyən miqdarda vəsait alacağı barədə razılığa gəlmişdir. Lakin onlar məbləğ barədə dəqiq razılığa gəlməmişlər. 30 mart 2022-ci il tarixdə saat 11:00 da o, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "Game House" oyun zalında, əvvəlcədən əldə etdiyi xüsusi "Bot" proqramını tətbiq etməklə Şahid5 adından müsabiqəyə qatılaraq 3 otaqlı mənzilin nağd alınmasında qalib olmuşdur. Lakin Şahid6 hər hansı məbləğdə pul vəsaitləri almamışdır. Bundan başqa, tanışı Anar Şahid8 adından mənzil seçimini tamamlaması üçün ona müraciət etmişdir. Onlar mənzil seçimini uğurla tamamnacağı təqdirdə Anardan müəyyən miqdarda vəsait alacağı barədə razılığa gəlmişlər. Lakin məbləğ barədə dəqiq razılığa gəlməmişlər. 30 mart 2022-ci il tarixdə saat 11:00 da o, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "Game House" oyun zalında, əvvəlcədən əldə etdiyi xüsusi "Bot" proqramını tətbiq etməklə Şahid8 adından müsabiqəyə qatılaraq 3 otaqlı mənzilin nağd alınmasında qalib olmuşdur. Lakin o, Anardan bununla bağlı hər hansı vəsait almamışdır. Bundan başqa, Şahid13 öz adından mənzil seçimini tamamlaması üçün ona müraciət etmişdir. O, Rəşadla mənzil seçimi ilə bağlı hər hansı məbləğ barədə razılığa gəlməmişdir. Rəşadla dost münasibətləri olduğu üçün o, təmənnasız müsabiqədə iştirak edəcəkdi. 30 mart 2022-ci il tarixdə saat 11:00 da o, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "Game House" oyun zalında, əvvəlcədən əldə etdiyi xüsusi "Bot" proqramını tətbiq etməklə Şahid13 adından müsabiqəyə qatılaraq 3 otaqlı mənzilin nağd alınmasında qalib olmuşdur. Bundan başqa, tanışı Şahid7 adından mənzil seçimini tamamlaması üçün ona müraciət etmişdir. Ona müraciət edən şəxslər çox olduğu üçün o, Bəhruza özünün oynamasını bildirmişdir. Belə ki, o, əldə etdiyi xüsusi "BOT" proqramını Bəhruzun kompüterinə quraşdırıb işlək vəziyyətə gətirəcəkdi. Bəhruz sadəcə yüksək internetə qoşularaq həmin proqramda "başla" əmrini sixmaqla proqramı işə salacaqdı. Bundan sonra proqram bütün xanaları özü doldurmalı idi. O, Bəhruzla razılaşdıqdan sonra həmin proqramı danışdıqları kimi quraşdırmışdır. 30 mart 2022-ci il tarixdə saat 11:00 da Bəhruz onun quraşdırdığı proqram vasitəsi ilə müsabiqəyə qatılaraq mənzil seçimini uğurla tamamlamışdır. Daha sonra təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, törətdiyi əməldən səmimi peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs Mənzil X5 nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Mənzil X7 "Güzəştli mənzil❞ informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək maddi maraq zəminində ona müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi proqram təminatları hazırlayıb və uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə "Güzəştli mənzil" informasiya sisteminə daxil olması və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etməsi, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, 2022-ci ilin mart ayının 30-da Azərbaycan Respublikasının Mənzil X9 tərəfindən növbəti dəfə 442 mənzil satışa çıxarılıbmış. Mənzillər satışa çıxarılarkən hər bir kəsə bərabər hüquqlar yaradıbmış. Mənzil seçimi prosesi başa çatdıqdan sonra agentlik tərəfindən sistemə kənar şəxslər tərəfindən müxtəlif proqramlardan istifadə edilməklə müdaxilə olunması ilə bağlı şübhələr olduğu üçün Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət olunmuşdur. Hazırda mülki iddiası yoxdur. Təqsirləndirilən şəxsə cəza verilməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2020-ci ilin avqust ayından R.İ.S.K. Elmi İstehsalat Şirkətində proqramçı vəzifəsində çalışır. Gördüyü işlərdən biri də MİDA güzəştli mənzil sisteminə texniki dəstək göstərilməsidir. Ondan başqa həmin layihədə layihə rəhbəri Abdullaxan Bəhri, proqramçı qismində Emin Payızov, verilən bazasının inzibatçısı Nəsrəddin Həsənov işləyirlər. Onlar 30 mart 2022-ci ildə keçirilən real müsabiqədən təxminən 1 ay əvvəl həmin sistemin demo versiyasını istifadəçilər məşq etməsi üçün yayımlayırlarş. Lakin, demo versiyada bəzi parametrlər, o cümlədən mənzil İD nömrələri real versiyadan fərqli hazırlanmışdır. Demo versiyada mənbə kodlarında mənzil seçim prosesinin mərhələli keçidi tələbi müvəqqəti olaraq təxirə salınır, bununla da istifadəçilər müəyyən proqram təminatı ilə həmin mənzil seçimini həyata keçirmək istədikdə uğurlu olsalar belə, real versiyada isə mərhələli keçid tələbini aktivləşdirdikləri üçün demo versiyada həmin metoddan istifadə edən şəxslər real versiyada uğursuzluqla qarşılaşırlar. Demo vǝ real versiya arasında istifadəçi interfeysi və yerləşdirilən bölmələr tam eynilik təşkil edir və bu səbəbdən bəzi istifadəçilər həmin versiyaların mənbə kodlarının eynilik təşkil edəcəyinə inanırlar. Lakin əksinə mənbə kodlarında fərqliliklər tətbiq edilir. Real versiyada mənzil İD kodları MİDA əməkdaşları tərəfindən mənzil sistem daxilində yaradılarkən həmin sistem avtomatik olaraq müxtəlif hərf və rəqəm kombinasiyalarından ibarət hash kod yaradaraq generasiya edir. Bu kodlar yalnız layihədə çalışan şəxslər tərəfindən birbaşa bazadan görünə bilər. Lakin bu bazaya girişi olan şəxs hər hansı məlumatı kənara sızdırarsa mərhələli keçid prosesi zamanı hash kodun əvvəlcədən məlum olması mənzil seçimi prosesini uğurla yekunlaşdıra bilməz. Belə ki, hash kod yalnız demo versiyadakı mərhələli keçidin yoxlanılmadığı mühitdə uğurlu ola bilər, lakin real versiyada mərhələli keçid yoxlanıldığı üçün hash kod ilə birbaşa mənzil seçimi mümkün olmur. Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidmətində Mənzil X9nə app.mida.gov.az saytında yerləşən MİDA güzəştli mənzil sistemində seçim prosesini kənar şəxslər tərəfindən süni avtomatlaşdırılmasından qoruyan "CAPTCHA" antibot mexanizminin ictimai açıq mənbələrdə (Github) açıq formada yerləşdirilmiş kodlardan istifadə edilməklə yaradılması və bunun nəticəsində müsabiqədə iştirak edən şəxslər əvvəlcədən bu kodlara uyğunlaşdırılaraq hazırlanmış bot proqram təminatlarından istifadə etməklə mənzil seçiminin həyata keçirilməsi barədə yarışdan sonra 18 aprel 2022ci il tarixdə rəsmi məktubla məlumat verilmişdir. Belə ki, bu mənbə kodlarından istifadə etməklə müsabiqə iştirakçıları xüsusi hazırlanmış bot proqram təminatları ilə normal insan tərəfindən əldə olunan ən sürətli nəticəni belə üstələyən vaxt göstəriciləri əsasında mənzil uduşuna nail olmuşdurlar. Bunları nəzərə alaraq dərhal onlar Xüsusi Rabitə və X3 Xidmətinin əməkdaşları ilə birlikdə göstərilən qüsurları aradan qaldırmışlar. Hazırda sistemdə belə boşluq mövcud deyildir. Antibot sistemini xüsusi surətli yazı bacarığı ilə bir insanın avtomatlaşdırma istifadə etmədən keçməsi ən yaxşı halda 3-4 saniyə vaxt tələb edir. Lakin təqsirləndirilən şəxs həmin müddəti tezləşdirmiş və həmin proses 1 saniyədən tez, bəzən də 1-2 saniyə ərzində baş vermişdir. Bununla da Təqsirləndirilən şəxs proqram təminatına müdaxilə etməsə də, prosesə müdaxilə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, uzun müddət "MİDA"nın güzəştli şərtlərlə satılan mənzillərindən almaq istəyirmiş. Bildiyinə görə güzəştli şərtlərlə mənzil almaq üçün sosial şəbəkədə keçirilən müsabiqədə iştirak etməli idi. Bununla bağlı o, yaxın tanışı Şahid12 vasitəsi ilə tanıdığı özəl şirkətdə mühasib işləyən, İT üzrə mütəxəssis olan Təqsirləndirilən şəxsla əlaqə saxlamışdır. Firudin ona bildirmişdir ki, bu işdə yardım edə bilər. İşlər bitdikdən sonra isə o, Firudinə müəyyən məbləğdə hörmət etməli imiş. Belə ki, Firudin bildirmişdir ki, internet klubdan sistemə daxil olacaqdır. Lakin onlar konkret məbləğ barədə razılığa gəlməmişlər. Həmin məbləği Firudin ona bütün işlər yekunlaşdıqdan sonra bildirəcəkdi. O, Fi rudinlə razılaşdıqdan sonra dövlət portalı olan e-gov.az portalında qeydiyyatdan keçdiyi ***-***-**-** saylı mobil nömrəsini Firudinə təqdim etmişdir. 30 mart 2022-ci ildə "MİDA”nın güzəştli mənzillərin satışı ilə bağlı yarışması keçirildi. Həmin gün saat 11-12 radələrində Firudin ona zəng edərək bildirmişdir ki, mənzil seçimində qalib gəlmişdir. Lakin sonra onlar sistemə baxdıqda görmüşlər ki, Firudin həmin evin nağd qaydada alınması ilə bağlı qeydlər etmişdir. Yəni bu evi ona ipoteka krediti ilə vermirlər. Buna görə də artıq Firudin ondan hər hansı vəsait istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, 2022-ci ildə qohumu Şahid9 ona bacısı Şahid8 Nərbala qızının adından "Mida"nın "Güzəştli mənzil" sistemi, "Yasamal-2" yaşayış kompleksində mənzil əldə edilməsi ilə bağlı müraciət etmişdir. Belə ki, həmin mənzillərin uduşu üçün kompüter sahəsində xüsusi bilik və bacarıqlar tələb olunurdu. O, bu məqsədlə dostu Təqsirləndirilən şəxs müraciət etmişdir. Onlar Firudinlə hər hansı məbləğ barədə razılığa gəlməmişlər, lakin mənzil seçimini uğurla tamamlayacağı təqdirdə Elşən ona, o da Firudinə hədiyyə verməyi planlaşdırırmışlar. Firudin Şahid8 adından müsabiqədə iştiraka razılıq verdikdən sonra o, Aynurun adına verilmiş asan imza olan nömrəni Elşəndən alaraq Firudinə təqdim etmişdir. 30 mart 2022-ci il tarixdə mənzil seçiminə start verildi. Elə həmin gün Firudin ona zəng edərək 2 otaqlı mənzilin nağd alınması ilə bağlı müsabiqədə qalib olduğunu bildirmişdir. O, həmin xəbəri Elşənə çatdırmışdır. Lakin mənzil nağd alındığı üçün Elşən ondan imtina edəcəyini bildirmiş və buna görə də onlar Firudinə hər hansı hədiyyə verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, 2022-ci ildə onun dostu Ravil Bağırov "Mida"nın təşkil etdiyi layihələrdən ev almaq istəyirmiş. Onun digər dostu Təqsirləndirilən şəxs kompüter sahəsində xüsusi bilikləri var imiş. Firudin ve Ravil hər ikisi onun dostları olduğu üçün onun vasitəsilə tanış olmuşlar. Bu yolla Firudin Ravile menzil alınması ilə bağlı köməklik edəcəyini bildirmişdir. Bundan sonra mənzil ilə bağlı bütün Mosələləri özləri danışıb həll etmişlər. Onda olan məlumata görə Firudin mənzil seçimi ilə Ravilə köməklik göstərək mənzil seçimini uğurla tamamlamışdır. Lakin mənzil seçimi prosesi lağv edildiyi üçün həmin mənzili Ravil ala bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, 2022- ci ildə dostu Təqsirləndirilən şəxs ona müraciət edərək kömək istəmişdir. Belə ki, o, "MİDA"nin Yasamal yaşayış kompleksindən mənzil almaq istəyirmiş və bunun üçün hansısa proqrama ehtiyacı var imiş. Firudin ingilis dilini bilmədiyi üçün kömək məqsədilə ona müraciət etmişdir. O "fiverr.com" saytından Çinli bir developer tapmış və Firudinlə əlaqələndirmişdir. Firudinə lazim olan parametrlərdə proqramı ona bildirirmiş, o da tərcümə edərək sosial şəbəkədən tapdığı Çinli şəxsə yazırmış. Firudin həmin şəxslə tam razılaşdıqdan sonra sonuncuya ödənişi etmiş va həmin şəxs Firudinə lazim olan proqramı wetransfer vasitəsi ilə göndərmişdir. O, həmin proqramın hansı işlər gördüyünü, iş prinsipini bilməmişdir. Arada dostluq münasibətləri olduğu üçün Firudinə lazım olan parametrlərdə proqram əldə etmək üçün tərcümə edərək yardım etmişdir. Onda olan məlumata görə Firudin bir neçə şəxs üçün həmin proqram vasitəsi ilə mənzil seçimini tamamlamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış digər şahidlər Şahid4, Şahid6, Şahid7, Şahid8 Nərbəla qızı, Şahid9 məhkəmə iclasına gəlməmiş məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini təsdiq etdiyini, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişlər. Digər şahidlər Şahid13, Şahid5,Şahid1 isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə həmin şahidlərin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduqları ifadələri elan olunmuşdur. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı ilin iyun ayından AR Mənzil İnşaatı Dövlət X2 və X8 müdir müavini vəzifəsində işə başlamışdır. Həmin ilin dekabr ayında eyni şöbənin müdiri vəzifəsinə təyin olunmuş, 2019-cu ilin dekabr ayında isə həmin Agentliyin aparat rəhbəri vəzifəsinə təyin edilmişdir. Yarandığı gündən bu günədək Mənzil X9 bir neçə layihənin icrasını başa çatdıraraq satışını həyata keçirmişdir. Sonuncu keçirilmiş mənzil seçimi mərhələsində o, satış zamanı təşkil edilmiş qərargahda müşahidəçi qismində iştirak etmişdir. Ümumiyyətlə satış prosesi ilə bağlı bildirmək istəyirəm ki, layihə hazır olduqda hissəli şəkildə onun satışı təşkil olunur. Satış prosesi bu məqsədlə yaradılmış "Güzəştli Mənzil" elektron sistemi vasitəsi ilə həyata keçirilir. Həmin sistemdə təhlükəsizlik tədbiri kimi "Captcha" təhlükəsizlik tədbiri tətbiq edilir. 30 mart 2022ci il tarixdə "Yasamal-2" layihəsi üzrə növbəti mənzil seçimi mərhələsi həyata keçirildikdən sonra kənardan müxtəlif şəxslər tərəfindən sistemə müdaxilə hallarına şübhələr yarandı. Qeyd olunan halların araşdırılması üçün rəhbərlik tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət olundu. Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, 30 mart 2022-ci il tarixdə kənar şəxslər tərəfindən sistemə edilmiş müdaxilə nəticəsində Mənzil X5 fəaliyyətində ciddi maneələr yaranmışdır. (i.v 50-51, 131-132) Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, MİDA tərəfindən cari ilin 30 mart tarixində satışa çıxarılan güzəştli mənzili Firudin adlı şəxs əldə etməyinə köməklik göstərmişdir. Firudinin əlaqə nömrəsini o, internet resurslarından əldə etmişdir. o, Firudinlə əlaqə saxlamış və qeyd edilən mənzilin əldə edilməsinə köməklik göstərməsi qarşılığında Firudin ondan 3000 (üç min) manat pul istəmişdir. Lakin, həmin məbləği o, Firudinə mənzil tam əldə edildikdən sonra verəcəyini bildirmişdir. 30 mart 2022-ci il tarixdə o, Firudin ilə Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən adını xatırlamadığı internet klubda görüşmüşdür. Orada olarkən Firudin ona xüsusi proqramdan istifadə etməklə qeyd edilən mənzili əldə edilməsinə köməklik göstərmişdir. Belə ki, Firudin ona əyləşməli olduğu kompüteri göstərərək həmin kompüterə Flash yaddaş qurğusu ilə xüsusi proqram yükləyərək onu işlək vəziyyətə gətirmişdir. Ona sadəcə olaraq yarışa start verildiyi zaman bir düyməyə basmaqla oyunda iştirak etmək qalırmış. Firudinin dediyi kimi o, bir düyməyə sıxmaqla oyunda iştirak etmişdir. Elə həmin vaxt elektron kabinetinə MİDA tərəfindən satışa çıxarılan güzəştli 2 otaqlı mənzilin əldə edilməsinə dair bildiriş daxil olmuşdur. Bununla o, artıq mənzil əldə etməyini bilmişdir. Elə həmin vaxt Firudin ondan 400 manat pul almış, qalan 2600 manatı isə sonrakı gün verəcəyini bildirmişdir. 2022-ci ilin 31 mart tarixində təxminən 20:00-21:00 radələrində o, Firudin ilə Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında yerləşən "Ağ çiçəyim" gül salonun yanında görüşmüş və danışılmış "2600" (iki min altı yüz) manatı Firudinə vermişdir. (i.v 56-57, 112-113, 138-139) Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri 4 saylı məktəb-litseyində işləyir. 2022-ci ildə "MİDA"nın güzəştli şərtlərlə satılan mənzillərindən almaq istəmişdir. Lakin, onun kompüter sahəsində kifayət qədər bilikləri olmadığına görə həyat yoldaşı Şahid6 müraciət etmişdir. Onlar adi qaydada iştirak edib mənzil qazana bilməyəcəklərinə görə həyat Yoldaşı sosial şəbəkə vasitəsilə Firudin adlı proqramçı ilə bu barədə danışmış və onların əvəzinə proqram vasitəsilə oynayıb mənzil əldə etməsini xahiş etmişdir. Firudin və Şahinin necə danışmalarından onun məlumatı olmamışdır. Firudin onun adından xüsusi proqram vasitəsilə oynayaraq mənzil əldə edəcəyini Şahinə demişdir. 30 mart 2022-ci il tarixdə "Mida"nın "Güzəştli mənzil" sistemində "Yasamal-2" layihəsi üzrə müsabiqə keçirilmişdir. Musabiqədən sonra onun mail ünvanına qalib olmağı ilə bağlı məktub gəlmişdir.(i.v 140-141) Məhkəmə iclasında Şahid13 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Əlahiddə çevik Alayının Xüsusi təyinatlı taborunda xidmət edir. 2022-ci ildə "Mida"nın "Güzəştli mənzil" sistemi, "Yasamal-2" yaşayış kompleksində mənzil əldə edilməsi ilə bağlı müraciət etmiş, bundan sonra Asan imza alaraq qeydiyyatda düşmüşdür. Belə ki, həmin mənzillərin uduşu üçün kompüter sahəsində xüsusi bilik və bacarıqlar tələb olunurdu. O, bu məqsədlə dostu Təqsirləndirilən şəxs müraciət etmişdir. Onlar Firudinlə hər hansı məbləğ barədə razılığa gəlməmişlər, lakin mənzil seçimini uğurla tamamlayacağı təqdirdə o, Firudinə şirinlik kimi qonaqlıq verməyi nəzərdə tutumuşdur. 30 mart 2022-ci il tarixdə mənzil seçiminə start verildi. Həmin müsabiqə zamanı Firudin onun adından müsabiqəyə qoşularaq mənzil seçimini uğurla tamamlamışdır. Lakin mənzili səhvən ipoteka ilə deyil, nağd alınması ilə bağlı qalıb olduğu, həmin mənzili almağa vəsaiti çatmadığı üçün bu mənzildən imtina etmişdir.(i.v 146-147) Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2022-ci ildə "Mida"nın təşkil etdiyi layihələrdən ev almaq istəmişlər, bunun üçün "Yasamal-2" layihəsi ilə maraqlanmışlar. Həyat yoldaşı Şahid5 1991-ci ildən pedaqoji fəaliyyətlə məşğul olur. Lakin onun kompüter bilikləri kifayət olmadığı üçün, sosial şəbəkədən tanıdığı Təqsirləndirilən şəxs müraciət etmək qərarına gəlmişdir. Firudin ona söz verməmiş, lakin bildirmişdir ki, uduş baş tutacağı təqdirdə o, Firudinə müəyyən məbləğdə vəsait verməlidir. Lakin onlar konkret məbləğ barədə danışmamışlar. Bundan sonra o, həyat yoldaşının adına verilmiş asan imza olan nömrəni Bakı şəhəri Həzi Aslanov metrostansiyasının yaxınlığında Firudinə təqdim etmişdir. 30 mart 2022-ci il tarixdə "Mida"nın "Yasamal-2" layihəsi üzrə müsabiqə keçirilmişdir. Həmin müsabiqədən sonra onun elektron poçt ünvanına 3 otaqlı evin nağd alınmasında qalib olmaları barədə məktub gəlmişdir. Lakin o, bununla bağlı Firudinə hər hansı məbləğdə pul vəsaitləri verməmişdir. (i.v 142-143) Məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayından Lənkəran şəhərindən Yardımlı rayonuna qayıdarkən taksi kimi xidmət göstərən avtomobildə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Avtomobildə Firudin başqa digər 2 sərnişin də var imiş. Avtomobildə söhbət zamanı Firudin internet sahəsində xüsusi biliyi olduğunu və ona "MİDA" güzəştli mənzillərin alınması ilə bağlı keçiriləcək olan onlayn müsabiqədə köməklik edəcəyini vəd etmişdir. O, "MİDA" güzəştli mənzillərin alınması ilə bağlı Asan Xidmətə müraciət etmiş və bundan sonra asan imza almışdır. Qeydiyyata düşdükdən və siyahı üzrə sənədləri tərtib etdikdən sonra ona onlayn kabinet açılmış və orada evlərin müsabiqəsi keçirilən zamanı məlumatın gələcəyini bildirmişlər. O, "MİDA" güzəştli mənzillərin alınması ilə bağlı keçiriləcək olan onlayn müsabiqədə qalib gəlmək üçün Təqsirləndirilən şəxs müraciət etmişdir. "MİDA" güzəştli mənzillərin alınması ilə bağlı keçiriləcək olan onlayn müsabiqədə onun adından iştirak etmiş və qalib gəlmişdir. O, etdiyi işin qarşılığında Firudinə heç nə verməmişdir. Müsabiqədə onun adından iştirak edib qalib gəlsə də həmin evi güzəştli olaraq öz vəsaiti hesabına, yəni 66 min manat ödəyərək sahib ola bilərmiş və onun qeyd olunan qədər vəsaiti olmadığı üçün evin alınmasını ipoteka ilə rəsmiləşdirilməsi ilə bağlı "MİDA"ya müraciət etmiş, lakin mənzil seçimi prosesi ləğv edildiyi üçün hər hansı məlumat ala bilməmişdir. (i.v 144-145) Məhkəmə iclasında Şahid8 Nərbəla qızının ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid8 Nərbəla qızıifadəsində göstərmişdir ki, 1994-2005-ci illərdə Bakı şəhəri 77 saylı orta məktəbdə təhsil almışdır. 2005-2007-ci illərdə Tibb Texnikumunda orta ixtisas təhsili almış, 2010-cu ildən Daxili Qoşunlar hərbi hospitalında tibb bacısı vəzifəsində çalışır. O, "MİDA" güzəştli mənzillərin alınması ilə bağlı qardaşı Şahid9 köməyi ilə onlayn satış müsabiqəsində iştirak etmişdir. Ancaq qardaşının həmin müsabiqədə hansı qaydada və necə qalib gəlməsi, mənzilin alınması ilə bağlı kimə müraciət etməsi barədə məlumatlı deyildir. (i.v114-115) Məhkəmə iclasında Şahid9 Nərbəla oğlunun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid9 Nərbəla oğlu ifadəsində göstərmişdir ki, 2022-ci ildə bacısı Şahid8 Nərbala qızı "Mida"nın "Güzəştli mənzil" sistemi, "Yasamal-2" yaşayış kompleksində mənzil əldə etmək istəmişdir. Lakin Aynurun kompüter sahəsində kifayət qədər bilikləri olmadığı üçün kömək məqsədi ilə ona müraciət etmişdir. O, tanışı Anar adlı şəxsə müraciət etmiş və Anar ona bildirmişdir ki, tanışı var bu işdə onlara kömək edəcəkdir. Bundan sonra o, bacısı Aynurun adına olan asan imzanı Anara təqdim etmişdir. Mənzil seçimi uğurla baş tutacağı təqdirdə o, Anara hədiyyə verməyi nəzərdə tutumuşdur. 30 mart 2022-ci il tarixdə mənzil seçiminə start verilmişdir. Elə həmin gün Anar ona zəng edərək 2 otaqlı mənzilin nağd alınması ilə bağlı müsabiqədə qalib olduğunu bildirmişdir. Lakin Anar həmin mənzili bacısının adından nağd alınmasında qalib olduğu üçün onlar həmin mənzildən imtina etmişlər və o, Anara hər hansı hədiyyə verməmişdir.(i.v 146-147) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, DTX istintaq baş idarəsinin şöbə rəisi Elşən Murtuzov tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxsin buna hüququ olmadan kompüter məlumatlarını qəsdən təkrar dəyişdirməklə kompüter sisteminə və kompüter məlumatlarına qanunsuz müdaxilə edərək əhəmiyyətli zərər vurulmasına səbəb olan hərəkətlər etməsi faktlarına dair fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 271.3.2-ci maddələri ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır ( i.v. 38-39); Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılaraq icraata qəbul edilməsi haqqında 23 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs və qeyriləri, eləcə də digər xüsusatlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələri ilə başqa cinayət işinin ayrılması qərara alınmışdır.(i.v 1-2) 14 aprel 2022-ci il tarixli baxış protokolundan görünür ki, Mənzil İnşaatı Dövlət X1 Xidmətinə ünvanlanmış, İstintaq baş idarəsinə 9-780 saylı xx.xx.2022-ci il tarixli məktubla daxil olmuş Flash yaddaş qurğusuna keçirilmiş baxış zamanı aşkar edilmiş mənzil seçimini tamamlayan şəxslər barədə müəyyənedici məlumatlar və həmin mənzillərin seçildiyi İP ünvanların əks olunduğu sənədin məzmunundan görünür ki, Şahid3, Şahid4, Şahid5 qizi, Şahid8 Nərbala qızı, Şahid13 adından mənzil Seçimi Bakı şəhəri Xətai r-nu, Məhəmməd Hadi küçəsi, Game House oyun zalına verilmiş İP Ünvandan tamamlanmışdır.(72-82) 14 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələr ilə ittiham elan edilməsi qərara alınmışdır.(i.v 96-98) 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 108-109) Azərbaycan Respublikasının Xüsusi Rabitə X3 Xidmətindən DTX-ya ünvanlanmış 9-1010 saylı xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş 27/74 saylı xx.xx.2022-ci il tarixli "məxfi" qrifli məktubundan çıxarışın məzmunundan görünür: "Satış platformasında istifadə olunan antibot sisteminin eynisini öz serverlərində quraşdıran kənar şəxslər həmin mühafizə sistemini analiz etməyə, xüsusi sürətləndirilmiş alqoritmlər və ML texnologiyalarının tətbiqi ilə antibot sistemini sürətlə keçməyə müvəffəq olmuşlar. Eyni zamanda satış loqlarının analizi zamanı 442 mənzil seçimi üçün 8939 nəfərin iştirak etdiyi satış prosesində 42 İP ünvandan 823 nəfərin satışda iştirak etdiyi və onlardan 275 nəfərin mənzil seçimini uğurla həyata keçirməsi şübhəli olmaqla yanaşı, 102 şəxsin antibot mühafizə sistemini 1 saniyədən tez, 151 nəfərin 1-2 saniyə ərzində, 46 şəxsin isə 2-3 saniyə ərzində keçdiyi müəyyən olunmuşdur (antibot mərhələsini 0.3 saniyǝyǝ (310 ml saniyə) keçilmişdir). Bu isə ümumilikdə 299 nəfərin antibot sistemini 3 saniyədən tez keçməsi nəticəsində mənzillərin 68 faizini əldə etməsi deməkdir ki, bu da alış prosesinin qeyri bərabər şərtlərdə həyata keçirilməsi və seçim prosesinin "kütləvi avtomatlaşdırlmasından" xəbər verir. Əlavə məlumat üçün qeyd edək ki, antibot sistemini xüsusi surətli yazı bacarığı ilə bir insanın avtomatlaşdırma istifadə etmədən keçməsi ən yaxşı halda 3-4 saniyə vaxt tələb edir."(i.v 116) Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v150) Xətai Rayon İcra Hakimiyyəti 101 saylı mənzil kommunal istismar sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur(i.v 155) xx.xx.2023-cü il tarixli əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, X6 tərəfindən təqdim edilmiş “Flash”karta baxış keçirilmiş və müəyyən edilmişdir ki, "BOT" adlı qovluq aşkar edilmişdir. Həmin qovluqda "Aİ", "certifi", "cryptography", "cryptography- 36.0.1.dist-info", "cv2", "numpy", "pil", "psutil", "setuptools-56.0.0.dist-info", "tcl", "tcl8", "tk". "Wheel- 0.37.1.dist-info", "win32com" adlı qovluqlar aşkar edilmişdir. bundan başqa, həmin yaddaş qurğusuda "_asyncio.pyd", "_bz2.pyd", cffi_backend.cp39-win_amd64", "_ctypes", *_decimal", elementtree", "_hashlib", _İzma", "_pytransform", "queue", "_socket", _ssl", "_multiprocessing". overlapped", tkinter", "uuid", win32sysloader", "base_library.zip", "clicker.exe", "clicker.exe.manifest", "cordinates", "key", "libcrypto- 1_1.dll","libffi-7.dll","libopenblas.E12C6PLE4ZYW3ECEVİV30XXGRN2NRFM2.gfortran win_amd64.dll", "libssl-1_1.dll", "mfc140u.dll", "MSVCP140.dll", "pyexpat.pyd", "python3.dll", "python39.dll", "pythoncom39.dll", "pywintypes39.dll", "scroll.txt", "select.pyd", "tcl86t.dll", "tkl86t.dll", "unicodedata.pyd", "VCRUNTİME140.dll", "win32api.pyd", "win32pdh.pyd", "win32trace.pyd", "win 32ui.pyd" adlı fayllar aşkar edilmişdir. (i.v230) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 5/838 saylı 24 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, 1.Təqdim edilmiş yaddaş qurğusunun daxilində "Bot" adlı qovluq aşkar olundu. Yaddaş qurğusu daxilində "Bot" adlı "cryptography-36.0.1.dist-info", "cv2", "Ovugacǝrisində "Aİ", "certifi", "cryptography", PİL psutil", "setuptools-56.0.0.dist-info", "tcl", "tcl8", "tk", "Wheel- 0.37.1.dist-info", "win32com" adlı qovluqlar, "Pyd" formatlı "_asyncio.pyd", decimal.pyd", _bz2.pyd", elementtree.pyd "_multiprocessing.pyd". cffi backend cp39-win_amd64.pyd", hashlib.pyd мней "_overlapped.pyd _ctypes.pyd", "_queue.pyd" İzma.pyd", socket byd", "_ssl.pyd", "_tkinter.pyd" "uuid.pyd","_win32sysloader.pyd", "base_library.zip.pyd", "pyexpat.pyd", "unicodedata.py "win32api.pyd", "win32pdh.pyd", "win32trace.pyd", "win 32ui.pyd" adlı fayllar, "PNG" forma "captcha.png", "captcha_backup.png" adlı fayllar, "Exe" formatlı "clicker" adlı "Appillicatio Program teminat, manifest" format "clicker.exe.manifest" adlı fay, "txt" formatlı "scre "cordinates", "key" adlı fayllar və "dll" formatlı "libcrypto-1 1.dll", "libffi-7.dll","pytransform "libopenblas. E12C6PLE4ZYW3ECEVİV30XXGRN2NRFM2.gfortran-win_amd64.dll", "libe 1_1.dll", "mfc140u.dll", "MSVCP140.dll", "python3.dll", "python39.dll", "pythoncom39 "pywintypes39.dll", "tcl86t.dll", "tk86t.dll", "VCRUNTİME 140.dll" adlı fayllar aşkar edilmişdir. 2.Rəyin "Tədqiq hissəsi"nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olun flaşkart daxilində aşkar olunmuş fayllar və həmin faylların daxilindəki kitabxanalar istifadə edilməklə xüsusi təyinatlı proqram (müvafiq cihazın əməliyyat sisteminə və programlan nəzarət etmək, həmin proqramların istifadəçinin istəyinə uyğun avtomatik işləmə (istifadag istədiyi kimi klikləmə tezliyinə və limitinə uyğun) vəziyyətini müəyyən etmək iqtidarına ma "BOT (İnternet robot)" proqram təminatı) təminatının hazırlanması mümkündür. Qeyd olun kodların istifadəsi ilə yaradılmış proqram təminatı vasitəsilə istifadəçi tərəfindən öncaca müəyyən edilmiş avtomatik sazlamaya uyğun əmrlərin operativ icrası və saytda dayanig məqsədi ilə yerləşdirilmiş "Captcha-mühafizə tədbirləri"ni pozmaqla avtomatik satirləri doldurulması həyata keçirilə bilər. 3.Rəyin "Tədqiqi hissəsi"nin 2-ci bəndində göstərilənləri nəzərə alsaq müvafiq proqra təminatı (BOT) tədqiq olunan fleşkrat tipli yaddaş qurğusu daxilində aşkar olunmuş fayllar hamin faylların daxilindəki kitabxanalardan istifadə edilməklə yaradıldığı, ha https://mida.gov.az internet resursunde quraşdırılmış "Captcha-mühafizə tədbirien avtomatik qaydada keçilə bilməsi texniki imkanına malikdir.(i.v 253-257)(ekspertiza xərci 70 manat) 04 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barədə Azərbaycan Respublikası CM-in 273.3.2-ci maddəsi aparılan cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 273.3.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs xahişi ilə onun quraşdırdığı xüsusi "bot" proqramını tətbiq etməklə Mənzil X5 "Güzəştli Mənzil" sistemi "Yasamal-2" layihəsi üzrə keçirilmiş mənzil seçimi mərhələsində mənzil seçimini bilavasitə tamamlamış Şahid4 və Şahid7 barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Azərbaycan Respublikasının vətəndaşları Şahid3, Şahid4, Şahid5, Şahid8, Şahid13, Şahid7 barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs Mənzil X5 "Yasamal- 2" layihəsi üzrə mənzil seçimini tamamlaması məqsədi ilə xüsusi "BOT" proqramının əldə edilməsi üçün tərcüməçi kimi yardım etmiş Şahid11 barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Mənzil X9 zərərçəkmiş şəxs qismində tanınması, Təqsirləndirilən şəxs mənzil seçiminin tamamlamasında əldə edərək istifadə etdiyi "BOT" proqram təminatının yazıldığı 1 ədəd flash yaddaş qurğusunun maddi sübut kimi tanınması qərara alınmışdır.(i.v 259-272) 04 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır(i.v 274-276) 04 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Mənzil X9 zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 287-288) 05 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Mənzil X5 hüquq şöbəsinin müdiri Zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınması qərara alınmışdır (i.v 292-293) 05 iyul 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs MİDA-nın “Güzəştli mənzil” sistemi “Yasamal-2” layihəsi üzrə mənzil seçimini tamamlamaq məqsədi ilə əldə edərək tədbiq etdiyi proqram təminatının yazıldığı 1 ədəd flaş yaddaş qurğusu maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır(i.v 298-299) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilkin olaraq ona verilmiş ittihamda özünü təqsirli bilməsə də, daha sonra məhkəmə iclasında ona daha yüngül cəza verilməsini bildirərək təqsirli olmasını etiraf etmişdir. Həmçinin cinayət işi materiallarında olan, məhkəmə iclas zalında dindirilmiş şahid ifadələri və digər mötəbər sübutlar ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsinə əsasən Məcəllənin 273.1(Kompyuter məlumatlarının qəsdən zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması buna hüququ olmayan şəxs tərəfindən törədilməklə əhəmiyyətli zərər vurulmasına səbəb olduqda) və ya 273.2(Kompyuter məlumatlarının daxil edilməsi, ötürülməsi, zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması yolu ilə kompyuter sisteminin işləməsinə buna hüququ olmayan şəxs tərəfindən qəsdən ciddi maneə törədilməsi)-ci maddələrində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271-ci maddəsinin qeyd hissəsinə əsasən həmin Məcəllənin 271-273-2-ci maddələrində "Kompüter sistemi" dedikdə müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatlaşdırılmış işləməsini həyata keçirən hər hansı qurğu və ya bir-birinə qoşulmuş və ya əlaqələndirilmiş qurğular, "Kompüter məlumatları" dedikdə isə kompüter sistemində işlənməsi emal edilməsi üçün yararlı olan istənilən informasiya (fakt, məlumat, proqramlar və anlayışlar) başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273-cü maddəsinin qeyd hissəsinə əsasən "əhəmiyyətli zərər" dedikdə ictimai təhlükəli əməl nəticəsində min manatdan artıq olan məbləğdə ziyan vurulması və ya dövlətin, cəmiyyətin və ayrı-ayrı şəxslərin qanunla qorunan maraqlarına digər mühüm zərər vurulması başa düşülür. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.10-ci maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 61.1.6-ci maddəsinə əsasən cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Güzəştli mənzil" sistemi haqqında Əsasnamənin 1.1-ci maddəsinə əsasən "Güzəştli Manzil elektron sistemi Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil X5 sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə yaradılmışdır. Əsasnamənin 1.4-cü maddəsinə əsasən elektron sistem "Elektron hökumət" portalında yaradılır və ona inteqrasiya edilir. Əsasnamənin 1.5-ci maddəsinə əsasən elektron sistem Azərbaycan Respublikası vətəndaşlarının Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etməsi sahəsində elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına xidmət edir. Bundan başqa, Mənzil X5 Nizamnaməsinin 3.1.21-ci maddəsilə agentliyin fəaliyyət sahəsinə aid edilmiş münasibətlər üzrə əhalinin hüquqlarının hayata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq agentliyin əsas vazifalarina aid edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli Fərmanı ilə tasdiq edilmiş "Güzəştli mənzil" sistemi haqqında Əsasnamənin 3.1-ci maddəsilə Qaydaya uygun olaraq satışa çıxarılan mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün bərabər şəraitin varadılması elektron sisteminin əsas məqsədlərindən biri kimi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin açılmasına fəal köməklik etməsini(59.1.10) ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs xüsusi "BOT proqramı tətbiq etməklə kompüter sisteminə və kompüter məlumatlarına qəsdən təkrar müdaxilə etməsi Mənzil X9 tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil X5 normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Təqsirləndirilən şəxs tamah niyyəti ilə cinayət törətməsi(CM61.1.6) onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayətin açılmasına fəal kömək etsə də, lakin əməlində cəzanı ağırlaşdıran hal olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin müddəaları nəzərə alınmadan cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. 44.3-ci maddəsinə əsasən cərimə əlavə cəza kimi məhkəmələr tərəfindən yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda təyin edilə bilər. 44.4-ci maddəsinə əsasən cəriməni ödəməkdən qəsdən boyun qaçıran şəxslərə bu cəza növü ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilər Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğu nəzərə alınmaqla o, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə cərimə cəzasına məhkum edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi kimi tanınmış flash yaddaş qurğusu cinayət işi materiallarında saxlanılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 273.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03(üç) il müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə 5.000(beş min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi kimi tanınmış flash yaddaş qurğusu cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar