Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-459/2024 19.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 və nümayəndəsi X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və müdafiəçisi Bakı şəhər 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində həmin maddələrin sanksiyalarında nəzərdə tutulan ən yuxarı həddə cəzanın təyin edilməsinə dair xüsusi ittiham qaydasında şikayət vermiş X2 ərizəsinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan ən yuxarı həddə cəzanın təyin edilməsi barədə ittihamedici hökmün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında X5 ərizə ilə müraciət edərək X4 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında X2 nümayəndəsi şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək X5 ilə artıq əlaqəsinin qalmadığını, gələcəkdə də əlaqəsi olmayacağını, hər hansı formada onu narahat etməyəcəyini bildirmiş, bu xüsusatları nəzərə alaraq verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə X2 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini, ittihamdan imtina edilməsini nəzərə alaraq hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan ən yuxarı həddə cəzanın təyin edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88.4.2-ci maddəsinə əsasən xüsusi ittihamçı cinayət təqibi üzrə icraatın hər hansı anında ittihamdan imtina etmək hüququndan istifadə edir. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8, 302.2.3 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan ən yuxarı həddə cəzanın təyin edilməsinə dair X2 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-459/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-459/2024
19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver