Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-459/2025 05.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək guya sonuncunun qardaşı oğlu X1 vəsiqəsi alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 16 noyabr 2024-cü il tarixdə yaşadığı ünvan 2 ünvanının yaxınlığında yerləşən «Ağrı Dağı» mərasim evinin yanında 900 manat pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 qızma 900 (doqquz yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz əiə keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək guya sonuncunun beş nəfər qohum və tanışlarına sürücülük vəsiqəsi alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 25 noyabr 2024-cü il tarixdə saat 12:53-də ünvan 3 ünvanında Zərərçəkmiş şəxs1 arvadı X2 "xxxx" ASC-nin 4098 5844 6068 0661 nömrəli «Leobank» kart hesabından onun istifadəsində olan 5411 2498 1292 3857 nömrəli «Lcobank» kart hesabına köçürülmüş 900 manat, 03 dekabr 2024-cü il tarixdə saat 21:48də həmin ünvandan həmin qaydada köçürülmüş 900 manat, 31 dekabr 2024-cü il tarixdə saat 18:21-də həmin ünvandan həmin qaydada köçürülmüş 1.300 manat, 07 yanvar 2025-ci il tarixdə saat 1 l:27-də həmin ünvandan həmin qaydada köçürülmüş 900 manat və 18 yanvar 2025-ci il tarixdə saat 20:52-də həmin ünvandan həmin qaydada köçürülmüş 900 manat, cəmi 4.900 manat alıb cinayət təqibi başlanana qədər 200 manatını Zərərçəkmiş şəxs1 qaytarmaqla 4.700 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 4.700 (dörd min yeddi yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək guya sonuncuya sürücülük vəsiqəsi alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 02 fevral 2025-ci il tarixdə saat 16:05-də ünvan 5 ünvanında Zərərçəkmiş şəxs3 nömrəsi istintaqla müəyyən edilməyən "xxxx" ASC-nin «Birbank» kart hesabından onun istifadəsində olan 5411 2498 1292 3857 nömrəli «Leobank» kart hesabına köçürülmüş 500 manat və 03 fevral 2025-ci il tarixdə saat 08:03-də həmin ünvandan həmin qaydada köçürülmüş 300 manat, cəmi 800 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 800 (səkkiz yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 15 il avtomobil təlimçisi işləmişdir. Zərərçəkmiş şəxs2 2024-cü ilin noyabr ayının əvvəllərindən tanıyır, belə ki, o, sonuncuya avtomobil idarə etməsi üçün təlim dərsləri keçmiş və aralarında səmimi münasibət yaranmışdır. 2024-cü ilin noyabr ayında Nailə ona sürücülük vəsiqəsi alıb ala bilməyəcəyini soruşduqda, o, tanışları vasitəsi ilə bunu ala biləcəyini bildirmişdir. Həmin vaxt Nailə ona bildirmişdir ki, qardaşı oğlu Əliağa Mehdiyev üçün sürücülük vəsiqəsi almaq istəyir, o da bunun 900 manat müqabilində mümkün olacağını və tez bir zamanda alacağını demişdir. Nailə onunla razılaşdıqdan sonra 16 noyabr 2024-cü il tarixdə o, Nailənin yaşadığı ünvanın yaxınlığında «Ağrı Dağı» mərasim evinin qarşısında sonuncu ilə görüşmüş və həmin görüş zamanı Nailə ona 900 manat pulu :əqdim etmişdir. O, həmin pulu əldə etdikdən sonra şəxsi ehtiyaclarına xərcləmişdir. Söz verdiyi müddət bitdikdən sonra Nailə onunla əlaqə saxlayaraq sürücülük vəsiqəsi barədə soruşmağa başlamış və o, vaxtı uzatmağa çalışmışdır. Nailə onun vaxtı uzatdığını görüb verdiyi pulu qaytarmasını bildirmişdir, lakin o, maddi durumu yaxşı olmadığı üçün Nailədən aldığı pulu qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 təxminən iki ildir ki, tanıyır. Belə ki, sürücülük kursları üzrə şəxsi təlimçi işləyən zaman Nəsiminin arvadına da avtomobil idarə etməyi öyrətmişdir. Beləliklə də Nəsimi ilə tanışlığı yaranmışdır. 2024-cü ilin dekabr ayının əvvəllərində Nəsimi ondan sürücülük vəsiqəsi düzəldib düzəldə bilməyəcəyini soruşmuş, həmin ərəfədə onun maddi sıxıntıları olduğu üçün pul lazım olduğundan Nəsimiyə iki ay müddətində sürücülük vəsiqəsi düzəldə biləcəyini demişdir. Belə ki, düşünmüşdür ki, Nəsiminin ona sürücülük vəsiqəsi almaq üçün verdiyi pullarla maddi durumunu düzəltdikdən sonra həmin iki ay ərzində Nəsiminin pulu düzəldib qaytarmaqla alınmadığını deyər. O, Nəsimiyə iki ay müddətində sürücülük vəsiqəsi ala biləcəyini dedikdən sonra sonuncu beş nəfər qohumuna sürücülük vəsiqəsi almaq istədiyini bildirmişdir. Bu məqsədlə Nəsimi 25 noyabr 2024-cü il tarixdə 900 manat, 03 dekabr 2024-cü il tarixdə 900 manat, 31 dekabr 2024-cü il tarixdə 1.300 manat, 07 yanvar 2025-ci il tarixdə 900 manat və 18 yanvar 2025-ci il tarixdə 900 manat olmaqla cəmi 4.900 manat məbləğində pulu ona məxsus "xxxx" ASC-nin 5411 2498 1292 3857 «Leobank» plastik kart hesabına göndərmişdir. O da həmin pulları əldə etdikdən sonra şəxsi ehtiyaclarına xərcləmişdir. İki ay müddət keçdikdən sonra Nəsimi ondan sürücülük vəsiqələri barədə soruşmağa başlamış və o, vaxtı uzatmağa çalışmışdır. Nəsimi onun vaxtı uzatdığını görüb verdiyi pulları qaytarmasını bildirmiş, lakin o, maddi curumu yaxşı olmadığı üçün Nəsimidən aldığı pulu qaytara bilməmişdir. Buna baxmayaraq o, aldığı ümumilikdə 4.900 manat puldan 200 manatını geri qaytarmışdır. Bundan başqa təxminən 2025-ci ilin yanvar ayında Samirə Butdayevaya təlim dərsləri keçən zaman aralarında səmimi münasibət yaranmışdır. Samirə ilə aralarında olan söhbət zamanı o bildirmişdir ki, tanışları vardır və həmin tanışlar vasitəsi ilə sürücülük vəsiqəsi ala bilər. 2025-ci ilin yanvar ayının sonlarında Samirə ona zəng edərək bacısı Zərərçəkmiş şəxs3 sürücülük vəsiqəsi almaq istədiyini və bu işdə köməklik göstərməsini xahiş etmişdir. O da bildirmişdir ki, 800 manat müqabilində tanışları vasitəsi ilə 2025-ci ilin mart ayının sonlarına kimi olan müddət ərzində Günel üçün sürücülük vəsiqəsi ala bilər. Bundan sonra Samirə onunla razılaşmış və bacısı Günel onunla bu barədə danışmışdır. Aralarında razılıq əldə olunduqdan sonra Günel ona məxsus "xxxx" ASC-nin 5411 2498 1292 3857 «Leobank» plastik kart hesabına 02 fevral 2025-ci il tarixdə 500 manat, 03 fevral 2025-ci il tarixdə isə 300 manat olmaqla ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pul göndərmişdir. O da həmin pulu əldə etdikdən sonra şəxsi ehtiyaclarına xərcləmişdir. O söz verdiyi müddət bitdikdən sonra Günel onunla əlaqə saxlayaraq sürücülük vəsiqəsi barədə soruşmağa başlamış və o vaxtı uzatmağa çalışmışdır. Günel onun vaxtı uzatdığını görüb verdiyi pulları qaytarmasını bildirmiş, lakin o maddi durumu yaxşı olmadığı üçün Güneldən aldığı pulu qaytara bilməmişdir. Bu səbcbdən Günel ərizə ilə polisə müraciət etmiş və Xətai RPİ-nin Təhqiqat şöbəsində araşdırma aparılan zaman Güneldən aldığı pulu tam olaraq geri qaytarmışdır. O, sürücülük vəsiqəsi alınması ilə bağlı heç kimlə danışmamışdır. Sadəcə olaraq ona pul lazım olduğu üçün Nəsimi, Nailə və Günelə yalandan bu barədə bildirmişdir ki, sonunculardan aldığı pul müqabilində şəxsi ehtiyaclarını ödəsin. Etdiyi əməldən peşmandır. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ilə barışdığını, onlara dəymiş ziyanı tam olaraq ödədiyini, himayəsində azyaşlı övladının olmasını qeyd edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2024-cü ilin noyabr ayının əvvəllərində sürücülük kursu keçmək istədiyi üçün «İnstagram» sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olmuş və sonuncu ona bir neçə dəfə avtomobil idarə etmək üçün təlim keçmişdir. O, Günellə birlikdə avtomobildə təlim keçən zaman sonuncunun danışıqlarından eşitmişdir ki, Günel müəyyən pul müqabilində şəxslərə sürücülük vəsiqəsi düzəldir. Belə olan halda o, Günellə danışaraq qardaşı oğlu X4 da sürücülük vəsiqəsi düzəltmək istədiyini bildirmişdir. Günel bunun mümkün olduğunu və 900 manat müqabilində qardaşı oğlu üçün sürücülük vəsiqəsi ala biləcəyini demişdi:. Əliağanın bundan məlumatı olmamış və o bunu sürpriz etmək istəmişdir. Bu səbəbdən Günellə telefon vasitəsi ilə danışıb həmin məbləği düzəltdiyini bildirmiş və Günel gəlib pulu ondan götürəcəyini demişdir. Beləliklə 16 noyabr 2024-cü il tarixdə Günel yaşadığı ünvanın yaxınlığında yerləşən «Ağrı Dağı» mərasim evinin yanına gəlmiş və o Günellə həmin yerdə görüşərək 900 manat məbləğində pulu sonuncuya təqdim etmişdir. Günel isə ilin yekununa kimi sürücülük vəsiqəsinin hazır olacağını bildirmişdir. Günelin söz verdiyi müddət bitdikdən sonra o. Günellə əlaqə saxlayaraq sürücülük vəsiqəsi barədə soruşduqda sonuncu müxtəlif bəhanələr gətirməklə vaxtı uzatmağa başlamışdır. Belə olan halda o. Günelin onu aldatdığını başa düşüb pulunu geri tələb etməyə başlamışdır. Günel isə sonuncu dəfə 10 iyun 2025-ci il tarixdə aralarında olan «Whatsapp» danışığı zamanı xəstə olduğunu, sürücülük vəsiqəsi düzəldə bilmədiyini və pulu tez bir zamanda qaytaracağını bildirmişdir. Lakin bü günə kimi Günel ona hər hansı məbləğdə pul qaytarmamışdır. O da, Günelin pulu qaytarmadığını görüb baş vermiş hadisə barədə polisə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində maddi ziyan ona dəymişdir. Belə ki, o, qardaşı oğlu Əliağa Mehdiyev üçün sürücülük vəsiqəsi alaraq sürpriz etmək istəmiş və pulu özü bu məqsədlə Günelə təqdim etmişdir. Baş vermiş hadisə nəticəsində ona 900 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2025-ci ilin yanvar ayında bacısı Samirə Butdayeva avtomobil idarə etməyi öyrənmək üçün sosial şəbəkə vasitəsi ilə şirkətlərdən birini tapmış və həmin şirkət bacısına sürücülük dərsi keçməsi üçün Təqsirləndirilən şəxs yönləndirmişdir. Belə ki, Günel bacısını yaşadığı ünvandan götürüb sürücülük dərsi keçdikdən sonra yenidən yaşadığı ünvana qaytarmışdır. Həmin ərəfələrdə o, sürücülük vəsiqəsi almaq istəmiş və bacısı Samirənin bu barədə məlumatı olduğundan ona bildirmişdir ki, Təqsirləndirilən şəxs ucuz qiymətə onun üçün sürücülük vəsiqəsi ala bilər. Bu səbəbdən o, bacısı Samirədən Günelin istifadəsində olan 051 ***-**-** GSM nömrəsini alıb həmin nömrəyə zəng edərək Günellə əlaqə saxlamış və Samirənin bacısı olduğunu bildirərək özü üçün sürücülük vəsiqəsi almaq istədiyini demişdir. Həmin vaxt Günel ona bildirmişdir ki, tanışları vasitəsi ilə ona ucuz qiymətə, yəni 800 (səkkiz yüz) manat müqabilində sürücülük vəsiqəsi ala bilər və 2025-ci ilin mart ayında sürücülük vəsiqəsini ona təhvil verəcəkdir. Həmin qiymət ona sərf etdiyi üçün Günellə razılaşmış və bu səbəbdən Günelin ona göndərdiyi "xxxx" ASCnin 5411 2498 1292 3857 nömrəli «Leobank» plastik kart hesabına yaşadığı ünvan 5 ünvanında olan zaman özünə məxsus "xxxx" ASC-nin hazırda istifadə etmədiyi və hesabını bağlatdırdığı üçün nömrəsini xatırlamadığı «Birbank» plastik kart hesabından 02 fevral 2025-ci il tarixdə 500 manat, 03 fevral 2025-ci il tarixdə isə yenə də yaşadığı evdə olan zaman həmin plastik kart hesabından Günelə məxsus həmin kart hesabına 300 manat olmaqla ümumilikdə 800 manat məbləğində pul göndormişdir.Günelin söz verdiyi müddət bitdikdən sonra, yəni 2025-ci ilin mart ayında o, Günellə əlaqə saxlayan zaman sonuncu «Novruz Bayramı» olduğundan işlərin biraz ləngidiyini və tez bir zamanda sürücülük vəsiqəsini alıb verəcəyini bildirmişdir. Daha sonra sonrakı aylarda yenidən Günellə əlaqə saxlayan zaman sonuncu müxtəlif bəhanələr gətirməyə başlamış və o. aldadıldığını başa düşüb Güneldən verdiyi 800 manatı geri tələb etməyə başlamışdır. Günel pulunu qaytaracağını bildirsə də, bu vədinə də əməl etməmiş və o bu səbəbdən baş vermiş hadisə ilə əlaqədar ərizə ilə Xətai RPİ-yə müraciət etmişdir. Xətai RPT-nin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs ondan aldığı 800 manat pul məbləğini ona tam olaraq geri qaytarmışdır. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən iki ilə yaxın müddətdir ki, sürücülük kursları üzrə təlimçi kimi tanıyır. Belə ki, Günel onun arvadı X2 təlimçisi olmuş vo Türkanın sürücülük vəsiqəsi almasında köməklik göstərmişdir. 2024-cü ilin noyabr ayının ortalarında o, Günellə əlaqə saxlayaraq qohum və tanışlarının sürücülük vəsiqəsi istədiyini və bu işdə ona köməklik göstərib göstərə bilməyəcəyini demişdir. Belə ki, qohumlarından bacısı Ələkbərova Gülnar tsa qızı, tanışları Qüdrət, Vüsal, Vüsalə və hazırda adını xatırlamadığı Vüsalın xalası qızı özləri üçün sürücülük vəsiqəsi almaq istəmişlər. O, bu barədə Günelə dedikdən sonra Günel razılaşmış və hər bir şəxs üçün 900 manat qarşılığında 40 gün müddətində sürücülük vəsiqəsi ala biləcəyini demişdir. Lakin həmin şəxslərdən Vüsal əlavə «D» kateqoriyalı sürücülük vəsiqəsi istədiyi üçün Vüsala həmin sürücülük vəsiqəsini 1.300 manata həll edə biləcəyini demişdir. Beləliklə Günel dörd nəfər şəxsə 900 manatdan, bir nəfər şəxsə isə 1.300 manatdan sürücülük vəsiqəsi alacağını bildirib ondan ümumilikdə 4.900 manat pul istəmişdir. O da bu səbəbdən hissə-hissə olmaqla, yəni 25 noyabr 2024-cü il tarixdə 900 manat, 03 dekabr 2024-cü il tarixdə 900 manat, 31 dekabr 2024-cü il tarixdə 1.300 manat, 07 yanvar 2025-ci il tarixdə 900 manat və 18 yanvar 2025-ci il tarixdə 900 manat, ümumilikdə 4.900 manat məbləğində pulu yaşadığı ünvan 6 ünvanında olan zaman arvadı Türkana məxsus "xxxx" ASC-nin 4098 5844 6068 0661 «Leobank» plastik kart hesabından Günelə məxsus "xxxx" ASC-nin 5411 2498 1292 3857 «Leobank» plastik kart hesabına göndərmişdir. Həmin pullar göndərildikdən və Günelin ona dediyi müddət bitdikdən sonra sürücülük vəsiqələri barədə Günellə maraqlanmağa başladıqda, sonuncu müxtəlif bəhanələr gətirməklə bundan yayınmağa başlamışdır. Ona sürücülük vəsiqəsi alması üçün pul vermiş şəxslər də işin uzandığını görüb pullarını geri istəməyə başlamışlar. O da məcburiyyət qarşısında qalaraq ümumilikdə 4.900 manat pulu şəxsi vəsaiti hesabına onlara qaytarmışdır. Bundan sonra o, Güneldən pulu geri tələb etsə də, Günel həmin puldan ona ümumilikdə 200 manat qaytarsa da qalan 4.700 manat pulu ona geri qaytarmamışdır. Sürücülük vəsiqəsi almaq üçün pulları ifadəsində adlarını sadaladığı şəxslər versələr də, sonradan həmin şəxslər pullarını geri tələb etdikləri üçün o, şəxsi vəsaiti hesabına sonuncuların pulunu qaytarmışdır. Bu səbəbdən maddi ziyan ona dəymişdir. O, Təqsirləndirilən şəxs beş nəfər şəxs üçün sürücülük vəsiqəsi alması məqsədi ilə ümumilikdə 4.900 manat pul vermişdir. Lakin Günel həmin puldan 200 manatını ona £eri qaytardığı üçün faktiki olaraq ona 4.700 manat məbləğində maddi ziyan dəymişdir, ilkin ərizə və izahat yazan zaman həyəcanlı olduğu üçün Günelin ona 200 manat qaytardığını unutduğundan ona 4.900 manat məbləğində maddi ziyan dəydiyini qeyd etmiş, 200 manat ödəməsini isə qeyd etməmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 25 iyun 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1); Zərərçəkmiş şəxs1 təqdim etdiyi ödəniş qəbzlərinin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs1 mobil tətbiq vasitəsi ilə “Gunel Telim” adlı istifadəçinin kart hesabına 25 noyabr 2024-cü il tarixdə saat 12:53-də 900 manat, 03 dekabr 2024-cü il tarixdə saat 21:48də 900 manat, 31 dekabr 2024-cü il tarixdə saat 18:21-də 1.300 manat, 07 yanvar 2025-ci il tarixdə saat 11:27-də 900 manat və 18 yanvar 2025-ci il tarixdə saat 20:52-də 900 manat pul köçürmüşdür (i.v. 9-13); cinayət işinin icraata qəbul edilməsi haqqında 30 iyun 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 18); zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 iyul 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 21); materialın cinayət işinə birləşdirilməsi barədə 15 iyul 2025-ci il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində Xətai RPİ-nin 35-ci PB-də toplanmış HK-1/1034 nömrəli və Xətai RPİ-də toplanmış HK-1/863 nömrəli materiallar icraatda olan Azərbaycan Respublikası CM-in 178.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmişdir (i.v. 37-38); Zərərçəkmiş şəxs3 təqdim etdiyi ödəniş qəbzlərinin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs3 mobil tətbiq vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-nin 5411 2498 1292 3857 nömrəli «Leobank» kart hesabına 02 fevral 2025-ci il tarixdə saat 16:05-də 500 manat və 03 fevral 2025-ci il tarixdə saat 08:03-də 300 manat pul köçürmüşdür (i.v. 62-63); pulun təhvil alınması barədə 04 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Xətai RPİnin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X5, icraatında olan, X3 pulunun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi barədə müraciəti üzrə, Təqsirləndirilən şəxs Xətai RPİ-nin 201 nömrəli xidməti otağımda 205 manat pul qəbul etmişdir (i.v. 66); pulun təhvil alınması barədə 09 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Xətai RPİnin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X5, icraatında olan, X3 pulunun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi barədə müraciəti üzrə, Təqsirləndirilən şəxs Xətai RPİ-nin 201 nömrəli xidməti otağımda 500 manat pul qəbul etmişdir (i.v. 67); pulun təhvil verilməsi barədə 09 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Xətai RPİnin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X5, icraatında olan, X3 pulunun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi barədə müraciəti üzrə, Günel Budtayevaya 95 manat pul kart vasitəsilə ödənilmişdir (i.v. 69); pulun təhvil verilməsi barədə 09 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Xətai RPİnin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X5, icraatında olan, X3 pulunun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi barədə müraciəti üzrə, X9 RPİ-nin 201 nömrəli xidməti otağımda 500 manat pulu təhvil vermişdir (i.v. 70); zərərçəkmiş şəxs qismində tanınma haqqında 19 iyul 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 74-75); zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 iyul 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 85-86); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 04 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsindən, həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir (i.v. 101-102); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir (i.v. 114-116); qətimkan tədbiri seçilməsi barədə 19 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir (i.v. 130-132); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə Azərbaycan Respublikası CPM-in 40.3-cü və Azərbaycan Respublikası CM 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir (i.v. 134-135); cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 03 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham va barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 barələrində Azərbaycan Respublikası CM-in 29, 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 təqdim etdiyi 05 ədəd ödəniş qəbzlərinin kserosurətləri və Zərərçəkmiş şəxs3 təqdim etdiyi 02 ədəd ödəniş qəbzlərinin kserosurətləri iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilməsi nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxs hesab edilmiş, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, iş üzrə alınmış ifadələr iş üzrə sübut kimi qiymətləndirilmişdir (i.v. 138-145); Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş edir; Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur xahiş edir. “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X7 vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. Bundan əlavə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 05 ədəd ödəniş qəbzlərin kserosurətlərinin və Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi 02 ədəd ödəniş qəbzlərin kserosurətlərinin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 05 ədəd ödəniş qəbzlərinin kserosurətlərinin və Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi 02 ədəd ödəniş qəbzlərinin kserosurətlərinin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-459/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-459/2025
05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver