Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-46/2023 17.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X1, müdafiəçi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1976-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)- 39/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 il 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasında məhkum edilmiş, Füzuli rayonu, Fialetov küçəsi ev 27-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,624 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai Rayon Polis İdarəsininin 36-cı PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 15 sentyabr 2022-ci il tarixdə saat 19:00-da ünvan 1 ünvanının qarşısında saxlanılıb ünvan 2ləşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,624 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokollar, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilmiş ittihamda ilkin olaraq özünü təqsirli bilməyərək məhkəməyə vermiş olduğu ifadəsində bildirmişdir ki, o, həyətdə oturacaqda əyləşərək tanışı Məhəmmədi gözləyirmiş. Bu zaman bir nəfər şəxs ona yaxınlaşaraq alışqanı olub-olmamasını soruşmuşdur. O da, cibindən alışqanı çıxarıb həmin şəxsə təqdim etmişdir. Bu zaman həmin şəxs özünün polis əməkdaşı olduğunu bildirərək onun qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və daşımasında şübhəli olduğunu bildirib 36-cı Polis Bölməsinə aparmışdır. Bildirmişdir ki, onun üzərində heç bir narkotik vasitə olmamışdır, bölmədə narkotik vasitəni onun cibinə qoyaraq, videoçəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olmasını deməsini bildirmişlər. O da, videoçəkiliş zamanı qeyd edilən narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 aydan artıq müddətdir ki, narkotik vasitələrdən olan heroin qəbul edirmiş. Narkotik vasitələri adətən tanımadığı şəxslərdən müxtəlif qiymətlərə şəxsi istifadəsi üçün əldə edib, əsasən çəkmək üsulu ilə qəbul edirmiş. Narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində anket məlumatlarını dəqiq bilmədiyi Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində yaşayan “Ceyhun” adlı şəxslə əlaqə saxlayıb əldə edirmiş. Belə ki, o həmin şəxsin ona təqdim etdiyi hesab nömrəsinə pul köçürür və həmin şəxs bir az müddət keçdikdən sonra ona işarələnmiş yerin şəklini ataraq narkotik vasitələri həmin ünvanda olan şəxsdən götürə biləcəyini bildirirmiş. Beləliklə də o, işarələnmiş yerdə tanımadığı şəxsdən özü üçün narkotiki götürürmüş. 13 sentyabr 2022-ci il tarixdə yenə də həmin üsulla özü üçün narkotik vasitə sifariş vermiş və həmin gün təxminən saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında əvvəllər də bir neçə dəfə narkotik vasitəni götürdüyü üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi “Ceyhun” adlı şəxsdən öz şəxsi istifadəsi üçün 01 büküm “kakos” adlanan heroini 10 manat pul müqabilində əldə etmiş və həmin narkotiki üzərində gəzdirmişdir. 15 sentyabr 2022-ci il tarixdə saat 19:00 dəqiqədə ünvan 1 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmiş və Xətai RPİ-nin 36-cı Polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuş, üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, bu təklifdən sonra o əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli bükümdə olan narkotik vasitə olan heroini çıxarıb könüllü şəkildə təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş lakin hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş heroin narkotik vasitəsinin ümumilikdə 0,85 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərində imzalar çəkilmişdir. (i.v51-53, 63-65) İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, ibtidai istitntaq zamanı vermiş olduğu ifadəsini özünün könüllü vermiş olduğunu, həmin ifadəni təsdiq etdiyini, əməlindən peşman olduğunu, himayəsində uşağının olmasını bildirərək ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanda xidmət edərkən bir nəfər şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar şübhələndiyindən ona yaxınlaşaraq 36-cı polis bölməsinə dəvət etmişdir. Bölmədə üzərində axtarış aparılarkən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Özü tək olmuşdur. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, digər üzvü isə Xətai RPİ-nin 36-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 imiş. 15 sentyabr 2022-ci il tarixdə saat 19:00 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 1 ünvanın yaxınlığında görüb onu saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və onu 36-cı polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə Bakı şəhəri, Vəkillər kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, Xətai RPİ-nin 36-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı Aslan Rəhimov Təqsirləndirilən şəxs özünü təqdim etməsini və anket məlumatları barədə məlumat verməsini təklif etmiş, Təqsirləndirilən şəxs təhqiqatçının bu tələbindən sonra özünü təqdim edərək anket məlumatları barədə məlumat verməyə başlamışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah oldunduğunu bildirmiş şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək masaya qoymuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş lakin bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçının vermiş olduğu suallara cavab olaraq Təqsirləndirilən şəxs 01 ədəd şəffaf rəngli sellofanda olan bükümün “kakos” yəni heroin olmasını söyləmişdir. Bundan sonra təhqiqatçı narkotik vasitələri haradan və hansı məqsədlə əldə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs “kakos” yəni heroini 1-2 gün bundan əvvəl “Əhmədli” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təqdim olunan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş, 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan heroinə bənzər kütlənin çəkisinin 0,85 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlələr zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir.(i.v 110-112) Şahid2 ibtidai istinaq zamanı vermiş olduğu ifadəsi elan edildikdən sonra, o bildirmişdir ki, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi doğrudur. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirinin üzərindən uzun müddət keçdiyindən başqa cür ifadə vermişdir. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduqları ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 15 sentyabr 2022-ci il tarixdə, saat 19:00-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Xətai RPİ-nin 35-ci polis bölməsinə gətirilmiş və həmin tarixdə, saat 19:45-də müdafiəçinin iştirakı Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasında Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli həmin tarixdən, saat 19:10-dan hesablanmışdır (i.v. 24); şəxsi axtarış və götürmə aparılması haqqında 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-in sahə inspektoru, polis kapitanı X3, Xətai RPİ-nin 35-ci PBnin sahə inspektoru, polis baş leytenantı Cümşüdov Pərviz Mİrzə oğlunun, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X6 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsunq” markalı mobi lelefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümündə bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoyub həmin bükülünün içərisindəkinin narkotik vasitə "kakos" olduğunu, bu maddəni təxminən 1-2 gün qabaq "Əhmədli metrosu yaxınlığında tanımadığı şəxsdən alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümündə qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə "heroin"-ə bənzər maddənin olması aşkar edilmişdir. Həmin bükülü üzərində Çin istehsallı olan, elektron tərəzidə çəkilərək kağızla birgə 0,85 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirildi, heç bir qanunla qadağan edilmiş əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (i.v. 35-36); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 sentyabr 2022-ci il tarixli, 6/5231 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ǝdəd zərfdə təmiz çəkisi 0,624 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 42-45); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 54); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-486/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində həbs seçilməklə barəsində məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 82-86); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 26 sentyabr 2022-ci il tarixli tələbnamə əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 24 gün hissəsindən şərti olaraq azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır ( i.v. 94-97); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-39/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 gün müddət təyin olunmuş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 01 il 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması hökm olunmuşdur.(i.v 98- 104) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi Ambulator X2 xx.xx.2022-ci il tarixli, 5392 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( i.v. 123-124); xx.xx.2022-ci il tarixli telefon danışıq məlumalarına baxış keçiriməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə kartına dair məlumatları əks etdirən "Bakcell MMC"-dən daxil olmuş 18 oktyabr 2022-ci il tarixli 12690/22 nömrəli məktuba əlavə edilmiş 01 ədəd "CD"xxxx"Bakcell MMC"-dən daxil olmuş 18 oktyabr 2022-ci il tarixli 12690/22 nömrəli məkuba əlavə edilmiş 01 ədəd diskə baxış zamanı müəyyən edildi ki, 01 ədəd disk "CD-R" formatlıdır, üzərində "bakcell" yazısı mövcuddur. Həmin disk "Lenovo markalı stolüstü kompyuterdan istifadə edilməklə açıldıqda, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan 099- ***-**-** saylı mobil nömrə kartına dair məlumatları əks etdirən faylların mövcud olması aşkar edilir.Qovludakı "SMS_Tarixcesi_**********3007 997123222" adlı fayla daxil olduqda qeyd edilən nömrəyə 15 iyun 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində 099- ***-**-** saylı mobil nömrə kartına daxil olan sms danışıqlarına dair məlumatların əks olunduğu müşahidə edilir. Qovludakı "SMS_Tarixcesi **********3009 997123222" adlı fayla daxil olduqda qeyd edilən nömrəǝyǝ 15 iyun 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində 099- ***-**-** saylı mobil nömrə kartından xaric olan sms danışıqlarına dair məlumatların əks olunduğu müşahidə edilir. Həmçinin "Zenglerin_Detallasmasi_**********4712 997123222" adlı fayla daxil olduqda isə ***- ***-**-** saylı mobil nömrə kartının hansı ötürücü anten dairəsində olmasına dair məlumatların əks olunduğu müşahidə edilir. Bundan başqa "Zenglerin_Mexsusluq_Tarixceleri_**********4752_ 997123222_BKC" adlı fayla daxil olduqda ise ***-***-**-** saylı mobil nömrə kartına daxil olan çıxan zənglər siyahısında "Bakcell MMC-yə aid nömrə sahiblərinə dair məlumatların əks olunduğu müşahidə edilir. İstintaq orqanı üçün əhəmiyyət kəsb edən xüsusatlara baxış zamanı ***-***-**-** saylı mobil nömrə kartının faktiki olaraq Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. 01 ədəd diskdə olan fayllara baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Həmin diskdə olan sənədlər 09 vǝrǝqdə çap edilərək cinayət işinin materiallarina əlavə edilmişdir sübutların qiymətləndirilməsi haqqında 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılması, barəsində Xətai rayon məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınsın ve cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə tədqiqatdan sonra qalıq qalan çəkisi 0,574 gram olan narkotik vasite heroin maddi sübut qismində tanınaraq saxlanması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman narkotik vasitə heroinin elektron tərəzidə çəkilməsi zamanı çəkisinin 0.85 qram olması kimi müeyyen edilmiş göstərici nəzərə alınmayaraq məhkəmə-kimyəvi ekspertizasının 16 sentyabr 2022-ci il tarixli 6/5231 saylı rəyində qeyd olunan çəkilər yəni heroinin çəksinin 0,624 qram olması əsas kimi götürülməsi, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusatlarla bağlı barəsində cinayət təqibinin başlanması rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə heroinin əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmadığından həmin fakt üzrə cinayət işindən material ayrılaraq icraatıma qəbul edilməsi, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokollar, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğunun ödənilmədiyini nəzərə alaraq onun törətdiyi cinayət əməli cinayətlərin residivi kimi qiymətləndirilməsi, "Bakcell MMC"dən daxil olmuş 18 oktyabr 2022-ci il tarixli 12690 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk sübut əhəmiyyətinə malik olduğundan sübut kimi tanınması və cinayət işinin materillarına əlavə edilməsi qərara alınmışdır. (i.v. 133-139); “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.1996-cı il təvəllüdlü, X7 adlı övladı var. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümündə bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoyub həmin bükülünün içərisindəkinin narkotik vasitə "kakos" olduğunu, bu maddəni təxminən 1-2 gün qabaq "Əhmədli metrosu yaxınlığında tanımadığı şəxsdən alaraq üzərində saxlayıb gəzdirdiyini bildirməsi, qeyd edilən maddənin kağız zərfdə qablaşdırılaraq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitəni polis bölməsində onun cibinə qoyulması ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və özünün məhkməyədək icraat dövründə verdiyi ifadələri, şahid ifadələri və iş materiallarında olan digər sübutlarla təkzib olunur. Şahid2 məhkəmə iclasında ilkin olaraq vermiş olduğu ifadəsinə münasibətdə məhkəmə hesab edir ki, onun sonradan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməsini və hadisənin üzərindən uzun müddət keçdiyi üçün hadisənin təfərrüatını dəqiq xatırlamadığını bildirməsinə əsasən Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi əsas götürülməlidir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Bundan əlavə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında 4(011)-486/2022 saylı, xx.xx.2022 saylı qərardan görünür ki, təqsirləndirilən şəxs törədilmiş cinayət əməlindən peşman olduğunu bildirərək, himayəsində yaşlı və xəstə valideyininin, xəstə övladının olmasını nəzərə alıb, barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi ağırlaşdırıcı hal hesab olunur; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,624 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını (CM 59.2) nəzərə alır və onu yüngülləşdirici hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçui Rayon Məhkəməsinin 1(008)-39/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Bununla da onun əməlində cinayətin residivi müəyyən edilmişdir Təqsirləndirilən şəxs əməlində residivin olması (CM-61.1.1) cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əvvəllər də hazırki ittiham olunmuş cinayətlə eyni məzmunlu cinayət əməllərini törətməsini, həmin cinayətə görə məhkum olunmasını, əməlində cinayətin residivinin olmasını, yenidən eyni məzmunlu cinayət əməlini törətdiyini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narlotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 02 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,574 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-46/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-46/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver