Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-460/2021 01.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, taksi sürücüsü işləyən, Bakı şəhəri, Binəqədi rayonu, Kunanbayev küçəsi, ev 9/25, mənzil 141-də qeydiyyatda olan, Bakı şəhəri. Xətai rayonu, Əhmədli kəndi, Namiq Əlyarov küçəsi, ev 28-də yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 06 sentyabr 2021-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi ilə Tofiq Hacıbəyov küçəsinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olmaqla idarə etdiyi “Lada Vaz 2107” markalı, ** NK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs əlindən sonuncuya məxsus qiyməti 150 manat olan 1 ədəd “Samsung” markalı, “SM-A022G/DS (A02)” modelli mobil telefonu üzərindəki qiyməti 4 manat olan GSM nömrə ilə birlikdə alaraq açıq şəkildə talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 154 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, “Lada Vaz 2107” markalı, ** NK *** dövlət qeydiyyat nömrəli avtomobil ilə Əhmədli qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 05.09.2021-ci il tarixdə bir nəfər sərnişin ona yaxınlaşaraq Kənd Əhmədliyə gedəcəyini bildirmişdir. Sərnişin yolda kirayə ucuz qiymətə ev axtardığı ona bildirmişdir. O, kirayə ev tapa biləcəyini ona demişdir. Sabah, yəni 06.09.2021-ci il tarixdə saat təxminən 19 radələrində həmin Telman adlı şəxs onun həmişə durduğu yerə yaxınlaşaraq kirayə evə baxmaq istədiyini bildirmişdir. O, Telmana kirayə yaşamaq üçün evi göstərməyə gedərkən Əhmədli qəsəbəsində ara küçələrin birində avtomobili saxlamışdır. Telmandan mobil telefonunu istəyərək ona ev sahibinə zəng vuracağını bildirmişdir. Borcu olduğu üçün Telmanın telefonunu götürmək fikrinə düşmüşdür. Telefonunu aldıqdan sonra Telman avtomobildən düşmüşdür. Telman avtomobildən düşən kimi o, avtomobilini sürərək oradan uzaqlaşmışdır. Bundan sonra o, avtomobilini yaşadığı evə sürmüşdür. Hadisə vaxtı orada başqa heç kim olmamışdır. Telmanın şikayəti əsasında polislər gəlmiş və telefonu onlara təhvil vermişdir. Daha sonra son sözündə törətdiyi əməldən peşman olmasını, ilk məhkumluğunu, zərərçəkmiş şəxslə barışmasını, ziyanı ödəməsini, ona qarşı tələb və şikayətin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Xətai rayonu ərazisində yerləşən Ağ şəhərdə fəhlə işləyir. 05.09.2021-ci il tarixdə o, Göyçay rayonundan qayıdarkən kirayə yaşadığı Kənd Əhmədliyə getmək üçün Əhmədli qəsəbəsində yerləşən Görüş kafesinin yanında dayanan taksilərdən birinə əyləşmişdir. Həmin taksi ilə yaşadığı evə gedərkən taksi sürücüsünə kirayə ucuz qiymətə kirayə ev verən olsa ona xəbər etməsini bildirmişdir. Həmin taksi sürücüsü adının Hüseyn olduğunu bildirmiş və Əhmədli qəsəbəsində yerləşən məscidin yanında bibisinin evini 60 manata kirayə verdiyini deyərək sabah evi ona göstərə biləcəyini demişdir. Sabah, yəni 06.09.2021-ci il tarixdə saat təxminən 19:00 radələrində o, taksi dayanacağına getmiş və orada Hüseyni görərək onun avtomobilinə əyləşmişdir. Avtomobilindəki sərnişini düşürdükdən sonra Əhmədli qəsəbəsində kirayə evə baxmağa getmişlər. Ara küçələrdə Hüseyn avtomobili saxlayıb evin behi üçün ondan 20 manat pul istəmişdir. O isə evi gördükdən sonra pulu verəcəyini bildirmişdir. Bu vaxt Hüseyn ondan bibisinə zəng vurmaq üçün telefonunu ondan istəmişdir. Lakin o, telefonunu çıxardaraq bildirmişdir ki, bibisinin nömrəsini ona desin və o, özü danışsın. Bu vaxt Hüseyn onun əlindən ona məxsus olan “Samsung Galaxy A02” markalı mobil telefonunu dartaraq almışdır. Avtomobildən düşən kimi Hüseyn avtomobili sürərək oradan uzaqlaşmışdır. O, dərhal DİN-nin 102 məlumat mərkəzinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Həmin avtomobil ağ rəngli “Lada Vaz 2107” markalı, ** NK *** dövlət qeydiyyat nömrəli avtomobil olmuşdur. Hadisə zamanı heç bir xəsarət almamışdır. O, sürücünün arxasınca bir neçə metr getmiş, lakin o, avtomobilə çata bilmədiyindən oradan uzaqlaşmışdır. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı tələb və şikayətinin olmamasını qeyd edərək cəza təyin edilərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş (iş vərəqi 47) 08 sentyabr 2021-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, 1 ədəd “Samsung Galaxy A02” markalı mobil telefon üzərindəki GSM kartı ilə birlikdə Təqsirləndirilən şəxs götürülmüşdür. İş materiallarına əlavə edilmiş 08 sentyabr 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə əldə olunmuş 1 ədəd “Samsung Galaxsy A02" markalı mobil telefona üzərindəki GSM kartı ilə birlikdə baxış keçirib əlamətlərindən tanıyaraq ona məxsus olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 sentyabr 2021-ci il tarixli 9/6497 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı “SM-A022G/DS (A02)” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 150,00 manat, 1 ədəd GSM nömrə 4,00 manat müəyyən olunur Zərərçəkmiş şəxs ərizəsindən məlum olur ki, maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13.09.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan (iş vərəqi 36) tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş vərəqi 64-də olan Xətai rayon prokuroru Sərdar İmanovun 08 sentyabr 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 08.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 01.10.2021-ci il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Samsung Galaxy A02” markalı mobil telefon və 1 ədəd GSM kartı maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə onun soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayəti səmimi etiraf etməsini, ilk məhkumluğunu, zərərçəkmiş şəxslə barışmasını, ziyanın tam ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Samsung Galaxy A02” markalı mobil telefon və 1 ədəd GSM kartı ona qaytarılmış hesab edilməlidir. İş üzrə məhkəmə xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak mövcud deyil. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Samsung Galaxy A02” markalı mobil telefon və 1 ədəd GSM kartı ona qaytarılmış hesab edilsin. İş üzrə məhkəmə xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak mövcud deyil. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-460/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-460/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver