Məhkəmə qərarları › İş №1(011)-460/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-460/2025

06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-460/2025 06.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,533 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 36-cı PŞnin əməkdaşları tərəfindən 19 may 2025-ci il tarixdə, saat 23:08-də ünvan 3 ünvanın qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,533 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 5 ildən çoxdur narkotik vasitə heroin və psixotrop maddə metamfetamini müxtəlif ünvanlarda tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Sonuncu dəfə 19 may 2025-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında olduğu zaman anket məlumatlarını bilmədiyi və tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirimi) manat pul müqabilində “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin alıb əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyub Bakı şəhəri, Xətai rayonu, metronun “Həzi Aslanov” stansiyası yaxınlığındakı 16 mərtəbəli yaşayış binasının blokuna istifadə edə bilməsi üçün daxil olmuşdur. Təxminən saat 23:08-də Xətai rayonu, M.Hadi küçəsi 73 “A” ünvanında yerləşən binanın blokunda olduğu zaman mülki geyimdə olan üç nəfər şəxs videoçəkiliş edərək yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib qanunsuz narkotik vasitələrin dövriyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsini bildirdikdə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan bükülünü çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən “Samsung A 30” modeli mobil telefon aparatını könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Qeyd olunanlardan başqa üzərindən heç bir əşya aşkar edilməmişdir. Videoçəkilişin davamı olaraq polis əməkdaşlarına təqdim etdiyi içərisində “patı” adı ilə tanıdığı psixotrop maddə olan büküm bir ədəd kağız zərfdə qablaşdırıb möhürlənib üzəri imzalanmışdır. Bundan sonra polis əməkdaşları onu ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət edərək xidməti otaqların birinə aparıb təhqiqatçıya üzərindən aşkar edilmiş əşyalarla birlikdə təqdim etmişlər. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən videogörüntüyə bir ədəd mobil telefonda baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq üzərindən aşkar edilmiş psixotrop maddənin özünə məxsus olmasını bildirmişdir. Daha sonra polis şöbəsinə hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmağı barədə protokol tərtib olunaraq Xətai RPİ-nin X4 təhvil verilmişdir. 20 may 2025-ci il tarixdə törətdiyi cinayət əməlinə görə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. 21 may 2025-ci il tarixdə təqsirləndirilən şəxs kimi cəlb olunmuş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Xətai RPİ-dən buraxıldıqdan bir müddət sonra istifadəsində olan mobil telefonu satdığı üçün əlaqə saxlamaq mümkün olmamışdır. Bundan başqa mövsüm ilə əlaqədar olaraq Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən çimərlikdə masa xidmətçisi olaraq işlədiyindən yaşadığı ünvana getmədiyi üçün 01 iyul 2025-ci il tarixdə barəsində axtarış elan olunması haqqında məlumatı olmamışdır. Əgər belə bir məlumatı olsaydı istintaq orqanına vaxtı vaxtında gədərdi. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞnin əməliyyat, müvəkkili polis leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1, mənzil 99 ünvanında qeydiyyatda olmaqla yaşayan vətəndaş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 19 may 2025-ci il tarixdə, saat 23:08-də Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid3 və polis leytenantı Şahid2 ilə birlikdə Xətai rayonu, M.Hadi küçəsi 73A ünvanında yerləşən binanın dəhlizində Təqsirləndirilən şəxs videoçəkilişlə saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif edildikdə sonuncu əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək içərisində “narkotik vasitə” kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını, həmin bükümü metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında tanımadığı şəxsdən almışdır. Saxlanılan şəxs Təqsirləndirilən şəxs şalvarının sol arxa cibindən üzərində ***-***-**-** nömrə olan bir ədəd “Samsung A30” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd şəffaf sellofan büküm elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə 0.60 qram olması müəyyən edilərək bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənəkər imzalarla təsdiq edilib götürülmüşdür. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs dəvət edilərək ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı PŞ-nə gətirib şöbənin növbətçi hissəsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış büküm və bir ədəd “Samsung A30” markalı mobil telefonu şöbənin təhqiqatçısı, polis mayoru X1 təqdim edilmişdir. X5 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış büküm kağız zərfdən çıxarılaraq elektron tərəzidə çəkildikdə 0.59 qram olması müəyyən edilib yenidən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənmişdir. X5 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung A30” markalı mobil telefona baxış keçirildikdən sonra yenidən kağız zərfdə qablaşdırılmışdır. Bundan sonra X5 tərəfindən Təqsirləndirilən şəxs saxlanması, üzərində şəxsi axtarış və götürülmə keçirilməsinin videogörüntüsünə bir ədəd mobil telefonda baxış keçirilmişdir. Videoçəkiliş yekunlaşdıqdan sonra polis şöbəsinə hüquqlarının müdafiə olunması üçun dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, barəsində şəxsi axtarış və götürmə keçirilərkən, bölməyə gətirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. 19 may 2025-ci il tarixdə əməliyyat tədbirləri keçirilərkən Təqsirləndirilən şəxs küçədə saxlanılıb dərhal üzərində şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş bükümdəki psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümün 0.60 qram, təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə 0.59 qram olması tərəzinlərin vəziyyətindən asılı olaraq çəkilərdə fərq yaranmışdır. Lakin məhkəmə-kimyəvi ekspertizasında təqdim olunan kütlə bükümsüz daha dəqiq tərəzidə çəkildikdə 0,533 qram olması müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,533 qram olması aydın olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞnin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 göstərdiyi xüsusatları təsdiqləyərək onunla eyniməzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 bildirmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1, mənzil 99 ünvanında qeydiyyatda olmaqla yaşayan vətəndaş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 19 may 2025-ci il tarixdə, saat 23:08də Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid1 və polis leytenantı Şahid2 ilə birlikdə Xətai rayonu, M.Hadi küçəsi 73A ünvanında yerləşən binanın dəhlizində Təqsirləndirilən şəxs videoçəkilişlə saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif edildikdə sonuncu əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək içərisində “narkotik vasitə” kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını, həmin bükümü metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında tanımadığı şəxsdən almışdır. Saxlanılan şəxs Təqsirləndirilən şəxs şalvarının sol arxa cibindən üzərində ***-***-**-** nömrə olan bir ədəd “Samsung A30” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd şəffaf sellofan büküm elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə 0.60 qram olması müəyyən edilərək bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənəkər imzalarla təsdiq edilib götürülmüşdür. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs dəvət edilərək ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı PŞ-nə gətirib şöbənin növbətçi hissəsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış büküm və bir ədəd “Samsung A30” markalı mobil telefonu şöbənin təhqiqatçısı, polis mayoru X1 təqdim edilmişdir. X5 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış büküm kağız zərfdən çıxarılaraq elektron tərəzidə çəkildikdə 0.59 qram olması müəyyən edilib yenidən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənmişdir. X5 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung A30” markalı mobil telefona baxış keçirildikdən sonra yenidən kağız zərfdə qablaşdırılmışdır. Bundan sonra X5 tərəfindən Təqsirləndirilən şəxs saxlanması, üzərində şəxsi axtarış və götürülmə keçirilməsinin videogörüntüsünə bir ədəd mobil telefonda baxış keçirilmişdir. Videoçəkiliş yekunlaşdıqdan sonra polis şöbəsinə hüquqlarının müdafiə olunması üçun dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, barəsində şəxsi axtarış və götürmə keçirilərkən, bölməyə gətirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. 19 may 2025-ci il tarixdə əməliyyat tədbirləri keçirilərkən Təqsirləndirilən şəxs küçədə saxlanılıb dərhal üzərində şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş bükümdəki psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümün 0.60 qram, təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə 0.59 qram olması tərəzinlərin vəziyyətindən asılı olaraq çəkilərdə fərq yaranmışdır. Lakin məhkəmə-kimyəvi ekspertizasında təqdim olunan kütlə bükümsüz daha dəqiq tərəzidə çəkildikdə 0,533 qram olması müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,533 qram olması aydın olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 19 may 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütləni və şalvarın sol arxa cibindən bir ədəd “Huawei” markalı mobil telefonu təqdim etmişdir. Narkotik maddəyə bənzər kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkildikdə 0.60 (sıfır nöqtə altımış) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və tərəflərindən imzalanıb götürülmüşdür. Daha sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs üzəri yoxlanıldıqda qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd şəffaf sellofan bükümdə ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlə və qara rəngli “Samsung A30” markalı sonuncudan götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama ünvan 7 ünvanının qarşısında keçirilmişdir (i.v. 10-12); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 19 may 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan bir ədəd ağ rəngli zərf və “Samsung A30” markalı mobil telefona baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış zərfdən 01 (bir) ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Həmin maddə elektron tərəzidə çəkildikdən sonra çəkisinin 0.60 qram olması müəyyən edilmişdir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra “İphone” markalı mobil telefonda baxış keçirilərkən görüntüdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunması və həmin şəxsin maddənin özünə məxsus olduğunu bildirməsi öz əksini tapmışdır (i.v. 19-21); şübhəli şəxsin tutulması haqqında 20 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:08-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/1875/2025 nömrəli, 20 may 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №151” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs (imza)” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,533 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 42--45); “CD-R” disklərə baxış keçirilməsi haqqında 20 may 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 51-52); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 may 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 61-62); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 21 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilərək saxlandığı Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 94-95); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 21 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 97-99); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Səbail RPİ-də CM-nin 177.2.2-ci maddəsi ilə başlanmış cinayət işinin icraatına CPM-nin 40.2.3-cü maddəsinə əsasən xitam verilmişdir; barəsində CM-nin 306.1-ci maddəsi ilə başlanmış cinayət işinin icraatına xx.xx.2023-cü ildə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir (i.v. 109-110); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin xx.xx.2025-ci il tarixli, 3051 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 111-112); axtarışda olan şəxsin tutulması haqqında 29 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur (i.v. 133); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 31 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad edilmiş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 140-142); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2025-ci il tarixli, 2515 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək qabiliyyəti və baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri aşkar edilmir. Emosional qeyri-sabitlik, eqosentrizm, öz maraqlarını üstün tutmaq, məsuliyyətsizlik, qıcığa qarşı həssaslıq və s. kimi xarakterik xüussiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmir. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (i.v. 145-148); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 01 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0.533 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.483 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/1875 nömrəli, xx.xx.2025-ci il tarixli, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3051 nömrəli və kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3740 nömrəli rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, 02 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v. 160-166); “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X2 vardır. Məhkəmə iclasında birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütləni və şalvarın sol arxa cibindən bir ədəd “Huawei” markalı mobil telefonu çıxarıb təqdim edir. Narkotik maddəyə bənzər kütlə elektron tərəzidə çəkildikdə 0.60 qram olması müəyyən edilir. Daha sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs üzəri yoxlanıldıqda qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə iclasında ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, təqdim olunan bir ədəd ağ rəngli zərf və “Samsung A30” markalı mobil telefona baxış keçirilir. Təqsirləndirilən şəxs üzərindən 01 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunur. Həmin maddə elektron tərəzidə çəkildikdən sonra çəkisinin 0.60 qram olması müəyyən edilir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənir. Daha sonra “İphone” markalı mobil telefonda baxış keçirilərkən görüntüdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunması və həmin şəxsin maddənin özünə məxsus olduğunu bildirməsi öz əksini tapır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.533 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını (CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 19 may 2025-ci il tarixdən 21 may 2025-ci il tarixədək, 29 iyul 2025-ci il tarixdən 31 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 04 (dörd) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və onun VSİS-dən alınan məlumata əsasən xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.533 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.483 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “CD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 may 2025-ci il tarixdən 21 may 2025-ci il tarixədək, 29 iyul 2025-ci il tarixdən 31 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.533 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.483 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar