Məhkəmə qərarları › İş №1(011)-461/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-461/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-461/2024 23.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0,492 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 24 fevral 2024-cü il tarixdə, saat 17:00-da Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospketi 147 ünvanın yaxınlığında saxlanılıb ünvan 4a yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi-axtanş və götürmə zamanı əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən şəffaf sellofanda siqaretin gümüşü rəngli kağızı bükümündə təmiz çəkisi 0,492 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0,477 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 08 may 2024-cü il tarixdə, saat 13:00-da Xətai rayonu, 8 noyabr prospekti 92 ünvanın yaxınlığında saxlanılıb ünvan 4a yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi-axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofanda bir ədəd siqaretin qızılı rəngli kağızı bükümündə təmiz çəkisi 0,477 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 2023-cü ilin sonlarından narkotik vasitənin və psixotrop maddənin müxtəlif növlərindən istifadə etməyə başlamış, narkotik vasitənin və psixotrop maddəni tanımadığı şəxslərdən almış, lakin heç vaxt narkotik və ya psixotrop maddənin satışı ilə məşğul olmamışdır. 24 fevral 2024-cü İİ tarixdə saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu 8 noyabr prospekti 147 ünvanın yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı yaxınlaşaraq narkotik vasitənin istifadəsində şübhələndikləri üçün saxlamış və Xətai RPİ-nin 37-ci PŞ-nə aparmış, orada təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunaraq dövlət hesabına müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, sonra vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və baxış keçirilmiş, bu zaman təhqiqatçı tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları çıxarıb könüllü olaraq təqdim etmək təklif edilmiş, bu təklifdən sonra əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükülünü təqdim etmiş, həmin bükülünün içərisindəki maddənin nə olması soruşulduqda həmin maddənin «patı» kimi tanıdığı psixotrop maddə olan metamfetamin olmasını bildirmiş, sonra bükülü açıldıqda içərisində ağ rəngli kristalşəkilli kütlə aşkar edilmiş, daha sonra təhqiqatçı tərəfindən həmin 01 ədəd gümüşü rəngli falqaya bükülmüş maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,62 qram olması müəyyən edilmiş, həmin maddəni nə vaxt və haradan alması soruşulduqda həmin psixotrop maddə olan metamfetamini 24 fevral 2024-cü il tarixdə Nəsimi rayonu «Papanin» kimi tanıdığı ərazidən heç bir anket məlumatını bilmədiyi şəxsdən 20 manat pul verib şəxsi istifadəsi üçün aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra baxış zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükülü təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Narkotik vasitələrdən istifadə etsə də heç vaxt satışı ilə məşğul olmamış və kiməsə pay verməmiş, baxış zamanı üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metam- fetamindən başqa yaşadığı ünvanda və ya başqa yerdə narkotik vasitə saxlamamış, 26 fevral 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam seçilməklə tutulmadan azad olunmuş, bundan sonra yenə də imkan olan kimi narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Sonuncu dəfə 08 may 2024-cü il tarixdə saat 10 radələrində Nizami metrosunun yaxınlığında olan zaman narkotik vasitə satan şəxsə bənzəyən bir nəfəri görüb ondan metamfetamin satıb- satmadığını soruşduqda bir bükümdə metamfetamini olduğunu və 20 manata sata biləcəyini demiş, həmin tanımadığı şəxsə 20 manat verib bir bükümdə olan metamfetamini alıb əynində olan göy rəngli cins şalvarımın sağ yan cibinə qoymuş, həmin günü saat 13 radələrində Xətai rayonu, 8 noyabr prospekti 92 nömrəli ünvanda olan zaman mülki geyimli şəxslər yaxınlaşıb polis əməkdaşları olduqlarını və özünü təqdim etmələrini bildirmiş, sonra narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilindiyi üçün Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə aparılmış, şöbədə vəkillə təmin olunmuş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim olunması təklif olunmuş, bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir büküm kütləni çıxarıb masanın üzərinə qoymuş, ondan həmin maddənin nə olması soruşulduqda «patı» kimi tanıdığı psixotrop maddə olan metamfetamin olmasını, şəxsi istifadəsi üçün Nizami metrosunun yaxınlığında tanımadığı şəxsdən 20 manata alıb istifadə etməsi üçün üzərində saxladıbını bildirmiş, sonra üzərinə axtarış davam etsə də qanunla qadağan olunan hər hansı bir maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra aşkar olununb götürülmüş metamfetamin tərəzidə çəkilmiş və çəkisinin 0,66 qram olması müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar edilərək götürülmüş bir büküm maddə zərfə qoyulub möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən və şöbəyə aparılarkən ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı xidmət edir. Xidmət etdiyi şöbəyə ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, üzərində saxlayıb daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə tərəfindən şöbə rəisinə məruzə olunaraq şöbənin sahə inspektoru, polis mayoru X2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır, 24 fevral 2024-cü il tarixdə saat 17:00-da tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Xətai rayonu 8 noyabr prospekti 147 ünvanın yaxınlığında saxlanılmış, sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədilə onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edilmişdir. Şöbədə Təqsirləndirilən şəxs saxlanılması barədə rəhbərliyə raportla məruzə olunmuş və Təqsirləndirilən şəxs şöbənin təhqiqatçısı, polis kapitanı Bahadur Ənnağızadəyə təhvil vermişdir. Daha sonra təhqiqatçı Bahadur Ənnağızadə tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq ona hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuş, bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, həmin vaxt təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanunu əşyaları çıxarıb masanın üzərinə qoymaq təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükülünü çıxarıb təqdim etmiş, təhqiqatçı tərəfindən sorğu edilən zaman Təqsirləndirilən şəxs qeyd edilən bükülünün içərisindəki maddənin «patı» kimi tanıdığı psixotrop maddə olan metamfetamin olmasını və həmin psixotrop maddəni 24 fevral 2024-cü il tarixdə Nəsimi rayonu «Papanin» adlanan ərazidən heç bir anket məlumatını bilmədiyi şəxsdən 20 manat pul verib şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı Bahadur Ənnağızadə tərəfindən həmin 01 ədəd gümüşü rəngli falqaya bükülmüş maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,62 qram olması müəyyən edilmiş, sonra həmin bükülü kağız zərfə qoyularaq qablaşdırılmış və protokol tərtib edilərək imzalarla təsdiq olunmuş, şəxsi axtarış və götürmə prosesini əks etdirən 01 ədəd CD disk isə protokola əlavə edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və şöbəyə aparılarkən ona hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsi X3 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, hazırda polis baş leytenantı rütbəsindədir. Xidmət etdiyi şöbəyə ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, üzərində saxlayıb daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur və həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə tərəfindən şöbə rəisinə məruzə olunmuş, sonra şöbənin sahə rəisi, polis mayoru Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 08 may 2024-cü il tarixdə saat 13:00-da tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Xətai rayonu 8 noyabr prospekti 92 ünvanın yaxınlığında saxlanılmış, sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədilə onu Xətai RPİ-nin 37ci PŞ-nə dəvət edilmiş, şöbədə Təqsirləndirilən şəxs saxlanılması barədə rəhbərliyə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs şöbənin təhqiqatçısı, polis kapitanı Neman Rufullayevə təhvil vermiş, daha sonra təhqiqatçı Neman Rufullayev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq ona hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuş, bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanunu əşyaları çıxarıb masanın üzərinə qoymaq təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf selofanın içərisində 01 ədəd qızılı falqaya bükülmüş içərisində spesifik iyə malik, ağ rəngli, kristalşəkilli maddəni çıxardıb təqdim etmiş və həmin bükümün içərisindəki maddənin "patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olmasım, şəxsi istifadəsi üçün metronun Nizami stansiyasının yaxınlığında tanımadığı və heç bir anket məlumatının bilmədiyi şəxsdən 20 manata almasını bildirmiş, sonra videoçəkiliş zamanı təhqiqatçı, Təqsirləndirilən şəxs başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığım soruşduqda başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını bildirmişdir. Bundan sonra təhqiqatçı Neman Rufullayev tərəfindən həmin 01 ədəd qızı rəngli falqaya bükülmüş maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,66 qram olması müəyyən edilmiş, sonra həmin bükülü kağız zərfə qoyularaq qablaşdırılmış və protokol tərtib edilərək imzalarla təsdiq olunmuş, şəxsi axtarış və götürmə prosesini əks etdirən 01 ədəd CD disk isə protokola əlavə edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən və şöbəyə aparılarkən ona tərəflərindən hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsi Şahid3 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 09 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; (i.v.1) - şübhəli şəxsin tutulması haqqında 08 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə saat 13:00 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.22) - şəxsi axtarış və götürmə aparılması haqqında 08 may 2024-cü il tarixli protokoldan görünür ki, videoçəkiliş edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi sonuncuya təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı falqaya bükülmüş içərisində ağ rəngli, kristalşəkilli, spesifik iyə malik kütləni çıxarıb təqdim edir. Təhqiqatçı tərəfindən sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən bükülünün içərisindəki maddənin «patı» kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını və həmin metamfetamini şəxsi istifadəsi üçün metronun Nizami stansiyasının yaxınlığında tanımadığı və heç bir anket məlumatını bilmədiyi şəxsdən 20 manata aldığım bildirir. Bundan sonra təhqiqatçı Neman Rufullayev tərəfindən həmin kütlə tərəzidə çəkilir və çəkisinin 0,66 qram olması müəyyən edilərək kağız zərfə qoyulub qablaşdınlmaqla üzəri iştirakçılar tərəfindən imzalanılır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənir, şəxsi axtarış və götürmə prosesini əks etdirən 01 ədəd CD disk protokola əlavə edilir; (i.v.33-34) - istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə olunmuşdur; (i.v.35) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/2606 nömrəli 09 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün N 153» dairəvi möhür əksləri, imza «Təqsirləndirilən şəxs » yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,477 qram olan ağ rəngli, kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,477 qram, tədqiqata sərf edilmiş 0,05 qram, qalıq qalmış 0,427 qram metamfetamin. - Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən DVD diskə baxış keçirilməsi haqqında 28 fevral 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında “DVD” disk üzrə videoyazı məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, süni işıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Neman Rufullayevin xidməti iş otağıdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Neman Rufullayev şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı folqaya bükülmüş - içərisində ağ rəngli, kristalşəkilli, spesifik iyə malik kütləni çıxarıb təqdim edir. Təhqiqatçı tərəfindən sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən bükülünün içərisindəki maddənin «patı» kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını və həmin metamfetamini şəxsi istifadəsi üçün metronun Nizami stansiyasının yaxınlığında tanımadığı və heç bir anket məlumatını bilmədiyi şəxsdən 20 manata aldığım bildirir. Bundan sonra təhqiqatçı Neman Rufullayev tərəfindən həmin kütlə tərəzidə çəkilir və çəkisinin 0,66 qram olması müəyyən edilərək kağız zərfə qoyulub qablaşdmlmaqla üzəri iştirakçılar tərəfindən imzalanılır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün 153 saylı möhürü ilə möhürlənir. - cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında 10 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraatda olan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmiş və eyni icraatda birləşdirilmiş cinayət işi ********* nömrəsi altında istintaqı davam etdirilmişdir; (i.v.60-61) -240110123 nömrəli cinayət işi 25 fevral 2024-cü il tarixdə Xətai RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanmış və icraatına qəbul edilmişdir. - şübhəli şəxsin tutulması haqqında 24 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixdə saat 17:00 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.85) - şəxsi axtarış və götürmə aparılması haqqında 08 may 2024-cü il tarixli protokoldan görünür ki, videoçəkiliş edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi sonuncuya təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli folqaya bükülmüş bükülünü çıxarıb təqdim edir. Təhqiqatçı tərəfindən sorğu zamanı sonuncu qeyd edilən bükülünün içərisindəki maddənin psixotrop maddə olan metamfetamin olmasını və həmin psixotrop maddəni 24 fevral 2024-cü il tarixdə Nəsimi rayonu «Papanin» kimi tanıdığı ərazidən heç bir anket məlumatını bilmədiyi şəxsdən 20 manat pul verib şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra təhqiqatçı Bahadur Ənnağızadə tərəfindən həmin 01 ədəd gümüşü rəngli falqaya bükülmüş maddə elektron tərəzidə çəkilir və 0,62 qram olması müəyyən edilir, sonra həmin bükülü kağız zərfə qoyularaq qablaşdınlmaqla iştirakçılar tərəfindən imzalanılır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənir, şəxsi axtarış və götürmə prosesini əks etdirən 01 ədəd CD disk protokola əlavə edilir. (i.v.95-96) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/1123 nömrəli 25 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün N 153» dairəvi möhür əksləri, imza «Təqsirləndirilən şəxs...» yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,492 qram olan ağ rəngli, kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,492 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq qaldı 0,442 qram metamfetamin. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur; (i.v.122) - qətimkan tədbirinin seçilməsi haqqında 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş və 26 fevral 2024-cü il tarixində saat 16:05-də qərarın surəti ona verilmişdir; (i.v.144) - Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən DVD diskə baxış keçirilməsi haqqında 05 mart 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında “DVD” disk üzrə videoyazı məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, süni işıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı,polis kapitanı Bahadur Ənnağızadənin xidməti iş otağıdır. Videogörün- tüdən müəyyən edilir ki, təhqiqatçı Bahadur Ənnağızadə şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükülünü çıxarıb təqdim edir. Təhqiqatçı tərəfindən sorğu zamanı sonuncu qeyd edilən bükülünün içərisindəki maddənin psixotrop maddə olan metamfetamin olmasım və həmin psixotrop maddəni 24 fevral 2024-cü İİ tarixdə Nəsimi rayonu «Papanin» kimi tanıdığı ərazidən heç bir anket məlumatını bilmədiyi şəxsdən 20 manat pul verib şəxsi istifadəsi üçün aldığım bildirir. Bundan sonra təhqiqatçı Bahadur Ənnağızadə tərəfindən həmin 01 ədəd gümüşü rəngli folqaya bükülmüş maddə elektron tərəzidə çəkilir və 0,62 qram olması müəyyən edilir, sonra həmin bükülü kağız zərfə qoyularaq qablaşdınlmaqla iştirakçılar tərəfindən imzalanılır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir; (i.v.203) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının 11 may 2024-cü il tarixli 6065 nömrəli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmayıb; (i.v.213) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay, 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin 27 dekabr 2021-ci tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılıb və çəkilmiş hesab edilərək cəzadan azad edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli 4057 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.234-235) - Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-14- 1258 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X1 adında bir övladı var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma— bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkiləri 0,492 və 0,477 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını və himayəsində azyaşlı övladının olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlinin təkrarlığı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə uyğun olaraq cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 24-26 fevral 2024cü il tarixlərdə və 08-10 may 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu müddətlər ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 02 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,442 qram və 0,427 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 172 (yüz yetmiş iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 10 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 04 (dörd) gün həbsdə saxlama müddəti 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,442 qram və 0,427 qram çəkidə 2 büküm psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 172 (yüz yetmiş iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar