Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-462/2022 27.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 müdafiəçilər – Bakı şəhəri 13 Vəkil Bürosunun vəkili Müdafiəçi və X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-252/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 07 il, 11 ay, 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qediyyatda olan,h Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və ya etibardan sui-istifadə etməklə zərər çəkmiş şəxslərin xeyli miqdarda pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə özünü yalandan Təhsil Nazirliyinin işçisi kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə sonuncunun qardaşı oğlu Şahid2 Rusiya Federasiyası, Moskva şəhərində yerləşən Rusiya Dövlət Sosial Universitetindən aldığı diplomun Azərbaycan Respublikası üzrə təsdiq edilməsinə dair yalan vəd verib aldadaraq, 2021-ci ilin noyabr ayının əvvəllərində Xətai rayonu, 8 Noyabr prospekti 6 ünvanında yerləşən "Hərbi Qənimətlər Parkı'nın yanında 7.000 manat məbləğində nağd pul vəsaitini ələ keçirib, verdiyi vədə əməl etməmiş, nəticədə Zərərçəkmiş şəxs2 7.000 (yeddi min) manat xeyli miqdarda ziyan vurmaqla və təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə özünü yalandan Təhsil Nazirliyinin işçisi kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə sonuncunun oğlu Şahid3 Ukraniya Respublikasının Xarkov şəhərində yerləşən X1 aldığı diplomun Azərbaycan Respublikası üzrə təsdiq edilməsinə dair yalan vəd verib aldadaraq, 20 dekabr 2021-ci il tarixində saat 19 radələrində ünvan 4 ünvanında yerləşən "Bravo" marketin qarşısında Şahid3 məxsus "Hyundai Accent" markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində 10.000 manat məbləğində nağd pul vəsaitini ələ keçirib, verdiyi vədə əməl etməmiş, nəticədə Zərərçəkmiş şəxs1 10.000 (on min) manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 13 aprel 2022-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2, 320.1 va 320.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 07 il 11 ay 29 gün azadlıqdan məhrum etmə və 02 il 06 ay müddətində dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və məsul vəzifə tutma hüququndan məhrum edilmə təyin edilmə cəzası tədbiri seçilmiş, həmin hökmdən 16 aprel 2022-ci il tarixdə appelyasiya şikayəti vermiş, hazırda isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Özü təhsil sahəsi ilə maraqlandığı üçün bu istiqamətdə bir neçə nəfərə məsləhət verərək kömək etmiş, buna görə də bəzi vaxtlarda bununla bağlı ona müraciət olunmuşdur. Belə ki, 2021-ci ilin noyabr ayının əvvəllərində tanımadığı Zərərçəkmiş şəxs2 adlı şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək diplom təsdiqlənməsi ilə bağlı köməyə ehtiyacı olduğundan nömrəni bir neçə tanış vasitəsi ilə aldığını, buna görə də onunla görüşüb söhbət etmək istədiyini demişdir. Özü isə onunla bir neçə gün sonra Xətai rayonu, 8 Noyabr prospektində yerləşən "Hərbi Qənimətlər Parkı'nın yanında görüşmüş, orada olarkən Zərərçəkmiş şəxs2 qardaşı oğu Şahid2 Rusiya Federasiyası, Moskva şəhərində aldığı təhsil üzrə diplomunun ölkə üzrə tanınmasını istədiyini bildirmişdir. O isə Zərərçəkmiş şəxs2 özünü Təhsil Nazirliyində işləyən biri kimi təqdim etmiş və görüşməzdən əvvəl ondan istədiyi diplomun və şəxsiyyət vəsiqəsinin surətini götürüb qardaşı oğlu Qəhrəmanın diplomunun təsdiqlənməsi üçün kömək edə biləcəyini, bunun üçün 8.000 manat məbləğində pul tələb olunduğunu demişdir. Zərərçəkmiş şəxs2 ona inanaraq maddi imkana görə 7.000 manat pul verə billəcəyini deyib işinin həll olunmasını istəmiş, beləliklə onlar razılaşmışdırlar. Səhəri gün isə o, saat təxminən 11 radələrində eyni yerdə, yəni Xətai rayonu, 8 Noyabr prospektində yerləşən "Hərbi Qənimətlər Parkı'nın yanında Zərərçəkmiş şəxs2 və qardaşı oğlu Şahid2 ilə görüşərək onları istəklərinə uyğun olaraq diplomlarının təsdiq olunacağına əmin etmiş və Rzadan 7.000 manat məbləğində pulu almışdır. Bundan sonra onlara işin həll olunması üçün təqribən bir ay gözləməli olduqlarını deyib, həmin gündən bir müddət sonra Zərərçəkmiş şəxs2 ona bir neçə dəfə zəng edərək işin nə yerdə olduğunu soruşmuşdur. Özü isə ona diplomun təsdiqlənmək üzrə olduğunu deyib bir qədər gözləməyini istəmiş, lakin vaxt keçdikcə Rza ona daha çox zəng etməyə başlamışdır. O, işin müəyyən səbəblərə görə ləngidiyini deyərək hər dəfə Zərərçəkmiş şəxs2 gözlətmişdir. 2022-ci ilin əvvəllərində Rzanın ona tam inanmağı üçün komputer vasitəsi ilə üzərində Şahid2 adının qeyd olunduğu sertifikat hazrılayaraq fotoşəklini Rzaya mobil telefon vasitəsi ilə göndərmiş, Rzaya sertifikatın imzalanmaqda olduğunu bildirərək yalan uydurmuşdur. 2022-ci ilin mart ayında isə Rza onunla üzbəüz görüşüb söhbət etmək istədiyi üçün "Nəriman Nərimanov" metrostansiyası yaxınlığında yerləşən parkda qohumu kimi təqdim etdiyi Əlisa adlı şəxslə birlikdə görüşmüş, Əlisa adlı şəxs Təhsildə Keyfiyyət Təminatı Agentliyindən göndərdiyi sertifikatın fotoşəkli ilə maraqlandığını, proses o cür olmadığı üçün yalan danışdığını bildiyini demişdir. Özü isə onları aldatmadığını, işin müəyyən səbəblərə görə alınmadığını deyib aprel ayının 25-dək işin yekunlaşacağını bildirmişdir. 13 aprel 2022-ci il tarixində isə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs olunduğu üçün onlarla bir daha əlaqə saxlaya bilməmişdir. Bundan savayı 2021-ci ilin dekabr ayının ortalarında əvvəl tanımadığı Zərərçəkmiş şəxs1 onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək oğlunun xaricdə aldığı diplomun ölkədə təsdiqlənməsi məqsədi ilə məsləhətləşmək üçün görüşmək istədiyini demişdir. Beləliklə onlar 15 dekabr 2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən "Çakırbəyli" restoranında görüşmüşdür. Zərərçəkmiş şəxs1 oraya xaricdə təhsil almış oğlu Şahid3 ilə birlikdə gəlmiş və həmin görüş zamanı oğlunun Ukraniya Respublikası, Xarkov şəhərində yerləşən X3 bitirdiyini, diplomunun təsdiqlənməsi üçün imtahana girsə də, həmin imtahandan keçə bilmədiyini demişdir. Onun nömrəsini tanışlıq əsasında bir neçə nəfərlə maraqlandıqdan sonra aldığını, bu iş üçün ona kömək etməyini istədiyini bildirmişdir. O isə özünün Təhsil Nazirliyində işlədiyini, Şahid3 diplomunu 12.000 manat qarşılığında təsdiqlədə biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 həmin məbləğin çox olduğunu deyərək yekun olaraq 10.000 manat pul müqabilində oğlu Yasinin diplomunun təsdiqlənməsi barədə razılaşmış, həmin pul məbləğini vermək üçün bir neçə gün sonra görüşəcəklərini demişdir. 20 dekabr 2022-ci il tarixində təqribən saat 19 radələrində yaşadığı yerin yaxınlığında, yəni ünvan 4 ünvanında yerləşən "Bravo" marketdə bazarlıq edərkən Zərərçəkmiş şəxs1 ona zəng edərək görüşmək istədiyini demiş, yerini bildikdən sonra tez vaxtda oğlu ilə birgə oraya gələcəyini bildirmişdir. Təxminən 15 dəqiqə sonra Könül və oğlu həmin marketin həyətinə gəlmiş Könülün oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobildə əyləşdiyini görüb onlara yaxınlaşaraq avtomobilin içərisində arxa hissədə əyləşmişdir. Görüş zamanı əvvəldən istədiyi Şahid3 diplomunun tərcüməsini götürmüş, daha sonra Zərərçəkmiş şəxs1 ona 10.000 manat məbləğində pulu vermiş, özü isə həmin məbləği sayıb cibinə qoyaraq onlara dekabr ayının sonuna qədər işin həll olunacağını bildirmişdir. Beləliklə onlardan aralandıqdan sonra Zərərçəkmiş şəxs1 dəfələrlə ona zəng edərək işin nə yerdə olduğunu soruşmuş, özü isə ona prosesin davam etdiyini deyərək gözləməsi üçün bəhanələr uydurmuşdur. Buna görə də Zərərçəkmiş şəxs1 onu bir müddət gözləmiş və özü isə ona vəd etdiyi kimi diplomun təsdiqlənməsi ilə bağlı hər hansı kömək etməmişdir. 13 aprel 2022-ci il tarixində isə başqa faktla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs olunduğu üçün Zərərçəkmiş şəxs1 ilə bir daha danışa bilməmişdir. Son olaraq əməlindən peşmanlıq çəkməsini, zərər çəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsini, onlarla barışmasını və vurulmuş zərərin 25%-ni dövlət büdcəsi hesabına ödəniş etdiyini nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qardaşı Ziyadxan Rzayev də onunla eyni kənddə yaşayır və onun oğlu Rzayev X6 Fedrasiyası, Moskva şəhərində təhsil alaraq oranın diplomunu almışdır. Lakin həmin diplomun ölkədə tanınmaması onları narahat etmiş, buna görə də qardaşı Ziyadxan keçmiş təhsil işçisi olduğu üçün ondan kömək etməyini istəmişdir. Özü isə işləri ilə əlaqədar 2021-ci ilin oktyabr ayının sonlarında Bakı şəhərinə gəlmiş, orada qohumu olan Şahid1 ilə "Nəriman Nərimanov" metrostansiyası yaxınlığında olan parkda yerləşən kafedə görüşmüşdür. Onunla söhbət zamanı qardaşı oğlu olan Qəhrəmanın diplomunun təsdiq edilməli olduğunu, lakin bunun üçün nəzərdə tutulan imtahandan Qəhrəmanın rus dilini yaxşı bilməməsi səbəbindən keçə bilməməsi ehtimalı olduğunu demişdir. Bunun üçün Əlisadan Bakıda onlara kömək edə biləcək şəxs tanıyıb- tanımadığını soruşmuş, Əlisa isə bir neçə nəfərlə zəngləşdikdən sonra diplom təsdiqlənməsinə kömək edə bilən Təqsirləndirilən şəxs adlı şəxslə əlaqə saxlaya biləcəklərini demişdir. Beləliklə Tural adlı həmin şəxsin mobil nömrəsini götürüb telefon əlaqəsi saxlamış, Tural ondan Qəhrəmanın müvafiq sənədlərinin surətini götürməyini istəyərək bir neçə gün sonra üçün görüş təyin etmişdir. Beləliklə 2021-ci ilin noyabr ayının əvvəllərində Xətai rayonu, 8 Noyabr prospektində yerləşən "Hərbi Qənimətlər Parkı'nın yanında Təqsirləndirilən şəxs Bəhram oğlu ilə görüşmüşdür. Orada Tural ona özünü Təhsil Nazirliyin işçisi kimi təqdim etmiş və istediyi kimi Qəhrəmanın diplomunun təsdiqlənəcəyini bildirmiş, bu iş üçün 8.000 manat məbləğində pul lazım olduğunu demişdir. O maddi imkanının yaxşı olmadığını dedikdən sonra isə Təqsirləndirilən şəxs 7.000 manat məbləğində pul alacağı barədə razılaşmışdır. Həmin günün sabahsı günorta saatlarında öz qardaşı oğlu Şahid2 ilə birlikdə yenə eyni yerdə, yəni Xətai rayonu, 8 Noyabr prospektində yerləşən "Hərbi Qənimətlər Parkı'nın yanında Təqsirləndirilən şəxs ilə görüşmüş, orada Qəhrəmanın yanında 7000 manat məbləğində pulu əlbəǝl formada Tural adlı şəxsə vermiş, Tural pulu götürüb saymadan işi 30 gün ərzində yerinə yetirəcəyinə söz vermişdir. Onlar isə Turala inanıb gözləmiş, lakin bir müddət sonra Turaldan xəbər ala bilmədiyi üçün narahat olmuşdur. Onunla dəfələrlə telefon əlaqəsi saxlasa da, bir nəticə olmamış və Tural hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Daha sonra Tural ona Qəhrəmanın diplomunun təsdiqlənməsi üçün lazımi sertifikatın fotoşəklini göndərməklə imzalanmaqda olduğunu bildirmişdir. O isə qohumu Şahid1 ilə danışmış və Şahid1 həmin şəxsdən şübhələndiyini demişdir. Bir müddət sonra Əlisa "Qara Qarayev" metrostansiyası yaxınlığında yerləşən Təhsil Nazirliyinin diplomların təsdiq edilməsi üzrə müvafiq orqanına gedib orada Turalın ə göndərdiyi sertifikatın fotoşəklini göstərərək maraqlanmış və sertifikatın saxta olduğunu, ümumiyyətlə prosesin o cür olmadığını öyrənmişdir. Əlisa bunları özünə bildirmiş, bundan sonra özü Turalla əlaqə saxlayıb onunla 2022-ci ilin mart ayının ortalarında Əlisa ilə birgə "Nəriman Nərimanov" metrostansiyası yanında yerləşən parkda görüşmüşdür. Orada Tural yenə müxtəlif bəhanələr gətirərək 25 aprel tarixinədək məsələnin həll olunacağını demiş, buna görə də özü həmin tarixi gözləmişdir. Lakin bundan sonra Turalla bir daha əlaqə saxlamaq mümkün olmamış. Beləliklə aldadılaraq pulunun alındığını başa düşmüş, bununla bağlı Şahid1 polisə müraciət etmişdir. Özü də Xətai RPİ-nin 37-ci PŞ-də ərizə və izahat verməklə Təqsirləndirilən şəxs ona sosial şəbəkə vasitəsi ilə göndərdiyi səs yazıları və fotoşəkilləri disk formasında təhqiqat orqanına təqdim etmişdir. Sözügedən 01 ədəd diskin içərisində olan fayllarla tanış olmuş, həmin diskdə Təqsirləndirilən şəxs ondan vaxt almaq üçün müxtəlif bəhanələr uydurduğu səs yazıları və qardaşı oğlu Şahid2 adının qeyd olunduğu şəhadətnamə yazılmış sənədin görüntüsündən ibarət fotoşəkillər yer almışdır. Hal-hazırda ona dəymiş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, evlidir və xx.xx.1995-ci il təvəllüdlü Şahid3 adında bir övladı var. Özü 2001-ci ildən "Socar"-ın "Azəriqaz” X10 resursları Departamentində kadrlar üzrə aparıcı mütəxəssis kimi işləyir. Oğlu Yasin 2021-ci ilin iyul ayında Ukraniya Respublikasının Xarkov şəhərində X2 neft-qaz işi üzrə məzunu olmuş və diplom almışdır. Lakin həmin diplom ölkədə tanınmadığı üçün oğlu öz ixtisası üzrə işləyə bilməmiş, buna görə də məcbur qalaraq oğlunun diplomunun ölkədə tanınmasına kömək etmək üçün bir tanış axtarmışdır. Buna görə tanışlıq əsasında Aydə adlı bir nəfər qadınla danışmış və o, bunun üçün kömək edə biləcəyini demişdir. Belə ki, Ayda adlı həmin qadın rus dilini yaxşı bildiyi üçün oğlunun imtahandan keçə bilməyi üçün rus dilində izahlar verəcəyini desə də, dediyi kimi köməyi dəyməmiş və oğlu həmin imtahandan Keça bilməmişdir. Bundan sonra o, diplomun tanınması üçün başqa bir tanış axtarmış və X11 adlı birinin mobil telefon nömrəsini tapmışdır. Belə ki, Tural adlı hmin şexsla əlaqə saxlayıb onunla 15 dekabr 2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən "Çakırbəyli" restoranında oğlu Yasinin iştirakı ila görüşmüşdür. Tural onlara özünü Təhsil Nazirliyinin Təhsildə Keyfiyyətə Nəzarət İdarəsinin eməkdaşı kimi təqdim edib oğlu Yasinin diplomunun tanınmasında kömək edə biləcəyini 12.000 manat qarşılığında həmin işi görə biləcəyini, həmin puldan Təhsil Nazirliyində olan müvafiq şəxslərə çatmalı olduğunu demişdir. Özü ona maddi imkanlarına görə 10.000 manat verə biləcəyini dedikdən sonra bu barədə razılaşmışdır. Bundan 5 gün sonra, yəni 20 dekabr 2021-ci il tarixində saat 19 radələrində Turala zəng edib iş görmək üçün dediyi pulu vermək məqsədi ilə görüşmək istədiyini demiş, Təqsirləndirilən şəxs isə həmin vaxt ünvan 4 ünvanında yerləşən "Bravo" marketdə alış-veriş etdiyini və orada gözləyəcəyini demişdir. O, oğlu Yasinlə birlikdə həmin marketin həyətinə getmiş və oğlu Yasinin idarə etdiyi "Hyundai Accent" markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilda Tural adlı şəxslə görüşmüşdür. Tural bilmədən danışıqlarını qeyd etmək məqsədi ilə o avtomobilə əyləşməzdən əvvəl mobil telefonunda olan səs-yazısını qoşduğu üçün həmin danışıqlardan ibarət səs-yazını disk formasında təqdim edə bilir. Həmin vaxt Tural avtomobildə arxada əyləşmiş, əvvəlcə istədiyi sənədləri, yəni oğlu Yasinin Xarkovda aldığı diplomun tərcüməsini götürmüş, bundan sonra ona danışdıqları 10000 manat məbləğində pulu vermişdir. O pulu saymağı xoşlamadığını desə də, özü onu pulu saymağa məcbur etdikdən sonra Tural pulu sayıb ayın sonunadək işi yekunlaşdıracağını və oğlunun diplomunun tanınacağına dair vəd vermişdir. Bundan sonra onlar ayrılmış, Turalın dediyi müddəti gözləmişdir. Lakin Turalın dediyi müddət çatdığı üçün onunla əlaqə saxlayıb işin nə yerdə olduğunu maraqlanmış, Tural isə müxtəlif bəhanələr uydurmaqla ondan gözləməyini istəmişdir. Bu qaydada bir müddət keçmiş, 2022-ci ilin aprel ayının əvvəllərində Turalla ümumiyyətlə Əlaqə saxlamaq mümkün olmamışdır. Bundan sonra Turalın dediyi kimi Təhsil Nazirliyindən onu maraqlanmış və ümumiyyətlə o cür birinin orada işləmədiyini öyrənmişdir. Daha sonra Təqsirləndirilən şəxs onu aldadaraq 10.000 manat məbləğində pulunu aldığını başa düşüb 16 aprel 2022-ci il tarixində Xətai RPİ-nin 36-cı PB-də faktla bağlı ərizə yazmışdır. Təqdim etdiyi 01 ədəd disklə tanış olmuş, həmin diskdə olan səs-yazısında 20 dekabr 2021-ci il tarixində ünvan 4 ünvanında yerləşən "Bravo" marketin həyətində oğlum Şahid3 məxsus "Hyundai Accent" markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobildə özü tərəfindən Təqsirləndirilən şəxs pul verərkən olan dialoqlar qeyd olunmuşdur. Hal-hazırda ona dəymiş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma əmisi oğludur və o, Cəlilabad rayonu, Xanəgah kəndində yaşayır, onunla yaxın münasibəti olmasa da, bəzi vaxtlarda ünsiyyətdə olmuşdur. Zərərçəkmiş şəxs2 elmi işçi olduğu üçün Bakı şəhərinə bəzi vaxtlarda gəlmiş, Özü bunu bildiyi və onun kitabını özündən əldə etmək məqsədi ilə onunla görüşmək istədiyi üçün 2021-ci ilin oktyabr ayının sonlarında onunla "Nərimanov" metrostansiyasının yanında yerləşən parkda görüşmüşdür. Həmin parkın içərisində kafedə oturduqları vaxt Zərərçəkmiş şəxs2 ona qardaşı oğlu olan Şahid2 Rusiya Fedrasiyasında iqtisadçı ixtisası üzrə təhsil aldığını, lakin oradan qazandığı diplomun ölkədə tanınamdığını demiş, hemin diplomun təcili təsdiq edilməsindən narahat olduğu üçün ondan bununla bağlı kömək istemişdir. Zərərçəkmiş şəxs2 ona qardaşı oğlu olan Şahid2 rus dilini yaxşı səviyyədə bilməməsi səbəbindən diplomun təsdiqi ilə bağlı imtahandan keçə bilməyəcəyinin onu narahat etdiyini demiş, beləliklə onun əlaqələrinin geniş olduğunu bildiyi üçün ona kömək edə biləcək tanış tapmağımı istəmişdir. Özü isə Zərərçəkmiş şəxs2 şəxsən tanıdığı kimsə olmadığını desə də, bu sahədə bir neçə nəfərə zəng etdikdən sonra dolayı yolla Təhsil Nazirliyində işləyən Tural adlı bir nəfər olduğunu, hansısa məbləğ qarşılığında onlara kömək edə biləcəyini və həmin şəxsin istifadəsində olan mobil telefon nörməsini öyrənmişdir. Həmin nömrəni Rzaya verdikdən sonra ayrılmış, bundan təqribən 10 gün sonra, noyabr ayının əvvəllərində Rza zəng edərək Turalla görüşdüyünü, diplomun təsdiq olunması üçün ona 7.000 manat məbləğində pul verdiyini, bir ay ərzində nəticə olacağını demişdir. Bundan bir müddət keçsə də, nəticə olmamış, özü internet vasitəsi ilə bəzi vaxtlarda diplumun tasdiq olunması ilə əlaqədar komissiyaların keçirilməsi haqqında məlumat öyrəndiyi üçün Tural adlı şəxsdən şübhələnməyə başlamışdır. Bundan sonra Tural adlı şəxs Rzaya sertifikat fotoşəkli göndərərək təsdiq olunması üçün az vaxt qaldığını demiş, özü isə "Qara Qarayev" metrostansiyası yaxınlığında yerləşən Təhsil Nazirliyinin diplomların tanınması üzrə müvafiq qurumuna müraciət edǝrǝk həmin qurumda Tural adlı şəxsin fotoşəklini göndərdiyi sertifikat barədə maraqlanmışdır. Ümumiyyətlə bu iş üçün sertifikat verilmədiyini öyrəndikdən sonra Tural adlı şəxsin yalan danışdığını başa düşmüş və Rzaya bildirmişdir. Beləliklə 2022-ci ilin mart ayının ortalarında Rza onunla "Nərimanov" metrostansiyası yaxınlığında görüşərək Təqsirləndirilən şəxsı da çağırmışdır. Beləliklə ilk dəfə Turali orada görmüş və ona yalan dediyini bildirmişdir. Tural isə müxtəlif bəhanələr gətirməklə məsələnin həll olunacağını, 25 aprel 2022-ci il tarixinədək işin yekunlaşacağını demiş, həmin vaxtdan sonra isə Turalla ümumiyyətlə əlaqə saxlaya bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, halhazırda "Socar"-in "Azəriqaz” X12-çağrı Xidməti Şöbəsində dispetçer vəzifəsində işləyir, 2016-cı ilin sentyabr ayından 2021-ci ilin iyul ayınadək Ukraniya Respublikasının Xarkov şəhərində yerləşən X2 neft-qaz ixtisası üzrə təhsil almış, lakin oradan ona verilmiş diplom ölkədə tanınmadığı üçün öz ixtisası üzrə işləyə bilmir, buna görə də 2021-ci ilin avqust ayında anası Zərərçəkmiş şəxs1 tanışlıq əsasında Aydə adlı bir nəfər qadınla əlaqə saxlamış və həmin qadın ona imtahandan keçmək üçün kömək etmək istəsə də, kömək edə bilməmişdir. Bundan sonra anası Zərərçəkmiş şəxs1 onun diplomunun tanınması üçün başqa bir tanış axtarmış və Təqsirləndirilən şəxs adlı biri ilə əlaqə saxlamışdır. Özü və anası Tural adlı şəxslə 15 dekabr 2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən "Çakırbəyli" restoranında görüşüb danışmışdır. Həmin şəxs özünü Təhsil Nazirliyinin Təhsildə Keyfiyyətə Nəzarət İdarəsinin əməkdaşı kimi təqdim edib diplomunun ölkədə tanınması üçün 12000 manat məbləğində pul istəmiş, lakin anası onunla 10.000 manat qarşılığında həmin işi üçün razılaşmış, beləliklə 20 dekabr 2021-ci il tarixində saat 19 radələrində Təqsirləndirilən şəxs ilə ünvan 4 ünvanında yerləşən "Bravo" marketin həyətində özünə məxsus "Hyundai Accent" markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobildə görüşmüşdürlər. Tural avtomobildə arxada əyləşərək Əvvəlcə diplomunun tərcüməsini götürmüş, bundan sonra anası Zərərçəkmiş şəxs1 ona danışdıqları 10.000 manat məbləğində pulu vermişdir. O pulu saymağı xoşlamadığını desə də, sayıb götürmüş və dekabr ayının sonunadək işi yekunlaşdıracağını diplomun tanınacağını bildirmişdir. Bundan sonra Tural avtomobildən düşmüş və özü anası Zərərçəkmiş şəxs1 ilə oradan getmişdir. Bir müddət sonra Turaldan işin nə yerdə olduğunu maraqlansalar da, Tural müxtəlif bəhanələr uydurmaqla bir qədər də gözləmələrini istəmiş, 2022-ci ilin aprel ayında isə onun istifadəsində olan mobil telefon nörməsinə ümumiyyətlə zəng çatmamışdır. 16 aprel 2022-ci il tarixdə isə anası Zərərçəkmiş şəxs1 Xətai RPİ-nin 36-cı PB-də aldadılmaları barədə ərizə yazmışdır. İş üzrə digər Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şahid2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2010-cu ildən 2011-ci ilədək Rusiya Federasiyası, Moskva şəhərində yerləşən Rusiya Dövlət Sosial Universitetində təhsil alaraq oranın diplomunu qazanmış, lakin oradan verilmiş diplom ölkədə tanınmamışdır. Buna görə də atası X8 onun diplomunun təsdiqlənməsi üçün əvvəl təhsil sahəsində çalışmış əmisi Zərərçəkmiş şəxs2dan kömək etməsini istəmiş, bir müddət sonra, yəni 2021-ci ilin oktyabr ayında əmisi Zərərçəkmiş şəxs2 Bakı şəhərində olarkən uzaq qohumu olduğu üçün yaxından tanımadığı Şahid1 ilə danışdığını öyrənmişdir. Şahid1 əmisinə Təqsirləndirilən şəxs diplomun təsdiqlənməsi ilə bağlı kömək edə biləcəyini söyləmiş, əmisi Rza isə 2021-ci ilin noyabr ayının əvvəllərində əvvəlcə özü Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Əmisinin dediyinə görə Tural özünü Təhsil Nazirliyinin işçisi kimi təqdim edərək iş üçün əvvəlcə 8.000 manat məbləğində pul istəsə də, sonradan 7.000 manat məbləğində pul qarşılığında diplomunu təsdiq etdirə biləcəyini vəd etmişdir. Həmin görüşdən sonrakı gün təxminən saat 11 radələrində özü də əmisi Zərərçəkmiş şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs ilə görüşmək üçün Xətai rayonu, 8 Noyabr prospektində yerləşən "Hərbi Qənimətlər Parkı'nın yanına getmişdir. Orada əmisi ilə birgə Təqsirləndirilən şəxs ilə görüşmüş, Tural ona və əmisi Rzaya Təhsil Nazirliyində işlədiyini, diplomların təsiqlənməsi ilə bağlı əvvəllər çox sayda iş gördüyünü, onun xaricdən aldığı diplomu da bir ay ərzində təsdiqlədə biləcəyini söyləmişdir. Orada əmisi Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs vəd etdiyi iş üçün 7.000 manat məbləğində pulu Sayaraq öz yanında əlbəǝl formada vermiş. Bundan sonra oradan ayrılmış, bir müddət sonra Təqsirləndirilən şəxs vəd etdiyi vaxt keçsə də, ondan bir xəbər olmamışdır. O hər dəfə müxtəlif bəhanələr gətirdiyi üçün bir nəticə hasil olmamış, sonradan bildiyi qədəri ilə Tural Sadıxzada emisi Rzaya diplomumun təsdiqlənməsi üçün lazımi sertifikatın fotoşəklini göndərmiş və imzalanmaqda olduğunu bildirmişdir. Bir müddət sonra qohumları olan Şahid1 "Qara Qarayev" metrostansiyası yaxınlığında yerləşən Təhsil Nazirliyinin diplomların təsdiq edilməsi üzrə müvafiq orqanına gedərək Turalın göndərdiyi sertifikatın fotoşəklinin saxta olduğunu, ümumiyyətlə prosesin o cür olmadığını öyrənmiş, 2022-ci ilin aprel ayında isə işlə bağlı bir nəticə olmadığı üçün əvvəlcə Şahid1 polisə müraciət etmişdir. (i.v.53-55) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyatı üzrə haqqında 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması üçün aidiyyatı üzrə Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır (i.v. 1); 16 iyun 2022-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* №-li cinayət işi Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X18 tərəfindən icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır.(i.v 30) xx.xx.2022-ci il tarixli zərər çəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmışdır(i.v.36) xx.xx.2022-ci il tarixli zərər çəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınmışdır(i.v.60) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 01 iyul 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4. 312.2, 320.1 va 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-3.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 iyun 2021-ci il tarixdən 02 iyun 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 79-80); Doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci il tarixli X16, xx.xx.2006-cı il tarixli X14, xx.xx.2015-ci il tarixli X13 adlı övladları var(i.v.82-84) 07 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 istintaq orqanına vermiş olduğu ifadəsini təsdiqləyərək baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs üzünə söyləmiş, Təqsirləndirilən şəxs Bəhram oğlu da öz növbəsində törətdiyi dələduzluq əməlini etiraf etmişdir.(i.v.96-98) 07 iyul 2022-ci il tarixli üzləşdirmə protokoluna əsasən Zərərçəkmiş şəxs1 öz ifadəsində göstərdiyi cinayət hadisəsini Təqsirləndirilən şəxs üzünə bildirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 göstərdiyi xüsusatları təsdiq edərək törətmiş olduğu cinayət əməlini bir daha etiraf etmişdir.(i.v.99-101). Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, DVD- R formatlı diskin içərisində 09 ədəd səs yazısı və 02 ədəd fotoşəkil olmaqla 11 ədəd fayl mövcuddur. Diskdə olan səs-yazılardan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldadılmasını başa düşməməsi üçün vaxt qazanmaq məqsədi ilə uydurduğu danışıqlar olduğu aydın olur. Bundan başqa diskin içərisində olan 02 ədəd fotoşəkilin birincisi "PHOTO- 2022-05-08-12-42-18" adlı fayldadır və həmin fotoşəkildə yuxarı hissədə "Azərbaycan Respublikası Təhsil Nazirliyi", "Şəhadətnamə” başlığı yazılmış, yaşıl rəngli fonu olan send görüntüsü var. Həmin sənəddə "Bununla təsdiq edilir ki, Şahid2 adına xx.xx.2021-ci il Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom VSB Nº0949283 Azərbaycan Respublikasında tanınmışdır və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahbinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir" yazısı mövcuddur. Bundan başqa görüntüdə olan sənədin alt hissəsində imza və möhür olmasa da, imza üçün ayrılmış yer olduğu aydın olur. Həmin sənədin alt tərəfində "Qeydiyyat № 026837" yazısı qeyd olunmuşdur. İkinci fotoşəkil isə "PHOTO-2022-05-08-12-42-19" adlı fayldadır və həmin faylda yuxarı hissəsində "Azərbaycan Respublikası Təhsil Nazirliyi", "Şəhadətnamə" yazısı yazılmış, qırmızı rəngli fonu olan sənəd görüntüsü var. Həmin görüntüdə "Bununla təsdiq edilir ki, Şahid2 adına xx.xx.2021-ci il Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom VSB Nº0949283 Azərbaycan Respublikasında Tətbiqi Riyaziyyat və İnformatika ixtisas istiqamətinin Riyaziyyatçı, sistem proqramçısı ixtisas dərəcəsi üzrə verilən ekvivalentdir(bərabərdir" yazısı qeyd olunmuşdur). tanınmışdır və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahbinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir" yazısı mövcuddur. Sənədin alt tərəfində imza üçün yer ayrılsa da, imza və möhür əks olunmamış, "Qeydiyyat № T027456" yazısı yazılmışdır.(i.v.121-122) 08 iyul 2022-ci il tarixli diskə baxış protokolundan görünür ki,, CD diskdə 01 ədəd 5 dəqiqə 12 saniyəlik səs yazısı olan fayl vardır. Səs-yazıya baxış keçirən zaman müəyyən edilmişdir ki, həmin səs yazısı Zərərçəkmiş şəxs1 oğlu Şahid3 yanında Təqsirləndirilən şəxs ilə danışarkən qeydə alınmışdır. Qeyd olunan səs-yazıda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Şahid3 sənədləri götürdüklərini soruşmağı, onların isə götürdüklərini təsdiq edərək Təqsirləndirilən şəxs sənədlərə baxmağını istəməyi Təqsirləndirilən şəxs isə özünə lazım olan sənədlərin qaydasında olduğunu dediyi, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə arasında hər hansı inciklik yaranmayacağına ümid etdiyini bildirdiyi qeydə alınmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 "o biri sənədləri də sayın götürün fadəsini işlədərək Təqsirləndirilən şəxs pulları təqdim edib saymağını istədiyi, Turalın isə əvvəlcə bunu xoşlamadığını desə də, Zərərçəkmiş şəxs1 "pulu alanda da say" ifadəsindən sonra Turalın "problem yoxdur" deyərək 1-dən 10-a qədər saydığı aydın olur. Qeydə alınmış səs-yazıda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs içlərinə də baxması təklifindən sonra Turalın utandığını deyərək buna ehtiyac duymadığını, qərarı aldıqdan sonra sistemdən mənfi qərarın yığışdıracağını, ayın sonunadək qərarın alınacağını, narahat olmağa ehtiyac olmadığını, istənilən vaxt mobil nömrəsi vasitəsi ilə əlaqə saxlaya biləcəklərini izah etdiyi müəyyən edilir(i.v.123-124) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4. 312.2, 320.1 va 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-3.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 iyun 2021-ci il tarixdən 02 iyun 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.(i.v.126-161) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiysaının xx.xx.2022-ci il tarixli, 1(103)- 1161/2022 saylı qərarından görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2. 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri, X4 Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır (i.v.163-179) Sübuların qiymətləndirilməsi barədə 27 avqust 2022-ci il tarixli qərardan görünür ki, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həbsdə saxlanması nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlil gətirməməsinin nəzərə alınmaması, cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Şahid1, Şahid2 və Şahid3 ifadələri, üzləşdirmə və diskə baxış keçirilməsi protokolları, həmçinin iş üzrə toplanmış digər sənədlər iş üzrə sübut kimi qiymətləndirilmiş, işdə olan 01 ədəd DVD-R formatlı disk və 01 ədəd CD-R formatlı disk maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində iki və ya daha çox şəxsin qabaqcadan razılaşaraq birgə iştirakı ilə törədilməsinin əlamətləri olmadığından Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinin tərkib əlaməti yaranmadığı üçün barəsində həmin maddər ilə cinayət təqibinin başlanması rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilməməsi qərara alınmışdır.(i.v. 180-192) zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi notarial ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. "xxxx" ASC-nin Əhmədli filialının xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi cinayət işi üzrə dəymiş ziyanın 25%-ni, yəni 4250 (dörd min iki yüz əlli) manat dövlət büdcəsinə ödənilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ümumi məbləği 17000 manat olmuş, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı 4250 (dörd min iki yüz əlli) manat təşkil etmiş, Təqsirləndirilən şəxs tərəfindən 4250 (dörd min iki yüz əlli) manat dövlət büdcəsinə ödəniş edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 07 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla, hal-hazırda cəzasını çəkməsi nəzərə alınmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 07 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla, hal-hazırda cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-462/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-462/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver