Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-462/2024 13.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1958-ci ildə Astara rayonu Pensər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Astara rayonu Pensər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, təsadüfən görüşdüyü və sevdiyini bildirdiyi, lakin qarşılıqlı cavab almadığı Zərərçəkmiş şəxs təqib edib 01 aprel 2024-cü il tarixdə saat 17:00-da ünvan 2 ünvanmdakı binanın 1-ci mərtəbəsində yerləşən avtomobil duracağında saxlayıb bununla əlaqədar aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxsnm baş və qol nahiyəsindən vuraraq ona sol təpə-ənsə nahiyəsinin dərialtı hematoması, sağ əlin qançırı və sağ saidin sıyrığı ilə müşaiyət olunan xəsarətlər yetirməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2011-ci ildən həyat yoldaşı X2 yataq xəstəsidir, Sabunçu qəsəbəsində yerləşən xəstəxanada müalicə alırmış. Sabunçu xəstəxanasında olduğu vaxtdan xəstəxanada arvadını müalicə etmiş həkim Zərərçəkmiş şəxs tanımışdır. Həmin vaxtdan Natellanı sevir. Sevməyini Natellaya etiraf etmiş və evlənmək istədiyini bildirmişdir. Natella sözünü demək üçün ondan vaxt istəmiş və bu günə qədər cavab almamışdır. Natellanı sevir, fikiri ciddidir. Bu səbəbdən 01 aprel 2024-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən binanın qarşısına gedib Natellanın işdən gəlməyini gözləmiş, Natella idarə etdiyi avtomobili ilə işdən gəlib avtomobili park edərək binanın 1-ci mərtəbəsində yerləşən avtomobil duracağında saxlamışdır. Natellaya tərəf getmiş, sonuncunun əlində zəmbillər olduğunu görüb yaxınlaşmışdır ki, zəmbilləri əlindən alsın və kömək etsin. Natella buna etiraz etmiş, onun üstünə gəlmiş, Natellanı sakitləşdirmək üçün hər iki əlindən tutmuşdur. Natellanı vurmamış və ona bədən xəsarətləri yetirməmişdir. Elminaz İsmayılova ilə hal hazıra qədər nigahdadır. Zərərçəkmiş şəxs ilə evlənmək istəməsini arvadı Elminaz İsmayılova və uşaqları bilirmiş və onlar etiraz etməmişlər. Natellanı sevdiyi üçün görmək istəmiş, ona görə iş və yaşayış yerinə gedirmiş. Zərərçəkmiş şəxs əxlaqsız təklif, o cümlədən, onunla cinsi əlaqədə olma təklifi etməmişdir. Ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstəmişdir ki, 2023-cü ildə atası rəhmətə gedəndən sonra tək yaşayır, təxminən 15 ildir ki, X12 həkimnevropatoloq kimi işləyir. 2018-ci ildə X3 həyat yoldaşı işlədiyi yerdə başqa həkimdə müalicə almış, bir müddət xəstəxanada stansionar müalicədə yatmışdır. Həmin müddətdə nə Təqsirləndirilən şəxsla nə də ki, arvadı ilə heç bir kontaktı, ünsiyyəti olmamışdır. Arvadı xəstəxanada yatdığı müddətdə Təqsirləndirilən şəxs ona yaxınlaşmış, demişdir ki, ondan xoşu gəlir və evlənmək istəyir, qohumları ilə danışıb, qohumlarının evlənməyə razılığını alıb, arvadı xəstədir, ailə qurmaq istəyir. Bəhrəm İmayılova mədəni şəkildə izah etmişdir ki, onların arasında heç bir münasibət ola bilməz, Təqsirləndirilən şəxsla ailə qurmaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs demişdir ki, fikirləşməyə vaxt verir, yaxşı fikirləşsin. Cavab verimişdir ki, onunla heç bir münasibətdə olmayacaq, vaxt vermək lazım deyil. Sabahısı gün və sonrakı günlərdə demək olar ki, hər gün Təqsirləndirilən şəxs ona söz atmağa başlamış, görəndə ona nalayiq sözlər demiş, əxlaqsız təkliflər edirmiş, onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onu izləmiş, hara gedirmiş, qarşısına çıxırmış, deyirmiş ki, nə üçün ora getdi, orada nə üçün çox oturdu və sair. Görəndə hədələyirmiş ki, onu kim ilə görsə öldürəcək. Təqsirləndirilən şəxs hər dəfə görəndə deyirmiş ki, onunla ünsiyyətdə olmaq istəmir, əl çəksin. Təqsirləndirilən şəxs səbəbindən 5 telefon nömrəsi dəyişmişdir, çünki zəng edirmiş, hədələyirmiş, əl çəkmirmiş. İdarə etdiyi «Hyundai Santafe» markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı binada yerləşən yeraltı qarajda saxlayırmış. 01 aprel 2024-cü il tarixdə saat 17 radələrindən işdən evə gəlib idarə etdiyi avtomobili qarajda saxlayıb yaşadığı mənzilə qalxmaq istəyəndə avtomobildən aralanıb getdiyi zaman Təqsirləndirilən şəxs yaxınlaşmış və nalaiq söyüşlər söyərək ona demişdir ki, hardadır, nə üçün gec gəlmişdir. Təqsirləndirilən şəxs cavab söyüşləri söyərək onu özündən aralamaq üçün itələmişdir. Bəhrəm də onu itələyib əlləri ilə başından və qollarından vurmuş, sinəsindən itələmiş, ona bədən xəsarətləri yetirmişdir. Qışqırdıqda mühafizəçi, adı sonra məlum olmuş Şahid1 onlara yaxınlaşdıqda Bəhrəm kənardan kiminsə yaxınlaşdığını görüb özünü yığışdırmış və ondan uzaqlaşmışdır. DİN-in 102 xidmətinə müraciət etmişdir. Bu hadisənin binanın mühafizəçisi Şahid1 görmüş, başqa kimlərin gördüyünü bilmir. Əvvəllər də Təqsirləndirilən şəxs barəsində Polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs arvadının həkimi heç vaxt olmadığını, başqa həkimlərdə müalicə olunduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onu hal-hazırda yenə narahat edir. Təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmamışdır, ona azadlıqdan məhrumetmə ilə əlaqədar cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 1992ci ildən X10 tibb bacısı işləyir. Zərərçəkmiş şəxs 2007-ci ildən tanıyır, belə ki, Natella xanım işlədiyi Xəstəxanada həkim-nevrapatoloq işləmiş, işçi kimi onunla münasibətləri yaxşı olmuş, Təqsirləndirilən şəxs isə 2018-ci ildən tanımış, belə ki, Bəhrəmin həyat yoldaşı Elminaz İsmayılova nevrologiya şöbəsində müalicə olunmuş və həmin vaxtlar Bəhrəm həyat yoldaşına baş çəkmək üçün gəlib getdikdə onu tanımış, Elminazla və Bəhrəmlə pasiyent kimi münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Elminaz İsmayılova şöbədə müalicə aldığı dövrdə Natella həkim həmin şöbənin müdiri vəzifəsində işləmiş,Təqsirləndirilən şəxs hələ həyat yoldaşı şöbədə müalicə olunduğu müddətdə həkim Natella xanımı narahat edərək onunla evlənmək istədiyini və onu sevdiyini bildirmiş, hətta Natella həkimin arxasınca işə gəlmiş, liftin qarşısında saatlarla onu gözləmiş, şöbənin işçilərindən Natella həkimə söz göndərmiş, Bəhrəmin bele hərəkətləri isə Natella həkimin xoşuna gəlməmiş, dəfələrlə onu rədd etməsinə baxmayaraq Bəhrəm əl çəkməyib Natella həkimi narahat etməkdə davam etmiş, Natella həkim bir neçə dəfə Bəhrəmə görə mobil telefon nömrəsini belə dəyişmiş, hətta bir dəfə axşam işdən çıxdıqda Bəhrəmin liftin qarşısında dayanıb gözləməsini görmüş və Bəhrəm onu gördükdə Natella həkimin telefon nömrəsini istəmiş, ona həkimin nömrəsini bilmirəm dedikdə Bəhrəm əl çəkməyib israrla Natella həkimin nömrəsini verməsini tələb etmişdir. Təqsirləndirilən şəxs bu kimi hərəkətləri bu gün də davam etmiş və xəstəxanaya gəlmiş, Natella həkimi izləmiş, onu narahat edərək evinə, həyətinə gedib qarşısını kəsmiş, bir neçə dəfə Bəhrəm Natella həkimin maşınına yaxınlaşıb qapını açıb oturmağa cəhd etmiş və Natella həkim maşını saxlamadıqda Bəhrəm əli və təpiyi ilə maşına vurmuşdur. 02 aprel 2024-cü il tarixdə səhər işə gəldikdə Natella həkim xx.xx.2024-cü il tarixdə işdən çıxıb evə getdikdə axşam saat 17 radələrində maşını ilə yaşadığı binanın zirzəmisinə girib maşını park etdikdə Təqsirləndirilən şəxs onu gözləməsini və ona yaxınlaşmasını, onunla mübahisə edərək əli ilə başından və qolundan vurub xəsarət yetirməsini bildirmiş, həmin vaxt Natella həkim başının sol tərəfində olan şişi və sağ qolunda olan göyərmiş izlərini belə göstərmiş, hadisə zamanı Natella həkimin dediyinə görə zirzəmidə heç kim olmamış və sonradan hadisə yerinə gözətçi gələrək mübahisənin qarşını almış, bundan sonra Natella həkim polisə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid1 məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin şahidin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, şifahi razılaşma əsasında Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi, 78 nömrəli binaya aid Mənzil -Tikinti Koperativində avtomobil duracağında təxminən bir ilə yaxındır ki, gözətçi işləyir. Binanın avtomobil duracağında «SantaFe» markalı avtomobili saxlayan həmin binanın sakini Zərərçəkmiş şəxs həmin vaxtdan tanıyır. Həmin müddət ərzində binada yerləşən həmin duracağa adını sonra bildiyi X5 gəlib-gedirmiş, duracağda Zərərçəkmiş şəxs gözləyirmiş, elə bil ki, təqib edirmiş. Təqib etiyi üçün Zərərçəkmiş şəxs demişdir ki, həmin şəxsi binanın içərisinə gəlməyə qoymasın. Özü və binada işləyən digər işçilər Təqsirləndirilən şəxs dəfələrlə duracağa gəlməməsi və Zərərçəkmiş şəxs təqib etməməsi barədə demişlər. Lakin, buna baxmayaraq Təqsirləndirilən şəxs yenə də, təxminən həftədə, 2 həftədə bir dəfə gəlirmiş, demək olar ki, heçnə etmirmiş, əvvəllər Təqsirləndirilən şəxs qeyri-qanuni hərəkətlərini görməmişdir. 01 aprel 2024-cü il tarixdə saat 17 radələrində həmin binanın avtomobil duracağında işdə olduğu zaman gözətçilər üçün otaqda oturmuşdur. Bu zaman duracağın içərisindən qadın səsi eşitmiş və çıxdıqda Zərərçəkmiş şəxsnm istifadə etdiyi avtomobildən düşüb Təqsirləndirilən şəxsla mübahisə etdiyini görmüşdür. Zərərçəkmiş şəxs əlindəki zəmbil ilə Bəhrəmi özündən qovurmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsnm qolundan və əlindən tutub itələyirmiş. Həmin yerə tərəf getmiş, sonra Bəhrəm və Natella çıxıb getmişdir. Həmin hadisədən sonra Təqsirləndirilən şəxs avtomobil duracağında bir daha görməmişdir. Söyüşlər eşitməmişdir. Bəlkə də söyüş olmuş, lakin uzaqda olduğu üçün eşitməmişdir. Hadisə vaxtı avtomobil duracağında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs başqa heç kim olmamış, ancaq özü səsə gəlmişdir. (i.v 52-54) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə özünün qismən etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, üş üzrə keçirilmiş üzləşdirmə ilə, məhkəmə-tibbi ekspertizasının rəyi ilə və işin digər halları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 may 2024-cü il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki,vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsində toplanmış material üzrə faktla bağlı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 1); 01 aprel 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yeri olan ünvan 4 ünvanında baxış keçirilmiş bu barədə müvafiq protokol və fotocədvəl tərtib edilmişdir.(i.v 14-15) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X11-Təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi ekspertizasının 02 aprel 2024-cü il tarixli 346 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs başın sol təpə-ənsə nahiyəsinin dəraltı hematoması, sağ əlin qançırı və sağ saidin sıyrığı müəyyən edildi, xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərlmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyasma görə özü-özünə yetirməsi inkar olunur (i.v 19-20) 11 iyun 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 23-24) 12 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs inzibati xətalar məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq inzibati xətalar məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədərək 100 manat məbləğində cərimə olunmuşdur.Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ictimai yerdə təzyiq edib və təqib edərək ona qarşı xırda xuliqanlıq etmişdir.(34-34a) 11 iyun 2024-cü il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan və əlavə edilmiş foto şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi, 78 № binanın birinci mərtəbəsində yerləşən avtomobillərin saxlanması üçün olan duracağı göstərərək 01 aprel 2024-cü il tarixdə saat 17;00 radələrində evə gəlib idarə etdiyi avtomobili həmin duracaqda saxladığını,mənzilə qalxmaq istəyərkən onu uzun müddətdir ki, təqib edən əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ona yaxınlaşıb nalayiq söyüşlər söydüyünü,uzaqlaşdırmaq istədikdə başından və qollarından vurduğunu,sinəsindən itələdiyini, duracağın mühafizəçisi adı sonra məlum olmuş Şahid1 yaxınlaşmış, Bəhrəm ordan uzaqlaşmışdır.(i.v 38-40) Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Astara Rayon X6 Hüquqi Şəxsi tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Astara rayonu, Pensər kəndi, xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Astara rayon X1 şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda durmur.(i.v 45) 20 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 49) 24 iyun 2024-cü il tarixli götürülmə protokolundan və fotoşəkillərdən görünür ki, ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs onu izləməsi ilə bağlı müxtəlif vaxtlarda çəkdiyi fotolar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (i.v58 a-60) 06 iyul 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2024-cü il tarixdə saat 18:00 radələrində Xətai RPİ-nin 36-cı PŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Həzi Aslanov metrosu yaxınlığında saxlanılaraq tutulmuşdur.(i.v 71) 08 iyul 2024-cü il tarixli əlavə məhkəmə-tibbi ekspertizası üzrə «Məhkəmə-tibbi ekspertiza və papatoji anatomiya birliyi» PHŞ-in Xətai rayon şöbəsinin verdiyi 08 iyul 2024-cü il tarixli 24/346 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs başın sol təpə-ənsə nahiyəsinin dəraltı hematoması, sağ əlin qançırı və sağ saidin sıyrığı müəyyən edilmişdir, həmin xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərlmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə başın sol təpə-ənsə nahiyəsinin dəraltı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir, sağ əlin qançırı və sağ saidin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.(i.v 95-97) 08 iyul 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində dediklərini Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir.(i.v 103-106) 08 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (i.v 107-108) 08 iyul 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v 123-124) 08 iyul 2024-cü il tarixli MSY-dən azad etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan dərhal azad edilmişdir. (i.v 126-127) 24 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilməsinə və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirnin dəyişdirilmədən qüvvəsində saxlanması,hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış hesab edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs, Şahid1 ifadəsi, iş üzrə keçirilmiş üzləşdirmə protokolu, Azərbaycan Respublikası Səhiyyət Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi” RHŞ-in xx.xx.2024-cü il tarixli 346 nömrəli rəyi,hadisə yerinə baxış və Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlama protokolları sübut növü kimi qiymətləndirilməsi,Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublkası CM-nin 134 və 221-ci maddələrinin tərkibi olmadığı üçün həmin faktlar cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi,Zərərçəkmiş şəxs vurmaması, sonuncunun yalnız yıxılmamasının qarşısını almaq üçün qollarından tutması barədə ifadələri özünümüdaifə xarakteri olduğu üçün iş üzrə sübut kimi qəbul edilməməsi, qərarın surətinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır. (i.v 141-145) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü cinayət məsuliyyətindən kənarda qoymaq niyyətinə dəlalət edir. Belə ki, cinayət işi materialları ilə və keçirilmiş ekspertiza rəyləri ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs üzərində olan xəsarətlər hadisənin baş verdiyi 01 aprel 2024-cü il tarixə uyğun gəlir. Təqsirləndirilən şəxsin özünün məhkəmə iclas zalında vermiş olduğu qismən etirafedici ifadələrindən görünür ki, o, zərərçəkmiş şəxsi uzun müddətdir narahat edir və onu izləyir. Qeyd edilən xüsusatla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 manat inzibati cərimə növündə tənbeh olunmuşdur. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidrin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla,hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir.Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, əməli törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunmalı, tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və dərhal məhkəmə iclas zalında həbs edilməli, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 04(dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub saxlandığı 02 gün müddət ona təyin edilmiş 04(dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03(üç) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İsmayılov X4 Xidmətin Konvoy Taboru vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-462/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-462/2024
13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver