Məhkəmə qərarları › İş №1(011)-463/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-463/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-463/2024 18.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1998-ci ildə Zəngilan rayonu, Ağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Zəngilan rayon Yaşıllaşdırma İdarəsində bağban işləmiş, məhkum olunmuş, Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,547 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 31 mart 2024-ci il tarixdə saat 23:30-da Abşeron RPİ-nin Saray polis bölməsinin və DİN-nin X11 Alayının 12-ci patrul bölüyünün əməkdaşları Abşeron rayonu, Novxanı kəndi ərazisində xidmət apararkən hərəkətləri şübhə doqurdu üçün Novxanı kəndi, H.Əliyev prospektində yerləşən “Grand market”-in yaxınlığında saxlanılıb Abşeron RPİ-nin Saray polis bölməsinə gətirilərək müdafiəcinin iştraki ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,547 qram olan ağ rənqli kristalşəkilli maddə kutləsi kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,585 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 27 may 2024-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Xətai rayonu, 8 Novabr prospekti 141 ünvanının yaxınlığında saxlanılıb ünvan 2 Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi-axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanda qızılı rəngli folqa bükümündə təmiz çəkisi 0,585 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə toplanmış istintaq sübutları: təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, baxış protokolları, ekspert rəyləri, maddi sübutlar və digər iş materialları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı vermiş olduğu ifadələrini təsdiq etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 37-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsini daşıyır. Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbul etməsi, saxlaması və üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı barədə polis bölməsinin rəisinə raportla məruzə edilərək xx.xx.2024-cü il tarixli qərarla əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o və Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid5 daxil edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə saat 11:00-da ünvan 5 ünvanın qarşısında müəyyən edilərək şübhəli şəxs kimi Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edilmişdir. PŞ-də Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra polis bölməsinin İnzibati otaqlarının birində onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs qərarla tanış edilmiş, ona hüquqları izah edilmiş və hüquqlarının müdafiəçi üçün vəkil dəvət edilmişdir. Bundan sonra videoçəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, əşya və ya sənədlər varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı falqaya bükülmüş içərisində spesifik iyə malik olan ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddəni çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin nə olduğunu soruşduqda bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki “patı” adı ilə tanıdığı psixotrop maddə olan metamfetamindir. Qızılı falqaya bükülmüş büküm açıldıqda içərisində spesifik iyə malik olan ağ rəngli psixotrop maddə metafmetaminə bənzə maddə aşkar olunmuşdur. Həmin maddə çəkilərək 0,74 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni şəxsi istifadəsi üçün Xətai rayonu, metronun 28 may stansiyasının yaxınlığında 20 manata alıb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərində digər qanunsuz əşya və ya maddə olub-olmaması barədə soruşulduqda başqa heç nə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və digər qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, şəxsi axtarış və götürmə zamanı videoçəkilişin əks olduğu disk protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs və müdafiəçi protokolla tanış olub imza etmişlər. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir şikayət və təklif daxil olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə ekspertiza tədqiqatına göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış şahidlər Şahid5, Şahid1, Şahid2 məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin şahidin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmiş və onların ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir. Şahid5 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Abşeron RPİ-nin Saray PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir.xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev prospektində olan zaman orada xidmət aparan 9684 çağrışlı avtomobil ilə xidmət aparan DİN-nin ƏÇPA-nın 12-ci patrul bölüyünün əməkdaşları Şahid3 və Şahid2 bir nəfər şəxsə yaxınlaşdıqlarını görərək onların yanına getmişdir. Həmin şəxs özünü şübhəli aparmışdır. Həmin şəxsə onun narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində daşınmasında şübhəli olduğunu bildirib, onu Abşeron RPİ-nin Saray PB-nin inzibati binasına dəvət etmişlər. Həmin şəxs onlara etiraz etməyib birlikdə polis bölməsinə gəlməyə razılaşmış və Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə gətirmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Polis bölməsinin inzibati binasında həmin şəxsə hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmiş və ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra Təqsirləndirilən şəxsla vəkili arasında konfidensial görüş təmin edilmişdir. Daha sonra video çəkiliş ilə və müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmət olub-olmamağı soruşulduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellafon bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli bükülü açılaraq baxış keçirilmiş və həmin vaxt kristal formalı olan psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və əhəmiyyət kəsb edəcək heç bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamin bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlə möhürlənib üzəri iştirakçılar və onun tərəfindən imzalandıqdan sonra təhqiqtaçı tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə sosial şəbəkədə tanış olduğu tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Daha sonra təhqiqatçı Murad Bəşirov tərəfindən bu barədə protokollar tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya mənəvi təziq göstərilməmişdir.(i.v 221- 222) Digər Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə ********* cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 27 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə, saat 11:30-da tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 11:00-dan hesablanmışdır (i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında 27 may 2024-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-nın əməliyyat müvəkkili Şahid4, Xətai RPİ-nin 37-ci PŞin sahə rəisi Şahid5, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və y əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofanın içərisində 1 ədəd qızılı falqaya bükülmüş bükülünü çıxarıb təqdim edir. Təhqiqatçı tərəfindən sorğu zamanı sonuncu qeyd edilən bükülünün içərisindəki maddənin psixotrop maddə olan metamfetamin olmasını və həmin psixotrop maddəni həmin gün 28 may metrosu kimi tanıdığı ərazidən heç bir anket məlumatını bilmədiyi şəxsdən 20 manat pul verib şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra 01 ədəd qızılı rəngli falqaya bükülmüş maddə elektron tərəzidə çəkilir və 0,74 qram olması müəyyən edilir, sonra həmin bükülü kağız zərfə qoyularaq qablaşdırılmaqla iştirakçılar tərəfindən imzalanılır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənir. Şəxsi axtarış və götürmə prosesini əks etdirən 01 ədəd CD disk protokola əlavə edilir.(i.v. 31-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 may 2024-cü il tarixli, 3-16-16/2-6/2994 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün N 246» dairəvi möhür əksləri, imza “1. (imza) Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,585 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. (i.v 47-50) (ekspertiza xərci 80 manat) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin tarixdə, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 61-62); Bakı şəhər Xətai Rayon Məhkəməsinin 4(011)-408/2024 saylı, 29 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətikan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 may 2024-cü il tarixdən hesablanmışdır (i.v 85-89) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 11 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmuşdur (i.v 97-98) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-115/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 noyabr 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığım məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v 99-106) 25 iyun 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azəbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilməsi və birləşdirilmiş cinayət işi üzrə ibtidai istintaq ********* nömrəsi altında davam etdirilməsi, qərarın surəti ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır(i.v122- 123) xx.xx.2024-cü il tarixli şübhəli şəxsi tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdə, saat 01:20-də tutulmuşdur. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2024-cü il tarixində, saat 23:45-də Abşeron Rayonu Polis İdarəsi Saray Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Saray PB-nə gətirilmişdir.(i.v 150) 01 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, təhqiqatçı Murad Bəşirov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etdikdən sonra, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd içərisində ağ rəngli, kristalşəkilli, spesifik iyə malik kütləni çıxarıb təqdim edir. Təhqiqatçı tərəfindən sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən bükülünün içərisindəki maddənin psixotrop maddə metamfetamin olmasını və həmin metamfetamini şəxsi istifadəsi üçün “Tik-tok” sosial şəbəkəsində özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən əvvəlcədən müəyən edilmiş yerdən götürməklə 20 manata əldə etdiyini bildirir. Bundan sonra təhqiqatçı Murad Bəşirov tərəfindən həmin bir ədəd büküm kağız zərfə qoyulub qablaşdırılmaqla üzəri iştirakçılar tərəfindən imzalanılır və möhürlənir.(i.v 152- 154) Məhkəmə-kimyəvi ekspertizasının 01 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1756 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün N 153» dairəvi möhür əksləri, “..(imza) Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,547 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. (i.v161-164) (ekspertiza xərci 80 manat) 02 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v 175-176) Abşeron Rayon Məhkəməsinin 4(012)-296/2024 saylı, 02 aprel 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə- Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilməsindən imtina olunmuş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad olunmuşdur.(i.v 191-196) 02 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, istintaq və məhkəmədən boyun qaçırma vasitələrinin qarşısını almaq üçün qətimkan tədbiri qismində Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v 197-198) 04 aprel 2024-cü il tarixli maddi sübut hesab edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3 götürülmüş 0,547 qram psixatrop maddə metamfetamin cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə maddi sübut hesab olunması və tədqiqatdan sonra qalıq 0,497 qram metamfetamin saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilməsi qərara alınmışdır.(i.v 200-201) 01 may 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilmiş bir ədə “Redmi Note 12” markalı mobil telefona baxış zamanı müəyyən olundu ki, həmin mobil telefonda cinayət işi üzrə əhəmiyyət kəsb edən heç bir zəng, mesaj və fotoşəkillər qeydə alınmamış,həmçinin mobil telefonun sms siyahısında istintaq marağı doğuran heç bir sms aşkar olunmamışdır.(i.v 215) 01 may 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ona məxsus olan üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş 01 ədə “Redmi Note 12” markalı mobil telefonu işlək vəziyyətdə və 01 ədəd “Kapital Bank”a məxsus plastik kartı Abşeron RPİ-nin İŞ-nin müstəntiqi,polis kapitanı Ramiq Əzimlidən qəbul etmişdir. (i.v216) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator X1 16 may 2024-cü il tarixli, 3372 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( i.v.223-224); 29 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin tarixdə, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 230); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator X1 08 iyul 2024-cü il tarixli, 4662 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 251-252) Kompleks Ambulator məhkəmə psixiatrik və psixoloji ekspretizasının 22 iyul 2024cü il tarixli, 2122 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Cinayət işi materiallarında Təqsirləndirilən şəxs qarşı hər hansı əməl törədilməsi faktı göstərilməyib. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgizləri primitiv şəxsdə müəyyən edilir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarılda olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında hal-hazırda gerilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs təfəkkürünün təhlil-tərkib proseslərində primitivlik, mühakimələrin bir qədər səthi olması, xarakterində sadəlövhlük, qıcığa qarşı həssaslıq, hövsələsizlik aşkar edilir. Fərdi-psixi xüsusiyyətlərinə görə o, iş üçün əhəmiyyət kəsb edəcək halları qavramaq, təsvir etmək, dərk etmək və əməlinə tənqidi yanaşmaq qabiliyyətinə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilməsi imkanına malikdir. Təqsirləndirilən şəxs ittiham olunan əməl dövründə fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı onun şüuruna və fəaliyyətinə təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır.(i.v 254-257) Sübutların qiymətləndirilməsi haqqında 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən,cinayət işi zrə toplanmış sübutların məcmusu əsasında,Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin nəzərə alınması, cinayət işi üzrə bütün istintaq və prossesual sənədlərdə təqsirləndirilənşəxsin soyadı, adı və atasının adı Təqsirləndirilən şəxs kimi oxunması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixatrop maddə metamfetaminin mənbəyi barədə material ayrılması və aidiyyəti üzrə araşdırılması üçün Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən , cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb edən təmiz çəkisi 0,585 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınması və qalıq qalmış 0,535 qram metamfetaminin saxlanması üçün Xətai RPİ-nin saxlancına verilməsi , cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb edən təmiz çəkisi 0,547 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınması və qalıq qalmış 0,497 qram metamfetaminin saxlanması üçün Abşeron RPİ-nin saxlancına verilməsi,cinayət işi üzrəTəqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin video götüntüsünün əks olunduğu 02 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə ediməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi kimi ağırlaşdıran halın olmaması, lakin onun əməlində təkrarçılıq kimi ağırlaşdırıcı halın olması və onun əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş şəxs hesab olunmasının nəzərə alınması. Təqsirləndirilən şəxs Səxavər oğlunun Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, yüngülləşdirən halların müəyyən edilmədiyi nəzərə alınması, cinayət işi üzrə toplanmış sübutların məcmusu əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndi Təqsirləndirilən şəxs tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq 0,585 qram və 01 ədəd bükümdə 0,547 qram hesab edilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə-kimyəvii, ambulatoer məcburi-narkoloji və üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmin prosesi əks etdirən videogörüntünün olduğu 02 ədəd disk və həmin diskə baxış protokolu işin faktiki hallarına uyğun gəldikləri və iş materiaııarı ilə tamamlandığı üçün sübut növü kimi qiymətləndirilməsi, şəxsin soyadı, adı və ata adı rəsmi-şəxsiyyətini təsdiq edən vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs kimi oxunması,cinayət işi üzrə rədd edilmiş xüsusatlara dair materiallar ayrılaraq Xətai rayon prokuroruna göndərilməsi,qərarın surətinin məlumat məqsədilə ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır.(i.v. 271-283); 26 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə yenidən ittiham ona elan edilmişdir( i.v 286-287) Füzuli rayon İcra və Probasiya Şöbəsinin 09 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-115/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi iş icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsindən ərazi aidiyyəti üzrə xx.xx.2024-cü il tarixdə Füzuli rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin məktubda məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyata düşdüyü göstərilmişdir. Tərəfimizdən məhkumun yaşadığı ünvana Zəngilan rayonu Ağalı kəndi ev 136-ya bildiriş göndərilmişdir. Bundan sonra məhkum Təqsirləndirilən şəxs atası şöbəyə zəng edərək oğlunun Bakı şəhərində yeni cinayət törətdiyini və hazırda həbsdə olmasını bildirmişdir. Məhkum Təqsirləndirilən şəxs Füzuli rayon İcra və Probasiya Şöbəsinə gəlməmiş və qeydiyyata düşməmişdir Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməsinə dair protokolda qeyd olunan xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər;. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-2.2. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixatrop maddə metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran haldır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi əməllərdən səmimi peşman olması(CM59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çkilməmiş hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Füzuli rayon İcra və Probasiya Şöbəsinin 09 sentyabr 2024-cü il tarixli məktubuna əsasən 17 fevral 2024-cü il tarixində qeydiyyata düşmüş, 27 may 2024-cü il tarixində isə tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin 01 aprel 2024-cü il tarixdə(saat 01:20) tutularaq 02 aprel 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2ci maddəsinin müddəaları əsas götürülməklə 03 ay 08 gün müddət cəzasını çəkmiş, cəzasının çəkilməmiş hissəsi isə 01 il 08 ay 18 gün müddət hesab edilməlidir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın və əməlində cəzanı ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrumetmə növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla hazırki höküm ilə təyin edilmiş cəza ilə qismən birləşdirilməli, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixatrop maddə metamfetaminlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – şəxsi axtarış və baxış keçirilməsi görüntürlərini özündə əks etdirən 02 (iki) ədəd disk, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş 01(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01(bir) il 08(səkkiz) ay 18(on səkkiz) gün hissəsi azadlıqdan məhrumetmə cəzasının bir günə iki gün hesabı ilə hesablanmaqla 10(on) ay 9(doqquz) gün müddət hazırki hökümlə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 27 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut –Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,535 qram olan psixatrop maddə metamfetamin və Abşerob Rayon Polis İdarəsində saxlanılan 0,497 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının ümümi dəyəri 160 (yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar