Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-464/2021 03.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yerləşən Qaradağ RPİ-nin inzibati binasanda qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 310-cu maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özbaşına özünü vəzifəli şəxs kimi, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin kadrlar şöbəsinin işçisi kimi təqdim edib Zərərçəkmiş şəxs1 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə tamah niyyəti ilə ələ keçirmə məqsədi ilə sonuncunu DTX-da kadrlar şöbəsinə işə düzəldəcəyi barədə yalan vəd verərək vahid niyyət ilə əhatə olunan qəsdlə Bakı şəhəri Suraxanı rayonu «Komsomol» dairəsi adlanan ərazidə 24.07.2020-ci il tarixində, saat 13 radələrində həmin tarixə rəsmi bank məzənnəsi ilə 340 (üç yüz qırx) manat olan 200 (iki yüz) ABŞ dollar pulunu və 24.08.2020-ci il tarixində, saat 12 radələrində 850 (səkkiz yüz əlli) manat dəyərində brilyant qaşları olan bir ədəd qızıl üzüyünü və 405 (dörd yüz beş) manat dəyərində olan brilyant qaşları olan bir tay qızıl sırğasını ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 1495 (min dörd yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə üzlük çəkdirib qaytaracağı adı ilə aldadıb 21.09.2020-ci il tarixində, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, «Komsomol» dairəsi adlanan ərazidə Zərərçəkmiş şəxs1 700 manat dəyərində olan təzə «X13 8» markalı mobil telefonunu ələ keçirib vədinə əməl etməyərək sonuncuya 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özbaşına özünü vəzifəli şəxs kimi, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin növbə rəisi kimi təqdim edib Zərərçəkmiş şəxs3 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək sonuncunu DTXda kadrlar şöbəsinə işə düzəldəcəyi barədə yalan vəd verərək xidməti geyim forması almaq üçün dövlət rüsumu ödəmək adı ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyası qarşısında 28.09.2020-ci il tarixində, saat 15 radələrində 153,50 manat pulunu tamah niyyəti ilə ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 153,50 (yüz əlli üç manat əlli qəpik) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, özbaşına özünü vəzifəli şəxs kimi, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində rəis müavini kimi təqdim edib X3 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək sonuncunu DTX-da kadrlar şöbəsinə işə düzəldəcəyi barədə yalan vəd verərək xidməti geyim forması almaq üçün dövlət rüsumu ödəmək adı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində 2920 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının qarşısında 08.01.2021-ci il tarixində, saat 12 radələrində 500 (beş yüz) manat pulunu tamah niyyəti ilə ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş şəxs X4 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, özbaşına özünü vəzifəli şəxs kimi, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində rəis müavini kimi təqdim edib Zərərçəkmiş şəxs4 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək sonuncunu DTXda kadrlar şöbəsinə işə düzəldəcəyi barədə yalan vəd verərək xidməti geyim forması almaq üçün dövlət rüsumu ödəmək adı ilə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllə ünvanında yerləşən «Bravo» supermarketin qarşısında 19.04.2021-ci il tarixində saat 14 radələrində 125 (yüz iyirmi beş) manat pulunu tamah niyyəti ilə ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs4 125 (yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatçısı kimi təqdim edib Zərərçəkmiş şəxs6 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə tamah niyyəti ilə ələ keçirmə məqsədi ilə sonuncunu DTX-da kadrlar şöbəsinə işə düzəldəcəyi barədə yalan vəd verərək Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Bakı” kafesində 25.04.2021-ci il tarixində, saat 16 radələrində 850 (səkkiz yüz əlli) manat dəyərində olan bir cüt qızıl sırğasını və 650 (altı yüz əlli) manat dəyərində olan bir ədəd qızıl üzüyünü ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs6 ümumilikdə 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özbaşına özünü vəzifəli şəxs kimi, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin kadrlar şöbəsinin rəis müavini kimi təqdim edib Zərərçəkmiş şəxs5 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək sonuncunu DTX-da kadrlar şöbəsinə işə düzəldəcəyi barədə yalan vəd verərək xidməti geyim forması almaq üçün dövlət rüsumu ödəmək adı ilə Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının qarşısında 16.06.2021-ci il tarixində, saat 15 radələrində 23 (iyirmi üç) manat pulunu və 100 (yüz) manat dəyərində olan bir cüt qızıl sırğasını tamah niyyəti ilə ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs5 ümumilikdə 123 (yüz iyirmi üç) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, özbaşına özünü vəzifəli şəxs kimi, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində rəis müavini kimi təqdim edib Zərərçəkmiş şəxs7 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək sonuncunu DTXda kadrlar şöbəsinə işə düzəldəcəyi barədə yalan vəd verərək xidməti geyim forması almaq üçün dövlət rüsumu ödəmək adı ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının qarşısında 13.07.2021-ci il tarixində, saat 11 radələrində 125 (yüz iyirmi beş) manat pulunu tamah niyyəti ilə ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs7 125 (yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 310-cu maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 310-cu maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, ünvan 5 ünvanında kirayədə yaşayır. Arvadı ilə rəsmi olaraq boşanmış, iki övladı var və uşaqlar arvadının himayəsindədir. İşləmədiyi üçün maddi cəhətdən sıxıntıları olduğundan ona elan olunmuş ittihamda qeyd edilən əməlləri törətmişdir. O, müxtəlif vaxtlarda özünü Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsi kimi təqdim edərək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X7, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə aldadaraq işə düzəltmək adı ilə onların pul vəsaitlərini və zinət əşyalarını ələ keçirmişdir. Belə ki, o, sosial şəbəkələrdə iş axtaran qadınları müəyyənləşdirərək, ilk öncə onlarla mobil telefon vasitəsi ilə əlaqə yaratmış, özünü DTX-nın vəzifəli şəxsi kimi təqdim edərək onların etibarını qazanmağa çalışmışdır. Bu məqsədlə vətəndaşlara mühafizəçiyə məxsus geyim formasında özünə məxsus şəkillərini göndərərək, DTX-nın fəaliyyəti barədə uydurma məlumatlar vermişdir. Daha sonra onlarla görüşərək işə qəbul olunmaları üçün ərizə yazdıraraq pul vəsaitlərini, telefonlarını və zinət əşyalarını ələ keçirmişdir. Xidməti vəsiqəni kompyuterdə düzəltmiş, şəkillərini telefona köçürmüş, həmin vəsiqənin şəkillərini bəzi insanlara «whatsapp» vasitəsilə göndərmiş, bəzilərinə də görüşən zaman telefonda göstərmiş, əlində heç vaxt vəsiqə olmamış, ancaq şəkil formasında telefonunda olmuş, mühafizəçi geyim formasını 2020-ci ildə “Berkut” Mühafizə Xidmətində işlədiyi zaman 125 manata almışdır. Kompyuterdə düzəltdiyi vəsiqəyə də orada işlədiyi zaman çəkdirdiyi şəkli yerləşdirmiş, vəsiqəyə möhür vurmamış, heç zaman DTX-da işləməmiş, qadınları aldatmaq üçün özünü DTX-nın əməkdaşı kimi təqdim etmiş, işə qəbul olunmaq üçün ərizələri İsmayıl Bağırovun adına yazdırmış, həmin adamı şəxsən tanımasa da, Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin birinci müavini olduğunu bilmiş, bu işlə bağlı heç kimin ona məsləhət verməmiş və bu işlə bağlı heç kəsə məlumat verməmiş, ələ keçirdiyi pulları gündəlik xərclərinə sərf etmişdir. Zərərçəkmiş şəxs1 ilə sosial şəbəkədə tanış olmuş, özünü DTX-nın Kadrlar şöbəsinin işçisi kimi təqdim edərək, onu DTX-nın həmin şöbəsində kompyuter mütəxəssisi vəzifəsinə düzəldəyəci barədə vəd vermiş, Elmiranı inandırmaq üçün işə qəbulla bağlı ərizə yazdırmış, 24.07.2021-ci il tarixində 200 ABŞ dollar, 24.08.2021-ci il tarixində qızıl-zinət əşyaları və 21.09.2020-ci il tarixində qoruyucu üzlük çəkdirmək üçün 700 manat dəyərində «Xiaomi» markalı telefonunu alaraq ələ keçirmişdir. Qızıl-zinət əşyalarını 850 manat və telefonu 180 manat qarşılığında lombarda qoyaraq əldə etdiyi pul vəsaitlərini öz ehtiyaclarına xərcləmişdir. O, Zərərçəkmiş şəxs5 ilə sosial şəbəkdə tanış olmuş, sonuncu sosial şəbəkədə iş axtarmağı ilə bağlı elan yerləşdirmiş, o, özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək həmin xidmətə işə düzəltmək adı ilə 16.06.2021-ci il tarixində Nəsimi rayonu, Əcəmi metrostansiyası yaxınlığında Zərərçəkmiş şəxs5 23 manat məbləğin və 100 manat dəyərində bir cüt qızıl sırğanın dövlət rüsumunun ödənilməsi üçün lazım olduğunu bildirmiş və Zərərçəkmiş şəxs5 aldadıb həmin pul vəsaitini ələ keçirərək xərcləmişdir. O, X7 ilə sosial şəbəkədə tanış olmuşdur. G.Məcidova iş axtarmağı ilə bağlı sosial şəbəkədə elan yerləşdirmişdir. O, 08.01.2021-ci il tarixində Xətai rayonu, Dövlət Sərhəd Xidməti Akademiyasının qarşısında Gülnar Məcidova ilə görüşərək sonuncuya da özünü DTX-nin əməkdaşı kimi təqdim edərək G.Məcidovanı DTX-ya işə düzəldəcəyi ilə bağlı vəd verərək, işləmək üçün lazım olan 3 dəst xidməti geyim forması üçün 500 manat məbləğində pulun dövlət rüsumunun ödənilməsi üçün lazım olduğunu bildirmiş və G.Məcidovanı aldadıb həmin pul vəsaitini ələ keçirərək xərcləmişdir. O, Zərərçəkmiş şəxs7 ilə sosial şəbəkədə tanış olmuş, sonuncuya özünü DTX-nın əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs7 həmin xidmətə işə düzəldəcəyi vədi vermiş və 13.07.2021-ci il tarixində Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında Zərərçəkmiş şəxs7 ilə görüşüb xidməti forma üçün 125 manat məbləğində pulun dövlət rüsumunun ödənilməsi üçün lazım olduğunu bildirmiş və Zərərçəkmiş şəxs7 aldadıb həmin pul vəsaitini ələ keçirərək, xərcləmişdir. O, 2020-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs3 ilə sosial şəbəkədə tanış olmuşdur. O vaxt Zərərçəkmiş şəxs3 iş axtarmağı ilə bağlı “Facebook”da elan yerləşdirmişdir. O da özünü Zərərçəkmiş şəxs3 DTX-nın əməkdaşı kimi təqdim edərək, Zərərçəkmiş şəxs3 həmin xidmətə işə götüzdürə biləcəyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs3 ilə 28.09.2021-ci il tarixində görüşərək xidməti forma verilməsi üçün 153.50 manat məbləğin dövlət rüsumunun ödənilməsi lazım olduğunu bildirmiş və Zərərçəkmiş şəxs3 aldadıb həmin pul vəsaitini ələ keçirərək xərcləmişdir. Lakin o, Zərərçəkmiş şəxs3 telefonunu sonuncudan heç bir məqsədlə almamışdır. O, Zərərçəkmiş şəxs6 ilə sosial şəbəkədə tanış olmuş və sonuncuya özünü Dövlət təhlükəsizlik Xidmətini əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs6 həmin xidmətə düzəldəcəyi barədə vəd vermiş, lakin Zərərçəkmiş şəxs6 heç bir qızıl zinət əşyası almamışdır. O, Zərərçəkmiş şəxs4 özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək D.Əliyavanı həmin xidmətə işə götüzdürəcəyinə inandırmaqla 2020-ci ilin aprel ayında 19.04.2021ci il tarixində Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllə ünvanında yerləşən “Bravo” supermarketin ərazisində Zərərçəkmiş şəxs4 ilə görüşərək 125 manat məbləğində pulun dövlət rüsumunun ödənilməsi üçün lazım olduğunu bildirmiş və Zərərçəkmiş şəxs4 aldadıb həmin pul vəsaitini ələ keçirərək xərcləmişdir. Əməlindən peşmandır, maddi imkansızlıq səbəbindən zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəyə bilməmişdir, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməzsə işləyib zərəri ödəyə bilər. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs adlı şəxslə ona məxsus olan 070 *** ** ** və 055 *** ** ** nömrələri ilə tap.az saytında iş elanı ilə əlaqədar olaraq əlaqə saxlamışdır. 17.07.2020-ci il tarixdə, saat 13 radələrində komsomol dairəsi deyilən ərazidə həmin şəxslə görüşmüş, həmin şəxs əynində mavi rəngli köynək, tünd göy rəngli şalvarda olmuş, köynəyinin qolundakı emblemdə DTX yazılmış, paqonunda 2 ədəd ulduz olmuşdur. Təqsirləndirilən şəxs adlı şəxs əvvəlcədən özünü Dövlət Təhlükəsizlik Xidmətinin kadrlar idarəsinin işçisi kimi göstərmiş, rütbəsinin leytenant olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs sənədlərinin surətlərini, yəni şəxsiyyət vəsiqəsinin kserosurətini, bir neçə ədəd sənəd üçün fotoşəkillər, rabitə kollecini bitirdiyi diplomun kserosurətini və əmək kitabçasının kserosurətini vermişdir. Sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DTX-nin rəisinin adına ona ərizə yazdırıb götürmüşdür. Təqsirləndirilən şəxs guya onu DTX-nın kadrlar şöbəsinə işə düzəldəcəkdi. Daha sonra, Təqsirləndirilən şəxs söhbət əsnasında ondan işə düzəltməsi müqabilində 500 manat pul istəmiş, o isə Təqsirləndirilən şəxs o qədər pulu olmadığını demişdir. Təxminən bir həftə sonra, yəni 24.07.2021-ci il tarixində saat 13 radələrində onlar zəngləşərək Komsomol dairəsi adlanan yerdə görüşmüşlər. Təqsirləndirilən şəxs həmin yerə taksi ilə gəlmişdir. Təqsirləndirilən şəxs ondan 200 ABŞ dollar pulu götürüb həmin taksi ilə çıxıb getmiş və 01 aya işinin düzələcəyinə söz vermiş, narahat olmamasını, işin düzəlməsə verdiyin pulu geri qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs ondan 200 ABŞ dollar pulu alanda, ona qalan məbləği də sonra verməsini demişdir. 1 ay sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqda səbirli olmasını, onu çağıracaqlarını demişdir. Təqsirləndirilən şəxslə telefon vasitəsilə əlaqə saxlayan zaman əvvəlcədən maddi imkanının olmadığını bildirdikdə Təqsirləndirilən şəxs ondan qızıl əşyası olub-olmadığını soruşmuş, o, evdə olan bir ədəd sırğa tayından və üzükdən ibarət olan brilyant komplektin, həmçinin qeyri-brilyant qaşları olan qızıl üzüyün şəkillərini telefona çəkib whatsapp vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. Həmin qızılların hamısının əyarı 750 İtalyan qızılı olmuşdur. Təqsirləndirilən şəxs whatsapp vasitəsi ilə ona göndərdiyi qızıllara baxaraq həmin qızılları pul əvəzinə ondan götürməyə razılıq vermişdir. 24.08.2020-ci il tarixdə, saat 12 radələrində o, Təqsirləndirilən şəxslə “Komsomol” dairəsi deyilən ərazidə görüşüb həmin brilyant qaşları olan qızılları Təqsirləndirilən şəxs vermişdir. Həmin gün Təqsirləndirilən şəxs ona bildirmişdir ki, “mən özüm orqan işçisiyəm, problem olsa geri qaytaracam”. Bir müddət sonra o, Təqsirləndirilən şəxslə əlaqə saxlayıb qeyd etdiyi iş alınmadığı üçün qızılları qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs isə ona narahat olmamasını, işinin düzələcəyini demişdir. O, cavabında işə düzəlmək istəmədiyini, 200 ABŞ dollar pulu və qızılları qaytarmasını bildirmiş, Elçin qızılları və pulu bir neçə günə qaytaracağına söz vermişdir. 21.09.2020-ci il tarixdə saat 14 radələrində o, Təqsirləndirilən şəxs zəng vurub işinin nə yerdə olduğunu soruşduqda söhbət əsnasında Təqsirləndirilən şəxs onun harada olduğunu soruşmuş, o isə cavabında Bakıxanov şəsəbəsində stansiya deyilən yerdə “kontakt home” mağazasına kreditə mobil telefon almağa gəldiyini demişdir. Bunu eşidən Təqsirləndirilən şəxs həmin ərazinin yaxınlığında olduğunu bildirmiş, “gəlin bizim iş məsələsi barədə canlı söhbət edək” demişdir. Təqsirləndirilən şəxs telefonla əlaqə saxladıqda iş barəsində söhbətləri danışmamağı, dövlət işçisi olduğundan telefonunun izləndiyini bildirmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs onun olduğu mağazaya gəlmiş, orada onunla birlikdə telefonlara baxmışdır. O, ucuz telefon almaq istəmiş, lakin Təqsirləndirilən şəxs onu bahalı telefon almağa təhrik etmişdir. O, da 700 manat dəyərində olan “Redmi not 8” markalı telefonu ilkin ödənişsiz, kreditlə götürmüşdür. Saat təxminən 13 radələrində telefonu alıb bayıra çıxdıqdan sonra telefona üzlük çəkdirmək istədiyini dedikdə Təqsirləndirilən şəxs onu razı salaraq ona mağazanın qarşısında gözləməsini, telefonuna üzlük çəkdirib gətirəcəyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs telefonu ondan almış və getmişdir. Təxminən 1 saata yaxın Elçini gözlədikdən əlaqə saxladıqda Elçin ona narahat olmamasını, işi çıxdığını, telefonu gətirib verəcəyini demişdir. O, bu zaman başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu dələduzluqla aldatmışdır. Bir neçə müddət sonra artıq Təqsirləndirilən şəxs nömrəsinə zəng çatmamışdır. Ara-sıra telefonuna zəng vuranda Təqsirləndirilən şəxs telefonunu açaraq narahat olmamağını, qızılları və telefonu qaytaracağını bildirmişdir. Uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ondan aldıqlarını qaytarmamış və telefonuna təmamilə zəng çatmamışdır. Öz şəxsi imkanından istifadə edərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs telefonu və qızılları “Neftçilər” metrosunun yaxınlığında yerləşən lombordların birinə girov kimi qoyub pul götürmüşdür. Qeyd etdiyi qızıl əşyalar ona yadigar qaldığından, Nizami rayonu, Qara Qarayev prospekti, 74 ünvanda yerləşən lombarda gedib müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs onu aldadıb əlindən alaraq aparıb satdığı mobil telefon aparatını və qızıl-zinət əşyalarını bu lombarda təhvil verilmişdir. Girov biletindən görünürdü ki, Təqsirləndirilən şəxs qızıllara görə 850 manat pul götürmüşdür. Lombardın işçisi hesablama apararaq ona faizlə birlikdə 1000 manat ödəmək lazım olduğunu demişdir. Üzərində az pul olduğuna görə lombardın işçisi üzüyün birini özündə saxlamaqla, bir sırğa tayını və üzüyü ona qaytarmışdır. Təqsirləndirilən şəxs mobil telefon aparatını da həmin lombarda girova qoyaraq 180 manat pul götürmüşdür. O, lombarda faizlə birlikdə 210 manat pul ödəyərək telefonu oradan götürmüşdür. Həmçinin bildirmişdir ki, telefon danışıqlarının birində o, Təqsirləndirilən şəxs tələb edərək pulunun və əşyalarının qaytarılmasını bildirdikdə, Təqsirləndirilən şəxs cavabında pula ehtiyacı olduğuna görə qızılları və mobil telefonu lombarda girov kimi qoyaraq pul götürdüyünü bildirmişdir. Buna görə də o, lombardları axtararaq həmin lombardı özü müəyyən etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs tapa bilməmiş və Təqsirləndirilən şəxs telefonlarını söndürdüyünə görə sonuncuya zəng çatmamışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Ondan şikayətçidir, ziyanın ödənilməsini tələb edir, barəsində ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin əvvəllərində “Facebook” sosial şəbəkəsində iş elanları qrupunda iş axtarmağı ilə bağlı məlumat paylaşdıqdan sonra Təqsirləndirilən şəxs adlı əvvəllər tanımadığı şəxs “Facebook” sosial şəbəkəsi vasitəsilə ona mesaj yazaraq özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmiş və ona Dövlət Təhlükəsizlik Xidmətinin kadrlar şöbəsində kompyuter mütəxəssisi vəzifəsində işləməyi təklif etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ondan mobil telefon nömrəsini istəmiş və özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsilə onunla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs həqiqətən də DTX-da işlədiyinə onu inandırmaq üçün whatsapp vasitəsi ilə xidməti geyim formasında olan şəkillərini göndərmişdir. Təqsirləndirilən şəxs DTX-nın Kadrlar şöbəsində kompyuter mütəxəssisi vəzifəsində işləmək üçün lazım olan 3x4 formada şəklini, sağlamlıq haqqında arayış istəmiş və xidməti geyim forması üçün 153.50 manat məbləğində dövlət rüsumunun ödənilməli olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə razılaşdıqdan sonra 28.09.2021-ci il tarixində saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyasının qarşısında Təqsirləndirilən şəxs ilə görüşərək 3x4 şəklini və 153.50 manat pulu Təqsirləndirilən şəxs vermiş və sonuncu ona pulun verilməsinə dair qəbz imzalatdırmışdır. Təqsirləndirilən şəxs bundan bir neçə gün sonra, 01.10.2021-ci il tarixində DTX-nın kadrlar şöbəsində kompyuter mütəxəssisi vəzifəsinə qəbul olunmağı ilə bağlı sənədi onun whatsappına göndərərək 500 manat əlavə “şirinlik” istəmişdir. Lakin həmin pul vəsaitini Təqsirləndirilən şəxs verə bilməyəcəyini bildirdikdən sonra Təqsirləndirilən şəxs rəislə görüşmək lazım olduğunu bildirərək görüş təyin etmişdir. İkinci dəfə həmin gün saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının qarşısında Təqsirləndirilən şəxslə görüşüb Elçinin rəisini gözləməyə başlamışlar. Söhbət əsnasında Təqsirləndirilən şəxs məxfilik proqramını telefonuna yazmaq bəhanəsi ilə ona məxsus “Xiomi” markalı mobil telefonunu götürüb sonra geri gəlməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə bir daha əlaqə saxlaya bilməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 həmçinin Təqsirləndirilən şəxs onu DTX-da kadrlar şöbəsində kompyuter mütəxəssisi vəzifəsinə işə düzəldəcəyi, ondan dövlət rüsumu üçün 153,50 manat pul vəsaiti və sonradan “şirinlik” kimi 500 manat məbləğində pul vəsaiti istəməsi barədə yazışma mətnlərinin telefonunda qalmadığını, Təqsirləndirilən şəxs ona imzalatdırdığı qəbzin onda qalmadığını, Təqsirləndirilən şəxs özünü DTXnın Kadrlar Şöbəsinin rəis müavini kimi təqdim etdiyini, Təqsirləndirilən şəxs xidməti geyim formasında olan şəkildə rütbəsini tanımasa da, üst geyiminin hər iki çiyin hissəsində iki balaca ulduz olduğunu, həmin formanın hansı orqana aid olduğunu bilmədiyini, Təqsirləndirilən şəxs ona DTX-nın kargüzarlıq idarəsində kompyuter mütəxəssisi vəzifəsində işləyəcəyini bildirdiyini, işə düzəlməyi və bununla əlaqədar Elçinin ondan pul istəməsilə bağlı anasına məlumat verdiyini, Elçinin ondan aldığı 153,50 manatı hara və kimə verməsi barədə məlumatı olmadığını, Elçinin ondan aldığı pulun işə qəbul olunmağı üçün tələb olunan dövlət rüsumu olduğunu dediyini, lakin Elçinin pulu kimə verib-verməyəcəyi barədə məlumatı olmadığını, onun Təqsirləndirilən şəxs pul verdiyi zaman görüşə tək getdiyini, Təqsirləndirilən şəxs də onunla görüşə tək gəldiyini, onun 153,50 manat pulu Təqsirləndirilən şəxs verən zaman və Təqsirləndirilən şəxs onun telefonunu ələ keçirən zaman yanlarında heç kim olmadığını, Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində ona ümumilikdə 653,50 manat maddi ziyan dəydiyini və həmin puldan ona heç bir məbləğdə pul qaytarmadığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Ondan şikayətçidir, ziyanın ödənilməsini tələb edir, barəsində ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X7 ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında anası ilə yaşayır. İşsiz olduğu üçün uzun müddət idi ki, iş axtarmışdır. Məhz buna görə ona məxsus olan “Gulnar Creatiffe” internet hesabı ilə “Facebook” sosial şəbəkəsində iş üçün elanlara baxdığı zaman 2021-ci ilin yanvar ayında “Facebook” sosial şəbəkəsində tanımadığı, Təqsirləndirilən şəxs adlı şəxs ona iş təklifi ilə bağlı mesaj yazmış və özünü Dövlət Təhlükəsizlik Xidmətinin şöbə rəisinin müavini kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs ona kompyuter işi üzrə mütəxəssis lazım olduğunu bildirmiş, onu inandırmaq üçün DTX-nın işi barədə müxtəlif məlumatlar vermiş, xidməti geyim formasında şəkillərini, üzərində onun adı, soyadı, şəkili əks olunmuş xidməti vəsiqənin şəklini göndərmiş və onu DTX-da kargüzarlıq işi ilə təmin edəcəyini bildirmişdir. İş üçün onun əmək kitabçasını və barəsində CV istəmiş, o, Təqsirləndirilən şəxslə razılaşdıqdan sonra 08 yanvar 2021-ci il tarixində saat 12 radələrində Xətai rayonu, Gəncə prospekti 2920 ünvanında yerləşən DSX-nin Akademiyasının qarşısında onunla görüşmüş, öz rəislərinin adına ona işə qəbulla bağlı ərizə yazdırmış və zəruri olan 3 dəst xidməti forma verilməsi üçün 500 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs 500 manatı və istədiyi sənədləri verdikdən sonra Təqsirləndirilən şəxs ona barəsində araşdırma aparıldıqdan sonra işə başlaya biləcəyini bildirmişdir. Ondan sonra o, evə qayıtmış, həmin gün Təqsirləndirilən şəxs ona öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən “whatsapp” ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin “whatsapp”ına xidməti forma üçün ondan aldığı 500 manatı ödədiyini yazmış və 11.01.2021-ci il tarixindən işə başlayacağını bildirmiş və onu bununla bağlı təbrik etmişdir. O da həmin tarixdə Təqsirləndirilən şəxs zəng etmiş, lakin Təqsirləndirilən şəxs telefonunu söndürdüyündən danışa bilməmişdir. O gündən sonra da Təqsirləndirilən şəxs dəfələrlə zəng etmiş, mesaj yazmış, lakin heç bir xəbər ala bilməmişdir. Təqsirləndirilən şəxs onu DTX-da kadrlar şöbəsində kompyuter mütəxəssisi vəzifəsinə işə düzəldəcəyi və ondan xidməti forma üçün 500 manat pul vəsaitini istəməsi barədə yazışma mətnlərinin telefonunda qalmadığını, Təqsirləndirilən şəxs özünü DTX-nın Kadrlar Şöbəsinin rəis müavini kimi təqdim etdiyini, Təqsirləndirilən şəxs xidməti geyim formasında olan şəkildə rütbəsini tanımasa da, üst geyiminin hər iki çiyin hissəsində iki balaca ulduz olduğunu, həmin formanın hansı orqana aid olduğunu bilmədiyini, Təqsirləndirilən şəxs ona DTX-nın kargüzarlıq idarəsində kompyuter mütəxəssisi vəzifəsində işləyəcəyimi bildirdiyini, Təqsirləndirilən şəxs onu işə düzəldəcəyi ilə bağlı heç kimə məlumat vermədiyini, Elçinin ondan aldığı 500 manatı hara və kimə verməsi barədə məlumatı olmadığını, Elçinə verdiyi pulun öz pulu olduğunu, heç kimdən almadığını, Elçinin həmin pula onun üçün 3 dəst xidməti forma alacağını, lakin pulu kimə verib-verməyəcəyi barədə məlumatı olmadığını, Təqsirləndirilən şəxs pul verdiyi zaman görüşə tək getdiyini, Təqsirləndirilən şəxs onunla görüşə tək gəldiyini, 500 manat pulu Təqsirləndirilən şəxs verən zaman yanlarında heç kimin olmadığını, Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində ona ümumilikdə 1500 manat maddi ziyan dəydiyini və həmin puldan ona heç bir məbləğdə pul qaytarmadığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Ondan şikayətçidir, ziyanın ödənilməsini tələb edir, barəsində ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, özünə məxsus Zərərçəkmiş şəxs5 adlı “Facebook” hesabında iş axtaran zaman 14 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adlı “Facebook” hesabında Dövlət Təhlükəsizlik Xidmətinə kompüter anlayışı olan xanım işçi tələb olunduğu barədə elana rast gəlmişdir. Həmin gün “Facebook Messenger” vasitəsi ilə Təqsirləndirilən şəxs yazaraq elanla maraqlanmışdır. Təqsirləndirilən şəxs ondan yaşını, iş təcrübəsini soruşduqdan sonra onu DTX-nın Kadrlar şöbəsinə kargüzarlıq işinə düzəldəcəyini, əmək haqqının 650 manat olacağını yazaraq, mobil telefon nömrəsini (*** *** ** **) verərək “whatsapp” vasitəsi ilə əlaqə saxlamağını bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs verdiyi mobil telefon nömrəsinə istifadəsində olan 050 *** ** ** saylı mobil elefon nömrəsindən “whatsapp” vasitəsi ilə zəng etmiş və Təqsirləndirilən şəxs ona adının və soyadının Təqsirləndirilən şəxs olduğunu, DTX-da əməliyyatçı vəzifəsində işlədiyini və onu DTX-nın Kadrlar şöbəsinə kompyuter mütəxəssisi vəzifəsinə düzəldəcəyini bildirərək, şəxsiyyət vəsiqəsinin və diplomunun sürətini, 3 ədəd 3x4 formalı şəkil və sağlamlıq haqqında arayışı növbəti gün Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2920 ünvanında yerləşən DSX-nin Akademiyasının qarşısında ona təqdim etməli olduğumu bildirmiş, lakin həmin vaxt işə düzəlmək üçün heç bir pul tələb etməmişdir. 15 iyun 2021ci il tarixdə sağlamlıq haqqında arayış istisna olmaqla digər sənədləri deyilən yerdə, yəni DSX-nın Akademiyasının qarşısında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs görüşə əynində göy rəngli xidməti formada gəlmiş və rütbəsi olmamışdır. Təqsirləndirilən şəxs 11 ildir DTX-da xidmət etdiyini və tezliklə onu işə düzəldəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs işə düzəlmək müqabilində nə etməli olduğunu soruşduqda Təqsirləndirilən şəxs ona veriləcək xidməti forma üçün 123 manat və rəisinə verəcəyi 400 manatla birgə cəmi 523 manat xərcinin çıxacağını, həmin pul vəsaitindən 500 manatını özünün ödəyəcəyini, 23 manatını isə onun ödəməli olduğunu və o, işə düzəldikdən sonra isə hər ay əmək haqqından ona olan 500 manat borcunu verə biləcəyini bildirmişdir. 16 iyun 2021-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxslə Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yeraltı keçidində görüşərək ona 23 manat pul vəsaitini vermişdir. Bundan təxminən 15-20 dəq sonra yenidən həmin yerdə Təqsirləndirilən şəxslə görüşək işə qəbulla bağlı ərizə yazmaq üçün yaxınlıqdakı “Şəki” kafesinə getmişlər və oradakı otaqların birində oturmuşlar. E.X9 adına yazılmış DTX-nın kadrlar şöbəsinə kargüzarlıq vəzifəsinə işə düzəlmək üçün ərizə forması verərək həmin ərizə formasını öz adından yazmağını bildirmişdir. İsmayıl Bağırovun DTX-nın rəisi olub-olmamasından xəbəri olmamışdır. Ərizəyə baxıb ordakı kimi yazmışdır. Kafedə Təqsirləndirilən şəxslə söhbət əsnasında ondan qulağındakı sırğanın qızıl olubolmamasını soruşmuş, sırğanın qızıl olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs həmin sırğaya baxmaq istədiyini bildirmiş və o da qulağında olan sırğanı açaraq Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs iş üçün lazım olan xidməti formanı alıb qayıdacağını və gözləməyini bildirmişdir. O, Təqsirləndirilən şəxs sırğalarını istəsə də, sonuncu 10 dəqiqəyə qayıdacağını və sırğaları qaytaracağını demişdir. O, Təqsirləndirilən şəxs qayıtmadığını gördükdə istifasində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Elçinin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etsə də, zəng çatmamış və bir daha Təqsirləndirilən şəxs ilə bu günə kimi danışa bilməmişdir. Təqsirləndirilən şəxs onu DTX-da kadrlar şöbəsində kompyuter mütəxəssisi vəzifəsinə işə düzəldəcəyi, ondan xidməti forma və rəisinə verməsi üçün ümumilikdə 523 manat pul vəsaitini istəməsi barədə yazışma mətnlərinin telefonunda qalmadığını, Təqsirləndirilən şəxs özünü DTX-nın Kadrlar Şöbəsinin rəis müavini kimi təqdim etdiyini, Təqsirləndirilən şəxs geyindiyi xidməti formada rütbə olmadığını, X8 şöbə rəisi olduğunu deməsini, Təqsirləndirilən şəxs ona DTX-nın kargüzarlıq idarəsində kompyuter mütəxəssisi vəzifəsində işləyəcəyini bildirməsini, işə düzəlməyi və bununla əlaqədar Elçinin ondan pul istəməsilə bağlı, habelə Elçinə pul verməyi ilə heç kimə məlumat vermədiyini, Təqsirləndirilən şəxs pul verdiyi zaman görüşə tək getdiyini, Təqsirləndirilən şəxs də onunla görüşə tək gəldiyini, onun 23 manat pulu Təqsirləndirilən şəxs verən zaman yanlarında heç kəsin olmadığını, Təqsirləndirilən şəxs onun sırğasını götürən zaman Nəsimi rayonu ərazisində yerləşən “Şəki” kafesinin otağında ikisindən başqa heç kimin olmadığını, həmin sırğanı iki il qabaq “Moskva” univermağından 100 manata aldığını, Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində ona ümumilikdə 123 manat maddi ziyan dəydiyini və həmin puldan ona heç bir məbləğdə pul qaytarmadığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Ondan şikayətçidir, ziyanın ödənilməsini tələb edir, barəsində ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanında atası, anası və iki azyaşlı uşağı ilə birgə yaşayır və özəl sektorda işləyərək ailəsini dolandırır. 25 mart 2021-ci il tarixində “Facebook” veb səhifəsində Təqsirləndirilən şəxs ilə tanış olmuş, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası DTX-nın əməkdaşı kimi təqdim etmiş, yüksək vəzifədə işlədiyini, adını bildirmədiyi idarənin rəis müavini olduğunu demiş və onu inadırmaq üçün xidməti geyim formasında olan şəkillərini ona whatsapp vasitəsilə göndərmişdir. Elçin onu DTX-nın Kadrlar şöbəsinə kompyuter üzrə mütəxəssis kimi işə düzəltməyi təklif etmiş, o, Elçinlə razılaşdıqdan sonra Elçin özünə məxsus 070 933 90 93 saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan 055 562 26 95 saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq iş məsələsini həll etmək üçün görüşmələrini təklif etmiş, iş üçün lazım olan sənədləri, yəni şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq haqqında arayışı və diplomunun surətini gətirməyini bildirmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində o, Təqsirləndirilən şəxslə Xətai rayonunda yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaxınlığında görüşmüş, iş üçün hazırladığı sənədləri ona vermiş, Elçin bir daha onu DTX-da kadrlar şöbəsinə işə düzəldəcəyini və xidməti forma üçün 125 manat pul ödəməli olduğunu bildirmişdir. Bu zaman o, Elçinə bu barədə daha dəqiq qərar vermək üçün düşünməli oluğunu bildirmişdir. 19.04.2021-ci il tarixində yenidən onunla Neftçilər metrostansiyası yaxınlığında görüşmüş, Elçin ona işə qəbul olmaq üçün ərizə yazmalı olduğunu bildirdikdən sonra yaxınlıqda yerləşən kafelərin birində əyləşərək ərizəni yazmış və Elçinə xidməti forma üçün lazım olan 125 manat məbləğində pulun üstündə olmadığını bildirmişdir. Elçin də, təkidlə pulu tələb etməyə başladığından pulu gedib evdən götürüb gələcəyini demiş, gedib pulu evdən götürmüş və həmin gün saat 14 radələrində 20 yanvar metrostansiyası yaxınılığında yerləşən “Bravo” marketin qarşısında 125 manat pulu Elçinə vermişdir. Bir gün sonra o, Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq formasının hazır olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs isə ona heç bir iş görməyəcəyini və forma da təşkil etməyəcəyini bildirmiş, əlavə olaraq söyüş söyərək telefonu söndürmüşdür. Təkrar-təkrar zəng etsə də, Elçin telefon zənglərinə cavab verməmişdir. Bundan sonra o, hadisəylə bağlı polis bölməsinə şikayət etmiş və sonra da onu izahat vermək üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırmışlar. Təqsirləndirilən şəxs onu DTX-da kadrlar şöbəsində kompyuter mütəxəssisi vəzifəsinə işə düzəldəcəyi və ondan xidməti forma üçün 125 manat pul vəsaitini istəməsi barədə yazışma mətnlərinin telefonunda qalmadığını, Təqsirləndirilən şəxs pul verdiyi zaman görüşə tək getdiyini, Təqsirləndirilən şəxs də onunla görüşə tək gəldiyini, onun 125 manat pulu Təqsirləndirilən şəxs verən zaman yanlarında heç kimin olmadığını, Elçinin formanın hazırlanması üçün həmin məbləği kimə verəcəyi ilə bağlı ona bir söz demədiyini, Təqsirləndirilən şəxs onu DTX-nın hansı işçisi vasitəsi ilə ora işə düzəldəcəyi barədə heç nə demədiyini, Elçinin ona özünün DTX-da yüksək vəzifədə işlədiyini dediyini, amma konkret olaraq hansı vəzifədə işləməsini demədiyini, Təqsirləndirilən şəxs onu işə düzəltməklə bağlı ərizəni kimin adına yazdırdığını xatırlamadığını, baş vermiş hadisə barədə anası Şahid1 məlumatı olduğunu bildirmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Ondan şikayətçidir, ziyanın ödənilməsini tələb edir, barəsində ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, ünvan 10 ünvanında oğlu və qızı ilə birgə yaşayır. 2021-ci ilin aprel ayında “OK.RU” veb səhifəsində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ona mesaj yazmış, özünü DTX-nın əməkdaşı kimi təqdim etmiş, yüksək vəzifədə işlədiyini, şöbə rəisinin müavini olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünə məxsus 070 *** ** ** saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan 050 830 90 65 mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq 1700 manat pul müqabilində onu DTX-nın kadrlar şöbəsinə işə düzəltməyi təklif etmiş, həmin şöbədə kompyuter üzrə mütəxəssis vəzifəsinin boş olduğunu, onu həmin şöbədə işlə təmin edəcəyini demişdir. O, həmin pulun onda olmadığını bildirdikdən sonra Elçin ona ödənişi qızıl zinət əşyası ilə də edə biləcəyini demiş, o da Elçinə 1500 manat dəyərində olan qızıl əşyalarının şəkillərini göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs onu DTX-ya işə düzəlmək müqabilində həmin qızıl əşyaları götürməyi qəbul etmiş və bununla bağlı onlar 25.04.2021-ci il tarixində Sabunçu rayonunda yerləşən 11 saylı poliklinikanın qarşısında görüşmüşlər. Təqsirləndirilən şəxs həmin gün görüşə xidməti geyim formasında gəlmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs onu DTX-nın Kadrlar şöbəsində kompyuter üzrə mütəxəssis kimi işə düzəldə biləcəyinə inandırmış və o, 1500 manat dəyərində qızıl əşyalarını Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs işlə bağlı zəruri sənədləri kiminsə gətirəcəyini, onun da həmin sənədləri imzalamalı olduğunu bildirmiş və onlar həmin gün saat 16 radələrində Əhmədli qəsəbəsi ərazisində “Bakı” kafesində oturaraq sənədləri gətirən adamı gözləməyə başlamışlar. Bir müddət sonra Təqsirləndirilən şəxs telefonla danışmaq bəhanəsi ilə kafedən çıxmış və bir daha geri qayıtmamışdır. O, Təqsirləndirilən şəxs məxsus 070 933 90 93 saylı mobil telefon nömrəsinə dəfələrlə zəng etsə də, Təqsirləndirilən şəxs zənglərinə cavab verməmiş və Təqsirləndirilən şəxs xəbər ala bilməmişdir. Təqsirləndirilən şəxs onu DTX-da kadrlar şöbəsində kompyuter mütəxəssisi vəzifəsinə işə düzəldəcəyi ilə bağlı sizdə qızıl-zinət əşyaları istəməsi barədə yazışma mətnlərinin telefonunda qalmadığını, Elçinin həmin qızılları onu DTX-da kadrlar şöbəsində kompyuter mütəxəssisi vəzifəsinə işə düzəltmək üçün rəisinə verəcəyini bildirsə də, həmin adamın adını söyləmədiyini, Elçinin onu DTX-da kadrlar şöbəsində kompyuter mütəxəssisi vəzifəsinə işə düzəltmək üçün 1500 manat dəyərində bir cüt sırğa və bir ədəd üzük aldığını, Təqsirləndirilən şəxs görüşə mavi rəngli köynək, tünd göy rəngli şalvarda gəldiyini, formasının hər iki çiyin hissəsində xidməti rütbəsini əks etdirən ulduzlar olduğunu, köynəyinin sol qolunda isə üzərində DTX yazılmış emblem olduğunu, Təqsirləndirilən şəxs özünü DTX-nın Kadrlar Şöbəsinin rəis müavini olduğunu qeyd etdiyini, Təqsirləndirilən şəxs ona DTX-nın kargüzarlıq idarəsində kompyuter mütəxəssisi vəzifəsində işləyəcəyini bildirdiyini, Elçinlə aralarında olan söhbətlə bağlı heç kimə məlumat vermədiyini, Elçinin qızıllar müqabilində onu işə düzəldəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs ilə görüşə tək getdiyini, Təqsirləndirilən şəxs də onunla görüşə tək gəldiyini, Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində ona ümumilikdə 1500 manat maddi ziyan dəydiyini və həmin puldan ona heç bir məbləğdə pul qaytarmadığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Ondan şikayətçidir, ziyanın ödənilməsini tələb edir, barəsində ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin iyul ayının 9-da özünə məxsus olan Zərərçəkmiş şəxs7 adlı “Facebook” sosial şəbəkəsində iş axtarmağı ilə bağlı elan yerləşdirmiş, həmin gün Təqsirləndirilən şəxs adlı “Facebook” istifadəçisi ona “Facebook Messenger” vasitəsilə mesaj yazaraq özünün dövlət idarəsində işlədiyini və onlara kompyuterlə işləmək bacarığı olan xanım işçilərin lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hansı dövlət idarəsinə işçi lazım olduğunu soruşduqda Təqsirləndirilən şəxs DTX-da yüksək vəzifədə işlədiyini, rəis müavini olduğunu, özünə kompyuterlə işləmək bacarığı olan xanım işçilərin lazım olduğunu bildirmişdir. Həmin işə düzələ bilməyi üçün Təqsirləndirilən şəxs ondan diplomunun, şəxsiyyət vəsiqəsinin surətini və 6 ədəd 3*4 ölçüdə şəkil istəmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsini ona verərək “Whatsapp” proqramı ilə əlaqə saxlamağını demişdir. Təqsirləndirilən şəxs ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxladıqda Təqsirləndirilən şəxs ona deyilən sənədləri gətirməli olduğunu bildirmişdir. İlk dəfə 12.07.2021-ci il tarixində “Əhmədli” metrostansiyanın çıxışında Təqsirləndirilən şəxslə görüşmüş və Təqsirləndirilən şəxs dediyi sənədlərin surətini və 6 ədəd 3*4 ölçüdə şəklini vermişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs ilə yenidən Əhmədli qəsəbəsində yerləşən parkda görüşmüş və Təqsirləndirilən şəxs ona DTX-nın rəhbər şəxsi İsmayıl Bağırovun adına işə götürülməyi ilə bağlı ərizə yazdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona iş üçün lazım olan xidməti forma üçün 125 manat məbləğində pulu sabah saat 12:00-ə qədər verməli olduğunu, əks təqdirdə ərizəsinin də ləğv olunacağını və onun işə düzəlməyinin alınmayacağını bildirmişdir. 13.07.2021-ci il tarixində saat 11 radələrində Təqsirləndirilən şəxs ilə yenidən “Əhmədli” metrostansiyanın qarşısında görüşmüş və Təqsirləndirilən şəxs 125 manat pul vəsaitini vermişdir. Təqsirləndirilən şəxs onunla görüşə gəldiyi zaman Təqsirləndirilən şəxs əynində xidməti forma olmuş, çiynində xatırlamadığı sayda ulduzlar olmuşdur. Təqsirləndirilən şəxs dəfələrlə zəng etməyinə baxmayaraq telefonuna zəng çatmamış və o, Təqsirləndirilən şəxs heç bir xəbər ala bilməmişdir. Təqsirləndirilən şəxs onu DTX-da kadrlar şöbəsində kompyuter mütəxəssisi vəzifəsinə işə düzəldəcəyi və ondan xidməti forma üçün 500 manat pul vəsaitini istəməsi barədə yazışma mətnlərinin telefonunda qalmadığını, Təqsirləndirilən şəxs pul verdiyi zaman görüşə tək getdiyini, Təqsirləndirilən şəxs də onunla görüşə tək gəldiyini, 125 manat pulu Təqsirləndirilən şəxs verən zaman yanlarında heç kimin olmadığını, Elçinin həmin məbləği formanın hazırlanması üçün kiməsə verəcəyini bildirsə də, həmin adamın adını söyləmədiyini, Təqsirləndirilən şəxs özünü DTX-nın Kadrlar Şöbəsinin rəis müavini olduğunu qeyd etməsini, Təqsirləndirilən şəxs xidməti geyim formasında olan şəkildə tanımasa da, üst geyiminin hər iki çiyin hissəsində ulduzlar olduğunu, Təqsirləndirilən şəxs ona DTX-nın kargüzarlıq idarəsində kompyuter mütəxəssisi vəzifənində işləyəcəyini bildirdiyini, Elçinlə aralarında olan söhbətlə bağlı heç kimə məlumat vermədiyini, Elçinin ondan aldığı 125 manatı hara və kimə ödəməsi barədə məlumatı olmadığını, Elçinin həmin pula ona xidməti forma alacağını deməsini, lakin pulu kimə verib-verməyəcəyi barədə məlumatı olmadığını, Elçinin ona İ.Bağırova ünvanlanmış ərizə yazdırdığını və sonuncunun DTX-da şöbə rəisi olduğunu, Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində ona ümumilikdə 125 manat maddi ziyan dəydiyini və həmin puldan ona heç bir məbləğdə pul qaytarmadığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Ondan şikayətçidir, ziyanın ödənilməsini tələb edir, barəsində ağır cəza verilməsini məhkəmədən xahiş edir. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını, istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, o, ünvan 11 ünvanında ailə üzvləri ilə birgə yaşayır. Qızı Zərərçəkmiş şəxs4 2021-ci ilin mart ayının sonlarında ona əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxsin özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin adını bilmədiyi idarəsinin rəis müavini kimi təqdim edərək qızını DTX-nın kadrlar şöbəsində kompyuter mütəxəssisi vəzifəsinə düzəldəcəyini bildirmişdir. Əvvəlcə buna inanmasa da, qızı Təqsirləndirilən şəxs xidməti geyim formasında olan şəklini telefon vasitəsilə ona göstərmiş, o da qızına bildirmişdir ki, lazım olan sənədləri təqdim etsin və həmin idarədə işə başlasın. Qızı 2021-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxslə görüşərək işə düzəlmək üçün lazım olan sənədləri ona təqdim etmişdir. Görüş zamanı Elçin qızına xidməti geyim forması üçün 125 manat ödəməli olduğunu bildirdiyindən onlar 2021-ci ilin aprel ayının ortalarında yenidən görüşmüş və qızı ona xidməti geyim forması üçün lazım olan 125 manat pul vəsaitini ödəmişdir. Təxminən 4-5 gün sonra o, qızından iş məsələsinin həll olub-olmadığını soruşanda qızı ona 125 manat pul vəsaitini Təqsirləndirilən şəxs verdikdən sonra nə qədər mesaj yazsa da, zəng etsə də, Elçinin zənglərinə cavab vermədiyini və mesajlarını da cavabsız qoyduğunu bildirmişdir. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs3 2020-ci ilin sentyabr ayının sonlarında ona əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxsin özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin adını bilmədiyi idarəsinin vəzifəli əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs3 DTX-nın kadrlar şöbəsində kompyuter mütəxəssisi vəzifəsinə düzəldəcəyini bildirmişdir. Əvvəlcə buna inanmasa da, qızı Təqsirləndirilən şəxs xidməti geyim formasında olan şəklini telefon vasitəsilə ona göstərmişdir. O da qızına bildirmişdir ki, lazım olan sənədləri təqdim etsin və həmin idarədə işə başlasın. Qızı 28.09.2020-ci il tarixində Təqsirləndirilən şəxslə görüşərək işə düzəlmək üçün lazım olan sənədləri Elçinə təqdim etmiş, görüş zamanı Elçin qızından dövlət rüsumu adı ilə 153,50 manat pul almış, 01.10.2020-ci il tarixində qızı ilə Elçin yenidən görüşmüş və Təqsirləndirilən şəxs qızının telefonunu məxfilik proqramı yazdırmaq üçün götürərək ələ keçirmişdir. Bundan sonra qızı və o, mobil telefon vasitəsilə Elçinə çoxsaylı zənglər etmiş, mesajlar yazmış, lakin Elçin onların zənglərinə cavab verməmiş və mesajlarına da cavab yazmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 09 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.2.2 və 310-cu maddələri ilə cinayət işi başlanılmışdır (İ cild, i.v. 1); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 03 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 78); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 03 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 86); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 03 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 94); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 03 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, X6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 102); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 07 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 113); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 07 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 121); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 07.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 69.3 və 69.4-cü maddələrinə əsasən 10 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qərarı ilə cəzadan azad edilmişdir (İ cild, i.v. 132-133); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddələrinə əsasən həbsdə olduğu müddət cəzadan çıxılmaqla üzərində 10 ay 24 gün müddətə islah işləri cəzası saxlanılmışdır (İ cild, i.v. 136-139); girov biletlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 750 əyyarlı komplekti 24.07.2020-ci il tarixdə, Redmi Note E8-pro telefonu 21.09.2020-ci il tarixdə girov qoymuşdur (İ cild, i.v. 152-153); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 10 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 189); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 02 iyul 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir (İ cild, i.v. 210); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 iyul 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir (İ cild, i.v. 211); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-367/2021 saylı, 05.08.2021-ci il tarixli qərarından görünür ki, vəsatət və təqdimat təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində həbs seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 1 (bir) ay 03 (üç) gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 03 avqust 2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v. 251-254); 29.07.2021-ci il tarixli 6/3085-9/5108 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd üzərində ağ şəffaf qaşlar olan qızıl üzüyün orta bazar qiyməti 850 manat, 1 ədəd üzərində ağ şəffaf qaşlar olan sırğa tayının orta bazar qiyməti 405 manat, ümumilikdə isə 1255 manat məbləğində qiymətləndirilmişdir (İ cild, i.v. 255-259); qəbzdən görünür ki, 1 ədəd qızıl üzük və 1 ədəd sırğa Zərərçəkmiş şəxs1 qaytarılmışdır (İ cild, i.v. 262); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-447/2021 saylı, 04.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 06 noyabr 2021-ci il tarixədək uzadılmışdır (İİ cild, i.v. 16-19); Bakı şəhər Probasiya İdarəsinin 04 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli hökmü ilə 10 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzası 22.02.2018-ci il tarixdə başa çatmışdır (İİ cild, i.v. 31); üzləşdirmə protokolundan görünür ki, iş üzrə üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs5 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyib sonuncunu özünü vəzifəli şəxs kimi təqdim edərək özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsini bildirmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs öz cinayət əməlləri barədə etirafedici ifadə vermişdir (İİ cild, i.v. 56-57); üzləşdirmə protokolundan görünür ki, iş üzrə üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs6 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyib sonuncunu özünü vəzifəli şəxs kimi təqdim edərək özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə ifşa etmişdir (İİ cild, i.v. 58-59); üzləşdirmə protokolundan görünür ki, iş üzrə üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs3 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyib sonuncunu özünü vəzifəli şəxs kimi təqdim edərək özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə ifşa etmişdir (İİ cild, i.v. 60-61); arayışdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankın məlumatında 24.07.2020-ci il tarixinə olan bir ABŞ dollarının rəsmi məzənnəsinin 1,7 manat olması göstərilmişdir. Bununla da, müəyyən edilir ki, cinayət hadisəsi baş verən gün, yəni 24.07.2020-ci il tarixində 200 ABŞ dolları 340 manat təşkil etmişdir (İİ cild, i.v. 63); sübutların qiymətləndirilməsi haqqında 09 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlillər gətirərək Zərərçəkmiş şəxs3 mobil telefonunu və Zərərçəkmiş şəxs6 bir cüt qızıl sırğasını və bir ədəd qızıl üzüyünü ələ keçirmədiyini, törətdiyi cinayət əməllərini maddi sıxıntısı olmasından və pula ehtiyacı olduğundan etdiyini dəməsinə dair göstərdiyi dəlillər öz məsuliyyətini yüngülləşdirmək və daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədilə özünü müdafiə xarakteri kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs 03.08.2021-ci il tarixində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihama əlavələr edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 310-cu maddələri ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3, X4, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 qarşı etdiyi əməllər Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi yaratmadığından cinayət işinin həmin hissəsində Təqsirləndirilən şəxs barəsində icraata xitam verilmiş, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 320-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, X5 əməlində Azərbaycan Respublikası CM-in 194-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs tərəfindən verilmiş qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması və üzləşdirmə protokolları, həmçinin işdə olan digər istintaq materialları iş üzrə sübut növü kimi qəbul olunmuş, Zərərçəkmiş şəxs1 bir ədəd brilyant qaşları olan üzüyü və bir ədəd brilyant qaşları olan sırğası maddi sübüt kimi tanınmış və özündə saxlanılmağı nəzərə alınmışdır ( (İİ cild, i.v. 66-84); Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 bir cüt qızıl sırğasını və bir ədəd qızıl üzüyünü ələ keçirməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Zərərçəkmiş şəxs6 ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü vəzifəli şəxs kimi, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatçısı kimi təqdim edib aldatma yolu ilə onu DTX-da kadrlar şöbəsinə işə düzəldəcəyi barədə yalan vəd verərək Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Bakı” kafesində 25.04.2021-ci il tarixində, saat 16 radələrində 850 (səkkiz yüz əlli) manat dəyərində olan bir cüt qızıl sırğasını və 650 (altı yüz əlli) manat dəyərində olan bir ədəd qızıl üzüyünü ələ keçirib vədinə əməl etməyərək ona ümumilikdə 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsini bildirmişdir. Üzləşdirmə protokolundan görünür ki, iş üzrə üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs6 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyib sonuncunu özünü vəzifəli şəxs kimi təqdim edərək özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə ifşa etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi (qismən), mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.2 və 310-cu maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 310-cu maddəsinə əsasən özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə—min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlllərin əksər hissəsini etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayətlərin təkrar törədilməsi Təqsirləndirilən şəxs əməlində (CM-nin 310-cu maddəsinə münasibətdə) cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, ziyanın ödənilməsini təmin etməmiş və bunu maddi imkanının olmaması ilə əlaqələndirmiş şəxsin cərimə cəzasına məhkum edilməsini ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab etmir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəlilik dərəcəsi (təkrar cinayət törətməsi, epizodların çoxluğu) onun sabit kriminal meyilliliyinə dəlalət edir. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcək. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6— 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübutlar – bir ədəd brilyant qaşları olan qızıl üzük və bir ədəd brilyant qaşları olan sırğanın sahibinə - Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 109,50 (bir yüz doqquz, əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 310-cu maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – bir ədəd brilyant qaşları olan qızıl üzük və bir ədəd brilyant qaşları olan sırğanın sahibinə - Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 109,50 (bir yüz doqquz, əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-464/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-464/2021
03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver