Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-465/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1997-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ev 127, inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 1 ay müddətində 2.600 manat müqabilində Azərbaycan Dəniz administrasiyasında attestasiya imtahanın verilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 22 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində ünvan 2 ünvanında iş yerində Azərbaycan Dəniz admistirasiyasının inzibati binasında 900 manat, 30 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 6 ünvanında çayxanada 1.700 manat olmaqla cəmi 2.600 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 2.600 (iki min altı yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, 2023-cü ildə Səbail rayon polis idarəsinin İstintaq şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə cinayət işinin istintaqı araşdırılaraq Səbail rayon Məhkəməsinə göndərilmişdir. Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərək 1 saylı Bakı İstintaq təcridxanasına göndərilmişdir. Dəymiş maddi ziyanlar tərəfindən tam şəkildə ödənilərək dövlət nəfinə 25% (975 manat) pul ödəməklə cinayət işinin icraatına xitam verilmişdir. Xətai RPİ-nə barəsində Zərərçəkmiş şəxs yazdığı şikayət ərizəsi əsasında bildirmişdir ki, 2022-ci ilin iyul ayından 2023-cü ilin fevral ayının 01-dək Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Azərbaycan Dəniz administrasiyasında 3cü dərəcəli mütəxəssis (mühafizə) vəzifəsində işləmişdir. 18 oktyabr 2022-ci il tarixdə Bakı şəhər, Xətai rayonu ərazisində yerləşən Xəzər dəniz Neft donnamasının əməkdaşları imtahana gələrkən Zərərçəkmiş şəxs onun xidmət rəisi Şahid yaxınlaşaraq imtahandan keçmək üçün köməklik etməyi xahiş etmişdir. Şahid ona bunun mümkünsüz olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs mobil nömrəsini ona verərək getmişdir. Təxminən 2 saatdan sonra o, Zərərçəkmiş şəxs zəng edib iş yerinə dəvət etmişdir. Fail iş yerinə gəldikdən sonra ona imtahandan keçməsi üçün 2.600 manat pul lazım olduğunu bildirmişdir. Fail onunla razılaşdıqdan sonra 19 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində sonuncu iş yerinə gələrək 900 manat pulu ona vermişdir. Qalan 1.700 manat pulu isə 30 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində yenidən onunla zəngləşərək ünvan 3 ünvanında yerləşən 34-cü polis şöbəsinin yaxınlığında olan çayxanada görüşərkən 1.700 manat 100 manatlıq pul əskinazlarını almışdır. Zərərçəkmiş şəxs 1 ay müddətində Azərbaycan Dəniz administrasiyasında attestasiya imtahanından keçməyini söz vermişdir. Lakin həmin pulları şəxsi ehtiyaclarına xərclədiyi üçün pulu geri qaytara bilməmiş və verdiyi sözə əməl etməmişdir. Hal-hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri tam ödəmiş, onunla barışıq əldə etmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, törətmiş olduğu cinayət əməlində özünü təqsirli bilir, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona vurulmuş zərəri tam şəkildə ödəmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 avqust 1998-ci ildən Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Xəzər dəniz Neft donnamasında əvvəllər müxtəlif vəzifələrdə işləsə də lakin hazırda həmin idarənin gəmilərində kranmester köməkçisi vəzifəsində çalışır. Hər beş ildən bir Bakı şəhəri, Səbail rayonu ərazində yerləşən Azərbaycan Dəniz administrasiyasında attestasiya imtahanından keçirilirlər. O, həmin imtahandan keçmək üçün 18 oktyabr 2022-ci il tarixdə qeyd etdiyi ünvana getmişdir. O, imtahandan kəsildikdən sonra çölə çıxdıqda giriş qapısında sonradan adını bildiyi Şahidlə (***-***-**-**) qarşılaşmışdır. O, Namiqdən imtahandan keçməkdə köməklik etməyini xahiş etdikdə sonuncu bunun mümkünsüz olduğunu bildirmişdir. Həmin vaxtı Əsəd adlı şəxs onların söhbətini eşitmiş və ondan mobil nömrəsini istəmişdir. O, kənarlaşdıqdan təxminən beş dəqiqə sonra ***-***-**-** mobil nömrəsinə Təqsirləndirilən şəxs öz istifadəsində olan ***-***-**-** mobil nömrəsindən zəng edərək köməklik göstərə biləcəyini bildirmişdir. O, dərhal geri qayıdaraq Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Əsəd ilə söhbət edərkən sonuncu ona kəsildiyi imtahandan 1 ay ərzində keçirmək üçün ümumilikdə 2.600 manat pul vermək lazım olduğunu bildirmişdir. Bundan başqa ondan 5 manat çay pulu istəmişdir. O, üzərində xırda pul olmadığına görə istifadəsində olan "Beynalxalq bank"-a aid kartdan Əsədin ona telefon vasitəsi ilə göndərdiyi "Kapital bank"-ın 4169 7388 5794 3074 nömrəli kart hesabına 5 manat çay pulu göndərmişdir. 22 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində ünvan 4 ünvanında yerləşən Azərbaycan Dəniz admistirasiyasının daxilində Təqsirləndirilən şəxs iş növbəsində olarkən 900 manat 100 manatlıq pul əskinazları vermişdir. Qalan 1.700 manat pulu isə 30 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində yenidən Təqsirləndirilən şəxs ilə zəngləşərək ünvan 3 ünvanında yerləşən 34-cü polis şöbəsinin yaxınlığında olan çayxanada görüşərkən çayxanada işlə bağlı söhbət etdikdə Əsəd onu arxayın etdikdən sonra 1.700 manat 100 manatlıq pul əskinazlarını sayaraq vermişdir. Əsəd 1 ay müddətində onu Azərbaycan Dəniz administrasiyasında attestasiya imtahanından keçmək üçün söz vermişdir. Lakin Əsəd onun 2.600 manat pulunu geri qaytarmamışdır. Əsəddən pulunu tələb etdikdə sonuncu aldığı pulları tezliklə qaytaracağını söz versədə geri qaytarmamışdır. Daha sonra yazılı şəkildə məhkəməyə bildirmişdir ki, hal-hazırda ona vurulmuş zərər tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial təsdiq edilmiş ərizəsində qeyd olunmuşdur ki, hazırki cinayət işi üzrə ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayından 2023-cü ilin mart ayınadək Bakı şəhəri, Səbail rayonu ərazində yerləşən Azərbaycan Dəniz administrasiyasında 2-ci dərəcəli mütəxəssis (baş mühafizəçi) vəzifəsində işləmişdir. 18 oktyabr 2022-ci il tarixdə Bakı şəhər Xətai rayonu ərazisində yerləşən Xəzər dəniz Neft donamasının əməkdaşları imtahana gələrkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs ona yaxınlaşaraq imtahandan keçmək üçün köməklik etməyini xahiş etmişdir. O, Failə bunun mümkünsüz olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs oradan uzaqlaşaraq getmişdir. Həmin günü o, Təqsirləndirilən şəxs taksi pulu verdiyi üçün ondan bank kartını istəmişdir. O, Əsədin təkidlə borcunu qaytarmasını görüb ona özünə məxsus olan "Kapital bank"-ın 4169 7388 5794 3074 nömrəli bank kartını vermişdir. Əsəd kartının şəkilini çəkərək ona qaytarmışdır. Həmin günü onun kart hesabına 5 manat pul köçrülmüşdür. Təxminən 2 ay sonra Zərərçəkmiş şəxs onun iş yerinə gələrək ona yaxınlaşıb tanıdığını soruşmuşdur. O, Failə tanımadığını dedikdə sonuncu xatırlatma etmişdir. O, Əsədi sonradan tanımışdır. O, Əsədin harada olduğunu soruşmuşdur. O, Failə Əsədin hazırda işləmədiyini bildirmişdir. Fail yenidən çıxıb getmişdir. Fail onların baş idarəsinə gedərək orada Əsəddən və ondan şikayət etmişdir. Baş idarədə araşdırma aparılarkən ondan şifahi olaraq nə baş verdiyni soruşduqda yuxarıda qeyd etdiyi kimi olanları bildirmişdir. Həmin vaxtı Fail Əsədin pul alaraq imtahandan keçirəcəyini bildirmişdir. O, həmin vaxtı Failə bunun mümkünsüz olduğunu dediyini xatırlatdıqda Fail etiraf etmişdir. Fail Əsədə nə qədər pul verdiyini bildirməmişdir. Lakin təkidlə Əsədə pul verməsini bildirmişdir. Fail və Əsədin arasında nə baş verdiyini və nə qədər pul almasından məlumatsızdır. Sonradan eşitməmişdir ki, Fail Əsədə pul verib. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 16 may 2024-cü il tarixli cinayət işi başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaqın aparılması üçün aidiyyəti üzrə RPİ-nin istintaq şöbəsinə göndərilmişdir; (i.v.1) - 09 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir; (i.v.21) - 28 fevral 2024-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsinə dair qərarın ləğv olunub materialın əlavə yoxlamaya qaytarılması barədə qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında RPİ-nin TŞ-də toplanmış 881/23 nömrəli material üzrə şöbənin baş təhqiqatçısı, polis mayoru Tural Abdullayevin qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi barədə 09 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün RPİ-nin İŞ-nə göndərilmişdir; (i.v.3-4) - 22 may 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul olunmuş və ibtidai istintaq aparılması qərara alınmışdır; (i.v.48) - 22 may 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v.52) - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən alınmış 10 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir; (i.v.78-79) - Bakı şəhəri Səbail rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 1(009)- 270/2023 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir; (i.v.80-87) - 25 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; (i.v.104-105) - 25 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, xx xxxx 1997-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ev 127, inzibati binada qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi Qafqaz küçəsi ev 475/Z yaşayan Təqsirləndirilən şəxs «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir; (i.v.115) - 01 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs - xx xxxx 1997-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ev 127, inzibati binada qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi Qafqaz küçəsi ev 475/Z yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, tutularaq Xətai rayon Pİ-nin İŞ-nə təhvil verilməsi qərara alınmışdır; (i.v.117) - 01 iyul 2024-cü il tarixli cinayət təqibi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat, təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbirinin şərtlərini pozduğuna görə yeri müəyyən edilmədiyi üçün dayandırılmışdır; (i.v.119) - 30 iyul 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixli saat 11:00-da tutulmuşdur; (i.v.124) - 30 iyul 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir; (i.v.126) - 30 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs ifadəsi, şahid qismində dindirilmiş Şahid ifadəsi və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar sübut növü kimi qiymətləndirilmişdir; (i.v.129-155) - Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, hazırki cinayət işi üzrə ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi yoxdur. - Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, törətmiş olduğu cinayət əməlində özünü təqsirli bilir, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona vurulmuş zərəri tam şəkildə ödəmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən, habelə onun hazırkı əməlini törədənə qədər Cinayət Məcəlləsinin 72, 73, 73-1, 73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilmədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saat iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D I: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-465/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-465/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver