Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-466/2021 30.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, evli, bir uşağı olan, işləməyən, orta təhsilli, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 06 ədəd büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 0,810 qram olan narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası DİNnin ƏÇPA-nın 3-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən 18 avqust 2021-ci il tarixdə saat 09:00 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılıb ünvan 3əşən Xətai RPİnin 34-cü PŞ-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ cibindən, üzərində “Bakı” yazısı və “Qız qalası” rəsmi həkk olunmuş dairəvi formalı qabın içərisindən 03 ədəd qara və 03 ədəd qızılı rəngli kağıza bükülmüş vəziyyətdə, ayrı ayrılıqda çəkiləri 0,358 qr, 0,075 qr, 0,083 qr, 0,149 qr, 0,072 qr və 0,073 qr olmaqla ümumi çəkisi 0,810 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət əməlinin Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə deyil, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olduğu aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitələri qəbul etməyə başlayan zamanlardan Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxslə tanış olmuşdur. Həmin şəxs ona bildirmişdir ki, narkotik vasitə lazım olanda 20 Yanvar metro stansiyasının yaxınlığına gəlib ondan ala bilər. 16 avqust 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metro stansiyasının yaxınlığına gedib həmin şəxsi axtarıb tapmışdır. Orada həmin şəxsə 20 manat pul verib ona narkotik vasitə olan heroin gətirməsini xahiş etmişdir. Təxminən 15-20 dəqiqə sonra həmin şəxs ona 03 ədəd qara və 03 ədəd qızılı rəngli kağız bükümdə narkotik vasitə olan heroini gətirib ona vermişdir. O, narkotik vasitə olan heroini üzərində “Bakı” yazısı və “Qız qalası” şəkli həkk edilmiş kiçik ölçülü dairəvi qabın içərisinə qoyduqdan sonra əynində olan qara rəngli şalvarın sağ cibinə qoymuşdur. 18.08.2021-ci il tarixdə saat 09 radələrində ünvan 5 ünvanının qarşısından iti addımlarla gedən zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək ondan şəxsiyyət vəsiqəsini tələb etmişlər. O da üzərində narkotik vasitə olduğu üçün həyəcanlanmış və özünü polis əməkdaşlarına təqdim etsə də, şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Onun həyəcanlanaraq özünü şübhəli apardığını görən polis əməkdaşları onu Xətai RPİ-nin 34cü PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini bildirmişlər. O da əynində olan qara şalvarın sağ cibində saxladığı Bakı yazısı və Qız qalası şəkli həkk edilmiş kiçik ölçülü dairəvi qabın içərisində olan 03 ədəd qara və 03 ədəd qızılı rəngli kağız bükümləri çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu şəxsi istifadəsi üçün 20 manata “20 Yanvar” metrostansiyasının yaxınlığında üzdən tanıdığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Narkotik vasitəni yalnız öz istifadəsi üçün əldə etdiyini və satışı ilə məşğul olmadığınıqeyd etmişdir. O, həmin narkotik vasitələri bükümlərə bölməmiş, alan zaman həmin narkotik vasitəni ayrıayrı bükümlər şəklində almışdır. Daha sonra narkotik vasitəni əldə edib üzərində daşıdığına görə əməlindən peşman olduğunu, səmimi etirafını, ailəli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası DİN-nin X6 Alayının 3-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantıdır. 18.08.2021-ci il tarixdə təyin olunmuş marşrut üzrə AP 235 çağırışlı avtopatrulla Azərbaycan Respublikası DİN-nin X6 Alayının 3-cü Patrul Bölüyünün polis nəfərləri Şahid2 ilə birlikdə Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsində xidmət aparmışlar. Həmin gün saat 09 radələrində ünvan 2 ünvanın qarşısında bir nəfər şəxsin küçədə özünü onları görən kimi şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Şöbədə həmin şəxsin şəxsiyyəti müəyyən edilən zaman həmin şəxsin xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün raportla bölmənin rəhbərliyinə məruzə etmişlər və Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması təhqiqatçı Ramil Əhmədova həvalə edilmişdir. Daha sonra onların və dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Mehmana üzərində qeyriqanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən çıxardığı bir ədəd üzərində “Baku” yazısı və “Qız qalası” şəkli həkk olunmuş dairə formalı qabın içərisindən 03 ədəd qara və 03 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümləri təqdim edib masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini Bakı şəhəri, Xətai rayonu, 20 Yanvar metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manat pul verib şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Təqsirləndirilən şəxs ifadələrinə uyğun eyni məzmunlu ifadə verərək onların dediklərini bir daha təsdiqləmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 18.08.2021-ci i tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan məlum olur ki, 18 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 34-cü PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli cins şalvarın sağ cibindən, üzərində “Baku” yazısı və “Qız qalası” rəsmi həkk olunmuş dairəvi formalı qabın içərisindən 03 ədəd qara və 03 ədəd qızılı rəngli kağıza bükülmüş vəziyyətdə, ayrı ayrılıqda çəkiləri 0,358 qr, 0,075 qr, 0,083 qr, 0,149 qr, 0,072 qr və 0,073 qr olmaqla ümumi çəkisi 0,810 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan 18.08.2021-ci il tarixli, 6/3581 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün N152” dairəvi möhür əksi olan üzərində “...Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 6 ədəd bükümdə hər birinin ayrı ayrılıqda təmiz 0,358qr, 0,075 qr, 0,083 qr, 0,149 qr, 0,072 qr, 0,073 qr olmaqla, ümumi çəkisi 0,810 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edilmişdir ümumi 0.12 qram, qalıq 0.690 qram. Heroin 2005-ci il 28 avqust tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”- siyahısına (Siyahı İ) daxildir. İş vərəqi 53-də olan 19 avqust 2021-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş vərəqi 107-113-də olan 07 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 06 ədəd bükümdə ilkin təmiz çəkisi 0,810 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqindən sonra qalıq qalmış 0,690 qram çəkidə narkotik vasitə olan heroin Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş vərəqi 107-113-də olan 07 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən aparılmış video çəkiliş 01 ədəd DVD formatlı diskə köçürülmüş və maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 06.09.2021-ci il tarixli, 3297 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş vərəqi 18-də olan 18 avqust 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. 20 avqust 2021-ci il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X1 İdarəsi tərəfindən verilmiş 05.10.2021-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş elektron çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs X2 ilə ailə qurmuş və birgə nikahdan 24 noyabr 2017-ci il təvəllüdlu X3 adlı bir azyaşlı uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş satış məqsədi ilə narkotik vasitə heroini qanunsuz əldə edib saxlamasına dair ittihamının təsdiq edilməməsi qənaətinə gəlir. Məlum olur ki, ibtidai istintaq tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib gəzdirməsinə dair hər hansı bir sübut əldə edilməmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olması haqqında əməliyyat məlumatı iş üzrə mövcud olmamış və narkotik vasitənin istehlakçısı müəyyən edilməmişdir. İş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və iki şahid ifadəsindən aydın olur ki, təqsirləndirilən şəxsin üzərində narkotik vasitə aşkar edilmişdir. Narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə dair heç bir ifadə verilməmişdir. Bunu təsdiqləyən digər sübutlar da müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. İş materiallarında isə Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə «heroin»i əldə etməsinə dair hər hansı bir sübut mövcud deyil. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasına dair işdə olan rəyin nəticələri iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş narkotik vasitəni öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq edir, digər tərəfdən isə onun həmin narkotik vasitəni satmaq niyyətində olması barədə nəticəyə gəlmək üçün hər hansı bir əsas vermir. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs cinayət işi başlanandan sonunadək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir, lakin 07 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, formal olaraq heç bir sübuta istinad edilmədən onun əməli həmin maddədən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilmişdir. Halbuki həmin tarixdən sonra dəyişən və yaxud əldə edilən hər hansısa bir sübut olmamışdır. Bu fakt formal mülahizənin əyani sübutudur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsif məsələsini həll edərkən cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli iki saylı Qərarının 9-cü bəndininin izahını da nəzərə alır. Həmin Qərarda təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq olması, narkotik vasitədən istifadə etməyən şəxs tərəfindən onun əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci mad.) Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs götürülmüş heroini satış məqsədi ilə əldə etməsi və gəzdirməsi sübuta yetirilməmişdir, təqsirləndirilən şəxsə narkotik vasitənin satışı ilə bağlı elan edilmiş ittiham yalnız ehtimallara əsaslandığından onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən nisbətən aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və qanuna uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və himayəsində bir azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi 18 avqust 2021-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cəza çəkmə müddətinin əvvəli 18 avqust 2021-ci il tarixdən hesablanmalıvə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, Xətai RPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqindən sonra qalıq qalmış 0,690 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 88.70 manat (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Xətai Rayon Polis İdarəsinin saxlancında saxlanılan maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.690 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış (səxsi axtarış və götürməni əks etdirən video çəkiliş) 1 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 88.70 manat (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-466/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-466/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver