Məhkəmə qərarları › İş №1(011)-466/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-466/2025

25.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-466/2025 25.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, onların qanuni nümayəndəsi Qanuni nümayəndə, psixoloq X2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında aşkar surətdə yetkinlik yaşma çatmayan doğma övladları xx xxxx 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 ilə xx xxxx 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə edərək 2022-ci ildən 2024-cü ilədək olan müddətdə mütamadi olaraq əl və təpiklə döyməklə, habelə yandırmaqla Zərərçəkmiş şəxs2 döş qəfəsi, sol bazu, sol said, sol baldır nahiyələrinin İİ dərəcəli termiki yanıq sahələri, sağ kürək, sağ baldır nahiyələrinin qançırları, sol dirsək, sağ diz oynaqları, sol əl və sol diz oynağı nahiyələrinin sıyrıqları xəsarətlərindən döş qəfəsi, sol bazu, sol said, sol baldır nahiyələrinin İİ dərəcəli termiki yanıq sahələri ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə sağlamlığa yüngül zərər, həmçinin 31 mart 2025-ci il tarixdə sərxoş vəziyyətdə həmin ünvanda Zərərçəkmiş şəxs2 vuraraq ona sağ kürək, sağ baldır nahiyələrinin qançırları, sol dirsək, sağ diz oynaqları, sol əl və sol diz oynağı nahiyələrinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığa zərərvurmayan, Zərərçəkmiş şəxs1 isə hər iki əl və sağ baldır nahiyələrinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərərvurmayan dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə iki nəfər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablarla əzab vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdə X4 tanış olmuş və onların Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlı uşaqları olmuşdur. 2022-ci il tarixdə əri Rinat rəhmətə getmiş və 2 azyaşlı uşaqlarını özü saxlamağa başlamışdır. Şəhərdə yaşayan tanıdığı şəxslərin evlərinin təmizliyi ilə məşğul olub pul qazanıb uşaqlarını dolandırırdı. Oğlu Murad və qızı Aliya evdə səs-küy salarkən, evi çirkləndirərkən və bir-biri ilə dalaşan zaman onlara dəfələrlə irad bildirmişdir. Lakin mütəmadi olaraq əsəbi olduğu üçün onlara ana kimi vurmuşdur. Oğlu Muradın üzərində olan yanıq yarası dayısının evində olan zaman ehtiyatsızlıqdan üzərinə qaynar çay töküldüyündən yaranmışdır. Heç vaxt onu yandırmamışdır. Onları pul dilənməyə heç vaxt cəlb etməmişdir. Uşaqlar özləri məktəbə getmək istəməmişlər, onları qəsdən təhsildən yayındırmamışdır. Əvvəllər spirtli içkilərin aludəçisi olduğu və tez-tez qəbul etdiyi üçün uşaqlara xəsarət yetirməyi dəqiq yadında deyil, ola bilsin ki, olub. Ona görə də qonşularının həmin hissədə dedikləri ilə razı olmuşdur. Lakin evinə müxtəlif kişilərin gəlib-getməsi və oğlu Muradı siqaretlə yandırması hissəsi ilə razı deyil. Uşaqlar sığınacaqda olarkən bir neçə dəfə uşaqlarına baş çəkməyə getmiş və uşaqları ilə görüşmüşdür. Hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin və psixoloqun iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, atası Rinat rəhmətə gedəndən sonra qardaşı ilə onu anası Ayna saxlamış və birlikdə yaşamışlar. Anası Ayna gündüzlər işləyərək pul qazanmışdır. 2024-cü ildə 165 saylı orta məktəbin birinci sinifinə daxil olmuş, hər gün məktəbə getmişdir. Anası onu məktəbə aparırdı. Murad özü məktəbə getmək istəməmişdir. O və qardaşı Murad sığınacaqda dövlət nəzarətində yaşayırlar. Anası spirtli içkilərin aludəçisi olmuş, evdə tez-tez spirtli içkilər qəbul edib yaşadıqları evdə qardaşı Muradı və onu incidib, bərk döymüş, onlara əzab vermişdir. Bədən nahiyəsində aşkar olunan xəsarətləri və qardaşı Muradın bədən nahiyəsində olan xəsarətləri anası onları mütəmadi olaraq döyüb fiziki ağrılar yetirib əzab verməklə yetirmişdir. Anası ilə barışmamışdır və onunla birgə yaşamaq istəmir. Lakin sığınacaqda valideyni tərəfindən ziyarət edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin və psixoloqun iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, atası Rinat rəhmətə gedəndən sonra bacısı ilə onu anası Ayna saxlamış və birlikdə yaşamışlar. Bacısı Aliya məktəbə getmiş, lakin anası qoysa da, özü isə məktəbə getmək istəməmişdir. O və bacısı Aliya sığınacaqda dövlət nəzarətində yaşayırlar. Anası spirtli içkilərin aludəçisi olmuş, evdə tez-tez spirtli içkilər qəbul edib yaşadıqları evdə bacısı Aliyanı və onu incidib, bərk döymüş, onlara əzab vermişdir. Anasından qorxur. Bədən nahiyəsində aşkar olunan xəsarətləri və bacısı Aliyanın bədən nahiyəsində olan xəsarətləri anası onları mütəmadi olaraq döyüb fiziki ağrılar yetirib əzab verməklə yetirmişdir. Lakin anası onu yandırmamışdır. Nənəsi çay verəndə əlinə tökülmüş və isti olduğu üçün yanmışdır. Anası ilə barışmışdır və onunla birgə yaşamaq istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşudurlar. Daim içki içib sərxoş vəziyyətdə olub uşaqlarını döymüşdür. Yan qonşu idilər deyə səsləri eşidirdi. Uşaqlar qonşuları çağırırdılar ki, gəlin kömək edin. Neçə dəfə “102” xidmətinə zəng edib bu barədə məlumat vermişlər. Bir dəfə Muradın başının sağ yuxarı hissəsinin yara olduğunu görmüşdür. Bundan başqa bir-iki dəfə işdən evə qayıdanda Təqsirləndirilən şəxs dilənçilik etdiyini görmüşdür. Uşaqlarla birlikdə getdiyini görmüş, şəxsən diləndirdiyini görməsə də, onları da diləndirdiyini ehtimal etmişdir. Həmin pullarla özünə spirtli içkilər aldığını görmüşdür. Çox vaxt sərxoş vəziyyətdə olurdu. Uşaqları məktəbə göndərmirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşudurlar. Əvvəllər daim, əsasən gecə saatlarında evlərində səs-küy olmuşdur. Şikayətlərindən sonra elə şey olmamışdır. Uşaqlarını daim döyürdü, incidirdi. Uşaqlar qonşuları çağırırdılar ki, gəlin kömək edin. Hər iki uşağı da döyürdü. Bir dəfə oğlu Muradın başını partlatmışdı. Özünün diləndiyini bilir, lakin uşaqları bilmir, ehtimal edir. Evinə tez-tez kişilər gəlirdi, səs-küy olurdu. Uşaqları məktəbə getməyə qoymurdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşudurlar. Daim içki içib sərxoş vəziyyətdə olub uşaqlarını döymüş, uşaqları və qonşuları söymüşdür. Bütün qonşuların qapısını vurub söyürdü. Həmin günlərin sabahı ayıq olanda xatırlamadığını deyirdi. Həm uşaqları, həm də qonşuları çox incitmişdir. Uşaqları siqareti söndürüb əllərinə basıb yandırırdı. 7-8 dəfə bunlarla bağlı “102” xidmətinə zəng etmişlər və əməkdaşlar gəlmişlər. Evinə kişilər gəlirdi, bəzən gecə saatlarında evdən çıxırdı, uşaqlar evdə tək qalırdı. Qonşuları olaraq uşaqları məktəbə aparmışlar, tək qalanda baxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə üzbəüz qonşudurlar. Sərxoş vəziyyətdə qonşuları söyüb təhqir edirdi. Uşağın 10 yaşı var idi, lakin məktəbə getmirdi. Özü Nazirliyə bununla bağlı müraciət etmişdir. Özü uşaqlara yazmağı, oxumağı öyrətmişdir. Məktəbə gedəndə müəllimləri deyirdi ki, uşağın üzündə qan var. “102” xidmətinə dəfələrlə zəng edib məlumat vermişlər, hər dəfə söz verirdi ki, bir daha etməyəcək. Siqareti uşağın üstündə söndürürdü. Murad çox travma alıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşu idilər. Ona görə evini satıb başqa yerdən ev almışdır. Aynanın əri onlar evə təzə köçəndə ölmüşdü. Uşaqları döyürdü, qışqırırdı. Onları elə qorxutmuşdu ki, gəlib uşaqlardan soruşanda deyirdilər ki, anaları onları döymür. Tez-tez evə kişilər gəlirdi, səs-küy çox olurdu. Muradın əlində siqaret söndürmüş, uşağın əli yanmışdır. Murad aqressiv uşaqdır. Uşaqları sonradan məktəbə birbaşa 2-ci sinifə yazdırmışdılar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 24 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 133.2.1 və 133.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v.01-02); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli, 2/17798 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur (i.v.07); baxış keçirmə haqqında 01 aprel 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54 kvadratlıq, 3 otaqdan, 1 sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı evin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.09-11); iş materiallarında olan arayış və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 valideynləri: anası Təqsirləndirilən şəxs və atası X3 (i.v.12-14); “Azərbaycan Uşaqları” X15-Reinteqrasiya Mərkəzinə uşağın qəbul edilməsinə dair xx.xx.2025-ci il tarixli yerləşmə aktından görünür ki,Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2Bakı şəhəri Xətai RPİ-nin 34-cü polis şöbəsinin əməkdaşları tərəfindən anaları - Təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmaları səbəbindən baxımsız vəziyyətdə aşkarlanaraq təhlükəsizlərinin təmin edilməsi, hüquqlarının qorunması və reabilitasiya keçmələri məqsədi ilə müvəqqəti olaraq "Azərbaycan Uşaqları” İctimai X15 - Reinteqrasiya Mərkəzinə yerləşdirilmişdirlər (i.v.16); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 xx.xx.2025-ci il tarixli 307 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 hər iki əl və sağ baldır nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti şəxsin muayinəsindən 1-3 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (i.v.21-22); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 xx.xx.2025-ci il tarixli 308 saylı ekspert rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs2 döş qəfəsi, sol bazu, sol said, sol baldır nahiyələrinin İİ dərəcəli termiki yanıq sahələri, sağ kürək, sağ baldır nahiyələrinin qançırları, sol dirsək, sağ diz oynaqları, sol əl və sol diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlərdən döş qəfəsi, sol bazu, sol said, sol baldır nahiyələrinin İİ dərəcəli termiki yanıq sahələri yüksək hərarətin təsirindən törənmişlər, müddəti şəxsin muayinəsindən 1-3 il əvvələ uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Sağ kürək, sağ baldır nahiyələrinin qançırları, sol dirsək, sağ diz oynaqları, sol əl və sol diz oynağı nahiyələrinin sıyrıqları bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddətinə görə sağ kürək, sağ baldır nahiyələrinin qançırları, sol dirsək, sağ diz oynaqları nahiyələrinin sıyrıqları şəxsin muayinəsindən 3-6 gün, sol əl və sol diz oynağı nahiyələrinin sıyrıqları isə 1-3 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (i.v.23-24); cinayət işinin icraata qəbul edilməsi haqqında 30 aprel 2025-ci il tarixli qərardan görünür ki,250116096 nömrəli cinayət işi istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v.29-30); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v.42); cinayət işi üzrə icraatın dayandırılması barədə 24 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v.47); cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v.53); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 133.2.1 və 133.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v.78-79); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03 iyun 2025ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v.94-95); cinayət işi üzrə icraatın dayandırılması barədə 06 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v.126); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 xx.xx.2025-ci il tarixli 266 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müəyyən edilmiş sümük yaşı 8-9 ilə uyğundur. Onun xx.xx.2015-ci il tarixdə doğulmasını inkar etmir. Vizual olaraq Zərərçəkmiş şəxs2 fiziki inkişaf əlamətlərinin onun yaş həddinə uyğunluğu inkar olunmur. Vizual olaraq Zərərçəkmiş şəxs2 hər hansı bir eybəcərlik, fiziki çatışmamazlıq və ya xəstəlik əlamətləri aşkar edilmədi. Vizual olaraq Zərərçəkmiş şəxs2 onun xarici görünüşünü və ya xüsusi əlamətlərini dəyişə biləcək hər hansı bir plastik əməliyyatın və digər tibbi müdaxilənin əlamətləri və ya izləri müəyyən edilmədi. Vizual olaraq Zərərçəkmiş şəxs2 hər hansı bir bədən xəsarətinin və ya xəstəliyinin onun xarici görünüşünü dəyişməsi əlaməti aşkar edilmədi. Yetkinlik yaşına çatmayan xx xxxx 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bəzi travma və xəstəliklər nəticəsində daxili sekresiya vəzilərinin fəaliyyətinin pozğunluğunu sübut edən hər hansı tibbi sənəd (sənədlər) Ekspertizaya təqdim olunmadığından bu sual fikir bildirmək mümkün olmadı. Azyaşlı Zərərçəkmiş şəxs2 döş qəfəsi, sol bazu, sol said və sol baldır nahiyələrinin termiki yanıq izləri müəyyən edildi. Onun adına Birliyin Xətai rayon şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 308 saylı "Ekspert rəyi” tibbi sənəddəki xəsarətlərə uyğun gəlir (i.v.131-134); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1792 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental- psixoloji müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs mühakimələrində səthilik, sorğu-sual gedişində tez qıcıqlanması, əhval-ruhiyyə fonunun dəyişkən olması, aqressiv davranışlara meyilliliyi müşahidə edildi. İİ Yekun hissəsi: Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb- biçmək, onları idarə etmək iqtidarındadır. X5 qızının əvvəllər hər hansı psixi xəstəlik keçirməsi qeyd edilməyib. Təqsirləndirilən şəxs qərarda qeyd olunan hadisə baş verərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə edildiyi halda qərarda qeyd edilən əməl barəsində anlaqlı hesab edilməlidir. etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb edildiyi halda qərarda qeyd edilən əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs qismində cəlb edildiyi halda hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs qismində cəlb edildiyi halda qərarda qeyd edilən əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri alına düşmür. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs mübahisəyə və konfliktə meyilli olmaq, primitivlik, davranışında özünü iradi tənzimləmənin çatışmazlığı, səthilik, tez qıcıqlanmaq, aqressiv davranışlara meyillilik, mənəvi keyfiyyətlərin kasad olması və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs etdiyi hərəkətləri adekvat olaraq qavrayıb onların mahiyyətini dərk etmək, həmçinin, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir(i.v.139-142); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 kompleks ambulator məhkəmə psixiatrikvı psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2243 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik və əqli gerilik əlamətləri müəyyən edilməmişdir. hissə: Aparılmış Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. İİ Yekun hissəsi: Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir: Zərərçəkmiş şəxs1 psixi xəstəlik qeyd olunmur. Zərərçəkmiş şəxs1 yaş xüsusiyyətləri nəzərə alınmaqla öz hərəkətlərini idarə etmək iqtidarındadır.Zərərçəkmiş şəxs1 psixi xəstəlik keçirməsi müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs1 ona qarşı edilən əməl törədilən zamanı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Zərərçəkmiş şəxs1 ona qarşı edilən əməl dövründə yaş xüsusiyyətləri çərçivəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Zərərçəkmiş şəxs1 əqli inkişafı yaş xüsusiyyətlərin uyğundur, gerilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs1 özündən uydurmağa meyillilik aşkar edilmir. Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərində ünsiyyətcil, emosionallıq, düşdüyü mühitə tez uyğunlaşmaq kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs1 təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmir. Belə nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs1 azyaşlı olduğundan yaş xüsusiyyətlərinə uyğun maraqlarından (anasına olan bağlılığı, onu müdafiə etməyə çalışması) çıxış edərək yalan danışa bilər. Əqli və psixi inkişafını nəzərə almaqla Zərərçəkmiş şəxs1 öz hərəkətlərinin mahiyyətini qavraya, dərk edə və bu bardə məlumat verə bilər. Zərərçəkmiş şəxs1 davranışına mühüm təsir göstərə bilən fərdipsixoloji xüsusiyyətləri aşkar edilmədi (i.v.143-146); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 kompleks ambulator məhkəmə psixiatrikvı psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2246 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs2 bilik və təsəvvür ehtiyatının yaşına uyğun olmaması əqli geriliklə əlaqədar deyil və pedaqoji baxımsızlığın nəticəsi kimi qiymətləndirilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: yoxlanılan şəxs Zərərçəkmiş şəxs2 sorğu-sual gedişinə çətinliklə qoşulması, davranışında aqressiv hərəkətlər - verilən sualları əsəbi tərzdə cavablandırması, sosial bacarıqlarının zəif inkişaf etməsi, göz kontaktı qurmaq və məhsuldar cavablar almağın mümkün olmaması, ictimai normalara tabe olmaması, adaptasiya çətinliyi müəyyən edilir Bilik səviyyəsi aşağıdır. İİ Yekun hissəsi: aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik Məhkəməpsixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və ekspertizası aşağıdakı qərara gəlir:Zərərçəkmiş şəxs2 psixi xəstəlik qeyd olunmur. Zərərçəkmiş şəxs2 yaş xüsusiyyətləri nəzərə alınmaqla öz hərəkətlərini idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs2 hər hansı psixi xəstəlik keçirməsi müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs2 ona qarşı edilən əməl törədilən zamanı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Zərərçəkmiş şəxs2 ona qarşı edilən əməl dövründə yaş xüsusiyyətləri çərçivəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Zərərçəkmiş şəxs2 əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs2 özündən uydurmağa meyillilik aşkar edilmir. Zərərçəkmiş şəxs2 inadkarlıq, aqressiv davranışlara meyillilik, ünsiyyət bacarıqlarında çatışmazlıq, irad qəbul etməmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hazırki müayinə gedişində Zərərçəkmiş şəxs2 təlqinə qapılmağa, həmçinin başqalarının təsiri altında hərəkət etməyə meyilliliyi aşkar edilmir. Əqli və psixi inkişafını nəzərə almaqla Zərərçəkmiş şəxs2 öz hərəkətlərinin mahiyyətini yaş xüsusiyyətləri çərçivəsində qavraya, dərk edə və bu barədə məlumat verə bilər. Zərərçəkmiş şəxs2 davranışına mühüm təsir göstərə bilən fərdi-psixoloji xüsusiyyətlər (dava-dalaşa, aqressiv davranışlara meyillilik və s.)(i.v.147-149); cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında 08 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v.150); şəxsin qanuni nümayəndəsi qismində tanınması haqqında 10 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində qeyd edilənlərə əsasən icraatımda olan ********* nömrəli cinayət işi üzrə Sosial Xidmətlər Agentliyinin Bakı filialının aparıcı mütəxəssisi Qanuni nümayəndə, xx xxxx 2014-cü il təvəllüdlü X6 qanuni nümayəndəsi qismində qismində tanınmışdır (i.v.156-157); yetkinlik yaşına çatmayan şıxsi zərərçəkmiş şəxs qismində tanımaq haqqında 10 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, həmin işdə yetkinlik yaşına çatmayan X10 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.162); şəxsin qanuni nümayəndəsi qismində tanınması haqqında 10 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində qeyd edilənlərə əsasən icraatımda olan ********* nömrəli cinayət işi üzrə Sosial Xidmətlər Agentliyinin Bakı filialının aparıcı mütəxəssisi Qanuni nümayəndə, xx xxxx 2015-ci il təvəllüdlü X7 qanuni nümayəndəsi qismində qismində tanınmışdır (i.v.166-167); yetkinlik yaşına çatmayan şıxsi zərərçəkmiş şəxs qismində tanımaq haqqında 10 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, həmin işdə yetkinlik yaşına çatmayan X11 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.170); sübutların qiymətləndirilməsi haqqında10 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Mixali qızına Azərbaycan Respublikası CM-nin 133.2.1 və 133.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməklə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs Mixali qızının ifadələri toplanmış sübutlarün məcmusu ilə təsdiq edildiyindən, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi <<MTE və PA» ETT X21 şəxsin Bakı şəhəri, Xətai rayon şöbəsinin verdiyi 03 aprel2025-ci il tarixli 307 №-li və 03 aprel 2025-ci il tarixli 308 №-li məhkəmə-tibbi ekspertizasının rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X13 Hüquqi şəxsin 03 iyun 2025-ci il tarixli 1792 saylı kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə- psixoloji ekspertizasının rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» ETT X21 şəxsin 15 avqust 2025-ci il tarixli 266 №-li məhkəmə-tibbi ekspertizasının rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X13 Hüquqi şəxsin 11 iyul 2025-ci il tarixli 2243 №-li və 11 iyul 2025-ci il tarixli 2246 №-li kompleks ambulator məhkəməpsixatrik və məhkəmə-psixoloji ekspertizasının rəyləri və digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v.175-182); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Sosial Xidmətlər Agentliyinin 19 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 və Sultanov X8 3-17-3/3-3-111/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə "Azərbaycan Uşaqları” X16 Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilmişlər. Müraciətdə qeyd olunan məsələ ilə əlaqədar adları qeyd olunan uşaqlar ilə fərdi söhbət aparılmış və onların fikirləri öyrənilmişdir. Zərərçəkmiş şəxs2 anası Təqsirləndirilən şəxs ilə birgə yaşamaq istədiyini, Zərərçəkmiş şəxs1 isə anası ilə birgə yaşamaq istəmədiyini, lakin sığınacaqda valideyni tərəfindən ziyarət edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verənzərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşır, müdafiə hüququnun təməl institutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.1 və 133.2.4-cü maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Belə ki, məhkəmə iclasında verdiyi ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşudurlar. Daim içki içib sərxoş vəziyyətdə olub uşaqlarını döymüşdür. Yan qonşu idilər deyə səsləri eşidirdi. Uşaqlar qonşuları çağırırdılar ki, gəlin kömək edin. Neçə dəfə “102” xidmətinə zəng edib bu barədə məlumat vermişlər. Bir dəfə Muradın başının sağ yuxarı hissəsinin yara olduğunu görmüşdür. Bundan başqa bir-iki dəfə işdən evə qayıdanda Təqsirləndirilən şəxs dilənçilik etdiyini görmüşdür. Uşaqlarla birlikdə getdiyini görmüş, şəxsən diləndirdiyini görməsə də, onları da diləndirdiyini ehtimal etmişdir. Həmin pullarla özünə spirtli içkilər aldığını görmüşdür. Çox vaxt sərxoş vəziyyətdə olurdu. Uşaqları məktəbə göndərmirdi. Bundan başqa məhkəmə iclasında verdiyi ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşudurlar. Əvvəllər daim, əsasən gecə saatlarında evlərində səs-küy olmuşdur. Şikayətlərindən sonra elə şey olmamışdır. Uşaqlarını daim döyürdü, incidirdi. Uşaqlar qonşuları çağırırdılar ki, gəlin kömək edin. Hər iki uşağı da döyürdü. Bir dəfə oğlu Muradın başını partlatmışdı. Özünün diləndiyini bilir, lakin uşaqları bilmir, ehtimal edir. Evinə tez-tez kişilər gəlirdi, səs-küy olurdu. Uşaqları məktəbə getməyə qoymurdu. Bundan başqa məhkəmə iclasında verdiyi ifadəsində şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşudurlar. Daim içki içib sərxoş vəziyyətdə olub uşaqlarını döymüş, uşaqları və qonşuları söymüşdür. Bütün qonşuların qapısını vurub söyürdü. Həmin günlərin sabahı ayıq olanda xatırlamadığını deyirdi. Həm uşaqları, həm də qonşuları çox incitmişdir. Uşaqları siqareti söndürüb əllərinə basıb yandırırdı. 7-8 dəfə bunlarla bağlı “102” xidmətinə zəng etmişlər və əməkdaşlar gəlmişlər. Evinə kişilər gəlirdi, bəzən gecə saatlarında evdən çıxırdı, uşaqlar evdə tək qalırdı. Qonşuları olaraq uşaqları məktəbə aparmışlar, tək qalanda baxmışlar. Bundan başqa məhkəmə iclasında verdiyi ifadəsində şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə üzbəüz qonşudurlar. Sərxoş vəziyyətdə qonşuları söyüb təhqir edirdi. Uşağın 10 yaşı var idi, lakin məktəbə getmirdi. Özü Nazirliyə bununla bağlı müraciət etmişdir. Özü uşaqlara yazmağı, oxumağı öyrətmişdir. Məktəbə gedəndə müəllimləri deyirdi ki, uşağın üzündə qan var. “102” xidmətinə dəfələrlə zəng edib məlumat vermişlər, hər dəfə söz verirdi ki, bir daha etməyəcək. Siqareti uşağın üstündə söndürürdü. Murad çox travma alıb. Bundan başqa məhkəmə iclasında verdiyi ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşu idilər. Ona görə evini satıb başqa yerdən ev almışdır. Aynanın əri onlar evə təzə köçəndə ölmüşdü. Uşaqları döyürdü, qışqırırdı. Onları elə qorxutmuşdu ki, gəlib uşaqlardan soruşanda deyirdilər ki, anaları onları döymür. Tez-tez evə kişilər gəlirdi, səs-küy çox olurdu. Muradın əlində siqaret söndürmüş, uşağın əli yanmışdır. Murad aqressiv uşaqdır. Uşaqları sonradan məktəbə birbaşa 2-ci sinifə yazdırmışdılar. Məhkəmə qeyd edir ki, şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs verdiyi ifadəsi istisna edilmiş, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşlər. Həmçinin, məhkəmə iclasında qanuni nümayəndəsinin və psixoloqun iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, anası spirtli içkilərin aludəçisi olmuş, evdə tez-tez spirtli içkilər qəbul edib yaşadıqları evdə qardaşı Muradı və onu incidib, bərk döymüş, onlara əzab vermişdir. Bədən nahiyəsində aşkar olunan xəsarətləri və qardaşı Muradın bədən nahiyəsində olan xəsarətləri anası onları mütamadi olaraq döyüb fiziki ağrılar yetirib əzab verməklə yetirmişdir. Lakin anası qardaşı Muradı yandırmamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin və psixoloqun iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, anası spirtli içkilərin aludəçisi olmuş, evdə tez-tez spirtli içkilər qəbul edib yaşadıqları evdə bacısı Aliyanı və onu incidib, bərk döymüş, onlara əzab vermişdir. Anasından qorxur. Bədən nahiyəsində aşkar olunan xəsarətləri və bacısı Aliyanın bədən nahiyəsində olan xəsarətləri anası onları mütəmadi olaraq döyüb fiziki ağrılar yetirib əzab verməklə yetirmişdir. Lakin anası onu yandırmamışdır. Nənəsi çay verəndə əlinə tökülmüş və isti olduğu üçün yanmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 xx.xx.2025-ci il tarixli 307 saylı ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 hər iki əl və sağ baldır nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti şəxsin muayinəsindən 1-3 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 xx.xx.2025-ci il tarixli 308 saylı ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs2 döş qəfəsi, sol bazu, sol said, sol baldır nahiyələrinin İİ dərəcəli termiki yanıq sahələri, sağ kürək, sağ baldır nahiyələrinin qançırları, sol dirsək, sağ diz oynaqları, sol əl və sol diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlərdən döş qəfəsi, sol bazu, sol said, sol baldır nahiyələrinin İİ dərəcəli termiki yanıq sahələri yüksək hərarətin təsirindən törənmişlər, müddəti şəxsin muayinəsindən 1-3 il əvvələ uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Sağ kürək, sağ baldır nahiyələrinin qançırları, sol dirsək, sağ diz oynaqları, sol əl və sol diz oynağı nahiyələrinin sıyrıqları bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddətinə görə sağ kürək, sağ baldır nahiyələrinin qançırları, sol dirsək, sağ diz oynaqları nahiyələrinin sıyrıqları şəxsin muayinəsindən 3-6 gün, sol əl və sol diz oynağı nahiyələrinin sıyrıqları isə 1-3 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı 10 dekabr 1984-cü il tarixli Konvensiyasının 4-cü maddəsi iştirakçı dövlətlərin bütün işgəncə aktlarını cinayət kimi tövsif etmələrini və “onların xarakterinin çox ağır olduğunu nəzərə alaraq” cəza müəyyənləşdirmələrini tələb edir. İştirakçı dövlətlərin hər biri işgəncə cinayətlərinin təhlükəlilik və ya ağırlıq xarakterini nəzərə almaqla müvafiq cəzalar müəyyən etməlidirlər. İşgəncə cinayəti iştirakçılıqla törədilərsə, cinayətə görə cəza təyin edilərkən iştirakçıların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olmasında belə, iştirakın əhəmiyyəti nəzərə alınmalıdır. Həmçinin, işgəncələrin bir növü olan döyməni çox yüngül bir forma kimi qəbul etmək olar. İşgəncə xarakteri daşıyan döymədə bədənə ağrı yetirən zorakı hərəkətlər mütəmadi surətdə törədilir, habelə hərəkətlər zərərçəkmişə kəskin ağrı yetirir, ona fiziki əzab və ya psixi iztirablar verir. Burada mütəmadi döymə üç dəfə və ya daha artıq döyməni nəzərdə tutur. Beləliklə, məhkəmə, yuxarıda göstərilənlərər, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspetiza rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdikləri əməl CM-nin 133.2.1 və 133.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələrinə əsasən bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs2 ilə barışmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitlərinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 25 dekabr 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs himayəsində olan yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü övladı Zərərçəkmiş şəxs1 və xx.xx.2015-ci il təvəllüdlü övladı Zərərçəkmiş şəxs2 himayə olunması yaşayış yeri üzrə İcra Hakimiyyəti orqanına həvalə edilməli və onların hal-hazırda “Azərbaycan Uşaqları” X16 Sığınacağı-Reinteqrasiya Mərkəzində saxlanılmaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 133.2.1 və 133.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 133.2.1 və 133.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs himayəsində olan yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü övladı Zərərçəkmiş şəxs1 və xx.xx.2015-ci il təvəllüdlü övladı Zərərçəkmiş şəxs2 himayə olunması yaşayış yeri üzrə İcra Hakimiyyəti orqanına həvalə edilsin və onların halhazırda “Azərbaycan Uşaqları” X16 Sığınacağı-Reinteqrasiya Mərkəzində saxlanılmaları nəzərə alınsın. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar