Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-467/2021 16.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Beyləqan rayonu, Milabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Beyləqan rayonu, Milabad kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 avqust 2021-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs oğluna məxsus ünvan 2 ünvanda yerləşən “Nərmin” Ticarət mərkəzinin qarşısında dayanmış velosipedin üzərinə quraşdırılmış sonuncuya məxsus üzərində hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 10 manat qiymətində ***-***-**-** və ***-***-**-** “Azercell” və "xxxx" MMC-yə məxsus mobil nömrələr, 1800 manat dəyərində 1 ədəd 128 GB yaddaş tutumlu, “İphone 12 Pro Max” markalı, “MGC33ZA/A” modelli, **********46345 və **********22062 İMEİ kodlu telefonu Zərərçəkmiş şəxs başının qarışmasından istifadə edərək velosipedin üzərindən götürüb gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1810 manat maddi ziyan vurmaqla oğurluq etmişdirlər. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01.08.2021-ci il tarixdə saat 18 radələrində dostu Səbuhi ilə birlikdə Əhmədli metrosundan üzü yuxarı istiqamətə doğru hərəkət edirmiş. “Nərmin” ticarət mərkəzinin qarşısında velosipedin olduğunu və üzərində quraşdırılmış telefonun olduğunu görmüşdür. O ətrafdan heç kəsin onu görmədiyindən əmin olduqdan sonra velosipedin üzərinə quraşdırılmış İphone 12 pro max markalı mobil telefonu oğurlamışdır. Telefonu oğurladıqdan sonra o, binaların arasında doğru qaçmağa başlamışdır. O qaçan zaman Səbuhi də onunla birlikdə qaçmağa başlamışdır. Onlar binaların arasına doğru qaçdıqdan sonra dayanmışlar. Səbuhi ilə razılaşmalarına əsasən telefonu satmağa qərarlaşdırmışlar. Onlar birlikdə Xalqlar Metrostansiyasının yaxınlığında yerləşən telefon mağazasına yaxınlaşaraq şəxsiyyət vəsiqəsinin surətini təqdim etdikdən sonra telefonu 1500 manat müqabilində satmışlar. Əldə olunan puldan 35 manat Səbuhiyə vermişdir. Qalan pulu isə ehtiyacları üçün xərcləmişdir. Səbuhi onun yanında olmuş və telefonu oğurladığını görmüş və onunla birlikdə qaçmışdır. Mobil telefonu satan zaman həmin telefonun özünə məxsus olması və oğurluq olmaması barədə öz xətti ilə yazı yazaraq imzalamışdır. Daha sonra səmimi etirafını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanın ödənildiyini, ona qarşı tələb və şikayətinin olmamasını qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01.08.2021-ci il tarixində axşam radələrində özünə məxsus velosipedlə Əhmədli qəsəbəsində gəzintiyə çıxmışdır. Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ilə hərəkət edərkən Sarayevo küçəsi ilə kəsişmədə ağ rəngli “Daewoo” markalı avtomobilin sürücüsü ona kobud formada velosipedi yolun kənarı ilə sürməli olduğunu demişdir. O, sürücüyə əvvəlcə reaksiya vermək istəməsə də, sürücünün daha da kobudlaşdığını görüb dayanmışdır. Həmin şəxs orada olan “Nərmin” ticarət mərkəzinin qarşısında avtomobilini saxlayıb yanına gəlmişdir. O, sürücü ilə kənara çəkilmiş və öz velosipedini “Nərmin” ticarət mərkəzinin qarşısında saxlamışdır. Təxminən 5 dəqiqə kənarda həmin şəxslə söhbət etmişdir. Bundan sonra velosipedinə yaxınlaşmış və velosipedin üzərində saxladığı özünə məxsus “İphone 12 Pro Max” markalı mobil telefonun yerində olmadığını görmüşdür. Dərhal DİN-nin 102 zəng xidmətinə telefonunun naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. Nəticədə ona ümumilikdə 1810 manat ziyan dəymişdir. Bir müddət sonra istintaq tərəfindən telefonu oğurlayan şəxslər tutulmuş və telefon maddi sübut kimi tanındıqdan sonra istifadəsinə qaytarılmışdır. Daha sonra ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş üzrə Şahid məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təqsdiqlədiyini qeyd etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə alaraq şahidin iştirakı olmadan onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq edilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı ifadə verən Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti Xalqlar metrostansiyasının Şimal Şərq çıxışında yerləşən telefon dükanında çalışır. İş prinsiplərinə əsasən müştərilərdən alqı-satqı yolu ilə telefon əşyaları qəbul edir. Alqı satqı zamanı müştərilərdən hər hansısa bir telefon əşyaları alan zaman həmin şəxsin öz xətti ilə bir ədəd kağıza telefonun özünə məxsus olması barədə qeyd yazdırır. Daha sonra həmin şəxs sənədə öz imzasını çəkir və alqı-satqı edilən tarixi qeyd edir və kağızın üst hissəsinə alqı satqı edən şəxsin şəxsiyyət vəsiqəsinin surətini əlavə edir. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Sadəcə həmin şəxsi o, işlətdiyi telefon mağazasına telefon satan zaman tanımışdır. Bir dəfə həmin şəxsi 01 avqust 2021-ci il tarixdə İphone 12 Pro Max markalı telefon gətirərək həmin telefonu satmaq istədiyini bildirdiyinə görə tanımışdır. O həmin şəxslə söhbət etdikdən sonra Təqsirləndirilən şəxs adlı şəxsdən həmin telefonu 1500 manat müqabilində ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs də həmin telefonu 1500 manat müqabilində alqı satqı edilməsi barədə razılaşmışdır. Bundan sonra o, adəti üzrə telefonu Talehdən alqı satqı eden zaman bir ədəd ağ kağıza Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs da həmin ağ kağız parçasının üzərinə satdığı telefonun özünə məxsus olması barədə qeyd apardıqdan sonra həmin kağızın üzərinə alqı satqı aparılan tarixi yazaraq öz imzasını çəkmişdir. 04 avqust 2021-ci il tarixdə polis əməkdaşları o işlətdiyi telefon mağazasına yaxınlaşıb Talehin onun dükanına satdığı telefonun cinayət yolu ilə əldə edildiyini bildirmişlər. O da alqı satqı zamanı kağız tərtib etdiyi üçün dükanda axtarış etmiş və həqiqətəndə Talehin ona telefon satan zaman tərtib edilmiş kağızı tapmışdır.Daha sonra həmin kağızı və aldığı telefonu istintağa təqdim etmişdir. Elan edilmiş ifadə ziddiyət təşkil etməmiş və işin yuxarıda sadalanan xüsusatlarını bir daha təsdiq etmişdir. İş materiallarında olan 05 avqust 2021-ci il tarixli könüllü təqdim etmə protokolundan məlum olur ki, Şahid hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs ona satdığı 1 ədəd 128 GB yaddaş tutumlu, “İphone 12 Pro Max” markalı, “MGC33ZA/A” modelli, **********46345 və **********22062 İMEİ kodlu plastmas- metal gövdəli, sensor dizaynlı, daxili antenalı, foto kameralı, daxili yaddaşlı İphone 12 Pro Max markalı mobil telefonu və alış zamanı tərtib edilmiş üzərində şəxsiyyət vəsiqəsinin surəti və yazılar olan bir ədəd A4 formatlı kağızı istintaqa təqdim etmişdir. İş üzrə Şahid 01.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus dükanda satan zaman tərtib edilmiş alqı satqı kağızının surəti sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan məlum olur ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş 1 ədəd 128 GB yaddaş tutumlu, “İphone 12 Pro Max” markalı, “MGC33ZA/A” modelli, **********46345 və **********22062 İMEİ kodlu plastmas- metal gövdəli, sensor dizaynlı, daxili antenalı, foto kameralı, daxili yaddaşlı İphone 12 Pro Max markalı mobil telefonu işlənmə dərəcəsindən və rəngindən tanımış və ona məxsus olmasını bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 sentyabr 2021-ci il tarixli, 9/6049 nömrəli rəyindən məlum olur ki, 1 ədəd 128 GB yaddaş tutumlu, “İphone 12 Pro Max” markalı, “MGC33ZA/A” modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 1800,00 manat müəyyən olunur. İş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, 1 ədəd 128 GB yaddaş tutumlu, “İphone 12 Pro Max” markalı, “MGC33ZA/A” modelli mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. İş vərəqi 214-də olan qəbzdən məlum olur ki, Zərərçəkmiş şəxs 1 ədəd 128 GB yaddaş tutumlu, “İphone 12 Pro Max” markalı, “MGC33ZA/A” modelli mobil telefonu müstəntiqdən təhvil almışdır. İş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videonun 2 dəqiqə 13-cü saniyəsində yolun ortasında bir nəfər piyadanın ağ rəngli avtomobildə əyləşmiş sürücü ilə söhbət edildiyi görünür. Videonun 3-cü dəqiqəsində piyada və avtomobildə əyləşmiş sürücü yolun kənarına doğru irəliləyir və şəxs avtomobildən düşərək piyadadaya doğru gəlir. Daha sonra isə piyada özünə məxsus olan velosipedi götürərək həmin ağ rəngli avtomobilin yanında saxlayaraq avtomobildən kənarlaşaraq bir biriləri ilə söhbət edirlər. Videonun 3 dəqiqə 15-ci saniyəsində yolun kənarında dayanmış iki nəfər şəxs sahibsiz qalmış velosipedi yaxınlaşaraq ona nəzər yetirdikdən sonra həmin şəxslərdən biri velosipedin yanında kənarlaşır, digər şəxs isə velosipedi götürərək yolun sağına, yəni kənara doğru aparır. Velosiepedin yanında dayanmış şəxs velosipedin üzərində quraşdırılmış hər hansısa əşyanı götürüb digər şəxsə yaxınlaşaraq nəsə bildirir. Daha sonra isə həmin şəxslər oradan uzaqlaşaraq qaçır. İş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Daxili İşlər Nazirliyinin X1 Xidmətindən daxil olmuş disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2021-ci il tarixdən tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 04 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 17.08.2021-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 02 il 02 ay müddətinə müddətinə azadlıqdan məhrum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli qərarı ilə 05 ay 09 gün vaxtıdan əvvəl şərti azad edilmişdir. 11.04.21-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs oğlunun ərizəsindən görünür ki, ona dəymiş ziyanın ödənildiyindən təqsirləndirilən şəxslə barışmışdır. Bu səbəbdən cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxslə barışdığını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi Təqsirləndirilən şəxs oğlunun əməlinin cinayətlərin residivini yaratması müəyyən edildi. Təqsirləndirilən şəxs oğlunun məhkumluğu göründüyü kimi ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində residiv nəzərə alınaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müsəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs oğlu 04 avqust 2021-ci il tarixdən tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs qaytarılmış 01 ədəd “İphone 12 Pro Max” markalı telefon onun istifadəsinə verilmiş hesab edilməli və maddi sübut kimi tanınmış alqı-satqı kağızının surəti, Daxili İşlər Nazirliyinin X1 Xidmətindən daxil olmuş disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertiza tədqiqatının ümumi dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu 04 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının ümumi dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs qaytarılmış 01 ədəd “İphone 12 Pro Max” markalı telefon onun istifadəsinə verilmiş hesab edilsin. Maddi sübut kimi tanınmış alqı-satqı kağızının surəti və Daxili İşlər Nazirliyinin X1 Xidmətindən daxil olmuş disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-467/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-467/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver