Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-468/2024 24.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi atası X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.2001-ci ildə Xocavənd rayonu, Günəşli kəndində anadan olmuş, Azərbyacan Respublikası vətəndaşı,44 günlük Qarabağ Vətən müharibəsi iştirakçısı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu, Günəşli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə saat 18 radələrində ünvan 2 ünvanında yerləşən 260 saylı tam orta məktəbin həyətində Zərərçəkmiş şəxs həmin məktəbin həyətində qızla uca səslə gülüb söhbət etmələri barədə irad bildirməsi, nəticədə sonuncunun onu sinə nahiyəsindən yumruqla vurması səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs çənə nahiyəsindən bir və burun nahiyəsindən bir dəfə vuraraq, ona alt çənə və burun sümüklərinin sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və hu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla şəxsi qərəzliyi və ya ədavəti olmamışdır. 31 yanvar 2024-cü il tarixdə axşam saatlarında dostları Şahid1 və Şahid2 ilə yaşadıqları məhəllənin yaxınlığında yerləşən ünvan 3 ünvanında yerləşən 260 saylı tam orta məktəbin yanında yerləşən adını bilmədiyi çayxanada görüşüb çay içmiş, sonra çayxanadan çıxıb sözügedən məktəbin həyətində gəzişmək qərarına gəlmiş, məktəbin həyətində söhbət edən vaxtı məktəb binasının arxasında, qaranlıq yerdə bir nəfər oğlanın bir nəfər qızla ucadan söhbət edib gülüşdüklərini eşidib həmin yerə yaxınlaşmış və orada bir nəfər oğlanın bir nəfər qızla qucaqlaşıb gülüşdüklərini görmüşdür. lakin heç nə demədən dərhal dostlarının yanına geri qayıtmış, sonra onlar məktəbin həyətində gəzişərkən həmin qızla söhbət edərək gülən, adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs irad bildirmidir ki, bura məktəbdir ,belə hərəkətlərin düzgün deyil. Bu zaman sözlə mübaisə yaranmış və əli ilə onun sifət nahiyəsinə vurmuşdur. Yaxında olan dostları Şahid1 və Şahid2 dərhal aralarına girib onları bir-birindən ayıraraq uzaqlaşdırmış, sonra onlar oradan çıxıb getmişlər. Zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini, yaşını,müharibə iştirakşısı olmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki baxış iclasında dindirilmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid3 ifadələri təqsirləndirilən şəxsin ifadəsi ilə oxşar olmuş, heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs onu məhkəmədə təmsil etməyi və adından hərəkətlər etməyi atası X2 etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Xətai rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 126 saylı əlavə məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt çənə və burun sümüklərinin sınıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi inkar olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə növbəti məhkəmə iclasında xarici ölkədə olacağından iştirak edə bilməyəcəyini, məhkəmə iclasında etibarnamə üzrə nümayəndəsi atası İsmayıl Əliyevin iştirak edəcəyini biildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı ödədiyini nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs nümayəndəsi İsmayıl Əliyevin ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdırlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Onlara dəymiş ziyan ödənilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona qarşı tələb və şikayətinin olmamasını nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərcləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 344- 347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Qərardan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-468/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-468/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver