Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-469/2022 09.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi – Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin böyük məsləhətçisi Qanuni nümayəndə1, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri X3 və X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Xətai rayonunun 25 saylı tam orta məktəbinin X sinifində təhsil alan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub, bir qrup şəxs təşkil edərək, cinayətkar niyyətin həyata keçirilməsi üçün, rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə, 14 aprel 2022-ci il tarixdə, saat 04 radələrində qrupun digər üzvü Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs tərəfindən qeyri-rəsmi icarəyə götürərək, işlətdiyi köşkünün qarşısında qalıb, ətrafı müşahidə etməklə kənar şəxlərin gələcəyi zaman ona məlumat verməli olduğu halda, o, həmin köşkün qapısının şüşəsini yerindən çıxararaq, Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz olaraq həmin köşkə daxil olaraq, oradan 1 ədəd 200 (iki yüz) manat dəyərində “X8 S2” markalı, “SM-1715” modelli planşeti, hər biri 3 (üç) manat 60 (altmış) qəpik dəyərində olan, ümumilikdə 50 (əlli) manat 40 (qırx) qəpik dəyərində 4 qutu “Sobranie”, 4 qutu “Kent”, 6 qutu “Winston” markalı siqaret və 4 (dörd) manat 70 (yetmiş) qəpik pulu gizli olaraq talayıb, köşkdən çıxararaq, Zərərçəkmiş şəxs ümumilikdə 255 (iki yüz əlli beş) manat 10 (on) qəpik ziyan vurmaqla oğurluq etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, cinayətkar niyyətin həyata keçirilməsi üçün, rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə, 14 aprel 2022-ci il tarixdə, saat 04 radələrində o, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs tərəfindən qeyrirəsmi icarəyə götürərək, işlətdiyi köşkün qarşısında qalıb ətrafı müşahidə etməklə, kənar şəxlərin gələcəyi zaman qrupun digər üzvü olan Təqsirləndirilən şəxs2 məlumat verməli, sonuncu həmin köşkün qapısının şüşəsini yerindən çıxararaq, onunla birlikdə qanunsuz olaraq həmin köşkə daxil olaraq, oradan 1 ədəd 200 (iki yüz) manat dəyərində “X8 S2” markalı, ”SM-1715” modelli planşeti, hər biri 3 (üç) manat 60 (altmış) qəpik dəyərində olan, ümumilikdə 50 (əlli) manat 40 (qırx) qəpik dəyərində 4 qutu “Sobranie”, 4 qutu “Kent”, 6 qutu “Winston” markalı siqaret və 4 (dörd) manat 70 (yetmiş) qəpik pulu gizli olaraq talayıb, köşkdən çıxararaq, Zərərçəkmiş şəxs ümumilikdə 255 (iki yüz əlli beş) manat 10 (on) qəpik ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Xətai rayonunun 48 saylı tam orta məktəbini bitirdikdən sonra, halhazıradək heç bir yerdə işləməmişdir. Ara-sıra küçələrdən metal toplamaqla, satıb pul əldə edir. Təxminən bir il olar ki, siqaret çəkməyə başlamışdır. X7-zadə ilə də hərdən bir dəmir toplamaqla məşğul olmuşdur. O, Əlibalanı təxminən iki olar ki, tanıyır, sonuncu X sinif şagirdidir. 13 aprel 2022-ci il tarixdə Əlibala ilə Xətai rayonu ərazisində yerləşən 62 nömrəli marşrut avtobusunun sonuncu dayanacağında görüşmüşlər. Piyada gəzərək, General Şıxlinski küçəsində yerləşən, üzərinə “Black PUB” sözləri yazılmış kafenin qarşısından keçən zaman, orada kiçik bir qapısı bağlı köşk görmüşlər. Onlar həmin köşkdən oğurluq edib, pul və siqaret götürmək qərarına gəlmişlər. Gecə saatları olduğu üçün, ətrafda heç kəs yox idi. Onlar köşkün qarşısına yaxınlaşıb, Əlibala ətrafa nəzarət etmiş, o isə, köşkün qapısının üzərində olan kiçik şüşəni əli ilə güc edib, açmışdır. Sonra isə Əlibalanı yanına çağırıb, sonuncu fiziki cəhətdən ondan nisbətən kiçik olduğundan, içəri daxil olmasını demişdir. Əlibala qapının üzərində olan şüşədən içəri daxil olmuş və arxasınca özü də içəri daxil olmuşdur. Onlar içərini axtarıb, 14 qutu müxtəlif markalı siqaretlər, 4 manat 70 qəpik və bir ədəd qara rəngli planşet götürüb, oradan uzaqlaşmışlar. Əldə etdikləri siqaretləri çəkmişlər, pulu isə aralarında bölmüşlər. Planşeti isə Əlibala telefonu olmadığını bildirib, özünə götürmüşdür. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndə qismində Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş xx xxxx 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Xətai rayonunda, Neapol küçəsində yerləşən mənzildə anası ilə birlikdə yaşayır. Atası Rusiya Federasiyasında yaşayır və anası ilə boşanmışlar. O, yaşadığı evin yaxınlığında yerləşən 25 saylı tam orta məktəbin X sinif şagirdidir. Anası evdar qadındır, heç bir yerdə işləmir və bir il olar ki, xəstədir. Dolanışıqları yaxşı olmadığı üçün, o, günorta saatlarında, məktəbdən sonra, küçələrdə metal toplayıb, satmaqla məşğul olur. Son zamanlar siqaret çəkməyə başlamış, lakin spirtli içki qəbul etmir. Təqsirləndirilən şəxs2 ilə tanışdır. 13 aprel 2022-ci il tarixdə, məktəbdən sonra, axşam saatlarında o, Kamran ilə Xətai rayonunun ərazisində yerləşən 62 nömrəli marşrut avtobusunun sonuncu dayanacağında görüşmüşlər. Kamran ilə avtobusa minib, şəhərin mərkəzinə getmişlər və gəzdikdən sonra, Köhnə Günəşli qəsəbəsinə gəlmişdirlər. Piyada gəzişərkən, General Şıxlinski küçəsində yerləşən, üzərinə “Black PUB” sözləri yazılmış kafenin qarşısından keçən zaman, orada kiçik bir bağlı köşk görmüşdür. O, Kamran ilə birlikdə oradan oğurluq etmək qərarına gəlmişlər. Gecə olduğundan, küçədə heç kəs olmamışdır. Onlar köşkün qarşısına yaxınlaşmışlar və Kamran ona demişdir ki, ətrafa nəzarət etsin ki, o da, köşkə daxil olsun. O, ətrafa nəzarət etmiş, Kamran isə köşkün qapısının üzərində olan kiçik şüşəni əli ilə açmışdır. Daha sonra Kamran onu çağırmış və o, qapının üzərində olan şüşədən içəri daxil olmuş, arxasınca Kamran da içəri daxil olmuşdur. Onlar içərini axtarmışlar və oradan 14 qutu müxtəlif markalı siqaretlər, 4 manat 70 qəpik pul və bir ədəd planşet götürmüşdürlər. Əldə etdikləri siqaretləri sonradan çəkmişlər, pulu isə aralarında bölmüşlər. Planşeti isə özünə götürmüşdür. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Həmçinin, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı müraciətində, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək, məhkəmə iclaslarında iştirak etməməsini üzrlü hesab olunmasını və təqsirləndirilən şəxslərə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayaraq, orada fərdi əməklə məşğul olur. Özü mütəmadi olaraq Bakı şəhərinə gəlir. 2021-ci ilin dekabr ayının 20-dən ünvan 4 ünvanında yerləşən “Black PUB” adlı kafenin yanında olan kiçik köşkü icarəyə götürmüşdür. O, həmin köşkü müqavilə əsasında icarəyə götürmüşdür. Köşkün içərisində müşahidə kameraları vardır, lakin kameralar işlək vəziyyətdə deyildir. Köşkdə müxtəlif markalı siqaretlər və sərinləşdirici içkilər satılır. Köşk hər gün səhər saat 11 radələrindən axşam saat 20 radələrinə qədər fəaliyyət göstərirdi. Köşkdə ondan başqa heç kəs işləmirdi. Köşkün qapısı plastik materialdandır. 13 aprel 2022-ci il tarixdə, axşam saatlarında özü köşkün qapısını bağlayıb evinə getmişdir. Səhəri gün, yəni 14 aprel 2022ci il tarixdə, səhər saat 07:30-da köşkə gəlmişdir. Köşkün qarşısına çatdıqda, qapının üzərində olan şüşəsinin yerində olmadığını görmüş və içəri daxil olduqda məlum olmuşdur ki, gecə saatlarında kimlərsə köşkün giriş qapısının şüşəsini çıxardıb içəri daxil olmuşdur. Özü köşkdən hansı əşyaların oğurlanmasını bilmək üçün əşyalara baxmışdır. Aşkar etmişdir ki, köşkdən 4 manat 70 qəpik pul, müxtəlif markalı siqaretlər və bir ədəd özünə məxsus “Samsung” markalı “SM-T715” modelli planşet oğurlanmışdır. Bundan sonra, o DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları mağazaya baxış keçirib fotoşəkillərini çəkmişlər. Həmin gün özü ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Əvvəlki izahatında ona məxsus köşkdən 1 ədəd “Samsung” markalı planşet, 160 qutu müxtəlif markalı siqaretlər və 30 manat pulun oğurlanmasını bildirsə də, sonradan həmin köşkə baxış keçirdikdə, oradan 14 qutu müxtəlif markalı siqaretlərin oğurlanmasını aşkar etmişdir. Qeyd olunan hadisə nəticəsində ona hər qutu siqaretə görə 3 manat 60 qəpik olmaqla, ümumilikdə 14 qutu siqaretə görə 50 manat 40 qəpik, 1 ədəd “Samsung” markalı planşetə görə 200 manat və 4 manat 70 qəpik nağd pul, ümumilikdə 255 manat 10 qəpik maddi ziyan dəymişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin məsul növbətçisinin raportundan görünür ki, 14 aprel 2022-ci il tarixdə, saat 07:43-də DİNnin 102 xidmətindən daxil olmuş məlumata görə, vətəndaş Zərərçəkmiş şəxs icarəyə götürdüyü Xətai rayonu, General Şıxlinski küçəsi 11C, “Black PUB” kafesinin yanındakı köşkün içərisindən pul, siqaret və planşetin oğurlanmasını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2022-ci il tarixli, 9/2205 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, Vyetnam istehsallı, “X8 S2” markalı, SM-1715 modelli planşetin satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla, 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 200 manat müəyyən olunur. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus “X8 S2” markalı, SM-1715 modelli planşet iş üzrə maddi sübut kimi tanınaraq, Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, 18 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə, Təqsirləndirilən şəxs2 barəsində isə 25 noyabr 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluğu barəsində heç bir məlumat yoxdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xətai rayonunun 25 nömrəli tam orta məktəbin X sinifində təhsil alır, təhsil aldığı müddətdə o, özünü bacarıqlı, çalışqan, dərslərə davamiyyətli şagird kimi göstərmiş, şagird və müəllim kollektivinin hörmətini qazanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və cinayət törədərkən onun yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onun yetkinlik yaşına çatmayan şəxs olmasını və təhsil aldığı müəssisədə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Xətai Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus “X8 S2” markalı, SM-1715 modelli planşet sahibinə qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Xətai Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus “X8 S2” markalı, SM-1715 modelli planşet sahibinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-469/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-469/2022
09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver