Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-469/2025 17.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Babalı oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 1998ci ildə qardaşı X6 ilə ünvan 1 ünvanında 10 sot topraq sahəsini alınmaqla hər birinə fərdi yaşayış evinin müvafiq olaraq “A” və “B” inşa edilməsini iddia edərək orada “C” yarım tikili ilə bağlı aralarında yaranmış narazılıq səbəbindən 10 dekabr 2023-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs ilə X1 həmin ünvanda 2014-cü ildə mişar daşları ilə inşa etdirdikləri və sonuncuların ümumi mülkiyyətində olan 200 kv mertlik “C” yarımtikilini dağıtmaqla özgənin əmlakını qəsdən məhv edib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs ilə X3 ümumilikdə 27.307 (iyirmi yeddi min üç yüz yeddi) manat xeyli miqdarda maddi ziyan vurmuşdur. İttiham aktında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı yazılı vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin baxılmasına CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən xitam verilməsini və həmin cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X4 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, həmin cinayət işi xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə başlanmış, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs CM-in 186.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, xx.xx.2025-ci il tarixdə iş üzrə ittiham aktı Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən təsdiq edilərək iş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 1998-ci ildə qardaşı X6 ilə ünvan 1 ünvanında 10 sot torpaq sahəsini alınmaqla hər birinə fərdi yaşayış evinin müvafiq olaraq “A” və “B” inşa edilməsini iddia edərək orada “C” yarımtikili ilə bağlı aralarında yaranmış narazılıq səbəbindən 10 dekabr 2023-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs ilə X1 həmin ünvanda 2014-cü ildə mişar daşları ilə inşa etdirdikləri və sonuncuların ümumi mülkiyyətində olan 200 kv.metrlik “C” yarımtikilini dağıtmaqla özgənin əmlakını qəsdən məhv edib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs ilə X3 ümumilikdə 27.307 manat xeyli miqdarda maddi ziyan vurmuşdur. Cinayət işinin materiallarından görünür ki, “C” yarımtikilisini Zərərçəkmiş şəxs ilə X6 tərəfindən 2014-cü ildə inşa edilmiş və həmin tikili sonuncuların ümumi mülkiyyətindədir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə elan olunmuş ittihamdan görünür ki, qeyd olunan tikilinin qəsdən məhv edilməsi nəticəsində həmin əmlak hər iki şəxsin ümumi mülkiyyətində olduğundan həm Zərərçəkmiş şəxs, həm də X3 maddi ziyan vurulmuşdur. CPM-nin 87.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərərçəkmiş şəxs qismində tanınır. Bununla belə, ibtidai istintaq dövründə X6 zərərçəkmiş şəxs qismində tanınmamış, bununla da prosessual pozuntuya yol verilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəməyə yazılı vəsatətlə müraciət edərək 1(011)- 469/2025 saylı cinayət işinin düzgün araşdırılması üçün ibtidai istintaqa geri qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İbtidai istintaq zamanı yanlışlıqlara yol verilmişdir. İbtidai istintaqa düzgün baxılmamışdır. Belə ki, ibtidai istintaq zamanı AR CPM-186-cı maddəsi ilə yanaşı 308, 188 və 320-ci maddələri də qoyulmalı idi. Belə ki, Təqsirləndirilən şəxs Aşıq Qurban 25/300 ünvanında yerləşən 6 otaqlı yarım tikilini, Hüseynov Azər və Zərərçəkmiş şəxs xəbəri və icazəsi olmadan qanunsuz şəkildə sökmüş, Hüseynov Azərə 27.307 manat maddi ziyan vurduğunu etiraf etmişdir. Lakin Xətai rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru X4 xx.xx.2025 ci il tarixli, ********* nömrəli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Lakin Sübhana Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə yanaşı ARCM-nin 308,188 və 320-ci maddələri ilə cinayət işi açılmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs ilə yanaşı X6 da cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmalıdır. X1 şikayət ərizəsi olmasına baxmayaraq onu zərərçəkmiş şəxs qismində tanınmamışlar. Eləcə də, Xətai Rayon Məhkəməsinin 2 -1170/2000 saylı xx.xx.2000-ci tarixli qətnaməsi ilə X1 Bakı şəhəri, Aşıq Qurban küçəsi, 25 saylı evdə yaşıyış və istifadə müəyyən olunmuşdur. Bundan başqa Xətai Rayon Məhkəməsinin 2(011)-199/2025-saylı, xx.xx.2025-ci il tarixli qətnamə ilə Zərərçəkmiş şəxs ilə yanaşı X6 da zərərçəkmiş şəxs qismində tanınmış və onların xeyrinə 27.307 (iyirmi yeddi min üç yüz yeddi) min manat pul verilməsini qət edilmişdir. Lakin belə olduğu halda Xətai rayon Polis İdarəsinin müstəntiq Cahid Musayev zərərçəkmiş şəxs qismində X5 tanımamışdır. Bununlada hesab etmək olar ki, X1 hüquqları kobudcasına pozulmuşdur. Hesab edirlər ki, həmin cinayət işi üzrə hazırkı vəziyyətlə əlaqədar olaraq ibtidai istintaqa geri qaytarılmalıdır. Həmçinin, məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə əlavə vəsatət təqdim edərək məhkəmə gedişatı zamanı Təqsirləndirilən şəxs şahidlərə və zərərçəkmiş şəxslərə ciddi təsir göstərdiyini bildirərək cinayət işi yekunlaşana kimi məhkəmə iclas zalından həbs olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş vəsatətlə razılaşaraq cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını və Təqsirləndirilən şəxs barəsində həbs qətimakn tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Babalı oğlu yazılı vəsatətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsini rəhbər tutaraq cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Qurbanov Sübhan təqsirləndirilir, ona görə ki, guya o, 1998-ci ildə qardaşı X6 ilə ünvan 1 ünvanında 10 sot topraq sahəsini alınmaqla hər birinə fərdi yaşayış evinin müvafiq olaraq “A” və "B" inşa edilməsini iddia edərək orada "C" yarım tikili ilə bağlı aralarında yaranmış narazılıq səbəbindən 10 dekabr 2023-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs ilə X1 həmin ünvanda 2014-cü ildə mişar daşları ilə inşa etdirdikləri və sonuncuların ümumi mülkiyyətində olan 200 kv mertlik "C" yarımtikilini dağıtmaqla özgənin əmlakını qəsdən məhv edib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs ilə X3 ümumilikdə 27.307 (iyirmi yeddi min üç yüz yeddi) manat xeyli miqdarda maddi ziyan vurmuşdur. Hesab edir ki, verilmiş ittiham əsassızdır və cinayət işi xitam olunmalıdır. Belə ki, eyni məsələlərlə əlaqədar Xətai Rayon Məhkəməsinə müraciət olunmuş, Xətai Rayon Məhkəməsi 2(011)-199/2025 saylı, xx.xx.2025-ci il tarixli (hakim Samirə Eyvazova) qətnaməsi çıxmış, həmin qətnamədən şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən hakim İkram Şirinov, 2(103)- 4926 saylı iş) icraatındadır. Bu mülki iş üzrə yekun məhkəmə qərarı çıxarılmamışdır. Cinayət işinin materiallarında (iş vərəqə - 51-56) “Daşınmaz əmlakın inventarlaşdırma xidməti MMC tərəfindən xx.xx.2023-cü il tarixli hesabata istinad olunmuşdur və həmin hesabatda X3 məxsus ünvan 1 ünvanda yerləşən həyətyanı sahə göstərilmiş və qiymətləndirilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs verilmiş ittihamda guya o, ünvan 1 ünvanda yerləşən yarımtikilini dağıtmaqla Zərərçəkmiş şəxs oğlı ilə X3 ziyan vurulması göstərilsə də, zərərçəkmiş şəxs kimi ancaq Zərərçəkmiş şəxs tanınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçinin vəsatəti ilə razı olduğunu bildirərək cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul eidlməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan X1 nümayəndəsi “Pro Bono” Vəkil Bürosunun vəkili X7 Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi X3 məxsus olan və ünvan 1 ünvanında yerləşən 6 otaqlı tikili qərəzli və qəsdən qardaşı Təqsirləndirilən şəxs tərəfindən dağıdılmışdır. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində onlara, yəni ona və ailə üzvlərinə 30000 manat dəyərində maddi ziyan və 20000 manat mənəvi ziyan dəymişdir. Həmçinin evin içində olan avadanlıqlar və onu tərəfindən sökülmüş tikinti materialları talanaraq müxtəlif şəxslərə satılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən köçürülmüş və həmin yaşayış sahəsində istifadə hüququ müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunazidd hərəkətlərinə hüquqi qiymət verilməsini və barəsində tədbir görülməsini, eyni zamanda dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir (i.v. 9); zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.176- 177); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə təqsirlədirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Həmin qərardan da məlum olduğu kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ki, ondan ötrü ki o, 1998-ci ildə qardaşı X6 ilə ünvan 1 ünvanında 10 sot topraq sahəsini alınmaqla hər birinə fərdi yaşayış evinin müvafiq olaraq “A” və “B” inşa edilməsini iddia edərək orada “C” yarım tikili ilə bağlı aralarında yaranmış narazılıq səbəbindən 10 dekabr 2023-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs ilə X1 həmin ünvanda 2014-cü ildə mişar daşları ilə inşa etdirdikləri və sonuncuların ümumi mülkiyyətində olan 200 kv mertlik “C” yarımtikilini dağıtmaqla özgənin əmlakını qəsdən məhv edib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs ilə X3 ümumilikdə 27.307 (iyirmi yeddi min üç yüz yeddi) manat xeyli miqdarda maddi ziyan vurmuşdur Eyni zamanda ittiham aktında da təqsirləndirilən şəxsə eyni məzmunlu ittiham irəli sürüldüyü göstərilmişdir. Qeyd olunan hallar həm təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həm də ittiham aktının düzgün tərtib edilməməsi ilə nəticələnmişdir. Məhkəmə qeyd edir ki, verilmiş ittihama əsasən iki şəxsə yəni Zərərçəkmiş şəxs ilə X3 27.307 (iyirmi yeddi min üç yüz yeddi) manat xeyli miqdarda maddi ziyan vurmuşdur. Lakin iş materiallarında X1 zərərçəkmiş şəxs qismində tanınmasına dair heç bir qərara rast gəlinməmiş, X6 zərərçəkmiş şəxs qismində tanınmamışdır. Müvafiq olaraq X1 ifadəsi alnmamış, onun hadisəyə münasibəti öyrənilməmişdir. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən X1 tanınmalı olmaması barədə qənaəti olduqda, həmin qənaət əsaslandırılmamış, bu barədə hər hansı bir qərar qəbul edilməmişdir. Halbuki iş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan və 16 sentyabr 2025-ci il tarixdə təsdiqlənmiş ittiham aktından görünür ki, maddi ziyan hər iki şəxsə dəymişdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Cinayət qanununun müvafıq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və “İnsan hüquqları üzrə Avropa Məhkəməsi”nin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasma səbəb olur. Belə ki, “İnsan hüquqlarının və X2 haqqın”da Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Azərbaycan Respublikası CPM-nin: 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamm məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifı)” təqsirləndirilən şəxsin hüququdur. 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. 7.0.20-ci maddəsinə əsasən ittiham — bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Qeyd edilənlərə əsasən hazırki cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyil, şəxsə verilmiş ittiham dəqiq deyildir, ittiham aktı cinayət işi üzrə toplanmış materialları əks etdirmir və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Həmçinin ittiham aktında Zərərçəkmiş şəxs ilə X3 27.307 (iyirmi yeddi min üç yüz yeddi) manat xeyli miqdarda maddi ziyan vurulması qeyd edildiyindən, lakin zərərçəkmiş şəxs qismində yalnız Zərərçəkmiş şəxs tanındığından Təqsirləndirilən şəxs dəqiq olaraq nədə təqsirləndirildiyini bilməmiş və buna uyğun olaraq onun müdafiə hüququ pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin: 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə verilmiş vəsatəti, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən müdafiəçinin vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılmalıdır. Eyni zamanda məhkəməyədək icraat zamanı CPM-nin yaxırada qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Babalı oğlunun Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsini rəhbər tutaraq cinayət işinin icraatına xitam verilməsi barədə vəsatətinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim olunmuş vəsatətdə qeyd olunan hallar məhkəmə baxış iclasında araşdırılmalı olduğundan, hal-hazırda həmin faktların tam, hərtərəfli və obyektiv qiymətləndirilməsi qeyri-mümkün hesab edildiyindən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Babalı oğlu tərəfindən verilmiş vəsatət təmin edilməməlidir. Bundan başqa, məhkəmə, Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə əlavə vəsatət təqdim edərək məhkəmə gedişatı zamanı Təqsirləndirilən şəxs şahidlərə və zərərçəkmiş şəxslərə ciddi təsir göstərdiyini bildirərək cinayət işi yekunlaşana kimi məhkəmə iclas zalından həbs olunmasını xahiş etməsinə dair vəsatətinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşaması, böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirləndirilməsi, həmin cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində alternativ cəza olan cərimə və ya azadlığın məhdudlaşdırılması növündə cəzanın nəzərdə tutulması nəzərə alınaraq cinayət işi üzrə məhkəməyədək icraat zamanı seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas olmadığından vəsatət təmin edilməməlidir. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Bundan başqa məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş vəsatətlər təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Babalı oğlunun vəsatəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-469/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-469/2025
17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver