Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-47/2021 08.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Cəlilabad rayonunun, Porsava kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İ qrup əlil, hal-hazırda heç bir yerdə işləməyən, məhkum olunmuş, Cəlilabad rayonunun, Kürdlər ərazi dairəsi, Porsava kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq təkrarən talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə, xx xxxxxx 2019-cu il tarixdə saat 00:17-də vətəndaş Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən “Dost” kafesinin qapısını istintaqa məlum omayan alətlə açaraq kafeyə qanunsuz daxil olub, oradan 1.250 manat qiymətində olan pivə aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 1.250 (min iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs, təkrarən, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 01:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 işlətdiyi Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi 22 ünvanında yerləşən kafenin arxa qapısını istintaqa məlum olmayan alətlə sındırma yolu ilə açıb həmin kafeyə qanunsuz daxil olub, oradan bir dəst 800 (səkkiz yüz) manat qiymətində 2009-cu ilin may ayında Ukraynada istehsal edilmiş, üzərində «UBC qroup» markalanma yazısı olan, 02 (iki) ədəd 50 litr tutumlu çəlləkdən, 01 (bir) ədəd oksigen balonundan və krandan ibarət pivə aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsiri bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(011)-293/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Daha sonra, o, Cəlilabad Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 7(073)- 8/2020 saylı qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 (yeddi) ayı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 03 (üç) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(073)-19/2020 saylı qərarı ilə tutulduğu 07 (yeddi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 03 (üç) ay 08 (səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni xx xxx 2020-ci il tarixdən hesablanmışdır. O, xx xxxxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Onun, daimi yaşayış yeri olmadığı üçün, o, Bakı şəhərində, əsasən Nizami rayonunda yerləşən, bir gecəsi 2-3 manat olan günlük evlərdə gecələyir. xx xxxxxx 2019-cu il tarixdə, saat 00:17-də o, ünvan 3 ünvanında yerləşən «Dost» kafesindən yaxınlığından tək piyada keçərkən həmin kafeyə daxil olub hər-hansı bir əşya oğurlayıb sataraq gəlir əldə etmək qərarına gəlmişdir. Həmin vaxtı o, ətrafda hərhansı bir şəxsin olmadığına əmin olduqdan sonra kafenin giriş qapısına yaxınlaşıb, üzərində olan vintaçan (atvyorka) ilə qapıya müdaxilə etmək yolu ilə həmin qapını açıb, qanunsuz olaraq həmin kafeyə daxil olmuşdur. Həmin vaxtı kafenin içərisində hər-hansı bir şəxs olmamışdır. O, həmin kafenin içərisində olan pivə aparatını gizli olaraq oğurlayıb dərhal həmin kafeni tərk etmişdir. Bundan sonra o, oğurluq zamanı qapını açmaqda istifadə etdiyi vintaçanı yol ilə gedərkən hazırda xatırlamadığı yerdə yolun kənarına atmışdır. Oğurladığı pivə aparatını isə o, səhəri gün xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonunda yerləşən «rus bazarı» deyilən yerdə səyyari alqı-satqı ilə məşğul olan tanımadığı kişi cinsli şəxsə 100 (yüz) manat pulun müqabilində satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra o, cəzasını çəkib qurtardıqdan sonra xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 01:00 radələrində Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi 22 ünvanında yerləşən kafenin yaxınlığından keçərkən həmin kafeyə daxil olub, hər-hansı bir əşya oğurlayıb sataraq gəlir əldə etmək qərarına gəlmişdir. Belə ki, həmin vaxtı o, ətrafda hər-hansı bir şəxsin olmadığına əmin olduqdan sonra kafenin arxa giriş qapısına yaxınlaşıb, yaxınlıqda yerdən tapdığı dəmir parçasından istifadə etməklə kafenin qapısının kilidini sındırıb açaraq qanunsuz olaraq həmin kafeyə daxil olmuşdur. Həmin vaxtı kafenin içərisində hər-hansı bir şəxs olmamışdır. O, həmin kafenin içərisində olan pivə aparatını, 2 ədəd çəlləyini, 01 ədəd kislarod balonunu, 1 ədəd pivənin süzülməsi üçün kranını gizli yolla oğurlayıb dərhal həmin kafeni tərk etmişdir. Bundan sonra o, oğurluq zamanı qapını açmaqda istifadə etdiyi dəmir parçasını yol ilə gedərkən hazırda xatırlamadığı yerdə yolun kənarına atmışdır. Sonra o, oğurladığı əşyaları kafenin yaxınlığında olan otluq sahədə torpağa gizlətmişdir ki, həmin günün səhərisi normal halda götürüb satsın. O, hər-hansı bir evdə gecələməyə pulu olmadığı üçün kafenin yaxınlığında olan boruların yanında bir yerdə gecələmişdir. Səhəri gün oğurladığı əşyaları gizlətdiyi yerə gələndə həmin kafenin sahibi ilə polis işçisi onu saxlamış, o törətdiyi cinayəti tam olaraq etiraf etmiş və pivə aparatını onlara təqdim etmişdir. Daha sonra oraya polis əməkdaşları gəlmiş və onu Xətai RPİ-nin 35-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində o, etdiyi oğurluq cinayətini səmimi olaraq etiraf etmişdir. O, qeyd olunan oğurluqları tək etmiş, onun yanında heç kim olmamışdır. Kafelərdən oğurluq etməyi əvvəldən planlaşdırmamışdır. O, həmin kafelərin yanından piyada keçərkən oradan oğurluq etmək qərarına gəlmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərdən üzr istədiyini, zərərçəkmiş şəxsin birinin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, İ qrup əlil olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu X4 küçəsi ilə X6 küçəsi 13 ünvanında yerləşən yaşayış binasının kəsişməsində yerləşən «NUXUR» adlı kafeni icarəyə götürərək işlədir. O, xx xxxxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində işlətdiyi kafeni bağlamış və yaşadığı evə getmişdir. Həmin günün səhəri, yəni xx xxxxxxxx 2020-ci il tarixdə səhər saat 09:00 radələrində kafeyə gəldiyi zaman kafenin arxa hissəsində olan qapının kilidinin naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını görmüşdür. Bundan sonra o, kafenin içərisinə daxil olanda görmüşdür ki, naməlum şəxs həmin gecə kafenin içərisindən ona məxsus olan pivə aparatını, 2 ədəd onun çəlləyini, 1 ədəd kislarod balonu, 1 ədəd pivənin süzülməsi üçün olan kranın oğurlandığını aşkar etmişdir. Həmin cinayət hadisəsi zamanı ümumi olaraq ona 1.300 manat maddi ziyan dəymişdir. Bundan sonra o, Xətai RPİ-nin 35-ci PB-nə getmiş və ərizə ilə müraciət etmişdir. Daha sonra o, yenə də axtarışlarına davam etməyə başlamışdır. Kafenin qabaq hissəsində Mehmandarov küçəsi 20 nömrəli evin qarşısında çöllük sahəyə baxanda o, toprağın bir hissəsinin yeni qazıldığını və üzərinə dam örtüyünün kəsiyinin qoyulduğunu görmüşdür. Həmin hissə onda şübhə yaratmışdır. Oranı qazarkən o, ona məxsus olan pivə aparatının hissələrinin bir hissəsinin orada olduğunu görmüş və onları oradan qazaraq götürmüşdür. Yenidən o, həmin yeri olduğu kimi saxlamışdır. Bu barədə o, 35-ci PB-nin Samir adlı əməliyyat müvəkilinə məlumat vermişdir. Həmin yerdə aparatın bir hissəsi olmamışdır. Bundan sonra o, Samirlə birlikdə oğurluq etmiş şəxsin həmin yerə gələcəyini bilib orada kənarda həmin şəxsi gözləmişdir. Bir müddətdən sonra, o, sonradan tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsin ora gəldiyini və özünü şübhəli apardığını görmüşdür. Həmin şəxsi onlar saxlamışlar və Rəşad törətdiyi əməli səmimi olaraq etiraf etmiş və pivə aparatının digər hissəsinin başqa yerdə gizlətdiyini bildirmişdir. Bundan sonra isə onun şikayətini araşdıran təhqiqatçı pivə aparatını həmçinin onun digər yerdən götürdüyü pivə aparatına aid olan əşyaları ondan götürmüşdür. Ona vurulmuş maddi ziyanın məbləği 1.300 manat olmuşdur. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. O, Təqsirləndirilən şəxs bağışlamır və məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, hazırda o, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təxminən 1 il əvvəl ünvan 3 ünvanında yerləşən «Dost» kafesinin fəaliyyətini təmir işləri ilə əlaqədar müvəqqəti olaraq dayandırmışdır. Kafenin içərisində təmir işləri ilə əlaqədar kafenin içərisində olan bəzi əşyaları kafenin həyətinə qoymuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 09:00 radələrində o, kafeyə gedib baxan zaman kafenin həytində olan, ona məxsus 1.250 manat qiymətində pivə aparatının olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. O, kafenin həyətində quraşdırılmış müşahidə kamerasının görüntülərinə baxış keçirən zaman müəyyən etmişdir ki, həmin pivə aparatını xx xxxxxx 2019-cu il tarixdə saat 00:17-də ayağını çəkən əvvəllər tanımadığı bir şəxs tərəfindən oğurlanır. Həmin video görüntüləri götürmüş və özündə saxlamışdır. Lakin nəsə şikayət etməmişdir. Bundan sonra o, kafe işlədən şəxslərdən maraqlanmış və həmin şəxsi tanıyan olmamışdır. Lakin sonradan soraqları ilə müəyyən etmişdir ki, həmin şəxsin adı Rəşaddır. İşlədiyi yerlərdə dəmir yığır və tüfeyli həyat tərzi keçirir. O, şikayət etməməsinə baxmayaraq yenə də həmin şəxsi özü axtarmağa başlamışdır. Lakin, bir nəticə əldə edə bilməmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə təsadüfən o, kafedə olduğu zaman müştərilərdən birinin ayağı axsaq olan Rəşad adlı şəxsin digər bir kafedən oğurluq etdiyini və 35-ci PB-nin əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. Dərhal o, 35-ci PB-nə gəlmiş, onda olan video görüntünü göstərmiş və məlum olmuşdur ki, onun kafesindən də oğurluq etmiş şəxs həmin şəxsdir. Onun adını o, həmin vaxt öyrənmiş və məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1.250 (min iki yüz əlli) manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. O, Təqsirləndirilən şəxs bağışlayır və məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, o, Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsində cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis kapitanı rütbəsindədir. xx xxxxxxxx 2020-ci il tarixdə vətəndaş X1 RPİ-nin 35-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək xx xxxxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində ünvan 5 ünvanında yerləşən işlədiyi kafeni bağladığını, xx xxxxxxxx 2020-ci il tarixdə kafeyə gələn zaman ümumi qiyməti 1.300 manat olan pivə avadanlıqlarının kafeyə arxa tərəfdən qanunsuz daxil olan naməlum şəxs və ya şəxlər tərəfindən oğurlanmasını aşkar etdiyini və həmin şəxsin tapılaraq cinayət məsuliyyətinə cəlb olunmasını bildirmişdir. Xətai rayonu, General Mehmandarov küçəsi 26 ünvanı onun xidməti ərazisi olduğu üçün xx xxxxxxxx 2020-ci il tarixdə vətəndaş X7 şifahi olaraq ona müraciət edib, işlətdiyi kafenin ön hissəsində, yəni General Mehmandarov küçəsi 20 saylı evin qarşısında çöllük sahədə torpağın bir hissəsinin qazıldığını və üzərinə dam örtüyü kəsiyinin qoyulmasını, həmin sahəni qazarkən kafedən oğurlanmış, özünə məxsus pivə aparatının bir hissəsinin orada olduğunu gördüyünü və həmin aparatı oradan götürdüyünü bildirmişdir. Həmçnin Zərərçəkmiş şəxs1 oğurluq etmiş şəxsin həmin yerə gəlmə ehtimalının olduğu üçün onunla birlikdə həmin ünvana yollanmağı xahiş etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 ilə birlikdə General Mehmandarov küçəsi 20 saylı evin qarşısında çöllük sahəyə yollanmışdır. O, Zərərçəkmiş şəxs1 ilə birlikdə bir qədər kənarda dayanıb bir neçə dəqiqə hər-hansı bir şəxsin oraya yaxınlaşacağını gözləmişdir. Bir neçə dəqiqədən sonra oraya sonradan adını bildiyi Təqsirləndirilən şəxs gələrək özünü şübhəli aparmağa başlamışdır. O, həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş və həmin şəxsdən anket məlumatlarını soruşmuşdur. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edib, yaxınlıqda yerləşən «Nuxur» adlı kafedən pivə aparatını, 2 ədəd onun çəlləyini, 1 ədəd kislarod balonu, 1 ədəd pivənin süzülməsi üçün olan kranın oğurlandığını səmimi olaraq etiraf etmiş və oğurladığı pivə aparatının digər hissəsini başqa yerdə gizlətdiyini bildirmişdir. Həmin vaxtı o, Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci Polis Bölməsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs onunla Polis Bölməsinə getməyə etiraz etməmiş və o, Təqsirləndirilən şəxs 35-ci Polis Bölməsinə gətirmişdir. Sonra bölmənin təhqiqatçısı, polis baş leytenantı Hüseyn Novruzlu tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi oğurladığı əmlaklar protokolla götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs ifadəsinin alınması və digər zəruri istintaq hərəkətləri keçirilməsi üçün Xətai RPİ-nin istintaq şöbəsinə təhvil verilmişdir. Bundan sonra isə xx xxxxxxxx 2020-ci il tarixdə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs inzibati ərazidən daha bir oğurluq hadisəsini törətmişdir. Belə ki, o xx xxxxxx 2019-cu il tarixdə saat 00:17-də vətəndaş Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ünvan 6 ünvanında yerləşən “Dost” kafesinin qapısını istintaqa məlum omayan alətlə açaraq kafeyə qanunsuz daxil olmuş və oradan 1.250 manat qiymətində olan pivə aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 1.250 (min iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin fakt da müvafiq qaydada sənədləşdirilmiş və cinayət işinə əlavə edilməsi üçün RPİ-nin İŞ-nə göndərilmişdir. Rəşadın oğurladığı digər pivə aparatının kimə satması üçün tərəflərindən əməliyyat axtarıış tədbirləri davam etdirilir. Cinayət işinin 36-cı vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 100-102-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixindən hesablanmışdır. Cinayət işinin 125-126-cı vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli, 1778 saylı ambulator məhkəmə psixatrik ekspertizsının rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edən əməl dövründə öz əməlini faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı olmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 128-130-cu vərəqələrində olan Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası”-nın xx xxxxxxxx 2020-ci il tarixli, 362 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan bir dəst 2009-cu ilin may ayında Ukraynada istehsal edilmiş, üzərində «UBC qroup» markalanma yazısı olan, 2 ədəd 50 litr tutumlu çəlləkdən, 1 ədəd oksigen balonundan və krandan ibarət pivə aparatının işlənmə dərəcəsi nəzərə alınmaqla 2020-ci ilin sentyabr ayına orta bazar qiyməti ilə dəyəri 800 (səkkiz yüz) manat müəyyən edilir. Cinayət işinin 144-151-ci vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020ci il tarixdə, 01:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 işlətdiyi ünvan 7 ünvanında yerləşən kafedən oğurladığı müvafiq qaydada götürülmüş 01 (bir) ədəd pivə aparatı, 02 (iki) ədəd onun çəlləyi, 01 (bir) ədəd kislarod balonu, 01 (bir) ədəd pivənin süzülməsi üçün kran, eləcə də Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi, baş vermiş oğurluq hadisəsini əks etdirən 01 (bir) ədəd “CD” formatlı disk maddi sübutlar kimi tanınmış, “CD” formatlı diskin cinayət işinə əlavə edilmişdir. Digər maddi sübutlar isə saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Cinayət işinin 170-ci vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd pivə aparatı, 02 (iki) ədəd onun çəlləyi, 01 (bir) ədəd kislarod balonu, 01 (bir) ədəd pivənin süzülməsi üçün kran Zərərçəkmiş şəxs1 təhvil almışdır. Cinayət işinin 113-114-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X3 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzası 03 (üç) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(011)-293/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 116-119-cu vərəqələrində olan Cəlilabad Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 7(073)-8/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 (yeddi) ayı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 03 (üç) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(073)- 19/2020 saylı qərarı ilə tutulduğu 07 (yeddi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılaraq və üzərində qəti olaraq 03 (üç) ay 08 (səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 121-ci vərəqəsində olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində olan DSMF Cəlilabad rayon filialı tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs İ qrup əlildir. Cinayət işinin 122-ci vərəqəsində olan Cəlilabad rayon İHB-nın Kürdlər kənd İƏDÜ nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü yaxşı aparmış, qonşuların hörmətini qazanmışdır. O, kəndin bütün tədbirlərində yaxından iştirak etmişdir. İctimaiyyət arasında böyük nüfuza malik bir insandır. Təqsirləndirilən şəxs özünə və insanlara hörmət edən bir insan olmaqla qohumları və qonşuları ilə xoş münasibətdə olmuşdur. Təqsirləndirilən şəxs barəsində inzibati orqanlardan cinayət xarakterli material Kürdlər kənd İƏDÜ nümayəndəliyinə daxil olmamışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələb yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq təkrarən talamaqla oğurluq cinayətlərinin törətməsi, onun özünün istintaq zamanı verdyi ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərdən birinin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, zərərçəkmiş şəxsin biri ilə barışdığını, yaşadığı yerdən müsbət xasiyyətləndirildiyini, İ qrup əlil olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(011)-293/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Daha sonra, Tağıyev X2 Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 7(073)-8/2020 saylı qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 (yeddi) ayı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 03 (üç) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(073)- 19/2020 saylı qərarı ilə tutulduğu 07 (yeddi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılaraq və üzərində qəti olaraq 03 (üç) ay 08 (səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və onun barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(011)-565/2020 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Onun həbs etməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cəzaçəkmə müsəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlnması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmiş 01 (bir) ədəd pivə aparatı, 02 (iki) ədəd onun çəlləyi, 01 (bir) ədəd kislarod balonu, 01 (bir) ədəd pivənin süzülməsi üçün kranı hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1 istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd pivə aparatı, 02 (iki) ədəd onun çəlləyi, 01 (bir) ədəd kislarod balonu, 01 (bir) ədəd pivənin süzülməsi üçün kranı Zərərçəkmiş şəxs1 təhvil verildiyindən, hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1 istifadəsinə verilmiş hesab edilsin. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 (əlli manat) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-47/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-47/2021
08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver